#gərginlik
Explore tagged Tumblr posts
Text
🇦🇿 Top şimşək ⚡️
Bu izah olunmayan və potensial təhlükəli atmosfer elektrik hadisəsidir. Mövcud termin noxud ölçüsündən tutmuş diametri bir neçə metr olan kürələrə aiddir.
1960-cı illərə qədər bir çox elm adamları ildırım topunun gerçək olmadığını iddia edirdi. Sonrakı illərdə laboratoriya təcrübələri zamanı ildırım topuna yaxın olan effektlər alınanda isə bu hadisə ciddiyə alındı.
Bu fenomen elektromaqnit xüsusiyyətlərə malik olduğundan, top ildırımı ilə qarşılaşarkən ən yaxşısı hərəkət etməməkdir. Yəni o bizim elektrik yükümüzə reaksiya verməsin.
Amma indi insanlar daim mobil telefonla gəzməyə məcbur olduğundan ətrafında elektrik sahəsi yaranır. Bu isə çox təhlükəlidir və son illərdə cib telefonuna top ildırımı düşüməsi nəticəsində ölüm halları qeydə alınmaqdadır.
İnsan özü də kifayət qədər elektrik keçiricisidir, çünki bədənimiz maye ilə doludur. Buna görə biz də onu cəlb edirik və bizdən top ildırımına doğru termal və hidrodinamik bir axın yaranır. Belə halda hərəkətsiz dayanmaq lazımdır, əgər açıq yerdəsinizsə və ya mənzilinizə top ildırımı daxil olubsa, tərpənməyin.
Tufan zamanı təhlükəsizlik baxımından həmişə pəncərələri və havalandırma dəliklərini bağlamaq daha yaxşıdır, h��tta soba tıxaclarını da.
© alıntı...
#shahinelected #ildırım #şimşək #elektrik #gərginlik #təbiət #təbiiməhsullar #təhlükəsizlik #ölüm
#shahinelected#ildırım#şimşək#təbiət#təbiət hadisəsi#təbii#ölüm#təhlükəsizlik#təhlükə#tok#elektrik#cərəyan#gərginlik
1 note
·
View note
Text
Qarşınızdakı insanın enerjizi sizə də çox sürətlə keçir?Yanımda gərgin bir insan varsa max.15 dəqiqə sonra o gərginlik mənə keçir, qarşımdakı insan isə rahatlayır.Bu gün rəfiqəmlə qısa söhbətimizdə başımda ağrı var dedi.Bir qədər sonra isə şiddətli baş ağrısı gəldi mənə, o isə dedi ki məndə kəsdi artıq.Yenə nə yaşayıram mən anlamıram.
73 notes
·
View notes
Text
Dostlarrr, qəribə bir film tapdım, sürükləyici deyil çox da... Amma sonunu özünüz müəyyənləşdirirsiniz, bayaa beyin yoran bir şey... dram və psixoloji gərginlik növündə...
38 notes
·
View notes
Text
TOXUNULMA QORXUSU
İnsan üçün ən dəhşətlisi - naməlumun ona təmas etməsidir. İnsan ona nəyin toxunduğunu görməli və bilməlidir, yaxud ən azı bunun nə olduğunu təsəvvür etməlidir. O hər yerdə yad təmasdan qaçmağa çalışır. Gecə vaxtı, yaxud ümumiyyətlə qaranlıqda qəfil toxunuşdan yaranan qorxu - vahiməyə çevrilir. Geyim də təhlükədən qurtarmır: o asanlıqla cırılır, onun arasından çılpaq, hamar və müdafiəsiz bədənə nüfuz etmək asandır. İnsanların öz ətraflarında ucaltdıqları bütün sədlər məhz qorxu hissindən yaranıb. Onlar heç kəsin girə bilməyəcəyi evlərdə qapanib qalır və yalnız orada özlərini nisbi təhlükəsizlikdə hiss edirlər. Qarətçilərə qarşı duyulan qorxu təkcə əmlaka görə narahatçılıqdan irəli gəlmir, bu həm də qaranlıqdan qəflətən çıxıb yaxalayan əl qarşısındakı dəhşət hissidir. Həmişə və hər yerdə bu dəhşətin simvolu - caynaqlı pəncəyə çevrilmiş əldir. Bunun çoxu ikili məna daşıyan alman sözü "angreifen"-də əks olunub. Bu sözlə eyni zamanda həm zərərsiz təmas, həm də təhlükəli təcavüzkarlıq nəzərdə tutulur və sonuncudan daim nə isə birincidə əks olunur. Tamasa qarşı qorxu hissi bizi, hatta camaat arasında da tark etmir. Küçəda, restoranda, nəqliyyatda qələbəlik içərisində davranış tərzi məhz bu qorxu ilə diktə edilib. Hatta biri ilə yanaşı dayanmaga məcbur olduqda, onu gördükdə və lap yaxından hiss etdikdə tamasdan mümkün qədər qaçmağa çalışırıq. Ogar bunun aksi olarsa, deməli, bu adam xoşumuza gəlib yaxınlaşmaq təşəbbüsünü özümüz göstərmişik. Təsadüfi toxunuşa göra edilən üzrxahlığın tezliyi, üzrxahlığı gözləyərkən duyulan gərginlik, üzrxahlıq olmadıqda isə kəskin bazan, hətta təsirli reaksiya, "incidən adam"a göstərilən (onun toxunduğu dəqiq məlum olmasa belə) qəzəb və nifrat, - naməlum şəxsin təmasına qarşı olan bütün bu təşvişli reaksiyalar zənciri sübut edir ki, burada nə isə çox dərin, daim ayıq-sayıq olan və öz şəxsiyyətinin sərhədlərini aydınlaşdırandan bari insanı heç vaxt tərk etməyən bir şeyə toxunulub. Hətta insanın daha çox müdafiəsiz qaldığı yuxu da qorxudan asanlıqla pozulur, Və yalnız kütlə içərisində insan təmas qorxusundan azad ola bilər. Bu, qorxunun öz əksinə çevrildiyi yeganə situasiya budur, Bunun üçün bədənlərin bir-birinə sıxıldığı sıx kütlə lazımdır, elə bir kütlə ki, öz ruhi məzmununda da sıx olsun, yəni insan onu "əzən"in kim olduğuna laqeyd qalsın. Kim ki, özünü kütlənin ixtiyarına verib, onun təmasından da qorxmur, İdeal halda kütlədə hamı bərabərdir. Müxtəliflik, hətta cinsi fərqlilik də nəzərə alınmır, Kim sənə təzyiq göstərirsə-göstərsin, o da sənin kimidir. Onu özün kimi hiss edirsən. Birdən hər şey sanki bir cismin daxilində baş verirmiş kimi görünür. Yəqin, kütlənin nə üçün həmişə mümkün qədər sıx olmağa çalışması bununla izah olunur: kütlə istəyir ki, fərdə xas olan təmas qorxusunu maksimum dərəcədə boğsun. Insanlar nə qədər çox sıxılmışlarsa, bir-birindən qorxmadıqlarını bir qədər çox hiss edirlər. Deməli, təmas qorxusunun sərf olunması kütləyə xasdır.
16 notes
·
View notes
Text
Son döyüş bu vaxt başlayacaq: Müharibənin nəticələri belə olacaq
Ermənistan 44 günlük müharibə və 2023-cü ilin antiterror tədbirlərindəki zərbədən dərs almayıb. Bu gün erməni cəmiyyətində olan revanşistlər, erməni diasporası ayrı-ayrı ölkələrdən alınan silahlar fonunda yenidən müharibə ab-havasına düşüb. Cənubi Koreya və Yaponiyadan silahların alınması da bu niyyətdən qaynaqlanır. İrandan alınan silahlarla bağlı da yeni faktlar var.
Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
O qeyd edib ki, Zəngəzur dəhlizi ətrafında artan gərginlik fonunda Ermənistan “katalizator” rolunda çıxış:
“Rusiya-İran və Qərb arasında dəhliz ətrafında baş verən gərginlik bunun mahiyyətindən qaynaqlanır. Bütün bunlar Cənubi Qafqazda yeni müharibənin olacağına dəlalət edir”.
Partiya sədri bildirib ki, bu gün Azərbaycan daxilində erməni təhlükəsi anlayışı yoxdur:
“Lakin Ermənistanla Azərbaycan həmsərhəddir. Məhz bu hadisələrin gedişi göstərir ki, Azərbaycan Ermənistanla son müharibəyə hazır olmalıdır. Bu müharibənin olması gözləniləndir. 44 günlük Vətən Müharibəsində olduğu kimi xalqımız birlik nümayiş etdirməlidir. Məhz bu müharibədə ciddi bir məsələnin həlli reallaşacaq”.
Fəzail Ağamalıya görə, son müharibə Ermənistanın bir dövlət kimi çökməsində həlledici rol oynayacaq:
“Müharibədə Rusiyanın da iştirakı istisna edilmir. Rusiya Ermənistanda qalmaq üçün əlverişli şərait gözləyir. Bu situasiya Azərbaycanın mövqeyinin daha da güclənməsinə imkan yaradacaq.
"Teleqraf.com" saytı
Tapdıq Qurbanlı
17 sentyabr 2024-cü il
https://teleqraf.com/news/siyaset/432467.html
0 notes
Text
Sorosun Cənubi Qafqazda gərginlik yaratmaq PLANI: Gürcüstan üçün xaos ssenarisi hazırlanır
https://yenicag.az/sorosun-cenubi-qafqazda-gerginlik-yaratmaq-plani-gurcustan-ucun-xaos-ssenarisi-hazirlanir/
"Soros Fondu və müxtəlif neoimperialist şəbəkələr dünyanın fərqli coğrafiyalarını qarışdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Bu zaman da onlar əllərində olan bütün vasitələrdən istifadə etməyə çalışırlar”.
0 notes
Photo
I Allahın ucalığını haqqıyla qavrayan bir insan gördüyü işlərin hər mərhələsində yüksək əxlaq nümayiş etdirər. Ancaq səthi düşüncə insanı Quran əxlaqına uyğun həyat tərzindən tamamilə uzaqlaşdırar. Peyğəmbərimiz “ədəbsizlik və çirkin sözün girdiyi yer çirkinləşər” (Tirmizi, Birr 47) şəklində buyurmuşdur. Bu sözdə bildirildiyi kimi qafil ruh halı ilə yaşayan insanın həyatına da çirkinlik və qarışıqlıq hakim olar. Olduğu yerlər həll edilməyən məsələlərin baş verdiyi, mövzuların heç cür həll edilə bilmədiyi, gərginlik, narahatlıq yarada biləcək mühitə çevrilər. Səthi düşüncə tək tərəfli yaşanmaz. Səthi düşüncəli insanların bu çirkin mədəniyyətini nümayiş etdirə bildikləri kəslər yenə özləri kimi eyni mədəniyyətin daxilində olan qafil insanlardır. Səthi düşüncə dininin üzvləri bir-birlərini dərhal tanıyar və Quran əxlaqından uzaqlaşma mövzusunda bir-birlərinə kömək edərlər. Bunlar sanki bir-birlərini oda çağırırlar. Allah bir ayədə bu təhlükəyə belə diqqət çəkmişdir: .. Onlar oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar. (Bəqərə surəsi, 221) Başqa ayələrdə isə Allah insanların bir-birlərinin azmasına necə vəsilə olduqlarını belə xəbər vermişdir: De: “Allaha qoşduğunuz şəriklər arasında haqqa yönəldən bir kimsə varmı?” De: “Allah Öz qullarını haqqa yönəldir. Elə isə deyin görək haqqa yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa özünə doğru yol göstərilməyincə onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə edirsiniz?” Onların əksəriyyəti ancaq zənnə qapılır. Şübhəsiz ki, zənn həqiqəti heç cür əvəz edə bilməz. Allah onların nə etdiklərini bilir. (Yunis surəsi, 35-36) Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116) (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #cahil https://www.instagram.com/p/CoSTNdKoSlK/?igshid=NGJjMDIxMWI=
0 notes
Text
Canni de Byazi: "Bakıda futbol problem olmasa..."
Canni de Byazi: “Bakıda futbol problem olmasa…”
Futbol üzrə Azərbaycan millisinin baş məqşçisi Canni De Byazi İtaliya mətbuatına zamanı Bakıdakı həyat tərzi ilə bağlı danışıb. Metbuat.org xəbər verir ki, “La Reppublica” nəşri italiyalı çalışdırıcının dediklərini belə çatdırıb: “Bakı çox yaxşı şəhərdir. Həmm gözəldir, həm də hava soyuq deyil. Çünki Bakı Leççe ilə eyni paraleldə yerləşir. Burada da futbol əsas problem olmasa, Tanrı kimi…
View On WordPress
#Azərbaycan#Azərbaycanda#Bakıdakı#çalışdırıcının#çatdırıb#danışıb#dediklərini#Dünyadakı#gərginlik#gözəldir#İtaliya#italiyalı#məqşçisi#mətbuatına#millisinin#müharibə#narahatlığı#paraleldə#Reppublica#şəhərdir#yaşayarsan#yerləşir
0 notes
Photo
#Tağı Əhmədovu vəzifədən edən, professoru əngələ salan “sələm işi” – Məhkəmədə gərginlik gönderdi
0 notes
Text
sözlərini deyil, ancaq melodiyasını bildiyin mahnı üçün darıxanda və adını xatırlamağa çalışanda yaşanan gərginlik
20 notes
·
View notes
Text
Qorxu cəzadan daha çox ürküdür, çünki cəza son verilə bilən şeydir, ancaq qorxu qeyri-müəyyəndir və o gərginlik sonsuz dəhşət hissi yaradır.
• Stefan Zweig
14 notes
·
View notes
Text
damarlarımda qan yerinə gərginlik, həyəcan axır
8 notes
·
View notes
Text
ERMƏNİSTAN MÜHARİBƏYƏ QOŞULACAQMI?
TEHRAN ƏSAS MÜTTƏFİQİNDƏN BUNU GÖZLƏYİR
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.
- İranda HƏMAS liderinin öldürülməsi fonunda regionda gərginlik hökm sürür. Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinə bu amillərin təsirini necə dəyərləndirmək olar?
- Sözsüz ki, İran-İsrail münasibətləri hərbi eskalasiya müstəvisinə keçsə, bunun regiona mənfi təsirləri olacaq. Belə olan halda Ermənistan İran kimi dayağından məhrum qalacaq. Bu birmənalıdır. Amma bu prosesin Azərbaycana ziyanı dəyə bilməz. Çünki İran rejimi hər zaman Ermənistanın yanında olub və onun yanında olmaqda da davam edir. Təbii ki, bu Ermənistanın dayaqlarından məhrum olması ilə nəticələnəcək. İranın özünün müharibəyə qatılmaması və əlaltıları ilə müharibəyə qoşulması da onun mövqelərinin zəifləməsinə səbəb olacaq. Tehranın daxili siyasəti üçün də bunlar zərərsiz, təsirsiz ötüşməyəcək.
- Belə çıxır ki, Tehrandakı hadisə İranı müharibəyə çəkməklə bölgədə gərginlik yaratmağa hesablanıb...
- Həmas lideri İsmail Haniyənin Tehranda öldürülməsi təsadüfi deyil. Bu birbaşa İranın dövlətçiliyi üçün təhdidir. Həmçinin bu İranın nüfuzuna vurulan ağır bir zərbədir. Bundan necə çıxacağını İran ciddi şəkildə düşünməyə başlayıb. Hər halda İran İsrailə qarşı nəsə bir addım atmaq niyyətindədir. Bunu Tehran ya birbaşa özü edəcək, ya da əlaltıları ilə cavab addımları atacaq. Bunun özü də mahiyyət etibarı ilə müharibəni qızışdırmağa xidmət edəcək. Görünən odur ki, İran bu müharibədən yayınmağa çalışır. Çünki rəsmi Tehran İsrailə müharibədə onun tək olmayacağını, eyni zamanda ABŞ-la üz-üzə qalacağını bilir. İran və onun əlaltıları İsrailin dövlətçiliyinə təhdidlər yaratması fonunda Tələviv də yaranmış imkanlardan istifadə edərək sona qədər getmək niyyətindədir. Görünən odur ki, İsrail maraqları təmin olmayınca dayanmayacaq.
- Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Qərbi Azərbaycanlıların geri dönüşü ilə bağlı Bakının tələblərinin president olmadığını deyib. Sizcə, Qarabağ ermənilərinin geri dönüşünü əsas şərt kimi önə çəkən Avropa İttifaqının Qərbi Azərbaycanlılarla bağlı eyni mövqeni bölüşməməsi hansı amillərlə bağlıdır?
- Bu qeyri-ciddi yanaşmadır. Açıq şəkildə ermənipərəst mövqeyə əsaslanan bir mövqedir. Əslində bu Toivo Klaarın subyektiv və şəxsi fikirləridir. Çünki o artıq Avropa İttifaqının adından danışmaq hüququna malik deyil. Ona görə də, bu kimi cəfəng fikirləri adi bir səfirin mövqeyi kimi qəbul etmək lazımdır. Bu proseslərə siyasi və hərbi təsiri olmayan bir açıqlamadır.
“Teleqraf.com” saytı
Tapdıq Qurbanlı
06 avqust 2024-cü il
0 notes
Text
“Ermənistan vasitəsilə regiona gərginlik gətirmək istəyən qüvvələr növbəti dəfə öz cavabını alacaq”- #ŞƏRH
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov son günlər Ermənistanın Cermuxdan Azərbaycana hücum edəcəyi barədə yayılan məlumatlara və bunun arxasında Fransanın dayanması ehtimallarına münasibət bildirərkən deyib.
0 notes
Text
Harvard Universitetinin tələbələri özlərini aşağıdakı fikirlərlə motivasiya edirlər:
1. Əgər sən indi yatsan, yuxuda arzunu görəcəksən. Əgər sən təhsil alsan, arzunu reallığa çevirəcəksən.
2. Düşünəndə ki, artıq gecdi, əslində, hələ kifayət qədər tezdi.
3. Təhsilin əziyyəti müvəqqətidir, savadsızlığın əzabı isə əbədidir.
4. Təhsil vaxt deyil, təhsil cəhddir.
5. Həyat təkcə təhsildən ibarət deyil. Ona görə də əgər bu gün sən bu mərhələni atlaya bilmirsənsə, ümumiyyətlə başqa nəyə güvənirsən?
6. Gərginlik və cəhdlər həzzə çevrilə bilər.
7. Kim ki hamıdan tez çalışır, kim ki hamıdan çox əziyyət çəkir, o kəs həqiqi mənada uğurunun dadını çıxara biləcək.
8. Hər sahədə uğur qazanmaq hamıda olmayan bir şeydir. Hər bir uğur əziyyət və özünütəkmilləşdirmə hesabına reallaşır.
9. Vaxt uçur.
10. Bu günkü tənbəlliklər sabahkı göz yaşlarına çevrilə bilər.
11. Gələcəyə investisiya edənlər realistlərdir.
12. Sənin gəlirin, sənin savadınla düz mütənasibdir.
13. Bu gün heç vaxt bir daha təkrarlanmayacaq.
14. Hətta bu an belə sənin düşmənlərin acgözlüklə kitab vərəqləyirlər.
64 notes
·
View notes
Photo
I Allahın ucalığını haqqıyla qavrayan bir insan gördüyü işlərin hər mərhələsində yüksək əxlaq nümayiş etdirər. Ancaq səthi düşüncə insanı Quran əxlaqına uyğun həyat tərzindən tamamilə uzaqlaşdırar. Peyğəmbərimiz “ədəbsizlik və çirkin sözün girdiyi yer çirkinləşər” (Tirmizi, Birr 47) şəklində buyurmuşdur. Bu sözdə bildirildiyi kimi qafil ruh halı ilə yaşayan insanın həyatına da çirkinlik və qarışıqlıq hakim olar. Olduğu yerlər həll edilməyən məsələlərin baş verdiyi, mövzuların heç cür həll edilə bilmədiyi, gərginlik, narahatlıq yarada biləcək mühitə çevrilər. Səthi düşüncə tək tərəfli yaşanmaz. Səthi düşüncəli insanların bu çirkin mədəniyyətini nümayiş etdirə bildikləri kəslər yenə özləri kimi eyni mədəniyyətin daxilində olan qafil insanlardır. Səthi düşüncə dininin üzvləri bir-birlərini dərhal tanıyar və Quran əxlaqından uzaqlaşma mövzusunda bir-birlərinə kömək edərlər. Bunlar sanki bir-birlərini oda çağırırlar. Allah bir ayədə bu təhlükəyə belə diqqət çəkmişdir: .. Onlar oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar. (Bəqərə surəsi, 221) Başqa ayələrdə isə Allah insanların bir-birlərinin azmasına necə vəsilə olduqlarını belə xəbər vermişdir: De: “Allaha qoşduğunuz şəriklər arasında haqqa yönəldən bir kimsə varmı?” De: “Allah Öz qullarını haqqa yönəldir. Elə isə deyin görək haqqa yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa özünə doğru yol göstərilməyincə onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə edirsiniz?” Onların əksəriyyəti ancaq zənnə qapılır. Şübhəsiz ki, zənn həqiqəti heç cür əvəz edə bilməz. Allah onların nə etdiklərini bilir. (Yunis surəsi, 35-36) Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116) (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #cahil https://www.instagram.com/p/CoSS_r7obQH/?igshid=NGJjMDIxMWI=
0 notes