Tumgik
#firqə
Photo
Tumblr media
I Bir insanın İslam əxlaqına yiyələnməsi ancaq Quran əxlaqını qüsursuz yaşaması ilə mümkündür. Bəzi insanlar isə müəyyən zamanlarda Quran əxlaqını yaşayıb, bəzi zamanlarda isə nəfsinin istəklərinə uyaraq İslam əxlaqını yaşadıqlarını zənn edirlər. Halbuki, bu bir aldatmadır. Quran ayəsində bəzi insanların Allaha şübhə ilə ibadət etdikləri bildirilmişdir: İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib qayıdar. O, dünyanı da itirər, axirəti də. Həqiqi zərər də elə budur. (Həcc surəsi, 11) Cahil məntiq düşüncələrinə görə din yaşamağı düşünənlər bu ayənin üzərində dərin düşünməli və məntiq dininin səhv olduğunu dərk etməlidirlər. Öz məntiqləri ilə din əxlaqı meydana gətirənlərin əsas xüsusiyyətlərindən biri İslamın hökmlərini və Quran əxlaqını yalnız mənfəətləri ilə uyğun olduğu zaman yaşamalarıdır. Bu azğın inanca görə, namaz qılmaq, zəkat vermək, oruc tutmaq, zəkat vermək, səbir etmək, təvəkküllü olmaq, bağışlamaq, mülayim olmaq, ehtiyac içində olanları qorumaq ancaq mənfəətlərinə qarşı olmayanda tətbiq oluna bilər. Əgər cəmiyyətdə təqdir görüləcəksə, “Çox yaxşı insandır”, - deyiləcəksə, bu ibadətlərin və gözəl əxlaq xüsusiyyətlərinin edilməsində bir problem görməzlər. Hətta mümkün olduqca çox təriflənmək üçün müsbət davranışlar göstərərlər. Ancaq hər hansı bir şəkildə cəmiyyətdən mənfi reaksiya görəcəklərini düşünəndə sanki bu dini məsuliyyətlərdən heç xəbəri yoxmuş kimi davranarlar. Bu məntiqin kökündə, şübhəsiz ki, bu insanların Allahın şanını lazımi kimi təqdir edə bilməmələri və axirətin varlığına da qəlbən iman gətirməmələri durur. Çünki bu insanlar həyatının bir hissəsini Quran əxlaqını yaşamağa ayırır, qalan hissəsini isə dünya həyatını yaşamağa həsr edirlər. Bəzən elə bir vəziyyət yaranır ki, günün demək olar ki, 23 saatı din əxlaqından uzaq keçirərkən, din əxlaqını yaşamağa bir saat ayrılır. Hətta çox vaxt bir saatın ayrılması belə çox görülür. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #firqə #məzheb #məntiq https://www.instagram.com/p/Cpxkwr9IutJ/?igshid=NGJjMDIxMWI=
0 notes
zuqan · 11 months
Text
Men ne özümü göstermirem, ne deki özümü ağıllı aparmıram bu tip postlarımla. Niyyetim evvelde dediyim kimi doğru bilinen yanlışları burdakılara çatdırmaqdi. Çünki gözümüzü açandan bu kimi yanlışları görüb böyümüşük. Uzun olacaq ama sözümün canı nedi onu deyim.
Burda bezi özlerini (dini terefden) çox bilmiş kimi gösterenler dini postlar ataraq çoxuna haqqın yolunu göstermeye çalışır. Bu cox bilmişliklerine Allahın qoyduğu hökmlere qarşı duraraq inad edirler. Yeni kimse esl haqqı göstermeye çalışanda inanmaq istemirler, çünki dırnaq arası çox bilmişler insanın beynine o fikri yeridibler. Nece deyerler kütle psixologiyası. Her kes bele edirse demeli doğrudurki edirler. Bunlardan ne derece doğru olduğuna dair delil isteyende de menbesi bilinmeyen yazıları delil olaraq getirirler. Menbesi bilinmeyen yazılarında demek olarki, 80-90% başdan ayağa yalandı. Birincisi bu düşünceni kenara qoyaq. Men burda yalançı dırnaq arası mollaların, başı sarıqlı şeyxlerin dedikleri ile yox, Allahın endirdiyi (Quran) ile danışacam.
Misal üçün menim reyime verilen bu cavaba sıraýla Allahın ayesi ile cavab verim. ( Eslinde men buna cavab vermişdim amma qarşı terefe xoş olmayıb deye silinib :D)
Tumblr media
Öz dinlərini parçalayan və firqələrə ayrılan (müşriklərdən olmayın)! Hər firqə öz əlindəkinə görə sevinir. (Rum surəsi, 32)
Şübhəsiz, firqə-firqə olub dinlərini parçalayanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi ancaq Allaha qalmışdır. Sonra Allah onlara etdikləri əməlləri xəbər verəcəkdir (Ənam surəsi, 159)
Hamılıqla Allahın ipinə (İslama) yapışın və parçalanmayın! Allahın, sizə olan nemətini xatırlayın. Belə ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlbinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz bir atəş quyusunun kənarında ikən O sizi oradan xilas etdi. Allah ayələrini sizə belə açıqlayır ki, bəlkə, haqq yola yönələrsiniz. (Ali İmran surəsi, 103)
Aranızda, xeyrə çağıran, yaxşılığı əmr edən və pis əməllərdən çəkindirən bir camaat olsun. Onlar əsil nicat tapanlardır. (Ali İmran surəsi, 104)
Açıq-aydın dəlillər gəldikdən sonra ayrılıb ixtilafa düşən kəslər kimi olmayın! Onlar üçün böyük bir əzab vardır. (Ali İmran surəsi, 105)
(Münafiqlərin arasında möminlərə) zərər vermək, haqqı inkar etmək, möminlərin arasını vurmaq və əvvəllər Allaha və elçisinə qarşı vuruşanları hazırlamaq üçün məscid tikən və: “Biz (bununla) yalnız yaxşılıq etmək istədik!” - deyə and içənlər var. Halbuki, Allah onların həqiqətən yalançı olduqlarına şahidlik edər. (Tövbə surəsi, 107)
Göründüyü kimi İslamda mezheb(firqe) yoxdur. Kim mezhebe uyarsa müşrikdir.
İkinci sırada yazılan reye cidden çox gülmüşem. Çünki çox acınacaqlı haldiki , Allahı taniyaraq bu kimi dü��ünce ile özünü ve o düşünceye inananları şirke sürükleyir. Ona yene cavabı Allahın ayesi ile cavab verim.
Hökm ancaq Allahındır.  (Yusif surəsi, 40)
O, Öz hökmünə heç kimi ortaq etməz”. (Kəhf surəsi, 26).
Göründüyü kimi buna benzer savadsızlıqlara göre müselmanlar arasında demek olar ki, heçvaxt birlik olmur, söz-söhbet, mübahiseler azalmır, hetda lenetde oxuyurlar. Sanki din bunlara oyuncaqmış kimi. Dinivizi imamlardan, şeyxlerden, orda burda çox bilmiş kimi yazanlardan yox, özünüz öyrenin özünüz 💙
18 notes · View notes
iamthegirludiefor · 4 years
Text
Rum 32.
O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular. Hər bir firqə öz dininə öz dininin haqq olduğuna sevinər.
1 note · View note
Photo
Tumblr media
31 may Azərbaycan Xalq Cümhuriyyətinin Baş Naziri, maarifçi, publisist, ictimai-siyasi və dövlət xadimi Nəsib bəy Yusifbəylinin qətlə yetirilərək şəhid olduğu gündür. Allah rəhmət etsin inşallah. Nəsib bəy Yusifbəyli orta təhsilini Gəncə şəhərində yerləşən klassik gimnaziyada başa vurduqdan sonra Novorossiya İmperator Universitetinin Hüquq fakültəsinə daxil olub. Universitetdə təhsil alarkən orada oxuyan Azərbaycandan olan tələbələrlə birlikdə Azərbaycan Yerlilər Cəmiyyətinin yaradılmasında iştirak edib. Buradakı təhsilini tamamlamadan Krımda yerləşən Bağçasaray şəhərinə gedərək burada İsmayıl Qaspıralının əsasını qoyduğu Tərcüman qəzetində fəaliyyət göstərir. Bağçasarayda olarkən İsmayıl Qaspıralının qızı Şəfiqə Qaspıralı ilə tanış olur və daha sonra onunla ailə həyatı qurur. Siyasi düşüncə və fəaliyyətlərinə görə çar hökuməti tərəfindən təqib olunduğu üçün daha sonra İstanbula köçən Nəsib bəy burada Türk Dərnəyi cəmiyyəti ilə təmasda olub. 1909-cu ildə İstanbuldan Gəncəyə geri dönən Nəsib bəy burada şəhər dumasında fəaliyyət göstərir. Bununla yanaşı, müəllim olaraq da çalışan Nəsib bəy maarifçilik işləri ilə məşğul olur. Fevral inqilabından sonra 1917-ci ilin martında Gəncədə Nəsib bəyin rəhbərliyində Türk-Ədəmi Mərkəziyyət Firqəsinin əsası qoyulur. Firqə Müsavatla birləşdikdən sonra da Nəsib bəy burada aparıcı simalardan birinə çevrilir. 1918-ci ilin 23 fevralından sonra yaranan Zaqafqaziya Seyminə seçilən və Azərbaycanı təmsil edən 44 nümayəndədən biri də Nəsib bəy olur. Nəsib bəy daha sonra seymin əsasında yaranan Zaqafqaziya Demokratik Federativ Respublikasında xalq maarif naziri vəzifəsinə seçilir. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra da Nəsib bəy yüksək dövlət vəzifələrini icra etmişdir. O, yaradılan kabinetlərdə müxtəlif nazir postlarını tutduqdan sonra 3-cü və 4-cü kabinetlərdə Baş Nazir vəzifələrini yerinə yetirib. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsindən sonra Tiflisə doğru hərəkət edərkən Göyçay qəzasına bağlı olan Kürdəmir yaxınlığında 31 may tarixində müəmmalı şəkildə həyatını itirmişdir. Nəsib bəy Yusifbəylinin ailəsinin Gəncəyə XVII-XVIII əsrlərdə Cənubi Azərbaycandan gəldiyi eht https://www.instagram.com/p/CeN4CP7Nk8c/?igshid=NGJjMDIxMWI=
0 notes
fatvalar · 8 years
Text
İbn Bətta Ömər ibn AbdulAzizin (rahiməhullah) belə dediyini rəvayət edir: - (Bidət əhli olan) Qədəriyyə firqə mənsubları ilə cihada çıxmayın, çünki həqiqətən də, onlara görə sizə qələbə bəxş edilməz! [ əl-İbənə, 1848]
0 notes
Photo
Tumblr media
I Bəzi insanlar xurafatçılığın kor-koranə və şüursuz şəkildə yayıldığını və nəsildən-nəslə keçdiyini düşünürlər. Halbuki, belə deyil. Düzdür, bəzən insanlar xurafatçılığı cahillikdən və savadsızlıqdan mənimsəyirlər. Lakin xurafatçılıq çox vaxt illərlə davam edən təlim və təbliğ nəticəsində öyrənilir və yayılır. Bu “kursun tələbələri” özlərinin ən doğru yolda olduqlarına “qəti iman” gətirir və batil düşüncələri bilərək və istəyərək müdafiə edirlər. Bir sözlə, xurafatçılığın yalnız cahillikdən və savadsızlıqdan meydana çıxdığını demək düzgün deyil. Xurafatçılıq şüurlu şəkildə təbliğ və tədris nəticəsində də mənimsənilir. Xurafatlarla dolu həyat tərzini mənimsəyənlər adət-ənənələrini istər ailədaxili, istərsə də tədris müəssisələrində təbliğ və tətbiq yolu ilə nəsildən-nəslə ötürürlər. Xurafatçılığa əsaslanan fanatik ideologiyalar kiçik yaşlardan etibarən uşaqlara ciddi, əhatəli və sistemli şəkildə öyrədilir. Valideynlər bu sistemin bir hissəsi olduqları üçün uşaqların məktəbdə və ailədə öyrəndiklərinə tam uyğunluq göstərirlər. Nəticədə, uşaqlar hər şəraitdə eyni batil təlqinlərə məruz qalırlar. Adətən xurafatçı ailədə böyüyən uşaqların valideynlərindən fərqli dünyagörüşünə yiyələnməyə fürsətləri olmur. Xurafatçıların səciyyəvi xüsusiyyətlərindən biri İslam dininin tək mənbəyi olan Quranı (haşa) əskik görmələri, İslamı tam əhatə etmədiyini düşünmələridir. Bir insanın Quranı özbaşına dərk edə bilməyəcəyini, dini ancaq bəzi alimlərdən və onların əsərlərindən öyrənməyin mümkün olduğunu iddia edirlər. Xurafatçılığa xidmət edən alimlərin kitablarından başqa kitab məsləhət görmür, hətta qadağan edirlər. Quranı (haşa) yetərsiz görən bu azğın düşüncə müsəlman aləminin böyük qisminin Qurandan, həqiqi Quran əxlaqından uzaqlaşmasına səbəb olur. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #xurafat #firqə https://www.instagram.com/p/CnZs3RAjhSR/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I Bəzi insanların ömür boyu yaşadıqları mühitdən, ailələrindən, dostlarından təsirlənərək formalaşan və kökündə atalarının dini duran düşüncə tərzləri onların din əxlaqını mənimsəməsinə mane olur. Bu tip düşüncə tərzləri əksər hallarda tamamilə materialist təmələ əsaslanır və din adı altında üzə çıxan, lakin haqq dinlə heç bir əlaqəsi olmayan fikirlərdən ibarət olur. Belə ki, Quranda din əxlaqını təbliğ edən peyğəmbərlərə və möminlərə atalarının dininə bağlı olan insanların verdiyi cavablar bildirilmiş, bu insanların ümumi xüsusiyyətləri xəbər verilmişdir. Elmdən təhsilə, iqtisadi quruluşdan ədalət sisteminə qədər hər sahədə keçmiş adət-ənənələrin davam etdirilməsinin tərəfdarı olan bu şəxslər din əxlaqının gətirdiyi ağıllı, ədalətli sistemə qarşı çıxmışlar. Ancaq qarşı çıxarkən müdafiə etdikləri fikirlər, adətən, ağıla və vicdana əsaslanan fikirlər olmamış, mənfəət, adət-ənənə əsas götürülmüşdür. Bu mühafizəkar təfəkkürlə Allahın vəhyini insanlara təbliğ edən elçilər də qarşılaşmışdır. Hz. Məhəmmədin, hz. İsanın, hz. Şüeybin, hz. Musanın, hz. İbrahimin, hz. Nuhun, hz. Hudun və bir çox elçinin təbliğindən üz çevirən bu insanlar Quranda bildirildiyinə görə, batil dinlərindən və inanclarından əl çəkməyəcəklərini deyiblər. Rəbbimizin “ataların dininə bağlılıq” kimi bildirdiyi bu yanlış inanc dövrümüzdə də davam edir. Bəzi insanlar hələ də əcdadlarından qalan dünyagörüşünü, yanlış əxlaq anlayışını mühakiməsiz qəbul edərək əsrlər boyu davam edən bu inanca bağlı qalırlar. • “Ataların dini” nədir? Öz dinlərini parçalayan və firqələrə (məzhəb və təriqətlərə) ayrılan (müşriklərdən olmayın)! Hər firqə öz əlindəkinə görə sevinir. (Rum surəsi, 32) Şübhəsiz, firqə-firqə olub dinlərini parçalayanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi ancaq Allaha qalmışdır. Sonra Allah onlara etdikləri əməlləri xəbər verəcəkdir. (Ənam surəsi, 159) (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #firqə #atalarındini #məzhəb https://www.instagram.com/p/CiMppEeM0hs/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I Muminun surəsi, 66-cı ayə. “Ayələrim sizə oxunurdu, lakin siz arxa çevirirdiniz.” Çox mənalıdır; geriyə dönmək, cəhalət. Cahillər Quranı qəbul etməzlər, qısacası Qurandan narahat olarlar. Cahillər xurafata çox əhəmiyyət verər. “Siz ona (Qurana) qarşı təkəbbürlənərək gecə vaxtı toplaşıb həqiqətə uyğun olmayan sözlər söyləyirdiniz.” Xurafatlar, əlavələr, çıxarmalar. Gecə yarısı Qurana əlavə edir, çıxarma edir. “Onlar sözü (Quranı) heç düşünmürlərmi?” Allah daima Qurana diqqət çəkir. Əgər Quranın yetərli olması qəbul edilməzsə, fəlakətlər heç vaxt bitməz. “Yoxsa onlara ata-babalarına gəlməyən bir şeymi gəldi?” Xurafatın digər izahıdır. Bir vəhyə əsaslanmır. “Haradan çıxdı bu məlumat?” Allah deyir. “Ya da öz elçilərini tanımadılarmı ki, indi onu inkar edirlər?” Çünki Peyğəmbər (s) elə bir şey deməmişdir. Belə bir vəhy yoxdur, belə bir hökm yoxdur. Peyğəmbər (s) adına yalan uydururlar. “Yaxud: “Onda bir dəlilik var” deyirlər?” İlk etdikləri şey budur. Allah yolunda mübarizə aparan adama ilk başda dəli olduğunu iddia edirlər. “Xeyr, o, onlara haqq ilə gəlmişdir və onların çoxu haqqı çirkin qarşılayırlar.” Haqla gəlmək həmişə doğrunu deməkdir. Mehdi (ə.s) gələcəksə, mütləq Mehdi (ə.s) gələcək deyir. İsa (ə.s) gələcəksə, gələcək deyir. Quran kifayətdir deyirsən, məsələn xurafatları deyirsən, sənə “saxtakar” deyirlər. “Xeyr, o, onlara haqq ilə gəlmişdir və onların çoxu haqqı çirkin qarşılayırlar.” Qəbul etmirlər deyir ayədə. Əbcədi 2022-ci il tarixini verir. Mehdiyyətə işarə edir. “Əgər haqq onların arzu və istəklərinə uysaydı,” yəni xurafatçıların dediyi kimi olsaydı, xurafata uyğun olsaydı, “göylər, yer və onların içindəkilər mütləq fəsada məruz qalardı” deyir Allah. Yəni dünya irticaya təslim edilmiş olsa, məhv olarsan, azğın münafiq, fırıldaq saxtakarlar həyatı cəhənnəmə çevirərlər. Nə incəsənət qalar, nə elm, nə sevgi, nə şəfqət, nə dostluq, nə yoldaşlıq. Tam bir cəhənnəm olar. “Xeyr, Biz onlara Zikrlərini (Quranı) gətirdik.” Yəni Quranı. “Biz onlara Quranı gətirdik” deyir Allah. (ardı rəydə) #quran #ayə #islam #iman #Allah #namaz #din #məzhəb #batil #firqə https://www.instagram.com/p/CfWuCX3sZ4R/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I Allah Quranda, “Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, haqq yoldan azmışlar sizə zərər yetirə bilməzlər. Hamınızın dönüşü Allaha olacaq və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir” (Maidə surəsi, 105) hökmü ilə inanan insanlara əhəmiyyətli bir həqiqəti xəbər vermişdir: İnkarçılar, doğru yolda olan kəslərə zərər verə bilməzlər. Doğru yol isə ancaq iman edən və Qurana tabe olan ağıl sahiblərinin olduğu yoldur. Bu insanlar, hər mövzuda yalnız Quranda onlara bildirilən doğruları rəhbər tutub, həyatını bu doğrulara görə təşkil etdikləri üçün hər zaman Allahın dəstəyi və köməyi ilə qarşılıq görərlər. Allah iman edənlərin köməkçisidir və dininə kömək edənlərə kömək vəd etmişdir. Allah, səmimi qəlblə iman etmələrinə qarşılıq inananları qoruyub dəstəkləyəcəyini, onlara hər işlərində asanlıq təmin edib, yollarını açacağını bir başqa ayəsində belə bildirmişdir: Kim Allahı, Onun Elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir. (Maidə surəsi, 56) İslamı firqələrə (məzhəb və təriqətlərə) bölənlər Allahın firqəsi sayılmırlar, Allahın firqəsi yalnız, Onun göndərdiyi Qurandakı islamı yaşayanlardır. Allahın Rəsulu (s) və səhabələri də məhz Quran müsəlmanı olublar. Necə ki, Ənbiya surəsində Allah, hər zaman üçün haqq və doğru olanın, batil olana üstün gələcəyinə diqqət çəkmişdir. Məhz haqdan yana hərəkət edən ağıllı insanların, hər zaman batilin arxasına sığınan ağılsız insanlara üstün gəlmələrinin səbəbi də budur. Allah bu həqiqəti belə bildirmişdir: Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz... (Ənbiya surəsi, 18) #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #din #firqə #firka #agil #ağıl https://www.instagram.com/p/CVhwC8ws9YF/?utm_medium=tumblr
0 notes
Photo
Tumblr media
. İslam dininin yeganə həqiqi və etibarlı mənbəyi Allahın Kitabı Qurandır. Peyğəmbərimiz (səv) Quranı tətbiq etmiş, insanlara çatdırmış, Qurana əməl edilməsini əmr etmiş və sünnənin Quran olduğunu bildirmişdir. Xurafat dininin isə minlərlə fərqli mənbəyi var. Bu etibarsız mənbələr bunlardır: Peyğəmbərimizə böhtan ataraq ona aid olduğu deyilən yüz minlərlə uydurma hədis... İslam alimi kimi tanıdılan insanların din adından ortaya atdıqları uydurma qayda və qadağalar, yanlış Quran şərhləri... Xurafatlara, batil adət və ənənələrə əsaslanan yanlış inanc, hökm və tətbiqlər... Halbuki Allah insanların din məsələsində yalnız Qurandan məsul olduqlarını açıq şəkildə bildirmişdir: Doğrusu, bu (Quran) sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz (ondan) sorğu-suala tutulacaqsınız. (Zuxruf surəsi, 44) Xurafatçılar Quranın (haşa) başa düşülməyən, üstüörtülü və əskik olduğunu, onu başa düşmək üçün yuxarıda bəhs etdiyimiz saysız-hesabsız mənbəyə ehtiyac olduğunu müdafiə edirlər. Halbuki Quranın açıq-aydın və yetərli olduğunu söyləyən Allahdır. Allah bir çox ayədə Quranın çox aydın və qüsursuz olduğunu, başqa heç bir mənbəyə ehtiyac olmadığını xəbər verir. Bu ayələrdən bəziləri bunlardır: Məgər (müşriklər) oxunmaqda olan Kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi? … (Ənkəbut surəsi, 51) Allah sizə Kitabı (Quranı) müfəssəl surətdə nazil etdiyi halda, mən Ondan başqasınımı özümə hakim istəməliyəm?! … (Ənam surəsi, 114) … Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna cəm ediləcəkdir. (Ənam surəsi, 38) Qurana əsaslanan İslam tək və haqq dindir. Xurafat isə aralarında hər mövzuda ixtilaf olan yüzlərlə fərqli qrupa bölünmüşdür. Hamısı öz yolunun doğru, digərlərinin isə batil olduğunu düşünür. Quranda xurafatçıların pərakəndə vəziyyəti belə bildirilir: Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir. (Ənam surəsi, 159) #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #hadis #axirzaman #ahirzaman https://www.instagram.com/p/CQ5-0aCBOCw/?utm_medium=tumblr
0 notes
Photo
Tumblr media
31 may Azərbaycan Xalq Cümhuriyyətinin Baş Naziri, maarifçi, publisist, ictimai-siyasi və dövlət xadimi Nəsib bəy Yusifbəylinin vəfat etdiyi gündür. Allah rəhmət etsin inşallah. Nəsib bəy Yusifbəyli orta təhsilini Gəncə şəhərində yerləşən klassik gimnaziyada başa vurduqdan sonra Novorossiya İmperator Universitetinin Hüquq fakültəsinə daxil olub. Universitetdə təhsil alarkən orada oxuyan Azərbaycandan olan tələbələrlə birlikdə Azərbaycan Yerlilər Cəmiyyətinin yaradılmasında iştirak edib. Buradakı təhsilini tamamlamadan Krımda yerləşən Bağçasaray şəhərinə gedərək burada İsmayıl Qaspıralının əsasını qoyduğu Tərcüman qəzetində fəaliyyət göstərir. Bağçasarayda olarkən İsmayıl Qaspıralının qızı Şəfiqə Qaspıralı ilə tanış olur və daha sonra onunla ailə həyatı qurur. Siyasi düşüncə və fəaliyyətlərinə görə çar hökuməti tərəfindən təqib olunduğu üçün daha sonra İstanbula köçən Nəsib bəy burada Türk Dərnəyi cəmiyyəti ilə təmasda olub. 1909-cu ildə İstanbuldan Gəncəyə geri dönən Nəsib bəy burada şəhər dumasında fəaliyyət göstərir. Bununla yanaşı, müəllim olaraq da çalışan Nəsib bəy maarifçilik işləri ilə məşğul olur. Fevral inqilabından sonra 1917-ci ilin martında Gəncədə Nəsib bəyin rəhbərliyində Türk-Ədəmi Mərkəziyyət Firqəsinin əsası qoyulur. Firqə Müsavatla birləşdikdən sonra da Nəsib bəy burada aparıcı simalardan birinə çevrilir. 1918-ci ilin 23 fevralından sonra yaranan Zaqafqaziya Seyminə seçilən və Azərbaycanı təmsil edən 44 nümayəndədən biri də Nəsib bəy olur. Nəsib bəy daha sonra seymin əsasında yaranan Zaqafqaziya Demokratik Federativ Respublikasında xalq maarif naziri vəzifəsinə seçilir. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra da Nəsib bəy yüksək dövlət vəzifələrini icra etmişdir. O, yaradılan kabinetlərdə müxtəlif nazir postlarını tutduqdan sonra 3-cü və 4-cü kabinetlərdə Baş Nazir vəzifələrini yerinə yetirib. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsindən sonra Tiflisə doğru hərəkət edərkən Göyçay qəzasına bağlı olan Kürdəmir yaxınlığında 31 may tarixində müəmmalı şəkildə həyatını itirmişdir. Nəsib bəy Yusifbəylinin ailəsinin Gəncəyə XVII-XVIII əsrlərdə Cənubi Azərbaycandan gəldiyi ehtimal olunur. Ailən https://www.instagram.com/p/CPhuWTmhB_Z/?utm_medium=tumblr
0 notes