#edərək
Explore tagged Tumblr posts
petr1chorr · 1 month ago
Text
Bəzən insanlara qarşı olan gözləntilərimlə reallıqlar arasında dərin bir uçurum yarandığını hiss edirəm. Amma incidib yorsa da, insanlara qarşı gözləntiyə girməyi yox, gerçəklikləri qəbul edərək yola davam etməyi daha məqsədəuyğun bilirəm.
65 notes · View notes
philosadness · 5 months ago
Text
Necə deyib Qaraqan?!
"Bakıda iki cür insanlar var idi, heçnə etmədən hər şeyi olanlar və hər şey edərək heçnəyi olmayanlar."
51 notes · View notes
anonimdushunce · 16 days ago
Text
Tumblr media
İnsanlar əvəzedilməzdir, yoxsa hər biri bir-birinin alternatividir?
Bəzən insanlar özünü əvəzedilməz hiss edir. Hər biri özünəməxsus və bənzərsizdir. Onların təcrübələri, duyğuları və dünyaya baxışları heç vaxt təkrarlanmayacaq. Bir insanın dünyaya gətirdiyi hər bir iz, onun özünə məxsusdur və bu iz heç vaxt başqa biri tərəfindən eyni şəkildə buraxıla bilməz. Bir insanın həyatı, başqalarına təsir edərək dərin izlər qoyur — bəzən yaxşı, bəzən də pis.
Amma həyat sadəcə fərdlərin unikal təsirindən ibarət deyil. Dünyada hər şey dövr edir və bir çox halda insanlar bir-birinin yerini alır. Bir insan getdikdə, başqa biri gəlir. Bu, həyatın təbii axışıdır. İnsanlar, kollektiv bir sistemin içində bir-birini tamamlayır və yerini doldurur. Amma burada da bir paradoks var: Pis insanlar belə, dünyada müəyyən izlər buraxır. Onlar verdikləri zərər və başqalarına göstərdikləri dərslərlə öz təsirini göstərir.
Əslində, əvəzedilməz olmaq yalnız yaxşılıqlarla deyil, həm də həyatın qaranlıq tərəfləri ilə formalaşır. Hər bir insanın varlığı, istər yaxşı, istər pis olsun, dünyada öz yerini tutur və bir təsir yaradır. Həyatın bütün bu qarşılıqlı təsirləri insanları əvəzedilməz edir. Bəlkə də əslində, dünya hər bir insanın öz yerini tutması ilə doludur — bəzən yaxşı, bəzən də pis. Amma hər halda, heç kim tam olaraq başqa birinin yerini ala bilməz. Hər bir insanın təsiri özünəməxsusdur.
21 notes · View notes
Note
Əziz və dəyərli anonim, sənin o geridə qalmış deyə vurladığın universtet və ixtisas əgər Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənibsə deməli sənin həmin təhsil müəssisəsinə ‘geridə qalmış’ deməyə haqqın yoxdur. Tək sənin deyil, heç kimin haqqı yoxdur. Söhbət nədən gedir bilmirəm, əgər sən o qızın qarşı cinsisənsə onu bu qədər alçaltmağa çalışmağın yanlışdır. Ki, həmcinsisənsə iki qat yanlışdır. Daha o iki qızın hadisəsinin üstündən bir ay belə keçməyib və əminəm ki, sən də həmin hadisə də qadınların haqqlarını qorumağı tələb etmisən və ya paylaşmısan. Hal-hazırda etdiyində bir növ onun kimi bir şeydir.Burda hər kəs öz ampluasında bloguna davam edir, bir-birinizi tanımadan anonimdən istifadə edərək niyə insanlara qarşı nifrət bəsləyirsiniz bu həqiqətən çox maraqlıdır..
👏🏻👏🏻👏🏻
22 notes · View notes
hvcsblog · 1 month ago
Text
Gülümsəmək xoşbəxtlik deyil, xoşbəxt olmaq üçün qəlbin gülməlidir gözlərin işıq saçmalıdır yoxsa ki, mən yaxşıyam deyərək xoşbəxt olmur insan. O qədər insan varki param-parça olduğu halda mən çox yaxşıyam deyir heç kim acısını anlamasın hiss etməsin deyə gülümsəyir bu dünya daxilində fırtına olanlar üçün cəhənnəmdir.Güclü olmaq deyil artıq insan xoşbəxt olmaq istəyir amma olmur hər zaman səbir edərək özünə təsəlli verərək acının bitəcəyini və xoşbəxt olacağı bir günü gözləyər insan.
21 notes · View notes
dadaszdkh · 1 month ago
Text
Həqiqət budur ki, Allah sənə qarşı xainlik, xəyanət edərək gedən insanı, səndən halallıq almaq üçün sənə geri qaytarar.
26 notes · View notes
szades · 2 months ago
Text
Əslində özümüzü ətrafımızdakı hamıdan yaxşı tanıyırıq. Nə çətinliklərlə üzləşdiyimizi,bu zaman hansı hissləri keçirdiyimizi ən gözəl özümüz bilirik. Amma di gəl ki bizim həyatımızın bir saniyəsini belə bilməyən biri nəisə deyəndə ona pis oluruq,günlərlə dərd edirik. Axı hamımız bu dünyanı ilk dəfə təcrübə edirik. İnsanıq səhv edərək öyrənirik 🌱
48 notes · View notes
madinaa17 · 2 months ago
Text
Elə indicə bir cümlə oxudum. Deyir ki, sevgini gerçək edən onun üçün etdiyin mübarizədir. Sevdiyinə "qismət deyilmiş" deyərək onu tək qoya bilməzsən. Sizcə də elə deyilmi? Bir insanı əgər sevirsənsə, onun üçün hər şeyi edə bilərsən. Əlbəttə, onun da qərarlarına hörmət edərək, onu dinləyərək, eşidərək. İnsan öz qismətini özü yazır. Ona görə də sahib olduğunuz heç bir şeyi əldən verməyin. Yalan bəhanələ də inanmayın
50 notes · View notes
korressamm · 3 months ago
Text
və yenə də hərşeyə nifrət edərək oyanmışam.
45 notes · View notes
petr1chorr · 10 days ago
Text
Düşünürəm ki, müasir dövrdə sevgini həddindən artıq ucuzlaşdırırlar. Müasir cəmiyyətlərdə insanlar tez-tez dəyişiklik axtarır, daha sürətli və dinamik həyat tərzi sürürlər. Sevgi kimi dərin hisslər isə zamana, səbirə və bağlılığa ehtiyac duyur. S��rətli həyat tərzi bu cür hisslərin korlaşmasına səbəb olur. Anlıq hiss edilən zövq sevgi deyil, canın sıxıldığı üçün biri ilə vaxt keçirməyi istəmək sevgi deyil, cinsəllik sevgi deyil. Sevgi çoxşaxəli bir duyğudur və yalnız fiziki cazibədən ibarət deyil. Sevgi sahiblik deyil, sevgi sevdiyin şeyə çevrilməkdir, o olmaqdır, bir-birinə tən olmaqdır, bir-birində olan əksiklikləri tamamlamaqdır. Həqiqi sevgi yalnız zövq, istək və cazibəyə deyil, dərin mənəvi bağlılıqdır. Bir çoxları isə bu çox dəhşətli bir şeymiş kimi bağlılıqdan uzaq qaçırlar. Bağlılıq insanın özü ilə başqası arasında yaratdığı varoluş sahəsidir. Bu sahədə iki insan bir-birinə təsir edərək və bir-birini tamamlayaraq daha dərin varlıq səviyyəsinə yüksəlir. Bağlılıq, mənəvi və varoluşsal bir intizamdır. O, iki fərqli "mən" arasındakı məsafəni qısaldaraq bu müxtəlifliyi mənalı bir bütün halına gətirir. Bu bağlılıq, ümumbəşəri anlamda dəyərli bir "məkan" tapmaq istəyini ifadə edir. Bəlkə də, bağlılıq, insanın həyatındakı gerçək "ev" hissidir.
51 notes · View notes
shikhaliyevv · 11 months ago
Text
Gülümsəmək xoşbəxtlik deyil, xoşbəxt olmaq üçün qəlbin gülməlidir, gözlərin işıq saçmalıdır. Yoxsa ki, mən yaxşıyam deyərək xoşbəxt olmur insan. O qədər insan var ki, param-parça olduğu halda, mən çox yaxşıyam deyir. Heç kim acısını anlamasın, hiss etməsin deyə gülümsəyir. Bu dünya daxilində fırtına olanlar üçün cəhənnəmdir. Güclü olmaq deyil, artıq insan xoşbəxt olmaq istəyir, amma olmur. Hər zaman səbr edərək, özünə təsəlli verərək, acının bitəcəyini və xoşbəxt olacağı bir günü gözləyər insan.
48 notes · View notes
fffloweeer · 6 months ago
Text
любовь:
doğrudan da həyatımın hər dönəmində Məni sakitləşdirə biləcək, sevincimi artıracaq, fikirlərimin toparlanmasında kömək ola biləcək bir alətin olması çox rahat hiss etdirir. Nə olsa da bilirəm ki, danışacağım kimimsə olmasa belə, içimdə yaşadığım hər bir fikri musiqi vasitəsi ilə ifadə edərək həmən o “yükdən” tam, yaxud nisbətən də olsa azad ola biləcəm.
23 notes · View notes
aiselibrahim · 6 months ago
Text
Bizə nə olursa olsun səbr etməyi öyrətdilər. Allah səbr edən bəndələrini sevər, gün gələr dövran dönər, səbr etdiyin şey sənə qayıdar dedilər. O günün - arzuladıqlarının, xəyalını qurduğun şeylərin səbr edərək gəlmədiyini və gözlədiyin, umduğun şeylərin uzaqlığının verdiyi ümidsizlik hissinin özünü gerçəkləşdirən kəhanətə döndüyünü öyrətmədilər. Fərqli olandan qorxub dəli adı yapışdırdıqlarından qorxdular bəlkə də, sənin də "onlar" kimi olmamağın üçün oturmağını, susmağını, gün keçdikcə solub getməyini və mövcud reallıqdan kənar birşeyi gerçəkləşdirməyin mümkün olmadığına inandırmaq istədilər. Bacardılar?
26 notes · View notes
khannvaa · 10 months ago
Text
Uzun zamandır valideyinlərimə hər hansı bir şey təklif edəndə ‘etmək istəyirəm’ yox ‘edəcəm’ deyirəm. Nəticədə qərarlı görsənərək istədiyimi əldə edirəm amma bir vaxtlar sadəcə təklif edərək onların istəklərinin mənim arzularımdan daha güclü olduğunu göstərirdim. Bu bir üsyan ya da qarşı durma deyil. Xəyallarımın qabağını azərbaycan mentaliteti almayacaq deməkdir)
35 notes · View notes
mmar1ia · 7 months ago
Text
“Hər hadisənin bir səbəbi vardır”. Bunu özümə tez-tez deyirəm. Bəzən düşünürəm ki, bəs istisnalar ? Günbəgün dünya üzərində fərqli xarakterə malik “şəxslər” ortaya çıxır. Qatillər, oğrular, pedofillər və.s. Bəs bu insanların həyatı travmalarla birlikdə, bu şəkildə qəbul edərək yaşamaqları ? Bir çox insanın həyatına qəsd etməklərinin hansı məntiqə uyğun səbəbi ola bilər ? Travmaların bir çox səbəbi və növləri olur, bir çox insan bununla qarşılaşa bilər, ancaq bunu müdafiə məqsədli öz lehinizə istifadə edə bilməzsiniz. Hər hadisənin yaratdığı kiçik və ya böyük nəticələr vardır. İstisnalar isə, bu nəticələrin böyük bir qismini əhatəsinə alır və qəbul edilməz səbəblərə yol açır. Bu məqamda, yaşanmamış həyatların, edilməmiş vədaların səbəbkarı olan şəxslər üçün əsla məntiqli bir “səbəb” yoxdur. Necə etdin və niyə etdin ? Bu sualların cavabları vermək istədiyin cavabın məqsədəuyğun olub olmamasi ilə əlaqəli heç bir əhəmiyyət daşımır. Çünki, bu şəxslərin böyümə şəkli onların həyatının bir qismini deyil, bütöv bir hissəsini təşkil edir. Onları müdafiə edə biləcək heç bir “səbəb” yoxdur. Bu isə artıq bir “istisnadır”…
25 notes · View notes
esger1i · 8 months ago
Text
Ən ağır günlərinizdə, ən çətin zamanınızda yanınızda olmayan, zaman ayırıb sizə mənəvi dəstək olmayan insanları, nə qədər çətin olursa olsun, həyatınızdan çıxarmağa çalışın. Çünki onlar, onsuz da sizin həyatınızda yoxdur. Sizin varlığınızın və ya yoxluğunuzun, onlar üçün heç bir əhəmiyyəti yoxdur və siz bir insan olaraq, onsuz da onlar üçün qiymətli deyilsiniz. Həyatınızda belə insan və ya insanlar varsa, nə qədər çətin olursa olsun, onları həyatınızdan, ürəyinizdən, xəyallarınızdan, arzularınızdan, düşüncələrinizdən çıxarmağa çalışın. Çünki onlar hal və hərəkətləri, atdıqları o addımları, sözləri və ən əhəmiyyətlisi də diqqətsizlikləri ilə hər zaman sizi incidəcəklər, canınızı yandıracaqlar, sizi xəyal qırıqlıqlarına uğradacaqlar. Nə qədər çətin olursa olsun, dediyimi etməyə çalışın. Çünki onlar, günün birində, sizi tərk edərək, ruhunuzda dərin bir boşluq, canınızın hər yerində qəribə bir ağrı, xəyal qırıqlıqları və ürəyinizi davamlı sızladacaq xatirələr buraxacaqlar. Bunlar da bir kabus kimi, illərcə sizi təqib edəcək.
23 notes · View notes