#kirpi pirojnasi
Explore tagged Tumblr posts
Text
KİRPİ PİROJNASI 😋 😋250qr yagi 😋2st pesokla tam agaranadek caliriq.baska bir qabda 😋5yumurtani 😋3x/q smetanla qariwdiririq.yumurtali qariwimi yaga elave edirik yaxwica caliriq ve 😋2st un 😋qabartma 😋vanil elave edib qawiqla qariwdiririq.4 kunc liste kagiz serib xemiri yayiyirq 200 -220derecede biwiririk.biwdikden sonra stekanla yaxin yaxin daireler kesib cixan qirintini ovuruq.3-5 deq duxovkada quruduruq.kesdiyimiz dairelerin arasini, ustunu ,yanlarini kremleyib qirintiya batiririq.krem ucun 😋1 banka skuşonkanı 30% li 😋250 qr qaymaqla yaxwıca calırıq.ısteyen bawqa kremlerlede ede biler
https://www.instagram.com/p/BBzpj1jLGmVjcDYlErilGg9kxiIvSXBk2sT6mQ0/
0 notes
Text
Kirpi Pirojnası
Biskvit üçün:
4 yumurta
1 stəkan şəkər tozu
200 qr kərə yağı (yumşalmış)
Yarım stəkan qatıq
1çay qaşığı soda
2,5 stəkan un
Krem:
3 xörək qaşığı un
1 xörək qaşığı nişasta
1 yumurta
1,5 stəkan şəkər tozu
3 stəkan süd
250 qr kərə yağı
Yumurtalar şəkər tozu ilə ağarana qədər çalınır.
Otaq temperaturunda yumşalmış kərə yağını bura əlavə edin. Qatığın üzərinə sodanı əlavə edib qarışdırın və bura qatıb hamısını birlikdə mikserlə qarışdırın.
Az-az un əlavə olunub mikserin aşağı sürətində qarışdırılır.
Xəmiri iki yerə bölüb iki dəfəyə bişirin. Sobanın qabına yağlı kağız sərib xəmiri nazik (1 sm qalınlığında) yayın. ( Qabın diametri 38 sm.dir) Əgər qabınız kiçik diametrli olsa xəmiri bir neçə yerə bölüb nazik yayaraq bişirin. 180 dərəcəli sobada 25-30 dəqiqə bişirin.
Krem üçün süd, un, nişasta və şəkər tozunu qarışdırıb qazın üstündə qarışdıra-qarışdıra qatılaşıb qaynayana qədər bişirilir.
Krem kənarda tam soyuyandan sonra kərə yağı ayrı bir qabda mikserlə ağarana qədər çalınır və bişirdiyiniz məhlul əlavə olunub birlikdə çalınır. (istədiyiniz başqa kremdən də istifadə edə bilərsiniz)
Hazır olan biskvitlər armudu stəkanın ağzı ilə dairəvi formada kəsilir. Kənarlarından çıxan artıq biskvitlər xırda ovulur.
Bir-birinə uyğun hissələr üst-üstə qoyulub arası və kənarları kremlənir. Pirojnanın kənarlarını ovuntunun içində fırladın.
Sonra üzərini kremləyib ovuntu səpin. Kirpilər hazırdır
http://lovely-culinary.com/kirpi-pirojnasi-resepti/#comments
0 notes