#Qurbanovun
Explore tagged Tumblr posts
politiciansstuff · 8 months ago
Text
Tumblr media
DEPUTATLARIN NOVRUZ XATİRƏLƏRİ – BİRİNƏ SİLAH ÇƏKİLİB, DİGƏRİ YANĞIN ÇIXARIB, BAŞQASI İSƏ ...
Novruz Azərbaycan xalqının ulu bayramıdır. Min illərdir bir çox xalq tərəfindən də qeyd edilən Novruzun ən böyük özəlliklərindən biri unudulmaz folklorumuzda kök salan fərqli adətlərlə zəngin olmasıdır. Hansı ki, bu adətlər nəinki uşaqların, həm də böyüklərin marağını cəlb edəcək fəaliyyətlərlə doludur. Buna papaq atmaq, qulaq falına çıxmaq, tonqal qalayıb ağırlığı odda yandırmaq, yumurta döyüşdürmək kimi məşhur adətləri misal göstərə bilərik.
Novruz gəldisə, deməli, hamının yadına uşaqlıq xatirələri düşəcək.
Maraqlıdır, Novruz bayramının özəl adətləri ilə bağlı millət vəkillərinin xatirələri nədən ibarətdir?
Bizim.Media bu mövzuda deputatların özləri ilə söhbətləşib:
Fəzail Ağamalının sözlərinə gör��, Zəngəzur mahalında insanlar suyun üzərindən tullanar və ağırlıqlarını tökərdilər:
“Zəngəzur mahalının Qarakilsə bölgəsində Novruz bayramı kifayət qədər yüksək əhval-ruhiyyə ilə keçirilirdi, böyük şənliklərlə müşayət olunurdu. Yumurta döyüşdürər, çilədöymə edər, ilaxır çərşənbədə tonqal yandırardıq. Bizdə tonqal ancaq axrıncı çərşənbədə qalanardı. Eyni zamanda məftilə parça dolayar, üstünə neft töküb yandırar və kimin daha hündürə atacağını yarışdırardıq.
Novruzda birmənalı olaraq hamı, qulaq falı edərdi. Biz tərəflərdə papaq atmaq adəti olmayıb, lakin evlərin bacalarından torba sallayardıq və insanlar içinə yumurta və kökə qoyardılar. Bu kökələr lobya ilə hazırlanardı. Həmin torbalara şəkərbura, paxlava qoyduqlarını xatırlamıram, əsasən kökə olardı.
Sübh səhərdən isə çoxsaylı insanlar axar su üzərinə gedər, buradan hoppanar və belə deyərdilər:
“Ağırlığım-uğurluğum bu suyun üzərinə tökülsün”. Daha sonra həmin suyun kənarındakı daşlar evlərdə ərzaq olan yerlərə, un torbasının içinə atılardı ki, bərəkət gətirsin”.
Deputat xatırladıb ki, Sovet hakimiyyəti dövründə Novruz bayramının keçirilməsi qadağan olunmuşdu:
“Lakin 1967-ci ildə uzunmüddətli fasilədən sonra Şıxəli Qurbanovun təşkilatçılığı ilə Novruz bayramı ilk dəfə dövlət səviyyəsində qeyd olunmağa başladı. Mən onda Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxuyurdum. Bizim 464-cü qrup Novruzu təntənəli şəkildə qeyd etdi. Amma təəssüflər olsun ki, Şıxəli Qurbanov həmin il müəmmalı şəkildə öldü. Biz növbəti il qrup olaraq əlimizdə güllər Şıxəli Qurbanovun qəbrini ziyarət etdik.
Onun məzarında bizim apardığımız güllərdən başqa, bir dənə də çiçək yox idi. Novruz bayramı xalqımızın milli ruhunun oyanışına səbəb olmuşdu. Buna görə də, Sovet hakimiyyətindən Azərbaycan rəhbərliyinə bildirildi ki, belə bir bayram bir də keçirilməsin. Lakin Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra, Novruz bayramı yenidən yüksək coşqu ilə qeyd olunmağa başlandı”.
“Bizim.media.az” saytı
Nuranə Daxilqızı
18 mart 2024-cü il
0 notes
metbuat · 2 years ago
Text
"Qarabağ" - "Frayburq" oyununa Almaniyadan baxış - REPORTAJ
“Qarabağ” – “Frayburq” oyununa Almaniyadan baxış – REPORTAJ
“Qarabağ” ötən axşam Avropa Liqasının sonuncu qrup oyununda “Frayburq”la 1:1 bərabərə qalaraq Konfrans Liqasına düşdü. Bununla belə, Qurban Qurbanovun komandası Almaniya komandasına uduzmayan ilk komanda oldu. “Frayburq”un mətbuat xidməti Tofiq Bəhramov adına Respublika Stadionundakı matçla bağlı reportaj hazırlayıb.  Metbuat.org həmin reportajı təqdim edir:  “Azərbaycanın paytaxtı Bakı…
Tumblr media
View On WordPress
0 notes
yesmilletinsesiinfo · 3 years ago
Photo
Tumblr media
# Süleyman Mikayılovla Cavid Qurbanovun məsuliyyətsizliyi: Şəhid adını daşıyan Mədəniyyət Evi bərbad vəziyyətdə - FOTOLAR
0 notes
politiciansstuff · 3 years ago
Text
Tumblr media
Məlum olduğu kimi, Vəkillər Kollegiyası tərəfindən ötən 4 ildə aztəminatlı şəxslər üçün mütəmadi olaraq təşkil olunan ödənişsiz hüquqi yardım aksiyaları son dönəmdə daha böyük çərçivədə h��yata keçirilməkdədir. 16.04.2022-ci il tarixində Vəkillər Kollegiyanının təşəbbüsü ilə genişmiqyaslı ödənişsiz hüquqi yardım aksiyası təşkil edilib.
Musavat.com xəbər verir ki, həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, Bakı şəhəri Mərkəz Vəkil Bürosu tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Həbsxanasında, Bakı şəhəri 2 saylı Vəkil Bürosu tərəfindən 12 saylı Cəzaçəkmə Müəssisəsində, Bakı şəhəri 3 saylı Vəkil Bürosu tərəfindən 8 saylı Cəzaçəkmə Müəssisəsində, Bakı şəhəri 4 saylı Vəkil Bürosu tərəfindən 13 saylı Cəzaçəkmə Müəssisəsində, Bakı şəhəri 5 saylı Vəkil Bürosu tərəfindən 14 saylı Cəzaçəkmə Müəssisəsində məhkumlara ödənişsiz hüquqi yardım göstərilib.
Həmçinin, Milli Məclisin deputatları Fəzail Ağamalı və Jalə Əhmədovanın təşəbbüsləri və Vəkillər Kollegiyasının dəstəyi ilə Salyan rayon və Şirvan Regional Vəkil Bürolarının vəkilləri tərəfindən Salyan rayonunda, Milli Məclisin deputatı Sadiq Qurbanovun təşəbbüsü və Vəkillər Kollegiyasının dəstəyi ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri tərəfindən Siyəzən və Şabran rayonlarında, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərovun təşəbbüsləri və Vəkillər Kollegiyasının dəstəyi ilə Masallı rayon Vəkil Bürosu tərəfindən Masallı rayonunda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilib.
Ümumi aksiya çərçivəsində 45 vəkil tərəfindən 200-dən çox vətəndaşa ödənişsiz hüquqi yardım göstərilmiş, onları maraqlandıran suallar cavablandırılıb, mülki və sosial təminat qanunvericiliyinin müddəaları izah edilmiş, yazılı və şifahi məsləhətlər verilib, yazılı ərizələr tərtib olunub. Müraciətlərin böyük hissəsi mülki, sosial təminat, ailə, səhiyyə, və s. hüquq sahəsi və bu sahədəki mübahisələr ilə bağlı olub.
"Musavat.com" saytı
https://oxu.az/society/593660
https://moderator.az/az/cemiyyet/509485/fezail-aamali-ve-vekiller-salyan-neftcala-secicilerile-huquqi-yardim-meqsedile-grus-kecirdi/
https://azpolitika.info/?p=671459
https://barassociation.az/news/864
https://ovqat.com/olke/55417-genimiqyasl-odnisiz-huquqi-yardm-aksiyas-tkil-edilmidir.html
https://www.e-huquq.az/az/news/vekillik/47172.html
https://demir-yumruq.az/post.php?id=9674
http://kanal4.az/post.php?id=6990
https://manset.az/news/27494/genismiqyasli-odenissiz-huquqi-yardim-aksiyasi-teskil-edildi
https://azadses.az/cemiyyet/22482-genimiqyasl-dnisiz-hquqi-yardm-aksiyas-tkil-edilib-foto.html
https://az.segirt.com/news/genismiqyasli-odənissiz-huquqi-yardim-aksiyasi-təskil-edilib.html
0 notes
euroasianews · 4 years ago
Text
 YAP HAKIMİYYƏTİNDƏ OLAN ERMƏNİ ƏSİLLİ MƏMURLARIN SIYAHISI
Zaman-zaman əhali arasında hakimiyyət əslən erməni və ya həyat yoldaşları erməni olan məmurlar barəsinde müxtəlif səpkide xəbərlər gəzir. Bütün bunların səbəbsiz yerə olmadığı hər kəse bəllidir. Hələ Heydər Əliyev də etiraf edirdi ki, bu gün Azərbaycanda 30 mindən artıq erməni yaşayır və onların sırasında vəzifələrdə çalışanlar da var.
Düzdür, bununla bağlı müxalifət düşərgəsində təmsil olunan funksionerlər bir neçə dəfə danışsalar da, konkret ünvanlar göstərməyə cəsarət etməyiblər. Mümkün haldır ki, bu zaman onların çəkindikləri və ya ehtiyat etdikləri müəyyən məqamlar olub.
Heydər Əliyev hakimiyyət başına keçdikdən sonra öz komandasını qarışıq milliyyətli, müxtəlif cinayətlər törətmiş şəxsləri ətrafına toplamağa başladı. Belə etməkdə məqsədi onların iplərini əlində saxlamaq, hər an təsir və şantaj etməkdən ibarət olub. Əslində, ata Əliyev bununla komandasını özündən asılı vəziyyətdə saxlamağı bacarırdı.
İndi isə hakimiyyətdəki erməni əsilli və ya arvadı erməni olan məmurlarla tanış olaq. Onların başında baş nazir Artur Rəsizadə dayanır.
Naxçıvanda  samballı nəsldən olan bu şəxsin anası ermənidir. Bundan başqa, onun həyat yoldaşı və gəlini də ermənidir. Artur Resizadenin Azərbaycana olan “sevgisi” ni işlətdiyi bir ifadə ilə müəyyən etmək olar: “Dünyada ən nifrət etdiyim dil Azərbaycan dilidir”. Hər halda bir ölkənin baş naziri dövlət dilinə bu qədər “hörmət” edirsə, o zaman torpaqların 20 faizi işğal olunubsa, Allahımıza şükr etməliyik.
Ramiz Mehdiyevin həyat yoldaşı  Qalina da milliyyətcə ermənidir.
Ramiz Mehdiyev
Qalina Ramiz Mehdiyevin arvadi
Hərçənd “boz kardinal” bunu müstəqillik dövründən sonra ustalıqla gizlətməyi bacarmışdı. Və o, bir çoxlarından fərqli olaraq, arvadını gürcü əsilli olduğunu pasportunda qeyd etdirib. Bu da onu göstərir ki, Mehdiyev çoxlarından ağıllı və uzaqgörəndir. Mehdiyevin oğlu Teymur Mehdiyev də məhz dayılarının imkanlarından istifadə edərək, Ermənistanda özünə geniş biznes sahəsi qura bilib. Elə düşmən ölkəyə neft ötürən iş adamlarından biri də Mehdiyevin oğlu olub. Bundan başqa, Teymurun hazırda Sevanda və İrəvanda bir neçə istirahət mərkəzi və otelləri var.
Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin  yaxın qohumu, baldızının oğlu Levon Qurskaya DİN -nin Baş Mühafizə İdarəsinə rəis müavinidir.Levonu bu vəzifəyə DİN Ramil Usubov təyin edib
Ramil Usubov isə Azərbaycan adli məmləkətin Daxili İşlər Naziridir.
  Levon daha əvəllər   Yasamal RPİ pasport xidmətinin rəisi ışləyib. Zamanında o bu vəzifəyə məkirli təyin edilib.Yasamalda yaşayan bacı qardaşlarının pasportlarına düzəlişlər etməklə   məşgul olub
Tıkla oxu –    Ramil Usubov tərəfindən vəzifə alan erməni kimdir
  Əli Həsənov qaçqınlarımızın taleyi tapşırılmış məmurlardan biridir.
“Qaçqınkom” un sədri olan bu şəxsin arvadı ermənidir. Özü də adını dəyişmiş erməni. Hərçənd özünü daha çox “vətənpərvər”, “millətsevər” kimi aparmasına baxmayaraq, bu adam ermənilərin mövqeyini açıq-aşkar müdafiə etməkdən çəkinmir. Qaçqınların başına bu qədər zülm gətirən, onların haqlarını yeyən birindən bundan artıq heç nə gözləməyə dəyməz.
Xoşbəxt Yusifzadə Azərbaycanda tanınmış neft mütəxəssislərindən biri sayılır. Elə bu savadına görə, Heydər Əliyev onu ARDNŞ-in vitse prezidenti təyin edib.
Amma təkcə savadına görəmi? Heydər Əliyev məmurlarına savadına görə deyil, günahlarına görə vəzifələr verirdi. Elə Xoşbəxt Yusifzadə də həmin cəhətlərinə görə, digərlərindən geri qalmırdı. ARDNŞ-də hər kəs bilir ki, Yusifzadenin anası ermənidir.
Bu sırada baş nazirin müavini Yaqub Eyyubovun da adı var.
Onun anası ermənidir. Hərçənd baş nazirin digər müavini Abbas Abbasovun da arvadının erməni olduğu söylənilir. Müdafiə Nazirliyində də bu tip adamlar mövcuddur. Məsələn, nazirliyin yüksək çinli məmuru mərhum  Rail Rzayevin anası erməni olub. Prezident Aparatının ərazi idarəetmə şöbəsinin işçisi Rəhim Məmmədovun anası da həmçinin düşmən xalqın nümayəndəsidir.
1988 ci ilə kimi Azərbaycanın  hal hazırdakı baş prokuroru Zakir  Qaralovun  anasının soy adı  Dusya Arutunyan Stepanovna olub . Ermənilərlə münaqişə başlayanda Qaralov saxta pasport əldə edərək anasının soy adını  Arutunova rəsmiləşdirib
 Tıkla oxu      Baş Prokuror Zakir Qaralovun anasi ermənidir.
Daha dəhşətli isə Şuşanın icra başçısı Nizami Bəhmənovun erməni əsilli olmasıdır.
Qarabağdakı Azərbaycan icmasının başçısı təyin edilmiş bu adamın anası da, arvadı da ermənidir. Bu faktın mövcudluğu sözün həqiqi mənasında ürəkağrıdan haldır. Beynəlxalq təşkilatlarla danışıqlarda Nizami Bəhmənovun  iştirakı və onun dövlətimizin adından danışması olduqca acınacaqlı haldır. Axı, əslən erməni olan birinin Qarabağdan qovulmuş Azərbaycan Türkünə nə kimi kömək edə bilər ki?
Elə zənn etməyin ki, erməni qadınlar və ya erməni əsillidir təkcə yuxarıda qeyd olunan sahələri nəzarətlərinə alıblar. Onlar həmçinin Nəqliyyat Nazirliyinə də lazımi qədər nüfuz edərək, orada özlərinə yuva salmağı bacarıblar. Məsələn,  Cavid Qurbanovun ana anası ermənidir.
Bu adam ölkənin ən strateji postlarında birində əyləşib və bütün nəqliyyat məsələlərini idarə edir.
Xatirinizdədirsə, bir müddət əvvəl Ermənistana dəmiryolu ilə neft ötürülməsi ilə bağlı qalmaqal meydana çıxmışdı. Həmin vaxt Gömrük Komitəsi guya günahkar axtarırdı və bu günə kimi də həmin təxribatın kimlər tərəfindən edildiyi barədə məlumat da vermir. Heç verməyəcək də. Çünki komitənin işçilərindən də bu işdə əli olanlar var və onlar bütün hallarda öz cinayətlərini gizlətmək üçün müxtəlif vasitələrə əl atacaqdılar. Amma bu zaman Cavid Qurbanovun diqqətdən yayınması heç bir halda başadüşülən deyil. Çünki nəqliyyat sahəsində aparıcı fiqurlardan biri olan bu şəxs mümkün deyil ki, Ermənistana neft ötürülməsini xəbərsiz olsun. Hər halda dayılarının benzinsiz qalması onun “qeyrətinə” sığışmaz.
Bu gün Azərbaycanın enerji sistemi də ermənilərin əlindədir. Daha doğrusu, “Azərenerji” Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyev erməni qayınlarına yalan satmır.
  Bir qədər də açıq ifadə edək ki, Pirverdiyev cənablarının həyat yoldaşı ermənidir və onun Ermənistanla çox ciddi əlaqələri var.
Bütün bunlar bizim bildiyimiz müəyyən faktlardır. Dəqiq araşdırma aparmaq mümkün olarsa, o zaman bu siyahını daha da inkişaf etdirmək olar.
Ermənistanla müharibə şəraitində olan, torpaqlarının 20 faizi işğal olunmuş bir ölkənin məmurlarının yarısı demək olar ki, ya ermənidir, ya da erməni əsillidir. Hər halda bundan dəhşətli fakt heç bir dövlətdə mövcud deyil. Düşməni vəzifəyə gətirmək, ölkənin mühüm postlarını onlara həvalə etmək olduqca acınacaqlı haldır və buna düşmənçilikdən başqa bir şey demək mümkün deyil.
  Beləliklə, Azərbaycan dövlətçiliyini qumara qoymuş Əliyevlər rejimi sözün həqiqi mənasında məmləkətin anasını ağlatmaqla məşğuldurlar. Onların Qarabağ problemini Azərbaycanın xeyrinə həll edəcəklərin ümid edənlər də yanılırlar. Çünki erməni əsilli məmurlarla ermənilərə qarşı vuruşmaq mümkün deyil. Ermənilərdə belə bir prinsip var. Onlar heç bir vaxt öz dayılarına güllə atmırlar.
EAN
YAP HAKIMİYYƏTİNDƏ OLAN ERMƏNİ ƏSİLLİ MƏMURLARIN SIYAHISI YAP HAKIMİYYƏTİNDƏ OLAN ERMƏNİ ƏSİLLİ MƏMURLARIN SIYAHISI
0 notes
metbuat · 2 years ago
Text
VİDEO
“Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində “Frayburq”un qonağı olub. Metbuat.org xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Almaniyada 1:2 hesablı minimal hesablı məğlubiyyətə üzülüb: Metbuat.org
Tumblr media
View On WordPress
0 notes
yesmilletinsesiinfo · 3 years ago
Photo
Tumblr media
#Cavid Qurbanovun qumar monopoliyası – “Topaz” rəqiblərini belə sıradan çıxarır
0 notes
yenigence · 5 years ago
Link
Paylaşdı: Yeni Gəncə
0 notes
istixeber-blog · 6 years ago
Text
Yetim Eyvazın oğlu əməliyyat etdirdi - Qadın oldu
Yetim Eyvazın oğlu əməliyyat etdirdi – Qadın oldu
Mərhum Yetim ləqəbli şair Eyvaz Qurbanovun oğlu Aqşin cinsini dəyişib.  İstixəbər.info məlumatına görə, o, əməliyyatla özünü qadın etdirib. Aqşinin əməmliyyatı Türkiyədə baş tutub. Bu haqda xəbər və onun görüntüsü “bizimshowxeber” səhifəsində yayılıb. Aqşin əməliyyatdan əvvəl özünə sinə də qoydurub. İstixəbər.info İnformasiya Portalı
View On WordPress
0 notes
parviz156 · 6 years ago
Text
Ana məbəd… Atalar və oğullar
Gənc aktyor Ülvi Həsənli ilə müsahibə
XX əsrin ortalarında yaşlı nəslin bu mövzuya münasibəti birmənalı deyildi: “Hanı Ələsgər Ələkbərovlar, Hökümə Qurbanovalar, dövran onları bir dəfə yetirdi… Nə Otello var, nə də Kleopatra” deyən teatrsevər ata-babalarımız həm də etiraf etməkdən çəkinməyən sənətsevərlər idi. Ülvi Rəcəb, Abbasmirzə Şərifzadə məktəbinin davamçıları olan bu sənətkarların ardınca böyük səhnəyə yeni aktyor nəsli gəlirdi və Ağasadıq Gəraybəyli, Süleyman Ələsgərov, Hüseynağa Sadıqov, Nəsibə Zeynalova, Səyavuş və Ofeliya xanım Aslan, Hamlet Xanızadə, Ağadadaş Qurbanovun övladları – Hamlet, Gülşən xanım Qurbanovlar, Fuad Poladov, Yaşar Nuriyev, Əsgər Məmmədoğlu, İlham və Cəfər Namiq Kamal qardaşları, Vəfa Fətullayeva, Firəngiz Mütəllimova, İlham Əsgərov, Elxan Ağahüseynoğlu, Zərnigar Ağakişiyeva, Kübra Əliyeva, Telman Adıgözəlov, Əlabbas Qədirov, Səidə Quliyeva, Sənubər İsgəndərli, Hacı İsmayılov, Nurəddin Mehdixanlı… daha kimləri qəbul etməmək mümkün deyildi və bu “qəbul edilənlər” o dövr üçün yeni sayılan nəsil olaraq “Teatr məbəddir” anlayışını tamaşaçı kimi qəbul etmiş tamaşaçıya “nəfəsini dərmək” üçün “vaxt verməli” idi və verirdi də; yeni tamaşalarda yaratdığı rollarını onun müzakirəsinə-ixtiyarına verməklə.
Təəssüf ki, artıq bizim nəslin müasirlərinin-yəni yuxarıda adı çəkilən sənət fədailərinin əksəriyyəti haqq dünyasına qovuşmuşdur.
İndi etibarlı əllərdə olan Azərbaycan səhnəsinə dikilən nəzərlər yenicə addımlayan gənclərdən hansının üzərində dayanmışdır?
Onlardan biri ilə bağlı bu gün bəzi məqamları xatırlatmaq, düşünürəm ki, yerinə düşərdi;
Ülvi Həsənli. 02. 05. 1992-ci ildə Bakının Mərdəkan qəsəbəsində anadan olub. 1998-ci ildə H. Z. Tağıyev adına 123 saylı orta məktəbə daxil olub və 2009-cu ildə oranı bitirib. Oxuduğu müddətdə Mərdəkan xalq teatrında rejissor və dramaturq Rəhman Əlizadənin rəhbərliyi ilə Mərdəkan xalq teatrında çalışıb. 2010-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə daxil olub. 2014-cü ildə oranı bitirib və 2011-ci ildə Bakı Estrada Teatrında fəaliyyətə başlayaraq orada “Olur belə şeylər” layihəsinin yaradıcılarından olub. Orada həm aktyor, həm də rejissor və ssenarist olmaqla rəqslərə quruluş verir. Aktyor, (artıq Respublikanın əməkdar artisti) Pərviz Məmmədrzayevin rəhbərliyi altında Simsar Pantomima teatrında fəaliyyət göstərir.
2014-cü ildən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyət göstərsə də Mərdəkan Mədəniyyət sarayında rejissor kimi fəaliyyətini davam etdirir. Həmin il Azərbaycan üzrə xalq teatrları festivalında “Grand Prix” mükafatına layiq görülür və “İlin ən yaxşı aktyoru” nominasiyasını alır. 2014-cü il isə uğur gətirməkdə idi: həmin il Bakı üzrə “Şən və hazırcavablar klubu”nun çempionatında rəhbəri olduğu, Ekspromt” komandası ilə çempion olur. ”Cavanlıq”, “Sən olmasaydın”, “Qisas”, 3 bacı”, “Sənə inanıram”, “Səni ürəyim sevdi”, “Həyat, sən nə qəribəsən”, “Dəfnə ağacı”, ”Laləli saray” seriallarında və “Çölçü” “Nazlı”, “Şər qarışanda” filmlərində çəkilir.
Ülvi bu ilin noyabrında işıq üzü görəcək “Fəlakət” filmində çəkilir. “İkili həyat” filmində və bir neçə layihədə yer almışdır.
ATV kanalı vasitəsilə sentyabr ayında yayımlanacaq “ Stand up Baku” adlı komediya janrında olan layihədə iştirak edir.
Qayıdaq Akademik Milli Dram Teatrına: “Silindr”, “Əmir Teymur”, “Kölgə”, “Nadir Şah”, “Nağıllar aləmində”, “Herostratı unudun” tamaşalarında rol almış gəncin sonuncu tamaşası (tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır.) barədə danışmazdan əvvəl qeyd edim ki, ilkin səhnələri mürəkkəb tryuklar və kəskin hərəkətlərlə dolu olan səhnələrdə Efesli rolunu oynayan Ülvi dünya kino təcrübəsində sınaqdan çıxmış və bu günə kimi istifadə olunan kaskadyor funksiyasını bacarıqla icra edir və bunu elə ustalıqla həyata keçirir ki, tamaşanın ilk dəqiqələrində zalda əyləşən tamaşaçı əsil həyəcan burulğanına düşür. Antik dövrü təcəssüm etdirən bu əsər Ülvinin aktyor məharətini üzə çıxaran tamaşadır desək yanılmarıq.
Keçək suallara:
– Hazırda hansı rol üzərində işləyirsiniz, ümumiyyətlə, çalışdığınız Akademik Milli Dram Teatrında bu mövsümdə hansı tamaşalarda rol almısınız?
– Əvvəla, məndən müsahibə götürməyi lazım bildiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Amma qeyd edim ki, mən artıq Azdramanın aktyoru deyiləm.
– Nə zamandan? Əlbəttə, bunun əhəmiyyəti yoxdur, amma demək istədim nə səbəbdən? Azad yaradıcılıq arzusu?
– Xeyr, ümumiyyətlə “arzu” sözünü işlətməzdim, çünki burada mənim arzumdan söhbət gedə bilməz, arzuya qalarsa, Akademik Milli Dram Teatrının səhnəsində oynamaq mənim ən böyük arzumdur. İnanın ki, maaşsız işləməyə də razı idim və bu barədə rəhbərliyə xəbər göndərmişdim. Aman olmadı: nə mənə, nə də Azdramadan uzaqlaşdırılan digər aktyorlara.
– Amma, “Belə məsləhət oldu?” Bəs səbəbi?
– İnanın ki, bilmirəm. Amma bir səhvim, ya da intizamsızlığım olsaydı, indi burada etiraf etməkdən çəkinməzdim. Bircə onu deyə bilərəm ki, səbəbsiz azad olunan aktyorlar çoxdur. Bizə qarşı olan bu yad münasibət və azad olunan aktyorların siyahısını tərtib edənlərin siyasəti mənə qaranlıqdır. Bəlkə biz doğrudan da “yad” və “gəlmə”yik? Nə isə. Seriallardan danışaq.
Burada sualları dayandırıram. Bir neçə il əvvəl “Space” kanalı ilə tamaşaçıların müzakirəsinə verilən “Üç bacı” tele-serialında epizodik rolla – huşsuz xəstə rolu ilə diqqəti o qədər də cəlb etməyən Ü. Həsənov (həmçinin tamaşaçılar) bunu təbii qəbul etdi; ən yaxşı mənada analoqu olmayan “Üç bacı” tele-serialında bir çox Azərbaycan filmlərindən fraqmentlər xatırlanmış, bununla serialın üstünlüyünə xidmət edən “buket” şəklində tamaşaçılara təqdim olunmuş tamaşada epizodik rolunu uğurla oynayan hər-hansı aktyorun unudulması və ya diqqəti cəlb etməməyində qeyri-adi hal yox idi.
Bir qədər də ATV kanalı ilə nümayiş etdirilən “Dəfnə ağacı” barədə danışmaq istərdim. 30-dan artıq bölümünün nümayişi arxada qalmış tele-serialda səhnəmizin Şorayı – Sənubər xanım İsgəndərli ilə tərəf-müqabil olan Ülvi Həsənli imkanlı bir ailənin sadəlövh və geniş ürəkli övladı olaraq zabitəli ananın (S. İsgəndərli) və həkim atanın tərbiyəsi altında böyüsə də, həmin tərbiyə üsulunda ciddi səhvlərə yol verilmişdi və qarşıya qoyulan məqsədlərin sütunları “çat verməkdə” idi. Bu “çat”ın səbəblərindən biri də onun maariflənməyə, mütaliəyə marağının olmamağı idi və məlum hadisələrin baş verməsi nəticəsində özünü müstəntiqin hüzurunda görən Tural (Ü. Həsənli) təsadüfi (bəlkə də zəruri) sorğu-sualdan sonra mütaliə etməyə həvəslənir. Mütaliə demişkən, mütaliə ilə aranız necədir?
– Aktyorluq istedad tələb etsə də, başqa peşələrdə olduğu kimi burada da savad və dünya görüşü tələb olunur. Savadı olmayan, Məktəb görməyən aktyor təkcə istedadı ilə obrazı lazımi səviyyədə qavraya və bilməz və təbii ki, bu da tamaşaçının diqqətindən yayınmır və ona təsir etmir. Məktəbli ikən daha çox detektiv janra üstünlük versəm də, indi klassik xəzinəmizin nümunələrini mütaliə etməyə çalışıram. Son zamanlar qəzəl janrı ilə yaxından maraqlanıram. Amma etiraf edim ki, uşaqlığımı yenidən qaytarsaydılar oxuduğum kitabların sayı daha çox olardı.
– Ülvi, istərdim “Sizə qeyri-ənənəvi” sual verim: bir mahnıda deyildiyi kimi: ötən günlərini qaytarsaydılar¼hansı illəri yaşamaq istərdim?
– Xoşbəxt uşaqlıq illərim olub, tələbəlik, səhnə fəaliyyəti¼ Amma¼ düzünü deyim ki¼
– Yəqin ki, Akademik Milli Dram teatrının səhnəsində oynadığınız illərlə bağlıdır?
– Dərdimi təzələdiniz. Sevdiyin insandan aralanmaq nə deməkdirsə – Azdramadan uzaqda fəaliyyət göstərmək və yaşamaq da mənim üçün o deməkdir. Hələ də işdən çıxarılmağımın səbəbini bilmirəm. Başqa teatrlardan dəvət alsam da, Akademik Milli Dram Teatrına xəyanət edə bilmirəm. Necə deyərlər, “Molla pis olanda dindən dönməzlər”. İnşallah, ümidimi üzməmişəm, oraya qayıdacağım günü – Azdramanın səhnəsinə yenidən çıxacağım günü həsrətlə gözləməyimi etiraf etməkdən heç də utanmıram. Təkrarən bildirirəm ki, bir nöqsanım və ya intizamsızlığım olsa idi, məni yandırmazdı. Heç bir səbəb olmadan mənim və sənət dostlarımın Ana Məbəddən uzaqlaşdırılması aktyoru öz evindən çıxarmaq deməkdir. Nə zaman isə yolumdakı “tikanlı maneələr”i dəf edəcəyimə ümidlə yaşayıram
Beləliklə, bir neçə aktyor nəslinin nümayəndələri xatırlandı və təsadüfi deyildir ki, həmişə müzakirə mövzusu olan “Atalar və oğullar” mövzusuna toxunuldu. Oğul kimi Ülvi Həsənlini seçdim.
Poladovun Qacarının dilindən səslənən bir fikri təkrarlamaq istərdim: “İnsanın belini qırmaq istəyirsənsə, onu təriflə”.
Təvazökarlıq mücəssəməsi təsiri bağışlayan (şübhə yoxdur ki, həqiqətən də belədir) gənc aktyor Ülvi Həsənli bu uğurunu yəqin ki, “Bar verdikcə başını aşağı əyən ağac” kimi qarşılayar: lap olsun Dəfnə ağacı.
– Sizə yeni yaradıcılıq uğurları arzulayır, yaradıcı gənclik üçün əsil nümunə olmanıza inanırıq. Arzu edirəm ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yeni-yeni obrazlara can verməklə, arzuladığınız səhnə xadimləri ilə yenə də tərəf-müqabil olmaq arzunuza tezliklə çatasınız. Təşəkkür edirəm.
– Mən də Sizə təşəkkür edirəm: müsahibəyə və ürəyimdən keçənləri oxuduğunuza görə. Ümidimi itirməmişəm və Sizlərin duaları ilə yenidən Akademik Milli Dram Teatrının səhnəsinə çıxacağım günü səbirsizliklə gözləyirəm: Allah qismət eləsin!
 Müsahibəni apardı: Sevda Rəsulova
Ana məbəd… Atalar və oğullar. Gənc aktyor Ülvi Həsənli ilə müsahibə Ana məbəd... Atalar və oğullar Gənc aktyor Ülvi Həsənli ilə müsahibə XX əsrin ortalarında yaşlı nəslin bu mövzuya münasibəti birmənalı deyildi: “Hanı Ələsgər Ələkbərovlar, Hökümə Qurbanovalar, dövran onları bir dəfə yetirdi...
0 notes
aliibrahimovofficial · 3 years ago
Photo
Tumblr media
Bu gün əziz insan, simasını dəyişməyən dostum, dəyərli ədliyyə işcisi, şərəfli həkim, ağır və cətin dönəmdə köməyə ehtiyacı olan insanlara yardım edən, həkimlik missiyasını ləyaqətlə yerinə yetirən mütəxəsis, tibb xidməti mayoru Habil Qurbanovun doğum günüdür. Habil həkimi səmimi qəlbdən təbrik edirəm, Allahdan can sağlığı, firavan həyat, ailə xoşbəxtliyi, cətin və şərəfli peşəsində uğurlar arzulayıram. https://www.instagram.com/p/Cc96pIotShj/?igshid=NGJjMDIxMWI=
0 notes
listeliyi · 8 years ago
Link
via Növbəti erməni təxribatı və ya iti kim qısqırtdı... http://ift.tt/eA8V8J Fevralın 24-dən 25-nə keçən gecədən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətməyə cəhd ediblər. Əvvəlcə cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə Azərbaycan Ordusu arasında ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Beş QƏHRƏMAN hərbi qulluqçumuz şəhid olub. Ermənistan tərəfi növbəti dəfə Talış kəndi istiqamətində təxribat törətməyə cəhd edib. Lakin yenə də ön xətdəki bölmələrimizin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşmaq cəhdlərinin qarşısı alınıb. Döyüş toqquşmasında qarşı tərəf itki verərək geri çəkilməyə məcbur edilib. Bundan başqa, Ermənistan tərəfi növbəti dəfə qeyri-insani simasını nümayiş etdirərək döyüş meydanından meyitlərin çıxarılması barədə beynəlxalq vasitəçilərin iştirakı ilə əldə olunmuş razılığın şərtlərini pozub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunur ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun meyitlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12:00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı. Lakin meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş razılığın şərtlərini pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb. Eyni zamanda, cəbhənin digər istiqamətlərində düşmən tərəfi mövqelərimizi müxtəlif çaplı silahlardan, artilleriya qurğularından atəşə tutub və bir neçə istiqamətdə planlı surətdə diversiya həyata keçirməyə cəhd göstərib. Budəfəki təxribat həm də Xocalı soyqırımının 25-ci ildönümünə təsadüf etdi. Sanki ermənilər bununla yenidən belə bir soyqırım törətmək "gücündə" olduqlarını nümayiş etdirmək istəyirdilər. Bu gücdə olmasalar da, belə niyyətlərinin olduqlarına qətiyyən şübhə etmirik. Amma erməni lobbisinin, xarici qüvvələrin sifarişlərini yerinə yetirən Ermənistanın hərbi cinayətkar rejimi anlamalıdır ki, Azərbaycan ötən əsrin 90-cı illərindəki Azərbaycan deyil. Sarkisyan rejiminin özü də bunun şahidi olub - ötən ilin aprelində. Bəli, məhz ötən ilin aprelində Azərbaycan Ordusu sarsıdırıcı zərbələr endirərək düşmənə yerini göstərdi, Lələtəpə kimi bir sıra strateji mövqeləri ələ keçirdi, minlərlə hektar torpaq işğaldan azad edildi. Aprel döyüşlərindəki qələbənin məntiqi nəticəsi olaraq, bu gün artıq Cocuq Mərcanlı kəndinə qayıdış başlayır, ərazidə infrastruktur işlərinə start verilib. Məlum olduğu kimi, bu, Ermənistanın yeni və sonuncu təxribatı deyil. Bütün bu təxribatlar da məqsədli şəkildə törədilir: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda müəyyən razılaşma əldə olunanda və bu razılaşmanın icrası tələb olunanda, Azərbaycanın təkidi ilə beynəlxalq qurumlar Ermənistana müəyyən təzyiq göstərəndə, məsələn, şəhid hərbçimiz Çingiz Qurbanovun meyidinin qaytarılmasını tələb edəndə, eləcə də Azərbaycan beynəlxalq səviyyədə yeni uğurlar əldə edəndə cəbhədə erməni təxribat "maşın"ı işə düşür. Təbii ki, bu "maşın" öz-özünə işləmir; necə deyərlər, iti qısqırdan var. Bu maşını işə salan isə erməni lobbisi və Azərbaycana təzyiq göstərməyə cəhd edən müəyyən qüvvələrdir. Təxribatın digər ənənəvi məqsədi isə Ermənistan ictimaiyyətinin fikrini ölkə daxilindəki mürəkkəb iqtisadi vəziyyətdən yayındırmaqdır. İşsizlikdən, yoxsulluqdan əziyyət çəkən Ermənistan xalqının hər an ayağa qalxıb haqqını tələb edə biləcəyindən qorxan hakimiyyət cəbhə xəttində təxribat törətməklə daxili gərginliyin sanki "yerini dəyişdirmək" istəyir. Şübhəsiz ki, ermənilərin növbəti təxribatı da iflasa uğrayacaq. Mətin Azərbaycan Ordusu istənilən hücumun qarşısını almağa, düşməni məhv etməyə, torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır və qadirdir!
0 notes
feataz-blog · 8 years ago
Text
Şəhid Çingiz Qurbanovun nəşi geri qaytarıldı
http://dlvr.it/NHrntr
0 notes
politiciansstuff · 3 years ago
Text
Tumblr media
Məlum olduğu kimi, Vəkillər Kollegiyası tərəfindən ötən 4 ildə aztəminatlı şəxslər üçün mütəmadi olaraq təşkil olunan ödənişsiz hüquqi yardım aksiyaları son dönəmdə daha böyük çərçivədə həyata keçirilməkdədir. 16.04.2022-ci il tarixində Vəkillər Kollegiyanının təşəbbüsü ilə genişmiqyaslı ödənişsiz hüquqi yardım aksiyası təşkil edilib.
Musavat.com xəbər verir ki, həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, Bakı şəhəri Mərkəz Vəkil Bürosu tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Həbsxanasında, Bakı şəhəri 2 saylı Vəkil Bürosu tərəfindən 12 saylı Cəzaçəkmə Müəssisəsində, Bakı şəhəri 3 saylı Vəkil Bürosu tərəfindən 8 saylı Cəzaçəkmə Müəssisəsində, Bakı şəhəri 4 saylı Vəkil Bürosu tərəfindən 13 saylı Cəzaçəkmə Müəssisəsində, Bakı şəhəri 5 saylı Vəkil Bürosu tərəfindən 14 saylı Cəzaçəkmə Müəssisəsində məhkumlara ödənişsiz hüquqi yardım göstərilib.
Həmçinin, Milli Məclisin deputatları Fəzail Ağamalı və Jalə Əhmədovanın təşəbbüsləri və Vəkillər Kollegiyasının dəstəyi ilə Salyan rayon və Şirvan Regional Vəkil Bürolarının vəkilləri tərəfindən Salyan rayonunda, Milli Məclisin deputatı Sadiq Qurbanovun təşəbbüsü və Vəkillər Kollegiyasının dəstəyi ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri tərəfindən Siyəzən və Şabran rayonlarında, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərovun təşəbbüsləri və Vəkillər Kollegiyasının dəstəyi ilə Masallı rayon Vəkil Bürosu tərəfindən Masallı rayonunda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilib.
Ümumi aksiya çərçivəsində 45 vəkil tərəfindən 200-dən çox vətəndaşa ödənişsiz hüquqi yardım göstərilmiş, onları maraqlandıran suallar cavablandırılıb, mülki və sosial təminat qanunvericiliyinin müddəaları izah edilmiş, yazılı və şifahi məsləhətlər verilib, yazılı ərizələr tərtib olunub. Müraciətlərin böyük hissəsi mülki, sosial təminat, ailə, səhiyyə, və s. hüquq sahəsi və bu sahədəki mübahisələr ilə bağlı olub.
"Musavat.com" saytı
https://oxu.az/society/593660 https://moderator.az/az/cemiyyet/509485/fezail-aamali-ve-vekiller-salyan-neftcala-secicilerile-huquqi-yardim-meqsedile-grus-kecirdi/
https://azpolitika.info/?p=671459
https://barassociation.az/news/864 https://ovqat.com/olke/55417-genimiqyasl-odnisiz-huquqi-yardm-aksiyas-tkil-edilmidir.html
https://www.e-huquq.az/az/news/vekillik/47172.html
https://demir-yumruq.az/post.php?id=9674
http://kanal4.az/post.php?id=6990
https://manset.az/news/27494/genismiqyasli-odenissiz-huquqi-yardim-aksiyasi-teskil-edildi
https://azadses.az/cemiyyet/22482-genimiqyasl-dnisiz-hquqi-yardm-aksiyas-tkil-edilib-foto.html
https://az.segirt.com/news/genismiqyasli-odənissiz-huquqi-yardim-aksiyasi-təskil-edilib.html
0 notes
metbuat · 2 years ago
Text
"Qarabağ" üçün uğursuz-uğurlu tarix
“Qarabağ” üçün uğursuz-uğurlu tarix
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” 5 ildən sonra yenidən tarix yazmağa yaxındır. Qitənin ən nüfuzlu klub turnirinin pley-offuna qədər uğurla irəliləyən “köhlən atlar” qrupun bir addımlığındadır. İki gün əvvəl Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə qolsuz heç-heçə oynayan Qurban Qurbanovun yetirmələri cütün taleyini səfərdə həll etməyə çalışacaq. Çexiya…
Tumblr media
View On WordPress
0 notes
metbuat · 2 years ago
Text
Hanı Qurban Qurbanovun “Qarabağ”da yetişdirdiyi futbolçu?
Tumblr media
Yazının başlığına bu sual cümləsini qəsdən çıxartmışam. Avrokuboklardakı uğurlu oyunlarından sonra “Qarabağ” barədə sosial şəbəkədə nə isə yazanda, mütləq bir nəfər gəlib başlıqdakı bu sualı verir. Guya özünün ağıllı sanır. Amma dünyanın ən axmaq sualını verdiyinin fərqində də deyil. Hesab edin ki, Joze Mourinyodan soruşurlar: “Hanı sənin “Real”da, “Çelsi”də, “Roma”da yetişdirdiyin futbolçular? Və portuqal mütəxəssis də gözünün döyür bu axmaq sualın qarşısında. Baş məşqçinin bir öhdəliyi var Deyəsən, təkcə azərbaycanlılar elə bilir ki, komandanın baş məşqçisi həm də uşaq futboluna nəzarət etməlidir. Yox, dünyanın heç bir komandasında belə tendensiya yoxdur. Baş məşqçinin bir öhdəliyi var – əsas komandanın uğurlu çıxışını təmin etmək. Joze Mourinyo müqavilə bağlayanda, rəhbərlik “bizə futbolçu yetişdirməlisən” tələbini qoymur onun qarşısında. Əksinə, Joze onların qarşısına siyahı qoyur. Sərəncamında görmək istədiyi futbolçuların siyahısını. Bu məsələdə Qurban Qurbanova kimsə irad tuta bilməz. Heç onu da iddia edə bilmərik ki, Qurban Qurbanov “Qarabağ”da söz sahibi olduğu üçün uşaq futboluna da müdaxilə etməlidir. Qurbanov əsas komandada söz sahibidir, üstəlik, onun “Qarabağ”da hər şeyə nəzarət etmək üçün vaxtının bu qədər çox olduğunu düşünürsünüz? Ümumiyyətlə, “Qarabağ”da hər şeyə Qurban Qurbanov nəzarət edəcəksə, digərlərinin vəzifəsi nədir? Qurban Qurbanovun kölgəsində gizlənmək? Komandadakı digər problemlərə görə də Qurban Qurbanov tənqid olunmalı, bunlar da xımır-xımır yeyib yatmalıdırlar? Gözəl ailəsinin uzunmüddətli plan qurmaması   Hə, mövzumuz uşaq futboludur. Uşaq futbolu ilə bağlı ilk yazıdan sonra mövzunu “Neftçi” ilə davam etdirməli idim. Komandaların tarixini nəzərə alaraq. Amma “Qarabağ”ın, xüsusən də Qurban Qurbanovun bu yöndən tənqid olunduğunu nəzərə alıb “köhlən atlar”dan başlamağa qərar verdim. Öncə onu deyim ki, “Qarabağ”da uşaq futbolu bərbad durumdadır. Amma buna görə komanda rəhbərliyini tənqid etməkdə nə qədər haqlıyıqsa, Qurban Qurbanovu tənqid etməkdə bir o qədər haqsızıq. Səbəbini də izah etdim yuxarıda. “Azərsun” rəhbərliyinin “Qarabağ”la bağlı planı lap əvvəldən uzunmüddətli olmayıb. Azərbaycanın qida sənayesində ən böyük monopolistlərdən biri olan “Azərsun” rəhbərliyi “sosial öhdəlik” kimi yanaşırdı “Qarabağ”a himayəçiliyə. Yəni peşəkar yanaşma yox idi. Amma onların bəxti gətirdi ki, Qurban Qurbanov  kimi mütəxəssis tapdılar. Onun, məhz onun sayəsində bu gün “Azərsun” “sosial öhdəlik”dən də xilas olub. “Qarabağ” özü-özünü dolandırır. Gözəl ailəsinin “Qarabağ”la bağlı uzunmüddətli planının olmamağı uşaq futboluna yanaşmada da özünün göstərir. Onlara yüksək məvacib niyə verilir ki? Uşaq futbolunda infrastrukturun qurulmasına qəpik də xərclənməyib. Yerli uşaq məşqçilərin yetişməsi, təcrübə qazanması üçün heç bir layihə gerçəkləşdirilməyib. “Qarabağ”ın populyarlığı imkan verirdi ki, ölkənin futbol ənənələri olan hər bir rayonunda məktəb açmaq mümkün olsun. Elə təkcə aran Qarabağın rayonlarında bu işi kiçik büdcə ilə reallaşdırmaq olardı. Ancaq bu yöndə heç bir addım atılmadı. “Qarabağ”ın Bakıdakı məktəblərində (məktəb ha!) futbolun sirlərini uşaqlar harada öyrənirlər? Keyfiyyətsiz süni örtüklü meydançalarda. Onlara futbolun sirlərini kimlər aşılayır? Demək olar ki, hamısı Türkiyədən dəvət edilmiş naşı mütəxəssislər. Onlar haqqında dəfələrlə narazılıqlar yayılıb mətbuatda, sosial şəbəkələrdə. O mütəxəssislər hansı bacarıqlarına görə dəvət olunublar Azərbaycana? Onlara yüksək məvacib niyə verilir ki, bu vaxta qədər bircə gənc futbolçu da verə bilməyiblər Qurban Qurbanovun sərəncamına? İş görülürsə, nəticəsi də olmalıdır axı Niyə “Qarabğ”ın Avropada qazandığı vəsait, UEFA-nın uşaq futbolu üçün ayırdığı maliyyə belə naşı mütəxəssislərə xərclənməlidir?  Kim dəvət edib onları bura? Qurban Qurbanov? Bəlkə diqqətinizi  başqa adlara yönəldəsiniz? Yadınıza düşmürsə, mən çəkə bilərəm: Tahir Gözəl, bütün jurnalsitlərin “dostu” Əmrah Çəlikəl… Nə işin sahibidirlər, nəyə cavabdehdirlər, vəzifələri nədir? “Qarabağ” avrokuboklarda qələbə qazanandan sonra pafoslu açıqlama verməkdir işləri? Türkiyədən naşı mütəxəssisləri onlardan başqa kim gətirə bilər “Qarabağ”a? Elə mütəxəssislərin gətirilməsi, sadəcə gözdən pərdə asmağa hesablanıb. Yəni “iş görürük” görüntüsü yaradırlar. Amma iş görülürsə, onun nəticəsi də olmalıdır axı.  Hara yoxa çıxır o uşaqlar? Heç kim deyə bilməz ki, Qurban Qurbanovun sistemində futbolçu inkişaf etmir. Reynaldo, Vaci, Kadi gözümüzün qarşısında adi futbolçudan ulduza çevriliblər axı bu sistemdə. Yaxşı, “Qarabağ”ın uşaq futbolundan 15 il ərzində kimi verdilər Qurban Qurbanova ki, o da inkişaf etdirə bilmədi onu? Yoxdur beləsi. Amma ən azı Bakıda “Qarabağ”ın formasını əyninə geyib guya bu komandanın məktəbində futbolun sirlərini öyrənən uşaqlar var axı. Hara yoxa çıxır onlar? Hansı məqsədlə onlar üçün pul xərclənir, Türkiyədən ağlasığmaz məvacibə məşqçi gətirilir, əgər sabah o uşaqlar futbol təsərrüfatından yoxa çıxacaqlarsa? Azərbaycanda uşaq futbolunda problem, demək olar ki, eynidir bütün komandalar üçün – infrastrukturun yoxluğu, kadr çatışmazlığı, yeyinti, qeyri-peşəkar idarəetmə.  Və “Qarabağ”da da hakəza. Öz pulumuzdan qəpik-quruşu övladlarımıza verin Əsas komandada bütün səlahiyyətləri Qurban Qurbanova verdiyiniz üçün sizə təşəkkür edirəm, amma bağışlayın, gələcəyimizə yatırım etmədiyiniz üçün də qınayıram sizi. Axı gələcəyimizə edəcəyiniz o yatırım da bizim – bu xalqın vəsaitidir. Əhli-Azərbaycan “Azərsun”un keyfiyyətsiz qida məhsullarını baha qiymətə almağa məcbur edilir bu ölkədə. Öz pulumuzdan qəpik-quruşu övladlarımıza verin, Gözəl ailəsi. Onsuz da sabah o uşaqlar da sizə işləyəcəklər, əgər Azərbaycanda uzun müddət qalacaqsınızsa. Amma görünən odur ki, buna özünüz də əmin deyilsiniz. “Qarabağ”da uzunmüddətli strategiyanızın olmadığına görə gəlmişəm bu qənaətə. Natiq Muxtarlı - aut.az Read the full article
0 notes