#planlaşdırılır
Explore tagged Tumblr posts
muttefiq · 7 months ago
Text
Tumblr media
COP29-un loqosu təqdim edilib.
✅COP29-un noyabrın 22-də keçirilməsi planlaşdırılır.
🟥COP29 tədbiri Bakı Olimpiya Stadionunda keçiriləcək.
#Cop29🇦🇿
22 notes · View notes
gunayagamali · 10 days ago
Text
DÜNYAYA SƏS SALAN COP29 - YENİ UĞUR HEKAYƏSİ
Qərbin bəzi dairələri Bakıdakı qlobal müzakirələrdə iştirak etmədikləri üçün peşman olacaqlar
COP29-un beşinci günü olsa da - tədbir noyabrın 22-dək davam edəcək - Azərbaycanın ev sahibliyi etdiyi iqlim konfransı ölkəmizin növbəti uğur hekayəsi kimi tarixə və gələn qonaqların yaddaşlarına yazılmaqdadır. Bu, təkcə dünyanın bütün qitələrindən gələn dövlət başçılarının və ali nümayəndələrinin Bakıdakı tədbirə verdikləri yüksək qiymətlə şərtlənmir. Bunu Bakıda əldə edilən real nəticələr də şərtləndirir ki, bu barədə bir qədər sonra...
Əlbəttə ki, COP29-un ikinci iş günündə liderlərin sammitində Azərbaycan Prezidenti İlham Əliyevin qısa, amma çox dəqiq hədəfləri olan çıxışı hələ uzun müddət müzakirə ediləcək.
Dövlət başçısı ən əvvəl Azərbaycanın COP29-a ev sahibliyi etməsinin 200 ölkənin yekdil qərarı olduğunu yada salaraq bunu ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi qiymətləndirib. İ.Əliyev ölkəmizin bərpaolunan enerjidə texniki potensialının quruda 135 giqavat, dənizdə isə 157 giqavat təşkil etdiyini deyib. Dövlət başçısı vurğulayıb ki, 2030-cu ilə qədər ölkədə təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır.
Dövlət başçısı COP29-a ev sahibliyi edən Azərbaycana qarşı haqsız hücumlara da tutarlı cavab verib, bu hücumları “yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyası” adlandırıb.
Dövlət başçısı zəngin təbii sərvətlərə malik olduğuna görə Azərbaycanın hədəfə götürülməsini qərəz və riyakarlıq adlandırıb: “Bu gün Azərbaycanı tənqid edən Qərb mərkəzləri yaxşı bilirlər ki, məhz Avropa Komissiyasının təklifi ilə Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsi imzalayıblar. Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası Azərbaycandan xahiş edib ki, qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artırsın. Beləliklə, ikilistandartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib”.
Prezident COP29-la bağlı anti-Azərbaycan isterikasını dəstəkləyənlərə də “pis xəbər” verib, iştirakçı ölkələrin sayının “onlara ən yaxşı cavab” olduğunu deyib. Dövlət başçısı COP29-da 196 ölkədən 72 min iştirakçının, onların sırasında 80 prezident, vitse-prezident və baş nazirlər olduğunu deyib.
Bakıda əldə edilən real nəticələrə gəlincə, məsələn, 2015-ci ildə iqlim üzrə Paris razılaşması imzalandıqdan sonra çoxsaylı müzakirələrə baxmayaraq, onun 6-cı maddəsi (karbon bazarları) üzrə razılıq əldə etmək mümkün olmamışdı. COP29-un ilk günündə isə Paris sazişinin 6.4 maddəsi üzrə razılaşmaya nail olunub. Bu da ümumilikdə prinsipial xarakter daşıyan 6-cı maddə üzrə razılaşmanın əldə olunmasına ümidləri artırır.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalının sözlərinə görə, Azərbaycan qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməklə iqlim dəyişiklikləri ilə mübarizəyə bağlılığını və bu aspektdə beynəlxalq əməkdaşlığa verdiyi dəyəri nümayiş etdirir: "Ölkəmiz son illərdə ədalətli və davamlı inkişaf prinsiplərinə əsaslanaraq enerji sektorunu yeniləmək, bərpa olunan enerji mənbələrinə investisiya qoymaq və iqlim dəyişmələrinə qarşı mübarizə aparmaq üçün bir çox əhəmiyyətli işlərə imza atmaqdadır. Azərbaycan Qərbin ikili standartları və qarayaxma kampaniyaları fonunda COP29-a yüksək səviyyədə ev sahibliyi edir. Cənab Prezident İlham Əliyev tədbirin açılış nitqində üzləşdiyimiz qərəzli yanaşmalardan bəhs edərək bunun yolverilməz olduğunu nəzərə çatdırdı və qeyd etdi ki, ekoloji problemlərin bir çoxu inkişaf etmiş ölkələrin sənaye inqilabları ilə atmosferə axıtdığı zərərli tullantılar nəticəsində yaranıb. Azərbaycan potensialını, verəcəyi töhfələri önə çəkərək dünya ölkələrindən iqlim dəyişikliyi məsələlərinə ciddi yanaşma gözləyir".
“Musavat.com” saytı
Cavanşir Abbaslı
15 noyabr 2024-cü il
https://musavat.com/news/dunyaya-ses-salan-cop29-yeni-ugur-hekayesi_1119435.html
Tumblr media
0 notes
politiciansstuff · 7 months ago
Text
Tumblr media
MİLLİ MƏCLİSİN DEPUTATI:
“BELƏ OLARSA, PAŞİNYAN BAKIYA DƏVƏT OLUNA BİLƏR”
Azərbaycan bu il noyabrın 11-dən 22-nə kimi BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək. Rəsmi məlumatlara görə, ölkəyə 11 gün davam edən bu tədbirə qatılmaq üçün 50-70 min civarında qonağın gəlməsi planlaşdırılır.
Prezident İlham Əliyev aprelin 26-da Berlində Almaniya kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında bildirib ki, COP29 qarşıdurma arenası olmayacaq: “Azərbaycan ev sahibi kimi körpülər yaradacaq. Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir, o cümlədən yaşıl enerjiyə keçid və iqlim dəyişikliyi ilə bağlı”.
Bir çox ekspertlər hesab edir ki, Ermənistan və Azərbaycan arasında noyabra qədər sülh imzalanarsa, COP29 konfransına Ermənistan baş naziri Nikol Paşinyan da dəvət ala bilər.
Hələlik, Ermənistan baş nazirinin tədbirə dəvət edilib-edilməyəcəyini rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
Amma Milli Məclisin deputatı Fəzail Ağamalı Turana bildirib ki, Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşmasına doğru müəyyən addımlar atılır: “Paşinyan artıq Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının qaçılmaz olduğunu dərk edib. Hətta o, bununla bağlı son vaxtlar bəyanatlarla çıxış edir”.
Deputatın fikrincə, iki ölkə arasında proses gedir və bu noyabra qədər ya çərçivə sazişi, ya da sülh müqaviləsi ilə nəticələnə bilər: “Belə olarsa, hüquqi və beynəlxalq əsaslar yaranacaq, Nikol Paşinyan COP29 tədbirinə dəvət oluna bilər. Əgər sülh sazişi bağlanmasa da belə, proseslər müsbət gedərsə, Paşinyanı Bakıya dəvət etmək olar. Nəzərə almaq lazımdır ki, o, 44 günlük Vətən müharibəsindən və ötən ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra Azərbaycan dövlətinə, onun milli maraqlarına qarşı ciddi fikirlər söyləməyib”.
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.
F.Ağamalının habelə vurğulamasına görə, Paşinyan COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsinə etiraz etməyib: “Ona görə də Nikol Paşinyanı bu tədbirdən kənarlaşdırmaq doğru deyil. Paşinyanı COP29-a dəvətdən sonra iki ölkə arasında münasibətlər yaxşılaşa bilər, eyni zamanda, bu dəvət dünyada yaxşı qarşılana bilər. Yenə biz sülhpərvər bir dövlət kimi xoş niyyətimizi həm dünyaya, həm Paşinyana göstərmiş olarıq”.
“Turan.az, demokrat.az, azpost.info” saytları
10 may 2024-cü il
0 notes
metbuat · 2 years ago
Text
Federer vida matçına Nadalla çıxacaq
Federer vida matçına Nadalla çıxacaq
Əfsanəvi isveçrəli tennisçi Roje Federer Londondakı Laver Kubokunda ispaniyalı Rafael Nadalla cütlükdə karyerasının son matçına çıxacaq. Metbuat.org xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb. Federer və Nadal bu gün ABŞ təmsilçiləri Cek Sok və Frensis Tiafo ilə qarşılaşacaqlar. Görüşün Bakı vaxtı ilə saat 23:00-da başlaması planlaşdırılır. Qeyd edək ki, “Böyük Dəbilqə” turnirlərinin 20…
Tumblr media
View On WordPress
0 notes
yesmilletinsesiinfo · 3 years ago
Photo
Tumblr media
#Cavid Qurbanov: “Ağdama və sonra da Xankəndi istiqamətində dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır” gönderdi
0 notes
nurayniftaliyeva · 4 years ago
Text
DİM tərəfindən ümumi (9 illik) və (11 illik) orta təhsil səviyyəsi üzrə 24 və 25 iyunda keçiriləcək buraxılış (qəbul) imtahanları ləğv olunub.İmtahanların 2020-ci ildə oxuyan 11-ci sinif şagirdləri öləndən sonra keçiriləcəyi planlaşdırılır.
20 notes · View notes
hasanal1y3v · 3 years ago
Text
Azərbaycanın səhiyyə naziri rusiyalı həmkarını Bakıda qəbul edib
Tumblr media
Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko iyulun 7-də Bakıya gəlib. O, Azərbaycanın səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayevlə birlikdə Fəxri xiyabana gələrək, ümummilli lider Heydər əliyevin məzarı önünə əklil qoyub, onun xatirəsi ehtiramla anılıb. Rusiyalı nazir görkəmli oftalmoloq, akademik Zərifə əliyevanın da məzarı önünə gül dəstəsi qoyub. Sonra səhiyyə naziri Şəhidlər Xiyabanını ziyarət etdi.Səfər proqramında Muraşkonun ölkə rəsmiləri ilə görüşləri var. Bundan başqa, danışıqların yekununda Rusiya ilə Azərbaycan arasında səhiyyə sahəsində əməkdaşlığa dair sənədin imzalanması planlaşdırılır. RF Səhiyyə Nazirliyinin rəhbəri artıq aprel ayında xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Bakıya gəlmişdi.Rusiya Səhiyyə Nazirliyinin rəhbərinin Azərbaycana səfərinin özü çox nadir hadisədir və Muraşkonun Bakıya bu səfərinin bir neçə səbəbi var. Əlbəttə ki, bir nömrəli mövzu hər kəs üçün ümumi bir vəziyyətdir Pandemia Covid-19. Yəqin ki, Muraşko ilə danışıqlar, birincisi, bu xəstəliyə qarşı gələcək mübarizənin əlaqələndirilməsi, ikincisi, Rusiyanın "Sputnik V" vaksininin istehsalı ilə bağlı danışıqlar aparılacaqdır.Azərbaycanda artıq Rusiyanın sənaye parklarında, məsələn, Pirallahıda bir sıra tibb şirkətləri fəaliyyət göstərir. Bu müəssisələrin açılışında iştirak etmək mümkündür, çünki Rusiya investorları bu müəssisələrdə iştirak edirlər. Ümumiyyətlə, tibb sahəsində Rusiya və Azərbaycanın qarşılıqlı fəaliyyət və Kooperasiya üçün çox böyük sahəsi var. Bu cür səfərlər bir nömrəli qlobal ümumi vəzifə – koronavirus üzərində qələbə ilə bağlı aktualdır.Danışıqların mövzularından biri də Seçenov adına MDTU-nun filialının Azərbaycanda işi ola bilər. Ölkələrimiz arasında tibbdə, istər ali təhsil sahəsində, istərsə də əczaçılıqda çoxdan çoxlu əlaqələr mövcuddur. Rusiyanın səhiyyə nazirinin səfəri yeni əlaqələr qurmaq imkanıdır və yalnız alqışlamaq olar ki, o, bütün bu çətin dövrdə Bakıya gəlib.
0 notes
azad-tv · 4 years ago
Text
Ərdoğan iyunun 16-da Şuşaya gedəcək
Ərdoğan iyunun 16-da Şuşaya gedəcək
RİA Novosti Azərbaycan paytaxtındakı diplomatik mənbəyə istinadən yazır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri gözlənilir. “15 iyun tarixində Türkiyə prezidentinin Azərbaycana səfəri planlaşdırılır. Növbəti gün Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa şəhərini ziyarət edəcəyi gözlənilir” deyə mənbə bildirib.
Tumblr media
View On WordPress
0 notes
aliibrahimovofficial · 5 years ago
Photo
Tumblr media
Əsgər yolu gözləyən ailələrin gözü aydın olsun. Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrdən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasına başlanıb Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, bu gündən etibarən Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrdən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasına başlanıb. Müdafiə nazirinin tapşırığına əsasən ehtiyata buraxılacaq şəxsi heyət Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaq. Qeyd edək ki, xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə alınmaqla ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır. https://www.instagram.com/p/B_NojzeBfnE/?igshid=1hq3invg8ny5e
0 notes
todaysazerbaijan · 5 years ago
Text
Bakıda daha bir metrostansiyanın tikintisi üçün hazırlıq başlandı - BU ƏRAZİDƏ
Bakıda daha bir metrostansiyanın tikintisi üçün hazırlıq başlandı – BU ƏRAZİDƏ
Bakıda bu il daha bir metro stansiyasının tikintisinə başlanılacaq.
Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Məlumatda bildirilir ki, bu il “Bənövşəyi” xətt üzrə şərti adı B-4 olan stansiyanın tikintisi planlaşdırılır:
“B-4 stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa ediləcək. Artıq yeni…
View On WordPress
0 notes
metbuat · 2 years ago
Text
“Bayraktar”dan daha bir UĞURLU SINAQ 
Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanmış ölkənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma”nın prototipi ilə mühərrikin inteqrasiya testi uğurla tamamlanıb.  Metbuat.org-ın APA-ys istinadla verdiyi xəbərə görə, sınaqlar 17 sentyabrda baş tutub.  Qeyd edək ki, “Kızılelma”nın ilk uçuşu 2023-cü ilə planlaşdırılır.   lent.az
Tumblr media
View On WordPress
0 notes
ourfedyalenkoranski · 5 years ago
Link
0 notes
milusoffical-blog · 6 years ago
Link
Həyatın bütün sahələrində asanlıqla istifadə edilə bilən İdman və ya klassik kəsilmiş qadın köynək modelləri, ilin moda olan rəng və üslublara uyğun olaraq hazırlanır. Jeans ilə geyə biləcəyiniz kolsuz modellər yaz aylarında son dərəcə rahatlıq təklif edir. Siz xüsusi gün parça şalvar geyə bilər zolaqlı köynək dizayn, sizin zəriflik və sadəlik əks etdirir.
Qəşəng və rahat köynək Ən məşhur Komb-xüsusi hallar və iş günlərinin bir hissəsi-möhtəşəm üslublar yaradan bayağı yubka və şalvarlı qadın köynəkləridir. Milus köynəyinin dizaynı orijinal dizaynı ilə, hansı ki, rahat və rahat geyinmək istəyənlərin seçimidir, və öz zərifliyini tərk edə bilmir, həmçinin öz təbiətinə diqqəti cəlb edir. Düymələr, naxışlı, çap edilmiş, naxışlı köynəklər ya uzun, həm də qısa qollu və ya qolsuz hazırlanır.
Tropik naxış və Yazılar Çap Tropik naxışlardan çiçək motivlərinə qədər kitabələrə qədər noxudlarda naxışlara qədər, çox müxtəlif dizaynda istehsal edilmiş köynək modelləri hər üslub və bədənə uyğun olaraq planlaşdırılır. Yaxası kimi planlaşdırılmış köynəklərin geniş çeşidi, v - formalı kəsiklər, dominant yaxası və ya dəyirmi kəsik milustextile.com o sizi gözləyir. Ən məşhur modellərdən biri olan qəliblərdən, kələmlərdən və noxudlardan hazırlanmış köynəklər; geniş kəsilmiş, rahat kəsilmiş və dar bir kəsim şəklində hazırlanmışdır
Xüsusi Dəvətnamələr Üçün Şık Köynək Siz həmçinin gündəlik istifadə, xüsusi dəvətnamələr və iş həyatında dinclik seçə bilərsiniz yalnız bir klik ilə stil uyğun qadın köynək modelləri var. milustextile.com siz birləşdirmək lazımdır ki, müxtəlif aksesuarlar və geyim göz isə güzəşt ilə sevimli gedir ki, bir model əlavə, siz sadəlik ilə sonra tapa bilərsiniz. Siz bədən seçimi ilə bağlı tərəddüd varsa, sonra məhsul pages
0 notes
istixeber-blog · 6 years ago
Text
Azərbaycanda elektromobil istehsal olunacaq - FOTO
Azərbaycanda elektromobil istehsal olunacaq – FOTO
Naxçıvanda elektriklə işləyən avtomobillər istehsal ediləcək.  İstixəbər.info xəbər verir ki, bu barədə AZƏRTAC-a Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev bildirib. Onun sözlərinə görə, artıq bu istiqamətdə NAZ-da hazırlıqlara başlanılıb. Layihənin qısa zamanda həyata keçirilməsi planlaşdırılır. Bundan başqa, zavod “LİFAN minivenlər”inin bazasında təcili tibbi yardım üçün istifadə…
View On WordPress
0 notes
nodmag-blog · 7 years ago
Text
Lyft sürücüsüz taksilərini işə salır
Lyft sürücüsüz taksilərini işə salır
Lyft şirkəti sürücüsüz avtomobil şöbəsini yaratdığını elan etdi. İlk sürücüsüz Lyft taksilərinin ilin sonunda Boston küçələrində görünəcəyi planlaşdırılır.
Lyft şirkətinin rəsmisi David Vincent tərəfindən verilən müsahibədə qeyd olunur ki, sürücüsüz avtomobillər heç də onların Lyft sürücülərini əvəzləmir. Sürücüsüz avtomobillərin öhdəsindən gələ bilməyəcəyi sifarişlər zamanı ənənəvi olaraq yenə…
View On WordPress
0 notes
redxeber-blog · 7 years ago
Photo
Tumblr media
Bu il ərzində Ağcabədi rayonu Boyat kəndi təbii qazla təmin olunacaq. - AÇIQLAMA Ağcabədi rayonu, Boyat kəndi sakinləri təbii qazın kənd ərazisində olmamasından gileylənirlər. Sakinlərin sözlərinə görə, son bir il ərzində "Azəriqaz ASC" tərəfindən, idarənin əməkdaşları kənd ərazisinə təbii qaz xəttinin çəkiləcəyini bildirsələr də, son 4 ay ərzində qazın çəkiləcəyi ilə bağlı, sakinlərə heç bir məlumat verilməyib. Mövzunu dəqiqləşdirmək üçün " @red_xeber "olaraq, Ağcabədi rayonu "Azəriqaz ASC" ilə əlaqə saxladıq. İdarədən bildirdilər ki : "Narahatçılığa heç bir əsas yoxdur. Boyat kəndinin təbii qazla təmin olunması istiqamətində hal-hazırda işlər gedir. Bu il ərzində, kəndə təbii qaz xəttinin çəkiləcəyi planlaşdırılır və çox güman ki bu tezliklə baş tutacaq. Sakinləri sadəcə səbrli olmağa çağırırıq." -  deyə idarədən bildirdilər.
0 notes