#qarşılaşacağı
Explore tagged Tumblr posts
Photo
I Dünya həyatına həvəslə bağlanan bütün insanların çox yaxşı bildiyi, ancaq daima qaçmağa çalışdığı mühüm bir həqiqət var. Hər insanın bir gün mütləq qarşılaşacağı ölüm qəti həqiqətdir və inkar edənlər üçün Allahın izni ilə sonsuz əzabın başlanğıcıdır. Ancaq bəzi insanlar həyatı boyu ölümü mümkün olduqca az düşünməyə, az xatırlamağa və hətta unutmağa çalışırlar. Ta ki, ölüm onlara gələnə qədər... Ölüm hər insanın dünyada bir müddət yaşadıqdan sonra qarşılaşacağı labüd həqiqətdir. Ölümlə həyatını dünyəvi istəklər üzərində qurmuş bir insanın bu dünyaya verdiyi əməyi bir anda silinib yox olacaq, tamamilə mənasızlaşacaq. İllərlə sərf etdiyi əmək, topladığı s��rvət, insanların arasında təriflənən bütün dəyərlər ölümlə əhəmiyyətini itirəcək. İnsan dünyanın ən varlı, ən gözəl, ən hörmətli, ən tanınmış şəxsi olsa da, bir anda bütün maddi dəyərlərini itirəcək. Bədəni qısa müddətdə pis vəziyyətə düşəcək, sonra torpağın altında çürüyüb məhv olacaq. Axirətə inanmayan bir insan dünya həyatında illər boyu etdiyi səyləri ancaq bu son üçündür. Həyatını həvəslə yaşamağa çalışmaq, bütün zövqləri dadmağa çalışmaq insanın qarşılaşacağı son üçün heç nəyi dəyişdirməyəcək. Ölüm bütün bu zövqləri qəti şəkildə yox edəcək. Ən əsası, ölüm inkarçıların həvəslə bağlandığı dəyərin sona çatdığı, əvəzinə böyük peşmançılığın və çətin həyatın başladığı an olacaq. Allah bu insanların əbədiyyən davam edəcək əzabdan əvvəl ölüm anlarında da böyük əzab çəkəcəklərini Quranda bildirir: Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alarkən onların vəziyyəti necə olacaq?! (Məhəmməd surəsi, 27) …Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!” (– dediklərini) bircə görəydin. (Ənam surəsi, 93) (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #ölüm #ölü #ölmək #axirət https://www.instagram.com/p/CmZSfb7orWR/?igshid=NGJjMDIxMWI=
0 notes
Text
"Neftçi" “Qarabağ”la oyuna hazırlaşır
“Neftçi” “Qarabağ”la oyuna hazırlaşır
“Neftçi” Premyer Liqanın 8-ci turunda qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığını davam etdirir. Metbuat.org klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqdə milli komandaların düşərgəsindən qayıtmış futbolçular – Emin Mahmudov, Eddi İsrafilov və Yeqor Boqomolski də iştirak ediblər. Solomon Kvirkveliya isə hazırlığa sabahdan etibarən…
View On WordPress
#Boqomolski#düşərgəsindən#ediblər#etibarən#Futbolçular#hazırlığa#hazırlığını#İsrafilov#istinadən#iştirak#keçiriləcək#komandaların#Kvirkveliya#Mahmudov#Mərkəzində#Məşqdə#oktyabrın#Qarabağ#Qarabağla#qarşılaşacağı#qatılacaq#qayıtmış#sabahdan#saytına#Yolları
0 notes
Text
● Mavi denizin qaranlıq dalğaları var idi gerçəkdə , gecəsini bilmədən sakit sabahda yelkən açan adamın qarşılaşacağı ...
5 notes
·
View notes
Photo
I Möminin həyatının məqsədi Allaha qulluq etməkdir. İnsan öz hisslərinə görə yaşamaq, arzularının arxasınca qaçmaq və ya başqa insanlara xidmət etmək üçün deyil, yalnız və yalnız Allaha qulluq etmək üçün yaradılmışdır. Allaha qulluğun yolu isə insanın Quranı rəhbər etməsidir. Mömin üçün əsas məqsəd gücü çatdığı qədər Qurana tam itaət edərək yaşamaqdır. Qurana baxdıqda möminin yalnız namaz, oruc, həcc ziyarəti kimi qəti ibadətlərlə deyil, həmçinin tətbiq edilməsi araşdırma tələb edən ibadətlərlə də məsul olduğunu görürük. Məsələn bir ayədə belə bildirilir: “İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl şəkildə mübarizə apar...” (Nəhl surəsi, 125) Mömin bu ayədəki “hikmət”in və “gözəl öyüd-nəsihət”in nə demək olduğunu həm Quranın ümumi məntiq və üslubuna baxaraq, həm də öz ağıl və düşüncəsi ilə müəyyənləşdirməlidir. Başqa misal da göstərə bilərik. Məsələn, Allah Quranda möminin qarşılaşacağı insan tiplərini və cəmiyyət modellərini təsvir edir və həmçinin onlara qarşı edilməli olan davranışları da bildirir. Əksər vaxt müxtəlif insan tiplərinə və onlara deyiləcək sözlər “De” ilə başlayan ayələrdə xəbər verilir. Mömin üçün qarşılaşacağı vəziyyətlərlə bağlı məlumatlar və hökmlər bildirilən belə ayələr Quranda çox aşkardır. Amma bunların həyata keçirilməsi Quranda vurğulanan vəziyyətin gündəlik həyatda araşdırılmasını tələb edir ki, bu halda mömin ağıl və düşüncəsini işə salmalıdır. Quranda fərqli insan tipləri izah edilir. Müsəlmanlar, müşriklər, münafiqlər, qəlbində xəstəlik olanlar, xristianlar, musəvilər və s. Mömin bunlarla bağlı ayələri çox yaxşı öyrənə, Quranda təsvir edilən bu insan xarakterlərini çox yaxşı tanıya bilər, insanlarla olan münasibətini və bütün həyatını Allahın əmrlərinə uyğun şəkildə nizamlaya bilər. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #hadisə #quranəxlaqı https://www.instagram.com/p/CkITeLdonvE/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
I Bir çox insan başına gələn ani və gözlənilməz hadisələr qarşısında tez-tez ümidsizliyə qapılır. Məsələn, işində uğursuz olan, çox sevdiyi bir əşyanı itirən, ya da imtahandan kəsilən bir insan əgər bu məsələləri həyatının məqsədi halına gətiribsə, heç gözləmədiyi bu nəticələrin öhdəsindən gələ bilmir və çox kədərlənir. Çünki bütün ümidlərinin, hədəflərinin, hadisələrin öz nəzərində tutduğu kimi baş verəcəyini güman edir. Amma hər zaman həyatı planlaşdırdığı kimi getmir. Həyatın axarı içərisində gözləmədiyi bir çox hadisə ilə də qarşılaşa bilir. Məsələn, memar olmağı çox istəyən biri memarlıq imtahanlarına çox yaxşı hazırlaşmış, gələcəklə bağlı bütün planlarını gələcəkdə memar olacağını düşünərək etmişdir. Amma heç gözləmədiyi bir hadisə baş vermiş və memarlıq yerinə başqa bir fakültəyə qəbul olunmuşdur. Memar olmağı planlaşdırarkən çox fərqli bir peşənin təhsilini almaq məcburiyyətində qalmışdır. İdmanla məşğul olan və həyatı boyu idmanla bağlı fəaliyyət göstərəcəyini planlaşdıran insan da gənc yaşında xəstəlik keçirərək idmanla əlaqəsini kəsmək məcburiyyətində qala bilər. Ya da diqqətlə yeni evini dizayn etdirən insan o evdə heç yaşamadan evini satmaq məcburiyyətində qala bilər. Yaşadığı həyat boyu bunlara bənzər bir çox gözlənilməz hadisə insanın başına gələ bilər. Əslində, bir an sonra nə baş verə biləcəyi, insanın nə ilə qarşılaşacağı məlum deyil. Bu məqamda tək bilinməli olan, insanın yaşayacaqlarını, daha o doğulmadan yüzlərlə, hətta milyardlarla il əvvəl müəyyən olmasıdır. Daha doğru bir ifadə ilə insanın yaşayacağı hər an “zamansızlıqda” bəllidir. İnsan həmin gün, həmin saat gəldikdə o hadisəni mütləq yaşayacaq. Bu onun taleyidir. Allahın müəyyən etdiyi tale mütləq baş verəcək. Bu vəziyyəti gündəlik həyatdan bir misalla belə izah etmək olar: Zehnimizdə iki avtomobilin bir-biri ilə toqquşduğu anı canlandıraq. Hər iki tərəfin də tez çatmaq istədikləri yerlər var. Bəlkə evdə onları gözləyən ailələrinə, bəlkə də zamanında işlərinə getmək istəyirlər. İki tərəf də müəyyən saatda evindən çıxmış, maşınına minmişdir. (ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #tale #qədər #qeder #kader https://www.instagram.com/p/CgOTAEvs7aT/?igshid=NGJjMDIxMWI=
#quran#ayə#ixlas#islam#iman#təqva#dinipaylasimlar#hədis#allah#namaz#təfsir#din#tale#qədər#qeder#kader
0 notes
Photo
I İnsanların bir çoxu özünə görə kiçik yalanlar söylədiyini düşündüyü üçün “yalançı” sifətini özünə yaraşdırmaz. Bu, nəyin yalan olduğunu düşünməmələrindən qaynaqlana bilər. Lakin hər nə olsa da, insanın bəzən “bundan nə olacaq” deyərək görməzlikdən gəldiyi və bəzən də özünə görə əsaslı bəhanələr tapdığı yalanlar, ətrafı tərəfindən normal qarşılansa da, həmin insanın sonsuza qədər davam edəcək axirət həyatını böyük təhlükə altına sala bilər. Dünya həyatında, yalan danışan, hiyləgərlik və ikiüzlülük edən insan, ilk baxışda bəzi qazanclar əldə edir, mənfəətlər təmin edir kimi görünə bilər. Lakin bu vəziyyət aldadıcıdır. Yalançı, nəticə etibarilə həmişə itirər. Dünyada həqiqi dostluğu, sevgini, etimadı, səmimiyyəti, yaxınlığı, hüzur və rahatlığı yaşaya bilməz; axirətdə isə çox şiddətli əzabla qarşılıq ala bilər. Allah yalançıların vəziyyətini belə bildirmişdir: Məhv olsun, o “zənn və təxminlə yalan danışanlar”, belə ki, onlar, “cahilliyin əhatəsində” olan qafillərdir. (Zəriyət surəsi, 10-11) Dürüst insan isə bəzən bir sıra çətinlikləri gözə almaq məcburiyyətində qala bilər. Lakin dürüst və səmimi olduğu üçün həmişə qazanar. Allah onun gözəl əxlaqı müqabilində, dünyada və axirətdə ona nemətini, rəhmətini, sevgisini, rizasını bəxş edər və onu cənnətlə mükafatlandırar. Allah dürüst insanların və səmimi möminlərin qarşılaşacağı gözəl nəticəni Quranda belə bildirmişdir: Allah dedi: “Bu, dürüstlərə, doğru danışmalarının fayda verəcəyi gündür! Onlar üçün altından çaylar axan və içində əbədi qalacaqları cənnətlər var”. Allah onlardan razı oldu, onlar da Ondan razı oldular. Məhz, böyük “qurtuluş və xoşbəxtlik” budur. (Maidə surəsi, 119) (ardı rəydə) #dürüst #dürüstlük #durust #əxlaq #islam #quran https://www.instagram.com/p/CgMX6EjMGZk/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
I Allahın hər şeyi tale ilə yaratması ən böyük nemətlərdən biridir. Tale insanlar üçün çox böyük rahatlıqdır. Taleyə iman edən bir insan həyatı boyunca yaşadığı və yaşayacağı hər hadisənin Allahın taleyində yaratdığını bilərək bunun rahatlığını və mənəvi hüzurunu yaşayar. Taleyə təslim olan insan rahatdır, çünki sabahından narahat deyildir. Sabah nə olacağını düşünüb naratçılıq və sıxıntı içinə girməz. Çünki, Allahın sabahı onun üçün ən xeyirli şəkildə yaradacağını bilir. Taleyə inanan insan keçmişində etdiyi səhvlərinə görə də bədbin olmaz. Çünki keçmişdə o xətaları Allahın özü üçün yaratdığı tale çərçivəsində etdiyini bilir, bunun xeyir və hikmətləri haqqında düşünür. Peşmançılıq duyub tövbə edər, eyni səhvləri təkrarlamamağa cəhd göstərər. Taleyində Allahın həmin səhvlərini düzəltməsi, tövbə etməsi üçün bir çox hikmət və gözəlliklə yaratdığını bilir. Taleyə inanan insan ölüm anının da taleyində olduğunu, Allahın dilədiyi vaxtda, dilədiyi yerdə və formada canını alacağını bilir. Allahın canını almaq üçün təqdir etdiyi zaman gəldiyində heç bir kəsin və heç bir şeyin onu qoruya bilməyəcəyini bilir. Bunun üçün təvəkküllüdür. Allaha inanıb dərin iman etdiyi üçün axirətdə sonsuz gözəl həyatla qarşılaşacağı ümidindədir. Allahın rizasına uyğun yaşamağın və taleyə iman edərək həyat sürməyin gətirdiyi vicdan rahatlığı içindədir. Taleyə inanan insanın içi çox hüzurlu olar, çünki heç bir zaman haqsızlığa düçar olacağından qorxmaz. Allaha güvənər, Allahın hər şeyi bildiyini, Allahın sonsuz ədalət sahibi olduğunu bilir. Qarşılaşdığı hər hadisənin, Allahın qarşısına çıxartdığı hər reaksiyanın, Allahın ona eşitdirdiyi hər sözün taleyində olduğunu bilir. Özü verdiyi hər cavabın, söylədiyi hər sözün Allah dilədiyi üçün söylədiyini bilir. Bütün bunların fərqində olan, hər şeyi taleyində Allahın möhtəşəm şəkildə yaratdığını bilən bir insan hüzurlu, təvəküllü və xoşbəxt olar. #tale #qədər #kader https://www.instagram.com/p/CedSjYSMd0H/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
I Bəzi insanlar özlərinə tək hədəf olaraq seçdiyi dünya nemətlərini əldə etmək üçün çox böyük səy göstərərlər. Varlı olmaq, ad-san qazanmaq və ya başqa mənfəətlər üçün əllərindən gələn hər şeyi edirlər. Çox qısa müddət içində tamamilə əllərindən gedəcək olan “az bir dəyər” (Tövbə surəsi, 9) üçün böyük yarışa girərlər. Bundan daha böyük, əldə etdikləriylə müqayisəsi əsla mümkün olmayan ən böyük nemətə, Allahın razılığına və cənnətinə talib olan möminlər də bu hədəfləri üçün ciddi səy göstərərlər. Mömin Allah rizası və axirət üçün “ciddi səy göstərərək” çalışar. Tövbə surəsinin 111-ci ayəsində bildirildiyi kimi, mömin malını və canını Allah üçün “satmışdır.” Allaha “malını və canını satmış” olan bir insan, Allah rizası üçün qarşılaşacağı heç bir çətinlikdən təsirlənməyəcəkdir. Allah rizası xaricində heç bir şeyə yönəlməyəcəkdir. Bədəni və sahib olduğu mallar “onun” deyil ki, bu barədə öz nəfsinin eqoist ehtiraslarına tabe olsun. Bədəninin və sahib olduğu hər şeyin sahibi Allahdır, bütün bunları Onun istədiyi şəkildə istifadə edəcək. Bununla yanaşı, göstərəcəyi səyin həqiqətən ciddi olub-olmadığı da yoxlanılacaqdır. Allah yolunda heç bir şeydən çəkinməməlidir. Çünki münafiqlər də, əgər özləri üçün “bir fayda” görsələr, Allahın razılığını deyil, bu “fayda”nı əldə edə bilmək üçün bir işə başlaya bilərlər. (Tövbə surəsi, 42). Bu səbəbdən, mömin olmağın meyarlarından biri, Allah rizasına qarşı daxili istək hiss etmək və lazım olanda bu yolda fədakarlıq göstərməkdən çəkinməməkdir. Mömin öz maraqlarını nəzərə almadan yalnız Allah rizasını axtararaq Allahın hökm etdiyi sərhədləri diqqətlə qoruyar, bu mövzuda səbirli və təmkinli davranar. Allahın sərhədlərini qorumaq mövzusunda heç bir şey onu zəifliyə sürükləməz. Hər anında Allahın ondan razı olacağı şəkildə davranmaq üçün dəqiqlik göstərər. (ardı rəydə) #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #təfsir #din #allahrızası #ramazan #2022 #cənnət #cennet https://www.instagram.com/p/CcLfgNVMxzx/?igshid=NGJjMDIxMWI=
#quran#ayə#surə#ixlas#islam#iman#əxlaq#hzəli#tövbə#təqva#dinipaylasimlar#hədis#allah#evdəqal#namaz#təfsir#din#allahrızası#ramazan#2022#cənnət#cennet
0 notes
Text
Yuxuda alca gormek
Yuxuda alça görmək nə deməkdir?
Yuxuda görülən alça mövsümdə olmadığı halda, yuxuda görülən alça başqa cür yozulur. Bəzən dünya mallarına verilən önəmi ifadə edən alça yuxusu bəzən sağlam həyat deməkdir. Məşğul bir zehin və araşdırmaçı şəxsiyyətə işarə olan alça yuxusu, xəyalpərəstin həssas şəxsiyyəti haqqında da məlumat verir. Yuxuda öz mövsümündə olmayan bir zamanda görülən alça sağlamlıq problemlərinə və kədərə işarə edir. Yuxuda öz mövsümündə görülən alça , itirilmiş bir şeyi tapıb qazanmağa işarə edir. Alçanın növü və rəngi də mövsümdə görülüb-görülməməsi qədər önəmlidir. Dünya malına işarə edən alça yuxusu xoş xəbərə yozulur. Yuxuda alça görmək, xoş sürprizlərlə qarşılaşaraq sevindiyini bildirmək, yeni bir zinət əşyası əlavə etməyin xəbərçisidir.
Yuxuda alça yemək
Röyasında alça yeyən xəyalpərəstin evliliyə doğru addım atacağı və xeyir-dua tapacağı şayiə edilir. Yuxuda alça yemək bəxt qapısının açılmasına, bəxtin artmasına yozulur. Yuxuda müsbət mənalar daşıyan alça yemək sağlamlıq problemlərinin bitəcəyinə də işarə edir. Qısa müddətdə firavanlığa və əmin-amanlığa çatacaq xəyalpərəst dinc bir həyat sürəcək. Keyfiyyətli həyat vəd edən yuxuda alça yemək xəyalpərəsti sevindirir.
Yuxuda yaşıl alça görmək
Yuxuda yaşıl alça görmək; Bu, insanın xoşbəxtliyinə, rahatlığına, qazancının bol olmasına işarədir. Yuxuda yaşıl alça görənin başına müsbət hadisələrin gələcəyi şayiələri var. Yuxuda yaşıl alça görmək gözəllik və yaxşılıqdan başqa bir şey gözləmir, həyatı tanımaq imkanı qazanır. Onun çox gözəl və uğurlu bir gələcək tapacağı deyilir və tezliklə şad xəbər alacağı qeyd edilir. İşıqlı və zəhmətkeş oğlunun parlaq gələcəyindən xəbər verən yaşıl alça yuxusu xəyalpərəsti sevindirir.
Yuxuda alça yığmaq (toplamaq)
Yuxuda alça yığmaq (toplamaq), yuxu görən üçün xeyirli bir yuxu kimi yozulur, sağlamlıq problemlərinin və çətinliklərin azalacağına işarədir. Yuxuda alça toplayan şəxs halal qazancından yaxşı istifadə etmək imkanı qazanar. Yalnız mövsümdə görülməyən alça yığmaq yuxusu mənfi hallara işarə edir. Yuxuda mövsümdən kənar alça yığırsınızsa, bu o deməkdir ki, nə qədər çalışsanız da arzularınıza çata bilməyəcəksiniz. Oğurluqla qarşılaşacağı gözlənilən xəyalpərəst borclarına görə çətin günlər keçirəcək.
Yuxuda turş alça görmək
Yuxuda insanın onu narahat edəcək və ya güldürməyəcək xəbərlər alacağına işarə edən turş alça görmək, yuxu görənin ətrafındakı insanlarla münaqişəsinə yozulur. Xüsusən də yuxu görən qadındırsa və evlidirsə, bu, onların qayınanası ilə münasibətlərinin pisləşəcəyi deməkdir. Pis kimi yozulduğu yuxu, insanın qazancını itirməsinə və tənha qalmasına səbəb olar. Bir çox mənfi mənaları olan turş alça yuxusu narahat bir həyata işarə edir. Xəyalpərəstin böyüklüyü və açıq əli məhsuldarlığın artmasına səbəb olur. Pis xəbərlərə hazırlaşmalı olan xəyalpərəst öz mətanəti ilə hər şeyi yoluna qoyur.
Yuxuda alça satmaq
Yuxu görənin arzusu uzun müddətdir həyata keçmirsə, yuxuda alça satdığını görsə, layiq olduğu mükafatı alacağına işarədir. Röya görənin zehnindəki sual işarələrinin həll olunacağına və səylərinin mükafatlandırılacağına işarədir. Yuxusunda alça satdığını görən şəxsin nüfuzu artar, gəliri artır. Ev təsərrüfatlarında xoş xəbər kimi yozulsa da, yuxu görənin ətrafındakılar tərəfindən sevildiyinə işarədir. Xeyirli başlanğıclar mənasını verən yuxu, hər bir hərəkətin əvvəlcədən planlaşdırıldığı anlamına gəlir. Read the full article
0 notes
Photo
I Axırzamanda hz. Mehdi (ə.s) mübarizəsində də insanlar bir növ belə çaylarla (maneələrlə) yoxlanacaqlar, seçmə, nəfsinə hakim olan müsəlmanlar ancaq seçiləcəklər. Bu haqda Mehdinin qarşılaşacağı Dəccal və Dəccalın yalançı çayları ilə əlaqədar olaraq müxtəlif rəvayətlər də bildirilmişdir. Hüzeyfə (r.ə) dediyinə görə Rəsulu Əkrəm (s) belə buyurmuşdur: “Şübhəsiz ki, mən Dəccalın səviyyəsində olan şeyləri ondan daha yaxşı bilirəm. Onun yanında iki axan çay vardır. Onlardan biri gözlə görünə bilən ağ bir sudur. Digəri də gözlə görünən öz-özünə alovlanıb yanan bir atəşdir. Əgər kimsə ona çatsa, atəş olaraq gördüyü çaya gəlsin. Sonra başını salsın. Sonra başını aşağıya əyib ondan içsin, çünki ,o çay (əslində) soyuq bir sudur.” (Ölüm-Kiyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 48) Dəccalın fitnəsi ilə qarşılaşanlar, dərk etmədən ona gözəl görünən və bu zahirən faydalı sandığı hərəkətləri (ayədə keçən çox su içmək kimi) işləyərək əslində pis yola düşərlər. Bu fitnədən xilas olmaq üçün Dəccalın zahirən pis göstərdiyi əməlləri işləmək və nəfsdən gələn hərəkəti etməmək lazımdır. Ayədə ifadə edildiyi kimi hz. Talut (ə.s)-a tabe olanların bir çoxu nəfslərinə təslim olaraq (xəbərdarlıq edildiyi halda bir ovucdan çox su içərək) özlərinə böyük zərər vermişlər, düşmənlə döyüşərək taqətdən düşmüşlər. İndi də Dəccalın rəvayətlərdə bildirilən çaylarından doya-doya yeyib içən nəfslərinə hakim ola bilməyən əhli-dəlalət imtahandan keçməyərək ancaq bir ovuc cihad edən bu müqəddəs orduya qatılmaqla haqq qazanır. Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman dedilər: “Ey Rəbbimiz, bizə bol səbir və dizimizə (ayaqlarımıza) qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!” (Bəqərə surəsi, 250) Hz. Talut və ordusu, küfrün lideri və Dəccalı olan Caluta qarşı güc, qüvvət və dözümlülük verməsi üçün Allah Təalaya dua edir... (ardı rəydə) #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #təfsir #tefsir #din #kuran #talut #mehdi #hzmehdi #su #axirzaman #ahirzaman #tagut #calut https://www.instagram.com/p/CYlJdXoM_R1/?utm_medium=tumblr
#quran#ayə#surə#ixlas#islam#iman#əxlaq#hzəli#tövbə#təqva#dinipaylasimlar#hədis#allah#evdəqal#namaz#təfsir#tefsir#din#kuran#talut#mehdi#hzmehdi#su#axirzaman#ahirzaman#tagut#calut
0 notes
Photo
I Bir-biri ilə əlaqəli olan hadisələrin və insanların mövcud olduğu izdihamlı bir dünyada yaşayırıq. Ətrafımızda gecə-gündüz bitməyən hərəkət, əskilməyən səs-küy və hadisələr zənciri var. İnsanı ən çox aldadan şeylərdən biri də bu izdihamlı dünyada qarşılaşdığı detalların çoxluğu və həqiqiliyidir. Dünya həyatında meydana gələn hər bir hadisə sürətlə keçir, insan bu sürət və hərəkətlilikdə bəzən yaşadığı həyata qəflət dolu baxışlarla baxır. O, bəzən gözlərinin qarşısından sürətlə keçib gedən hadisələri və detalları öz gücü və iradəsi ilə idarə edə biləcəyini düşünür. Yaşadığı hər hadisəyə müdaxilə edərək həll edə biləcəyinə, üzərinə düşən məsuliyyətləri öz bacarığı ilə yerinə yetirəcəyinə inanır. Bu hərəkətlilikdə qarşılaşadığı və qarşılaşacağı hadisələrin içindən necə çıxacağını, hər şeyi necə idarə edəcəyini, onu maraqlandıran bir çox problemi necə həll edəcəyini, ondan tələb olunanları necə yerinə yetirəcəyini düşünərək həyəcanlanır. Hətta gözündə böyüyən bir problemi necə həll edəcəyini düşünərkən də çətinlik çəkir. Bəzən bir səhvi düzəltmək, bir xüsusiyyəti dəyişdirmək, insanların tələblərinə lazımi şəkildə cavab vermək kimi mənəvi məsuliyyətlər də insana çox çətin görünür. İnsan bunları reallaşdırmaq üçün ciddi şəkildə narahat olur. Halbuki insanın önündə aşmalı olduğu dağlar qədər yüksək maneələr olsa da, keçirdiyi narahatlıq və həyəcan hissi tamamilə yersizdir. Çünki izdihamlı və hərəkətli dünyaya baxmayaraq, əslində, o, öz ruhundakı mənəvi dünyada tək yaşayır və sadəcə onu yaradan Allah qarşısında məsuliyyət daşıyır. Qarşısına çıxan bütün hadisələri həll edən, qaydaya salan və nəticələndirən yalnız Allahdır... (ardı rəydə) #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #din #kuran #narahat #problem https://www.instagram.com/p/CWObHS8sNaY/?utm_medium=tumblr
#quran#ayə#surə#ixlas#islam#iman#əxlaq#hzəli#tövbə#təqva#dinipaylasimlar#hədis#allah#evdəqal#namaz#din#kuran#narahat#problem
0 notes
Photo
Hər insanın mütləq qarşılaşacağı ölüm həqiqəti ilə birlikdə bu məlumatlar qarşınıza qoyulacaqdır. Sizin yaddaşınızda artıq dəqiqələrlə ifadə etdiyiniz ömrünüz Allah qatında sizə anbaan, dəqiqəbədəqiqə, tək bir saniyəsi belə əskik olmadan təqdim olunacaq. Əgər ömrünüzü Allahın həyatınızdakı mütləq hakimiyyətinin və hikmətli xəlqinin fərqində olaraq keçirmişsinizsə və həmçinin qarşınıza çıxan bütün hadisələri xeyrə yozub Allahın qədərinizi ən xeyirli şəkildə yaratdığının şüuruna varmışsınızsa, bilin ki, aqibət sizin üçün xeyirli olacaqdır. Çünki ölümlə birlikdə insanın qarşılaşacağı yalnız iki ehtimal vardır: əgər insan ömrünü Allahın razı olduğu əxlaqı yaşayaraq keçirmişsə, sonsuz qurtuluşla; əksinə olduqda isə sonsuz əzabla qarşılaşacaq. Allahın razı olduğu əxlaq odur ki, insan hər şeyin Ondan gəldiyini bilməli, hər vəziyyətdə Ona şükür etməli və hər hadisədə xeyir olduğuna iman etməlidir. İnsanın yaşadığı bütün hadisələrdən razı olması, hər hadisədə xeyir olduğuna iman etməsi və hər an Allaha şükür etməsi çox asandır. Bu, Allahın böyüklüyünü və üstünlüyünü qavramağın insanı çatdırdığı qəti həqiqətdir. Bunun üçün insanın yaşadığı dünyanı və rastlaşdığı hər şeyi yaradan Rəbbimizi tanıması və Onu gərəyi kimi təqdir etməsi kifayətdir. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #kədər #keder https://www.instagram.com/p/CPDvlMcBgOl/?utm_medium=tumblr
#quran#ayə#surə#ixlas#islam#iman#əxlaq#hzəli#tövbə#təqva#dinipaylasimlar#hədis#allah#evdəqal#namaz#kədər#keder
0 notes
Photo
Bəzi insanlar müəyyən günlərdə və ya dövrlərdə Quran oxuyarlar və Quran ayələrindən xəbərdardırlar. Ancaq bu kəslər Quranı "oxumaq"la kifayətlənər, beləliklə də, boynuna düşən vəzifəni yerini yetirdiklərini düşünərlər. Əlbəttə ki, "Quran oxumaq" bir ibadətdir və yerinə yetirilməsi zəruridir. Ancaq oxunanları həyata keçirmək, gündəlik həyata tətbiq etmək də çox əhəmiyyətli bir ibadətdir. Quranın "dövrə uyğunlaşdırılmasının" lazım olduğunu irəli sürən bəzi cahil kəslər isə, Quranın hər dövrü və hər cəmiyyəti əhatə etdiyi xüsusiyyətini görə bilməmişdirlər. Quranı açıq bir zehinlə oxuyan adam görər ki, Quranda izah edilən insan və cəmiyyət xüsusiyyətləri, bu gün də daxil olmaqla tarixin hər dövrünü izah edir. Din əxlaqından uzaq cəmiyyətlərin etdikləri bütün səhvlər, pozulmalar və azğınlıqlar Quranda izah edilər, həmin cəmiyyətlərin dinə qarşı göstərdikləri reaksiyalar təsvir edilər, xarakterləri haqqında məlumat verilər. Bu məlumatlar hazırkı dövrə də uyğun gəlir və bu da Quranın hər dövrə xitab edən möcüzəvi istiqamətini bir dəfə daha sübut edir. Quranı tətbiq etmək məqsədiylə oxuyan və əlindən gəldiyi qədər tətbiq etməyə başlayan bir adam (belə ki, o artıq bir "mömin" olma yolundadır) gün keçdikcə Quranın həyatın hər anını necə əhatə etdiyini heyrətlə və Qurana olan inamı artaraq görəcək. Quranda imanlı insanın qarşılaşacağı hadisələr və bu hadisələr qarşısında göstərməli olduğu rəftarlar ən incə nöqtəsinə qədər təsvir edilmişdir. Quranı ancaq "oxumaq"la kifayətlənib, tətbiq etməkdən imtina etmək isə insanı zənn ediləndən daha pis bir mövqeyə salır. Allah bir ayədə belə buyurur: Onlara Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan, amma onlardan faydalana bilməyən uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalan sayan adamların məsəli necə də pisdir. Allah zalım adamları doğru yola yönəltməz. (Cümə surəsi, 5) #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #hafiz #kuran #xurafat #hurafe #məzhəb #mezhep #hoca #alim #ilahiyat #diyanet https://www.instagram.com/p/COTDvkXBUv7/?igshid=qwqcpgycjc8t
#quran#ayə#surə#ixlas#islam#iman#əxlaq#hzəli#tövbə#təqva#dinipaylasimlar#hədis#allah#evdəqal#namaz#hafiz#kuran#xurafat#hurafe#məzhəb#mezhep#hoca#alim#ilahiyat#diyanet
0 notes
Photo
Allahın hər şeyi tale ilə yaratması ən böyük nemətlərdən biridir. Tale insanlar üçün çox böyük bir rahatlıqdır. Taleyə iman edən bir insan həyatı boyunca yaşadığı və yaşayacağı hər hadisənin Allahın taleyində yaratdığını bilərək bunun rahatlığını və mənəvi hüzurunu yaşayar. Taleyə təslim olan insan rahatdır, çünki sabahından narahat deyildir. Sabah nə olacağını düşünüb naratçılıq və sıxıntı içinə girməz. Çünki, Allahın sabahı onun üçün ən xeyirli şəkildə yaradacağını bilir. Taleyə inanan insan keçmişində etdiyi səhvlərinə görə də bədbin olmaz. Çünki keçmişdə o xətaları Allahın özü üçün yaratdığı tale çərçivəsində etdiyini bilir, bunun xeyir və hikmətləri haqqında düşünür. Peşmançılıq duyub tövbə edər, eyni səhvləri təkrarlamamağa cəhd göstərər. taleyində Allahın həmin səhvlərini düzəltməsi, tövbə etməsi üçün bir çox hikmət və gözəlliklə yaratdığını bilir. Taleyə inanan insan ölüm anının da taleyində olduğunu, Allahın dilədiyi vaxtda, dilədiyi yerdə və formada canını alacağını bilir. Allahın canını almaq üçün təqdir etdiyi zaman gəldiyində heç bir kəsin və heç bir şeyin onu qoruya bilməyəcəyini bilir. Bunun üçün təvəkküllüdür. Allaha inanıb dərin iman etdiyi üçün axirətdə sonsuz gözəl həyatla qarşılaşacağı ümidindədir. Allahın rizasına uyğun yaşamağın və taleyə iman edərək həyat sürməyin gətirdiyi vicdan rahatlığı içindədir. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #tale #qədər #kader #2021 #ramazan https://www.instagram.com/p/COAgKprBhqv/?igshid=1ij8fybv6ziw3
#quran#ayə#surə#ixlas#islam#iman#əxlaq#hzəli#tövbə#təqva#dinipaylasimlar#hədis#allah#evdəqal#namaz#tale#qədər#kader#2021#ramazan
0 notes