#edəcəyi
Explore tagged Tumblr posts
Text
Insanlar gərçəyə qarşi kordu.Sadəcə istədiklərini görürlər. Zehnin həpisxanasinda tutsaqditlar halbuki tek edəcəyi sey baxiş acisini dəyişdirmək.O zaman hər şeyi qavriya bilərlər.
8 notes
·
View notes
Text
Pulla alınmayacaq yalnızca 2 şey var: biri xarekter digəri zəka. Əgər bir insan bunlara sahib deyilsə, pulla edəcəyi tək şey var, o da kopyalamaq
11 notes
·
View notes
Text
Uşaqlığımdan hər şey planlanmışdı. Harda oxuyacağım, kimlərlə dostluq edəcəyim, kimlərlə yaşayacağım...Bir sözlə hər şey nöqtəsinə kimi planlanmışdı. Bu sanki bir qapalı qutu idi, o qutudan kənara çıxa bilməzdin. Mən həmişə o qutudan çıxmaq istədim. Asan olmadı, amma çıxdım. Mənim üçün planlanılan hər şeyin ziddinə getdim və getməyə davam da edirəm. Bəzən ziddə getmək səhvlərə yol açdı. Çox səhvlər oldu, bilirəm ki, olmağa da davam edəcək. Özümü tapmaq üçün, kim olduğumu bilmək üçün...Bəzən çox pis insana çevrildim, bəzən də çox yaxşı. Bəzən çox sakit, bəzən də çox əsəbi. Bəzən qəlbim qırıldı, bəzən də qırdım. Həyatıma bəzən çox uzaq qaldım, bəzən də çox yaxın oldum. Bir-birinə zidd olan iki həyatı yaşadığımı anladım ən sonunda. İnsanın özünü tapması çox çətindi. O çətinliyi aşmaq üçün də yaşamaq lazımdı. Özümü tapdımmı? Bəlkə hə, bəlkə də özümü tapmağa çox var hələ.
Bəlkə də özümü tapmağım üçün çox insanlar tanımalıyam. Çünki insan hər bir insanda özünün parçalarını görür və birləşdirir. Ya necə olmaq istədiyini görür ya da necə olduğunu. Zaman gəlir, tam bir bütün olduğunu hiss edir insan oğlu. Onda bir çox şey dəyişir. Əgər özünü dərk etməyi bacarırsa , onun qəlbindəki işıq daha da parlaq yanır. Özünü tanıyırsa, artıq səhvlərlə deyil də doğrularla yaşamağa başlayır. Böyüyür...Böyümək gözəldi, içindəki uşağı öldürməmək şərti ilə...
Qəlbinizin işığının daha parlaq yanacağı və içinizdəki uşağın sizinlə fəxr edəcəyi günlərə....
#Onun səsi
24 notes
·
View notes
Text
bir birimizin tamamilə ziddi idik. bir maqnitin üstündəki mənfi və müsbət kimi. bir çizgifilmdəki xilaskar super qəhrəman və şəhəri talan edən pis adam kimi. mən hər zaman "aman allahım" deyə heyifslənirdimsə, o da "lənətə gəlsin" deyərdi. o bu həyatda ərköyünlük edə bilməmişdi, mən isə ərköyün böyüdülmüşdüm. mən səmimi və saf eşqə inanırdım, o duyğuları rədd edirdi. bəlkə də bu işıq və qaranlıq birlikdə sonsuza qədər davam edə bilər amma tərəflərdən birinin uduzub, tərk edəcəyi gerçəyini qəbullanmaq çətin gəlirdi.
17 notes
·
View notes
Text
Heç bir evlilik forması qadının işləməsinə mane olmamalıdır. Ən yaxşı insanla ailə qursan da, ən varlı adamla evlənsən də, hər şeyin ən əninə sahib olsan belə sənin öz sosial və maddi kimliyin qorunmalıdır. Bütün günü ev işinə həsr edəcək qədər özünü məhdudlaşdırmamalısan. İkinizin edəcəyi söhbətlər də ancaq qeybət olmamalıdır və ya günü susqunluqla keçirməməlidir. Hər iki tərəfin gördüyü, bölüşdüyü, müzakirə edə bildiyi məsələlər olmalıdır. Evlilik qadının bitişi deyil, yeni formada davam edişidir.
3 notes
·
View notes
Text
İnsan necə də qəribə bir varlıqdır?!Daima dəyişməkdə olan,bugünki halıyla sabahki halı üst-üstə düşməyən,hətta mübarizə edəcək qədər fərqlənən bir varlıq.Bu dəyişimlər o qədər sürətli baş verir ki,özüm belə məətəl qalıram bu işə.Məsələn,səhər beynimdə düşündüyüm bir fikrə münasibətim axşam tamam əksi istiqamətdə dəyişə,hətta səhərki düşüncəmi qınayacaq səviyyəyə belə gələ bilər.Bu hadisələr üstündə xeyli düşünüb,düşüncələrin daim dəyişimdə olmasının içkişafa təkan verdiyini anlayaraq özümlə olan mübarizədə biraz daha anlayışlı şəkildə davranmağa çalışıram.Çünki,bir insanın ən sonuncu edəcəyi xəta özüylə düşmən olmasıdır.Bu zaman nə dünyanın dadı qalar nə də xəyallara aparan yolda azacıq ışıq görünər gözümüzə.Biz özümüzü keçmişimizlə qəbul edib,sevməliyik.Keçmişlə qəbul etmək dedikdə keçmişin gətirdiyi səhvləri deyil,səhvlərdən çıxarılan nəticələrin nəzərdə tutulduğunu da unutmamaq lazımdır təbii ki.Unutmamaq lazımdır ki,keçmişin təcrübləri gələcəyin xətalarını azaltmağımıza yardımcı olacaq.Nəinki özümüzü,digər insanlara qarşı da belə anlayışlı olmalı,keçmişi ilə qınaq mərkəzinə çevirməməliyik onları.Travmalarından doğan xətalarının məhkumuna çevirmək yerinə,çıxardığı dərslərə fikir verməliyik.O travmalara görə deyil,onlardan yaranan şəxsiyyətin səviyyəsinə görə seçməliyik insanları həyatımıza.Və ən əsası yaşayan tək canlının biz olmadığını bilərək hərəkət edib,insan qəlbinin bir ayna kimi narin olduğunu unutmamalıyıq.İçimizdəki aynanı kirlətməyəcək,qırmayacaq insanların çoxalması diləyilə:)
6 notes
·
View notes
Text
SON SAVAŞ BAŞLAYIR: ERMƏNİSTAN BUNA HAZIRLAŞIR
2020-ci ilin 44 günlük Vətən Müharibəsi başa çatdıqdan sonra da Ermənistanın sülh sazişinə imza atacağı ehtimalı yox idi. Fakt bu gün Ermənistan ABŞ, Fransa və onlara yaxın olan dövlətlər tərəfindən sürətlə silahlandırılmaqda, iqtisadi gücünü artırmaqda, cəmiyyətin immunitetini gücləndirməkdədir. Erməni cəmiyyəti Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını aradan qaldırmağı düşünmür. Uzun illər onlara təlqin edilmiş bu iddialar Ermənistan hakimiyyətini də stimullaşdırır. Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
O qeyd edib, Ermənistan hakimiyyyəti də cəmiyyətdən gələn “çağırışlar” əsasında özünün revanşist mövqeyini qorumaqla Azərbaycanla yeni müharibəyə hazırlaşır:
“2020-ci 44 günlük Vətən Müharibəsində və 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki əməliyyatlarda Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə yanaşı separatizmin də kökünü kəsdi. Amma buna baxmayaraq Ermənistan dövləti və cəmiyyəti Azərbaycana, Türkiyəyə qarşı ərazi iddiasını gündəliyindən çıxartmayıb”.
Partiya sədri hesab edir ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşməsini müəyyən edən birgə fəaliyyəti tənzimləyən reqlamentin təsdiq edilməsi heç bir halda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina kimi izah oluna bilməz:
“Ermənistan konstitusiyasında və onun preambula hissəsində Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən əsassız müddəalar mövcuddur. Eyni zamanda Ermənistanın ayrı-ayrı sənədlərində keçmiş Dağlıq Qarabağ Ermənistanın bir hissəsi kimi təsbit edilib. Ermənistan SSRİ-nin qərarlarında və Almatı razılaşmasında da bu iddialar yer alıb”.
Fəzail Ağamalıya görə, indiki halda erməni tərəfinin guya Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı yaydıqları informasiyalar əsassızdır:
“Bu manipuliyasiyadır. Bütün bunlar onu göstərir ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq, indiki reallığı qəbul etmək niyyətində deyil. Sözsüz ki, Azərbaycan tərəfi bu məsələləri diqqətdə saxlamalıdır. Ermənistan faktiki olaraq sülhə yox, yeni müharibəyə hazırlaşır. Ona görə də, Ermənistanla son müharibə qarşıdadır”.
“Teleqraf.com” saytı
Tapdıq Qurbanlı
14 oktyabr 2024-cü il
0 notes
Text
Ölkəmizin ev sahibliyi edəcəyi MÜHÜM TƏDBİR: #Azərbaycan bu məsələləri siyasətində ön plana çəkir
“#COP29 bütün dünyanı narahat etməli olan məqamların müzakirə edildiyi bir tədbirdir”.
0 notes
Text
Kimlərinsə səni mühakimə edəcəyi qorxusu öldürülməkdən betərdi. Bu sadəcə vecsizliklə də həll olunmur. Sənə dəyər verən insanlar da sənin hansısa daxili fikirlərinə görə öz içlərində qırıla bilirlər. Niyə bizə uşaqlıqdan normal sosial münasibət qurmağı öyrətmirlər ki? Bu qaydaları təcrübə edərək öyrənməlisən. Mən isə məktəbə getmirdim...
1 note
·
View note
Text
İtirilmiş illər
Saat gecə yarısını çoxdan keçmişdi. Yataq otağında oturub tez-tez saata baxan g��nc qadın olduqca narahat görünürdü. Çünki hələ də həyat yoldaşı evə gəlməmişdi. Qızı səhər dərsə getdiyi üçün çoxdan yatsa da, o yata bilmirdi. Baxmayaraq ki, gözləri yuxusuzluqdan xumarlanmışdı. Lakin o yatmayıb demək olar ki, evə hər gecə gec saatlarda və sərxoş vəziyyətdə gələn ərini gözləyirdi.
Ayağa qalxıb aynanın qarşısına keçdi. Əyninə geyindiyi qırmızı gecə geyimi onu olduqca cazibədar göstərirdi. Güzgüdə özünə bir xeyli tamaşa etdikdən sonra saçını daramağa başladı. Çox gözəl görünürdü. Bir çox kişinin arzu edəcəyi qadın idi. 29 yaşı olmasına baxmayaraq ona 20 yaşdan artıq vermək olmazdı. Ancaq bəxti üzü qədər gözəl olmamışdı təəssüf ki... 10 ildir ki, ailə qurmuş olsa da, daxilən çox tənha idi. Nə olsun ki, o çox gözəl idi?....
Öz həyat yoldaşı tərəfindən sevilməyəndən sonra dünya gözəli olsa belə heç bir qadın xoşbəxt hiss etməz ki.... 10 ildir ki, bir gün əri tərəfindən sevilməyin, bəyənilməyin , arzu edilməyin xəyalını qururdu.Lakin bu istəyi hələlik sadəcə xəyal olaraq qalırdı təəssüf ki...
Qapının açarla açılma səsini eşidən kimi tez özünü topladı. Gələnin əri olduğunu bilmək elə də çətin deyildi. Çünki bu vəziyyət az qala hər gecə yaşanırdı. Adam qapını açaraq yataq otağına daxil oldu. İstehza ilə aynanın qarşısında oturmuş qadını süzdü. Geyindiyi gecə geyimi ilə olduqca gözəl görünən bu qadın onda heç bir hiss oyatmırdı. Ona görə ki, onun sadəcə bədəni bu qadının yanında idi. Onlar sadəcə kağız üzərində ailə idilər. Xaricdən görünən xoşbəxt ailə tablosunun arxasında bir-birinə yad olan iki insan və onların arasında qalıb günahsız yerə əzab çəkən bir qız uşağı var idi.
Adam yenə sərxoş vəziyyətdə idi. Qadına qısa bir baxış atdıqdan sonra pencəyini çıxarıb özünü yatağa atdı. Heç paltarlarını belə çıxarmağa ehtiyac görməmişdi. Qadın artıq hər gecə təkrar olunan bu vəziyyətdən artıq təngə gəlmişdi. Ərinin hardan gəldiyini çox yaxşı bilirdi. Yenə o qadının yanından gəldiyinə əmin idi. Odur ki, ayağa qalxıb yatağa yaxınlaşdı. İkrah hissi ilə yataqda üzü üstə uzanan ərini süzdü. Qolundan tutub silkələyərək acıqla soruşdu:
-Elçin! Eşidirsən məni? Oyan!
Elçin gözlərini açıb yataqda arxası üstə çevrildi. Bezginliklə qadına baxıb dilləndi:
-Nədi?! Nə olub yenə?! Nə hay-küy salmısan?! Qoymazsan da 5 dəqiqə gözümü yumum!
-Bu nə haldı yenə düşmüsən sən?! Az içərdin də bu zəhrimarı bir az! Məcbursan hər gecə içməyə?!-deyə qadın deyinməyə davam etdi.
-Əcəb edib içirəm! Sənə nə var?! Mənə ərə gələndə bilirdin də içdiyimi! İndi hələ dilin də var danışmağa?!-deyərək Elçin arxasını qadına çevirib yenidən gözlərini yumdu.
-Yenə o küçə qızının yanından gəlirsən hə?! Əl çəkmir o səndən hələ də?! Utanmadan onun yanından çıxıb mənim, öz ailənin yanına gəlirsən! Mən cəhənnəm! Heç olmasa uşağından utan!
İçkinin təsiri ilə daha da əsəbləri tarıma çəkilən Elçin ayağa qalxıb Sara ilə burun-buruna dayandı. Onsuzda əsəbi insan idi. İçəndə isə daha da gözü dönürdü. Saraya bir şillə vurduqdan sonra onu itələyib divara sıxdı. Bir əli ilə boğazından yapışıb qəzəblə gözlərinə baxaraq dedi:
-Sara! İnan ki, yazığım gəlməz! Əgər bir də sevdiyim qadını təhqir etsən, özünü ölmüş bil! Boğaram səni!
Bunu deyib Saranı yatağa itələdi.Sara öskürərək özünə gəlməyə çalışırdı. Həm canının ağrısı həm də çəkdiyi mənəvi acının təsiri ilə göz yaşı tökürdü. Getmək istəyən ərini qolundan tutub saxladı. Ağlayaraq, üsyan edərək soruşdu:
-O qadın sənin nəyindi hə?! Heç nəyin! Mən isə sənin nigahlı, halal həyat yoldaşınam! Bizim bir qızımız var! Məni düşünmürsən heç olmasa onu düşün! O qadın sevdiyin qadındırsa, bəs mən kiməm onda?!
Elçin nifrətlə qadını süzüb dedi:
-Qələtini elə! Uşağı sən istədin! Onu dünyaya gətirdin ki, məni evə bağlaya biləsən! Amma gördün?! İşə yaramadı! Çünki mən sənə ürəyimlə bağlı deyiləm! Səni sevmirəm! Bunu başa düş artıq! Bir dənə yox, lap 10 dənə də uşaq doğsan yenə də heç nə dəyişməyəcək! Səninlə evlənməyimi ailəm istədi! Mən çox pis vəziyyətdə idim! Nə etdiyimi bilmirdim!
-Necə yəni nə etdiyimi bilmirdim?! Yox deyə bilərdin! İstəmirəm deyə bilərdin! Niyə evləndin mənimlə əgər ürəyin dolu idisə?!-
deyə Sara üsyan etməyə davam edirdi.
Elçin istehza ilə gülümsəyib cavab verdi:
-Sən niyə etiraz etmədin bəs?! Gələndə onsuzda bilirdin hər şeyi! Niyə bilə-bilə mənə ərə gəldin?!
-Yaşım az idi! Atama yox deyə bilməzdim! Qarşı çıxa bilməzdim! Öldürərdi məni! Zamanla sevəcək səni dedilər! Düzələcək dedilər! Uşağınız olsun bağlanacaq sənə dedilər! Amma olmadı! Nə etdimsə olmadı! Sevmədin məni heç vaxt! -deyə Sara göz yaşları içində cavab verdi.
Ağlamağı daha da şiddətləndi Saranın. Necə ağır idi düşdüyü vəziyyət. Əri gözünün içinə baxa-baxa onu yox, başqasını sevdiyini deyirdi. Qadınlıq qüruru ayaqlar altına alınmışdı. Ən acısı da bu idi ki, qürurunu tapdalayan həyat yoldaşı, on ildir bir yastığa baş qoyduğu, övladının atası idi. Buna dözmək qətiyyən mümkün deyildi. Qəfildən qəlbinə yenidən qısqanclıq hissi hakim kəsildi. Axı bu adam onun əri idi. O qadın hansı haqla onun ərini əlindən almağa çalışırdı. Elçinin yaxasından tutub qəzəblə dilləndi:
-Axı o qadında nə var məndə olmayan?! Daha gözəldi?! Sənə daha yaxşı baxır?! Səni məndən daha çox sevir?! Nə var onda ki, sən öz ailəni onun ayaqları altına atırsan?! Nə qədər dözüm mən buna! Hər gecə içib gəlirsən! Nə mən nə də uşaq sənin üzünü düz əməlli görmürük! Bunların hamısı o qadına görədi?! Yaxşı! Mən sabah gedib onunla danışacam! Onu yaşadığı yerdə biabır edəcəm! Saçını yolub verəcəm əlinə o küçə qızının! Ondan sonra bir də başqasının ərinə göz qoymaz daha!
Elçinin qəzəbdən gözləri böyüdü. Sara onsuzda onun üçün qadın kimi qane etmirdi. Üstəlik də sevdiyi qadın haqqında belə danışması Saraya olan qəzəbini daha da artırırdı. Qəzəblə Saraya baxaraq dedi:
-Sənə bayaq dedim ki, əgər birdə sevdiyim qadını təhqir etsən, səni öldürərəm! Amma deyəsən sən məni yaxşı başa düşmədin! İndi sənin dərsini verərəm! Onda ağlın başına gələr!
Saraya təkrar şillə vuraraq yatağa yıxdı. Bununla ürəyi soyumadığı üçün onun saçlarından tutub qaldıraraq yerə atdı. Daha sonra təpiklə qadının ayaqlarına və qarnına güclü zərbələr endirməyə başladı. Sara hər nə qədər özünü qorumağa çalışsa da alınmırdı. Çünki Elçin ondan qat-qat güclü idi. Qadının yalvarışları, göz yaşları qətiyyən onun qəlbini yumşalda bilmirdi. Təkcə döyməklə kifayətlənməyib eyni zamanda söyür, təhqir edirdi qadını. On ildir ki, zamanında etdiyi qorxaqlığın, cəsarətsizliyin acısını bu qadından çıxarırdı.
Ana və atasının səsinə oyanıb qorxudan titrəyən balaca Ayan çarəsizlik içində idi. Yanlarına gedib anasını atasından xilas etmək istəyirdi. Amma o nə edə bilərdi ki? Axı hələ cəmi doqquz yaşı var idi. Atasına necə gücü çata bilərdi ki? Bir neçə dəfə anasını qorumaq istədiyi üçün atası onu da döymüşdü. Öyrəşmişdi artıq atasının hər gecə evə içkili gəlib anasına əziyyət etməsinə. Qapının ağzında yerə oturub anasının acı fəryadını eşitməmək üçün qulaqlarını tutmuşdu. Qorxudan rəngi ağappaq olmuşdu. Səssizcə ağlayırdı. Aldığı bu travmalar həyatı boyunca onu incidəcəkdi.... Amma atası bunu başa düşə bilmirdi hələ ki... Qızına necə mənəvi zərbə vurduğunu başa düşəndə isə çox gec ola bilərdi...
Nəhayət ki, Elçin yorulduğunu hiss etdi. Kəməri yerə atıb otaqdan çıxdı. Salona keçib özünü divanın üstünə atdı. Yenə gecə eyni cür keçəcəkdi. Salonda gecələmək artıq onun adəti olmuşdu. Çünki yoldaşını bir qadın kimi arzulamırdı. Buna görə də onunla eyni otaqda yatmaqdansa divanda yatmaq daha rahat idi. Tez-tez evə qonaq gəlməsi və qonaqların uzun müddət onların evində qalması da Elçinə çox gözəl sərf edirdi. Çünki yataq otağına getməmək üçün əlinə fürsət düşürdü. Həm də ki, bu ona ürəyi istədiyi kimi içmək üçün də şərait yaradırdı.
Səslərin kəsildiyini görən Ayan dərhal salona keçdi. Anasının halı ona çox pis təsir etdi. Həm də çox qorxmuşdu. Sara ağrı içində qıvranırdı. Qalxmağa çalışsa da bunu bacarmadı. Ayan gəlib anasının başını dizi üstə qoydu. Qorxu və göz yaşları içində dedi:
-Ana! Anacan! Nə oldu sənə, ana?! Ata yenə niyə döydü səni?! Dur ayağa ana!
Demək olar ki, zavallı qızcığaz hər gecə eyni şeyi yaşayırdı. Anasını bu halda görmək onu dərindən yaralayırdı. Doqquz yaşlı uşağı üçün bu vəziyyət olduqca çətin idi. Görəsən bu işgəncə daha nə qədər davam edəcəkdi?...
Sara qızının köməyi ilə birtəhər ayağa qalxıb yatağa uzandı. Ana-bala bir-birinə sarılıb ağlayırdı. Ürək dayanmazdı bu mənzərəyə. Onlar burda çarəsizlik və göz yaşları içində qovrularkən Elçin içkinin təsiri ilə salonda şirin yuxuda idi. Gecə boyunca nə onun nə də qızının gözünə yuxu getmədi.Sara bütün gecə ağlayıb acı taleyinə üsyan etdi. Amma belə davam edə bilməzdi.Qızına hər gecə bu işgəncəni verməyə nə onun nə də Elçinin ixtiyarı yox idi. Bu günə qədər qızına görə dağıtmadığı "ailəni" elə qızı üçün dağıdacaqdı. Öz ayaqları üzərində durmaq vaxtı artıq gəlmişdi.
Səhərin ilk işıqları ilə Elçin gözlərini açıb ətrafa baxdı. Ağrıyan başını ovuşdurdu ilk öncə. Daha sonra salonda yatdığını gördü. Dünən gecə olanları tam xatırlamasa da, sevdiyi qadının-Gülnarın yanına getdikdən sonra evə gəldiyini anlamışdı. Divanda yatdığına görə gecə yenə eyni şeylərin baş verdiyinə əmin idi. Telefonuna gələn zəng səsi ilə düşüncələrdən ayıldı. Telefonu qulağına qoyub dedi:
-Hə, Hüseyn dayı? Necəsən? Sağ ol, mən də yaxşıyam. Hə, əlbəttə! Gələcəm! Ayağa qalxıb hamama keçdi. Saranın və qızının necə olduğu ilə belə maraqlanmadan pencəyini və ayaqqabılarını geyinib evdən çıxdı. Maşınına minib dayanacağa doğru sürdü. Hardasa yarım saat sonra gəlib dayanacağa çatdı. Uzaqdan Hüseyn bəyi görüb maşını saxladı. Maşından düşüb onunla görüşdükdən sonra dedi:
-Çox gözlətmədim ki?
Hüseyn bəy mehribanlıqla gülümsəyərək cavab verdi:
-Yox, mən də elə indi gəlmişəm. Allah razı olsun, ay Elçin! Sən olan yerdə başqasına güvənib uzun yola gedə bilməzdim. Neçə ildir ki, taksi sürürsən. Həm də ki, Üç ildir də qonşuyuq. Ona görə də dedim elə sənlə gedim. Hər adama güvənib uzun yola çıxmaq olmur, bala!
Elçin də eyni mehribanlıqla gülümsəyərək dedi:
-O nə sözdür, ay Hüseyn dayı? Heç mən qoyaram sən rayona başqası ilə gedəsən? Özüm aparıb düz mənzil başında qoyacam sizi.Nazilə xala bəs? O getmir səninlə?
-Gəlir.Beş dəqiqəyə burda olar. Evdən nəsə götürəcəkdi. Yadından çıxıb. Qayıtdı ki, onu götürsün.- deyə Hüseyn bəy cavab verdi.
Az sonra Nazilə xanım da gəlib çıxmışdı. O da Elçinlə salamlaşdıqdan sonra hər üçü maşına oturdular. Başının ağrısına daha çox dözə bilməyən Elçin arxaya çevrilib Nazilə xanımdan soruşdu:
-Nazilə xala, bəlkə üstündə dərman olar.Başım dəhşət ağrıyır üstünə sağlıq.
-Var, ay bala, var. Gözlə,verirəm indi.-deyə Nazilə xanım çantasından çıxardığı ağrıkəsicini Elçinə uzatdı.
Dərmanı içdikdən sonra Elçin Nazilə xanıma minnətdarlığını bildirdi:
-Çox sağ ol,xala! Yenə çox içmişdim axşam.Ona görə də ağrıdan gözümü aça bilmirəm.
-Niyə bu qədər çox içirsən, ay oğul?Həm canına ziyandı həm də cibinə. Sara sənə heç nə demir buna görə?-deyə Nazilə xanım narazı halda soruşdu.
-Qələt edər o mənə nəsə deyər! Mənə gələndə bilirdi də içdiyimi! Gizlətməmişdim ki! Gəlməzdi də! Həm ancaq içəndə yaddan çıxır çəkdiyim dərd! Nə edim bəs?! İçməsəm də ürəyim partlayır axı,ay xala!- deyə Elçin hiddətlə cavab verdi.
Elçinin reaksiyası Nazilə xanımı olduqca təəccübləndirmişdi.Onun Sara haqqında dediyi sözlər qadını şübhəyə saldı. Sanki həyat yoldaşı yox, düşməni haqqında danışırdı. Odur ki, təəccüblə soruşdu:
-Nə dərdin var ki, ay bala? Danış biz də bilək.Həm adam yoldaşı haqqında belə danışmaz.Sən yoldaşını sevmirsən? Elə bil arvadın yox, düşmənin haqqında danışırsan.
-Düz deyir, Elçin! Bu sözlər mənim də xoşuma gəlmədi. Danış görək nə problemin Sara ilə.-deyə Hüseyn bəy dilləndi.
Maşını işə salıb yola düşdükdən sonra Elçin sözə başladı:
-Sara çox yaxşı qadındı. Həm də bilirsiniz ki, dayımqızıdı.Gözəldi, bacarıqlıdı, uşağımın anasıdı. Amma təəssüf ki, mənim ürəyimin sahibi deyil. 11 il bundan əvvəl mən bir qız sevirdim. Gülnar... Çox gözəl idi... Çox könlümə yatmışdı.Bir-birimizi bir gün görməsək darıxardıq.Evlənmək istəyirdim onunla. Elçi də göndərdim.Amma ailəsi onu mənə vermək istəmədi. Elçilərə yox demişdilər. Mən də qərar verdim ki, qızı qaçırdım. Elə də oldu.Qaçırtdım qızı.Sonra xəbər göndərdilər ki, qızı qaytar. Gəlib təzədən toyla aparın.Qız da razı idi. İstəyirdi ki, hər gənc qız kimi ata evindən ağ gəlinliklə çıxsın. Ona görə də xətrinə dəymədim ,göndərdim qızı geri.Amma sonra aldatdılar məni. Qaytarmadılar qızı dala. Başqasına ərə verdilər. Mənim heç cür gücüm çatmadı qızın ailəsinə. Olan olmuşdu artıq. Mən isə çox pis vəziyyətdə idim. Daha mənim üçün heç nəyin mənası yox idi. Gülnarı itirəndən sonra kiminlə evlənməyimin nə fərqi var ki? Bir gün dayım bizə gəldi. Atamla biraz söhbət etdilər. Söhbət əsnasında atama dedi ki, qızım Sara artıq böyüyüb.Onu nə vaxt Elçinə alacaqsan? Əvvəl qarşı çıxdım. Amma sonra razı oldum. Çünki mübarizə aparmaq üçün gücüm yox idi. Yorulmuşdum. Ona görə də evləndim Sara ilə. Sara Gülnarı sevdiyimi bilirdi. Hətta bizim aramızda xəbər də aparıb gətirmişdi. Onunla evlənsəm də, Gülnarı heç cür unuda bilmirdim. Zamanla sevəcəksən, öyrədəcəksən dedilər. Uşağınız olsun bağlanacaqsan dedilər. Amma olmadı. Sonra qızım doğuldu. Yenə də Saranı sevə bilmədim. Alınmırdı. Gülnarı heç unutmadım. Bir gün eşitdim ki, Gülnar ərindən ayrılıb. Axtarıb tapdım onu. Yenidən əlaqə yaratdım. Biz təzədən görüşməyə başladıq. İndi nə Saranı boşaya bilirəm nə də ondan ayrıla bilirəm. Boşanmağa ailələrimiz imkan vermir. Deyirlər ki, uşağa görə yola gedin. Ailənizi dağıtmayın. Amma uşağa da çox çətindi. Evdə hər gün davadı.Başımı itirmişəm təmiz.Bilmirəm nə edim.
Daha sonra Elçin Sara ilə dünən gecə yaşadığı mübahisəni və Saranı döydüyünü utanc içində danışdı. Nazilə xanım çox üzülmüşdü. Həm Gülnara həm də Saraya görə çox pis olmuşdu. Amma ona ən çox balaca Ayanın vəziyyəti təsir etmişdi. Çünki o, bu hekayənin ən günahsız qurbanı idi. Odur ki, Elçinə iradını bildirərək dedi:
-Elçin, başına gələnlərə çox üzüldüm, oğlum! Amma sən ən böyük pisliyi qızına edirsən! Bununla birlikdə hər iki qadının günahına girirsən! Vaxtında atana göstərməli olduğun cəsarəti indi Saranı döyərək ona göstərirsən! Bu düzgün deyil! Sənə boşan deyə bilmərəm! Heç kəsə bir ailəni asanlıqla dağıt demək düzgün deyil çünki! Ancaq iki qadının, bir günahsız uşağın ahını alırsan! Ən böyük zərbə Saradan əvvəl qızına dəyir, inan mənə! Siz bir şəkildə rahatlıqla həyatınıza davam edəcəksiniz! Amma qızının uşaqlığını əlindən almağa haqqın yoxdur! O bu vəziyyətdə böyüsə, sabah hansısa oğlan asanlıqla onu yoldan çıxara bilər. Başına oyun açar.Çünki o əsl sevginin nə olduğunu bilmədiyi üçün saxta sevgi ilə həqiqi sevgini ayırd edə bilməyəcək. Ona görə də iki kəlmə xoş söz deyən hansısa oğlan asanlıqla onu öz toruna sala bilər. Qız uşağı gözünü açıb ilk qarşı cins kimi atasını görür. Atalar qızlarının ilk şahzadəsi olur. Əgər sən ona belə zülm etsən, o heç vaxt bir kişinin bir qadını necə sevdiyini öyrənə bilməz. Bir uşağı sevməyin yolu onun anasını xoşbəxt etməkdən keçir. Anasına zülm edən atanı heç bir uşaq ürəkdən sevə bilməz. Övlad sevgisi bütün sevgilərdən üstündür, bala! Hər kəs gedir, axırda insana övladı qalır. Həm belə edərək sevdiyin qadına da pislik edirsən. Bəlkə o da yenidən ailə qurub xoşbəxt olacaq. Amma sən onun bu haqqını əlindən alırsan. Nə olursa olsun, sənin bir qadına, ən əsası bir qız övladına bunu etməyə ixtiyarın yoxdur! Etmə oğul, getdiyin yolun axırı uçurumdur!
Daha sonra Hüseyn bəy də yoldaşının sözünü təsdiq edərək dedi:
-Nazilə xalan düz deyir, bala! Məni az qala bütün nəslim atdı. Amma yoldaşım və uşaqlarım atmadı. Hər şeyimi yoldaşıma borcluyam. O olmasa batardım mən. Mən də qız atasıyam. Əgər düşdüyü yerdə qızımın günü pis keçsə, mən o yeri dağıdaram. Sara da hansısa atanın qızıdır. Üstəlik də dayının qızıdır. İkiqat ayıbdı sənin üçün. Mən də içki içirdim. Amma oğlum içməyimi istəmirdi deyə tərgitmişəm. Heç peşman da deyiləm. Kaş daha tez tərgidərdim. Ailənin qədrini vaxtında bilmək lazımdı, bala! Sonra çox gec olar, peşman olarsan. Sonrakı peşmançılıq da fayda verməz heç vaxt!
Artıq gəlib rayona çatmışdılar.Elçin Hüseyn bəy və Nazilə xanımı qohumlarının evinə gətirdikdən sonra onlarla sağollaşıb təkrar yola düşdü. Axşam düşmədən yenidən şəhərə çatmaq istəyirdi. Yol boyu düşündü. Həyatını, qızı Ayanı, Gülnarı, Saranı... Amma bir qərara gələ bilmədi. Kimin üçün kimdən əl çəkəcəyini bilmirdi. Elə bu düşüncələr içində gəlib şəhərə çatdı. Yaşadığı binanın qarşısına çatıb maşından düşdü. Binaya daxil olub üçüncü mərtəbəyə qalxdı. Qapını öz açarı ilə açıb evə girdi. Ətraf qaranlıq idi. İşığı yandırıb Saranı, Ayanı səslədi. Lakin cavab verən yox idi. Salona keçib oranın da işığını yandırdı. Ətrafa göz gəzdirərkən stolun üstündəki vərəq diqqətini çəkdi. Təəccübləndi. Axı ona kim məktub yaza bilərdi ki? Əlinə alıb dərhal oxumağa başladı. Oxuduqca gözləri heyrətdən böyüdü. Saranın bunu edəcəyinə inanmırdı çünki. Amma sonunda olmuşdu. Sara getmişdi. Qızını da götürüb onu tərk etmişdi. Getmədən öncə də məktub yazmışdı:
"Gedirəm, Elçin! Daha bəsdi bu evlilik adı altında davam edən işgəncəyə dözdüyümüz. İkimiz də bədbəxt olduq on il boyunca. Amma daha dözə bilmirəm sevilməməyə, dəyərsizliyə.Artıq rahatlıqla o çox sevdiyin qadın olan Gülnara aid ola bilərsən. Məni sevməyən adama on ilimi verdim. Amma artıq sənə verəcək on dəqiqəm belə yoxdu. Kaş ki, vaxtında aldanmasaydım bəzi "böyüklərin" sözünə. İnanmasaydım məni nə vaxtsa sevəcəyinə.Sevgi ya olar ya da olmaz.Oturub sevilməyi gözləmək çox axmaq bir hərəkətdi. Bunu gec də olsa anladım. O zamanlar atama qarşı çıxa bilmədim. Yaşım az idi. Gücsüz idim. Ona görə də taleyimə boyun əydim. Amma daha o azyaşlı, təcrübəsiz qız deyiləm. Yetkin qadın və anayam.Sənin vaxtında göstərə bilmədiyin cəsarəti indi mən göstərirəm. Artıq qarşımda ailələrimiz yox, bütün dünya da dursa qərarımdan dönməyəcəm. Qızım üçün dağıtmaq istəmədiyim bu "ailəni" elə qızımın xoşbəxtliyi üçün dağıdacam. Onu daha çox incitməyə heç birimizin haqqı yoxdur. Övladımıza çox yaxşı baxacam. Ondan nigaran qalma. Nə vaxt istəsən gəlib onu görə bilərsən. Səninlə qızımın arasına girməyəcəm heç vaxt. İşləyib öz ayaqlarım üzərində duracam və qızımı da böyüdəcəm. Əlvida!"
Elçin əlində məktubla birlikdə stula çökdü. Sara getmişdi. Artıq tək idi. Əslində yaxşı olmuşdu. Daha Gülnarla arasında heç bir maneə qalmamışdı. Amma daxilində bir vicdan əzabı baş qaldırmışdı. Saraya ürəyi yanırdı. Nə də olsa övladının anası idi. O da belə olsun istəməzdi. Kaş ki, vaxtında cəsarətli ola bilsəydi, İndi hər şey daha yaxşı ola bilərdi.
Telefonu əlinə alıb zəng etdi gənc adam.İki dəqiqə keçməmiş xəttin o biri ucundan səs gəldi:
-Hə, həyatım? Gəlmisən rayondan?
Elçin içində vicdan azabı və xoşbəxtlik qarışıq duyğu ilə cavab verdi:
-Hə, Gülnar! Gəlmişəm.Hazırlaş.Bir saat sonra sənin yanına gələcəm.
Beləliklə, valideynlərin yersiz inadı, zorla gözəllik yaratmaq istəməsi daha bir gənc ailəni dağıtmışdı.Sonradan peşman olsalar belə bu heç nəyi dəyişməz ki.... Daha bir qadın ömrünün baharında sevgisiz, təkbaşına qalmışdı. Daha bir uşaq yarımçıq ailədə, həmişə ürəyində ata həsrəti çəkərək böyüyəcəkdi. Bəlkə ana və atası sonradan yenidən ailə qurub xoşbəxt olacaqdılar.Ancaq təəssüf ki, olan yenə günahsız bir uşağa olmuşdu. Onun çəkdiklərinin hesabını kim verəcəkdi görəsən?.... Qadının da, adamın da İTİRİLMİŞ İLLƏRİNİ kim geri verəcəkdi?.....
SON
0 notes
Text
Kimə əvəzolunmaz olduğunu hiss etdirsən, ilk əvəz edəcəyi insan sən olarsan...
0 notes
Photo
I İnsanlar üçün dünya həyatını imtahan mühiti kimi yaradan Allah onlara saysız-hesabsız nemətlər bəxş etmişdir. Ehtiyacı olan və ya sevdiyi hər cür şərait hələ insan mövcud olmadan əvvəl onun üçün hazırlanmışdır. Nəfəs alacağı təmiz hava, göy üzündə uçan bir-birindən gözəl quşlar, çiçəklər, tayı-bərabəri olmayan nemətlər, sevdiyi insanlar, sevimli, gözəl heyvanlar, qüsursuz müvazinət sistemi və başqa bir çox şeyi Allah onun üçün yaratmışdır. İnsan dünyaya gəldikdə ehtiyacı olan hər şeyi hazır tapır. Rahatlığı təmin olunmuşdur. Meyvələr, yeməklər, bütün dünya içindəki hər təfərrüatı ilə insanın həyat tərzinə uyğundur. İnsan isə bunları əldə etmək üçün demək olar ki, heç bir səy göstərmir. Mükəmməl müvazinət və nizamla qarşı-qarşıyadır. Bütün bunları ən incə təfərrüatına qədər onun üçün Rəbbimiz yaratmışdır. Bunlarla yanaşı, imtahan mühiti olan dünya həyatı üçün insanlara yol göstərici kimi elçiləri vasitəsilə, içində hər şeyi açıqladığı haqq kitab nazil etmişdir. “...Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq.” (Ənam surəsi, 38) ayəsi ilə bildirildiyi kimi, Quran insanın ehtiyacı olan hər mövzunun və Allahın rizasını qazanmağın yollarının açıq-aydın izah edildiyi kitabdır. İnsan isə Allahın əmr və tövsiyələrini bildirdiyi Qurana uyğun əxlaqla yaşamalıdır. Allaha üz tutmuş bəndə kimi həyatını onun üçün sonsuz ağlı ilə ən gözəl nemətləri yaratmış həqiqi dostunun, yəni Allahın rizasına uyğun formalaşdırmalıdır. Sevilməyə, xatırlanmağa, təriflənməyə, güvənilməyə layiq olan, insana hər şeyi hələ o bunlardan xəbərsiz ikən bəxş edən yeganə dost Allahdır. Allahın tək dost olduğunu bilən, Onun gücünə və qüdrətinə sığınmış, Onun üstün ağlına və rəhmətinə güvənən insanın yeganə vəkili də uca Allahdır. Heç bir şey ikən onu yaradan, nemətlərlə hər tərəfdən əhatə edən Allaha tam təslim olmaq imanın ən əsas xüsusiyyətlərindəndir. Daima sonsuz gözəl əxlaqı ilə xeyir yaradan Allahdan başqa insanın heç bir dostu yoxdur. Ona görə, Quran əxlaqına uyğun yaşayan müsəlmanın həyatı boyu təvəkkül edəcəyi yeganə varlıq uca Allahdır. Allah: “Allaha təvəkkül et. Allahın vəkil olması kifayət edər!” (Əhzab surəsi, 3) deyə buyurmuşdur. #quran #islam #dost #vəli #Allah https://www.instagram.com/p/Cp5T6Szo64c/?igshid=NGJjMDIxMWI=
0 notes
Text
Hər insanın pis olduğu an yazacağı/zəng edəcəyi/danışacağı biri olmalıdır məncə. Ən azından o danışsın qarşı tərəf sadəcə dinləsin. Bəzən o belə yetir insana..
1 note
·
View note
Text
İDDİA
“Yuventus” “Tottenhem”in baş məşqçisi Antonio Konteni komandaya qaytarmaq niyyətindədir. Metbuat.org xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb. Bildirilir ki, Turin təmsilçisinin rəhbərliyi hazırki baş məşqçi Massimiliano Alleqrinin işinə şübhə ilə yanaşır. Ona görə də onun yerinə yeni namizədləri nəzərdən keçirir. “Yuventus” inanır ki, Konte gənc oyunçularla yaxşı…
View On WordPress
#barədə#bildirilir#çalışdırıb#edəcəyi#Gazzetta#hazırkı#illərdə#işləyə#keçirir#Keçmiş#klubundan#komandaya#Massimiliano#məlumat#məşqçisi#namizədləri#nəzərdən#niyyətindədir#oyunçularla#qaytarmaq#şübhə#Tottenhemin#yanaşır#Yuventus#Yuventusu
0 notes
Text
PARLAMENTİN TƏRKİBINDƏ YENİLƏNMƏLƏR GÖZLƏNİLƏNDİR
“Biz seçkilərlə bağlı ilkin addımları atırıq. Tezliklə səlahiyyətli nümayəndələrimizin sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik. Namizədlərimizin sayının dəqiqləşdirilməsini isə yəqin ki, bir həftəyə yekunlaşdıracağıq. Biz məsələlərə daha ciddi, daha praqmatik yanaşırıq”. Bunu Bakupost.az -a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
O, bu dəfə formalaşacaq parlamentdə rəngarəngliyin olacağını istisna etməyib:
“İnanmıram ki, indiki tərkibi olduğu kimi seçilsin. Bu bir az inandırıcı görünmür. Yeni namizədlərin seçilməsi tamamilə gözləniləndir”.
F.Ağamalı müxalifətin seçkidə uğur qazanmasının onların özündən asılı olduğunu bildirib:
“Müxalifət seçkilərdə iştirak edəcək. Mətbuatı izləyəndə onların mütləq əksəriyyətinin seçkidə iştirak edəcəyi qənaətinə gəlmək olar. Ancaq seçkilərdə iştirak edərək nə qədər mandat qazana biləcəkləri haqda son sözü seçkilər deyə bilər”.
“Bakupost.az” saytı
Vasif Əlihüseyn
03 iyul 2024-cü il
0 notes
Text
“Ermənistan vasitəsilə regiona gərginlik gətirmək istəyən qüvvələr növbəti dəfə öz cavabını alacaq”- #ŞƏRH
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov son günlər Ermənistanın Cermuxdan Azərbaycana hücum edəcəyi barədə yayılan məlumatlara və bunun arxasında Fransanın dayanması ehtimallarına münasibət bildirərkən deyib.
0 notes