#böyümüşəm
Explore tagged Tumblr posts
Text
keçən il buraxılış imtahanına hazırlananda edə bilmədiyim tapşırıqları indi edəndə çox sevinirəm ee
33 notes
·
View notes
Text
Mən uşaq olanda elə bilirdim,
Adam yıxılanda ağlayır ancaq.
Sanırdım dünyanı mənim atamın,
Çeçələ barmağı saxlayır ancaq.
Mən uşaq olanda elə bilirdim,
Seçdiyim hər maşın mənim olacaq.
Mən axı bilmirdim dünyanın özü,
Böyükkən özümə qənim olacaq.
Mən uşaq olanda uşaqlığımdan,
Tezcə sıxılardım, tezcə bezərdim.
İstərdim, tezcənə böyüyüb mən də,
Böyük adamlartək rahat gazərdim.
Mən uşaq olanda elə bilirdim,
Hər nağıl xoşbəxt bir son ilə bitir.
İndi böyümüşəm, mənim nağılım,
Hardasa beş, ya da on ilə bitir.
82 notes
·
View notes
Text
Balaca uşaqlar mənə xala deyəndə anladımki böyümüşəm
15 notes
·
View notes
Text
Bu gecə illərdi içmdə tutduğum şeyləri bir bir yazacam. Mən bu blogu sadəcə yazmağı sevdiyim üçün,danışmağa kimsəm olmadığı üçün açmışam.. Gözümdən qaçan səhvlər olarsa üzrlü sayın.
İnsan müxtəlif ailə mühitində dünyaya gəlir,böyüyür tərbiyə alır ailəsində ki insanlardan görüb,götürür və öz ailəsinə tətbiq edir.( Çox təəsüf). Amma bəzi insanların doğulduğu ailə də yanlız sevgi olur birdə köhnə geyimlər,bayat yeməklər. Amma xoşbəxtlik olur,sevgi olur. Amma bəzilərində isə sevgidən savayı hərşey olur ama,hərşey olur.. Məndə elə ailəyə göz açmışam,və özümü bildim biləli ilk zərbələrim atamdan gəlib mənə. İlk aşağlanışım,ilk səhv çıxarılışım və s. Bir qız övladı üçün çox ama çox böyük travmadı və acıdı.. Yaşa dolduğca atanın qız da ki,dolduramadığı sevgi boşluğunu qız bütün kişilərdə axtarır, hər dəfəsində də yenə də o sevgi boşluğunu doldura bilmir.. Ağıla gəlməyəcək qədər ağrı verir bu. Uşaq böyüdükcə,hər yaş artdıqca ataya nifrəti bir o qədər artır. Hələ bu nifrət tək sənədirsə.. Ömrün boyu düşünəcəksən ki,niyə atam məni sevmədi? Niyə mən atamı qucağlamağa qorxdum? Niyə atamı qoxusunu içimə çəkə bilmədim? Niyə atamın gözlərində nifrət var idi? Axı mən nə elədim? Niyə hər kiçik səhvimdə atam dayaq olmaqdan məni hamının içində aşağlayıb özgüvənimi məhv edirdi? Yada atam niyə anama zülm edirdi? Niyə gözümün önündə edirdi? və bir çox sual cavabsız qalır.. Əgər cəsarət edib ataya bu sualları verəcəksənsə heç zaman cavab almayacaqsan.. Çünki o ata da illərdi bu suallara cavab tapmayıb,çünki o da sevilməyib, çünki o da sevgi nədi bilməyib, görməyib. Mən özümə bir söz vermişəm əgər bir qızım olsa onu ölümünə sevəcəm atası da həmçinin.. Ailə olacaqsınızsa ilk öncə sevməyi bilin..' Çörək gətirdim',yeməy bişirdim'lə uşaq sevilmir nədə ailə olunmur..
Mən artıq böyümüşəm düzdü amma içimdə ki, o qız uşağı nə qədər ki,axtardığını tapmayacaq o heç zaman böyüməyəcək..
Heç zaman..
Bunları heç zaman valideynlərinə deyə bilmirsən illərdi qəlbində qalır.. o da bəzən çox incidir insanı..
Az da olsa yazmaq rahatlatdı məni)
30 notes
·
View notes
Note
Hansı bölgədənsiz
1. Əslim Kəlbəcərli🤌
2. Özüm Gəncəli(orda böyümüşəm)🤘
3. Bakıda yaşayıram Biləcəri👊
Çox açıqlayıcı oldu deyəsən😂
18 notes
·
View notes
Text
Blogumu gözdən keçirdim və qərara gəldim ki burada olmadığım 2 ildə çox böyümüşəm))
15 notes
·
View notes
Text
Usagligdan arxamca bir şey cevirilende hiss edirdim, çox bilmiş idim mi ne bilmirəm ama çox tez tuturdum hər şeyi, indi də böyümüşəm, mənim arxamca nəsə çevriləndə gülməli gəlir, bəlkede onu başqasına eləsən tutmaz ama ben öyle deyilimkii ,men o saat tuturam malesef
11 notes
·
View notes
Note
Ehh.. Sanki vecsiz olmaq rahatdı. Nəysə, relax
Olub keçənləri ürəyimə almayacaq qədər çox böyümüşəm yəgin. Ondandır.. onsuzda heçnə və heç kimi düzəlmir.
4 notes
·
View notes
Text
1 aydan sonra 22 yaşım olacaq
Hələdə bəzi şeylərin mən toxunmadan düzələcəyinə inanıram, anama onu nə qədər çox sevdiyimi deyə bilmirəm çünki insanlara dəyər verməyə başlasam sevdiyimi hiss etdirsəm gedəcəklərini düşünürem, pis hiss edəndə heçkimle bölüşmürəm çünki heçkimi öz problemlərimlə sıxmaq istəmirəm, həmişə yaxşı və fədakar dost olmaqa çalışıram buna görede hər dəfəsində qırılan tərəf oluram, uşaq vaxtından həmişə ümid edərək ve inanaraq böyümüşəm ama istədiyim yerə hələki çata bilməmişəm yenədə çalışıram, işimi heç sevmirəm, kimisə sevməkdən çox qorxuram, qarşı tərəfdən dəyər gördükdə qaçıram, xoşbəxt ailədə böyümədiyim üçün evlənməkdən qorxuram, içimdəki saf uşaqı heç vaxt öldürməməyə çalışıram.
11 notes
·
View notes
Text
Onun şəhid olmasından artıq iki il keçmişdi. İki il idir ki, onun ölümünü qəbul edə bilmirdim. Ölümünü qəbul etsəydim , bu həyatda olmadığını da qəbul etməli idim. Bunu isə edə bilməzdim , çünki onun həmişə yaşadığını, mənimlə olduğunu düşünmüşəm. Hər dəfə məzarına gedəndə yuxuma gəlməsini, bir gün belə olsa səsini eşitməyi istəyirdim. O mənim yuxuma gəlmirdi, mən isə istəyimdən vaz keçmirdim. Hər gecə yuxuya gedəndə onun silüetini, onunla keçirdiyim 4 ili, xoş anlarımızı yadıma salıb yuxuya gedirdim. O qədər inadkar biri idi ki, gəlməməkdə israr edirdi sanki. 2 il müddətində hər gün onunla danışmağı arzulayırdım, yuxu belə olsa...Mənim həyata tutunma səbəbim idi. Şəhid oldu, bu dünyadan köçdü, amma yenə də ona tutunuram. Bəs o kimdir? O Kərimdir. 44 günlük müharibədə qəhrəmancasına öz həyatından keçmiş igid...Sevərək evləndiyim adam...Kərimlə ilk tanışlığımız yadıma düşür. Universitetin ikinci kursunda oxuyurdum o zaman. 2016cı ilin yay imtahanları vaxtı idi. İmtahanı verib universitetdən çıxmışdım. Həmin gün atam məni gəlib götürməli idi. Mən də universitetin qabağında dayanıb atamın gəlməyini gözləyirdim. Gözlədim, gözlədim, amma gəlib çıxmırdı. Bu zaman bir oğlan mənə doğru yaxınlaşmağa başlamışdı. Üzərində də hərbi paltarı...İlk diqqətimi çəkən qolundakı xarıbülbül işarəsi idi. Onun səsi ilə fikirdən ayıldım:
-Salam xanım. Siz Asiya olmalısınız yəqin ki. Atanız mənə tapşırıb ki, sizi evə aparım. Özü təcili getməli oldu deyə məni göndərdi.
Elə bu vaxt atam yığıb onunla getməyimi bildirdi.
-Yaxşı, gedək.
Yol boyu nə o danışırdı, nə də mən. Fikrim isə elə ancaq xarıbülbüldə idi. Bu adam qoluna niyə onu çəkdirmişdi? Səbrim tükənirdi artıq...Mən danışmasaydım, o heç danışmazdı. Ona görə mən bu səssizliyi pozub danışmağa başladım:
-Bu imtahanlar da çox çətindire. İstinin cırhacırında oxumaq müşkül məsələdi.
+Hə, məncə də.
-Adınız nədir? Siz mənimkini bilirsiz, amma mən..
+Kərimdir adım, Kərim.
Artıq evə çatmışdıq. Onunla sağollaşmaq istəmirdim, çünki diqqətimi çəkən nüanslar var idi. Lakin görürdüm ki, o nəsə çox narahatdır. Ona görə də onu da yormadan sağollaşdım.
Bundan sonra ancaq onunla universitetə gedib gəlməyə başladım. Danışmırdı ki, danışmırdı. Bir gün möcüzə oldu sanki...Mənimlə kafeyə getmək istədi. Necə sevindim. Artıq suallarımı ona verəcəkdim. Təklifi qəbul etdim və universitetin yanındakı kafedə oturub möcüzəvi şəkildə söhbət eləməyə başladıq.
+Hər dəfə fikir verirəm ki, baxışlarını qolumdan çəkmirsən.
-Şey, xarıbülbül...Yəni sənin qolun yox, xarıbülbül diqqətimi çəkir.
+Niyə ki?
-Bilmirəm, heç kimdə görməmişəm. İlk dəfədir qarşılaşıram belə mənzərə ilə.
+Bilirsən, Asiya , mən millətimə , xalqıma bağlı böyümüşəm. Ona görə də hərbini seçdim elə. Hər dəfə qolumdakı xarıbülbülə, əynimdə daşıdığım bu formaya baxanda içimdəki intiqam hissi daha da şiddətlənir, torpaqlarımızı geri qaytarmaq arzusu daha da güclənir.
Heyran olmuşdum, həm də çox...
+Çox vətənpərvərəm hə? Üz ifadən onu deyir. Torpağına bağlı olan hər bir insan vətənpərvərdir. Çoxumuz eləyik. Sadəcə bu hiss bəzi insanlarda daha qabarıq göstərir özünü.
-Nə deyim, bilmədim.
+ Olar, Vətən sözü gələn yerdə bütün sözlər öz mənasını itirir. İstəsən belə öz hislərini ifadə edə bilmirsən.
-Niyə bu qədər narahatsan ?
+Torpaqlarımız namərdlərin əlində olduğu müddətcə rahat olmağımı gözləyirsən? Mən rahat ola bilmərəm Asiya, deyərəm gülərəm amma rahat ola bilmərəm. Deyib gülməyimə baxma əslində içim qan ağlayır.
Beləliklə , başladı bizim hekayəmiz. İndi gözümün qabağından xatirələr keçir..Hələ bir gün məni Aprel Şəhidlərinin məzarlarına aparmışdı. "Kişilər ağlamaz" deyirlər axı...Kişilər ağlayar. O ağlamışdı. Hər birinin məzarının üstündə hönkürtü ilə ağlamışdı. Həmişə döyüşdə iştirak edə bilmədiyi üçün pis olurdu..Mənim ağladığımı görüb gözyaşlarımı silərək demişdi:
+Ağlama, gözəlim mənim. And olsun Allaha, heç birisinin qanı yerdə qalmayacaq. Üzərində durduğum torpağa and olsun ki, hamsının qisasını alacam, alacayıq.
-Sən ölmə, sən getmə...Yaşaya bilmərəm.
+Şəhidlik mənim ən böyük arzumdur, bilirsən. Sən ağlama, ölməmişəm, getməmişəm hələ. Hələ sənə öz əllərimlə xarıbülbül gətirəcəm.
Bu cümlələr ağlımdan , qəlbimdən çıxmır...Artıq 2020dəydik. Döyüş başlamışdı, həlledici döyüş..Kərim yanıma gəlib gedəcəyini, çox xoşbəxt olduğunu dedi. Biraz eqoistcə çıxa bilər bəlkə amma getməsini istəmirdim. Kim gedir getsin, amma o getməsin...Bilirdim ki arzusuna çatacaq. Şəhidlik zirvəsinə ucalacaq, bəs mən onsuz necə yaşayacaqdım? Qışqırdım, ağladım, yalvardım. Xeyri olmadı...
+Bura Vətəndir, canım gözüm. Vaxt gəlib çatdı. İllərdir gözləyirəme bu anı. Bura Vətəndir, yeri gələr öz ailəndən vaz keçərsən, yeri gələr sevgindən, yeri gələr də öz canından. Mən getməsəm əgər bax onda canımdan can gedər. Sənə söz vermişəm axı. Öz əllərimlə sənə xarıbülbül gətirəcəm. İşdir gələ bilməsəm Allaha əmanətimsən. Sən mənim yarımsan, güclü olmalısan. Hər şeyə özünü hazır hiss etməlisən.
Düz deyirdi , Kərim getdi. Getməli idi və getdi. İşğaldan azad olunan torpaqlarımızı gördükcə sevinc gözyaşları axıdırdım. Kərim hər şeyin yaxşı olduğunu, ürəyimi rahat tutmağımı istəyirdi. Həmin günə qədər...Bir gün sms gəldi: "İstəyimə çatmağa az qalıb, səbr elə , ömrüm günüm". Sevindim, həm də o qədər çox...Ta ki saatlar sonra onun şəhid xəbərini alana qədər...Qapı döyülmüşdü, hərbi hissədən gəlmişdilər. Qapını açdım...
-Başınız sağ olsun.
Başım sağmı olsun? O , şəhid olmuşdu, o bu həyatdan köçüb getmişdi...Bir anlıq hər şey sükuta qərq oldu. Bir anlıq hər şey dayandı. Sanki bir boşluq yarandı və mən o boşluğa düşdüm. Elə bir boşluq ki...Çatmışdı, arzusuna, istəyinə çatmışdı. Bilirdim, hiss edirdi. Sonra dəfn mərasimləri...Onun əşyaları...Əşyaları arasında şəklimi gördüm. Şəklin arxasında : "Xarıbülbülü sevdiyim kimi sevdim səni, yarım." yazılmışdı. Gözyaşlarımı saxlaya bilməmişdim....
Yenə həmin şəkli götürüb arxadakı yazını oxudum. Bəlkə də mən onun yarımçıq qoyduğu şeyi tamamlamalı idim? Havanın qaralmasına az qalmışdı. Kərimin məzarına yollandım. Hər gün gəlirəm bura, hər gün də darıxıram...Gülərüz idi Kərim. Məzarının üzərindəki şəkildən ancaq gülümsəyir...
-Kərimim mən gəldim, bax. Xarıbülbülü sevdiyim qədər sevdim səni demişdin...Xarıbülbülü bəlkə də məndən çox sevdin. Bizi birləşdirən xarıbülbül oldu, bizi bir-birimizdən ayıranda. Sənin yarım qoyduğunu tamamlamalıyam, hə. Bəlkə də eləməmişəm deyə yuxuma gəlmirsən, incimisən məndən. Həmişə gülürsən mənə, bir dəfə də əsəbləş. Eh sevgim, sənsiz çətindi. Xarıbülbülə gedəcəm sevdiyim, söz ver ki, sən də mənə gələcəksən...
Ağlıma qoymuşdum, Şuşaya gedəcəkdim. Səhər Şuşaya yola düşəcəkdim. Necə gedəcəyimi bilmirəm, amma bunu edəcəkdim. Evə qayıtdım. Səhərə qədər getməyin yollarını axtardım. Tapdım da. Tur şirkəti ilə danışdım. Əşyalarımı , lazım olan hər şeyi yığdım. İki gün sonra yola düşəcəkdim. İki günü necə keçirəcəkdim bəs? Səbrsiz idim...
Beləcə iki gün keçdi, yola düşdük. Təqribən 487 km yol gözləyirdi məni. Ağlımda isə Kərim və xarıbülbül idi. Yol necə gəldi keçdi anlamadım. Şuşa çox hündürdə yerləşirdi. Ora hər maşın gedə bilməzdi. Yuxarı qalxdıqca insanın qulaqları tutulurdu. Ətrafdakı mənzərəni seyr etdikcə bu yerlər üçün canlarından keçən əsgərləri , eləcə də Kərimi çox yaxşı anlamağa başlamışdım. Dağları görsəniz, İlahi. Necə də gözəldir, əzəmətlidir, vüqarlıdır. Allah bütün gözəllikləri bura verib sanki. Ətrafa baxdıqca ətraf sanki dilə gəlirdi: "Ey insanlar, baxın bizə. Başımıza hər cür oyunu açdılar, amma biz vaz keçmədik. Onlara tabe olmadıq. Əyilmədik. Bir gün gələcəyinizi bilirdik. İnamımızı itirmədik heç vaxt."
Artıq Şuşanın mərkəzinə çatmışdıq. Havası ...Heç yerdə belə hava yoxdur deyə bilərəm. O qədər təmiz idi ki. İllərdir belə havaya həsrət idim...İndi çox yaxşı başa düşürəm Kərimi... Havanı doyunca içimə çəkdim. Mərkəzdə biraz dayandıqdan sonra bələdçi gəldi və bizi gəzdirməyə başladı. İnternetdə həmişə Şuşa qalasının şəklini görərdim, maraqlı gələrdi. Kərim demişdi ki, səni ora aparacam. "Kərim, mən burdayam. Bəs sən hardasan?" deyə keçirdim içimdən. Sizə hislərimi ifadə edə bilmərəm..Qalanı görsəniz başa düşərsiniz. Hər qarışında bir tarix gizlidi. İnsanlar şəkil çəkdirir, bir birləri ilə söhbət edir, gəzirdilər. Mən isə gözlərimi zilləyib ətrafı izləyirdim. O qədər çox heyran olmuşdum ki. Gözlərimi ala bilmirdim. Bir də eşidirəm ki adımı çağırırlar. Avtobusa mindik və turumuza davam etdik. Şuşanın ən gözəl yerlərini gəzdim, amma hələ də xarıbülbülü görmürdüm. Şuşanın suyunu desəmmi sizə? Buz kimi suları var Şuşanın...Dadından doymaq olmur. Kaş həmişə bu suyu içsəm, buranın havasını çəksəm içimə, ölənə kimi burda yaşasam...
Ən axırda Cıdır düzünə gəldik. İçim doludur bura haqda. Ətrafdakı sal qayaların, yaşıl örtüklü dağların, Günəşin qızıl şüalarına bürünmüş zümrüd meşələrin gözəlliyini təsvir etməyə söz yetmir. Üçrəngli bayrağımızı görürəm, dalğalanır. Bu bayrağın dalğalanması elə də asan olmadı, çox əziyyətlərdən keçdik. İndi isə necə də qürurla dalğalanır bayrağım. Hündürdədir deyə burdan baxanda aşağıda Şuşa, uzaqdan isə Xankəndi görünür. Ağzım açıq halda ətrafı izləyirəm. Ərazi başdan başa çəmənlik və çiçəklərlə bürünüb. Dağların vüqarını görsəniz...Təsvir etmək düz olmaz, gəlib canlı şahidi olmaq lazımdır. Çiçəkləri qoxlayıram. Sizə deyə bilərəm ki, belə qoxu yoxdur heç yerdə. İnsanı məst edir. Bəs xarıbülbül hanı? Görə biımirəm. Bələdçidən soruşdum. O isə məni aparacağını dedi. Həyəcanlanmışdım. Həyəcandan əllərim əsir, gözlərim dolurdu. Budur bələdçi gəlir və gedirik. Xarıbülbüllərin olduğu yerə gəldik. Gülə yaxınlaşıram, baxmağa qorxuram. Necə də gözəldir axı. Toxunmağa qıya bilmirdim, birdən incidərəm deyə. Danışmağa başladım:
-Kərim səni çox sevərdi. Səni öz əlləri ilə mənə gətirəcəkdi. Səni sevdiyi qədər sevirdi məni...Gör necə də çox sevirmiş bizi. Səni qısqanırdım, bilirsən? Həmişə onun yanında olurdun. İndi başa düşürəm ki, qısqanılacaq qədər gözəlsən, xarıbülbülüm. Gəldim, sənə gəldim. Sən bizim sevgimizin rəmzisən. Onun tamamlamadığı şeyi mən tamamladım. Mənə bir söz de , xarıbülbül. Yuxuma gələcəkmi? Barışarmı mənimlə? İncikliyi keçərmi? Kaş danışa bilsən də, mənə bir söz desən. Bax sən də öz diyarından ayrı qala bilmirsən, mən də öz yarımdan. O sənin uğrunda canından keçdi. Mən də keçərdim onun yerində olsa idim. Haqq qazandırıram ona artıq. Sən həmişə sevdiyin bu torpaqda ol, mən dözərəm. Səni özümlə aparmaq istəyərdim, amma əlim gəlməz ayırmağa. Ölməyini istəmərəm. Sən yaşa , xarıbülbül. Sən həmişə yaşa. İcazə vermə səni torpağından, sevdiyindən ayırsınlar. Keçdi, hər şey keçdi. Xoşbəxt ol həmişə.
Gözyaşlarımı saxlaya bilmirdim. Gülü öpüb geri qayıtdım. Səfərimiz sona çatmışdı və evə doğru yola düşdük. Evə çatana kimi yatmadım. Gördüyüm yerlər haqqında düşünür, Kərimi düşünürdüm... Artıq evə çatdım. Çox yuxum gəlirdi. Yatmamışdan yuxuma gəlsin deyə dua elədim və dərin bir yuxuya getdim.
Kərimin səsini eşitməyə başladım:
+Mən gəldim, Asya. Səni izləyirdim.
-Sən, Kərim, bu sənsən? Necə də gözəl olmusan. Üzünə nur gəlib.
+Burda hamı belədir inan ki. Yarımçıq qoyduğum işi tamamladın. İncimişdim səndən, getməyini gözləyirdim.
-Bilirəm, nur üzlüm, əvvəl getməli idim.
+İndi anladınmı ki niyə məhz xarıbülbül?
-Hə. Yenə də gülürsən, həmişəki kimi.
+Bu zirvədə olan insanlarda gözyaşı olmur.
-Xoşbəxtsən bəs?
+Sənə qurban, hə. Burda tək mən yox hamı xoşbəxtdir. Uzaqdan səni izləyirəm. Ağladığını görəndə incinirəm. Gəlmək istəyərdim sənin yanına, amma gələ bilmirəm. Bura çox yaxşıdır. Kim deyirsə ki mən ölmüşəm. İnanma onlara. Sağam varam. Sadəcə sənin yanında yoxam, o da cismən. Sənin xarıbülbüllə söhbətini eşitdim, fəxr etdim, yarım. Bağışla ...Amma bu ana kimi gəlməməliydim yuxuna. Bundan sonra həmişə görüşəcik yuxularda.
-Sən ölməmisən hə?
+Mən ölməmişəm, mən şəhid olmuşam. İndi səndən bir şey daha istəyəcəm.
-De hər şeyim.
+Daha ağlama. Xoşbəxt ol, yaxşı? Demişdim axı, sən mənim yarımsan. Ayrı ayrı dünyalarda olsaq belə xoşbəxt olaq.Söz verirsən indi?
+ Söz...
Yuxudan ayıldım. Artıq xoşbəxt olacaqdım....
Xarıbülbül Asya ilə Kərimi ayırmadı, onları yenidən birləşdirdi, fərqli dünyalarda olsa belə...
16 notes
·
View notes
Text
Hərdən olur ki, özümü dünyanın bir Küncündə unudulmuş hiss edirəm.O Qədər yorulmuşam ki, yorğunluğumu Belə ifadə edə bilmirəm. Ətrafıma Baxdıqda yalnızlıqdan başqa heçnə Görmürəm.Çox istərdim ki, 3-5 il əvvələ Geri dönmək şansım olsun.Hər yeni bir Gün mənim üçün yeni bir əyləncə demək idi.Gülmək hobbim olmuşdu.Biri "nə qədər Gülürsən, az gül biraz" deyəndə xətrimə Dəyərdi, inciyərdim həmişə.Lakin indi o Sözlər üçün darıxıram.Zaman mənimi Dəyişdi, insanlarımı anlamıram.İllər Keçdikcə xoşbəxtliyim zərrə qədər artmır, Əksinə daha da azalır.Hər gecə boş Divarlara baxıb, özüm-özümlə danışıram. "Görəsən harda səhv elədim?" - sualı hər Gecə beynimdə fırlanır.Cavab tapa bilmirəm. Həmişə tez böyümək istəyirdim.İndi böyümüşəm, Amma kaş böyüməzdim, hərzaman uşağ qalardım Bir cümlə vare: "Ötən günlərimi qaytaraydılar, gələn Günlərimi qurban verərdim"- bax bu cümlə Mənim hal-hazırda gerçəkləşməsini İsdədiyim ən böyük arzularımdan biridi..
5 notes
·
View notes
Text
Mən böyümürəm, qocalıram. Heç kim deməsin ki, böyümüşəm, desələr, böyük korluq olar. Mən artıq illər əvvəl böyümüşəm.. İndi qocalıram. Mənim bədənim bu qoca ruh üçün çox gəncdir
6 notes
·
View notes
Text
Atam..həmişə örnək götürdüyüm adam.. amma dominant xarakterin sayəsində çox yaxşı qəlbim qırılır. Ailəmin qərarları altında, basğı içində böyümüşəm, ən sonda pasif oldum daha onlara qarşı sırf qəlbləri qırılmasın məndən inciməsinlər, sözlərindən çıxmayım deyə. Həyatımın hər nöqtəsində onların qərarı altında olmuşam , açıq geyinmək bir qırağa açıq belə sayılmayan geyimlər belə qadağandır mənə, çölə çıxmaq qadağandır , saç boyatmaq, qaş almaq və.s və.s nə qədər şey sayaram. 18 ildi bu qadağalara sırf ailəm məni pis biri kimi görməsin deyə əməl etdim, hələ də edirəm. Amma qəlbimdə buraxdığı yaranı onlar necə görəcək , mən neçə yaşıma kimi bir fərd sayılıb öz qərarımı verəcəm, öz zövqümə, öz istəyimə əsasən seçimlər alacam . Dizin görünməsini necə əxlaqsızlıq görmək olar axı ... əxlaq bir diz bir çiyin görünməsindədi? Əxlaq xarakter deyildimi? Durub da bunları üzlərinə demək artıq qarşı çıxmaq istəyirəm amma ağzımı açmadan boğazım düyümlənir, gözüm dolur söz demədən qayıdıram geri ... bir gün partlama nöqtəm olacaq hiss edirəm. Ama onda ailədə hamı ilə aram dəyəcək bundan qorxuram
0 notes
Text
Körpəcə qız idim, öpmüşdün məni, Əllərim əsirdi,dizdə taqət yox. Bir öpüş,ömürlük ram etdi məni, Səninsə eşqinin sərhədləri yox... .. Bir öpüş,ömrümün məhəbbət payı, Səni taleyimə kim yazdı görən...?- Uzun gecələrin ulduzu,Ayı Sən idin mənimçün,bilirdin görən...? ... Sən demə,sevginin sərhəddi yoxmuş, Aşıb keçirdim mən bütün sədləri. Ayıldım,gördüm ki,demə yuxuymuş, Əslində sevgim var, o isə yoxmuş... .. İllər ötməliymiş ilk görüş üçün, Budur dayanmışıq bu sən,bu da mən. Deyirsən Adəmsən sən mənim üçün...? Nağıl danışma gəl,böyümüşəm mən... ... Yenə dodaqların nağıl danışır, Mənsə aldadıram özüm-özümü. Gözümü yumuram,dodaq danışır, Beləcə yazılıb, tale düzümü... .. Sərhədsiz görüşlər sona çatmışdı, Ayrıldıq,uzanıb soyuq yatağa- Düşündüm;-nə edim görəsən yenə Bir daha səninçün "Həvva" olmağa.....17.03.2016..(İlhamə Abbas Yusifqızı...)
0 notes
Text
Rid Ceyms
“Çelsi”nin müdafiəçisi Rid Ceyms müqaviləsinin müddətini 2028-ci ilə qədər uzadandan sonra klubun saytına açıqlama verib. Metbuat.org-ın məlumatına görə, arxa xətt oyunçusu belə danışıb: “Sevincimdəm göyün yeddinci qatındayam. Azarkeşlərə, klubun yeni sahibinə, “Çelsi” camiəsində olan hər kəsə minnətdaram. Bizi gələcəkdə nə gözlədiyini görmək üçün səbirsizlənirəm. Əminəm ki, mükafatlar qazanmaq…
View On WordPress
#açıqlama#böyümüşəm#Çelsinin#dəstəkləyə#əminəm#gələcəyimiz#görmək#gözlədiyini#istədiyim#komandadır#məhsuldar#məlumatına#mövsüm#müdafiəçi#müddətini#mükafatlar#ötürmə#qazanmaq#şansımız#saytına#səbirsizlənirəm#turnirlərdə#uzadandan#yaşımdan#yetirməsidir
0 notes