#münasibətlər
Explore tagged Tumblr posts
shahinelected · 11 months ago
Text
Tumblr media Tumblr media Tumblr media Tumblr media
🇦🇿 Həyat yoldaşım ilə düz 60 ildir evliyik və bir gün belə dalaşmadıq. Bunun ən böyük sirri nə idi bilirsən? Biz onun ilə çox yaxşı dost idik. Birlikdə tennis oynayar və balığa gedərdik və çox gözəl söhbət edərdik. Məncə ən əhəmiyyətli şey də söhbət etməkdir onsuzda. Danışarkən bezdirməyən biri varsa evlənin?!
Pyer Rişar
🇷🇺 Мы с женой женаты ровно 60 лет и у нас не было ни одной ссоры. Знаете, в чем был самый большой секрет? Мы с ним были очень хорошими друзьями. Мы вместе играли в теннис, ходили на рыбалку и прекрасно беседовали. Я думаю, что самое главное – это все равно поговорить. Женитесь на ком-то, или выходите замуж за того кто не бесить вас во время разговора?!
Пьер Ришар
#shahinelected #pierrerichard #пьерришар #психологияотношений #отношения #ilişkipsikolojisi #ilişkiler #evlilik #münasibətlər
0 notes
korressamm · 6 months ago
Text
Yalanlar üstündə qurulan dostluqlar və münasibətlər bir gün nə olursa olsun dağılır.
61 notes · View notes
fffloweeer · 3 days ago
Text
Münasibətlərdə sevgi hər şeyi bölüşmək demək deyil. Bəzən insanlar tərəfdaşlarının şəxsi sərhədlərini qəbul etmədikdə, bu, münasibətlərdə gərginlik yaradır. Sərhədlər – nəinki şəxsi məkan və vaxt, həm də emosional və psixoloji ehtiyaclar deməkdir. Bəzi insanlar “əgər məni sevirsə, hər şeyimi bilməlidir” prinsipi ilə yanaşır, lakin bu, həmişə sağlam deyil (zənnimcə) Hər bir insanın şəxsi düşüncələri, dost çevrəsi və hətta tək qalmaq istəyi ola bilər. Qarşındakinın bunu düzgün qəbul etməsi münasibətləri daha sağlam edir.
Sərhədlər münasibətlərdə uzaqlaşmağa deyil, əksinə, daha dərin hörmət və qarşılıqlı anlayışa səbəb olur. Əsas məsələ – hər iki tərəfin sərhədləri qarşılıqlı razılıq və sevgi çərçivəsində qurmasıdır. Sevgidə azadlıq və hörmət olmadıqda, münasibətlər boğucu hala gələ bilər
24 notes · View notes
rftdamir · 1 year ago
Text
Uşaq olanda 20 qəpik verərdi atam mənə hər məktəbə gedəndə, o 20 qəpiklə həm su alırdım həm kökə. Universitetə daxil olana kimi smartfonum belə olmayıb. Dərs, məktəb, 1-2 saat cizgi filmi, köhnə kitablardan pul kəsirdik öz balaca fantaziamızla oyun oynamağa, küçədə və ya biraz genişliyi olan hər yerdə futbol oynayardıq . Ən əsası biz uşaq olanda indiki uşaqlardan daha tolerant və daha sosyal idik . Əyləncə üçün, oyun oynamaq üçün bir çubuq , bir daş və ya bir kağız belə kifayət edirdi bizə. Telefonlardan kompüterlərdən aslı da deyildik .
Bəs indiki uşaqlar necə ? Azla yetinə bilirmi ? Telefonsuz kompütersiz qala bilirmi ? Bildiyin oyunları say desən nə qədər oyun adı saya bilər sənə ? Hə saya bilər əlindəki telefon və ya kompüterdəki çox oyunu saya bilər . Ama biz yavaş yavaş daha yeni bir nəsildə öz kimliyimizi, mənəviyyatımızı itiririk. O xoş səmimi münasibətlərin orijinallığı itir . İnformasiya texnologiyaları həyatımıza nə qədər girirsə , bizim orjinal və keyfiyyətli sosyallığımız bir o qədər itir . Qeyri səmimi münasibətlər , hansısa məqsəd və ya çıxar üçün bir birinin yanında olan "dostlar" . Bir birinə güvəni olamayan "sevgililər" . Mən ümumiyyətlə köhnə düşüncəli biri deyiləm . Sadəcə bunlara üsyan edirəm. Bizim öz kimliyimizi qoruya bilməməyimizə üsyan edirəm . Mən üsyan edirəm ki bizim gənclik Dostoyevskini yox hansısa tik-tok fenomenini səhər axşam izləyir . Mən ümumiyyətlə bu batan gəmidə olan hər şeyə üsyan edirəm. Məncə heç burdakı adamların çoxsu da bu yazını oxumadan bəyənib keçəcək, bəlkə də reallığı nisbi şəkildə insanlara deyirəm deyə məni qınayacaqlar. Gözlərinizi açın və indiki uşaqlarla bir gələcək təsəvvür edin...
110 notes · View notes
dadaszdkh · 4 months ago
Text
Hər gün müxtəlif insanlarla ünsiyyət qurarkən onların ən layiqlisinin tənha olduğuna təəccüblənirsən. Onlar karizması, xoş görünüşü, canlı analitik təfəkkürü, yaxşı tərbiyəsi və davranışı ilə fərqlənirlər, bunun arxasında həmişə güclü baxış gizlənir, içərisində bir az kədər görünmür. Onlar "öz" adamlarını axtarırlar: ünsiyyət, şirkət və xoş tətil, sevgi, münasibətlər və ailə üçün. Daha tez-tez səhv edirlər, daha çox əziyyət çəkirlər, daha az təmasda olurlar və uğursuzluqları daha çətin yaşayırlar. Amma hər dəfə bir münasibət yerlə yeksan olanda onlar küldən yenidən doğulur, daha da mükəmməlləşir və möhkəmlənirlər və hər şeyi yenidən başlayırlar. Müasir cəmiyyətin stereotipləri onlara yaddır; Kişi və ya qadın olmasından asılı olmayaraq, yanlarında isti və sakit olacaq adam axtarırlar. Və bu "sakitlik" mübahisələrin, adrenalin və ya həddindən artıq emosiyaların olmamasına əsaslanmır. Bu "sakitcə" o deməkdir ki, yaxınlıqda xəyanət etməyəcək bir adam var. Sonsuz inandığınız, güvəndiyiniz və 100% güvəndiyiniz insan hətta ən güclü insanlar da sevildiklərinə inam qazanmağa çalışırlar.
26 notes · View notes
qulumemmedovv · 6 months ago
Text
Bir terapistin dediyi söz illərdir hələdə ağlımdadır. Deyir ki, “ Travma bədəndə depolanır və münasibətlər zamanı üzə çıxır”. O qədər haqlı bir cümlə idi ki..
31 notes · View notes
esger1i · 11 months ago
Text
Hər şeyin bir sonu olur. Gec ya tez. Hər şey bitir. Sonu bizə görünməyən, heç vaxt ayrılmarıq dediyimiz münasibətlər də bir zaman sonra yeni üzlərə, yeni hadisələrə çevrilir. İllərlə saxladığımız dostluğumuz da öz varlığını itirir. Əbədi olan hər şey bir gün "bir zamanlar"a çevrilir, xatirələrə, keçmişə, toza, soyuq bir cümləyə "təcrübəyə". Hər şey ya ciddi ya da mənasız bir səbəbdən qırılır, dağılır, sıradan çıxır. Biz dəyişirik, maraqlarımız dəyişir, çəhrayı eynəklərimiz qırılır və s. Əbədi heçnə olmur. Və biz anlayırıq ki, bu "əbədiyyət" ovcumuzda tutduğumuz su kimidir, səhvimiz isə bunu saxlamağa çalışmaqdır. "Əbədiyyət" əslində ömrü ən qısa olan bir sözcükdür, bunu təcrübə göstərir. Yaşaya-yaşaya öyrənirik.
46 notes · View notes
susanbiradam · 16 days ago
Text
Çox şey öyrəndim çox səhv elədim çox təcrübə qazandım. Zaman zaman nəfsimə qurban oldum. Dönüb geriyə baxanda heç nəyin o qədər bir mənası olmadığını görürəm. O böyük hədəflər, böyük evlər, yönümlü münasibətlər, gecə həyatları(heç sevməmişəm 25 ildə) hər birinin cazibəsinə aldanırdım. İndi minimalist bir həyatı seçmişəm, nə çox tanış nə çox gəlir nə böyük zövqlər nə təmtəraqlı məclislər, göz qamaşdıran yeməklər hər biri boş gəlir. Hər şeydən uzaqlaşmağım özümə daha da yaxlnlaşmağıma səbəb olur. Bu cəmiyyəti çox gözəl bilirəm amma cəmiyyətdən biri olmadım. Xoşbəxt bir həyat üçün tək olmaq lazımdır və tək nələrisə eləmək lazımdır. Hər şey elə bu qədər sadədir.
9 notes · View notes
mmar1ia · 8 months ago
Text
Hər şeyin ilki ən gözəlidir. İlk addımların, ilk kəlimələrin, ilk qaçışın, ilk dostların, ilk sevgilər, ilk münasibətlər və.s. Birini ilk dəfə tanıyanda yaranan o ünsiyyət, birinə ilk dəfə sevgi etirafı edəndə yaranan o həyəcan, birindən ilk dəfə uzaqlaşanda yaranan o boşluq, bütün bunlar insanı dəyişdirir, başqa birinə çevirir. Həyatımıza daxil olan və həyatımızdan tamamilə çıxan həmin o insanlar bizə böyük dərslər verirlər. Arada qalan boş zaman və araya girən məsafələr isə, ilk gün yaranan xoşbəxtliyi və həyəcanı unutdurur. Zamanla insan soyuq birinə çevirilir, daha az səmimiyyət qurur, daha az sosiallaşır, güvən duyğusunu itirir, yeni tanışlıqlar və dostluqlar üçün yorğun hiss edir. Ən sonda isə, bütün bu duyğular tək bir insanda bütünləşərək insanı qarışıq bir ruh halına salır və səbəbini özün də bilmirsən. Zaman insanı yaşlandırır, ancaq bəzilərimizin ruhu günü gündən cavanlaşır, bəzilərimiz də isə tamamilə əksinə…
30 notes · View notes
cavidanbayram · 2 months ago
Text
Bəzən münasibətlər zövq məsələsinə çevriləndə gedirlər ten uyumu eyni olan insanları tapıb, xəyanət edərlər o hər ayrıntısına fikir verdikləri insanlara.
9 notes · View notes
aavonyesh · 1 year ago
Text
Sizləri bilmirəm ama, mənim üçün həyat əvvəllər daha rəngli idi. Ən azından 2019a qədər. İçdiyimiz su belə dadlı idi, TV də gedən hər hansı random cizgi filmi indi youtube'da izləyə bildiklərimizdən daha maraqlı idi, heyvanlar, bitkilər, çiçəklər daha canlı, insanlar daha xoşbəxt ,uşaqlar daha məsum idi. Nənə-baba evi deyilən yerlər var idi, kəndlər kənd kimi idi. 4 fəsil var idi, qış əsl qış kimi keçərdi. Göy üzü daha mavi, günəş daha sarı,ağaclar daha yaşıl idi. Sevgilər həqiqi,münasibətlər doğma idi. İdi, idi, idi... İndi isə... İndi isə hər şey və hər kəs daha sönük,daha donuq və daha bitmiş haldadır.
32 notes · View notes
aiselibrahim · 3 months ago
Text
Çox sevdiyin insanla yollarının ayrılması həyatında ölümcül xəstəliyin son mərhələsində olan birinin olmasına bənzəyir. Bu bənzətməni etmək bəlkə də xoş olmaz, amma bitmiş hər periodu ölümə çox yaxın görürəm. Bir növ həyatda olan amma bizim üçün ölmüş insanlar. Ölümcül xəstəliklə boğuşan əzizin olduqda bunu ilk qəbul etmək gücündə ola bilmirsən, "durduq yerə necə bu şey ola bilərdi?" düşüncəsiylə dərin ağrıya qərq olursan, kaşkilər səni yeyib bitirir. Kaş çox soyuqda qalmazdı, kaş çox özünə əziyyət verməzdi və s. kimisindən deyə-deyə hayıflanırsan, amma heç biri onun xəstə olduğu gerçəyini dəyişmir. Tibb inkişaf edib, sağalar düşüncələri içində zamanla ümidlənirsən. Əslində şüuraltı artıq bunların bir işə yaramayacağını anlayırsan. Gün gəlir müalicələr heç bir nəticə vermir, ölümə günlər sayırsınız. Vidalaşma yavaşdan başlamış olur, bir gün gözünü əbədi yumduqda isə əslində çoxdan sağollaşmış olursunuz. Bir yerdən sonra düşündüyün ancaq "canı qurtardı bu ağrıdan" olur. Qalırsan öz ağrınla baş-başa. Ölümün araya girməsiylə qırılan əlaqələr zaman keçdikcə unudulan simalara, səslərə, qırıq xatirələrə çevirilir, nəfəs qədər yaxın olduğun səmalara ucalır.
Ruhlar qopanda cismlərin bir önəmi qalmır həqiqətən. Uzun müddət donmuş münasibətlər də belədir. Bitmiş münasibətdə ilk vaxtlar çox düşünürsən, bəzən bu ağrını daşıya bilməyəcəyini, bəzən də "bəlkə də bir gün yenidən" ümidi sönmüş alovdan qalan közərtilər kimi içində olur. Amma közərtilərin gücü çox olmur deyə bir səhər oyananda artıq belə ümidinin olmadığını, hətta buna istək duymanın belə mənasız olduğunu dərk edirsən. Əslində beyin bədənin yorğun düşdüyünü anlayanda mənasızlıq hissi gəlir. İlk vaxtlarda "harda yanlış etdim?" düşüncəsiylə özünə işgəncə verirsən, amma o səhərlərin birində görürsən ki, bədənini qan aparır, yaranın içindəsən. Onda özünə verdiyin sual dəyişir, harda yanlış etdimi "mənim bu qədər paramparça olmağımda qarşımdakının rolu nə qədərdir?" sualı əvəzləyir. Bu biraz da üsyandır. Yorğun bədənin üsyanı. Üsyanın bitəndə isə soyumağa başlayırsan, ağlın qalır öz yaranda, qarşındakı öz funksionallığını itirmiş olur, sən özünlə qalırsan, onun içində etdiyin səssiz mübahisələrlə birgə "keçmiş" olduğunu qəbul edirsən.
Sabahattin Alinin gözəl bir sözü var: Keçən günləri bir də geri gətirmək mümkün deyil və sadəcə xatirələr iki insanı bir-birinə bağlayacaq qədər qüvvətli deyil.
7 notes · View notes
xosqueendemleaxtariramseni · 5 months ago
Note
Salam. Mən öz fikirlərimi bildirmək istəyirəm. Tumblr əhalisi qəribədir. Qəribəliklər dediklərim şəxsi fikirlərimdir. Hər kəs öz fikrini bildirə bildiyi kimi mən də bildirirəm. Kiməsə səhv, kiməsə düz gəlməsi də başqalarının fikiridir.
Burda indi Yusif deyən qızlar 1-2 ay əvvəl Nicat deyirdilər. Onlardan da əvvəl başqaları var idi. Onlar da gedəcək və yerlərini başqaları tutacaq. İllərdir platformadayam. Gördüyüm bir şey var ki, oğlanları daş qalaq eləmirlər burda. Bəyənmədikləri oğlanları daş qalaq edirlər. Məsələn burda xoşa gələn oğlanlardan kimsə porno paylaşsa heç kəs tənqid etməyəcək, haqqında heç bir mənfi fikri yaranmayacaq. Amma hər hansısa tanınmayan biri eyni şeyi etsin başlayacaqlar qarayaxmaya.
Burda oğlanlar var ki, üzdə olan hər qızla danışır. Hamısı da dost ayağına verirlər. Hansısa fağır götürüb kiməsə salam yazır o dəqiqə başlayırlar ağlaşma qurmağa. Bu platforma əvvəllər mənə doğma, mehriban, isti gəlirdi. Sonradan fikrim dəyişdi. Sizin blogunuza yazılanlar sayəsində də lap iyrəndim. Buranı camaat eləyib tinder. Burdakilar bir biri ilə maksimum əylənə bilərlər. Bu ümumi hamıya aid olmasa da çoxuna aiddi. Buranın indikiləri ilə 2018/19 blogları, yazıları, paylaşılanlar, qurulan dostluqları çox fərqlidir. Ümumiləşdirmirəm nə də xüsusiləşdirmirəm amma indiki tumblr həqiqətən zaydır. Ona görə də hamı buranı unudur yaxud unutmağa meyillidir.
Sizin blogunuz və sizin özünüdən şikayətim falan yoxdu. Sadəcə camaatdan giley güzar eləyəsim gəldi. Gecəniz xeyrə
Salam, fikirləriniz üçün təşəkkür edirəm. Sizə qatılıram. Kitablardan, twitterdən gələn kütlə axını oldu bura. (Baxmayaraq ki, mən də kitab sayəsində tanımışam) Və elə düşüncə yarandı ki, burda kimisi İzmir'ini, kimisi isə Ege'sini tapacaq. Amma və lakin bu belə deyil. Burda dostluqlar qura bilərsiniz, evlənənlər də var. Fəqət, bu o demək deyil ki, hamı da belə olacaq. Siz demiş, əvvəl hərə öz işinə baxırdı burda. Öz düşüncələrini paylaşırdı, dərdləşirdi. İndi isə bir cümlə paylaşan kimi qınaq obyektinə çevrilir. Əvvəlki isti münasibətlər yox olub. Səmimiyyət də yoxdur. Əvvəl daha mehriban idik. Yadımdadır, mən yeni blog açanda neçə nəfərlə danışırdım, dərdləşirdim. Sevincinə, kədərinə şərik olurdum. İndi o insanların çoxu yoxdur burda. :')
Sizin də gecəniz xeyrə
18 notes · View notes
fffloweeer · 5 months ago
Text
Məqsəd bir insanı sizin istəyinizə görə dəyişməyə vadar etmək deyil, onunla birlikdə həyatı yaşamaq olduqda münasibətlər daha sağlam olur
8 notes · View notes
pistanthrophob · 5 months ago
Text
Sosial münasibətlər o qədər də qarışıq deyil. Elə dərin səbəblər axtarmağa, ali səviyəli hisslər uydurmağa gərək yoxdur. Birinə xeyrinə yarayırsansa yanında durur, yaramırsansa gedir. O yüksək mübarizə ruhlu, özündə sədaqət və əzmi təcəssüm ettirən sevgilər və dostluqlar indiki dövrdə varlıq göstərə bilməyəcək qədər təmiz və saf məfhumlardır. Böyüklərin sözünü təkrar etmiş olacam, ancaq həqiqətən insanların gözü həm tez həm də həddən artıq açılır. Ancaq məsələ tam olaraq bundan ibarət deyil. Ümumi kütlə daim öz çıxarını düşündüyü üçün digərləri də buna uyğun irəliləyir və nəticədə silsilə olaraq cəmiyyət çürüyür. Özümü tanıyandan internet aləmindəyəm, görmədiyim, bilmədiyim az şey var. Həyat təcrübəsi hesabına unutmağı istədiyim bir dolu çirkli, rəzil qavramlardan da xəbərdaram. Ancaq müşahidə edib nəticə çıxarıb bunları fərqli baxış bucağı kimi yaddaşa yazmaqdan başqa bir şey etmirəm. Bilirəm hər kəs eyni ola bilməz və.s amma insanlar nə qədər eyniləşib bunu görmək istəmir bu və buna bənzər sözləri deyən müəlliflər. Bu dəyişmədiyi müddət boyunca da qoyun kimi idarə olunacağıq. Nəysə aləm dəydi bir-birinə nə fikrimi düz çatdırdım, nə də düzgün bir xətt üzrə irəlilədim. Bu gecəlik bəsdir daha...
7 notes · View notes
sanctasu · 6 months ago
Text
Sentyabra zəng çatmır
Gözüm yoldadır. Qulağıma isə səs gəlir. Bütün sözlərin deformasiyaya uğrayaraq qəm deyə eşidildiyi bir səs. Avqust işığında tərpənərək özümə zülm etmiş kimi oluram. Yarı günəşli, yarı küləkli pəncərələrin tez-tez açıb-bağlandığı havalardan birindəydim. Qapı döyüldü. Qapını açdıqda üzünü heç zaman görmədiyim bir kəs dayanmışdı. Qapını nə üçün döydüyünü soruşdum. Cavab vermədi. Əlində saxladığı kağızı mənə uzadaraq, çıxıb getdi. Bu hadisə mənə “ay qərdeş, bu kağız mənə deyil axı” səhnəsini xatırlatdı. Yaxında heç cəbiş müəllimə bənzəyən adamda yox idi ki, yaxınlaşıb deyəm ��bu kağız mənədir?” Kor-peşman qapını çırpıldadıb, içəri keçdim. Hər şey kinodakı kimi olsaydı, nə yaxşı olardı.
Qəribədir. Ürəyimi boşaltmağa fürsət tapmışkən, bir şeylər yazdıqca ürəyimi doldurduğumun fərqinə varıram. Danışmağı sevirəm. Lakin yavaş-yavaş danışma qabiliyyətimi də itirirəm. (nə qazanırsan ki, nə də itirirsən?) Sadəcə mövcudluğu məhdud sayda olan bir-iki bəsit vərdişlər qazanıram. Onları da vərdişlikdən qısa zamanda itirirəm. Heç nə ürəyimcə deyil. Kənardan isə elə görsənirki, hər şey ürəyimcədir, heçnəyi xatırlamıram. Bəlkə də, Nazim Hikmət haqlıydı. “Geri gəlməsi mümkün olmayanlar xatırlanmamalı”.
Yalnız itirmək qorxusu insanları daha yaxın edir. Bu cümləni hansısa yas məclisində dediklərini həzm edə bilməyən mollabaşına demək istərdim. Heç, yaxınlardan kimsədə ölmür ki, yasda mollabaşına bu cümləni deyəsən. Mollabaşıda başlasın sənə axirətdən, o dünyadan, cənnət və cəhənnəmdən eyham vursun. Mənim də könlüm açılsın. Belə söhbətləri, mübahisələri dinləməyə ehtiyacım var. Düşünməyin ki, belə cəfəng söhbətlər çayxana məkanlarında da edilir. Tərəddüdsüz çayxana məkanlarında olan dini, siyasi, mövzular bu orjinallıqdan çıxmış məclislərdən qat-qat irəlidədir. Bu cür məclislərdə insanların bir-birlərinə olan sayğısı, hörməti daha da artır. Nəyin, kimin yolunda? Mərhumun yolunda, əfsus ki. Diriyə edilməyən xətir, ölü də ortaya çıxır. Heç bu qədər saxta pafosa gərək varmı? Yalanlarla qurulmuş münasibətlər, yalanla bəzədilmiş ailələr, yalanla düzəldilmiş vəzifələr, yalançı insanlar, yalan vədlər, yalançı dolmalar, yalan cümlələr.. bu məsələ-misallar saymaqla bitməz. Hərdən bu uydurulmuş cümlələrlə Rüstəm Behrudi olmaq istəyirəm. İstəyirəm deyəm ki, “bu şəhərdə qalıb salam verməyə, vidalaşıb getməyə kimsə yoxdur”
10 notes · View notes