#bağlamışdıq
Explore tagged Tumblr posts
nurajab · 1 year ago
Text
Hicran düşdü aramıza,
Görüşmədik, nədən oldu?
Əhd-peyman bağlamışdıq,
Qovuşmadıq, nədən oldu?
Qədrini gec biləcəyik,
Qəm yükünü böləcəyik.
Küsülümü öləcəyik,
Barışmadıq nədən oldu?
Göydən yerə endi bu eşq,
Bir nağıla döndü bu eşq,
Yavaş-yavaş söndü bu eşq,
Alışmadıq, nədən oldu?
1 note · View note
metbuat · 2 years ago
Text
Joau Mariu
“Benfika”nın yarımmüdafiəçisi Joau Mariu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində baş tutan matçı – “Yuventus”a qarşı Potuqaliyada keçirdikləri görüşü (4:3) dəyərləndirib. Metbuat.org xəbər verir ki, “Eleven Sports” Mariunun dediklərini belə çatdırıb: “70-ci dəqiqəyə qədər əla oyun sərgilədik. “Yuventus” ikinci qolu vurana qədər hesabı 5:1 edə bilərdik. Amma bu, futboldur.…
Tumblr media
View On WordPress
0 notes
bilinmeyen-heqiqetler · 3 years ago
Photo
Tumblr media
I Biz əhdə görə dağı (başları) üzərinə qaldırdıq və onlara: “Qapıdan səcdə edərək daxil olun!”– dedik. Biz onlara: “Şənbə günü (qadağanı) pozmayın!”– dedik. Biz onlarla möhkəm bir əhd-peyman bağlamışdıq. (Nisa surəsi, 154) Onlar bağladıqları əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və: “Qəlblərimiz qapalıdır!”– demələrinə görə (lənətə düçar edildilər). Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar. (Nisa surəsi, 155) Əvvəlki ayələrdə kitab əhlinin arasından çıxan inkarçı qövmdən bəhs olunur. Həddi aşdıqlarına baxmayaraq, “Nisa” surəsinin 154-cü ayəsində Allahın onları bağışladığı və onlardan əhd aldığı açıqlanır. “Nisa” surəsinin 155-ci ayəsində isə həmin topluluğun verdikləri sözə əməl etməyib inkara sürükləndiyi və peyğəmbərləri haqsız yerə öldürdüyü bildirilir. Başlarına gələn sıxıntı və bəlaların səbəbi də budur. Bu ayələrin davamında yenə musəvi topluluğundan bəhs olunur və Allah musəvilərdən kafir olanlarla dərin imana sahib olanları ayrı tutur: Lakin onlardan elmdə qüvvətli olanlar və möminlər sənə nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz onlara böyük bir mükafat verəcəyik. (Nisa surəsi, 162) Musəvilərdən kafir olub azğınlıq edənlərin hökmü başqadır. Eynilə müsəlmanların arasındakı kafir və azğınların hökmünün başqa cür olduğu kimi. Lakin Allah ayədə açıq şəkildə səmimi olan musəviləri ayrı tutmuşdur və onlara böyük mükafat verəcəyini bildirmişdir. Allahın mükafat verəcəyini bildirdiyi, cənnətlə müjdələdiyi və təriflədiyi musəvi topluluğunu kim və necə lənətli edə bilər ki? (ardı rəydə...) #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #din #musəvi #musevi #yəhudi #yahudi #batil #xurafat #bidat #saxta https://www.instagram.com/p/CUZe2NjstjB/?utm_medium=tumblr
1 note · View note