#görüşündə
Explore tagged Tumblr posts
Text
'son görüşündə yenə qovuşacağını zənn edənlər ora əsla vida etməzlər.'
19 notes
·
View notes
Text
"Mən artıq ona öz qızım kimi yanaşmıram" - Fəzail Ağamalı qızından DANIŞDI
1 sentyabr 2024-cü ildə ölkəmizdə parlament seçkiləri keçiriləcək. Seçkilərdə 125 dairə üzrə 1000-dən çox namizəd iştirak edir.
Namizədlər arasında Milli Məclisin VI və daha əvvəlki çağırışlarda deputat seçilən şəxslərin yaxınları da iştirak edir. Onlardan biri də VI çağırış Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının qızı Günay Ağamalıdır. O, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən deputatlığa namizəddir.
Modern.az-a danışan Fəzail Ağamalı bildirib ki, hazırda olduqca yüksək səviyyədə seçki prosesi gedir:
"Ölkə miqyasında gedən seçki kampaniyasını izləyirəm. Eləcə də Ana Vətən Partiyasının 7 namizədinin seçki kampaniyasını, fəaliyyətlərini ciddi izləyirəm. Budəfəki seçkilər əvvəlkilərdən keyfiyyət baxımından öndədir. Əvvəlki seçkilərimiz də, təbii ki, Azərbaycan qanunvericiliyinə uyğun yüksək keçirilib. Lakin budəfəki seçkilər əvvəlkilərdən daha yüksək səviyyədə təşkil olunan, həyata keçirilən və hər bir namizəd üçün bərabər imkan yaradan seçkilərdir. Hətta müxalifət partiyalarının ayrı-ayrı namzədlərinin sosial şəbəkələrdəki paylaşımları ilə tanış oluram. Bu paylaşımlarda özləri tərəfindən də etiraf olunur ki, seçkilər yüksək səviyyədə təşkil olunur və əlavə imkanlar yaradılıb. Hər bir partiyanın və ya müstəqil namzədlərin kampaniyaları üçün eyni yer və məkan müəyyənləşib. Namizədlərin seçicilərlə görüşündə heç bir maneə yoxdur. Kifayət qədər seçici fəallığı var. Bir neçə gündən sonra artıq təbliğat-təşviqat kampaniyasının vaxtı bitir. Ən məsuliyyətli və gərgin zamana yekun vuracağıq. Sentyabrın 1-də Azərbaycan xalqının fəallığı ilə şəffaf, demokratik və azad formada keçiriləcək. Xalqın inamını qazanan şəxlər qalib gələcək. İnanıram ki, məğlublar da qalibləri təbrik edərək yüksək siyasi mədəniyyət nümunəsi göstərəcəklər".
Fəzail Ağamalı qızı Günay Ağamalının seçki kampaniyasından da danışıb. O, bildirib ki, qızının kampaniyasına müdaxilə etmir:
"Mən artıq ona öz qızım kimi yanaşmıram. Digər 6 namizəd kimi o da seçki kampaniyasında iştirak edir. Təbliğat və təşviqat işlərini qurub. Onun fəaliyyətlərini izləyirəm, işinə qatışmıram, müdaxilə etmirəm. Digərləri kimi ehtiyac yaranıb,məsləhət alanda mən də təbii olaraq öz tövsiyələrimi verirəm. Lakin bu, çox epizodik xarakter daşıyır. Hazırda mən istirahətdəyəm. Günay Ağamalının digər namizədlər kimi öz komandası ilə seçki kampaniyasını izləyirəm. Düşünürəm ki, seçki kampaniyasını uğurla aparır".
"Modern.az" saytı
Turqay Musayev
23 avqust 2024-cü il
https://modern.az/olke/483427/quotmen-artiq-ona-z-qizim-kimi-yanashmiramquot-fezail-aghamali-qizindan-danishdi/
0 notes
Text
BSU-da M.F.Axundov adına APİ-nin 1974-cü il məzunlarının görüşündə. 01.06.2024
BSU-da M.F.Axundov adına Azərbaycan pedaqoji rus dili və ədəbiyyatı İnstitutunun 1974-cü il məzunlarının, buraxılışın 50 illiyi münasibəti ilə keçirilən görüşündə Ziyarəddin Şərifovun çıxışı. 01.06.2024
youtube
View On WordPress
0 notes
Link
0 notes
Photo
Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbovun noyabr ayı ərzində Dünya və Avropa çempionatlarında, həmçinin digər nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşündə şahmatçılarımız adından çıxış edən qızım Leyla Mirzəliyeva öz təəssüratlarını bölüşdü. Fərid müəllim, Mariana xanım səmiyyətiniz və isti münasibətiniz üçün təşəkkür edirik! #Azərbaycan #Azerbaijan #Gənclərİdman #Azərbaycanİdmanı #birkimibirlikdə #AzerbaijanChess #ChessAzerbaijan #Şahmat #Chess #Satranc #AŞF https://www.instagram.com/p/Cl0ReIQjNmL/?igshid=NGJjMDIxMWI=
#azərbaycan#azerbaijan#gəncləri̇dman#azərbaycani̇dmanı#birkimibirlikdə#azerbaijanchess#chessazerbaijan#şahmat#chess#satranc#aşf
0 notes
Text
Davit Volkov 30-a çatdı
Davit Volkov 30-a çatdı
“Sabah”ın futbolçusu Davit Volkov Azərbaycan çempionatında 30-cu qolunu vurub. Metbuat.org PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Gürcüstanlı legionerin yubileyi Misli Premyer Liqasının XII turuna təsadüf edib. Davit “Qəbələ” ilə ev görüşündə komandasının qələbə topunu vurub – 2:1. Premyer Liqada 2019-cu ildə debüt edən hücumçu üç klubun heyətində fərqlənib. O, “Qəbələ”də 7, “Zirə”də 20,…
View On WordPress
#Azərbaycan#çempionatında#fərqlənib#futbolçusu#görüşündə#gürc��stanlı#heyətində#hücumçu#istinadən#komandasının#legionerin#Liqasının#matçına#Qəbələ#Qəbələdə#qələbə#Sabahın#saytına#təsadüf#yubileyi#Zirədə
0 notes
Text
Heç evlənməmiş və uşağı olmayan Franz Kafka, Berlin'də bir parkta gəzərkən, çox sevdiyi kuklasını itirdiyi üçün ağlayan bir qız uşağıyla rastlaşar. Kafka, uşaqla birlikdə kuklanı uzun müddət axtarar amma onu heç cür tapa bilməz. Sabahsı gün onunla, kuklanı axtarmaq üçün yenidən görüşmək istədiyini söyləyər. Fəqət onlar yenə də kuklanı tapa bilməzlər. Həmin gün Kafka, qıza kukla tərəfindən yazılmış bir məktub verər. Məktubda “ Xaiş edirəm ağlama, mən sadəcə dünyayı görmək üçün kiçik bir səyahətə çıxdım. Sənə macəralarım haqqında yazacam. ” deyirdi. Beləliklə, Kafka'nın ömrünün sonunu qədər dəvam edəcək bir hekayə başlayar. Kafka, kiçik qızla olan hər görüşündə kuklanın məcaralarının yazılmış olduğu məktubları oxuyar və bununla uşağın çox xoşbəxt olduğunu görər. Kafka, Berlin'ə qayıtmadan əvvəl oyuncaq dükkanına gedər və bir dənə yeni kukla alar. Daha sonra isə qızla görüşməyə gedər. Kuklanı uşaqa doğru uzadar. Uşaq “ Axı bu heç mənim kuklama bənzəmir. ” deyər. Kafka, kuklanın yazdığı bir başqa məktubu qıza verər. Məktubda “ Səyahətlərim məni dəyişdirdi. ” yazılmışdır. Kiçik qız yeni kuklanı qucaqlayar və onunla birlikdə xoşbəxt bir şəkildə evinə doğru gedər. Bir il sonra isə Kafka ölür. İllər sonra, artıq yetkin yaşına çatmış qız, kuklanın içində bir məktub tapar. Məktubda belə yazılmışdır “ Sevdiyin hər şey böyük ehtimal bir gün yox olub gedəcək amma sonda həmin sevgi bir başqa şəkildə mütləq ki, sənə geri dönəcək. ”
90 notes
·
View notes
Text
Heç evlənməmiş və uşağı olmayan Franz Kafka, Berlində bir parkta gəzəndə, çox sevdiyi oyuncaq kuklasını itirdiyi üçün ağlayan balaca bir qızla tanış olar.
Kafka, uşaqla birlikdə kuklanı uzun müddət axtarar və tapmaqda başarısız olar.
Ertəsi gün onunla, kuklanı axtarmaq üçün yenidən görüşmək istədiyini deyər.
Ancaq yenə kuklanı tapa bilməzlər.
Kafka, qıza kukla tərəfindən yazılmış bir məktub verər.
Məktubda "Xahiş edirəm ağlama, dünyanı görmək üçün səyahətə çıxmışam. Sənə macəralarım haqqında yazacam." yazılmışdı.
Beləcə, Kafkanın həyatının sonuna qədər davam edəcək olan bir hekayə başlayır.
Kafka, balaca qızla hər görüşündə kuklanın macəralarının yazılmış olduğu məktubları oxuyur və sonra uşağın çox xoşbəxt olduğunu görür.
Kafka, Berlinə qayıtmadan əvvəl oyuncaq mağazasına girir və bir kukla alır. Daha sonra qızla görüşməyə gedir.
Kuklanı ona verir.
"Axı mənim kuklama heç oxşamır." deyir qız.
Kafka, kuklanın yazdığı başqa bir məktubu uşağa verir:
Məktubda "Səyahətlərim məni dəyişdirdi." yazılmaqdaydı.
Balaca qız kuklanı qucaqlayır və onunla xoşbəxt bir şəkildə evinə gedir.
Bir il sonra Kafka ölür.
İllər sonra, yetişkin biri olan qız, kuklanın içində bir məktub tapır.
Məktubda belə yazılmışdı:
"Sevdiyin hər şey böyük ehtimalla itəcək, amma sonunda sevgi başqa bir formada geri dönəcək."
5 notes
·
View notes
Text
Franz Kafkanın maraqlı həyat hekayəsindən bir bölüm.
Günlərin bir günü F.Kafka parkda gəzərkən kiçik bir qıza rast gəlir. Qız ağlayırdı. Öz oyuncağını itirmiş və buna görə çox üzülmüşdür.Kafka onun oyuncağını özü tapacağını və sabahda həmin yerdə görüşməyi təklif etmişdir.Bütün axtarış cəhdlərinə baxmayaraq oyuncağı tapa bilməyən Kafka qıza oyuncağın dilindən məktub yazır. "Xahiş edirəm,mənə görə narahat olma,mən sadəcə dünyanı görmək üçün uzun bir səfərə çıxdım. Sənə başıma gələnlərin hamısını anladacam". Bu kiçik qız üçün yazdığı bütün məktubların ilki idi. Kafka hər dəfə kiçik qızla rastlaşanda ona yazdığı məktubları oyuncağın dilindən,başına gələn bütün macəraları oxuyurdu. Günlər və aylar keçdi və görüşmələrin sonu çatdı. Kafka son görüşündə kiçik qız üçün bir oyincaq alıb gətirmişdir. Kiçik qız,oyuncağı fərqli olduğu üçün çaşıb qalmışdı.Lakin,oyuncağa bağlanmış bir yazını görəndə çaşqınlığı itdi və yazıda deyilir. "Bütün dünya və insanlar məni dəyişdişdii." Aradan uzun illər keçmişdi və böyük,yetişkin olan kiçik qızımız gözü kimi baxdığı oyuncağın içində gizlədilmiş məktubu tapmışdı və məktubda yazılır: " Sevdiyin hər şeyi tez ya da gec itərəcəksən.Amma sevgi başqa bir halda qarşına yenidən çıxacaqdır."
12 notes
·
View notes
Video
instagram
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Serbiyanın paytaxtı Belqradda final görüşündə (57 kq) rəqibi qırğızıstanlı Bekbolot Mirzənəzər Uulu üzərində 7:6 hesablı qələbə qazanaraq U-23 Dünya Çempionu oldu. #Güləş #Wrestling #DünyaÇempionu #DünyaÇempionatı #WorldChampion #WorldChampionship #ƏliabbasRzazadə #AliabbasRzazade #Azerbaijan #Azerbaijani #Azerbaycan #Azərbaycan #SərbəstGüləş #SərbəstGüləşçi #YALANinfo #Xeberler #Xəbərlər #Çempion #Champion #Azərbaycanlı www.yalan.info (at Belgrade Serbia) https://www.instagram.com/p/CV9z1vwohP0/?utm_medium=tumblr
#güləş#wrestling#dünyaçempionu#dünyaçempionatı#worldchampion#worldchampionship#əliabbasrzazadə#aliabbasrzazade#azerbaijan#azerbaijani#azerbaycan#azərbaycan#sərbəstgüləş#sərbəstgüləşçi#yalaninfo#xeberler#xəbərlər#çempion#champion#azərbaycanlı
2 notes
·
View notes
Text
Ayın 29-da keçiriləcək Cenevrə görüşündə baza prinsipləri gündəmə gətirilib.
Bu ondan xəbər verir ki,
Birləşmiş Millətlər təşkilatının qaydalarına əsasən region ölkələri Sülhməramlı qismində iştirak edə bilməz.Ona görə də Rusiyanın Qarabağa Sülhməramlı göndərməsi kölgədə qalır.Həmçinin Qarabağda hava məkanına Azərbaycan nəzarət edir və Azərbaycan Qarabağda referendum keçirilməsinə imkan verməyəcək.
Qarabağ Azərbaycandır!
21 notes
·
View notes
Text
ÇƏRÇİVƏ SÜLH SAZİŞİ VƏ DƏHLİZLƏ BAĞLI ANLAŞMA –
TARİXİ QƏRAR BELƏ AÇIQLANACAQ
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.
- Fəzail müəllim, Qazaxıstanda Azərbaycanla Ermənistan xarici işlər naziri arasında gözlənilən görüşdə tərəflərin çərçivə sülh sazişi üzərində müzakirələr aparacağı ehtimal edilir. Sizin gözləntiləriniz nədən ibarətdir?
- Qazaxıstanda aparılacaq danışıqların nəticəsində çərçivə sülh sazişinin imzlanmasına doğru ciddi bir addım atıla bilər. Tərəflərin heç bir vasitəçi olmadan bu müzakirələri aparması önəmlidir. Qazaxıstanın isə vasitəçi olmadan görüş üçün belə bir platforma yaratması təqdir olunur. Qazaxıstan türk dövləti olaraq Azərbaycanla sıx əlaqələrə, qardaşlıq münasibətlərinə malikdir. Ermənistanla da Qazaxıstan arasında normal münasibətlər var. Bu türk dövləti Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə hər zaman ədalətli mövqe tutub. Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyıb. Bununla yanaşı Qazaxıstan Ermənistanla da gərgin münasibətdə deyil. Bir müddət öncə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ermənistanda səfərdə olması da bunun göstəricisidir. Böyük ehtimalla Tokayev İrəvanda olarkən Nikol Paşinyanla Azərbaycanla aparılacaq danışıqlar üçün müəyyən təkliflər edib. Heç şübhəsiz ki, Azərbaycan Prezidenti ilə razılaşdırılmış qaydada bu müzakirələr aparılıb.
- Bununla da Qazaxıstanı sülh platforması üçün yeni bir məkan kimi səciyyələndirmək olarmı?
- Artıq Qazaxıstan Azərbaycanla Ermənistan arasında danışıqlar üçün yeni bir platforma kimi meydana çıxır. Ümid edirik ki, bu platforma daha davamlı olacaq. Bu günə qədər hər iki tərəfin yer aldığı Brüssel, Moskva, Praqa, Vaşinqton, Berlin, Tiflis kimi platformalardan Almatı davamlı danışıqlar üçün əlverişli məkan olacaq. Qazaxın anklav olmayan 4 kəndinin geri qaytarılması da məhz bu müstəvilərdə aparılan danışıqların nəticəsi hesab edilir. İlk addım atılır. Xarici işlər nazirlərinin Almatı görüşündə tərəflər heç bir kənar vasitəçi olmadan bütün məsələləri müzakirə etmək imkanı əldə edəcək. Məhz bunun nəticəsi olaraq çərçivə sülh sazişinin imzalanması ehtimal edilir.
- Zəngəzur dəhlizinin açılmasının da gündəmdə olduğu, Tokayevin səfərindən bu istiqamətdə müzakirələrin aparıldığı ehtimal edilir. Orta Dəhliz konsepsiyasına uyğun olaraq Qazaxıstanın Zəngəzur dəhlizinin açılmasında təsirini necə dəyərləndirmək olar?
- Qazaxıstanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında ciddi maraqları var. İlk növbədə Orta Dəhliz konsepsiyasının işlək vəziyyətə gətirilməsi üçün Azərbaycanla Ermənistanın da ortaq mövqeyi olmalıdır. Zəngəzur dəhlizinin açılması Azərbaycanla yanaşı, Ermənistanın da maraqlarına uyğundur. Bu maraqları uzlaşdırmaq üçün danışıqlar aparılmalıdır. Bu danışıqlar da Almatı görüşündə geniş şəkildə aparıla bilər. İlk növbədə burada xarici işlər nazirləri səviyyəsində, daha sonra isə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri müstəvisində bu müzakirələr aparılması mümkündür. Reallıq odur ki, Qazaxıstan Orta Dəhlizin açılmasında maraqlıdır. Rusiya-Ukrayna müharibəsi fonunda Qazaxıstan özünün ticarət əlaqalərini başqa bir müstəvidə davam etdirmək niyyətindədir. Bunun də optimal yolu Orta Dəhlizdir. Orta Dəhliz isə Zəngəzur dəhlizinin bir hissəsidir.
- Belə çıxır ki, Almatıda Zəngəzur dəhlizi məsələsi gündəliyin əsas müzakirə mövzularından biri olacaq...
- Çox güman ki, Almatıda Zəngəzur dəhlizinin açılması mövzusu geniş danışılacaq. İstisna edilmir ki, Qazaxıstan bu vasitəçiliklə maraqları uzlaşdırmaq niyyətindədir. Beləliklə, tərəflər arasında ortaq nöqtələr tapılacaq. Bunun nəticəsi olaraq isə tezliklə Zəngəzur dəhlizinin açılması reallaşacaq. Burada da Qazaxıstanın töhfələri mühüm yer tutacaq.
“Teleqraf.com” saytı
Tapdıq Qurbanlı
03 may 2024-cü il
0 notes
Text
BSU-da M.F.Axundov adına APİ-nin 1974-cü il məzunlarının görüşündə. 01.06.2024
BSU-da M.F.Axundov adına Azərbaycan pedaqoji rus dili və ədəbiyyatı İnstitutunun 1974-cü il məzunlarının, buraxılışın 50 illiyi münasibəti ilə keçirilən görüşündə. 01.06.2024
youtube
View On WordPress
0 notes
Photo
2 dekabr 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşü işə başlamışdır. Lissabon Zirvə görüşünün Azərbaycan üçün böyük əhəmiyyəti bir də ondan ibarətdir ki, biz həmin toplantıda Ermənistan – Azərbaycan münaqişəsinin mahiyyətini açıb həm Zirvə görüşünün iştirakçılarına, həm də bütün dünya ictimaiyyətinə bildirdik. Heydər ƏLİYEV Ümummilli lider Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən, hətta həmin müstəqillik beynəlxalq ictimaiyyət, xüsusən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınandan sonra öz havadarlarının köməyinə arxalanan Ermənistan qəsbkarlıq siyasəti yeridərək, torpaqlarımızın 20 faizini işğal etməyə nail olmuşdur. Təəssüf ki, müstəqilliyin ilk illərində bədnam qonşularımızın bu xəyanəti və rəzaləti dünya ictimaiyyətinə olduğu kimi çatdırılmamışdır. Yerli hakimiyyətin biganəliyi və beynəlxalq qurumların laqeydliyi nəticəsində vəziyyət elə mürəkkəbləşmişdi ki, Azərbaycan öz haqq səsini dünya ictimaiyyətinə çatdırmaqda çətinlik çəkirdi. Ancaq buna baxmayaraq, biz ulu öndər Heydər Əliyev siyasi dühası sayəsində bütün informasiya blokadasını yarmağa və Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasına nail olduq. Bu böyük və çətin prosesin ən uğurlu addımı isə ATƏT üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1996-cı il dekabrın 2-3-də keçirilən Lissabon Zirvə görüşündə atılmışdır. https://www.instagram.com/p/CW9uHSIIL85/?utm_medium=tumblr
0 notes
Photo
Cəlalə Nəzəroğlu - Danışığınla həyatı qazan Endirimlər mağazaya gəlib alarkən keçərlidir. Qiymət: 13 azn Endirimlə 11.7 Tələbələrə 10.99 Poçtla 14.99 (novella.az saytında POÇTLA SİFARİŞ zamanı endirim var) Təsviri Bu kitab uğur açarlarından biridir. Açarı götür və qapını aç, əziz oxucum! Savad, təcrübə və bacarıqlarımızdan nə dərəcədə istifadə edə bilirik? İşdə və şəxsi həyatımızda özümüzü doğru ifadə edə bilmək, gördüyümüz işi ən yaxşı formada təqdim etmək uğurumuzu artırır. Başqalarının bizi maraqla dinləməsini təmin etmək, razı salmaq, qəbul olunmaq, seçilmək və hədəflərimizə çatmaq istəyirik. Bütün bunlar üçün atacağımız ilk addım doğru və təsirli ünsiyyət qurmaqdır. Bunu təmin edən amil isə qüsursuz danışıq qabiliyyətidir. Bu kitab yaşından, məsləyindən, savadından asılı olmayaraq, bütün insanların karyeralarında və şəxsi həyatlarındakı problemlərin səbəbini tapmağa və onları asan yolla həll etməyə kömək edəcək. “Danışığınla Həyatı Qazan” kitabında müxtəlif nitq problemlərini aradan qaldıran sistemli məşqlər, dolğun səsə sahib olmağın üsulları, bədən dili, xüsusi mərasimlər üçün şablon çıxışlar, iş görüşündə, şəxsi münasibətlərdə ilk görüşdə danışıq qaydaları, düzgün nəfəs almağın yolları, danışığı ilə uğur qazanmışların həyat hekayələri, intonasiyalı, təsirli danışmağın, toplum qarşısında sərbəst nitq söyləməyin qaydaları və sair vacib məsələlər əksini tapıb. Nəfis tərtibatda olan kitabda çox sayda şəkildən istifadə olunub. Əlaqə vasitələri 📲070-200-71-33 (zəng və whatsapp) ☎ (012)-465-07-81 Ünvan: Gənclik metrosu, "Caspian shopping"in yanı, 80 saylı bağça ilə üz-üzə. Fətəli Xan Xoyski 83. Xəritədə "Novella Kitab Evi" yazaraq tapa bilərsiniz. Səhifəni izləməyi unutmayın @novella.kitabevi #novellakitabevi #kitab #kitablar #romanlar #dedektiv #kitabevi #kitab_evi #novellakitabevi #kitabsatisi #kitabkirayesi #kirayekitablar #icarəkitablar #kitabci #telebe #kirayekitab #bestseller #povest #roman #klassikedebiyyat #klassikler #turkcekitablar #sexsiinkisaf #psixolojikitablar #marketinqkitablari #danisiqinlaheyatiqazan (at Novella kitab evi) https://www.instagram.com/p/COkXe-hHeRI/?igshid=1lfgilrhrb638
#novellakitabevi#kitab#kitablar#romanlar#dedektiv#kitabevi#kitab_evi#kitabsatisi#kitabkirayesi#kirayekitablar#icarəkitablar#kitabci#telebe#kirayekitab#bestseller#povest#roman#klassikedebiyyat#klassikler#turkcekitablar#sexsiinkisaf#psixolojikitablar#marketinqkitablari#danisiqinlaheyatiqazan
0 notes
Text
Ukrayna və Gürcüstan Azərbaycandan öyrənilməlidir
Azərbaycan Ukrayna və Gürcüstan kimi postsovet ölkələri üçün nümunə olmalıdır. Çünki Bakının hərəkətləri mütləq hörmətə səbəb olur. Bu ölkə kiməsə qoşulmamaq mövqeyini aydın şəkildə tutmuşdur və həm o, həm də başqaları ilə münasibətləri inkişaf etdirir.
Ukrayna prezidenti V. Zelenskinin bu yaxınlarda NATO-nun baş katibi ilə görüşündə "NATO Donbasda müharibənin başa çatmasının yeganə yoludur" fikrini şərh etmək çətindir. Yalnız NATO-nun Ukrayna üçün xilas olduğunu eşitmək qeyri-adi deyil. Kiyev NATO-ya yalnız forpost rolunda Moskvaya lazımdır.
Azərbaycan postsovet məkanı ölkələrinin Rusiyanın əleyhdarları ilə hərbi-siyasi ittifaqlara cəlb olunmasının həmişə əleyhinə olub.
Ukrayna ilə yanaşı, Gürcüstan da Qərbin Rusiyaya qarşı birgə fəaliyyət göstərməsinə yanlış istiqamət götürüb. Bu kontekstdə Azərbaycan tam hörmətə malikdir ki, kimlərəsə qoşulmamaq mövqeyini tutub və müstəqil praqmatik siyasətini həyata keçirir.
Bakının bu cür taktikası postsovet məkanı ölkələri, o cümlədən Ukrayna və Gürcüstan üçün nümunə ola bilər. Biz isə bütün qardaş respublikalarıq, yüz illərlə bir yerdə yaşamışıq və xalqlarımızın NATO-nun və ABŞ-ın mənafeləri naminə çalışmasına yol vermək olmaz.
0 notes