#xatırladır
Explore tagged Tumblr posts
Text
İnsanın özünü yalnız hiss etdiyi anlar vardır. Yalnızlığı iliklərinə qədər hiss etdiyi anlar. Süfrələr xatırladır insana yalnızlığı. Gecələr xatırladır amma ən çox.
87 notes
·
View notes
Text
Bəzi axşamlarda hava sənə əvvəl yaşadığın bir günü xatırladır. Elə bil, o günü təkrar yaşayırsan, amma hansı gündü xatırlaya bilmirsən. Tək bildiyin istəmsizcə səni çox yaxşı hiss etdirir
35 notes
·
View notes
Text
Yaralar sarılsa da boşluqlar qapanmır. İnsan əvvəlki kimi olmağa çalışsa da ola bilmir. Hər nə qədər cəhd etsə də alınmır. Sağalsa da, izlər keçmir. Bəzi şeyləri unutmaq istəsə də unuda bilmir. Zamanla keçər deyirsən, sadəcə zaman keçir. Və ciddən zaman çox tez keçir. Sənə dünənmiş kimi gələn o xoş və pis anlar əslində uzun zaman önc�� olmuşdur. Və bunu başa düşdüyün an zamanın nə tez keçdiyini düşünüb bir o qədər də pis olursan. Beynində yığılıb qalan xatirələr səni gecələr yatmağa qoymur. Keçmişdə yaşadığın o xoşbəxt anların yadına düşər, ya da etdiyin səhvlərin göz önündə canlanar. Bəzi şeyləri unutmaq istəsən də, bir yerdən xatırladır. Bəzən bir musiqi, bəzən bir qoxu, bəzən isə yuxuda gördüyün bir anı səni nələrisə unutmağa icazə vermir. Lakin insan zamanla öyrənir yaralarla, acılarla yaşamağı, onlardan qaçmağın, onları göz ardı etmənin bir çözüm olmayacağını öyrənir. Bir müddət sonra yadırğamaq yerinə qəbullanır və öyrəşir. Məncə, gerçək acı insanla bərabər ölməsi lazım olan şeydi. Qollarda, başda bir az belə olsun güc saxlamayan, ayaqda taqət qoymayan, yastıqda başını bir yandan o biri yana çevirmə cəsarətini yox edən şey imiş. Dözmək çox çətindi. Acılar həyat boyunca keçmir, acılar da insanlar kimi yaşayır və insanla bərabər ölür. Ümid edirəm, Tanrı, öz canına qıyacaq qədər acı çəkənləri sonrakı həyatda da yandıracaq qədər cani deyildir.
40 notes
·
View notes
Text
Yazmaq yaxşı hiss etdirmir əksinə nə qədər dolaşıq fikirli olduğumu xatırladır mənə artıq
25 notes
·
View notes
Text
Bir yapon əfsanəsi olaraq bilinən “Kintsugi” - bizə qüsurların arasındakı gözəllikləri görməli olduğumuzu xatırladır. Hər insan xətaya yol verə bilər. Xətalar isə doğruya yönləndirər. Heç kim mükəmməl deyil. Ancaq ki mükəmməl olmaq üçün dəridən-qabıqdan çıxırıq. Ola bildiyincə oldurmağa cəhd edirik. Bizi bütün edən şey - əslində qüsur və qırğınlıqlarımızdır. Hər edilən qüsurun törpülənməyə də ehtiyacı yoxdur onsuz. Əksinə, hər bir çat verən hissənin, qırılan yerin - bərpaya ehtiyacı var. Addım-adım özümüzü tapmağımıza ehtiyacımız var.
20 notes
·
View notes
Text
Gülən üzlər
Taksidəykən maşınların arxası narıncı gözlü geniş üzlərə çevrilir. Mən yağışın sıçramış pəncərəsindən onlara baxarkən hamısı mənə gülümsəyir. Geniş, boş təbəssümlər, parlaq gözlər. Maşınlar artıq əyləşdiyim maşını deyil, onlara gülümsəmədiyimə görə məni mühakimə edirlər. Öz aralarında məni ön oturacaqda əyləşmiş başqa sərnişinlərlə müqayisə edirlər. Başqa sərnişinlərə bənzəmədiyimə görə məni söyürlər. İndiki zamanda söyməkdən asan nə var ki?! Hünər söyməməkdir. Ancaq bunları o şüşədən ibarət parçacıqlara söyləmək düzgün bulunmaz. Yan tərəfimdə uniformalı sürücüyə baxar-baxmaz vücuduma bir soyuqluq gəlir. Sürücü tərpənməyən üz cizgilər ilə mənə cansıxıcı eyham bəxş edir. Dodaqaltında sayını bilmədiyim təkrarlanan şivə sözcüklərini eşidirəm. Eşitdiklərimi hörmət əlaməti olaraqda cavablamağa heç bir macalım yoxdur. İşıqforun qırmızı işıqlarının gözümə günəş şəfəqləritək yansıtdığı görüntüdə üzümü sağ əlimlə tutmağa çalışıram. Bu zaman əlimin baş barmağı ilə şəhadət barmağı arasında göy qələm ilə “x” hərfi yazıldığını görürəm. Dümdüz, səliqə ilə yazmış olduğum bu hərfi nədən əlimə yazdığımı düşünürəm. Uniformalı sürücü onun yolunu gecikdirən maşın sürücüsünü asta səslə söyür. Yağış damcıları qulağımda cingildəyən bu söyüşə zidd olaraq hava axını ilə şüşədə buxar əmələ gətirir. Uniformalı sürücü mənə baxmadan gedəcəyim ünvanın hansı yolunda düşəcəyimi soruşur. Ona laqeydcəsinə, soyuq səslə cavab verirəm. Səsim amerikan filmlərində səslənən mənfi obraz aktyorlarının dublyaj səslərinə bənzəyir. Əlimə qeyd etdiyim yazı, mənə bu gün mühazirə boyunca qələm istifadə etmədiyimi xatırladır. Qələm mürəkkəbinin mənə aid olmadığını duyub, mühazirə zamanı kiminlə ünsiyyətdə olduğumu yadıma salıram: auditoriyanın yan tərəfində bardaş qurub mənə aid olmayan təxəllüslə salam verən V. arxa partalara keçərkən gözü ilə başını önə doğru əyərək etimadını göstərən N. yanımda əyləşib, belini əyərək gözümdə qoca bir fəhləyə bənzətdiyim A. başqa dərs müddətində münasibət göstərdiyim birilərini yadıma sala bilmirəm. Sürücü möhkəmcə əyləci basaraq “çatdıq!” dedi. Ödənişi edib yerə düşər-düşməz səkidə yağmur damcılarının üstələdiyi bir balaca ayı oyuncağı görürəm. Yuxarıdan aşağı imkanlı təbəqənin zavallı birinə baxdığı təqdirdə oyuncağa baxıram. Oyuncağı sağ əlimlə götürürəm. Balaca, ayı oyuncağı əlimi isladır. Oyuncağa diqqətlə nəzər etdikdə onun büst hissəsində mürəkkəbə bənzər ləkə görürəm. Həmən mürəkkəbə toxunuram, və mürəkkəb şəhadət barmağıma azacıq nöqtə kimi yaxılır. Bu yağmurda hansısa oyuncağın mənə fərahlıq gətirəcəyini düşünməzkən düşünməyimə səbəb olan, bir əlimə çəkilən naməlum qələm mürəkkəbi, birdə bu balaca ayı olur.
24 notes
·
View notes
Text
Gəzib, dolaşıb yenə eyni yerə gəlirəm. Yenə hər şey səni xatırladır.
31 notes
·
View notes
Text
Hər birimiz bir yol tutub gedirik. Allah'a getməyən, Allah'a çatdırmayan yol nəyə yarayır? Bəzən nələri daha üstün tutduğumuzun fərqində belə olmuruq. Dünya həyatının kor etdiyi gözümüzü bir maskayla örtərək yaşayırıq. Hardasa bir yerdə açılır gözümüz. Bir yerdə xatırladır Allah sənə özünü, kim olduğunu, sənin bir Rəbb'in olduğunu. Bir az işlərimiz yolunda getməyəndə, hansısa xəstəliklər, itirdiklərimiz bizə xatırladır bu dünyada gözümüzü bəzəyən hər şeyin bizə xeyir bəxş etmədiyini. İnsan doğru yolu tapmaqda belə bəzən o qədər çarəsiz olar ki, çarənin Allah olduğunu anlasın deyə. Amma hər kəs anlamaz bunu. Ömür yolumuz enişli-yoxuşludur, gedəcək yerimiz tək Allah'ın qapısı və gözləyəcəyimiz tək ünvan Allah'ın qapısı olmalıdır. Əksi insan üçün bir uçurum, bir fəlakətdir sadəcə. İnsan öz yanlışını görməyən, görməkdə çətinlik çəkən bir varlıqdır. Hətta bəzən yolun doğru olmadığını bilə-bilə o yoldan çəkilə biləcək, doğru yolu göstərəcək bir işıq axtarar. Bəs doğru yerdə axtarırıqmı o işığı? Allah'dan başqa insana heç bir doğru yol yoxdur. Ən gözəl yol, xeyirlisi deyə çıxdığın yoldur. Və ən gözəl son, səni Allah'a tərəf götürəndir.
11 notes
·
View notes
Text
belə tutqun, hər an yağış yağacaqmış kimi soyuq olan havaları çox sevirəm. mənə bütün xoş xatirələrimi xatırladır.
21 notes
·
View notes
Text
İçimdə içimi yandıran keçmişin qara yumağı.
Qollarımda yüngül idin, indi həsrət ağır.
Nə bir qadın xatırladır, nə bir bədən ovutmur.
Duz basıb bu yarama sonra yod vur, üfürmə, soyutmur.
Zalım olmalıydımsa, Anar olmaram heç.
Çataram ölümə vaxtında mən, qalmaram gec.
İndi bəzi filmləri də tək izləməyin yeri yoxdu.
Ayıb səhnələrdə çünki gözümü bağlayan da yoxdu.
8 notes
·
View notes
Text
Gözəl olan hər şey yarım qalır, filimlər belə ən gözəl yerində bitir. Çox xoşbəxtəm dediyin yerdə hüzün özünü xatırladır. Körpəlik heç yaşanmamışlıqdır,uşaqlıq qısadır, gənclik azdır.Vəfa azdır, səadət məhduddur, verilən sözlərin ömrü qısadır. Çox sevərsən çox tez bitər eynilə yuxuların ən gözəl yerində bitdiyi kimi.Gözəl olan nə varsa, sevdiyin musiqi kimi tez bitər. Bitməyən şey sadəcə ölümün gerçəkliyidi.
18 notes
·
View notes
Text
Mənim haqqımda bildiklərinizi mən belə unudacaq levelə gəlmişəm. Özümü davamlı söküb, yenidən inşa etməkdəyəm. Arxiv şəkillərim birdə buralar əvvəlki məni xatırladır sadəcə 🫧
14 notes
·
View notes
Note
Bu mahnı tamamında səni mənə xatırladır, ancaq bu hissəsi isə özəldi, sənədi.
Yenə sürmə çəkmisən Evlər yıxan gözünə
Buda səni mənə.
8 notes
·
View notes
Text
qoy bütün aləm bizdən danışsın.. köhnə mahnılar.. o günlərin qoxusu bir anlıq burnuma gəldi mahnını dinlərkən..məktəb illərim, 6-cı saata qalmaq üçün qurduğumuz bəhanələr.. sinif oğlanlarımızı odun daşımaq üçün aparanda qızların sinifdə tək qalıb sakitçiliyin çökməsi.. o günlərə getdim, gəldim.
ən çox səhər sübhdən otağıma düşən günəş şüalarını xatırlatdı mənə.. hava soyuq idi, bizim balaca plitkamız var idi. paltarlarımı o plitkanın qabağında isidərdim, o aralıqda da yuxu aparardı məni. heç gecikməzdim dərslərə, heç.
çox vaxt avtobusla getməmək üçün gecikdirərdim özümü ki avtobus evin qabağından keçsin, mən piyada gedim.. piyada getməyin tək pis şeyi yolda inəklərin, qazların, xoruzların hücumuna məruz qalmağım idi.. amma yolda sinifyoldaşlarımdan birini görəndə mənə istəmsizcə cəsarət gələrdi, onların yanında heç qorxmazdım da.
bir əmi var idi, eyni məhəllədəydik, amma fərqli küçələrdəydi evimiz. o əmini həmişə dərsə gedəndə görərdim, “salam, əmi” deyib ötüb keçərdim yanından. arxamca həmişə dualar edərdi..(“səğ bi ,kinə, xudo tıni saxlamış bıkə”) bəli, bəli talışca..
günlərin bir günü dərsdən gəlmişəm, gördüm mamamgil nəsə danışır, kimsə rəhmətə getmişdi, azan oxunurdu. heç soruşmadım kimdir, nəcidir.. düzü soruşsa idim də deməzdilər mənə, uşaq idim. səhəri məktəbə gedəndə o əmini küçədə görmədim, məni də mama ötürərdi dayanacağımıza. qayıdıb mamamdan soruşdum, mamam da dünən ölənin o əmi olduğunu dedi.. bəlkə də ölümdən ilk qorxduğum anları yaşayırdım o an… içimdə nəsə qopmuşdu, ağlamaqmı istəyirdim, yoxsa ölümün ani olacağını dərk etməyim üçün Allah mənə ilk praktikasınımı yaşadırdı, bundan qorxmalı idimmi deyə elə hey düşünmüşdüm. o an düşünə- düşünə küçədə mamanın əlini tutub baxdığım hər künc bucaq yadımdadır… qonşu oğlunun əynindən düşmüş şalvarı, mamasının ondan vurma cədvəlini soruşması, inəkləri həmişəki kimi sahəyə aparan Şükür əminin çubuğu… hər şeyy… hərşey yadımdadır..
baxın mənə bunları xatırladır bu musiqilər.. bir an o qədər dalıram ki.. o qədər gedirəm ki o günlərə, bu yaşadığım zamanın fərqinə varmamaq üçün yuxudan ayılmaq istəmirəm. kimsə çimdikləməsin məni, toxunmasın mənə. mən o anlarla yaşamaq istəyirəm.
4 notes
·
View notes