Tumgik
#Əbubəkr
metbuat · 2 years
Text
İslamiada: 
Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları davam edir. Fanat.Az xəbər verir ki, yarışların altıncı günündə Azərbaycan idmançıları 10 idman növündə qüvvəsini sınayacaq. Stend atıcılığı (trap, kişilər və qadınlar şəxsi) 10:00 Ramil Rüstəmzadə, Əli Hüseynli, Tamerlan Məmmədov, Aydan Camalova, Alina Rəfixanova, Aydan Babayeva Taekvondo (kişi və qadınlar) 10:00 Patimat Abakarova (49 kq),…
Tumblr media
View On WordPress
0 notes
Photo
Tumblr media
I Peyğəmbərimiz həyatda ikən hədislərin yazılmasını qadağan etmişdir. Peyğəmbərimizin vəfatından sonra da dörd xəlifə olan Hz. Əbubəkr, Hz. Ömər, Hz. Osman və Hz. Əli hədis nəqlinə qarşı çıxmışdır. Eyni zamanda İbni Abbas və Abdullah ibn Məsud adındakı məşhur səhabələr də hədis nəqlinə qarşı çıxmışlar. Hz. Əbubəkrin xəlifəliyi dövrü: Əbubəkir, Peyğəmbərimizin vəfatından sonra xalqı toplamış və onlara belə demişdir: “Sizlər Allahın elçisindən fərqli hədislər nəql edirsiniz. Bu vəziyyətdə sizdən sonrakılar daha böyük anlaşılmazlıqlara düşəcək. Allahın elçisindən heç bir hədis nəql etməyin. Sizdən hədis nəql etmənizi istəyənlərə dəyin ki: Allahın Kitabı aramızda, onun halalını halal qılın, haramını haram görün.” (Zehebi, Tezkiratul Huffaz 1/3; Buxari 1-ci cild) Görüldüyü kimi ilk xəlifə Hz. Əbubəkir, Qurandan kənar başqa bir qaynaq ortaya çıxmaması barədə bunları yazmışdır: “Heç bir hədis nəql etməyin.” Diqqət yetirin “Bu qədər şahid olsa, bu hallar da olsa, doğru hədisi toplayın, yalanı atın, geriyə doğrusu qalsın…” kimi sözlər deməmiş, qəti şəkildə hədis nəql edilməməsini istəmişdir. Hz. Əbubəkir dövründə yaşayanların çoxunun Peyğəmbərimizi görənlər olduğunu və Peyğəmbərimizin bir çox sözünün ən təzə dövrü olduğunu düşünsək, Hz. Əbubəkirin bu mövzudakı rəftarı daha da mənalı olar. Hz. Ömərin xəlifəliyi dövrü Hz. Ömər digər şəhərlərdəki səhabələrə də məktublar yazaraq əllərində yazılı olan hədis məcmuələrini yox etmələrini istədi. (İbni Abdül Berr, Camiul Beyanil Elm) Hədislər, Ömər dövründə çoxalmışdı. Ömər xalqdan əllərində yazılı olan hədis səhifələrini gətirmələrini istədi. Sonra bunların yandırılmasını əmr edərək bunu dedi: “Kitab Əhlinin Mişnası kimi müsəlmanların Mişnasıdır bunlar.” (İbni Sad, Tabakat, 5/140) Hz. Ömər çox ağıllı düşünərək, musəvilərin dinlərini degenerasiya etmələrində, Tövrat xaricində Mişna adlı kitabları dini qaynaq etmələrinin təsirini görmüş və Peyğəmbərə aid edilərək dinin qaynağı halına salınmaq istənən hədislərin, bu Mişnaların funksiyasını qazanacağını anlamışdır. (ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #səhabə #xəlifə #batil https://www.instagram.com/p/Cf9FFpaM2e2/?igshid=NGJjMDIxMWI=
0 notes
listeliyi · 8 years
Link
via Evliliyinin altıncı ayında şəhid olan pilot - Əbu Bəkirin həyat hekayəsi VİDEO FOTO http://ift.tt/eA8V8J Aprel döyüşləri zamanı şəhid olan pilotumuz Əbubəkr İsmayılovun doğum günüdür. Yaşasaydı, bu gün qəhrəman pilotumuzun 27 yaşı olacaqdı. Əbu Bəkir İsmayılov 1990-cı ilin 10 fevral günündə Kürdəmir şəhərində anadan olub. Ailədə iki övladdan biri olan Əbu Bəkir ilk övlad olduğu üçün hamının sevimlisi olur. 1996- ci ildə 1-ci sinifə gedən Əbu Bəkir elə uşaq vaxtlarından hərbiyə marağı ilə seçilir. Uşaqlıqdan yaranan bu maraq Əbu Bəkiri ilk addımlar atmağa vadar etdi. 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olan gənc Əbu Bəkir bununla da uşaqlıq arzusunun ilk pilləsinə çatır. 2008-ci ildə həmin liseyi bitirir. Daha sonra o, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olur. Ali Hərbi təyyarəçilik məktəbini bitirdikdən sonra hərbi hissələrin birində xidmətə başlayır. Gənc baş leytenant ailə həyatı qurmaq üçün özünə bir qız da seçir. 2015-ci ilin avqustunda gənc pilot ailə həyatı qurur. Amma təəssüflər olsun ki, bu gün Əbu Bəkrin nişanəsi olacaq bir övladı yoxdur. Qəhrəman pilotun səmada son uçusu... Baş leytenant Əbu Bəkir İsmayılov da digər şəhidlərimiz kimi apreldə adlarını qızıl hərflərlə tarixə yazdıran igidlərdən oldu. Düşmənin torpaqlarımıza hücumu zamanı o da qisas hissi ilə ön cəbhəyə can atanlardan idi. Axı, qisas almaq onun kursant illərindən ən böyük arzusu idi. Səngərlərimizə hücum edən düşmənə layiqli cavab verən qəhrəman pilotumuz mayor Təbriz Musazadə və Urfan Vəlizadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmaya qatıldı. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vuruldu və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid oldu. Onların nəşi aprelin 10-u neytral ərazidən götürüldü. Bununla da Əbu Bəkr adı tarixin yaddaşında böyük hərflərlə yazılanlardan oldu. Əbu Bəkir İsmayılov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Əbu Bəkr İsmayılov meyxanaya, şeir yazmağa xüsusu həvəsi də olub. Məhəbbət gözlərdən axan yaş deyil Süzülüb yanaqda quruya sonda Sevgi dəryasına saldınsa meyl Çıxmağı düşünmə quruya sonda. Çıxma ki quruyar dəryanın özü Sevgidən nə əsər əlamət qalar Acı göz yaşına qərq edər bizi Yerində acı bir həqiqət qalar. Sevgi! Bu sözün altında dünyalar qədər Arzular,istəklər,ümüdlər yatır Əlimiz heç nəyə çatmasa əgər, Bu saf məhəbbətə,sevgiyə çatır Simsiz tar kimidir sevgisiz həyat Birində səs yoxdur birində məna İnsanı sevərək yaradıb Allah Sevilib yaranıb bu qoca dünya. Müəllifi Əbu Bəkir İsmayılov olan bu şeirdə o məhəbbəti öz sözləri ilə açmağa çalışıb. Qəhrəman pilotumuz haqqında onun hərbi məktbədə müəlliməsi olan Flora müəllimə böyük fərəhlə danışır. Flora müəllimə Əbu Bəkirlə bağlı bir hadisədə bu günə kimi özünü bağışlaya bilmir. “Əbu Bəkir mərd, məsuliyyətli, vətənini, xalqını sevən bir kursantım olub. Özü də çox məsuliyyətli oğlan idi. Bir gün kimya dərsi zamanı sinfə daxil olan kimi Əbu Bəkr ayağa qalxıb dedi : “Ürəyimə Qarabağ haqqında duyğular gəlib onu şeir formasında olarmı deyim?” Mən əvvəl meyxana formasında olduğu üçün etiraz etdim.Lakin o əl çəkmədi. Dedi: “müəllimə, şeiri deməsəm ürəyim partlayar.” Axır ki, razı oldum. Çünki kimya dərsi idi. 4 bənddən ibarət bir şeir meyxana formasında məni çox kövrəltdi.Özümü saxlaya bilməyib, ağladım. Əbu Bəkrin o vaxt hələ 16 yaşı vardı. Mən ona dedim ki, sənin ürəyində Qarabağ alovlanır. Cavabında dedi: “Müəllimə, Qarabağ yanır ürəklərdə onun söndürən biz olmalıyıq.” Martın 31-i axşam mənə yazdı ki, “ müəllimə, sizi elə istərdim görəm. Gəldim tapa bilmədim. Deyəsən, həmin gün dərsdə deyildiniz. Sizə deyiləsi sözüm var idi. ” Həqiqətən mənim o gün dərsim yox idi. Çox təəssüflənirəm ki, sevimli kursantımı son dəfə görə bilmədim. Yəqin deyəcəkdi qisas vaxtı çatıb. Mənə çox ağırdı onun haqda danışmaq. Anası kimi hər dərdini mənimlə bölüşürdü. “Mənim ikinci anamsız” deyirdi. Bu gün də Əbu Bəkir mənim üçün yaşayır. Flora müəllimə sevimli kursantının şəhid olduğu günü belə xatırlayır: “Aprelin 2-i günü mənə mesaj gəldi. Açdım, telefonu baxdım ki, Əbu Bəkirin şəkli vertolyotun üzərinə vurulmuşdu. İlk anda nə baş verdiyini anlamadım. Şoka düşdüm. Sonra yadımda heç nə qalmayıb. O günü xatırlamaq istəmirəm. Əbu Bəkir mənim xatirəmdə kursant illərimin sevimlisi kimi qalıb və qalacaq da. Şəhidlər ölmür...”
0 notes