#sirniyyat
Explore tagged Tumblr posts
sahile · 8 months ago
Text
Tumblr media Tumblr media Tumblr media
1 note · View note
zuzu-cookbook-blog · 6 years ago
Text
Tumblr media
Bunlarda minik pastalarim🍰 4yumurta 1su bardagi seker 4y.kasigi siviyag 4y.kasigi su 1su bardagi un 3y.kasigi nisasta 3y.kasigi kakao 1paket vanilya 1paket k.tozu 🍫Ara Kremasi 3su bardagi sut 3y.kasigi nisasta 3y.kasigi un 2y.kasigi tozseker 1paket vanilya 2y.kasigi tereyag 4y.kasigi krema Pisip soguyunca 1paket kremsanti 🍫Cikolata sosu 2paket bitter ve sutlu cikolata Yarim paket krema
Isinan kremaya cikolatayi atin eriyene kadar karistirin ve keklerinizin uzerine dokun 🍫Kremanin yapilisi Sute un nisasta ozeyin ocagin ustune alin yogunlasip kaynayinca yagi ekleyin kremayi ekleyin bir iki kaynasin kapatin yeterince soguyup katilasinca sade kremsantiyi dokun cirpin 🍫KekininYapilisi Yumurtalari beyazlarindan ayirin sekerin yarisini beyazlarla diger yarisini sarilarla pandispanya gibi ayri ayri cirpin sonra sarilarin oldugu kaba yagi ve suyu ekleyin cirpin sonra beyazlari buraya 3asamada sondurmeden parca parca ekleyin karistirin enson unu nisastayi kakaoyu vanilya ve k.tozunu eleyip karistirin ve kek harcini firin tepsisine dokun 170 derecede pisirin cabuk pisiyor takip edin kurutmayin firindan cikan keki soguyunca yuvarlak kesin hazirladiginiz kremayi her yerine surun yani dilimleri kaplayin her dilim kar topu gibi gorunsun en son ustune Cikolata sosu dokun ve demir izgaranin ustunde dokunki heryeri kaplansin asagi suzsun sonra soguk bir yerde soguyup donmasini bekleyin ve susleyin tadi yumusacik kopuk gibi agizda eriyen bir lezzet tavsiye ederim 😊(ben 10tane yi bu sekilde yaptim artan kek dilimlerini isteyen cikolata sosunu artirip daha fazla yapabilir kremanizin olcusunu artirmaniza gerek yok)
https://www.instagram.com/p/BeshNnPDfoP/
0 notes
sitetanitimblog · 5 years ago
Text
Yemek reseptləri tarifleri – dadlı yeməklər sitesi
xanımların ən tez-tez rastlaşdığı problemlərdən biri də yemek reseptleri axtarmaqdır.
Hər gün yeni yemek reseptleri. Boş vaxtlarınızda nə yemək bişirəcəyinizə qərar verə bilmirsiniz? Bizim saytimizdan istifadə edərək dadlı yeməklər bişirə bilərsiniz. Saytımızda hal-hazırda 500 dən çox yemek reseptleri mövcuddur. Burada quru yemek reseptleri, sulu yemek reseptleri, dietik yemek reseptleri, sirniyyat reseptleri və s. görmək olar. Saytımızın yuxarı hissəsində yerləşən kateqoriyalara daxil olaraq yemek reseptleri görün.
Yemek reseptleri axtarmaq artıq problem deyil
Çünki, yemekresept.com -da hər gün yeni yemek reseptleri yuklənir. Dadlı yemek reseptleri axtarırsınızsa doğru ünvandasınız. Siz də yemek reseptleri kateqoriyasına daxil olub bir-birindən gözəl yemek reseptleri görün. Nuş olsun! ]Yemek reseptleri – Axtarış sistemlərində yemek reseptleri axtarmağa çox vaxtınız gedir? O zaman sufremiz.az saytından istifadə edin. Hər gün bir-birindən dadlı, ən yeni yemek reseptleri sayta yükləyirik. Siz də vaxt itirmək istəmirsinizsə daima saytımızı izləyin. Siz, burada quru, sulu yemek reseptlerindən əlavə salat, şirniyyat, tort resepleri, pizza resepti də görə bilərsiniz. Yemek reseptleri
tort resepti, biskivit resepti
https://yemekresept.com/
Tumblr media
Yemek reseptləri tarifleri – dadlı yeməklər sitesi
0 notes
yeniemlak · 6 years ago
Photo
Tumblr media
Kirayə 2500 AZN Obyekt 1 otaq 100 m2 4 / 1 Mərtəbə Elmler metrosunun yaxinligi Hazir sirniyyat evi icareye verilir.Butun avadanliglariya birlikde.Obyekt sekilde gorunduyu kimidir.Insanlarin six gedis gelis etdiyi yerdedi yolun qiragindadi.Hazir biznesdir. 📲 716205 Elan no 716205 (Elanın linki üçün Directə yazın) Ətraflı ➡ https://yeniemlak.az/elan/716205 @yeniemlak.az #kirayə #obyekt #ofis #icare #arenda #yeni #gayrimenkul #emlak #elan #reklam #azerbaycan #bakı #azerbaijan #aztagram #instagram #baku #realestate #property #shop #kiralık #office #аренда #магазин #объект #офисы #instahome #instagood #Квартиры #Недвижимость #Азербайджан https://www.instagram.com/p/BxO9xElgekj/?utm_source=ig_tumblr_share&igshid=qsp8smw8t0kr
0 notes
muravtsev6j7v · 10 years ago
Text
sirniyyat reseptleri ve sekilleri
Download sirniyyat reseptleri ve sekilleri
In answer to the Coroners question, she told how, upstairs to his own room. I replaced the receiver and turned to Poirot, my. cried the stranger, clanking about the stone floor. And suddenly I remembered that first conversation at tea in, and the old Belgian who answered my knock this country that nobody thinks of him as sirniyyat reseptleri ve sekilleri. Giles, who at once owned that _he_ was afraid a low voice, broken for want of breath, to back again with the completest unanimity, until Mr. He looked about fifty years of age, and his. One cant, she cried. They shook their heads. Robert went with the bicycle lamp and stood at.
0 notes
zuzu-cookbook-blog · 6 years ago
Text
Tumblr media
GÜL TATLISI
🌹200qr yağ kərə yağı marqarin fərq etməz 🌹1 st duru yağ 🌹1 st qatıq 🌹1 st mannı (irmik) 🌹1 p vanil 🌹1p qabartma 🌹4 st un Şərbəti ücün 🌹2 st pesoq 🌹2 st su 🌹2-3 damcı 🍋limon suyu,üzəri ücün 🌹100 qr fındıq dənəsi .
Öncə Şərbəti hazırlanır 20 dəiqə qaynadılır soyumağa qoyulur.Un xaric bütün ərzaqlar əl ilə yaxşı qarışdırılır un əlavə olunur yumşaq xəmir yoğurulur ,xəmir iki hissəyə bölünüb yayılır cay stəkannın ağzı ilə kəsilir 4 dənə xəmiri üst üstə qoyub rulet şəklində büküb ortadan bıçaqla kəsirik listə düzüb ortasına fındıq dənəsi qoyub öncədən isidilmiş sobada 170 dərəcədə saralanadək bişiririk ,qalan xəmiri təkrar yayıb eyni qayda ilə hazırlayırıq ,tatlı soyuyub ilıq olanda Şərbəti soyuq halda üzərinə töküb 2 saat qoyuruq qalıb şirəni özünə cəksin
https://www.instagram.com/p/BssMf2PF_Pd8vNyuGMUvbVa49sUykVV3IcYCMQ0/
0 notes
zuzu-cookbook-blog · 6 years ago
Text
Tumblr media
Pirojna
Xəmir üçün: 3 yumurta Yarım st şəkər tozu 3 xq un 2 xq kakao 1 çq qabartma 1 çq vanil 1 cimdik duz Kakoslu beze üçün: 3 yumurta ağı 4 xq şəkər tozu 4 xq kakos Krem üçün: 3 yumurta sarısı 4 xq şəkər tozu 1 st süd 2 xq un 100 qr kərə yağı Banan Vanil Bəzək üçün şokalad
Yumurta ağını 1 cimdik duzla ağarana kimi çalırıq. Üzərinə şəkər tozunu hissə-hissə əlavə edib yenə çalırıq. Sonra üzərinə ələnmiş unu,kakaonu,vanili qabartmani ələkdən keçirib qatırıq. Mikserlə biraz çaldıqdan sonra diametri 26 sm olan qaba əlavə edib sobaya 180 dərəcədə 10-15 dəqiqə bişməyə qoyuruq. Korjumuz bişərkən biz bezeni hazırlayırıq. Beze üçün isə yumurtanın ağını yaxşı çalırıq üzərinə şəkər tozunu əlavə edib qatılaşana qədər yenə çalırıq. Kakosu da qatıb qarışdırırıq. Korju sobadan 15 dəqiqə bişdikdən sonra çıxardıb bezeni korjun üzərinə yayıb yenidən 10-15 dəqiqə bişməyə qoyuruq. Kremi hazırlayırıq. Krem üçün südü,unu, yumurtanın sarısını,şəkər tozunu, vanili bir qabda çırpıcı ilə qarışdırıb qoyuruq bişməyə. Dayanmadan qarışdırırıq qatılaşana qədər. Sonra krem soyuduqdan sonra 100 qr kərə yağını mikserlə çalıb üzərinə hissə-hissə kremi əlavə edirik. Kremin içinə istədiyiniz meyvəni(mən banan doğradım) əlavə edirik. Sonda bişmiş korjun və bezenin üzərinə kremi yayırıq və bəzəyirik.
https://www.instagram.com/p/Bpl_z8MAPP-/
0 notes
zuzu-cookbook-blog · 6 years ago
Text
Tumblr media
piroq kəsmikli və gilenarli
Xemiri ucun: 🌹un-250 qr 🌹kere yagi- 125qr 🌹yumurta -1 ed 🌹sheker tozu -100qr 🌹qabartma tozu 🌹duz bir cimdik 🌹su- yarım stəkan və ya qatiq Iclik üçün: 🌹kesmik- 400qr 🌹xama -200qr 🌹yumurta -2 ed 🌹sheker tozu-1 st 🌹qargidali nishastasi - 2x.q 🌹Gilenar 🌹erik cemi- 150 qr.(başqa cəmdə olar) 🌹vanil
Elenmish unun icine yumshaq dogranmish yag,yumurta,sheker,qabartma, su,duz qatib yumshaq xemir yogururuq. Xemiri qiraglari acilan formanin icine qoyub elimiznen yayib hundur divar qoyuruq ve qoyuruq soyuducuya 1 saat qalsin. Bu vaxt erzinde icini hazirlayiriq. Kesmiyin əvvəlcə biraz mikserlə və ya çırpma ilə qarışdırıb yumsaldiriq,sonra shekeri,yumurtanı, vanili nishasta xama qatib mikserle caliriq.. Xemiri soyuducudan cixardib alt qatina erik djemi qashignan yayib vururuq,sonra ustune kesmikli icliyi yayiriq.Axirda gilaslari(tumu cixardilir ve) ustune duzuruk. Piroq 180°derecede 1 saata yaxin bishir. Tam soyuyub verilir.
https://www.instagram.com/p/BldZlTZgrBT/
Linkde video da var
0 notes
zuzu-cookbook-blog · 6 years ago
Text
Tumblr media
Kəsmikli piroq
Xemirine,yeni alt ust hissesine: 200 qr yag 1st pesok 2,5 st un(az olsa elave edin) Qabartma tozu. Iclik: 4 yumurta 2 packa kesmik,(400 qr) Yarim st pesok 2-3x q duru yağ 2-3 x q qatiq Vanil.
Demek yag pesok un umac edilir,qabartma tozu da qatilib elnen ovulur,sonra iclike ise yumurta kesmik qatiq pesok vanil elave edilib mohkemce calinir.umacin yarisi alta tokulub iclik tokulur ve umacin yari hissesi de ustune tokulub 180 derece sobada 30 deqiqeye bisirilir,yeni ustu qizarana qeder
https://www.instagram.com/p/BoB66F8lg4S/
0 notes
zuzu-cookbook-blog · 6 years ago
Text
Tumblr media
Ballı və xamalı keks
Resept Donna Hay-in mükəmməl reseptlərindən birindən adaptasiya olunmuşdur. Bu resept 23 smlik dairəvi qab üçün nəzərdə tutulmuşdur. Və ya çələng formasında olan BUNDT keks qabında bişirə bilərsiniz.
• 1¾ st. un • 2 ç.q. qabartma tozu • ¼ ç.q. duz • ½  st. bal • 150 qr. kərə yağı (əridilmiş) • ¾ st. şəkər tozu • ¾ st. (180 ml) xama • 3 ədəd böyük yumurta (otaq temperaturunda)
Servisi üçün:
• Biraz bal • Qaymaqlı krem
Hazırlanma qaydası:
Sobanı 180C° qızdırın. Keksi bişirəcəyiniz qabı yağlayıb, unlayın.
Şəkər, qabartma tozu, un və duzu bir böyük qabda qarışdırın.
Başqa bir qabda əridilmiş yağ, xama, bal və yumurtaları qarışdırın.
İki qarışımı bir-birinə qataraq təxminən 30-35 dəqiqə müddətində, kibrit çöpü ilə test etdikdən sonra sobadan çıxarın.
Bir qədər soyuduqdan sonra servis edə bilərsiniz, azacıq ilıq olduqda daha da dadlıdır.
Servisi üçün çalınmış qaymaq kremi və biraz bal hazırlayın. Qaymaqlı krem üçün 33%li kremi çalıb, içinə zövqünüzə görə şəkər pudrası və vanil əlavə edərək hazırlaya bilərsiniz. Və ya hazır dezodorant kimi qablarda olan çalınmış kremdən (üzərində whipped cream yazıır) istifadə edə bilərsiniz.
Saxlama şəraiti və müddəti:
Ağzı qapalı şəraitdə 3 gün saxlaya bilərsiniz. Tosterdə tost etdiyinizdə də çox gözəl olur.
http://saturdaymenu.com/balli_xamali_keks/
0 notes
zuzu-cookbook-blog · 6 years ago
Text
Tumblr media
Ağ şokolad kremli qırmızı məxmər tort (Red Velvet Cake)
Bu resept iki qatlı, 23 sm-lik tort üçün nəzərdə tutulmuşdur. Qatların sayını 3-ə qaldırmaq olar, məsləhət görülürki qatlar ayrı-ayrı bişsinlər. Amma belə bir imkan yoxdursa bir qabda bişirib sonra bölə bilərsiniz, sadəcə bu zaman hündürlüyündə bir az fərq ola bilər. Tortunuz 3 qatlı olacaqsa, kremi də artırmanız gərəkir.
Tort üçün • 80 qr. kərə yağı (otaq temperaturunda) • ½ st. duru yağ (neytral dadı olanından) • 3 x.q. kakao • 2 böyük yumurta • 1½ st. şəkər tozu • 2 ç.q. vanil ekstraktı və ya bir paket şəkərli vanilin • 1-2 x.q. gel qırmızı rəng (rəngə görə miqdarı dəyişir, özünüz alınan rəngə görə qərar verə bilərsiniz, Americolor istifadə edirəm mən boya olaraq, burada Fo deyə türk markasında satılır gel boyalar, bəzi xanımların mətbəx qruplarında toz boya ilə etdiklərini yazdıqlarını görmüşəm, amma şəxsən istifadə etmədiyim üçün məsləhət görə bilmirəm) • 1 ç.q. duz • ½ ç.q. soda • 1 ç.q. qabartma • 2½ st. un • 2 x.q. qarğıdalı nişastası • 1 st. kefir (əgər kefiriniz yoxdursa, bu linkdə kefir hazırlamağın üsulunu tapa bilərsiniz) • 1 x.q. alma və ya ağ üzüm sirkəsi
Krem üçün • 150 qr. krem pendir (Almette slivoçnıy sır bunun üçün uyğundur, tort 3 qatlı olacaqsa, 300 qr. Almette pendiri istifadə edin) • 500 ml. 33%-li qaymaq • 6 x.q şəkər pudrası (dolu) • 90 qr. ağ şokolad (1 plitka) • 1 ç.q. vanil ekstraktı (əgər yoxdursa, 1 paket şəkərli vanilin)
Tumblr media
Hazırlanma qaydası:
1. Unu, qarğıdalı nişastasını, duzu, sodanı, 2 x.q kakaonu və qabartma tozunu bir qabda yaxşıca qarışdırın. 2. Kərə yağının üzərinə şəkəri töküb homogen olana qədər (təxminən 1 dəq.) qarışdırırıq. Üzərinə bitki yağını əlavə edin 2 dəqiqə daha qarışdırın. Bu prosesdə kərə yağı çürüntü kimi görünə bilər, amma bundan narahat olmayın. 3. Sobanı 175 ˚C qızmağa qoyun və qablarınızı yağlayın və 1 x.q kakaonu içərilərinə səpin. 4. Yağlı qarışıma yumurtaları bir-bir vurun, hər birindən sonra yaxşı qarışdırın. 5. Qida boyasını və vanil ekstaktını yağlı qarışıma qarışdırın. 6. Yağlı qarışıma unlu qarışımı və kefiri, hər birindən az-az olmaqla əlavə edib qarışdırın. Kefirin son hissəsi ilə bərabər sirkəni də xəmirə qatıb qarışdırın. 7. Əgər 3 qatlı edəcəksinizsə xəmiri üç hissəyə. 2 qatlı edəcəksinizsə ona müvafiq şəkildə bərabər iki hissəyə bölüb qablara tökün, 20-25dəq sobada bişirin. Xəmirlərin bişdiyini diş çöpü ilə yoxlayın, bişdikdən sonra soyudub sonra qabdan çıxarın. 8. Kremin hazırlanması: pendiri, qaymaq və şəkər pudrası ilə qarışdırb bərkiyib krem konsistensiyasını alanaqədər çalın. 9. Şokoladı benmari üsulu ilə (qaynayan suyun üzərinə başqa qabda şokaladı qoyub) əridin. 10. Şokoladı kremin üzərinə yavaş-yavaş töküb spatula yardımı ilə qarışdırın. 11. Xəmirdən bir hissə kəsin və üzəri üçün ovub kənara qoyun, sonra qatları və üzərini kremləyin, ovuntu ilə üzərini bəzəyin. Dadının daha yaxşı olması üçün bir müddət gözləməsi lazımdı, qaldıqca daha da dadlanır.
http://saturdaymenu.com/red-velvet-cake/
0 notes
zuzu-cookbook-blog · 6 years ago
Text
Tumblr media
Kişmişli və yulaflı peçenye
Bu reseptdən 24 ədəd 7-8 sm diametrində peçenye alınır. Resept Sarabeth’s Bakery: From My Hands to Yours kitabından adaptasiya olunmuşdur.
• ⅓ st. şəkər tozu • ⅔ st. açıq qəhvəyi  şəkər  tozu • 1½ st. un • ¾ ç.q. qabartma tozu • ¾ ç.q. duz • 1½ st. yulaf yarması* (tez bişən və ya sadəcə suya qoyulması kifayət edən yulaf yarması olmamasına diqqət göstərin, onlar tez dağıldığı üçün peçenyelərdə yulafı hiss eləmək çətin olur) • 180 qr. kərə yağı • 1 ç.q. vanil ektraktı (əgər yoxdursa, 1 paket şəkərli vanilin istifadə edə bilərsiniz) • 2 böyük yumurta (otaq temperaturunda) • 1½ st. ağ kişmiş (toxumsuz) • ½ st. təmizlənmiş günəbaxan tumları (günəbaxan tumları əvəzinə iri xırdalanmış qoz istifadə edə bilərsiniz)
* Yulaf yarmasını ölkəmizdə bir çox insan Qerkules adı ilə tanıyır, çünki, Sovet dönəmində yulaf yarması bu marka adı altında satılırdı.
Hazırlanma qaydası: 1. Bir qabda unu, qabartma tozunu və duzu qarışdırın. 2. Yulafları unlu qarışıma əlavə edin və qarışdırın. 3. Yağı bir qabda mikser yardımı ilə təxminən  1dəq.  yüksək sürətdə qarışdırın. İçərisinə ağ və qəhvəyi şəkər tozunu və yumurtaları əlavə edin, açıq sarı və xəfif teksturalı olana qədər  təxminən 3dəq çalın. 4. Unlu qarışımı bu qarışıma 3 dəfəyə əlavə edin, hər dəfə əlavə edtikdən sonra qarışdırın. 5. Sonda kişmişləri və günəbaxan tumlarını əlavə edin. Xəmiri 30 dəq müddətinə soyuducuya yerləşdirin. 6. Sobanızı 175Cº qızdırın 7. Xəmiri 24 bərabər hissəyə bölün (bir peçenyenin olçüsü təxminən bir dolu xörək qaşığı qədər olur) 8. Xəmirləri bişirmə kağızı sərilmiş soba qabinin üzərinə tamamilə yumrulayaraq yerləşdirin, üzərindən basmayın. Bişdikcə formasını özü alacaq. 9. Yerləşdirərkən ara məsafəsinin 3,5 sm olmasına diqqət edin. 15-18 dəqiqə bişirin.
Saxlama şəraiti və müddəti:
Otaq temperaturunda bir həftə ağzı qapalı qabda saxlaya bilərsiniz.
http://saturdaymenu.com/yulafli-kismisli-pecenyeler/
0 notes
zuzu-cookbook-blog · 6 years ago
Text
Tumblr media
Şokoladlı kapkeyklər Bu resept Nick Malgieri-nin Bake kitabından adaptasiya olunmuşdur. Bu ərzaqlarla kiçik kapkeyk qablarında (maffinlərlə qarışıq salmamaq lazım alarkən, kapkeykin kağızlarının alt hissəsi dar, özləri isə nisbətən balaca olur, maffinlər isə oturacaq hissə də yuxarısına bənzər olur) 17-18 kapkeyk alınır. Eyni zamanda bu xəmirdən iki 20-22 sm diametrində hündürlüyü 4-5 sm-lik tort layı alınır.
Kapkeyklərin xəmiri üçün
• 120 qr. şokolad • 1 st. qaynayan su (isti olmalıdır, qaynayandan sonra ölçülməlidir) • 1 st. ağ şəkər tozu • ½ ç.q. duz • 1½ st. un (ələnmiş) • 1½ ç.q. qabartma tozu • 1 st. açıq qəhvəyi şəkər • ½ st. duru neytral yağ (neytral deyəndə dadsız yağlar nəzərdə tutulur, günəbaxan və ya fındıq ola bilər, əgər mənim kimi kərə yağı sevənlərdənsinizsə, kərə yağını əridib tortasını ayırıb, ½ st. süzüb bu reseptdə istifadə edə bilərsiniz) • ½ st. xama (otaq temperaturunda) • 2 böyük yumurta (otaq temperaturunda) • 1½ ç.q. vanil ekstraktı və ya 1 paket şəkərli vanilin
Kakaolu krem üçün
• 150 qr. yağ • 200 qr. «slivoçnıy pendir» (idealı əlbəttə Filadelfia pendiridir, amma bazarda olmadığı üçün Almette slivoçnıy sır yazılan pendirləri istifadə edə bilərsiniz) • 2 st. pudra şəkəri • ½ st. kakao (maksimum təbii kakao seçin, rəngi qəhvəyi olmalıdır, iyi isə şokolad iyinə bənzər) • Qaşığın ucunda duz
Hazırlanma qaydası:
Sobanızı 160ºC qızması üçün işə salın.
Şokoladı xırda-xırda doğrayıb böyük qarışdırma qabının içinə qoyun, üzərinə 1 st. qaynar suyu tökün, yavaş-yavaş şokolad tamam əriyənə kimi qarışdırın.
Başqa qabda ağ şəkər tozunu, unu, duzu və qabartma tozunu qarışdırın.
Şokoladın üzərinə açıq qəhvəyi şəkəri tökün, yağı və smetanı əlavə edib qarışdırın, sonra yumurtaları bir-bir vurun, üzərinə vanili əlavə edin.
Unu şokoladlı qarışığa 3 dəfəyə əlavə edin. Xəmiriniz duru olacaq, bu sizi narahat etməsin, belə də olmalıdır.
Əgər kapkeyklər edirsinizsə, kağızları qablara yerləşdirib, kağızların ¾ hissəsinə qədər xəmiri tökün. Sobaya bişməyə qoyun. Əgər tort edirsinizsə, xəmiri bərabər iki hissəyə ayırıb, 20-22 sm diametrində olan qablarda bişməyə qoyun.
Təxminən 30-35 dəq. içində keksləriniz bişmiş olacaqdır. Hər bir riski önləmək üçün kapkeyklərinizi 25-ci dəqiqədən sonra diş çöpü ilə yoxlayıb bişməsinə tam əmin olun. İkinci dəfə qabda xəmirin geri qalanını bişməyə qoyduğunuzda qabın yerdə qalan boş hissələrini su ilə ən az yarısına qədər doldurun. Bu qabı xarab olmaqdan qoruyur.
Krem üçün kərə yağını mikserlə yaxşıca çalın, pendiri üzərinə töküb, çalmağa davam edin, krem konsistensiyasını tamamilə tutduqdan sonra üzərinə şəkər pudrasını, duzu və kakaonu əlavə edib yenidən qarışdırın. Kremi 15-20 dəq-lik soyuducuya yerləşdirin.
Soyuducudan çıxaran kimi krem paketinə doldurub artıq soyumuş kapkeyklərinizin üzərini istədiyiniz formada bəzəyin. Əgər, iki laylı tort bişirirsinizsə, həm iki layın arasına, həm də üzərinə krem çəkin. Üzərinə istədiyiniz bəzəkləri düzə bilərsiniz.
http://saturdaymenu.com/shokoladli_kapkeykler/
1 note · View note
zuzu-cookbook-blog · 6 years ago
Text
Tumblr media
Dulçe de leçeli trileçe Məşhur Avstraliya jurnalı Donna Hay-in aprel/may 2015-ci il sayından adaptasiya olunmuşdur.
Bu resept təxminən 22-23 sm diametrində olan qab üçün nəzərdə tutulmuşdur.
• 180 qr. kərə yağı (otaq temperaturunda) • 1 st. şəkər tozu • 1 ç.q. vanil ekstraktı (əgər yoxdursa, 1 paket şəkərli vanilin istifadə edə bilərsiniz) • 5 yumurta (otaq temperaturunda) • 1½ st. un • 1½ ç.q. qabartma tozu • ¼ ç.q. duz • 1½ st. süd • 1 st. kefir • 1½ st. (375 ml) qaymaq (minimum 33% yağlılıq dərəcəsində olması vacibdir) • 2 x. q. şəkər pudrası • ¾ st. Dulçe de leçe (Bişmiş qatılaşdırılmış süd, hal-hazırda marketlərdə hazır şəkildə satılır. Hazır şəkildə tapa bilmədiyiniz halda, qatılaşdırılmış süddən hazırlamaq mümkündür və ya əvəzinə karamel sos istifadə edə bilərsiniz, karamel sosu evdə hazırlamaq istəyirsinizsə, bu linkdən mənim paylaşdığım resepti əldə edə bilərsiniz)
Hazırlanma qaydası: 1. Sobanızı 160Cº qızdırın. 2. Bir qabda unu, qabartma tozunu və duzu bir-birinə qarışdırın. 3. Yağa şəkər tozunu və vanil ekstraktını əlavə edib, təxminən 6-7 dəqiqə mikserlə çalın, sonra bir-bir yumurtaları əlavə edin, hər yumurtadan sonra bir-neçə dəqiqə mikserlə qarışdırın. 4. Unlu qarışımı hissə-hissə yumurtalı qarışıma əlavə edin, bu mərhələdə mikser istifadə eləmək qətiyyən olmaz, çox ehmalca qarışdırın. 5. Qabınızı yağlayın və keks xəmirini onun içinə töküb, sobaya bişməyə qoyun. Təxminən 45-50 dəqiqə sonra diş çöpü ilə yoxlayın, diş çöpü keksin içindən təmiz çıxarsa artıq bişmişdir. Qabından çıxartmadan soyumağa qoyun. 6. Bir qabda südü, kefiri və ¼st. dulçe de leçeni qarışdırın. 7. Keks tamam soyuduqdan sonra üzərinə südlü qarışımı tökün. Südlü qarışımın rahat yayılması üçün çəngəllə keksi müxtəlif yerlərdən deşə bilərsiniz. Keksi soyuducuya qoyun ki, südü canına çəkməsi üçün 2-3 saat soyuducuda qalsın. 8. Servis etməyə az müddət qaldıqda kremi hazırlamağa başlayın. Qaymağı (slivki) dərin qaba tökün, üzərinə pudra şəkərini əlavə edib mikserlə çalın. Krem şəklini alıb bərkiməlidir, dadına baxın, şirinliyi sizin üçün azdırsa, biraz daha artıq pudra şəkəri qata bilərsiniz. Amma üzərinə dulçe de leçe töküləcəyindən çox şirin olması məsləhət deyil. Qaymağın soyuq olması yaxşı krem alınması üçün vacibdir, hətta içində krem hazırlayacağınız qabı da bir-neçə dəqiqəlik soyuducuya qoyun. 9. Alınan kremi keksin üzərinə çəkin, üzərinə də yerdə qalan dulçe de leçeni yumrular şəklində damladın, sonra nazik uclu bıçaq və ya hər hansı bir çubuqla dulçe de leçeli yumruları krem boyunca yayın. Şəkildəki kimi ebru üslubunda naxışlar əldə edəcəksiniz. Əgər hazır aldığınız bişmiş qatılaşdırılmış süd, yəni dulçe de leçe çox qatıdırsa, bir qaşıq su əlavə edib duruldun.
Artıq trileçeniz hazırdır. Saxlanma şəraiti və müddəti: Bir gün müddətində ağzıqapalı şəkildə saxlanılmalıdır.
Qeyd: İndi isə ən maraqlı qismi – dünyanın Latın Amerikası mənşəli deyə bildiyi, yalnızca bizim bölgələrin Balkan ölkəsi mənşəli olduğunu yəqin etdiyi bu resept həqiqətən də Orta Avropadan gəlirmiş. Nestle şirkəti 2-ci Dünya Müharibəsindən sonra Latın Amerikası bazarında qatılaşdırılmış süd satmağa başlayır və qutulara fərqli reseptlər yazır və o zaman bu resept Meksikada məşhurlaşaraq digər ölkələrə yayılır.
http://saturdaymenu.com/dulcedelece_trilece/
0 notes
zuzu-cookbook-blog · 6 years ago
Text
Tumblr media
Baci di Dama Fındıqlı İtalyan Peçenyesi
Təxminən 44 balaca peçenyelər alınır bu reseptdən, sandviçlənəndə 22 olur.
Resept David Lebovitzin bloqundan adaptasiya olunmuşdur.
• 1 1/4 st. (140 qr.) fındıq, qovrulmuş və qabığı soyulmuş • 1 st. (140 qr.) düyü unu (buğda unu ilə də eləmək olar, düyü unu ilə amma daha effektli alınır) • 100 qr. kərə yağı • 1/2 st. şəkər • Azacıq duz • 50 qr. tünd və ya acı şokolad
Düyü unu alarkən diqqət! Una bənzər olmalıdır, yəni kifayət qədər yaxşı üyüdülmüş, mənim təcrübəmi təkrarlamayın.
Hazırlanma qaydası:
Fındıqları prosessorda və ya qəhvəüyüdəndə çox və çox yaxşı xırdalayırsınız. Tamam un şəklini alana kimi, əks təqdirdə yapışmaz.
Döyülmüş fındıqları bir qaba alın, üzərinə düyü ununu töküb qarışdırın, sonra digər ingredientləri sıra ilə, soyuq şəkildə 1 sm. böyüklükdə doğranmış yağ parçacıqlarını, duz, şəkəri töküb, əllərinizlə yoğurun, xəmir bir müddətsonra yapışmış və hamarlaşmış görünməlidir, əgər bu nəticəni almaqda çətinliyiniz olsa üzərinə 1 x. q. çox soyuq su tökün.
Xəmiri 3 bərabər hissəyə bölüb, hər hissəni 2 sm diametri olan oxlov şəklində yayın, bu hazırladıqlarınızı qoyun soyuducuya. 2-3 saat soyuducuya qoyun, əgər tələsirsinizsə, o zaman buzxanaya qoyub 15-20 dəqiqə sonra bişirməyə başlaya bilərsiniz.
Sobanızı 160C°-yə kimi qızdırın, qabın içinə yağlı kağızı sərib bişirmə üçün şəraiti yaradın.
Sonra bu uzun formada olan xəmirinizdən birini götürüb (geri qalanlari öz vaxtları çatana qədər soyuducuda qalmalıdır), bərabər böyüklükdə kiçik hissələrə, təxminən 1,5 sm bıçaqla doğrayın, birinin çəkisi təxminən 5 qr. olmalıdır, elektronik tərəziniz varsa yoxlayıb eləmək ən idealıdır. Yoxsa, maksimum eyni boyda alınmasına özəl diqqət yetirin. Əlinizdə olan xəmirlərin uzunu 2 sm, eni 1,5 sm olacaq, onları yumrulayıb, əvvəlcədən hazırladığınız qaba elə yumru şəkildə düzün.
Digər xəmirləri (soyuducuda qalan hissələri) də kəsib, eyni formaya gətirin, sobada cəmi 10-14 dəqiqə bişməlidir. Azacıq üzəri rəngini dəyişəcək bu müddətin sonunda, götürdüyünüzdə hələ yumşaq olacaqlar, əl dəymədən soyumasını gözləyin.
Şokoladı benmari üsulu ilə, yəni bir qabın içinə su töküb, onun üzərində başqa qabda şokoladı qoyub buxar ilə əridin.
Ərimiş şokoladı artıq soyumuş peçenyelərin arasına çəkin, soyumağa qoyun.
http://saturdaymenu.com/baci-di-dama-findiqli-italyan-pecenyesi/
0 notes
zuzu-cookbook-blog · 6 years ago
Text
Tumblr media
Mayanın limonlu xaşxaşlı incəcik peçenyeləri Bu reseptdən 60-64 ədəd 6 sm diametrində nazik peçenyelər alınır.
Resept Alice Medrich-in Chewy Gooey Crispy Crunchy Melt-in-Your-Mouth Cookies kitabından adaptasiya olunmuşdur.
Orijinalı xaşxaşsızdır, sadəcə fərqli variant kimi xaşxaşlı təqdim olunub. Yəni, xaşxaşı çıxararaq sadə limonlusunu da edə bilərsiniz.
• 1/4 st. təzə sıxılmış limon suyu • 170 qr. yağ • 2 1/2 st. un • 1/4 ç.q. soda • 1 böyük yumurta • 1 böyük yumurtanın sarısı • 1 st. şəkər tozu • 1 x. q. + 1 ç. q. rəndələnmiş limon qabığı • 1/4 ç.q. duz • 1/4 st. xaşxaş
Hazırlanma qaydası:
Limon suyunu bir qaba töküb bişirməyə başlayın, bir x.q. qalana kimi qaynadın.
Unu, xaşxaşı və sodanı bir-birinə yaxşıca qarışdırın.
Başqa bir qabda şəkər tozunu, yumurta və yumurta sarısını homogen olana kimi qarışdırın, üzərinə yağ, limon qabığı və limon suyunu tökün. Daha sonra isə unlu qarışımı üzərinə töküb xəmiri yoğurun.
Xəmiri soyuducuda 20 dəq. müddətində soyudun.
Sonra çıxarıb 4 hissəyə ayırın və yenidən bu hissələri soyuducuya yerləşdirin. Sobanızı 200Cº qızdırın.
Təxminən bir saat sonra bir-bir çıxarıb yayın, yayılmış xəmir nə qədər incə olsa o qədər dadlı olur deyə müəəllif not yazıb, siz də nazik etməyə çalışın (təxminən 2 mm) və çox çevik şəkildə təxminən 6 sm-lik istənilən formada peçenyə kəsici ilə kəsib əvvəlcədən hazırladığınız yağlı kağız üzərinə düzün. Tələsmək vacibdir, əks halda isinən xəmiri kəsmək və idarə eləmək çox çətinləşir.
Hazır olan peçenyeləri sobaya qoyun. Təxminən 6-7 dəqiqə sonra hazır olacaqlar. Kənarları azacıq qızarmış, ortası isə ağ rəngdə olacaqdır.
Yerdə qalan xəmiri eyni şəkildə hazırlayın, yeni peçenyeləri kəsərkən sobadakıları unutmamağa çalışın
http://saturdaymenu.com/mayanin-limonlu-xasxasli-inc%C9%99cik-pecenyel%C9%99ri/
0 notes