Tumgik
#cütlükdə
metbuat · 2 years
Text
Federer vida matçına Nadalla çıxacaq
Federer vida matçına Nadalla çıxacaq
Əfsanəvi isveçrəli tennisçi Roje Federer Londondakı Laver Kubokunda ispaniyalı Rafael Nadalla cütlükdə karyerasının son matçına çıxacaq. Metbuat.org xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb. Federer və Nadal bu gün ABŞ təmsilçiləri Cek Sok və Frensis Tiafo ilə qarşılaşacaqlar. Görüşün Bakı vaxtı ilə saat 23:00-da başlaması planlaşdırılır. Qeyd edək ki, “Böyük Dəbilqə” turnirlərinin 20…
Tumblr media
View On WordPress
0 notes
verdiyevnihadofficial · 10 months
Text
İstədim kəlmə yazam hikmət ilə,
Qələmin ucluğunda dondu hərif. Ovucumda isidib "oldu" dedim,
Bu dəfə çox qurudu, sindi hərif.
Titrǝdi ǝl ayağı tutmadı dil,
Dedi "mənlə yazılan hər şeyi sil".
Deyəsən səhv başa düşdü eləbil,
Məni "cəlladi-hərif" sandı hərif.
Ola bilsin nə vaxtsa azmış olum,
Qələmi bərk sıxaraq qazmış olum.
Nifrəti qırmızıyla yazmış olum,
Bəlkə pis xatirəni andı hərif?
Mən də bükdüm vərəqi atdım oda,
Xisləti od olanı,qatdım oda.
Onu da düşünmədən tutdum oda,
Vərəqin ucbatına yandı hərif.
Hərifin hörmətini izhar edim? Fərqini,qiymətini izhar edim?
Cütlükdə vəhdətini izhar edim?
Vǝrǝq vücuddur ona candı hərif.
18 notes · View notes
minavenera · 15 days
Text
Bu arada bir insanı uzun müddət görməməyin ən gözəl tərəfi onun yaşlandığını bilməməkdi. Titanikdə rose məsələn oğlanı həmişə 20li yaşlarda xatırlayır amma hesablasan yaşı 70lərdə olmalıdır.
Şəhərdə gəzəndə də belə hiss edirəm. Momentlər görürəm, birbirlərinə eşqlə baxan cütlüklər,dava edən dostlar, qaçan uşaqlar, gözü yol çəkən yaşlılar. Və məni xoşbəxt edən məqam onları gördüyüm qədəriylə xatırlamaq,var eləməkdi. Heç vaxt böyüdüklərini,yaşlandıqlarını görməyəcəm,bilməyəcəm. Bəlkə də birbirinə eşqlə baxan cütlükdə biri kor olub məsələn və ya əksinə evləniblər bəlkə.
Bunları bilmək istəmirəm. Momentlər vaxta daxil deyil.
0 notes