Tumgik
#açıqlamışdı
metbuat · 2 years
Text
Federer vida matçına Nadalla çıxacaq
Federer vida matçına Nadalla çıxacaq
Əfsanəvi isveçrəli tennisçi Roje Federer Londondakı Laver Kubokunda ispaniyalı Rafael Nadalla cütlükdə karyerasının son matçına çıxacaq. Metbuat.org xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb. Federer və Nadal bu gün ABŞ təmsilçiləri Cek Sok və Frensis Tiafo ilə qarşılaşacaqlar. Görüşün Bakı vaxtı ilə saat 23:00-da başlaması planlaşdırılır. Qeyd edək ki, “Böyük Dəbilqə” turnirlərinin 20…
Tumblr media
View On WordPress
0 notes
theaytaj · 3 years
Text
8 Mart
İlk dəfədir ki, özümü bu günün bir parçası kimi hiss edirəm. Öncəki heç bir 8 martı özümə özəl qəbul edə bilməmişəm. Hətta təbrik edənlərə " Bu gün mənim yox, əməkçi qadınların günüdür. Tarixi ağırdır bu günün. Onlar ilə birlikdə bu günün təbrikini qəbul edə bilmərəm." deyirdim. Amma hazırkı işimdən təklif gəlməzdən öncə 12+ saat çalışdığım bir iş var idi. Təsəvvür edin, evə hansı yorğunluq və çöküş ilə gəlirdim. Bunun fiziki tərəfindən əlavə zehni və emosional yorğunluq tərəfi də var idi amma bunları yazmayacağam. Hər nə isə. Bu işdən təklif gələnə kimi nələr yoxlamış, neçə imtahan vermiş və necə çalışırdım bir mən bilirəm. Hətta bir işə (həqiqətən istədiyim) qəbul edilməmə səbəbim (imtahana gedərkən belə qəbul edilməyəcəyimi bilirdim) vəziyyəti daha da pisləşdirirdi. Hər kəsin üstünlük kimi istifadə etdiyi bir şey mənimçün dezavantaj idi. Hətta maneə. Nəysə. Imtahanı verdim nəticəni bildiyim halda. Normal olaraq geri dönüş olmadı. Uzun müddət. Məni 12+ saatlıq işi qəbul etmək məcburiyyətində qoyacaq qədər müddət. Bu arada, əmək müqaviləsiz 12+ saatdan bəhs edirəm. Heç bir şey. Bu müddətdə başqa yerlərdən də təklif gəldi amma gözüm necə qorxmuşdusa, risk edə bilmirdim amma bir gün həmin yerdən zəng edildi və eyni şirkətin fərqli bölümünə dəvət etdilər. Imtahan, online müsahibə + imtahan, canlı imtahan və müsahibə. Təbii ki, bu müddətdə beynində qorxu ilə "yox, yox, qəbul etməyəcəklər, nə edirlər axı məni ? Başqa namizədlər var təbii ki. Əminəm ki, onlar daha yaxşıdır. Məndən yaxşı. Məni özləri dəvət edib, bilmirəm niyə amma qəbul etməmək üçün" deyib, müsahibədən çıxıb, 12 saatlıq işə qayıdıb, dayana bilməyib ağlayaraq dəqiqələrlə kənarda oturmuşdum. İş yerindəkilər də sanırdı ki, kimsə xətrimə dəyib. Düzdür dəymişdi. Özüm. Amma sonra qəbul edildim. Amma mövzu yazdığım bütün bu dramlar deyil. Mövzu hazırkı işdən ayrılan xanımdır. Ağıllı və çox gözəl bir xanım imiş sadəcə şirkəti çox pis vəziyyətdə qoyaraq sevgini seçmişdi. Hə, sevdiyi adamı. HƏ, təəssüf ki, qadınlar belə şeylər edir. Və qəribə bir şey deyim, tək namizəd xanım mən idim bildiyim qədərilə. Müsahibədə mənə bir növ "Bu iş üçün, gender bərabərliyi üçün son şans sənsən. Əgər sən də bizi yanıltsan, daha qadınlara üstünlük verməyəcəyik." deyilmişdi. Çünki vakansiya elan edərkən xanım deyil kişilərə üstünlük verilməsini bildirmişdilər amma HR bəy (bəli, bəy) gender bərabərliyi olsun deyə xanımlara şans verilməsini istəyib və sonra olanlar bilindiyi kimi idi (qətiyyən xanımı qınamıram çünki səbəbini, niyəsini bilmirəm). Buna baxmayaraq adam yenidən eyni təklifi etmiş , biraz da israr etmişdi. Bu da mənə altyazı olaraq "sən sonuncu şansınızsan" deyilməsinin əsas səbəbi idi. Yəni hazırda çalışdığım yerdə qadınları təmsil edirəm. Burdakı qadınları. Mən bunu çox sonra öyrənmişdim. Bu da niyə elə davrandıqlarını normal olaraq açıqlamışdı (arxa planı görmədən bu yazdıqlarım biraz "nə böyütdün, Aytac" kimi görünə bilər amma inan elə deyil). İş ağırdır, stresslidir amma məni bu mənası dərin olan, hamını (özümü belə) layiq bilmədiyim bu günə aid etdiyi üçün minnətdaram.
Kimisə təbrik etməyimə gərək yoxdur, 8 Martın bir parçası olan bütün xanımlar bu günün onsuzda onların olduğunu bilir. Hətta tək bu günün deyil, hər günün onların olduğunu bilirlər. Var olmağa davam edin <3
12 notes · View notes
todaysazerbaijan · 5 years
Text
DİQQƏT! Alış-veriş edən vətəndaşlara pul qaytarılacaq - VİDEO
DİQQƏT! Alış-veriş edən vətəndaşlara pul qaytarılacaq – VİDEO
Bir müddət öncə İqtisadiyyat naziri ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan əlavə dəyər vergisinin (ƏDV) bu aydan etibarən geri ödənməyə başlanacağını açıqlamışdı. Artıq qanunun bu tələbinin həyata keçirilməsi üçün proses tamamlanmaq üzrədir.
BAKU.WS Xezerxeber.az-a istinadla xəbər verir ki, müştəriyə geri qaytarılacaq məbləğ nağdsız əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin 15…
View On WordPress
0 notes
listeliyi · 8 years
Link
via ŞAD XƏBƏR! Bağlanan telekanal açıldı - VİDEO http://ift.tt/eA8V8J Gürcüstanda bağlanana "Rustavi 2" telekanalı efirini bərpa edib. Kanal etriazı əlaməti olaraq yayımı fervalın 18-də dayandırmışdı. Şirkətin vəkili Tamta Muradaşvili hökumət qüvvələrinin "Rustavi 2"nin redaksiya siyasətini dəyişməyə cəhd etdiyini açıqlamışdı. “Rustavi 2" efirini bərpa etdi və bir də heç vaxt dayanmayacaq"- bunu icracı direktorun müavini Saal Udumaşvili aksiyada deyib. Qeyd edək ki, Gürcüstanın paytaxtı Tiflisdə on minlərlə adam adıçəkilən kanala dəstək əlaməti olaraq etiraza çıxıb. Ölkənin əsas müxalifət kanalı olan "Rustavi 2" hökumətin mediaya, azad sözə təzyiq göstərdiyini bildirib və buna etiraz olaraq fevralın 18-də fəaliyyətini dayandırmışdı. Dəstək aksiyası parlamentin önündə olub. "Rustavi 2" kanalının rəhbərliyi iddia edir ki, hökumət iş adamlarından birinin əli ilə bu kanala nəzarətə ələ keçirmək istəyir. Gürcüstanın ən reytinqli kanalı ilə bağlı problem 2015-ci ilin avqust ayından başlayıb. Onun çoxsaylı keçmiş sahiblərindən biri, biznesmen Kibar Xalvaşili Tiflis şəhər məhkəməsində iddia qaldıraraq kanalaın qaytarılmasını tələb edib. O, 2006-cı ildə kanalı satdıqdan sonra ödənilən vəsaitdən razı qalmadığını açıqlayıb. Həmin ilin noyabrında iş adamın xeyrinə qərar çıxarıb. Lakin kanalın hazırki sahibləri növbəti instansiyaya müraciət ediblər. 2016-cı ildə birinci instansiyanın hökmü qüvvədə saxlanılıb. Bundan sonra "Rustavi 2"nin hüququşünasları Ali məhkəməyə müraciət ediblər. Məhkəmənin iclası bu ilin yanvar ayaına təyin edilib. Lakin sonradan səbəb açıqlanmadan iclas qeyri-müəyyən vaxta kimi təxirə salınıb.
0 notes
metbuat · 2 years
Text
Tennisçi Federer karyerasının son matçında uduzdu - FOTO/VİDEO
Tennisçi Federer karyerasının son matçında uduzdu – FOTO/VİDEO
İsveçrəli tennisçi Rocer Federer və ispaniyalı Rafael Nadal Laver Kuboku matçında amerikalılar Cek Sok və Frensis Tiafoya məğlub olublar. Londonda baş tutan görüş 4:6, 7:6 (7:2), 11:9 hesabı ilə Sok və Tiafonun xeyrinə başa çatıb. Bundan əvvəl Federer bu görüşün onun karyerasında final olacağını açıqlamışdı. Qeyd edək ki, 41 yaşlı Federer karyerasında 20 “Böyük Dəbilqə” qazanıb. Ümumilikdə o,…
Tumblr media
View On WordPress
0 notes
todaysazerbaijan · 5 years
Text
"Hökümət yalan deyir.." ŞOK VİDEO
“Hökümət yalan deyir..” ŞOK VİDEO
“Hökümət yalan deyir, virusa yoluxan sayı 2 min yox, 90 mindir” Tibb bacısının dedikləri dünyanı şoka salıb.
Sosial media hesabından bir video paylaşan çinli tibb bacısının dedikləri hər kəsi şoka salıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Çin höküməti ölkədə koronavirusa yoluxanların sayının 2 min 744 olduğunu açıqlamışdı. Lakin, Vuhan əyalətində bir xəstəxanada işləyən…
View On WordPress
0 notes
listeliyi · 8 years
Link
via VƏSSALAM! Məhkəmənin son qərarı -İlhamə Quliyevanın bütün mirası ona qaldı http://ift.tt/eA8V8J Mərhum müğənni İlhamə Quliyevanın qalmaqallı mirası nə oğulluğu Orxan Nadirova, nə də dövlətə qalıb. Müğənninin varislərinin xala uşaqları və bibi uşaqları olması ilə bağlı qətnamə çıxarılıb. Bu barədə müğənninin oğulluğa götürdüyü O.Nadirovun hüququnu müdafiə edən vəkil mətbuata açıqlamasında deyib. O bildirib ki, Səbail Rayon Məhkəməsində şikayətləri təmin olunmayıb: "Övladlığa götürmə faktı var. Biz də şahid ifadələrinə və fotogörüntülərə uyğun olaraq Səbail Rayon Məhkəməsinə müraciət etdik. Lakin şikayətimiz təmin olunmadı. İlhamə Quliyevanın qanun üzrə vərəsələrinə qaldıqda isə, bu kateqoriya beş növə bölünmüşdü: xala uşaqları və bibi uşaqları ortaya çıxdı. Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən, onların şikayəti təmin olundu və varis kimi tanındılar. Miras da onlara qaldı". Xalq artistinin oğulluğu hesab edilən O.Nadirov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, qərarla bağlı münasibətini yalnız fevralın 25-dən sonra bildirəcək. Mərhum sənətkarın vəkili olmuş Elmira Məmmədova məhkəmə qərarına öz rəyini bu cür ifadə edib: "Tezliklə bu məsələ ilə bağlı Orxanla görüşüb söhbətləşəcəyik. Lakin həmişə qeyd etmişəm ki, Mülki Məcəllədə məcburi pay var, yəni qanunla Orxana da pay düşür". Xatırladaq ki, ötən il vəkil Elmira Məmmədova mətbuata açıqlama verərək mərhum müğənninin mirasını açıqlamışdı. Vəkilin sözlərinə görə, sənətkarın iki milyonluq mirası var (bura 4 ev, 50 sot torpaq, 2 avtomobil, qızıl-zinət əşyaları daxildir). Mərhum sənətkarın mirası ilə bağlı dəfələrlə onun yaxınları, o cümlədən, oğulluğu Orxan Nadirov, bacıları və müğənni Əli Mirəliyev arasında qalmaqal yaşanıb.
0 notes
listeliyi · 8 years
Link
via Qadınlardan xoşlanan aktrisa: intim həyatım yolunda gedir - FOTO http://ift.tt/eA8V8J "Orange Is The New Black" serialına çəkilən Rubi Rouz "Cosmopolitan" jurnalına açıqlama verib. "John Wick: Chapter 2" "xXx: Return of Xander Cage" və "Resident Evil: The Final Chapter" kimi macəra dolu filmlərdə rol alan Rubi Rouz intim həyatının yolunda getdiyini söyləyib. 30 yaşlı aktrisa bildirib ki, hələlik evlilik barədə planları yoxdur. Qeyd edək ki, aktrisa 12 yaşında lezbiyan olduğunu açıqlamışdı.
0 notes
listeliyi · 8 years
Link
via Uzun illərdən sonra ilk dəfə cinsi əlaqədə olan biyonik penisli adama elə bir təklif gəldi ki… -VİDEO http://ift.tt/eA8V8J Uşaqlığında keçirdiyi bir qəza nəticəsində cinsi orqanı qopan və həyatına süni penislə davam edən Mohammed Abad, həyatının təklifiylə qarşı-qarşıya gəldi. İillər sonra taktırdığı biyonik penislə ilk dəfə cinsi əlaqəyə girməsi, dünya mətbuatına gündəmdə olan Abad'a məşhur bir yapımcıdan təklif gəldi. Dekabr ayında İngilis Daily Star qəzetinə danışan Abad, internet üzərində qadınlarından cinsi əlaqə təklifləri alıram. "Demişdi. Keçən ilin başında məşhur İngilis müşayiət Charlotte Rose'la birlikdə olması dünya mediasında geniş əks-səda olan Abad, gələn bütün təklifləri rədd etdiyini və Rose ilə yaşadığı ilk əlaqədən sonra kimsəylə yatmadığını söyləmişdi. Abad səbəbini isə bu sözlərlə açıqlamışdı: "Bu, istədiyim bir şey deyil mənim. Çox çox təklif alıram amma işimlə məşğulam. Hər gün 14 saat iş edirəm və evə döndüyümdə seks etmək üçün özümü çox yorğun hiss edirəm." Evlənmək istədiyini söyləyən və həyatının eşqini axtaran Abad, ilk yoldaşıyla 2013-ci ildə yollarını ayırdı. Şotlandiyanın paytaxtı Edinburg'da yaşayan Abad, seks işçisi xaricində bir qadınla birlikdə olma arzusu daşıyır.
0 notes
listeliyi · 8 years
Link
via Filmdə zorlanan aktrisa: "O filmdən sonra intihar etmək istədim" http://ift.tt/eA8V8J Aktyor Marlon Brandonun baş rolunu oynadığı "Parisdə son tanqo" (Last Tango in Paris) filmi Parisdəki yataq dəsti olmayan bir evdə bir cütlüyün macərasından söhbət gedir. Məşhur italyan rejissor Bernardo Bertolucci filmdəki müzakirə edilən təcavüz səhnəsi haqqında 45 il sonra bir etiraf edib. 76 yaşlı rejissor aktyor Marlon Brando ilə əlbir olub mübahisəli təcavüz səhnəsinin çəkilişini son ana qədər qadın baş rol aktrisası Maria Skneiderdən gizlədiklərini deyib: "Marianın o səhnələrdə bir aktrisa kimi deyil, gənc bir qız kimi davranmasını istədim. Alçaldılmasını və acı çəkməsini istəyirdim. O səhnələr gerçək idi", - deyib. Qeyd edək ki, 1972-ci ildə film çəkildiyində hələ 19 yaşı olan Skneider erotik bir səhnədə oynayacağından xəbəri olmadığını, ancaq ssenaridə olmayan bu səhnəni yazan Brando tərəfindən zorlandığını açıqlamışdı. Brandonun ona təcavüz etdiyindən danışan fransız aktrisa: "Həqiqətən, gözyaşı tökdüm. O filmdən sonra yüksək dozalı narkotik həblər qəbul edərək intihar etmək istəyirdim", - deyib.
0 notes
listeliyi · 8 years
Link
via Hollivudun erotik super ulduzu İslamı qəbul etdi - FOTOLAR http://ift.tt/eA8V8J Bu yaxınlarda Türkiyəyə səfər edən aktrisa Lindsey Lohanın İslamı qəbul etdiyi iddia olunur. Hollivudun çılğın ulduzu "instagram" hesabındakı bütün fotolarını silib və bioqrafiyasına “Aleyküm Salam” yazıb. İddialara görə, əvvəllər də İslam dini ilə maraqlanan aktrisa müsəlman olmağa qərar verib. Xatırladaq ki, Lohan 2015-ci ildə Nyu-York küçələrində əlində “Qurani-Kərim” kitabının ingilis dilli versiyası ilə görüntülənmişdi. Lindsey Lohanın meneceri aktrisanın İslam mədəniyyəti ilə yaxından maraqlandığını və ərəbcə öyrənməyə başladığını açıqlamışdı. Lindsey Lohan Türkiyə səfəri zamanı suriyalı qaçqınları ziyarət etmiş və olnara dəstək olmuşdu. Məlumat üçün onu da bildirək ki, Lindsey Lohan tez-tez sevgili dəyişməsi xəbərləri ilə və narkotik qalmaqalları ilə gündəmə gələn ulduzlardandır. Aktrisanın adı ABŞ-ın yeni prezidenti Donald Trampla seks qalmaqalında da hallanıb.
0 notes
listeliyi · 8 years
Link
via Referenduma yox deyənlərlə cinsi əlaqədə olan aktrisa: "Yoruldum artıq" - FOTO http://ift.tt/eA8V8J Los-Ancelesdə yaşayan 27 yaşlı italyan aktrisa Paola Saulino İtaliyada 4 dekabr bazar günü keçirilən referenduma "yox" deyən şəxslərə xüsusi hədiyyə verəcəyini açıqlamışdı. O, konstitusiyaya dəyişikliklə bağlı keçirilən referenduma "yox" deyənlərlə cinsi əlaqədə olacağını söyləmişdi. Aktrisa sözünün üstündə durub. O, kişilərə görə "özünü oda atıb". Onun "səyahəti" Romadan başlayıb. İnstagram-da dil çıxaran yerdə şəklini yayan aktrisa qeyd olaraq yazıb: "Bu il çox gözəl başladı. Amma yoruldum artıq". Qeyd edək ki, sosial mediada ehtiraslı şəkillər yayan aktrisanın vədi Madonnanın vədini xatırladıb. Madonna Amerikada keçirilən prezident seçkiləri zamanı Klintona səs verənlərlə cinsi əlaqədə olacağını söyləmişdi. Lakin vədinə əməl etməmişdi.
0 notes