Text
Müəllimlərin özünüz kimi şagirdləriniz olsun dediyi zamanındasan amma özün kimi şagirdin yoxdur.
33 notes
·
View notes
Text
nəinki sizin həyatınızda, heç öz həyatlarında belə adam kimi rolu olmayan insanların düşüncələrindən təsirlənməyin və əgər onsuz da belədirsə, bunu itirməyin. bunu özümdə şəfalandırmağım çətin oldu. bütün möhtəşəmliyimdən razıyam. bu zehniyyətlərlə lənətlənmiş, hansısa prinsiplərə qurban getmiş insanlardan olmayacam, çünki görməyə belə gözüm yoxdur.
43 notes
·
View notes
Text
Portağal və mandalin müqayisəsiz dünyanın ən qəşəng meyvələridir. 🫶🏽✨️
91 notes
·
View notes
Text
Kaş bir gündə daha çox saat olsaydı. Artıq 24 saat mənim işlərimi görüb çatdırmama yetmir 🫠
44 notes
·
View notes
Text
Bir müddət sonra insanlar çox da vecinə olmur. Kimisə dəyişdirməyə çalışmırsan. Kimin nə düşündüyünü, kimin nə etdiyini umursamırsan. Yorulunca öz qabığına çəkilib o kiçik dünyanda yalnız yaşamağı öyrənirsən. Anlıq xoşbəxtliklər yaşayıb dərin hüzünlərin öhdəsindən tək başına gəlməyi öyrəndiyin vaxt kiməsə də ehtiyacın olmur. Siz buna yalnızlıq deyirsiniz mən isə hüzur.
59 notes
·
View notes
Text
Əslində özümüzü ətrafımızdakı hamıdan yaxşı tanıyırıq. Nə çətinliklərlə üzləşdiyimizi,bu zaman hansı hissləri keçirdiyimizi ən gözəl özümüz bilirik. Amma di gəl ki bizim həyatımızın bir saniyəsini belə bilməyən biri nəisə deyəndə ona pis oluruq,günlərlə dərd edirik. Axı hamımız bu dünyanı ilk dəfə təcrübə edirik. İnsanıq səhv edərək öyrənirik 🌱
52 notes
·
View notes
Text
Bu gün qızlar günü imiş. Hamı statusda qızların paylaşır. Bir nəfər də yazmır ki, ay insanlar qızlarınızı sevin, qoruyun. Qızlarınıza cehiz almağa deyil, kitab almağa tələsin. Oxudun. Kiminsə qızınızı əzməyinə icazə verməyin. Qızlarınızla dost olun. Səhv etdikləri zaman yanlarında olmağı bacarın..
Məcbur döyərək evləndirdiyiniz, təhsilindən ayırdığınız, sevgisiz " ailə " də gündə bir söyüşlə / təhqirlə böyütdüyünüz, ər ' in - qaynananın əzməyinə icazə verdiyiniz, " sən qız uşağısan" deyib qarşısında hədlər qoyduğunuz.. qızlarınızı bu gün Hacı Şahinin səsi ilə statusda paylaşıb, arsız - arsız həmin statusun altına da " canım qızım" yazmağınızın nə mənası var ?
38 notes
·
View notes
Note
Kitabları sevən birini görmək sevindirdi'.səbəbsizcə
🥹🫂
18 notes
·
View notes
Text
Yəni də,harda yazılıb ki starosta ev tapşırığını qeyd edib,dərsdə qulaq asmayan hamıya bir-bir deməlidi? 👀
Starosta demək ev tapşırığını təkcə o bilməlidi deyə birşey deyil
37 notes
·
View notes
Text
Evə qonaq gəlməsini heç sevmirəm də. Üstəlik səmimiyyətsiz qonaqlar -_-
37 notes
·
View notes
Text
Bir gün bütün insanlar lal torpağa, soyuq məzar daşına çevriləcəklər. Bəlkə də bəzən unuduruq. Baş verən bir çox hadisəyə göz yum, bəzən bağışla, unut getsin. Qəlbini qırıblar? Ətrafındakı insanlar sənin düşmənin deyil. Düşmənin olsaydılar, heç qəlbin qırılmazdı ki. Biruzə vermə. Allahla dərdləş, keçəcək. Artıq yorulmusan? Yat dincəl. Səyahətə çıx. Gəz bir az. Başqa bir ölkəyə, şəhərə, rayona, qəsəbəyə, kəndə get.Günahların çoxalıb? Gizlin bir yerə çəkil ya da gecənin bir vaxtı oyan doyunca ağla, bağışlanmaq istə. Paklaşacaqsan. Lakin fani olduğunu və dünya həyatının yuxudan ibarət olduğu unutma.
35 notes
·
View notes
Text
Ən narahat edici hisslərdən biri ayağında corab ola-ola yaş yerə basmaqdı
45 notes
·
View notes
Text
33 notes
·
View notes