#müddətini
Explore tagged Tumblr posts
Text
Bir insanın yoxluğuna öyrəşəcək qədər böyüməyi arzu etmirəm heçkimə. Düşmənimə belə. “Onsuz olmaz”, “o insan olmazsa nəfəs ala bilmərəm”, “onsuz ölərəm” və s.. Hamısı boş imiş. İlk vaxtlarda elə hiss edirsən təbii ki, bu həqiqəti dana bilmərəm. Yerə-göyə sığmırsan, canın yanır, qəlbin ağrıyır, ən əsası da qəlbinin üzərində bir ağırlıq hiss edirsən. Hansı ki bu ağırlıq sənin nəfəs almağında çətinlik yaradır. Bax bu beləcə davam edir. Müddətini soruşmayın, keçmir. Özü də əsla. Sən ümid edirsən ki, keçəcək, bitəcək, gedəcək, amma adı üstündə sadəcə ümid edirsən. Sonra nə baş verir, bilirsən? Sonra saatlar günləri, günlər ayları hətta aylar illəri əvəz edir. Gedən gedir, özü də bir daha qayıtmamaq üzrə. İlk 1 həftə özünü ölmüş kimi hiss edir insan. Əslində “ölmüş” deyərkən o qədər də şişirtmirəm. Nəfəs alırsan, ancaq bu yaşayırsan demək deyil. İlk 1 ay dəli olduğunu düşünürsən, “niyə itirib axtarmır?”, “niyə zəng vurmur” və s kimi düşüncələr sənin axırına çıxır. Hər gecə ağlayırsan, şəkillərini öpürsən, birlikdə olan şəkillərinizə baxıb köks ötürürsən, onu günahlandırırsan, sonda isə yenə özünü günahlandırırsan, halbuki bu hekayədə sənin tək günahın sevmək olur. Beləliklə “o” olmadan, zaman keçir. Üstündən aylar keçir, daha o qədər ağlamırsan, onun istifadə etdiyi ətirdən də istifadə etmirsən, günün 24 saatını da onu düşünərək keçirmirsən. Sadəcə müəyyən anlarda yadına düşür. Yadına düşdüyü anda bir anlıq bütün dünya səssiz rejimə keçir. Əllərin buz kimi soyuq olur, ürək döyüntülərin tezləşir, gözlərin dolur. Və beləliklə ən dəhşətli anlar başlayır. Bir gün əlində çayın oturduğun zaman qəfil ağlına gəlir və sən onun səsini unutduğunun şahidi olursan. Sonra əzbərə bildiyin üz cizgilərini unutmağa başlayırsan. Bu beləcə davam edir. Sən unudursan, ancaq nə qədər unutsan da tamamilə unuda bilmirsən.
27 notes
·
View notes
Text
Kompüter Təchizat Dünyasını Tədqiq etmək : Komponentlər və Yeniliklər
Müasir texnoloji dünyada kompüterlər şəxsi və peşəkar həyatımızın əsasını təşkil edir. İstər təsadüfi istifadəçi, istərsə də texnologiya həvəskarı olmağınızdan asılı olmayaraq, kompüter avadanlığının komponentlərini və potensial təkmilləşdirmələri başa düşmək sisteminiz haqqında əsaslandırılmış qərarlar qəbul etməyə kömək edə bilər.
Bu məqalə bizi kompüter avadanlığının füsunkar dünyasına səyahətə aparır.
Mərkəzi prosessor (CPU).
Prosessor kompüterinizin beynidir, təlimatları və hesablamaları yerinə yetirməkdən məsuldur. Prosessor seçərkən, saat sürəti, nüvələrin sayı və anakartınızla uyğunluq kimi amilləri nəzərə alın. Prosessorunuzu təkmilləşdirmək kompüterinizin işini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa kömək edə bilər.
Yaddaş (RAM)
Əməliyyat yaddaşı (RAM) kompüterinizin idarə edə biləcəyi çoxlu tapşırıqların səviyyəsini müəyyən edir. Kompüterinizin operativ yaddaşını təkmilləşdirmək daha hamar çox tapşırıq və daha sürətli emal ilə nəticələnə bilər. Bu, ümumi sistemin işini yaxşılaşdırmaq üçün sərfəli üsuldur.
Saxlama diskləri
Yaddaş kartı seçiminiz məlumat əldə etmə sürətinə və yaddaş tutumuna təsir edir. Proqramların yükləmə və yükləmə müddətlərini sürətləndirmək üçün daha sürətli yaddaş kartını təkmilləşdirməyi nəzərdən keçirin.
Qrafik Prosessor (GPU)
GPU qrafik təsviri idarə edir və oyunlar və qrafika intensiv tapşırıqlar üçün çox vacibdir. Oyunçular tez-tez daha yaxşı və daha hamar oyun xüsusi GPU-ya sərmayə qoyurlar. Bəzi anakartlar gündəlik hesablamalar üçün uyğun olan inteqrasiya olunmuş qrafikləri də dəstəkləyir.
Ana plata
Ana plata kompüterin bütün hissələrini birləşdirir və kompüterinizin üzərində qurulduğu təməldir. Təkmilləşdirərkən, mövcud komponentlərlə uyğunluğu təmin edin. Ana platalar ölçüləri, xüsusiyyətləri və CPU yuvası növləri və RAM yuvaları üçün dəstək baxımından fərqlənir.
Enerji təchizatı bloku (PSU)
Etibarlı PSU kompüterinizin komponentlərini sabit enerji təchizatı almasını təmin edir. Yüksək səviyyəli GPU-lar kimi enerjiyə ehtiyacı olan komponentləri əlavə edərkən daha yüksək vattlı PSU-ya təkmilləşdirmə tələb oluna bilər.
Soyutma həlləri
Adekvat soyutma həddindən artıq istiləşmənin və system qəzalarının qarşısını almaq üçün vacibdir. CPU və GPU-lar üçün hava soyuducuları və maye soyutma həlləri mövcuddur. Soyutma sisteminizin təkmilləşdirilməsi komponentlərinizin xidmət müddətini uzada bilər.
Periferiya və Aksesuarlar
Kompüter təcrübənizi artırmaq üçün mexaniki klaviatura, oyun siçanları və yüksək ayırdetmə monitorları kimi aksesuarları nəzərdən keçirin. Bu təkmillə.dirmələr performansınızı və oyundan həzzinizi artıra bilər.
Əməliyyat sistemi və proqram təminatı
Optimal təhlükəsizlik və performans üçün kompüterinizin əməliyyat sistemi və proqram təminatı həmişə yenilənməlidir. Resursdan səmərəli istifadə etmək üçün müntəzam olaraq yeniləmələri quraşdırın və proqram təminatınızı optimallaşdırın.
Daimi texniki xidmət
Komponentlərdən tozun təmizlənməsi, kabel tıxanmasının idarə edilməsi və müntəzəm texniki xidmət həddindən artıq istiləşmənin qarşısını almağa və avadanlığın xidmət müddətini uzatmağa kömək edəcək.
Kompüter avadanlığı dünyasını araşdırmaq həm maraqlı, həm də faydalı ola bilər. Əsas komponentləri başa düşmək və potensial təkmilləşdirmələri nəzərə alaraq, kompüterinizi xüsusi ehtiyaclarınıza uyğunlaşdıra bilərsiniz. Təkmil oyun performansı, daha sürətli çoxşaxəliliyə və ya daha səmərəli iş maşını axtarırısınızsa, kompüterinizin avadanlıqlarını təkmilləşdirmək böyük fərq yarada bilər. Hər hansı təkmilləşdirmələr etməzdən əvvəl, mütləq, məlumatı diqqətlə nəzərdən keçirin və uyğunluğu təmin etmək və kompüter avadanlığınızın sərmayəsindən maksimum fayda əldə etmək üçün ekspertlərlə məsləhətləşin.
Megamart.az Azərbaycan üzrə onlayn mağazaları arasında tanınmış ad kimi seçilir. Platforma müxtəlif alış-veriş ehtiyaclarına cavab verir və rahat alış-veriş təcrübəsini təmin edir. Ən müasir elektronikadan tutmuş zəruri Məişət texnikası qədər alıcıları geniş seçim gözləyir. Çevik çatdırılma seçimlərindən yararlanın və mağazanın Azərbaycanda onlayn alış-veriş üçün ən yaxşı seçim statusunu gücləndirən eksklüziv promosyonlara daxil olun.
0 notes
Text
"Roma"nın futbolçusu sıradan çıxdı
“Roma”nın futbolçusu sıradan çıxdı
“Roma”nın müdafiəçisi Rik Karsdorp dizindən əməliyyat olunub. Metbuat.org xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. Məlumata görə, 27 yaşlı müdafiəçiyə sağalmaq üçün azı 6 həftə vaxt lazım olacaq. Bir müddət əvvəl paytaxt klubunun Karsdorpla müqavilənin müddətini uzadacağı bildirilirdi. Niderlandlı futbolçu bu mövsüm “Roma”nın heyətində bütün yarışlarda 5 oyun…
View On WordPress
#barədə#bildirilirdi#dizindən#əməliyyat#futbolçu#heyətində#İtaliya#Karsdorp#Karsdorpla#keçirib#klubunun#məlumat#məlumata#mövsüm#müdafiəçisi#müdafiəçiyə#müddət#müddətini#Müqavilənin#niderlandlı#Romanın#sağalmaq#uzadacağı#yarışlarda
0 notes
Text
Yəqin ki, hər biriniz uşaqlıq dövründə yaşadıqlarımızın bütün həyatımıza təsir etdiyini eşitmisiniz. Aqressiya görən uşaq böyüyəndə də aqressiv olur, itaət etməyə məcbur edilən uşaq həyatı boyu itaətkar olur, çox kontrol olunan uşaq hər zaman başqa insanların onu kontrol etməsinə icazə verir. Demək olar ki, yetkinlik dövründə yaşanılan bütün problemlər uşaqlığın təsiridir. Sanki, müəyyən seçimləri edərək eyni problemləri yaşamağı uzadır insan.
Bu fikrə o qədər qulağımız alışıb ki, artıq adi bir şey kimi gəlir bizə. Amma bu məsələdə bir tərslik var. Niyə belə olur ki? Bir insan niyə əziyyət çəkdiyi bir şeyin davam etmə müddətini uzatsın ki? Niyə uşaqlıqdan gələn əzabları bitirmək və daha yaxşı həyat yaşamaq bu qədər çətindir?
Çünki, düşüncələriniz müəyyən şablonlara və qəliblərə uyğundur. İtaət etməyə öyrəşmiş bir insan, bu ona əzab versə də, itaət etməyə davam edir. Fədakarlıq etməyə öyrəşmiş bir insan, bu ona zərər versə də fədakarlıq etməyə davam edir. Bu siyahını uzada bilərəm, amma siz nə demək istədiyimi anladınız. İnsanlar ona görə belə edirlər ki, buna öyrəşiblər. Buna vərdiş ediblər. Və düşünürlər ki, elə bu cür də olmalıdır. Əks variantı heç ağıllarına gətirə bilmirlər. İndiyədək etmədikləri bir şeyi edərkən nələr olar, bu müəmmalıdır. Hətta bir çox insana indiyədək düşündüyü ya da yaşadığı tərzin əks variantını təklif edəndə, əsəbləşir. Çünki, bu haqda düşünmək dünyanın onların heç təsəvvür etmədiyi kimi bir yer halında olduğu ehtimalını qəbul etməkdir. Və əsasən həyat insanların düşündüyü qədər pis bir yer olmur. Bunu hər seansda görürəm. Amma insanların dünya haqqında müəyyən təsəvvürlərə sahib olmağın verdiyi hiss daha çox xoşuna gəlir. Müəyyən təsəvvürlərə sahib olmaq daha güvən dolu bir hiss bəxş edir. Ona görə də bu təsəvvürlər onları incitsə belə, yenə də bunu seçirlər. Bəli, pis hiss etmək sadəcə bir seçimdir. Sizdən asılı deyil bəlkə də. Amma seçimdir. Ona görə də, dünya və həyat haqqında beyninizdə nələrsə keçəndə, özünüzə bunu deyin. Bəlkə də, elə deyil.
37 notes
·
View notes
Text
Məsələn, çox küləkli, şaxtalı bir gündə gəzməyə çıxsaq və sən üşüsən: Paltomu çıxarıb sənə vermərəm. Onun əvəzində səni bir kafedə qəhvə içməyə apararam, ya da bir taksi saxlayıb səni evinə ötürərəm. “Necə xəsis adamdır, bir paltosuna da qıymır” deyə düşünmə. Xəsisliklə bağlı bir şey deyil. Mən paltomu sənə versəm, çiyinlərin, qolların isinəcək, amma yanaqların soyuqdan qızaracaq, ayaqların buz kəsəcək, dişin dişinə dəyəcək. Bu iş filmlərdəki kimi yaraşıqlı, centlmen oğlanın soyuqda pencəyini sevdiyi qıza verməsi kimi deyil. O filmi çəkən rejissorlar səhv bilir. Sənə bir şey olsa, xəstələnsən dünyanı dağıtmaram. Mən kiməm ki, Allahın yaratdığı dünyanı dağıtmaq fikrinə düşəm? Bunun yerinə dua edərəm. İki əlim də açıq vəziyyətdə gecə-gündüz dua edərəm; Allah səni mənə, sevdiklərinə çox görməsin deyə... Həftənin yeddi günü sənə romantik sürprizlər edib, şeirlər oxuyub, xoş sözlər deyə bilmərəm. Heç romantik abuhava yaransın deyə yağışın yağmasını da arzulamaram. İndi biz romantik dəqiqələr yaşayacıq deyə evsiz-eşiksiz, küçədə yaşayan birini və ya açıq havada işləyən bir insanı narahat etməyə nə gərək var? Ayrıca xoş sözlər eşitməyi, romantik sürprizləri hamı sevir, amma bir müddət sonra bu bezdirici olur. Arada öküzlük etmək də lazımdır, mübahisə edib bir neçə saat küsülü qalmaq da. Elə deyil? Hərdən küsülü qalmaq danışmadığımız hər saatda bir-birimiz üçün necə darıxdığımızı və bir- birimizi necə sevdiyimizi görmək üçün fürsətdir. Təbii ki, bu saatların müddətini artırmamaq şərti ilə. Mən səni dəli kimi sevə bilmərəm. Sabahattin Ali demişkən “ağlı başında sevərəm.” Çünki birlikdə dəlilik edəcəyimiz o qədər şey varkən niyə dəliliklə sevgini bir-birinə qarışdıraq?
10 notes
·
View notes
Text
Moyralar (latınca"Moera" - pay, hissə) — Qədim Yunan mifologiyasında tale ilahələri. Hesiodun teoqoniyasına görə, Moyralar ilahə Niktanın qızları, digər bir yerdə isə Zevs və Temis'in (Femida - Ədalət ilahəsi) qızları və Orlar'ın (İl fəsili ilahələri) bacıları kimi göstərilir.
Üç moyra
Kloto,
Laxesis (yun. "taleh"),
Atropa (Atropos - "qaçılmaz ölüm"). Hesiodun teoqoniyasına əsasən tanrı Zevs Moyralara lazımınca səlahiyyətlər vermişdir. Kloto insanların həyat ipini əyirir. Laxesis onların sevinc və kədərlərinə məhəl qoymadan ömür müddətini təyin edərmiş. Üçüncü moyra Atropa isə öz qayçısı ilə həyat ipini kəsərmiş. Troya müharibəsində Zevsin sevimli oğlu Sarpedonu Patroklla vuruşdan moyralar ölüm qərarı vermiş olduqlarından xilas edə bilmir. Çarəsiz Zevsin əlindən qəhrəman oğlunun ölümünə qanlı göz yaşları tökməkdən başqa heç nə gəlmir.
22 notes
·
View notes
Text
artıq “insanlar” o qədər istifadəçi olublar ki, adam istəyir ki, Allah yaradanda istifadə müddətini yazıb göndərsin. Biz də adamıq axı
42 notes
·
View notes
Text
Şad xəbər! Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səfər edə biləcək və 90 gün qardaş Türkiyədə qala biləcək. İnşallah gələcəkdə 90 gün qalma müddətini müddətsiz kimi dəyişdirirlər. 🇹🇷🇦🇿
1 note
·
View note
Text
Unutqanlıq elə bir hiss
Bu,qəlbi daş insanların xislətidir.
Unutqanlıq uzun-uzun xatirələr toplusunu
Bir andaca yox eyləyən acı zaman müddətidir
Bir zamanlar qoşa idik,uzaq idi qüssə kədər
Günü gündən yaranırdı gözəl-gözəl xatirələr
Düşünürdük,dünən yaxşı,bu gün yaxşı,sabah yaxşı olar deyə
Amma hardan bilə bilərdik ki,yaxşı günün müddətini ömrümüzdən fələk yeyə
4 notes
·
View notes
Photo
Gəlin bizə çox verilən suallardan yadımızda qalanlara cavab verək😇 Əlavə suallarınız varsa, verə bilərsiniz😇 Sual 1: Kirayə kitabları metroya çatdırırsınız? Əlavə pul da verirəm. Cavab 1: Xeyr, kirayə kitabları sadəcə mağazaya yaxınlaşıb götürə bilərsiniz. Sizə şəsxi kabinet açılır, login və parol verilir. Sual 2: Tələbə biletini girov qoyaraq kirayə kitab götürə bilərəm? Cavab 2: Xeyr. Əvvəllər olurdu. Kitab itkiləri olduğu üçün dayandırdıq. Sual 3: Neçə kitab götürdükdən sonra girovsuz kitab götürə bilərəm? Cavab 3: 10 kitab cərimə olunmadan oxuduqdan sonra (bəzən şəxsə görə istisnalar edirik). Sual 4: Aylıq Abunə haqqı ödədikdən sonra həm də günlük 10 qəpik ödəməliyəm? Cavab 4: Xeyr, abunə haqqı elə kirayə haqqını əvəz edir. Sual 5: Gəlir əldə edilmədən satılan kitablara əlavə tələbə endirimi də edirsiniz? Cavab 5: Xeyr😡 Onsuz da gəliş qiymətinə satılır, əlavə ona da endirim ziyan deməkdir🥲 Sual 6: Kirayə maksimum neçə ədəd kitab götürə bilərəm? Cavab 6: Seçim sizindir. Oxuya bildiyiniz qədər. Sual 7: Mən 5 günlük 2 ədəd kitab götürürəm. Onları 10 gün sonra qaytarmalıyam? Cavab 7: Xeyr, 5 gün sonra. Sonradan müddəti uzada biləriniz. Sual 8: Kitabı seçdiyim müddətə bitirə bilməsəm mağazaya gəlib müddəti uzatmalıyam? Cavab 8: Xeyr, sizə açılan kabinetə daxil olaraq online müddəti uzadıb, kitabı geri verəndə borcu verirsiniz. Sual 9: Cərimə necə olur? Cavab 9: Götürdüyünüz kitabın müddəti bitdikdən sonra təhvil verməsəniz yaxud müddəti uzatmasanız gecikən hər günə görə hər kitaba 30 qəpik cərimə yazılır. Sual 10: Kitabımın müddətini uzatmaq üçün mənə verdiyini login və parolla "novella.az" saytına daxil olmaq istəyirəm amma alınmır. Cavab 10: "novella.az" satış saytıdır. Siz "kiraye.novella.az" saytı yaxud android istifadəçiləri üçün yaradılan "Novella Kitab Evi" tətbiqi ilə kabinetinizə daxil olaraq kirayə kitabların müddətini uzada bilərsiniz. Səhifəni izləməyi unutmayın @novella.kitabevi #novellakitabevi #kirayekitablar (at Novella kitab evi) https://www.instagram.com/p/CdTXrwDK8eG/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
I Tarix boyu milyardlarla insan doğulmuş, yaşamış və ölmüşdür. Bu insanların arasından ancaq çox az bir hissəsi həyatın həqiqi məqsədini başa düşməyə çalışmışdır. Böyük bir hissəsi isə özlərini zamanın axışına buraxmış və müəyyən ehtiyaclarını ödəmək, nəfslərinin müxtəlif istək və ehtiraslarını təmin etməkdən başqa bir məqsəd güdmədən ömürlərini sona çatdırmışlar. Bu şüursuz və məsuliyyətsiz təbəqə hər dövrdə insan cəmiyyətlərinin böyük bir topluluğunu meydana gətirmişdir. Hər gələn yeni nəsil də bəzi istisnalar olmaqla çoxluğun getdiyi bu yola tabe olmuş, çoxluğun doğrularını, məqsədlərini və dəyərlərini mənimsəmiş, bunları özlərindən sonrakılara miras buraxmışdır. Bu ənənə bu gün də eynilə davam edir. Məhz insanlar, əllərinə bir daha keçməyəcəyini düşündükləri bu fürsəti atalarından miras aldıqları həyat tərzi və davranış formalarını eynilə tətbiq edərək dəyərləndirərlər. Özlərinə verilən ömür müddətini dünyadakı zövqlərin arxasınca gedərək, ölümü tamamilə unudaraq, dünyaya istiqamətli planlar quraraq və heç bir qayda-qanuna tabe olmadan keçirərlər. Dünyanın harasında və hansı dövrdə yaşayırlarsa yaşasınlar, hansı mədəniyyətə, hansı irqə mənsub olurlarsa olsunlar bu vəziyyət dəyişməz. Olduqları cəmiyyətdə nüfuzlu bir mövqeyə gəlmək, yaxşı təhsil almaq, zəngin olub rifah içində həyat sürmək, xoşbəxt ailə qurmaq, müxtəlif məqam və vəzifələrə çatmaq və bunlar kimi saysız-hesabsız irili-xırdalı məqsədlərə çata bilmək üçün çalışırlar. Bu məqsədlər daha yüzlərlə maddə halında qeyd oluna bilər. Lakin həqiqət budur ki, bütün bu insanlar dünyaya gəlmələrinin tək və ən əhəmiyyətli məqsədini unudarlar. Və bu məqsəd üçün özlərinə verilmiş və bir daha qaytarılma imkanı olmayacaq yeganə ömür müddətini boşa keçirərlər. Bu məqsəd, Allaha xidmət etməkdir. Quranda bu məqsəd belə bildirilir: Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. (Zəriyət surəsi, 56) (ardı rəydə) #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #təfsir #tefsir #din #kuran #axirət https://www.instagram.com/p/CZPLIiEsuaQ/?utm_medium=tumblr
#quran#ayə#surə#ixlas#islam#iman#əxlaq#hzəli#tövbə#təqva#dinipaylasimlar#hədis#allah#evdəqal#namaz#təfsir#tefsir#din#kuran#axirət
0 notes
Text
Rid Ceyms
“Çelsi”nin müdafiəçisi Rid Ceyms müqaviləsinin müddətini 2028-ci ilə qədər uzadandan sonra klubun saytına açıqlama verib. Metbuat.org-ın məlumatına görə, arxa xətt oyunçusu belə danışıb: “Sevincimdəm göyün yeddinci qatındayam. Azarkeşlərə, klubun yeni sahibinə, “Çelsi” camiəsində olan hər kəsə minnətdaram. Bizi gələcəkdə nə gözlədiyini görmək üçün səbirsizlənirəm. Əminəm ki, mükafatlar qazanmaq…
View On WordPress
#açıqlama#böyümüşəm#Çelsinin#dəstəkləyə#əminəm#gələcəyimiz#görmək#gözlədiyini#istədiyim#komandadır#məhsuldar#məlumatına#mövsüm#müdafiəçi#müddətini#mükafatlar#ötürmə#qazanmaq#şansımız#saytına#səbirsizlənirəm#turnirlərdə#uzadandan#yaşımdan#yetirməsidir
0 notes
Photo
Biz həmişə çörəyə müqəddəs bir nemət kimi yanaşmış, yerə düşdükdə dərhal öpüb gözümüzün üstünə qoymuşuq “Çörək bol olarsa, basılmaz vətən!” Demək olar ki, Azərbaycanda hər kəs bu deyimdə də vurğulandığı kimi çörəyin bol olması tərəfdarıdır. Yaşlı nəslin nümayəndələri isə çörəyə qarşı daha həssas davranırlar. 1941-45-ci illər müharibəsini görən hər bir yaşlı çörəyə qarşı hansısa hörmətsizlik edən gənc görəndə mütləq məzəmmətlə belə deyir: “Ay bala, çörəyi ziyan etməyin. Vaxt vardı biz bir tikə çörəyi dilimizin altına qoyurduq ki, eləcə dadını duyaq, bəlkə aclığımız az da olsa keçər”… Çörək Azərbaycan süfrələrinin əsas nemətidir. Hər hansı xörəyi çörəksiz yeyəndə “canımıza yatmır” elə bil. Hətta aramızda elələri var ki, plovu, makaronu, hətta xəngəli də çörəklə yeyir. Biz uşaqların da çörəkdən bol istifadə etməsinin tərəfdarıyıq. Hətta uşaqlar çörək yemək istəməyəndə onları buna zorla məcbur edirik: “Çörəklə ye ki, doyasan”. Ancaq mütəxəssislər çörək yeməyin əleyhinədirlər. Əla növ unu əla növ zəhər adlandırıblar. Ağ çörəyin hər hansı bir qidalandırıcı dəyəri yoxdur. Vitamin, mineral və lif baxımından olduqca kasıb qidadır. Ağ un və ondan hazırlanan çörək, digər un məmulatları buğdada yer alan bütün vitamin və minerallar atılaraq hazırlanır. Yalnız asan mənimsənilən zərərli şəkər effektindən başqa heç bir faydası yoxdur. Həkimlərin sözlərinə görə, çörək yalnızca mədəni dolu tutan və aclığı azaldan bir qidadır. Boş kalori yükü qan şəkərini yüksəldir, diabet riskini artırır, mədə-bağırsaq funksiyalarının pozulmasına (qəbizlik, qastrit və s) yol açır, ürək-qan damar sistemi xəstəlikləri, ateroskleroz və yüksək qan təzyiqi riski yaradır. Tərkibində olan nişasta bədən tərəfindən çox tez mənimsənilir və piylənməyə səbəb olur. Ağ çörəkdə olan toksinlər — içərisində olan qatqı maddələri — rafinə duzu, yumşaqlığını, görünüşünü və saxlanma müddətini uzatmaq üçün istifadə olunan kimyəvi maddələr bütün xərçəng növləri riskini artırır. Çörək taxıllar qrupuna aid bir qidadir. Onu başqa, daha sağlıqlı taxıl növləri ilə əvəz etmək olar. Məsələn, bir dilim çörək yerinə 3 xörək qaşığı bulqur aşı çox faydalı və sağlıqlı olacaq. Ağ çörək əvəzinə tam buğda, çovdar və kəpəkli çörək m https://www.instagram.com/p/CYVw3YkN7xX/?utm_medium=tumblr
0 notes
Video
instagram
DogruXeber.az: - Bakının Binəqədi rayon, Sulutəpə qəsəbəsində yerləşən 217-saylı orta məktəbində 27 sentyabr şəhidlərimizin anım gününə həsr olunmuş "zəfər bayramı" qeyd olunub. Bəli, cümləmizin baş-ayaq olduğunun biz də fərqindəyik. Amma, bu bizim günahımız deyil ki, bizim fikirlərimizi tədbiri keçirən məktəbin direktoru Bənövşə Cəfərova şəxsən özü qarışdırıb. Belə ki, rəhbərlik etdiyi təhsil müəssisəsində keçirilən tədbirin nəyə həsr olunduğundan bixəbər olan bu xanım, görünür ölkədə baş verənlərdən də xəbərsizdir. Əslində heç məktəb direktoru kimi demirik, vətəndaş olaraq da bilməli olduğu qanla yazılmış tarixi Bənövşə Cəfərova ya cəmi bir ilə unudub, ya da ümumiyyətlə o ərəfədə ölkədə baş verənlərdən məlumatsız olub. "DogruXeber.az" bildirir ki, sözügedən tədbirdə həmin məktəbin direktoru olaraq çıxış edən Bənövşə Cəfərova 44 günlük müharibə müddətini "24 günlük müharibə", müharibənin başlandığı 27 sentyab tarixini isə "zəfər bayramı" olaraq səsləndirib. Maraqlıdır ki, xanımın çıxışına yanında onu dinləyən müəllim kollektivi nəyinki, heç bir reaksiya vermir, hətta görüntülərdə də gördüyünüz kimi, hələ üstəlik alqışlayırlar da. "Bir gündə bu qədər "məşhur" olan məktəb direktoru kimdir?" - deyə, internet üzərindən kiçik bir axtarış, araşdırma etdik. Araşdırmalarımız zamanı bəlli oldu ki, Bənövşə xanım Cəfərova sən demə Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin həyat yoldaşı imiş. 1950-ci il təvəllüdlü, ömrünün 72-ci payızını yaşayan xanım direktorun təhsili və fəaliyyəti haqqında da qısaca məlumat tapdıq. Bəlli oldu ki, Bənövşə xanım Gəncə Dövlət Pedaqoji institutunu bitirib. (Bizim tərəflərdə Gəncə Dövlət Pedaqoji institutuna camaat oxuyan deyirlər. "Kimsəni naümid qoymayan" ali təhsil müəssisəsi). Sözügedən bu institutun haqqında camaat arasında yayılan söz-söhbətləri də hələlik bir tərəfə qoyuruq. Bənövşə xanım 1950-ci il təvəllüdlüdür və ixtisasca dil-ədəbiyyat müəllimədir. Peşə fəaliyyətinə 2007-ci ildən, yəni 57 yaşında başlayıb. Bu məlumatı öyrəndikdə, doğrusu yuxarıda kənara qoyduğumuz, sözügedən institut haqqındakı söz-söhbətləri təkrar alıb, mövzunun içinə gətirdik. Bir müəllim təqaüd yaşına (65 yaş) lap az qaldığı bir vaxtda n https://www.instagram.com/p/CUXOI8yIfLF/?utm_medium=tumblr
0 notes
Text
"İran açıq oyuna başlayıbsa, biz də öz açıq münasibətimizi ortaya qoymalıyıq" — Partiya sədri
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının Demokrat.az-a müsahibəsi:
- Azərbaycanın Xarici İşlər Nazirliyinin notalarına baxmayaraq, İran Qarabağa qanunsuz yüklərin daşınmasını davam etdirir. Sizcə, bu addımları atmaqda İranın məqsədi nədir?
- İranın molla rejimi Azərbaycanın müstəqilliyini və güclü dövlətə çevrilməsini heç bir halda həzm edə bilmir. Azərbaycanın müstəqillik qazandığı vaxtdan bu günə qədər İranın davranışlarına, fəaliyyətinə, Azərbaycanla münasibətdə atdığı addımlara, verdikləri bəyanatlara nəzər yetirsək, görərik ki, İran riyakarlığını ortaya qoyub. İran sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, əməldə hər zaman Ermənistanın yanında olub. Hələ Şuşa işğal olunandan İran rejimi bu riyakarlığını davam etdirir. Bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi İranın səfirini dəvət edərək, bu ölkənin qeyri-qanuni addımları ilə bağlı etirazını ona çatdırdı. İran tərəfinin sözlərinə görə bu, iki dövlətin arasını vurmaq istəyənlərin əməlidir, lakin onlar yenə də Qarabağda yaşayan ermənilərə yardımı davam etdirir. Bu, riyakarlıq, ikiüzlülükdür. Bu, İrandakı molla rejiminin mahiyyətindən doğan, əsrlərdən bəri həyata keçirdiyi siyasətin məntiqi davamı olaraq özünü göstərir. Artıq Azərbaycan daha ciddi addımlar atmağa başlayıb. Gorus-Qafan yolunda Azərbaycanın postu qurulub. İrandan gələn yüklər, onların təyinatı, həmçinin, sürücülərin sənədləri yoxlanılır. Bununla yanaşı, İrana qarşı daha ciddi addım ataraq, fərqli davranış ortaya qoymalıyıq.
Ən çətin zamanında Azərbaycan qonşu ölkə kimi İranın yanında oldu, ona qarşı hər hansı mənfi addımın atılmasına imkan vermədi. Bunun müqabilində İran hər zaman Azərbaycana qarşı xəyanətini göstərib və bu gün də bunu davam etdirir. Bu baxımdan düşünürəm ki, İranla münasibətlərimizə yenidən baxmalı, yeni yanaşmalar yaratmalıyıq. Fikrimcə, Azərbaycan ən qısa zamanda İsraildə səfirliyini açmalı və onlarla münasibətimizi ən yüksək səviyyədə davam etdirməliyik. İran açıq oyuna başlayıbsa, biz də öz açıq münasibətimizi ortaya qoymalıyıq.
- İranın bu hərəkətlərində rusiyalı sülhməramlı qüvvələrin fəaliyyəti də gündəmə gəlir. Necə düşünürsünüz, bu addımlar Rusiya sülhməramlılarının Azərbaycanda qalma müddətini azaldırmı?
- Rusiyanın sülhməramlı qüvvələrinə xəbərdarlıq edilib. Məncə, biz artıq Laçın dəhlizində post qurmalı, Ermənistandan gələn bütün avtomobillərə və onların daşıdığı yüklərə nəzarət etməliyik. Xankəndidə və ətrafda yaşayan ermənilərə qeyri-qanuni yüklərin daşınmasının qarşısını almalıyıq. Sülhməramlıların fəaliyyətinə gəlincə, Azərbaycanın Rusiya ilə münasibəti İranla eynilik təşkil edə bilməz. Rusiya Azərbaycanla tam fərqli münasibətə malikdir. Ən azından, Rusiyanın mövqeyində Azərbaycanın xeyrinə elementlər olub. Biz bu elementləri qoruyub saxlamalıyıq. Sadəcə, sülhməramlı qüvvələrin öz üzərinə düşən missiyanı yerinə yetirməsi üçün təsir göstərməliyik. Sülhməramlılar yeni münaqişənin alovlanmasının qarşısını almalıdırlar və biz, onların bu vəzifəni həyata keçirməsi üçün çalışmalıyıq.
- ABŞ-ın Ermənistandakı səfiri statusla bağlı açıqlama verdi. Səfirin açıqlaması nəyə hesablanıb?
- Həm yuxarıda sadaladığımız nüanslar, həm də ABŞ-ın Ermənistandakı səfirinin açıqlaması yaxın gələcəkdə münaqişənin alovlanmasına hesablanıb. Bu qüvvələr mümkün münaqişənin fərqli istiqamət almasına çalışırlar. Biz bu halların qarşısını indidən almalıyıq. Bunun üçün Azərbaycanın diplomatik fəaliyyəti ən yüksək səviyyədədir. Azərbaycan Prezidentinin siyasətinin bütün tərəfləri bu istiqamətə hesablanıb. Ümid edirəm ki, biz xoşagəlməz halların qarşısını alıb, bu vəziyyətdən uğurla çıxa biləcəyik.
- Ermənistanın Baş naziri bir neçə gün əvvəl sülh və danışıqlar barədə müsbət mesajlar verdi. Paşinyanın fikirləri nə qədər inandırıcıdır?
- Paşinyanın açıqlamalarına heç bir halda güvənmək lazım deyil. Ermənistan tərəfinin sözü ilə əməli üst-üstə düşmür. Ona görə də, Paşinyanın müsbət görünən fikirlərini səmimi qəbul etmək lazım deyil. Xatırlayırsınızsa, Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini təqdim etdi, lakin sonradan həmin xəritələrin doğruluğu şübhə altına düşdü. Məlum olduğu ki, xəritələrin çox az faizi minalanmış əraziləri doğru əks etdirir. Bu gün Ermənistan hakimiyyətinin ən müxtəlif xoşməramlı bəyanatlarına, cəlbedici sözlərinə inanmaq lazım deyil, onların əməllərinə diqqət etməli, buna uyğun addımlar atmalıyıq.
- Laçında Azərbaycan-Türkiyə birgə təlimlərindən sonra Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının “Üç qardaş-2021” beynəlxalq təlimi başladı. Bu təlimin əhəmiyyəti barədə fikirlərinizi bilmək istəyirik. Birgə təlimlər region dövlətləri üçün hansı mesajları verir?
- Bu, kifayət qədər geniş mövzudur. Konkret olaraq, bildirə bilərəm ki, 44 günlük müharibə dövründə Türkiyə və Pakistanın siyasi və mənəvi dəstəyini gördük. Həmçinin, bu ölkələrlə hərbi-strateji əməkdaşlıq müqavilələrimiz var. Müharibədən sonrakı dövrdə Türkiyə və Pakistanla münasibətlərimiz daha yüksək səviyyədə qurulmağa başladı. Türkiyə ilə Şuşa bəyannaməsinin, Pakistanla Bakıda bəyannamənin imzalanması siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. Üç qardaş ölkənin təlimləri münasibətlərimizin yeni səviyyəsi və göstəricisidir. Əminəm ki, yaxın gələcəkdə Azərbaycan, Türkiyə və Pakistanın dünyanı təəccübləndirəcək birgə addımlarının şahidi olacağıq.
“Demokrat.az” saytı
Aygül Qarayeva
13 Sentyabr 2021-ci il
0 notes
Text
İnsanlar insanlara hələ də inanmırlar. Bir ömür boyda təəssüf...İnsanların başlarına düşən daş, yarımçıq qalmış evlərinə yarımadı. Ona görə başımıza düşən daşlara inanmadıq, amma baş daşlarına yaman inandıq...Yalanlar televizordan gözümüzə, radiodan qulağımıza, havadan burnumuza girdi. Amma biz yenə evi yanan çobanın evinə tərəf öz parçımızda su daşıyırıq. Biz yalanlara yaman inanırıq.
Hə dostlarım, Heminquey çalmayacaq “Əcəl zəngi”ni, əcəl zəngini Əzrail çalacaq. Ona görə də bir-birimizi sevək, birbirimizi aldatmayaq! Atamızın adını oğlumuza qoymaqla biz öz varlığımızın müddətini uzada bilmərik. Biz öz varlığımızın, mövcudluğumuzun müddətini bir-birimizə inanaraq, bir-birimizi aldatmayaraq artıra bilərik...
0 notes