#dəstəyini
Explore tagged Tumblr posts
quliyeva-a · 1 year ago
Text
Bir zəng...Çoxdandı ki,yadından çıxan,
O sevgi dolusu illərdən sənə..
Bir vaxt saçlarına yüz sığal çəkən
Səni əzizləyən əllərdən sənə
Tapdım,yavaş-yavaş yığdım nömrəni,
Əvvəli üç idi,axırı iki...
Səsin səksələndirdi,qəflətən məni .
Alo,eşidirəm..Kimdi..?Kim...?
Nə deyim...səninçün mən kiməm axı?
Köhnə sevgilinmi?Adi tanışmı?
Ömrün bir ötəri səhvi, günahı..
Bir şirin yuxumu ya aldanışmı..?
Daha o yuxudan ayılmısan sən,
Daha bu zəngimə nə ehtiyac var?
Gör sənin dərdindən nə qədər ölən,
Gör sənin sevginə nə qədər ac var..
Eşitdim səsini, mənə bəsdi bəs..
Bağışla bu dəli istəyimi də..
Bir kəlmə demədən dinməz-söyləməz..
Asdım telefonun dəstəyini də..🥀
14 notes · View notes
leyyou3 · 1 year ago
Text
Bizim qoca qurd hər imtahandan sonra əlini divara çırpa-çırpa sinfə deyir ki; "YOU ARE WALL!!!" Ümidvaram divar kimi arxamızda olduğunu, dəstəyini bildirmək istəyirdir🥰
4 notes · View notes
gunayagamali · 17 days ago
Text
Tumblr media
Deputat: “Zəfərimiz Qərbi Azərbaycana qayıdışı da təmin edəcək”
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (sonradan ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı.
Azərbaycan 30 ilə yaxın müddətdə məsələni sülh və danışıqlar yolu ilə həll etməyə çalışdı. Lakin düşmən işğalçılıq siyasətindən geri addım atmadı, hətta yeni ərazilərə iddia etməyə başladı. Yəni, Ermənistan hakimiyyətlərinin və onlara dəstək verən qüvvələrin uzun illər boyu apardığı siyasət məsələnin sülh yolu ilə həllini tamamilə mümkünsüz etdi. Nəticədə qaçılmaz müharibə baş verdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarix yazdı və 44 gün ərzində Qarabağı işğaldan azad etdi.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, ATƏT-in Minsk Qrupu 30 il ərzində yarıtmaz fəaliyyətlə məşğul olub:
"ATƏT-in Minsk Qrupu 1992-ci ildə yaradılmış və Azərbaycan-Ermənistan arasında keçmiş Qarabağ münaqişəsini həll etmək məqsədilə təsis olunmuş qurumdur. Lakin biz sözügedən missiyanın münaqişə dövründə hər hansı bir ciddi uğura imza atmasını müşahidə etmədik. Azərbaycan davamlı xarakter almış erməni təxribatlarının qarşısını almaq, yeni müharibə, yeni torpaqlar hədəflərini sonlandırmaq və ən əsası işğal altında olan torpaqlarımızı azad etmək məqsədi ilə əks-hücum əməliyyatlarına start verdi və parlaq qələbə nəticəsində prosesi yekunlaşdırdı.
Bununla da ölkəmiz beynəlxalq hüququn pozulmuş tələblərini və BMT-nin dörd qətnaməsinin icrasını təmin etdi. Bu səbəbdən Minsk qrupunun həmsədrlərinin yarıtmaz fəaliyyətini qiymətləndirməli olsaq, ilk növbədə qeyri-səmimi fikirlərin, mövcud status-kvonu qoruyub saxlamağa hesablanmış yanaşmaların və Ermənistanın qeyri-şərtsiz dəstəklənməsinin şahidi olarıq".
Millət vəkili vurğulayıb ki, Ermənistan cəzasızlıq mühitində təcavüzkar siyasətini davam etdirirdi:
"Beynəlxalq təcrübədən bəllidir ki, işğalçı dövlətlərə qarşı beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər tərəfindən cəza tədbiri kimi müxtəlif sanksiyalar tətbiq edilir və onlar təcrid olunurlar. Lakin Ermənistan cəzasızlıq mühitində özünün təcavüzkar siyasətini davam etdirməklə yanaşı məhz həmsədr ölkələrin istər siyasi, istər iqtisadi, istərsə də hərbi dəstəyini hər zaman hiss etmişdir.
Bu da öz növbəsində rəsmi İrəvanı növbəti işğallara stimullaşdırırdı. İndi Azərbaycan işğalı sonlandırmaqla regionda yaratdığı yeni geosiyasi konfiqurasiyaya fokuslanıb. Artıq ölü və heç bir siyasi potensialı olmayan Minsk qrupu tarixin tozlu arxivində öz yerini tapıb. Azərbaycan daha ciddi proseslərə, Zəngəzur dəhlizi layihəsini reallaşdırmaq, müəyyən etdiyimiz şərtlər çərçivəsində Ermənistanla sülh müqaviləsi imzalamaq və tarixi missiyanı, Qərbi Azərbaycana qayıdışı reallaşdırmağı hədəfə alıb".
"Cebheinfo.az"saytı
Elmir Mustafa
07 Noyabr 2024-cü il
https://cebheinfo.az/siyaset/deputat-zeferimiz-qerbi-azerbaycana-qayidisi-da-temin-edecek_641
1 note · View note
17dekabr · 5 months ago
Text
Yaşın artdıqca önəmli olan səni kimin uzun
müddətdir tanıdığı deyil,səni kimin
gördüyü,eşitdiyi ,başa düştüyü və dəstəyini,
sevgisini hiss elətdirməyi olduğunu anlayırsan.
1 note · View note
pembekalpofficial · 6 months ago
Text
Mostbet-az45 Com Casino Az & Başlanğıc
Mostbet-az45 Com Casino Az & BaşlanğıcSonra isə istədiyiniz oyunu seçin, sadəcə klikləyin və yüklənməsini gözləyin.E-poçt vasitəsilə dəstək xidməti ilə rəftar saxlayaraq və ya Telegram kanalına abunə olmaqla özünüz də əldə edə bilərsiniz. Çox müddət bədii ünvanlar etimadli baxış saytlarında, bukmekerlərin reytinqlərində və s. Yeni başlayanlar bukmeker dəstəyini temperament edəcəklər, çünki…
View On WordPress
0 notes
politiciansstuff · 9 months ago
Text
Tumblr media
Millət vəkili güneyli soydaşlarımıza müraciət etdi
Deputat Fəzail Ağamalı güneyli soydaşlarımıza müraciət edib.
Teleqraf.com xəbər verir ki, bu haqda o, Milli Məclisin bu gün keçirilən plenar iclasında danışıb.
Millət vəkili bildirib ki, 44 günlük müharibədə olduğu kimi bu gün də güneyli soydaşlarımız Azərbaycanın haqq işinə dəstəyini nümayiş etdirməlidir:
“Cənublu soydaşlarımıza müraciət edərək deyirəm ki, müxtəlif ölkələrdən Ermənistana İran vasitəsilə gələn silahlarla bağlı iradələrini ortaya qoysunlar".
"Teleqraf.com" saytı
Tapdiq Qurbanli
05 mart 2024-cü il
https://teleqraf.com/news/toplum/409553.html
0 notes
ourfedyalenkoranski · 2 years ago
Link
0 notes
eminjbrylv · 1 year ago
Text
Futbol artıq sənayeləşdi. Hər cür hiylənin, milyardlarla pulun döndüyü bir sektorda əsl istək,əzmlə oynayan,geydiyi armaya hörmətlə, dəstəyini gördüyü azərkeşlərin üzünü güldürmək üçün canını ortaya qoyan oyunçular yoxdur artıq. Mən 5 ildir futbol izləmirəm. Son dəfə 2018 dünya çempionatını izlədim onunla da yekunlaşdı mənim üçün futbol. Qətərdə Dünya Çempionatı keçirən bir qurum artıq sənayeləşmiş bir malı bazara çıxarır. Şenol Güneş: “Futbolu eskiden fakirler oynar, zenginler izlerdi; şimdi ise zenginler oynuyor, fakirler izliyor.” 
6 yaşıma qədər yaşadığım binanın həyətindən tez tez maşınlar keçirdi deyə həyətə tək buraxmırdılar məni. Bacımla,bacımın rəfiqələri ilə oynayırdım ya da binanın arxasında olan bağımızda palçıqdan katlet düzəldirdim.
18 notes · View notes
metbuat · 2 years ago
Text
FOTO
“Real Madrid” və “Arsenal”ın sabiq yarımmüdafiəçisi hazırda isə Türkiyənin “Başakşehir” klubunun şərəfini qoyuan futbolçu Mesut Özil Azərbaycan – Ermənistan sərhədində baş verənlərlə bağlı paylaşım edib. Metbuat.org xəbər verir ki, 34 yaşlı mərkəz yarımmüdafiəçisi şəxsi “İnstagram” səhifəsində ölkəmizə öz dəstəyini nümayiş etdirib Özil şəhid olan Azərbaycan əsgərlərinə Allahdan rəhmət diləyib və…
Tumblr media
View On WordPress
0 notes
laviniaas · 3 years ago
Text
Çox qısa müddətdə tanınmışdığ bir-birimizi. Çox tez itirdik. Ama sən ən çətin anlarımda yanımda oldun. Mənim yerimə sən necə həyəcanlıydın o gün. Kaş qayıda bilsəydim o günlərə. Daha çox şeylər danışsaydığ, daha çox xatirəmiz olsaydı. Bütün qərarlarımda yanımda olacağını, bütün çətin anlarımda dəstək olacağını demişdin. Əminəm, indi olduğun yerdən məni görürsən. İçdən içə dəstəyini də hiss edirəm. Sən artıq mənim içimdə yaşayırsan, əziz dostum. Mən ölümə inanmıram. İnsanlar unudulduğu gün ölürlər. Və mən səni həmişə içimdə yaşadacam. Sevinəndə, üzüləndə qaça-qaça sənə gələ bilməyəcəm bəlkə, ama hər zaman yanımda hiss edəcəm səni. Necə ki, indi hiss edirəm. Söz verirəm sənə, hər şey yaxşı olacaq. Mən hər şeyin öhdəsindən gələcəm. Sənə verdiyim o sözlərin hamısın tutacam. Çox güclüyəm mən, çünki içimdə sən varsan.
27 notes · View notes
xadiiland · 3 years ago
Text
Belə bir yazıya rastladım,deyir:Bir insanın həyatında ən böyük rolu anası oynar. Ana sevgisi görən uşaqlar çox başqa olur. O anın dəstəyini hiss edən uşaqlar...Uşaq vaxtı ilk yeriyəndə əlimizdən tutmaları, sonra məktəb və sonrakı həyatımız. Ana qayğısı heçnəyə bənzəməz.
Mən də sənin kimi bir ana ya sahibəm,başqa nə istəyimm axı,yaxşı ki doğulmusan və yaxşı ki mən sənin kimi bir qadının qızıyam ♡
17.11.21
33 notes · View notes
aslanlii · 3 years ago
Text
Bugünə kimi aldığım qərarlarda, risklərdə heç kimin dəstəyini almamışam. Tək edib nəticəsini tək görmüşəm. Kiminsə olub olmaması fərq etmir. Ona görə kiminsə arxasıyca düşmək mənim işim deyil.
16 notes · View notes
invisibility18 · 4 years ago
Text
Sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki...
Telefon nömrələri də ölür. Ömrün boyu çox rəqəmləri unudacaqsan: pasportunun nömrəsini, axırıcı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, aya qədər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını. Başqa rəqəmləri. Hamısını unudacaqsan. Bircə bu beş rəqəmdən savayı. Bu beş rəqəm, özü də məhz bu ardıcıllıqda səninçün ən əziz hədiyyə idi. Beş rəqəm, onun səsi və telefon dəstəyindən gələn bənövşə ətri. Bəzən mən qara telefonun dəstəyini elə qaldırırdım, elə bil royalın qapağını qaldırıram. Bəzən bu qara dəstəyi elə qoyurdum, elə bil tabutun qapağını örtürəm.
İndi bu nömrə yoxdur. Yəni ki, var, amma mənimçün yoxdur.
Mənimçün bu nömrə indi yasaq ərazidir. Barmağımın altında telefon dairəsində yerləşən bu beş rəqəm indi mənim üçün keçilməz bir məsafədir − kilometrdir, millər, parseqlər. Mən bu məsafənin beşdə dördünü keçə bilərəm − dörd rəqəmi yığa bilərəm, amma heç vədə son rəqəmimi − beşincini yığmayacağam. Sənin nömrən bağlı qapıdır... 🍃
"MƏN , SƏN , O VƏ TELEFON"
17 notes · View notes
bilinmeyen-heqiqetler · 3 years ago
Photo
Tumblr media
I Hər bir dövrdə Allaha qulluq edən, Onun əmrlərini yerinə yetirən, insanların deyil, yalnız Allahın rizasını qazanmağa çalışan insanlar, yaşadıqları cəmiyyət tərəfindən mənfi münasibətə məruz qalmışlar. Onlar dini inkar edənlərin rəhbər tutduqları azğın həyat tərzini və fəlsəfəsini rədd etdiklərinə, Quranda tərif edilən ideal modeli mənimsədiklərinə görə müxtəlif təzyiqlərlə üzləşmişlər. İnkarçı toplumun təzyiqləri daha çox fiziki işgəncələr və əzab-əziyyətlər formasında olur. Möminlərin yaxınları tərəfindən isə onlara qarşı əks tədbirlər görülür, mənəvi təzyiq göstərilir və məzəmmət edilir. Lakin Allaha tamamilə sığınan və sarsılmaz imana sahib olan möminlər bu təzyiq və məzəmmətlər qarşısında öz dinlərindən azca da olsa, geri çəkilməmişlər. Bunun müqabilində də Allahın kömək və dəstəyini qazanaraq inkarçılar üzərində zəfər əldə etmişlər. İslamı yaşayan mömin hər dəfə bu cür fiziki təzyiqlərlə qarşılaşmaya bilər. Lakin Allahın əmrlərini yerinə yetirməkdə və kafirlərin batil düşüncə sistemini darmadağın etməkdə nümayiş etdirdiyi əzmkarlığından ətrafında olan insanlar tərəfindən müxtəlif məzəmmətlərə məruz qala bilər. Amma həmin insanlar qısa müddət ərzində bu cür təzyiqlər qarşısında sarsılmayan, güclü iradəyə sahib olan, Allaha güclü inamı olan möminləri yollarından azdıra bilməyəcəklərini dərk edirlər. Möminlər onlara təzyiq edənlərdən deyil, yalnız Allahdan qorxurlar. Hətta tam əksinə, onlara təzyiq edən insanlarda vahimə hissi yaradırlar. Belə təzyiqlər möminləri daha da möhkəmləndirir. Məzəmmət edən adamın tənə və məzəmmətindən qorxmaq Allaha şərik qoşmaq deməkdir. Çünki Allah ayələrində “yalnız Ondan qorxulmasını” bildirir. Belə bir insan İslama deyil, yalnız özünə zərər yetirir. Allah məzəmmət edənin məzəmmətindən qorxmayan və aşağıdakı ayədə qeyd olunan yüksək xüsusiyyətlərə malik olan möminləri misal gətirir: “Ey iman gətirənlər! ...Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar...” (Maidə surəsi, 54) #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #din #tənə #tene #geveze #lag https://www.instagram.com/p/CUxIsk_MjpG/?utm_medium=tumblr
2 notes · View notes
politiciansstuff · 1 year ago
Text
“İQTİDAR DAXİLİNDƏ BƏZİ ŞƏXSLƏRDƏ PREZİDENT OLMAQ HƏVƏSİ YARANMIŞDI” – DEPUTAT ELƏ ADLAR ÇƏKDI Kİ…
Milli Məclisin 12 oktyabr tarixdə İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş xüsusi iclasında bir neçə deputat son illər baş verən hadisələrə diqqət çəkib. Siyavuş Novruzov və Fəzail Ağamalı bu mövzuda maraqlı bəyanat səsləndiriblər. Onlar bildiriblər ki, müxtəlif dövrlərdə ölkədə dövlət çevirilişinə cəhdlər olub. S.Novruzov isə 2005-ci ildə bir neçə məmurun da iştirakı ilə məlum hadisələrə diqqət çəkib.
Globalinfo.az mövzu ilə bağlı Milli Məclisin deputatı Fəzail Ağamalıya müraciət edib.
O, 2003-cü il 15-16 oktyabrın tarixlərində Müsavat partiyası və onun ətrafında yığışanların hakimiyyəti zorla ələ almağa cəhd etdiklərini bildirib:
“Bu gün də o fikirdəyəm ki, İlham Əliyevin prezidentlik uğrunda mübarizəsi və prezidentlik dövrü kifayət qədər gərgin, çətin situasiyalardan keçib. Onun 2003-cü ildə prezidentliyə namizədliyi ərəfəsində Ulu Öndərimizin səhhətində problemlər yaranmışdı. Bu vəziyyət isə həm iqtidar daxilində, həm də onun xaricində bəzi şəxslərdə prezident olmaq həvəsi yaratmışdı. Onların da hər biri xarici qüvvələr tərəfindən idarə olunur və himayə edilirdi.
Vacib məqam odur ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının böyük məhəbbətini və dəstəyini qazanmışdı. Onun dəyişilməz, geniş sosial bazası var idi. Ən azından 90-cı illərdə Azərbaycanı böyük faciələrdən, fəlakətlərdən qurtarıb onu oturuşmuş dövlətə çevirən Ulu Öndər xalqımızın həyatında və yaddaşında əbədiləşmişdi. Elə İlham Əliyevin özü də prezident seçilənə qədər həm ölkə daxilində, həm də ölkə xaricində böyük nüfuz və populyarlıq qazanmışdı. Buna baxmayaraq, İlham Əliyevə mane olmağa çalışırdılar”.
Deputat deyib ki, o illərdə müxalifət daha çox İsa Qəmbərin ətrafında cəmləşib:
“Lakin İsa Qəmbərlə İlham Əliyevin həm şəxsi keyfiyyətlərini, həm də bir siyasətçi kimi üstün tərəflərini müqayisə etmək mümkün deyildi. İlham Əliyev bütün parametrlərə görə İsa Qəmbərdən qat-qat yüksəklərdə idi. Məhz bu səbəbdən seçkilərdə İlham Əliyev qalib gəldi.
İlham Əliyev prezident seçilən zaman həmin qrup böyük talanlar həyata keçirdilər, barbarlıq nümayiş etdirdilər, maşınları dağıtdılar, ayrı-ayrı dövlət və özəl obyektləri dağıtdılar. Sabitlik yaratmağa çalışan Daxili Qoşunların üzərinə avtomobillə getdilər, amma yenə bir şey alınmadı. Çünki xalq İlham Əliyevə səsi vermişdi”.
F.Ağamalı sonrakı mərhələlərdə də müəyyən çətinliklərin olduğunu bildirib:
“İlham Əliyev bütün çətinliklərin öhdəsindən uğurla gəldi və özünü Azərbaycanın dövlət başçısı kimi təsdiqlədi. Onu devirmək üçün atılan addımlardan biri də 2005-ci ildə parlament seçkiləri ərəfəsində idi. O zaman artıq Ukraynada “Məxməri inqilab” olmuşdu, “Sarıköynəklilər” ortaya çıxmışdılar, Viktor Yuşşenko hakimiyyətə gəlmişdi. Azərbaycan da bu layihənin içində idi. Məsələ burasındadır ki, həmin ərəfədə həm iqtidar daxilində olan bir neçə nazir və rəsmilər, eyni zamanda müxalifət və Amerikada məskunlaşmış Rəsul Quliyev də bu “Narıncı”, “Məxməri inqilab”ın içində yer almışdılar. Onlar çalışırdılar ki, parlament vasitəsilə hakimiyyəti ələ alsınlar. Lakin buna nail ola bilmədilər”.
F.Ağamalı deyib ki, onların atmış olduğu addımların qarşısı yenə alındı:
“Azərbaycan xalqı da “Narıncı köynək” və “Narıncı şərf” geyinənlərə deyil, həqiqətən də Heydər Əliyev siyasi kursunu müdafiə edən, ona sadiq olan insanlara səs verdi və beləliklə də Azərbaycanda “Məxməri inqilab” baş tutmadı”.
Millət vəkili deyib ki, vaxtında İlham Əliyevə qarşı gələn nazirlər, digər məmurlar sonradan peşman olublar və uzun illər sonra həqiqəti dərk edərək, yanlış yolda olduqlarını anlayılar.
“Globalinfo.az” saytı
Zaira Akifqızı
13 oktyabr 2023-cü il
Tumblr media
0 notes
nsrvc · 4 years ago
Text
Gözləmək bilirsən nədir?
Elə bil qapinin zəngi çalır, sənsə telefonun dəstəyini götürürsən🖤
8 notes · View notes