#qolları
Explore tagged Tumblr posts
ogunbugundur · 4 months ago
Text
ən pis hisslərdən biri də odur ki, sevdiyiniz birini qucaqlayırsınız, amma onun qolları yanında qalır.
14 notes · View notes
looklikethai · 1 year ago
Text
Yeni il işıqları eynəksiz daha gözəl görünürlər.
Bunu düşünəndə fərqinə vardım ki, bəzən nələrisə aydın görməmək daha böyük zövq və xoşbəxtlik verə bilir. Bəlkə də elə buna görə bəzən sevdiyimiz məqamlarda aydın görməməyi seçirik.
-----
Bu aralar əlim çatmaz, ünüm yetməz insanlar üçün darıxıram. Darıxdığın insana sadəcə səsini eşitmək üçün zəng edə bilməmək necə çətin imiş.
-----
Bu aralar ən çox necəsən suallarından yayınıram. Açığı necə olduğumu özüm də bilmirəm ki izah edəm.
-----
Bu aralar özümü təqdim edəndə nələri qeyd etməliyəm bilmirəm. Daha əvvəllər etməyi sevdiyim məşğuliyyətləri artıq etmirəm. Getdikcə məndən geriyə bir mən qalmır hissinə qapılıram. Artıq daha çox qrammatik səhvlər edirəm, amma daha az buna fikir verirəm.
-----
Deyəsən, necəsən sualından sonra qaçdığın sual "nə edirsən"-di. Nə edirsən, nə istəyirsən, nə gözləyirsən, arzuların nədir. Özümlə bağlı heç bir suala artıq cavab verə bilmirəm.
Bəlkə də əvvəllər də tam özüm olmamışam, ona görə də "etməyi sevirəm" dediyin heç nəyi sözün əsl mənasında bacarmıram. Hər sahədə dayaz qalmışam, dərinə getməmişəm, ona görə də planktonlar kimi axıntıya məğlub oluram, dərinə gedib tutuna bilmirəm.
Bəlkə də heç bir zaman nə istədiyimi həqiqətən bilməmişəm və özüm olmamışam. Özümü daim idarə edilən marionetlər kimi hiss edirəm. İdarəsiz qalanda qolları aşağıda sadəcə gözləyirəm.
Ona görə 2024 üçün hədəflər yazanda nə yazacağımı bilmirəm, deyəsən ilk bənd özünü anlamaq olmalıdır, amma bu özlüyündə o qədər abstrakt səslənir ki, hardan başlayasan, necə başlayasan.
27 notes · View notes
rftdamir · 7 months ago
Text
2. Hissə ( Son )
Göz altının şişliyi bir xeyli çoxalmış , yorğunluğu danışırmış kimi gözə çarpırdı.
Qalxdı addımladı hara gedəcəyini bilməzcəsinə . Addımlarındaki isdəksizlik onu yavaşladırdı . İri gözlərini səkidən ayırmırdı . Düşünməyi faydasız idi ama düşünməməyi bacarmırdı . Səhərin quru, soyuq küləyi üşüməkdə olan ruhuyla çarpışdı . Ruhsal üşümüşlüyü dərindən hiss etdi . Səssiz, qaranlıq və soyuq bir yerin içinə sovruldu . Boşluqda savruldu , yük oldu əlləri vücuduna, hara qoyacağını bilmədi . Cibinə qoymağı düşündü , cibləri düşünməyi ertələdiyi mövzularla doluydu . Köksünə qoymaq isdədi ama sıxışan qəlbini daha çox ağrıdacaqdı . İsdəksizləşdi , buraxdı qollarını sonsuzluğa buraxırmışcasına . Çiyinlərindəki yüklərlə bərabər çökmüşdü qolları . İndi ən çox ehtiyacı olan birisinin onu qaldırmağı , güc verməyi idi . Acizliyinin verdiyi qəzəb yavaş yavaş hüzünə dönüşdü . Artıq dayanmaq isdəmədiyini anladı və bir anda qərar verdi . Özünü ayırdı dünyadan vecsizcəsinə . Tək isdədiyi sonsuz zamanda sonsuz yuxuydu . Dəfələrcə düşünmüş və müxtəlif ssenarialar qurmuşdu bunun üçün . Heç birini etmədi . Yaşam isdəyindən əl çəkməyi və məsuliyyətlərdən qurtulma hissi bütün vücuduna yayıldı . Bir dəfə dərinlərdən gələn ilahi hisslərlə hüzurla gülümsədi . Bəlkə də bitişdə axtardığı başlanğıc ən yaxşısl olacaqdı . Özünü gözlənilməz bir şəkildə dənizin maviliyinə təslim etdi . Son gördükləri , sonsuz bir göy üzü və öldürən mavilik oldu .
10 notes · View notes
awesomeiskra · 1 year ago
Text
Ən yaxın dostu ilə düşmən oldu, Stalinin həyatını xilas etdi, Maksim Qorki onun haqqında yazdı – Qaçaq Kərəm kim idi?
Qaçaq Kərəm (Kərəm İskəndər oğlu) 1860-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olub. Molla Zalın nəvəsi, Nəcəflilər soyunun ulu babası olan Qaçaq Nəcəfin qardaşı nəvəsi, silahdaşlarından olan Balasöyünün dayısı oğludur. Onun atası İsgəndər kəndlilərin haqqını müdafiə etdiyi üçün qolları qandallanıb, Sibirə sürgün edilir. Continue reading Untitled
Tumblr media
View On WordPress
0 notes
ilhameabbasyusifqizi · 2 years ago
Text
Sarıl şəhidinə, ağla qərənfil...
Tumblr media
Sarıl şəhidinə, ağla qərənfil... ... Uzanıb şəhidin sinəsi üstə, Ağla sevgilinə, ağla qərənfil. Dağıt ləçəyini qolları üstə, O Vətən gülünü qoxla qərənfil.... ... O, sənin uğruna canından keçdi, Ömründən, günündən, qanından keçdi. Gəncliyin ən şirin çağından keçdi, Qucaqla qəbrini ağla qərənfil... ... Qoymadı güllələr sizə dəyməsin, Qıymadı ləçəyin yerə düşməsin. Körpə fidanların tezcə ölməsin, Sarıl şəhidinə, ağla qərənfil... ... Gəlin ziyarətə darıxmasınlar, Onları nəsillər unutmasınlar. Hardasan söyləyib, çağırmasınlar, Bayatı söyləyib, ağla qərənfil.... ... Torpağa qovuşub, Vətən oldular, Ölümsüz ruhuyla Cənnət oldular. Əbədi günlərə bahar oldular, Azadlıq eşqinə ağla qərənfil, Əbədi baharçün ağla qərənfil.........18.01.2018..(İlhamə Abbas Yusifqızı...)
0 notes
yazar-7 · 2 years ago
Text
1 buket deyil, 1 ədəd gül tax Səni Sevən Qadın'ın Saçına (qulağına) Uşaq Tək Sevinib Zəif qolları ilə Sənə sım-sıxı Sarılacağına Şahid olacaqsan..😌💙
1 note · View note
metbuat · 2 years ago
Text
Millimiz Qazaxıstana uduzdu
Futzal üzrə Azərbaycan millisi yoxlama oyunu keçirib.  Metbuat.org xəbər verir ki, Joze Alesio da Silvanın rəhbərlik etdiyi millimiz Qazaxıstan yığması ilə qarşılaşıb.   Aktaudakı “Halyk Arena”da baş tutan matçı yerli hakimlər Talqat Kosmukhambetov, Turekhan Tursumbayev və Roman Dzusov idarə ediblər.   Qarşılaşma meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisindən…
Tumblr media
View On WordPress
0 notes
azeriyem · 3 years ago
Text
yazmir deye uzulmeyin pozitiv olun bəlki də qolları qopdu
199 notes · View notes
ismailovapari · 3 years ago
Text
Tanrı qolları sizə birini arxadan itələyin deyə vermədi. Qucaqlayıb yarasını sağaldın deyə verdi.
10 notes · View notes
akhmedofha · 4 years ago
Text
Bir qadın sev...
Makyajla bəzənməyi deyil, kitab rəfini kitablarla bəzəməyi sevən. Qızıl qiymətinə olan ətirlərlə deyil, qızıldan da qiymətli Cavid, Müşfiq, Dilbazi şeirləri qoxan. Dizləri başının, qolları kürəyinin ana vətəni olan. Ən şirin halları küsəndə dodaq büzmək, kitab oxuyarkən qaşlarını çatmaq olan. Səni dinləyəndə təbəssüm edərək dodaq qaçırdan, anlamayanda isə anlamsızca məsum-məsum üzünə baxan. Gözləri Şövkət Ələkbərova mahnıları kimi hüzur verən. Çobanyastığı çələngləri belə saçının üstündə solğun görünən. Dodaqları yanaqlarına toxunanda bütün dərd-sərini söküb aparan. Əlləri yarana məlhəm olan, gülüşünə dünyanın bütün xoşbəxtliklərini sığdıran. İtirməkdən dəli kimi qorxacağın. Saç uclarından ayaq barmaqlarına qədər heyran olacağın. "Sevirəm" desə səs tellərini öpmək istəyəcəyin, üz-üzə gəlsəniz dizlərinin əsəcəyi, sadəcə o var deyə dünyanın gözlərində göyqurşağından daha rəngli görünəcəyi, hətta gözlərindəki parıltını günəşin qısqandığı, kirpiklərinə göz yaşlarının belə qıymadığı, onu doyunca seyr etməyə bir ömrünün belə kifayətsiz qaldığı, çiyinlərini dünyanın ən gözəl güşəsi sandığın, digər qadınlardan fərqli olduğuna inandığın bir qadın sev.💙🪐
91 notes · View notes
alirzayef · 4 years ago
Text
Mən intihar edən şəxsin ağlından keçən son düşüncəyəm. Geri dönüşün olmadığını bilə-bilə keçirtdiyi peşmançılıq hissiyəm. Hər şeyi məhv etdiyi an hər şeyin əslində necə də gözəl ola bilmə ehtimalını görüb ölüm ayağında qurduğu xəyalam. Həyatda qalma çabası sərf edib sonda yaşadığı xəyal qırıqlığıyam. Boynundakı kəndir cəlladın qolları kimi boğur onu. Bəlkə 5 ya da 10 saniyə ərzində ruhu göylərə çıxacaq amma mən ona əzab verən xatirələr toplusuyam. Mən həyatam.
22 notes · View notes
mancerra · 4 years ago
Text
Bilsəydim böyüsəm qocalacaqsan, Böyümək olmazdı diləyim, Ana Nəfəsin isidir soyuq dünyamı, Eşqinlə döyünür ürəyim, Ana * Qayğısız illərə qayıtmaq üçün Kaş, dönüb yenidən uşaq olaydım. Baş qoyub anamın qolları üstə, Şirin laylasına yatıb qalaydım * Ana laylasıtək varmı bir bəstə O notsuz yazılıb incədən incə Laylasız yatdığım bir ömrə dəyər, Laylanla yatdığım şirin bir gecə * Var olmaq səbəbim, varlığım, ana, Sənsən həyatımın şanı, şöhrəti. Qızıldan taxt tacım olsa da yenə, Anasız dünyanın yoxdur qiyməti
3 notes · View notes
psixologiyaze · 4 years ago
Text
Dəfnə ağacı haqqında əfsanə!
Zevsin oğlu olan işıq, musiqi, şeir tanrısı- Apollon çay kənarında gözəl qız görür və ona aşiq olur. Həmin gözəl qızın adı Daphne yəni, Dəfnə idi. Apollon Dəfnəyə yaxınlaşmaq istəyərkən, qız qaçmağa başlayır. Çünki, tanrılarla sevişən qadınların başına fəlakətlərin gələcəyindən xəbərdar idi. Lakin Apollon Defnəyə yaxınlaşır və onu tutur. Dəfnə dərhal əlləri ilə yeri qazıb qışqırır: Ey ana torpaq məni ört və gizlət! Qızın yalvarışları qəbul olur. Dəfnə yavaş-yavaş ağırlaşdığını hiss edir, sinəsi ağaca, qolları budaqlara, saçları yarpaqlara dönür. Ayaqları isə kök olub torpağın dərinliyinə qədər gedir. Beləliklə, gözəl qız Dəfnə ağacına çevrilir. Bu mənzərədən kədərlənən Apollon, ağacın gövdəsinə sarılaraq hələ də qızın ürəyinin döyüntüsünü eşidir və deyir: Dəfnə, bundan sonra sən, Apollonun müqəddəs ağacı olacaqsan. Heç vaxt solmayan və tökülməyən yarpaqların başımın çələngi olacaq. Qəhrəmanlar, döyüşdə zəfər çalan igidlər hər zaman sənin yarpaqlarınla alınlarını bəzəyəcəkdir. Mahnılarda, şeirlər də adımız birlikdə çəkiləcəkdir.
Bu sözlərdən təsirlənən Dəfnə, budaqlarını aşağı əyərək Apollona öz hörmət və minnətdarlığını göstərir. Apollonun dəfnə yarpaqlarından düzəltdiyi həmin tac emblemə çevrilir. Və o gündən bu zamana qədər yarışlarda, şər məclislərində və döyüşlərdə qalib gələn hər kəs dəfnə ağacının budaqları ilə mükafatlandırılır.
37 notes · View notes
ilhameabbasyusifqizi · 2 years ago
Text
Sarıl şəhidinə, ağla qərənfil...
Tumblr media
QƏRƏNFİL  ŞƏHİD   QANI... AĞLA, QƏRƏNFİL, AĞLA... ... ...Sevmirəm   qərənfilləri...O   gündən  sonra,sevmirəm...O  ğünə  kimi  bütün  sevənlərin, toy   xonçalarının   bəzəyi   idin...İndi  də  bəzəksən ŞƏHİDİMİN   məzarınlarına...Vətənimin, torpağımın  qeyrətli  balalarının   tökülən  qanısan  sanki...Həmin  gündən  sonra  yollara  düzüldün, ŞƏHİDİMİN   töküldüyü   qanlarının  yerində  açdın, qərənfil...Elə  ona  görə  səni  sevmirəm...ŞƏHİDİMİ  xatırladırsan  mənə...Sənin də  bəxtinə  boynubüküklük  düşdü, incə  gülüm...Üzümüzə  dik  baxa  bilmədin sən  də... Xalqla  birlikdə  göz  yaşı  tökdün  sən  də...Ağlama, gülüm, ağlama...O  birlik  günü  idi...Lazım  olanda  yumruq  kimi  bir  ola  bilirik  deməli...Əliyalın   olsa  belə  tank  qabağında  dura  biləcəyimizin  sübutu  idi...Lazım   olanda  dura  bilirik  deməli...Göylər  də  ağlayır  bizimlə   hər  il...Sənə  ağlayır...Qeyrətinə  qurban  olum, ŞƏHİDİM......... ... Sarıl şəhidinə, ağla qərənfil... ... Uzanıb şəhidin sinəsi üstə, Ağla sevgilinə, ağla qərənfil. Dağıt ləçəyini qolları üstə, O Vətən gülünü, qoxla qərənfil.... ... O, sənin uğruna canından keçdi, Ömründən, günündən, qanından keçdi. Gəncliyin ən şirin çağından keçdi, Qucaqla qəbrini, ağla qərənfil... ... Qoymadı güllələr sizə dəyməsin, Qıymadı ləçəyin yerə düşməsin. Körpə fidanların tezcə ölməsin, Sarıl şəhidinə, ağla qərənfil... ... Gəlin ziyarətə darıxmasınlar, Onları nəsillər unutmasınlar. Hardasan söyləyib, çağırmasınlar, Bayatı söyləyib, ağla qərənfil.... ... Torpağa qovuşub, Vətən oldular, Ölümsüz ruhuyla Cənnət oldular. Əbədi günlərə bahar oldular, Azadlıq eşqinə, ağla qərənfil, Əbədi baharçün, ağla qərənfil.........20.01.2022..(İlhamə Abbas Yusifqızı...)
0 notes
metbuat · 2 years ago
Text
VİDEO
İngiltərə Premyer Liqasının 6-cı turunda “Arsenal”ı qəbul edən “Mançester Yunayted” 3:1 hesablı qələbə qazanıb. “Qırmızı şeytanlar”ın “Ayaks”dan transfer etdiyi Antoni ilk qolunu prinsipial matçda vurubsa, rəqib hesabı bərabərləşdirəndən sonra Reşford dubl edərək yerli publikanı sevindirib. Metbuat.org həmin matçda vurulan qolları təqdim edir:     Metbuat.org
Tumblr media
View On WordPress
0 notes
ayselhuseynovablog · 4 years ago
Text
Ölüm cəzası
Tumblr media
Ölüm hökmü cəza növü kimi insanı həyatdan məhrum etmək deməkdir. Həm hüquqi, həm cinayət hərəkəti kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla qadağan edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır.
•Asaraq öldürmə — bu cəza əsasən Misir, İran, İraq, Yaponiya, İordaniya, Pakistan, Sinqapur, Əfqanıstan, Yəmən və digər ölkələrdə həyata keçirilir. Məhkumlar ictimaiyyətin gözləri önündə qurulmuş dar ağaclarından, xüsusi edam stendlərindən və ya kran maşınlarından asılmaqla edam olunurlar. Asılma cəzasını ən çox nümayiş etdirən ölkə İrandır. Bəzən bu ölkədə insanların gözü önündə bir neçə nəfər şəxs eyni vaxtda asılmaqla öldürülür. Məhkumun başına qara torba keçirirlər,bu ona görədir ki, edam zamanı təzyiq nəticəsində yerindən çıxan göz gilələri görünməsin. Asma edamlarını həyata keçirən cəlladlar xüsusi "riyazi biliklərə" malik olurlar. Edam zamanı məhkumun boğazına keçirilən kəndirin uzunluğunun asılan bədənin çəkisinə nisbəti mütləq nəzərə alınmalıdır. Əks halda, məhkumun başı, Səddam Hüseynin qardaşında olduğu kimi, bədəndən qopa bilər.
•Güllələmə - Bu ölüm cəzası bir sıra Afrika ölkələri, həmçinin Rusiya, Şimali Koreya, Vyetnam, Suriya, Cənubi-Şərqi Asiya ölkələrində tətbiq edilir. Güllələnməyə gətirilən məhkumun gözləri bağlanılır, bir və ya bir neçə şəxs tərəfindən onun bədəninin müxtəlif hissələrinə atəş açılmaqla qətl icra olunur. Bəzi ölkələrdə hərbi cinayətlər törədən, fərarilik edən hərbçilər əsgərlərin gözü önündə güllələnirlər. Uzun müddət Rumıniyaya rəhbərlik etmiş kommunist Nikolaye Çauşesku 1989-cu il dekabrın 25-də güllələnərək edam olunub. Güllələmə edamı adətən səhərə yaxın, günəş doğandan 30 dəqiqə və ya 1 saat sonra icra olunur.
•Boğma — bir sıra xalqlar ölüm cəzasının insan qanı tökmədən icra edirlər. Belə olan halda cəza məhkumun boğulması ilə icra olunur. Fiziki cəhətdən sağlam və güclü cəllad məhkumun boynunu qolları arasında sıxmaqla onu boğur.
•Tapdalama — bu ölüm cəzası əsasən Hindistanın bir sıra ştatlarında və bəzi Afrika ölkələrində icra olunur. Məhkumlar fillərin ayaqları altına atılmaqla öldürülür.
•Elektriklə öldürmə — əsasən ABŞ və bəzi Latın Amerikası ölkələrində bu cəza icra olunur. Məhkum xüsusi hazırlanmış elektrik stuluna oturdulur. Onun əllərinə, ayaqlarına və başına nəm əski qoyulur və üzəri mis qapaqla bağlanır. Bu zaman da məhkumun gözlərini bağlayırlar. Yüksək gərginlikli elektrik cərəyanının buraxılması nəticəsində məhkum bir neçə saniyə ərzində dünyasını dəyişir.
•Baş kəsilməsi — bu cəza növü əsasən Səudiyyə Ərəbistanında qüvvədədir. Səudiyyə Ərəbistanında baş kəsmə üzrə ixtisaslaşmış cəlladlar və dövlətin nəzdində cəllad hazırlayan xüsusi məktəblər mövcuddur. Bu ölkədə məhkumların başı adətən qılıncla kəsilir. Ölüm cəzası almış məhkumun əlləri və ayaqları arxadan bağlanır. Sifəti maskalı cəllad diz üstə oturdulan məhkumun boynunu bir qılınc zərbəsi ilə üzməlidir. Edam cəzası insanların gözü qarşısında icra olunur və bu zaman seyrçilər cəllad üçün pul toplayırlar. Baş kəsmə edamı 10 sentyabr 1977-ci ilədək Fransada gilyotin maşını ilə həyata keçirilib. Fransada 792-ci ildən tətbiq olunan gilyotin maşınında başı kəsilməklə edam olunan sonuncu məhkum Hamida Candoubi olub.
•İnyeksiya — zəhərli iynə vurmaqla icra edilən bu ölüm növü ABŞ, Qvatemala, Tailand və s. ölkələrdə yerinə yetirilir. Məhkum xüsusi kresloya bağlanır. Kreslonun alt hissəsində yerləşən bir neçə iynə avtomatik sistemlə məhkumun onurğa beyninə yeridilir və iflic olan məhkum bir dəqiqə ərzində ölür.
•Daşqalaq — bu cəza növü İran və Əfqanıstanda yerinə yetirilir. Əsasən zina işlətmiş insanlar, əxlaqsız qadınlar, dinə şəkk gətirənlər məhkəmənin qərarı ilə insanlar tərəfindən daşqalaq olunmaqla öldürülür. Bu, hazırda dünyada ən ağır və əziyyətli ölüm sayılır.
Cənub-Şərqi Asiya ölkələrində məhkumların ilan və zəhərli əqrəb dolu otaqlara salınaraq, bəzi xalqlarda isə çarmıxa çəkilməklə öldürülməsi növləri də mövcuddur.
Zaman-zaman dünyanın müxtəlif ölkələrində ac və susuz saxlamaqla öldürmə (Yaponiya), gilyotin maşınında başın kəsilməsi, şaqqalama, doğrama, qaz kameralarında boğma və yandırma (Almaniya, İngiltərə) və s. edam növləri mövcud olub.
3 notes · View notes