#ailələrinə
Explore tagged Tumblr posts
zzalievva · 2 months ago
Text
Burda böyük bir kitlem yoxdu,hetda kitlem bele yoxdu deye bilerem,arada yazıram nə bilim içimdən gələnləri deyirəm falan.Bu gün son günlərdə baş verən bir canilikdən danışmaq isteyirem.Həqiqətən illərnəndir dünya üzərində , ən əsası da Türkiyədə qadın cinayətləri bitmək bilmir.Neçə qadınlar,neçə qız uşaqları,əzab çəkərək can verdilər,bəzi ruh xəstələrinə görə.
Keçdiyimiz günlərdədə , hələ ömrünün 4də 1ini yaşamış olan ,geri qalan həyatını yaşaya bilmədən,iki qadın öldürüldü.Bu qadınların günahı nə idi? Sadəcə bir psixlə sevgili olmaq.. Sən gör necə manyak , necə psikopat birisi olasan ki , qızların hər birini özünlə bərabər intahara zorlayasan.Həqiqətən söz tapmıram.Şoka düşmədik,çünki Türkiyədə demək olar ki hər il belə amansızca cinayətlər baş verir.Nəsə bir tədbir görülür? Hansına ömürlük iş verilir? Hansına ölüm cəzası verilir? Heçbirinə. Heç kim laiq olduğu cəzanı əsla çəkmir.Buna görədə gül kimi qadınlar ömrünü yaşaya bilmədən gedirlər. Allah ikisinədə rəhmət eləsin,ailələrinə səbr versin.
9 notes · View notes
esger1i · 3 months ago
Text
Bəzən harasa gedirəm. Avtobus ya da metro ilə. Yanımdan keçən insanlara baxıram. Beynimdə suallar yaranır. İlahi.. Niyə heç kimin üzü gülmür? Niyə hamı qaş qabaqlı, buz parçasına dönüb? Hər kəsin bir dərdi var. Hər kəsin qabırğalarının altında daşıdığı ən sevdikləri tərəfindən qırılan ürəkləri var. Əmanət etdiyimiz insanlar qırdı ən çox qəlbimizi, bəli. Hər insanın xatırlayanda sinəsinə tikan kimi batan sözlər var. İnsan incindiyi zaman qəddarlaşırmış. Qorumağa çalışırsan özünü sonra. Amma hərdən öz ətrafına hördüyün divarların kənarına çıxıb sənin kimi milyonlarla insanın olduğunu görəndə başa düşürsən ki, içinə qapanmaqla sən yalnız səni incidənləri sevindirmiş olursan. Metroda gözlərini bir birindən qaçıran insanlara baxdıqca anlayırsan gözlərindəki günahkarlığı, yalnızlığı. Özün də həmişə belə edirsən çünki. Tək-tək baxırsan onlara bir neçə saniyəlik. Yaşlı bir qocanın yerə zillənmiş solğun gözlərində görürsən ayın sonuna qədər tox qalmağın çətinliyini. Nəvələrinə bir hədiyyə ala bilməməyin verdiyi utancı. Gözəl bir q��zın çatılmış qaşları sənə danışır bu cəmiyyətdə gözəl olmağın hədiyyə yox cəza olduğunu. Yanında körpəsi olan analar, əlləri kobudlaşan atalar. Ailələrinə yük olmamaq üçün həm oxuyub həm işləyən gənclər. Əlindəki qəzetdə gözləri eyni nöqtəyə zillənmiş insanlara baxanda başa düşürsən ki, onların fikirləri tamam başqa yerlərdədir. Və öz sıxıntıları qəzetlərdə yazılan dövlət sazişlərindən, çiçəklənən ölkənin xoş vədlər verən parlaq gələcəyindən daha ağır vəziyyətdədir. Sonra getdiyin stansiyaya çatırsan. Bəzən qalxıb getmək belə istəmirsən. Bütün gün bəlkə də həyatında bir də heç vaxt görməyəcəyin bu insanlara baxmaq keçir içindən. Qəribə bir duyğu. Qəribə bir maraq. Ya da sadəcə öz sıxıntılarını unutmaq üçün sığındığın bir yer.
19 notes · View notes
politiciansstuff · 1 month ago
Text
Türkiyənin Ankara şəhərində terror aktı nəticəsində günahsız Türkiyə vətəndaşının vəhşicəsinə qətlə yetirilməsi xəbərindən sarsıldım.
Qardaş türk xalqına başsağlığı verir, rəhmətə gedən Türk qardaşlarıma Allahdan rəhmət, ailələrinə səbr diləyirəm.
Allah rəhmət eləsin!
Fəzail Ağamalı
Ana Vətən Partiyasının sədri
24 Oktyabr 2024 - cü il
0 notes
gunayagamali · 1 month ago
Text
Tumblr media
Türkiyənin Ankara şəhərində yerləşən Türk Aviasiya və Kosmik Sənaye şirkətini hədəfə alan xain terrorçuların hücumu nəticəsində insanların həyatını itirməsi və yaralanması hər birimizi dərindən sarsıtdı. Hadisə nəticəsində həlak olanların ailələrinə və ürəyi Türkiyə ilə döyünən hər kəsə dərin hüznlə başsağlığı veririk.
Qardaş Türkiyənin güclənməsini, xüsusilə hərbi sənaye kompleksinin sürətli inkişafını gözü götürməyən qüvvələr bu kimi məkirli planları həyata keçirməklə öz çirkin məqsədlərinə nail olmaq istəyirlər. Ancaq onların unutduqları bir məqam var ki, qədim dövlətçilik ənənələri ilə seçilən Türkiyə Cümhuriyyəti bütün anti-Türkiyə planlarından daha böyük və üstündür. Heç şübhəsiz ki, qəhraman türk əsgəri yaxın günlərdə terror aktının qisasını misilləmə ilə alacaq və PKK terror təşkilatı, onları dəstəkləyən xarici qüvvələr Türk dövlətinin əzici gücünü lazımı səviyyədə hiss edəcəkdir.
Bu çətin gündə hər birimiz Türkiyənin yanındayıq. Başın sağ olsun, Türkiyəm!
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.
24 Oktyabr 2024-cü il
0 notes
to-be-ornot-to-be · 7 months ago
Text
Böyük uşaqlar mı ailələrinə ana-atalıq edərdi ya günahlarının cəzasını çəkərdi?
1 note · View note
mazahir1971-blog · 10 months ago
Text
Namaz vaxtı proqramı
O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər. O kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar, Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır.
(Bəqərə surəsi, ayə 3-5)
1 note · View note
legendophile · 1 year ago
Text
27 Sentyabr Anım Günüdür, bu gün. Allah bütün Şəhidlərimizin ruhunu şad etsin ; Allah ailələrinə səbir versin.
0 notes
bilinmeyen-heqiqetler · 2 years ago
Photo
Tumblr media
I Allahın rizasını və sonsuz Cənnətini qazanmaq üçün yaşayan müsəlmanın çətinlik anlarındakı gözəl davranışları iman gücünün və əxlaqi üstünlüyünün göstəricisidir. Bütün bu üstün davranışlar isə Rəbbimizin bizə bildirdiyi yeganə gözəl əxlaq olan Quran əxlaqının nəticəsidir. Müsəlmanlar hər cür çətinlik, sıxıntı və yoxsulluq anlarında səbirli, cəsur, təvəkküllü, anlayışlı, fədakar və mərhəmətlidirlər. Gözəl əxlaqdan əsla əl çəkməyən, hər hadisəni müsbət yöndə və təvəkküllə qarşılayan, hadisələrin hikmətini və xeyirli tərəflərini görən, ətrafındakı insanları da eyni üstün əxlaqı yaşamağa dəvət edən müsəlman çətin anlarda bu davranışını dəyişdirməyən şəxsdir. Bu çətinlik anları da Quranda tərif edildiyi kimi, iman gətirənlərin çox çətin sınaqlardan keçirildiyi, “O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən hücum etmiş və gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi...” (Əhzab surəsi, 10) ayəsində bildirildiyi kimi, böyük sıxıntılarla üzləşdikləri vaxtlardır. Çətinlik anları dedikdə bir çox insanın ağlına fərqli şeylər gəlir. Çətinlik bəziləri üçün təbii fəlakət, bəziləri üçün işdən qovulmaq, bəziləri üçün də iflasa uğramaqdır. Halbuki, iman gətirən insanlar üçün çətinlik anları daha böyük hadisə və vəziyyətləri ifadə edir. Çətinlik anlarındakı yoxsulluq və sıxıntı adi sıxıntılar kimi deyil. İnsanın ən əsas ehtiyaclarından belə məhrum olduğu yoxsulluq və gündəlik həyatdakı sıxıntılardan daha güclü sıxıntıdır. Quranda tərif edilən “ürəklərin ağıza gəldiyi” bu vaxtlar hər cür çətinliyin, xəstəliklərin, fəlakətlərin üst-üstə gəldiyi, müsəlmanların sadəcə: “İman gətirdim”, - dediklərinə görə evlərindən çıxarıldığı, sürgün edildiyi, ailələrinə, özlərinə və qövmlərinə tələlərin qurulub maddi-mənəvi təzyiqlərin göstərildiyi vaxtlardır. Quranda elçilərin və əməlisaleh möminlərin tarixən qarşılaşdığı bu cür çətinliklər nümunə göstərilir. Əməlisaleh möminlər hər çətinlik anında böyük sınaqlardan keçirilmiş, ancaq bütün bunlara səbir etmişlər. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #çətinlik https://www.instagram.com/p/Cp-cCmaosIl/?igshid=NGJjMDIxMWI=
0 notes
ilhameabbasyusifqizi · 2 years ago
Text
Tumblr media
27 Sentyabr 12.00.....Qanları ilə tarix yazanların günü  ... Şəhidlərimizi ehtiramla anırıq... Anım Günü. ..Yalnız bu ay deyil, ilin bütün ayları, fəsilləri, yalnız bu gün deyil, hər günümüzdəsiniz. ..Yalnız hər günümüzdə deyil, qəlbi Azərbaycan deyə vuran hər kəsin həyatının hər anında, hər məqamında anılırsınız.Uca Tanrıdan Şəhidlərimizə rəhmət, onların ailələrinə güc və səbr diləyirəm... .... VƏTƏN SAĞ OLSUN... ... Yenə dağlar, başın duman, Ölümə çıxardın fərman. Köksü "iman" dolu olan, Qanın yerdə qalmaz inan... .. Vətənim, sağ olsun Vətən, Rahat uyu, yerdə yatan, Fəda olsun, sənə min can, Bu torpaqda şəhid yatan... ... Uca Rəbbimiz vəd etmiş, Şəhidlərə ölməz demiş, Vətən üçün ölənlərə, Cənnətini müjdələmiş... .... Vətənim, sağ olsun Vətən, Rahat uyu, yerdə yatan, Fəda olsun, sənə min can, Bu torpaqda şəhid yatan.........27.09.2022...İlhamə Abbas Yusifqızı...)
0 notes
metbuat · 2 years ago
Text
FOTO
“Real Madrid” və “Arsenal”ın sabiq yarımmüdafiəçisi hazırda isə Türkiyənin “Başakşehir” klubunun şərəfini qoyuan futbolçu Mesut Özil Azərbaycan – Ermənistan sərhədində baş verənlərlə bağlı paylaşım edib. Metbuat.org xəbər verir ki, 34 yaşlı mərkəz yarımmüdafiəçisi şəxsi “İnstagram” səhifəsində ölkəmizə öz dəstəyini nümayiş etdirib Özil şəhid olan Azərbaycan əsgərlərinə Allahdan rəhmət diləyib və…
Tumblr media
View On WordPress
0 notes
lilium-13 · 3 years ago
Text
Vətən müharibəsinin başlamasından tam 1 il ötür. Döyüşlərdə böyük şücaət göstərərək qanının son damlasına qədər qorxmadan, çəkinmədən döyüşən və illərdi gözlədiyimiz, həsrətində qaldığımız torpaqlarımızı geri qaytaran bizim olanı bizə qaytaran ŞƏHİDLƏRİMİZƏ Allahdan rəhmət və ailələrinə baş sağlığı, səbr diləyirik.🇦🇿🥀
20 notes · View notes
garadakhli · 3 years ago
Text
Bu qədər atılan fişənglərin pulu Şəhid Ailələrinə verilsəydi, o zaman zəfərimiz mübarək olardı.
13 notes · View notes
politiciansstuff · 10 months ago
Text
Tumblr media
Deputatdan önəmli anons: " Yaxın zamanlarda, ya bir ildən sonra...
7 fevral prezident seçkisindən sonra Azərbaycanın yeni mərhələyə adlayacağı barədə proqnozlar davamlı şəkildə səslənməkdədir, bunun bir zərurət olduğu vurğulanır. Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”a müsahibəsində həm seçkinin nəticələri, həm bundan sonrakı gözləntilərlə bağlı çox mühüm məsələlərdən danışdı:
- Fəzail bəy, 7 fevral prezident seçkisindən sonrakı Azərbaycanı necə təsəvvür edirsiniz?
- Əslində bu seçki Azərbaycan xalqının tarixinə çox önəmli səhifələr əlavə etdi. Mənim düşüncəmə görə, 2024-cü ilin 7 fevral seçkisi 2020-ci ilin Vətən müharibəsinin və 2023-cü ilin antiterror əməliyyatının məntiqi davamı, ona yekun vurmaq mərhələsi idi. Biz artıq bu seçki ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təmin edən digər hərbi-texniki vəzifələri siyasi mübarizə və siyasi qələbə ilə möhürlədik. Bu məsələ tamamilə bitdi. Xüsusilə ölkə Prezidentinin öz ailəsi ilə bərabər Xankəndidə seçkilərə qatılaraq səs verməsi mahiyyətinə görə olduqca mühüm tarixi hadisə idi. Bitdi bu məsələ! Azərbaycan müstəqillik əldə etdikdən sonra və əslində ondan da öncə başlamış, müstəqillik əldə etdikdən sonra aparmış olduğu çox gərgin, çətin, mürəkkəb mübarizəyə yekun vurdu. Biz təkcə Ermənistan deyilən cırtdan, süni, əsası, kökü olmayan bir ölkə ilə mübarizə aparmırdıq. Xüsusilə bizim üçün ən çətin məsələ onun arxasında duran nəhəng qüvvələrlə bağlı idi. Ölkə Prezidentinin çox diplomatik məharəti ilə bu nəhəng qüvvələrin bəziləri neytrallaşdırıldı. Bəziləri isə elə müharibə dövründə ermənilərlə bərabər müxtəlif səviyyələrdə əzildilər və biz yekunlaşdırdıq. İndi yeni bir mərhələ başlayıb, Azərbaycanın dövlətçiliyində, ictimai-siyasi, sosial-iqtisadi, hüquqi sistemində. Əvvəlki proseslərdə, ciddi hadisələrdə, yəni 2020-ci ilin Vətən müharibəsində, 2023-cü ilin antiterror əməliyyatında Azərbaycan xalqı dövləti, Ali Baş Komandanı ilə necə bərabər oldusa, 7 fevral 2024-cü ildə eynən prezidenti ilə bərabər oldu. Azərbaycan xalqının burada birliyinin, həmrəyliyinin, öz dövlətinə sahib çıxmasının təntənəsini gördük və ona sadiq olduğunun gününü yaşadıq. Bax, belə bir müstəvidə xalq artıq istər-istəməz bu səhifəni bağlayıb, yeni bir səhifənin açılma prosesinin içərisində olacaq.
- Konkretləşdirsək, yeni səhifələrin yazılmasına, islahatlara başlanılmasına haradan, nələrdən başlamaq lazımdır?
- Heç şübhəsiz, yeni mərhələnin yeni çağırışları olacaq. Düşünürəm ki, seçkinin əhval-ruhiyyəsi ilə müəyyən müddət keçəndən sonra ilk növbədə həyat səviyyəsinin yüksəlməsi, insanların yaşamı xüsusi olaraq qabaracaq. Növbəti illərdə bu məsələlər xüsusi olaraq önə çıxacaq. Eyni zamanda ölkə Prezidentinin hələ keçən dönəmdə elan etdiyi kimi, 2018-ci ildən başlamış olan islahatları daha da dərinləşməlidir, yəqin ki, bu istiqamətdə islahatlar aparılacaq. Xüsusi olaraq məhkəmə-hüquq sistemində aparılan islahatlar daha ciddi xarakter almalıdır. Sosial-siyasət, xüsusi olaraq pensiyalarla, aztəminatlı ailələrin təminatlı ilə bağlı... Şəhid ailələrinə, qazilərə təbii ki, dövlətin qayğısı çox yüksək səviyyədədir. Bunlar da zamanın və tələbin çağırışlarına uyğun olaraq önə çıxacaq. Təbii ki, siyasi sistemin özünün də təkmilləşməsinə, güclənməsinə ciddi ehtiyac var. Çünki cəmiyyətin siyasi sisteminin güclü olması və onun vahid mövqedən çıxış etməsi dövlətimizin, cəmiyyətimizin immunitetini gücləndirir və xarici, məkrli əllərin Azərbaycanın içərilərinə yeriməsinə imkan verilmir. Beləliklə, bu istiqamətdə də təbii ki, işlər daha intensiv olmalıdır.
- Konstitusiya dəyişiklikləri ilə bağlı gözləntiləriniz necədir?
- Yaxın zamanlarda, ya bir ildən sonra olacaq, deyə bilmərəm, düşünürəm ki, konstitusiya dəyişikliklərinə ehtiyac duyulur. Bu, ciddi sosial sifariş kimi önə çıxır və həmin idarəçilik sistemində konstitusion dəyişikliklər zəruridir. Baxın, ölkə Prezidenti özünün səlahiyyətli nümayəndələrini təyin edib və onların üstün səlahiyyətləri var. Başqa bir tərəfdən, rayon icra hakimiyyətləri var ki, səlahiyyətləri xeyli dərəcədə məhdudlaşdırılıb, mərkəzi icra qurumları ilə onların arasındakı münasibətlərin mövcudluğunda kifayət qədər anlaşılmazlıqlar, çətinliklər var. Deməli, bu idarəçilik sisteminin özünün də təkmilləşdirilməsinə ehtiyac duyulur. Partiyaların cəmiyyətdə yerinin və rolunun daha da artmasında mühüm rol oynayan "Siyasi partiyalar haqqında" Qanun qəbul olundu. Xüsusi olaraq siyasi partiyalarla bağlı Prezident Administrasiyasında xüsusi şöbənin yaradılmasının özü də dövlətin bu məsələyə ciddi əhəmiyyət verdiyini özündə ifadə edir. İndi bunun davamı olaraq təbii ki, partiyaların güclənməsi üçün fikrimcə, proporsional seçki sistemi bərpa olunmalıdır. Yəni qarışıq sistemlə qarışıq partiyaların cəmiyyətdə yerini və rolunu artıra bilərik. Bütöbvlükdə bu çağırışlar, həyata keçirilən tədbirlər Azərbaycan dövlətçiliyinin daha da güclənməsinə xidmət edəcək. Çünki hələ bizim qarşımızda çox ciddi çağırışlar var. İlk növbədə işğaldan azad olunmuş regionları yüksək səviyyədə bərpa edib, ora həmvətənlərimizin qayıdışını təmin etməliyik. Başqa bir tərəfdən, ölkə Prezidentinin də artıq önə çəkmiş olduğu Türk Dövlətləri Təşkilatının institusional səviyyəyə qalxması, onun beynəlxalq bir quruma, beynəlxalq təşkilata çevrilməsi üçün səylər güclənəcək. Burada Azərbaycanın daha ciddi rol oynaması şəksizdir. Aparıcı amil kimi Azərbaycan Türk Dövlətləri Təşkilatının bir ittifaqa, birliyə çevrilməsində özünün son dərəcə əhəmiyyətli töhfələrini verəcək. Hələ bilmirik ki, dünyada, regionda gedən digər proseslər bizə hansı sürprizlər yaradacaq? Bunun üçün dövlətimiz daha da güclənməlidir və məncə, prezident seçkisinin uğurla başa çatması da buna kifayət qədər ciddi zəmin yaratdı və buna doğru getməyimizə də geniş imkanlar açdı.
- Necə hesab edirsiniz, mövcud komanda Prezidentin qətiyyətli, ardıcıl, böyük hədəflərə istiqamətlənmiş siyasətini təqib etmək baxımından müasir tələblərə cavab verirmi? Komandada dəyişiklikləri zəruri sayırsınızmı?
- Bütövlükdə bu komanda ilə ölkə Prezidenti Vətən müharibəsini qələbə ilə başa çatdırdı. Məhz bu komanda ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olundu. Hər kəs öz müstəvisində, öz səlahiyyətləri çərçivəsində son dərəcə ciddi əhəmiyyət kəsb edən, taleyüklü məsələlərin həllinə köklənmişdi və öz səlahiyyətləri çərçivəsində bu istiqamətdə müvafiq tapşırıqları, vəzifələri yerinə yetirirdilər. Bəziləri daha yüksək, daha yaxşı, bəziləri daha zəif, bu məsələləri kənara qoysaq, bütövlükdə komanda tarixin çətin sınağından çıxa bildi, gərək bunu etiraf edək. Amma gəlin görək bu komanda bütövlükdə yeni çağırışlara eyni şəkildə cavab verə biləcəkmi? Təbii ki, bu, cənab Prezidentin səlahiyyətindədir, bütün bunların fərqindədir. Bu komanda bəzi istisnalar olmaqla faktiki olaraq növbəti 7 il ərzində üzərinə düşən dövlətçilik vəzifəsini ayrı-ayrı sahələrdə yerinə yetirməlidir. Buna indiki komandanın bütövlükdə nəfəsi çatacaqmı, ona potensialı varmı? Bəli, bunların içərisində yola davam edə biləcək kadrlarımız var. Ancaq bir sıra sahələrdə çatışmazlıqlar, süstlük də mövcuddur. İndiki çağırışlara uyğun olaraq təşəbbüskarlıq, problemlərin həllinə doğru atılmış olan cəsarətli addımları çox təəssüf ki, bəzən görmürük. Məncə, elə bir komanda formalaşacaq ki, çox ciddi çağırışlara cavab versin, Prezidentin nümunəsində qarşıya qoyulan vəzifələri yerinə yetirmək gücündə olsun. Mənim düşüncəmə görə, ən başlıcası, hakimiyyətin yuxarı pillələrində oturan insanlarda peşəkarlıqla bərabər, həm də yüksək vətənpərvərlik hiss olunmalıdır. Kosmopolitizm keçmir. Hətta baxın, Avropanın yüksək səviyyədə inkişaf etmiş ölkələrində belə, kosmopolitizm artıq buxarlanır, daha çox milli köklərə bağlılıq, dövlətin maraqları, xalqın mənafeləri önə çıxır. Bunu önə çıxaran siyasi partiyalar da xalqın etimadını qazanmağa başlayır. Təbii ki, Azərbaycanda da peşəkarlıqla bərabər, kosmopolitik fikirləri özündə ifadə edənlərin yüksək vəzifə daşımasına baxılmaldıır. Yüksək vəzifəyə gətirilənlər Prezident və Ali Baş Komandan İlham Əliyevdən məhz bu baxımdan da nümunə götürməlidirlər. Onun daşımış olduğu müsbət keyfiyyətlərin içərisində vətənpərvərlik öndə olmalıdır.
- Konstitusiya dəyişikliklərinin zəruri olduğunu bildirdiniz. Eyni zamanda cari ildə bələdiyyə və parlament seçkiləri ilə bağlı da gözləntilər var. Sizin məlumatlarınız nədən ibarətdir?
- Təbii ki, hər iki quruma seçkilər keçirilməlidir, bu, konstitusion tələbdir. Şükürlər olsun ki, həmin seçkilərin keçirilməsinə də hər hansı bir maneçilik yoxdur və görünmür də. Parlament seçkiləri ya bu ilin sonunda keçirilməlidir, ya da gələn ilin fevralında. Bundan o tərəfə keçə bilməz. Yaxın aylarda bütün bunlara aydınlıq gətirilməsinin şahidi olacağıq.
- Fəzail bəy, İlham Əliyevin rəqiblərinin çıxışlarını yəqin ki, izləmisiniz. Təklifləri, tənqidləri oldu. Siz digər 6 namizəddən hansını diqqətlə izləyirdiniz?
- O rəqiblərin hər birinə mənim hörmətim var. Onların bir neçəsi uzun illərdir bir yerdə parlamentdə çalışdığımız həmkarlarımdır. Eyni zamanda siyasi partiya rəhbərləridir. Həmçinin partiya mənsubiyyəti olmayanlara da hörmətim var. Ancaq mənim bir namizədim var idi, o da İlham Əliyev. Təbii, bunun fövqündə digər namizədlərin hansının daha cəlbedici fikirlər söyləməsi məni maraqlandırmırdı, maraq dairəmdə də deyildi. Bu baxımdan mövqeyimdə hər hansı dəyişiklik ola bilməzdi, bunu gözləmək də sadəlöhvlük olardı. Birmənalı şəkildə mən İlham Əliyevin prezidentlik uğrunda mübarizədə qalib gəlməsini arzulayırdım, bir vətəndaş olaraq, çoxmilyonlu xalqımızla bərabər buna çalışırdım. Azərbaycan xalqı mahiyyətcə qalib gəldi. Bu, həm də uduzanların qələbəsi idi, təkcə cənab Prezidentin deyil. Bütün xalqımız bu qələbəni əldə etdi. Hətta rəqiblərin özünün də qələbəsi kimi səciyyələnməlidir. Çünki qazanan dövlətimiz, xalqımız oldu. Digər 6 namizədin çıxışlarında da mən Vətənin, dövlətimizin əleyhinə hər hansı fikirlərin səsləndiyinin şahidi olmadım. Həm də onlar düşüncə etibarilə bu cür mövqedən çıxış edən insanlar deyillər. Uğurlar olsun! Hər halda, onlar özlərini bir daha cəmiyyətimizə təqdim etdilər. Cəmiyyətimizdə mövcud olan problemləri önə çəkdilər, qabartdılar. Yəqin ki, ölkə Prezidentinin yeni komandasında bütün bunların mümkün olanları gələcəkdə reallaşacaq, bunun özü də müsbət haldır və prezident seçkisində xalqımıza, dövlətimizə verilmiş töhfələrdən biridir.
- Xaricdən Azərbaycana təzyiq kampaniyası səngiyəcəkmi? Seçkiləri pozmaq üçün hərəkətə keçənlər bundan sonra susacaqlarmı?
- İnanmıram. Epizodlar olacaq, ancaq nəticə etibarilə bir neçə aydan sonra onlar da susmaq məcburiyyətində qalacaq. Çünki qaliblər mühakimə olunmur, qaliblər həmişə önə baxır və daha yeni-yeni uğurlar əldə etmək üçün düşünür. Bizim Prezidentimiz bu baxımdan dünyada öndə olan siyasətçilərə bir nümunədir. Deyilənlər də nə Azərbaycan dövlətçiliyinə, nə cənab Prezidentin mövqeyinə, nə də müəyyən etmiş olduğumuz hədəflərə hər hansı bir təsir göstərmək gücündə olmayacaq.
“Musavat.com” saytı
Elşad Paşasoy
10 fevral 2024-cü il
https://www.musavat.com/news/siyasi-sistemin-ozunun-de-tekmillesmesine-ciddi-ehtiyac-var-millet-vekili_1043707.html
0 notes
ichbinralph · 3 years ago
Text
çoxumuz müharibəni görmədik, sadəcə izlədik. görənləri, yaşayanları fiziki və psixi başa düşə bilməyəcəyik. yaxınını, ailədən birini itirmək ağır bir şeydir, Şəhidlərin ailələrinə səbr diləməkdən başqa heç nə gəlmir adamın əlindən. amma kaş bu qədər "duyar kasmasa" idik Şəhidlər mövzusunda. övladlarını Şuşaya aparmaq, Atalarının şəkli olan köynək geyindirmək və s vətənpərvərliyin ölçü meyarı ya da göstərmə şəkli deyil. biraz sadə qalsaydı hər şey, hamıya kədərini istədiyi kimi, mediadan uzaq yaşamağa icazə verəydilər kaş ki.
oturub düşünəndə dəhşətə gəlirsən ki, bir il əvvəl müharibə oldu bu torpaqlarda. bəs, doğrudan axı, bizə görə ölməyə dəyərdi? bu suala heç vaxt cavab tapa bilməyəcəyik yəqin ki. yaxınlarının, hər gün gördüyün adamların Şəhid olduğunu bilmək isə kədərli bir qürur verir adama. bu kədərli qürur da ki, nə öldürür, nə də yaşadır..
cəsarətiniz və fədakarlığınız üçün sizə ömür boyu heyran və minnətdar olacam 🖤
4 notes · View notes
jay-akhmed · 4 years ago
Text
Hərbiçi peşəsinin nə qədər əzəmətli və şərəfli olduğunu özümü dərk edən andan hiss etdim. Hər an içimdə sevgim oldu hərbiçilərə qarşı. "Gənc Əsgər" layihəsində kursant olmağım, Azərbaycan bayrağını bütün layihələrdə layiqincə dalğalandırmağım Vətənimə qarşı sevgimdən irəli gəldi. 3 sənət sahiblərindən biri olmaq istəmişdim ,ancaq inanmazdım ki olum. Pilot, Dənizçi və Hərbiçi. Kapitan ixtisasına yiyələnməklə hərbi'yə olan sevgimdən əsla vaz keçmədim. Yazdığım şeirlər, hekayələr ,romanlar da məhz Vətən uğrunda canını fəda edən əbədi yaşar Qəhrəmanlarımızdan söz açdım. Vətənə, Millətə olan sevgim bəlkə də Qarabağlı olduğumdan irəli gəldi. "Haralısan ?" sualına fəxrlə "Qarabağ qızıyam." dedim. Üzünü görmədiyim ,lakin vəsf etdiyim Qarabağ sevgisi yatır ruhumda.
Bizə bu sevinci yaşadan İgidlərimiz. Sizə çox sağ olun desək belə azdır. Çox minnətdarıq sizə ! Allah bütün Şəhidlərimizə rəhmət ,ailələrinə səbir versin . Qazilərimizə Allahdan şəfa diləyirəm. 💙 🇦🇿
J.A
15 notes · View notes
youcancallmeskyy · 4 years ago
Text
“Bir insan köçürsə dünyadan əgər,
Sən elə bilmə ki, tək bir can gedir.
Hər sönən baxışda saysız diləklər,
Hər kiçik tabutda bir cahan gedir.
O gedir... Qalırıq biz yana-yana,
Bu dərdi ürəkdə daşımaq çətin.” 
Allah Şəhidlərimizə rəhmət eləsin, ailələrinə, yaxınlarına səbr versin.
10 notes · View notes