#Türkiyəni
Explore tagged Tumblr posts
politiciansstuff · 3 months ago
Text
Tumblr media
BAYRAMOVUN MÜHÜM ANKARA SƏFƏRİ –
MASADA BUNLAR VAR...
Rusiya prezidentinin Azərbaycana səfərindən sonra Türkiyə ilə məsləhətləşmələrə niyə ehtiyac yaranıb?
Xarici işlər naziri Ceyhun Bayramov avqustun 27-də Ankaraya səfər edib. Səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlərin müzakirə edilib. İstisna deyil ki, Rusiya prezidentinin Azərbaycana səfərindən sonra Türkiyə ilə məsləhətləşmələrə ehtiyac yaranıb.
Məlumdur ki, Cənubi Qafqazda təhlükəsizlik sisteminin qurulması yolunda Bakı və Moskva arasında davamlı məsləhətləşmələr, siyasi müzakirələr aparılır. Bu gün şimalda və cənubda baş verən qlobal müharibələr fonunda Cənubi Qafqazda nizamın qurulması müstəsna əhəmiyyətə malikdir. Rusiya Cənubi Qafqazda ənənəvi maraqlarını güdməsi ilə yanaşı, qardaş Türkiyənin də yeni reallıqlarda bu regionda mövqeyi çox möhkəmdir. Şübhəsiz ki, Rusiya, Azərbaycan və Türkiyənin Cənubi Qafqazda da etibarlı münasibətlər qurması kənar güc mərkəzlərini, böyük dövlətləri, qurumları narahat edir. Azərbaycan və Türkiyənin ortaq yanaşması, davamlı olaraq qarşılıqlı görüşlərin keçirilməsi, beynəlxalq texnologiya ilə ifadə etsək, saat əqrəblərinin tutuşdurulması indiki reallıqda müstəsna əhəmiyyətə malikdir. Görünür, tərəflərin bölgədəki mövcud durumla bağlı müxtəlif mövzuları müzakirə etmələrinə ehtiyac yaranıb.
Yada salaq ki, iyunun 10-da Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyəyə işgüzar səfər edib, Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirib.
VI Çağırış Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında bu səfərin təsadüfi olmadığını qeyd etdi: “Ceyhun Bayramovun qardaş Türkiyəyə səfəri, əlbəttə, təsadüfi deyil. Baxmayaraq ki, iki qardaş ölkə arasında istənilən məsələlər ətrafında, xüsusi olaraq, dünyada və regionda gedən hadisələrlə bağlı intensiv məsləhətləşmələr aparılır. Bu həm ölkə prezidentləri səviyyəsində, qarşılıqlı səfərlər, telefon danışıqları və heç şübhəsiz ki, xarici işlər nazirləri arasındakı görüşlərlə həyata keçirilir. Bu səfər də bu baxımdan təsadüfi hesab oluna bilməz. Nəzərə alsaq ki, Cənubi Qafqaz ətrafında ciddi proseslər gedir. Amerika və Avropa Ermənistan vasitəsilə Qafqaza daxil olub orada möhkəmlənib, Rusiyanı sıxışdıraraq, eyni zamanda Türkiyəni kənarlaşdıraraq hakim mövqe tutmağa çalışır. ABŞ-ın son addımları da bu baxımdan ciddi mahiyyət kəsb edir. Cənubi Qafqazda ciddi nüfuz sahibi olan və həlledici mövqeyə sahib olan Azərbaycanın rəyi nəzərə alınmadan Cənubi Qafqaza gəlmək və burada möhkəmlənmək, sadəcə olaraq, problemlidir. Əlbəttə, biz Amerikanın beynəlxalq güc statusunu nəzərə almalıyıq. Ona görə də indiki situasiyada görünən budur ki, Azərbaycan, Rusiya və Türkiyənin Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində vahid cəbhədən çıxış etməsi daxili zərurətə çevrilib. Çünki Amerika və Avropanın regiona yerləşməsi hər üç dövlət üçün ciddi təhdidlər yaradır. Türkiyənin Cənubi Qafqazda mövcudluğu, onun strateji maraqlarının bu regionda əhəmiyyət kəsb etməsi və burada Orta Asiyanın türk dövlətləri ilə bir coğrafiyanın yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Burada yad qüvvələrin olması heç cür Türkiyəni təmin edə bilməz. Yad ünsürlərin regionun içərisinə girərək, Türkiyə və Azərbaycanın çox ciddi, strateji xarakter daşıyan türk birliyi dövlətlərinin, Turanın yaradılmasına mane olacaq başlıca amillərdən biridir. Rusiyanın ənənəvi maraqları var. Rusiya da Qafqazdan getmək istəmir. Ermənistandan da çıxmaq niyyətində deyil. Deməli, eyni zamanda istər-istəməz Rusiyanın maraqları ilə Azərbaycan və Türkiyənin maraqları üst-üstə düşür. Bunların uzlaşdırılması baxımından Putinin Azərbaycana gəlişindən, Türkiyə və Azərbaycan prezidentlərinin telefon danışığından sonra görünür ki, məsələlərin masa üzərində xarici işlər nazirləri səviyyəsində müzakirəsinə ciddi ehtiyac duyulub. İstisna etmirəm ki, XİN rəhbərləri arasındakı görüşdə Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan məsələsi müzakirə mövzusu olub. Hesab edirəm ki, bu səfər Azərbaycan, Rusiya və Türkiyə arasındakı münasibətlərin strateji və geosiyasi maraqlarının uzlaşdırılması baxımından xüsusi məna kəsb edir. Amerika və Avropanın Ermənistan vasitəsilə Cənubi Qafqaza yerləşməsinin qarşısının nə dərəcədə alınmasının detallarının yaxın gələcəkdə şahidi olacağıq. Hər halda, Amerika və Avropanın Cənubi Qafqaza yerləşmək niyyəti Azərbaycanın strateji maraqlarına və milli təhlükəsizliyinə təhdid yaradan hadisə olardı. Çünki hazırkı dövrdə Azərbaycan-Rusiya münasibətlərində kifayət qədər qarşılıqlı etimad var. Qardaş Türkiyə ilə Rusiya arasında da qarşılıqlı etimada söykənən münasibətlər mövcuddur. Azərbaycanın burada əli daha güclüdür. Çünki özünün Rusiya ilə münasibətləri, digər tərəfdən, Türkiyə amili var. Bu üç dövlətin Cənubi Qafqazda fəaliyyəti məqbul hesab oluna bilər, nəinki Amerika və Avropanın Cənubi Qafqaza yerləşməsi...”
“Musavat.com” saytı
Cavanşir Abbaslı
28 avqust 2024-cü il
https://musavat.com/news/bayramovun-muhum-ankara-seferi-masada-bunlar-var_1096914.html
0 notes
elshanr · 4 months ago
Text
Qardaş Türkiyəni qələbə münasibətilə ürəkdən təbrik edirəm. Həqiqətən çox sevindim.
Yaşasın Türkiyə!
1 note · View note
metbuat · 2 years ago
Text
Dendias bunkerdə belə Türkiyəyə yükləndi
Dendias bunkerdə belə Türkiyəyə yükləndi
2022-10-21 08:00:08 Dendiasın ukraynalı həmkarı Dimitro Kuleba ilə görüşü zamanı sirenlər səslənib. Daha sonra iki nazir görüşlərini duşda davam etdirib və burada mətbuat konfransı keçiriblər. Dendias görüşdə Türkiyəni hədəf alan bu açıqlamanı verib: “Şərqimizdə böyük bir qonşumuz var. Qonşu bizi müharibə ilə hədələyir, bizdən torpaqlarımızı tərksilah etməyimizi xahiş edir, eyni zamanda…
View On WordPress
0 notes
madinaa17 · 2 years ago
Text
dünəndən bəri düşündüklərim eynən bu şəkildədir. gözüm yorulub Türkiyə barəsində 85 dənə story/status görməkdən. yanlış anlamayın, mən məhz rb ladığım postda 2-ci tip olanlara əsəbiləşirəm. hansı ki Türkiyəni 1 qramda düşünməyən sırf digərləri paylaşır deyə "filankəsdən geri qalmayım, o 3 dənə paylaşırsa, mən də 5 dənə paylaşım" deyənlərdir. bu qədər səviyyəsiz olmayın
insanlar iki yerə ayrılır:
1) həqiqətən zəlzələdən zərər çəkənlərə kömək etməyə çalışanlar
2) kömək yerinə köstək olanlar,şəraitdən sui-istifadə edənlər,prim kasanlar,süni qiymət artımı edənlər və s.
28 notes · View notes
yesmilletinsesiinfo · 3 years ago
Photo
Tumblr media
#İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü: Türkiyəni qəbul etməyənlərə cavab və Ermənistanın ifşası  gönderdi
0 notes
ben-ladi-ehehehe · 3 years ago
Text
Bir şey deyəcəyəm Türkiyəni yandıranlar insanların başını qatıb birdən-birə hücum çəkə bilərlər?
5 notes · View notes
bilinmeyen-heqiqetler · 4 years ago
Video
İrancılar hələdə İranın erməniyə yardım etdiyini inkar edəcəklər? Rusiya və İran hər zaman bizə düşmən olub ve erməniyə dost olub. Türkiyəni sevməyənlərdə son hadisələri yaxşı izləsinlər. Bizim can dostumuz hər zaman Turkiyə olub. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #iran #rusiya #erməni #qarabağ #türkiyə #turkiye https://www.instagram.com/p/CFtgKbGllmg/?igshid=1vwmw7yofzuy5
3 notes · View notes
politiciansstuff · 1 year ago
Text
TÜRKİYƏ DÜNYADA SÖZ SAHİBİDİR, BU DA AMERİKANI QICIQLANDIRIR
Xəbər verdiyimi kimi ABŞ-ın “Fox” telekanalı efirdə nümayiş etdirdiyi Yaxın Şərq xəritəsində Türkiyəni İstanbulsuz təsvir edib.
Türkiyənin “Sabah” qəzetinin məlumatında o da qeyd olunub ki, “Fox” kanalı bundan əvvəl də ölkədə keçirilən prezident seçkiləri, eləcə də Kahramanmaraşda baş verən zəlzələlərlə bağlı yalan məlumatlar yayıb.
Milli Məclisin deputatı Fəzail Ağamalı Demokrat.az-a açıqlamasında ABŞ mediasının Türkiyəyə qarşı qərəzinin altında yatan səbəblərdən danışıb. O deyib ki, Türkiyənin hər keçən gün daha da güclənməsi Qərb və ABŞ dairələrinin yuxusuna haram qatıb:
“Türkiyənin beynəlxalq güc mərkəzinə çevrilməsindən narahatdırlar. Qardaş ölkə Prezident Ərdoğanın rəhbərliyilə bu hədəfə uğurla çatmaqdadır. Türkiyə bu gün dünyada söz sahibidir, heç bir kənar qüvvənin diktəsi ilə hərəkət etmir, dövlətçilik maraqları, xalqın mənafeyi naminə siyasət yürüdür, bu da Amerikanı qıcıqlandırır. Hətta prezident seçkiləri ərəfəsində Bayden və bütün komandası, ABŞ mətbuatı, onların qeyri-hökumət təşkilatları Türkiyəyə, Ərdoğana qarşı çirkin kampaniya aparırdılar. Türkiyə xalqı müstəqil iradə ilə Ərdoğanı müdafiə etdi və yenidən onun prezident seçilməsini dəstəklədi”.
Deputat bir sıra tarixi məqamlara da toxunub:
“İstanbul şəhəri, Bosfor və Dardanel boğazları xristian dünyası üçün əsrlər boyu əlçatmaz xəyal olub. 1453-cü ildə Osmanlı Sultanı II Mehmet İstanbulu fəth edəndən üzü bəri Qərb, Rusiya, son vaxtlarda isə Amerika bu yerləri ələ keçirmək üçün dəridən-qabıqdan çıxır. Lakin qəhrəman türk xalqı bütün məkrli planları alt-üst edərək, İstanbulun əsl sahibi kimi duruş sərgiləməkdədir. ABŞ mediasının bu tip təxribatlarının heç bir mənası yoxdur, ürək bulandırmaqdan başqa bir şey deyil”.
“Demokrat.az” saytı
Törə Zeynall
28 avqust 2023-cü il
Tumblr media
0 notes
elshanr · 3 years ago
Text
Türkiye Cumhuriyeti'nin kuruluşunun 98'ci yıl dönümü münasibetiyle Türk halkını tebrik ederim. Yaşasın böyük Türk halkı.
Türkiyəni çox sevirəm 🇦🇿🇹🇷
5 notes · View notes
aliibrahimovofficial · 3 years ago
Photo
Tumblr media
18 mart Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edilmişdir. Allah bütün şəhidlərimizə rəhmət etsin inşallah! ✊🇦🇿🇹🇷 Çanaqqala Birinci Dünya müharibəsi zamanı, yəni, 1915-1916-ci illərdə Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş vermiş dəniz və quru döyüşüdür. İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu almaq məqsədilə boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədləri ilə ilk hədəf olaraq Çanaqqala boğazına girmiş, ancaq hücumları müvəffəqiyyətsiz olmuş və iki tərəf də çox ağır itkilər vermişdir. 1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək olan dövrdə baş verən bu döyüşün Türkiyə tarixi üçün çox böyük əhəmiyyəti var. Osmanlı dövlətinə məxsus boğazlar strateji baxımdan Antanta dövlətləri üçün ən əlverişli şans sayılırdı. Boğazları tutmaqla onların məqsədi Almaniya ilə Osmanlı Türkiyəsini bir-birindən təcrid etmək və İstanbulu ələ keçirməklə Osmanlı Türkiyəsinin Qara dənizdə hökmranlığına birdəfəlik son qoymaq idi. İstanbulu ələ keçirməyin ən real qapısı olan Çanaqqala boğazının təhlükəsizliyi hələ 1914-ci ilin avqustundan nəzarətə götürülmüşdü. 1914-cü il noyabrın 3-də ingilis və fransız qüvvələri boğazın ağzına doğru yaxınlaşdılar. İngilislər Seddülbahir və Ərtoğrul qalalarını, fransızlar da Anadolu yaxtasında Qumqala və Orhaniyə qalalarını topa tutdular. İngilis sualtı qayıqları dekabrın 2-də boğaza girdi və 750 metr irəlidə yerləşən “Mesudiye” zirehli gəmisinə mərmi ataraq gəmini batırdı. Bu iddialarla İngiltərə 1915-ci il yanvarın 28-də Osmanlı dövləti ilə döyüş qərarı verdi və bu qərara Fransa da qoşuldu. Fevralın 19-da düşmən döyüş gəmiləri amansız bombardmanla xeyli irəlilədi. Martın 18-də ingilis-fransız gəmiləri şiddətli atəşə başladılar. Mecidiyye və Hamidiyyə istehkamları ardıcıl atəşə tutuldu. Dünyanın böyük bir ərazisini ədalətlə idarə edən Osmanlı dövlətinin tənəzzülündən yararlanmağa çalışan Avropa dövlətlərinin məqsədi Türkiyəni İstanbuldan vurub çıxarmaq, ümumilikdə Anadolu ərazisini türk etnonimindən təmizləmək idi. Lakin azlıqda və çətinlikdə qalmasına baxmayaraq türk xalqı bu döyüşdən alnıaçıq və şərəflə çıxa bildi. Daha doğru https://www.instagram.com/p/CbOmcdyKWmj/?utm_medium=tumblr
0 notes
metbuat · 2 years ago
Text
İslamiada: 
Basketbolun 3×3 növü üzrə Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.  Metbuat.org xəbər verir ki, Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət yığma C qrupunun ikinci tur maçtında Türkiyəni 21:12 hesabı ilə üstələyib.  Qeyd edək ki, komanda qrupdakı ilk görüşündə Qabon seçməsini 18:15 hesabı ilə…
Tumblr media
View On WordPress
0 notes
eliteacademys · 3 years ago
Link
Türkiyədə bir çox kollec və universitetlər var və bunların hər biri dünyanın hər yerindəki tələbələrə ingilis dilində kurslar təklif edilir. Onlardan bəziləri yüksək dərəcəlidir və bacarıqlı tələbələr yetişdirir.
0 notes
yesmilletinsesiinfo · 3 years ago
Photo
Tumblr media
#Xameneinin nümayəndəsi Azərbaycan və Türkiyəni HƏDƏLƏDİ gönderdi
0 notes
hasanal1y3v · 4 years ago
Text
Pantürkizm və neoosmanizm eyni şey deyil?
Tumblr media
2020 – ci ilin dövlətlərarası qarşıdurmaların digər problemləri ilə yanaşı, planetimizi geri – keçmişə qaytardığını söyləmək heç də şişirtməz olardı. Məsələn, Bosniya və Herseqovinanın, Albaniyanın hələ də mövcud olan müsəlman-Xorvatiya hissəsində və 2008-ci ildən sonra Türkiyənin daimi obsesif "xidmətləri" - "müstəqil Alban Kosovoda", son illərdə isə 20-30 açıq-aydın və uğursuz xatırladır ki, bütün Balkanlar türklər tərəfindən işğal edilib. Bosniyalı müsəlmanların ailəsi İzzetbeqoviç və Kosovo-Alban liderləri - ümumiyyətlə, bu, Türkiyə xüsusi xidmət orqanlarının Praktiki agentliyidir. Türkiyədə və Ankaranın əlaltılarının hiddətlə qarşılanacağını indidən proqnozlaşdırmaq olar. Məhz son onilliklərdə yığılıb qalmış faktlara heç kimin gözlərini yummağa dəyməz. Bu gün söhbət yalnız Türkiyənin yeni siyasətinin neoosmanizmin sübutu kimi qəbul edilməsindən, Türkiyənin sabiq Baş naziri əhməd Davudoğlunun "yazıldığı" müəllifliyin baş tutmasından gedir, yoxsa dünya özünü üstüörtülü şəkildə canlandıran pantürkizmin hansısa formasını görür?
Pantürkizm-daha təhlükəli haldır. Bu cərəyanın əsasında etnik, mədəni və dil birliyi əsasında onların siyasi birləşdirilməsinin zəruriliyi haqqında ideyalar dayanır. XIX əsrin ikinci yarısında formalaşmışdır. Hərəkat əvvəlcə Osmanlı türkləri ilə birləşməyə çalışan Krımda türklərin arasında başladı. Rusiyada, ümumiyyətlə, üç Pantürkizm Mərkəzi – Krımdan başqa ("ideoloq" İsmayıl Qasprinski) Kazan və Bakı adlandırıldı. Ancaq obyektiv olmaq lazımdır – Pantürkizm osmanilikdən daha barbar ideologiya idi. "İttihad – ve-terekki" Partiyasının üzvləri, erməni, yunanlar, assuriyalılar, Yezidilər və digər neturokların "soyqırımı" ndan "kənara çıxan" gənclər pantürkizmin bələdçiləri olublar.
Əsas osmanizmdə və pantürkizmdə həqiqətən də bir-birini kopyalayıb-1908-ci ildə əli Hüseynzadənin "Turkuleshmek, İslamlashmak, Zamanlashmak" ("türkləşmə, islamlaşma, modernləşmə") adlı məqaləsi çapdan çıxıb. Amma fərq ondan ibarətdir ki, pantürkistlər türkləşmə və islamlaşmaya müqavimət göstərsələr də, dərhal və birmənalı şəkildə "Yataqan kimi götürülüblər" və müqavimət göstərənləri kəsiblər, prinsipcə, əgər bu günkü işlərə baxsaq, 2013-cü ilin yayından sonra ərdoğan özü Türkiyə və İraqın kürd Fəhlə Partiyası (PKK) ilə sülh prosesinin formatını dağıtdıqdan sonra Türkiyə parlamentində prokurd Xalq Partiyası (HDP), "kürd fəhlələri" ilə sülh prosesinin formatını pozub. Yəni 1919-24 – cü illərdə Birinci Dünya müharibəsindən sonra Pantürkizm məhv edilmədi, "dünyəvi dövlət" və Kemalizm tərəfindən məhv edilmədi, Ankaranın hazırkı davranışına baxdıqda isə sadəcə iddia etmək lazımdır ki, indi Türkiyəni islamçılar və ya neoosmanistlər yox, məhz pantürkistlər idarə edirlər. Axı həm İraqda,həm də Suriyada hakimiyyətə qarşı mübarizə aparan yerli "Demokratlar" adı altında Ankara Türk türkomanlara söykənir.
Guya "ərəb" və "Xilafətə azarkeşlik edən" İslam Dövləti "(id) terror qruplaşmasının köməyinə Ankara Türküstan İslam Partiyasının (Hizb at-Türkistani) yaradılması təşəbbüsü ilə çıxış edib." onların məqsədi nə vurğulayaraq kimi – Türkiyənin pantürkistlərinə yardım yox, "Şərqi Türküstan" dakı "dəyişikliklər" ə, yəni Çin Sintszyanında? Qətllər. Və quldurluq. Hər halda, 2014-2020 – ci illərdə Suriya və İraqda vəziyyət belə idi – əvvəlcə terrorçuların id bayraqlarının altından uğurla axıdılması, guya, Türküstan İslam Partiyasından yaraqlıların "köməyə" gəldikləri, daha sonra isə İran və Rusiyanın İraq və Suriyanın qanuni hökumətlərinə yardım kimi başladığı antiterror müharibəsi.
Türkiyə və onun pantürkizmi, hətta 105 ildən sonra da məhz Avrasiyanın "Böyük üçlüyü" nin, yəni Rusiya, İran və Çinin yaxınlaşmasını əngəlləyən dairələrin əlində alətlərdir.
0 notes
bilinmeyen-heqiqetler · 2 years ago
Photo
Tumblr media
I Hud surəsi, 117-ci ayə; “Xalqı əməlisaleh olduğu halda, Rəbbin o məmləkətləri haqsız yerə məhv etməz.” Yəni, bir ölkədə, bir yerdə haqqı təbliğ edənlər varsa; nəhy-i anil münkər, əmr-i bil maruf varsa, mehdiyyət varsa, o ölkə artıq həlak olmur. Bədiüzzaman deyir ki; "Risalə-i Nurun intişarı, Türkiyənin ll Dünya müharibəsinə girməsinə maneə törətdi" deyir və Qurandan əbcədlə də buna işarə edən izahları var. Həqiqətən, Risalə-i Nur külliyyatı, o dövrdə bütün Anadolunu əhatə etmişdi. Qəribə bir şəkildə dünya liderləri, dünyanı idarə edən qaranlıq güclər toplandılar, heç cür Türkiyəni müharibəyə daxil etmə qərarını ala bilmədilər. Allah aldırmadı. İblislə, şeytanla çox boğuşdular, şeytana çox təkid etdilər, amma şeytandan o icazəni heç cür ala bilmədilər. Şeytan ll Dünya müharibəsinə Türkiyəni daxil edə bilmədi. Risalə-i Nurun bərəkətiylədir, inşaAllah. Allahın icazəsi ilə. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #təfsir #din #türkiye #türki̇ye #saidnursibediüzzaman #saidnursi https://www.instagram.com/p/Ce5foWMs2SN/?igshid=NGJjMDIxMWI=
0 notes
elnur · 6 years ago
Photo
Tumblr media
Qardaş Türkiyədə seçki nəticələrinin türk millətinə xeyirli olmasını arzu edirəm. Türkiyə demokratiyası, bu bələdiyyə seçkilərindən daha da güclənərək çıxdı. Bu seçki nəticələrinin Türkiyəni daha da gücləndirəcəyinə inanıram. Güclü Türkiyə, həm də güclü Azərbaycan deməkdir! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! @akparti @milliyetcihareketpartisi @chp @iyiparti @hdpgenelmerkezi #seçim #belediye #seçim2019 #türkiye #türkiyem #türkiyeazerbaycan #türkiyeazerbaycankardeştir #azərbaycan https://www.instagram.com/p/BvuQUmYAm2K/?utm_source=ig_tumblr_share&igshid=1572vtug8innr
0 notes