#əl yazısı
Explore tagged Tumblr posts
Text
Hac Cavad Sarimi Əfəndinin Əl yazısı/ foto: Xu Xanov
#xuxanov#azerbaijan#azərbaycan#tabriz#əl yazısı#Cavad Sarimi#Dəstixətt#yashar ahad saremi#تبریز#خوخانف#bizbil
0 notes
Text
Əl yazısı ilə sərbəst iş istəyən hoca utanır mı? Hiç sanmamm ele bil daş dövründəyikkk dünən o qədər yazı yazmışam ki əlim hələ də ağrıyırr😭
18 notes
·
View notes
Text
Həkimin əl yazısı: ~~~~~~~
Mənim gödüyüm: €$€$€$€$€$
Əczaçının gördüyü: Tempalgin
3 notes
·
View notes
Photo
I Məzhəbçilərin oxuduğu “Səhih Buxari” adlı kitab hədis ravisi İmam Buxarinin öz orijinal əsəri deyil. Hz. Məhəmmədin vəfatından düz 700 il sonra Yunini tərəfindən toplandığı iddia edilir. Lakin ortalıqda Yuninin nüsxəsi də yoxdur. Buxarinin “Səhih” adlı əsəri öz orijinal yazısı deyil. Əl-Firəbri ravisi olan kitabın Buxaridən dörd yüz il sonra Əli ibn Məhəmməd əl-Yunini tərəfindən tək kitab halına gətirilməsi ilə bizə gəldiyi iddia edilsə də, bunun da orijinalı yoxdur. Buxaridəki zəif və ya şübhəli bir çox hədisin bu əl-Firəbri nüsxələrinə əlavə edilməsi ehtimalı böyükdür. Bugünkü “Səhih Buxari” nüsxələri ifadə etdiyimiz kimi, Buxarinin öz əl yazısına əsaslanmır. Bu rəvayətlər düşünüldüyü kimi, hz. Məhəmmədin vəfatından 230 il sonra belə deyil, düz 700 il sonra toplanmışdır. Hz. Məhəmmədin məlum yaş aralığına aid Quran fraqmentləri və sonrakı dövrlərə aid nüsxələrin mövcudluğu elmi şəkildə karbon testləri ilə sabit olduğu halda, məzhəbçilərin mötəbər zənn etdiyi Qurandan xaric qaynaqlara aid orijinal yazıların olmaması açıq şəkildə ziddiyyətdir. Allahın dəyişmədən günümüzə qədər gələn mesajı olduğu yerdə belə qaynaqlara əməl etməyə çalışmaq və hələ bu qaynaqlar olmadan Quranın anlaşılmadığını iddia etmək ağılsızlıqdır. #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #buxari #səhihbuxari https://www.instagram.com/p/ChcZVMkMqkh/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Bu gün Ümumdünya Əl Yazısı Günü kimi qeyd edilir. Dövrümüzdə kompüterlərin, elektron poçtların, elektron bloknotların, SMS-lərin və digər sürətli ünsiyyət vasitələrinin ildən-ilə populyarlıq qazanması müasir insanı öz fikirlərini əli ilə yazaraq ifadə etməkdən uzaqlaşdırır. Bəlkə də, yaxın gələcəkdə əl ilə yazılmış məktub və ya açıqca arzu olunan hədiyyə olacaq. Hər il yanvarın 23-ü Xətt Günü və ya daha gözəl deyimlə, Əl Yazısı Günü (National Handwriting Day) qeyd olunur. Bu günün qeyd olunmasında əsas məqsəd insanlara əl yazısının unikallığını, hər bir insanın əl yazısının özünəməxsusluğunu, əl ilə yazı yazmağın vacibliyini xatırlatmaqdır. Bu bayramın qeyd olunması ABŞ-ın WIMA təşkilatı tərəfindən təklif olunub. WIMA ABŞ-ın yazı ləvazimatları istehsalçılarının assosiasiyasıdır. Təşkilatın məqsədi əl yazısının dəyərini xatırlatmaq və onun populyarlığını artırmaq olmuşdur. Bu məqsədlə qeyd olunacaq bayramın tarixi ABŞ-ın məşhur dövlət xadimi Con Xenkokun anadan olduğu gün seçilmişdir. C.Xenkok ABŞ-ın Müstəqillik Bəyannaməsinə ilk imza atan şəxs olmuşdur. Çində, Yaponiyada və bir çox digər Asiya ölkələrində gözəl yazmaq bacarığı incəsənət hesab olunur və bu gün hətta kalliqrafiya ustaları çox yüksək qiymətləndirilir. Başqa ölkələrdə gözəl əl yazısı çox yüksək qiymətləndirilməsə də, yaxşı xətt, gözəl əl yazısı hər yerdə hörmətə layiq görülür. Odur ki, belə bir bayramın qeyd olunması çox mənalıdır. https://www.instagram.com/p/CZEAFR9tBwG/?utm_medium=tumblr
0 notes
Text
Azərbaycan çörək/lavaş etiketləri
Sən deyən elə böyük bir kolleksiya olmasa da, respublikamızda kiçik sahibkarlığın bu sahəsində yeni-yeni müəssisə və sexlərin açılması tendensiyasının davam etməsi bu cür kolleksiyalar üçün işıqlı gələcək vəd edir.
Bu kiçik kolleksiyaya maraq ilk dəfə bir loxma çörək yeyəndə yaranıb, etiketlərin rəngarəngliyi və cəlbediciliyi bunun həvəsə çevrilməsinə təkan verib. Bəzən elə olub qohum evindən lavaş çörəyinin etiketin götürüb gətirmişəm.
Təndir, lavaş etiket adlarından da görəcəyiniz kimi isə bu sahə üzrə, əsasən Kiçik Torpaqdan - Naxçıvandan - olan həmvətənlərimiz ixtisaslaşıblar. Hərçənd ki, “Naxçıvan lavaşı” adlı lavaşların istehsalı bilavasitə istehsalçının naxçıvanlı olmasına işarə olmasa da (bax: Gəncə dovğasını Mərkəzi Arandan olan kiçik sahibkarın istehsal etməsi üçün nəzəri cəhətdən heç bir maneə yoxdur. - red.), hal-hazırda bu ad elə birbaşa ona işarədir.
Qeyd: Hər yeni tapıntı skaner aparatının əlçatımlı olması ilə üst-üstə düşəndə aşağı hissədən paylaşılmağa davam ediləcək.
“Gülan Nənə Təndiri”
“Əl əməyi”
Bu etiketdə diqqətli izləyicilər hərf səhvini müşahidə edə bilər: NAÇIVAN
Etiketdəki “Şərurum” yazısı sahibkarın Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan olduğunu dilə gətirir.
Fresco Market nəzdindən
“Sehirli Sac” maraqlı ad seçimidir.
“Darniskiy çörəyi”
“31 saylı çörəkbişirmə müəssisəsi” MMC-dən ənənəvi sadə dizayn
Yuxarıdakılar 20 aprel 2018 tarixində paylaşıldı.
Əlavə 11.05.2018:
“Ailə” pryanikləri
Zərif Şokoladlı Pryanik
Əlavə 20.11.2018:
doğma ad, doğma dad (Naxçıvan lavaşı sac | 22.10.2018)
Binə çörək zavodu istehsalı "Ocaq" Naxçıvan lavaşı
Binə çörək zavodu istehsalı kərpic/qara çörək etiketi
Sabunçu rayonu Bakıxanov qəsəbəsində istehsal olunan Sehirli Sac lavaşları
Skan edilmiş etiketlərə həmçinin burada bax.
1 note
·
View note
Link
via "Kim çaşırsa, aşır, yolundan çıxırsa..." - İcra başçısı http://ift.tt/eA8V8J Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı Əhəd Abıyevin "Yeni Müsavat" qəzetinə müsahibəsini təqdim edir. - Əhəd müəllim, son günlər Azərbaycanla bağlı olduqca maraqlı proseslər gedir. Onlardan biri də blogger Aleksandr Lapşinin ölkəmizə eksdradisiya edilməsidir. - Müsahibənin lap əvvəlində sizdən bir xahiş edəcəm. - Buyurun. Nə xahişdi? - Mənim sözlərimi olduğu kimi verin. Çünki bəzi qəzetlər, saytlar, fikrimizi qərəzli şəkildə və bilərəkdən təhrif edirlər. - Narahat olmayın. Nə danışsanız, hamısını verəcəyik. - Aleksandr Lapşinin Bakıya gətirilməsi Azərbaycanın bir dövlət olaraq nüfuzunu və gücünü göstərən hadisədir. Həmçinin ölkəmizin başçısı cənab İlham Əliyevin ölkəsi və xalqı üçün necə bir fədakarlıq etməsinin, prinsipial mövqe tutmasının sübutudur. Lapşin Azərbaycanın qanunlarını pozaraq, işğal altında olan ərazilərə səfər edib, Azərbaycan dövləti və azərbaycanlılar barədə qərəzli, təhqiramiz məqalələr yazmışdı. Budur, artıq o, Azərbaycan Respublikasının qanunları qarşısında cavab verir. Bu, bizimlə bağlı yanlış mövqe tutan hər bir kəsə dərs olmalıdır. Bu şərəfsizlər anlasınlar ki, Azərbaycanın qanunlarını pozub sonra rahat gəzib-dolaşmaq mümkün olmayacaq. - Bəziləri Lapşinin Bakıya əl-qolu bağlı gətirilməsinə irad bildirirlər. - Bəli, yaramazlar həmişə olub, var və olacaq. İndi neynəyək, ölkəmizin və xalqımızın ünvanına təhqiramiz ifadələr işlətmiş, işğal altındakı torpaqlarımıza qanunsuz səfərlər etmiş birini Azərbaycan dövləti cəzalandırırsa, özü də yerli və beynəlxalq qanunlara əsasən, bundan bəziləri niyə narahat olur?! İnanın, Lapşin gətirilməsəydi, onlar yazacaqdılar ki, hakimiyyətin bir siyasi oyunbaza gücü çatmadı. Bu, diplomatik bir qələbədi. Lapşinin həbsi və ölkəmizə verilməsi Azərbaycan-Belarus dostluğu və dövlətimizin beynəlxalq aləmdəki gücünü göstərdi. Bir daha da bütün dünyaya bəyan edilmiş oldu ki, möhtərəm cənab Ali Baş Komandanın apardığı xarici siyasət yüksək nəticələr verməkdədir. Qarabağa, böyük qələbələrə gedən yol bu cür başlayır. Azərbaycan prezidenti hörmətli İlham Əliyevin apardığı bu işlər həm daxili, həm xarici düşmənlərimizin yuxusunu qaçırıb. Onlar Azərbaycanın qüdrətli dövlət, güclü ordusunun olmasını həzm edə bilmədikləri üçün özlərinin çirkin fəaliyyətdən əl çəkmirlər. Onlar da xaricdə fəaliyyət göstərir. - Bəzən daxildə düşmən axtarmaq, sizcə, yanlış deyilmi? - Düzdür, bəziləri dövlətə, iqtidara qarşı düşmənçilik edirlər. Bilirsiniz ki, Azərbaycan prezidenti olduqca humanist insandır. İqtidara qarşı qərəzli münasibət bəsləyən, xarici dairələrin sifarişi ilə ölkəmiz haqda olmazın böhtanlar danışan, qərəzli məqalələr yazan adamları cənab prezident zaman-zaman əfv edib, onlara yeni bir şans verib ki, səhvlərini düzəltsinlər, bir daha çaşmasınlar. Amma onların içində səhvini anlayıb haqq yola qayıdanlar da olub. Lakin təəssüf ki, dövlətə və xalqımıza qarşı düşmənçilik apararaq bu yanlış yoldan dönməyənlər də var. Belələrinin pulu xarici erməni dəyirmanına su tökən xarici fondlardan gəlir. - Əhəd müəllim, yeri gəlmişkən, Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndi ilə bağlı aparılan işlərlə maraqlanırsınızmı? - Əlbəttə. Hər gün, hər saat o mövzu diqqətimizdədi. Möhtərəm prezidentin Qarabağın işğaldan azad edilməsi ilə bağlı gördüyü işlər göz qabağındadır. İstər diplomatik müstəvidə olsun, istər siyasi, istərsə də hərbi, Ali Baş komandanımız gecə-gündüz dayanmadan çalışır. Müharibə təkcə cəbhə xəttində, səngərlərdə aparılmır. Bu gerçəyi hər kəs bilməlidir. Cənab İlham Əliyevin siyasi-diplomatik səngərdə, cəbhədə gördüyü işlərin bəhrəsini xalqımız yaxın zamanlarda görəcək. Cocuq Mərcanlı böyük qələbənin başlanğıc mərhələsidir. Möhtərəm prezidentimiz bizi böyük qələbəyə, doğma yurda qayıdışa - Qarabağın işğaldan azad edilməsinə doğru aparır. - Son vaxtlar ayrı-ayrı təşkilatlar, Cocuq Mərcanlıya gedirlər. Bu günlərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri də ora gedəcəklər. Bu səfərlərin təşkilini necə qiymətləndirirsiz? - Açığı, bu mövzuya toxunacaqdım, məni qabaqladınız. Azərbaycan üçün hazırda ən həssas və vacib mövzulardan biri də Cocuq Mərcanlıya dönüşlə bağlıdı. Bu kənd bizim üçün Qarabağa, işğal altındakı torpaqlarımıza açılan qayıdış qapısıdı. Ona görə də hər bizimiz Cocuq Mərcanlının bərpası istiqamətində təşəbbüskar olmalıyıq. Şəxsən mən təklif edirəm ki, bütün rayon icra hakimiyyəti başçıları Prezident Administrasiyasının razılığı əsasında qruplar halında Cocuq Mərcanlıya səfər etsinlər. Xalqın, yerli əhalinin içinə getmək, onlarla çiyin-çiyinə dayanmaq, probleminə yaxından bələd olmaq lazımdı. Bu, Ulu Öndərimiz Heydər Əliyevin yoludur. Bu, bizim əziz prezidentimiz İlham Əliyevin siyasətidir. Ölkəmizdə prezidentin rəhbərliyi ilə islahatların yeni mərhələsi başlayıb, görüləcək işlərlə bağlı tapşırıqlar verib. Həmçinin cənab prezident bu günlərdə nəşi düşməndən alınaraq böyük təmtəraqla dəfn edilən şəhid Çingiz Qurbanovun ailəsini qəbul etdi. Çingizin valideynləri ilə xeyli söhbət etdi, ona ölümündən sonra milli qəhrəman adı verdi. Cənab prezident "Qızıl ulduz"u şəhidin atası Salman Qurbanova təqdim etdi. Bu mükafat təkcə Çingiz Qurbanova deyil, Azərbaycan torpaqları uğrunda canından keçən bütün şəhidlərə verilən qiymətdir. Bunları xalq görür, ki, cənab prezident əsgər və şəhid ailələrinə sahib çıxır, onlara diqqət və qayğı göstərir. Biz məmurlar da Ali Baş Komandanın bu davranışından nümunə götürərək yerlərdə onun bu uğurlu siyasətini davam etdiririk. - Əhəd müəllim, son vaxtlar sizinlə bağlı bəzi saytlarda yazılar gedir. Gah yazırlar, müşavirədən sonra əhvalınız pisləşib, gah da reket mətbuatla adınızı hallandırırlar. - Bunlar hamısı cəfəngiyatdır. Sağlam jurnalistika heç vaxt belə yazmaz. Mənim mətbuata münasibətim həmişə normal olub. Jurnalistlərlə arama heç vaxt sədd çəkməmişəm. Nə zaman müraciət ediblər, onlara müsahibə vermişəm. Baxın, indi siz zəng etmisiniz, verdiyiniz sualların hamısına cavab verirəm. Amma bəzi saytlar var ki, barəmdə ağızlarına gələn mənim demədiyim cəfəngiyat şeylər yazırlar. Mən cənab prezidentin rəhbərliyi ilə keçirilən müşavirədən çıxarkən mobil telefonumu açdım, qardaşımın rəhmətə getməsi xəbərini aldım. Qardaşının ölüm xəbərini alan insanın əhvalı təbii ki, pisləşər. Bu xəbər yayılandan sonra bəzi qəzetlər mənə zəng vurdular, vəziyyəti izah etdim. Çox sağ olsunlar ki, doğru-düzgün xəbər hazırlayıb sayta və qəzetə verdilər, hər kəs də həqiqəti bildi. Qaldı ki, barəmdə yazılan digər iftiralara. Bilirsiniz, istər deputat kimi fəaliyyət göstərdiyim vaxtlarda, istərsə də icra başçısı vəzifəsini icra etdiyim bu 6 illik müddətdə ən çox reket mətbuatdan əziyyət çəkən məmur olmuşam. Belə olduqda hansı məntiqlə mən reketlərə himayədarlıq edə bilərəm?! Mən normal, əxlaqlı, düzü düz, əyrini əyri yazan jurnalistlərə böyük hörmət bəsləyirəm. Amma reket mətbuat... Bu, mənlik iş deyil. Həmişə də onlara iradımı bildirmişəm. - Bu yazılardan sonra müəyyən qeyri-ciddi şayiələr yayırlar. Və Prezident Administrasiyası adından danışırlar. - Bilirsiniz, Prezident Administrasiyası rəhbərliyi və orada işləyənlər təcrübəli insanlardan ibarətdir. Onlar hansı saytın hansı məqsədlə yazdığını gözəl bilirlər. Həmçinin təyin etdikləri kadrları da çox yaxşı tanıyırlar. İstər cənab prezident, istərsə də onun komandası yerlərdəki kadrlarına hansısa reket saytın, qəzetin şantajçı, böhtançı, qərəzli yazısı ilə deyil, sırf o kadrların fəaliyyəti ilə qiymət verirlər. Biz bu iqtidara, dövlətə, xalqa boş-boş sözlə yox, fəaliyyətimizlə, həmçinin sədaqətimizlə xidmət göstəririk. Kim çaşırsa, aşır, yolundan çıxırsa, layiqli cəzasını alır. - Əhəd müəllim, bu gün ölkədə nümunəvi rayonlar, şəhərlər, bölgələr varmı və ilk sırada hansıların adlarını çəkərdiniz? - Mən müstəqil Azərbaycanda 15 il deputat, 6 ildir də icra başçısı olmuş şəxs kimi deyə bilərəm ki, Azərbaycan özü dünya üçün bir nümunəvi hüquqi-demokratik dövlətdir. Ölkəmizdə sabitlik, əmin-amanlıq, terrorsuz bir mühit var. Bunlara görə ölkə başçısı, cənab İlham Əliyevə minnətdar olmalıyıq. Həmçinin hüquq-mühafizə orqanları etibarlı əllərdədi. Vahid rəhbərlik var. Qaldı ki sizin sualınıza... Birmənalı olaraq bildirirəm ki, bu gün Naxçıvan Muxtar Respublikası hazırda nəinki Azərbaycan üçün, region ölkələri üçün bir nümunəvi modeldi. Cənab prezidentin rəhbərliyi ilə hörmətli Vasif Talıbov hazırda Naxçıvanda böyük quruculuq-abadlıq işləri aparır. Bütün sahələr üzrə gözəl işlər görülüb və görülməkdədir. Ora gələn turistlər, diplomatik qonaqlar, həmçinin qonşu dövlətlər olan İran və Türkiyə vətəndaşları bu inkişafı, yeniliyi görüb Azərbaycanla bağlı təsəvvürləri daha da müsbətə doğru dəyişir. Xatırladım ki, Naxçıvan yarımblokada şəraitindədir. Lakin buna baxmayaraq Muxtar Respublika hazırda özünün inkişafının zirvəsini yaşayır. Bütün dünya dövlətləri ilə siyasi və iqtisadi əlaqələr qurulub. Məncə, bütün bunlar sizin sualınıza ən yaxşı cavabdır.
0 notes
Link
via “Reina” terrorçusu hər şeyi danışdı - QAN DONDURAN İFADƏ http://ift.tt/eA8V8J Yeni il gecəsi İstanbulun “Reina” klubunda qanlı terror aktı törədərək onlarla insanı qətlə yetirən terrorçu Əbdülqədir Maşaripovun polisə verdiyi ifadəsinin tam mətni ortaya çıxıb. Maşaripov terror aktı barədə təlimatı İŞİD liderlərindən olan Əbu Cihaddan aldığını deyib. O bildirib ki, bir neçə il öncə də Pakistanın Bader şəhərində bir hərbi maşının altına bomba yerləşdirib partladıblar. Maşaripov deyib ki, Türkiyəyə 2016-cı ildə qeyri-qanuni yollarla gəlib: “Ailələ 4 ay Zeytinburnunda qaldıq. Sonra Qayaşəhərdə bir ev kiralayıb ora köçdük. Suriyadakı İŞİD əmirindən 2016-cı ilin noyabr ayında “Konyaya get” təlimatı aldım. Ailəmlə Konyaya köçdük. Konyada 1 ay qaldıktan sonra İstanbula gəldim” Terrorçu bildirib ki, İŞİD rəhbərliyi ilə xəbərləşməni telefonlarda olan “Telegram” proqramı vasitəsilə həyata keçirib: “İŞİD-in Suriyadakı əmiri zəng edib “canlı bomba olacaq biri varmı” deyə soruşdu. Mən də “araşdıraram” dedim. O isə məndən bunu etməyimi istədi. Dekabrın 26-da terror barədə planı həyata keçirməyə başladım. Həmin gecə “Telegram”dan bir nəfər mənə teraktı qəbul edən şəxsin mən olub-olmadığımı soruşdu. Məni avtobus dayanacağına çağırdı. Rusca danışan qafqaz əsilli biri yanıma gəldi. Mənə yaddaş kartı və 700 lira verdi. Özünə yeni ev kirala dedi. Evə gedib yaddaş kartına baxdım. Teraktla bağlı rusca səs yazısı var idi. Ebu Cihad adlı biri yazdı ki, səs yazısı ona aiddi. Dekabrın 27-də Taksimdə kamerayla ətrafı çəkdim. Sonra Başakşəhərdə tutduğum yeni evə getdim. Ailəmi da oraya apardım”. Qeyd edək ki, terror aktından sonra Maşaripovun “Əbu Cihad” dediyi şəxs də yaxalanıb. O, hazırda həbsdədir. Terrorçu həmçinin bildirib ki, qanlı aktda istifadə etdiyi silahı yeni il gecəsindən 2 gün əvvəl bir başqa terrorçu ona verib. O, iddia edir ki, həmin terrorçu da rusca danışırmış və qafqaz əsilli imiş: “Həmin şəxs mənə “yeni il gecəsi Taksimdə nə edə bilərsən?” dedi. Mən də oraya xarici vətəndaşların gəldiyini, avtomatla onlara atəş açacağımı bildirdim. O isə məndən özümü partlatmağımı istədi”. Maşaripov terror aktı barədə arvadına da məlumat verdiyini deyib: “Hava yağışlı idi deyə Taksimə silahla gəlməyin çətin olacağını düşündüm. Həm də Taksimdə çox adam olmayacağını Əbu Cihada yazdım. Bundan sonra ondan yeni təlimat gəldi. Dedi ki, bu saatda Taksimdə heç kim olmaz, “Reina” adlı bir klub var, orada terror törədə bilərəm. Taksiyə minib silahsız halda “Reina”ya getdim. Ətrafı izlədim, içəri girmədim. Əbu Cihaddan içəridən görüntü istədim. Mənə içəridə oynayanların videosunu atdı”. Qatil 39 nəfəri necə öldürdüyünü də danışıb: “Bel çantamda maqazinlər var idi. Əl çantasına da avtomatı qoydum. Bombaları cibimə qoyub “Reina”ya getdim. Yolda telefonumu sındırıb atdım. Qapının ağzında polis var idi. İçəri girmək üçün onu vurdum. İçəri girəndə hədəf seçmədən maqazinlər boşalana qədər ətrafa atəş açdım. Ardınca da iki əl bombası atdım. Kurtkamı niyə çıxardığımı xatırlamıram. Bombalarından biri əlimdə partladı, əlim yaralandı. Öldüyümü düşündüm. Az sonra huşum yerinə gəldi, ayağa qalxıb çölə çıxdım”. Terror aktından iki gün sonra Bakırköydə polis yoxlamasına ilişən Maşaripov necə qaçdığının detallarını da açıqlayıb. O deyib ki, Əbu Cihad bir nəfər göndərəcəyini bildirib. “Yolda maşınımızı polis saxladı. Arxada oturmuşdum. Polis diqqətlə mənə baxdı, biri isə başını pəncərədən içəri saldı. O an ona başından atəş açmağı düşündüm. Son anda fikrimi dəyişdim. Polislərə atəş açıb qaçdıq. Polis ardımızca gəldi, lakin bir müddət sonra izləməni saxladılar. Sonra maşından düşüb bir binada gecəyə qədər gözlədim. Silahı da orada gizlətdim. Əbu Cihada yazdım. Əbu Cihad dalımca bir iraqlı göndərdi. Mənə dedi, ölü kimi yaşa və heç bir yerə tərpənmə. Daha sonra isə elə həmin evdə yaxalandım”.
0 notes