Tumgik
#kapitanı
racabli · 9 months
Text
"Batan gəminin kapitanı kimi idim. Sərnişinlərin hamısı ümid dolu gözlərini mənə dikmişdilər. Amma özüm gəmimdən də çox sınmışdım."
27 notes · View notes
aysafhar · 1 year
Text
Sizin yerinizdə olsaydım boz dalğalara görə dənizi günahlandırmazdım. Yaxşı bir gəmidir, kapitanı da bacarıqlıdır, ancaq problem mədədəki ürəkbulanmadadır.
16 notes · View notes
techtrendzunleashed · 3 months
Text
Pin Up Azerbayjan Yığım Online Casino With Exciting Games!
Pin Up Azerbayjan Yığım Online Casino With Exciting Games!Şirkətin populyarlaşdırılması üçün futbol üzrə Azərbaycan milli komandasının kapitanı onun rəsmi səfiri seçilib. Content 💵 Uduşları Karta Çıxarmaqla Pin Up Casino-də Praktik Pulla Oynayın 🎁 Pin Up Casino Qeydiyyat Bonusları Və Depozitsiz əvəzsiz Fırlanmalarla Promo Kodlar Izafi Pin-up Pinup Casino Seyrək Beş Dəqiqə Ərzində Səmimi…
View On WordPress
0 notes
metbuat · 2 years
Text
Özü açıqladı
Almaniya millisinin kapitanı Manuel Noyer gözlənilməz açıqlama diqqət çəkib. Metbuat.org xəbər verir ki, təcrübəli qolkiper “Bild”ə xərçəngə yoluxduğunu deyib. DÇ-2014-ün qalibi hətta əməliyyat olunduğunu açıqlayıb: “Üzümdə dəri xərçəngi var, artıq üç əməliyyat keçirmişəm. Biz davamlı olaraq çöldə məşq etdiyimiz, əyləndiyimiz və boş vaxtlarımızı təbiətdə keçirməyi sevdiyimiz üçün mütləq günəşdən…
Tumblr media
View On WordPress
0 notes
aslanlii · 3 years
Text
Vudeo izləyərkən çox məntiqli bir fikirlə qarşılaşdım. "İnsanlar səsvermə haqqını oxuduqları kitab sayına görə əldə edirlər, 5000 kitab oxumuş biri ilə, elan belə oxuya bilməyən birinin səsi eyni olmur." deyirdi videoda. Həqiqətən çox məntiqli gəlməklə bərabər düşündükcə reallaşdırılması da çox çətin bir şey olmadığı göz önünə gəlir. Oxuduğumuz kitablar bir sistemdə bəlli bir qayda ilə qeyd edilsə, təbii ki bu qeydlərin aparılması üçün qaydaların olması şərtdir, həm daha yüksək səviyyəli bir toplum həm də daha yüksək səviyyəli idarə etməyə sahib olarıq. Bu əslində tam olaraq Sokratesin demokratiya haqqındaki suallarına dayanır. "Bir gəmidə olduğunuzu xəyal edin. Və gəmiyə bir kapitan seçməlisiniz. O kapitanı hər kəsin bərabər haqlı olduğu bir seçimlə seçmək iatəyərdiz, yoxsa gəmiçilik haqqında geniş məlumatı olan bir şəxsin seçməsini?" demişdi Sokrates. Əlbət bir çoxumuzun cavabı "Təbii ki, gəmiçilik haqqında məlumatı olan şəxsin seçməsini." olacaq. Bu çox təbiidir. Bəs toplumda niyə bunu etməyə çalışmırıq? Ən son xatırladığım Türkiyə televiziyalarının birində (NTV) Aysun Kayacı adlı şəxs "Mənim səsimlə, dağdaki çobanın səsi bərabər ola bilməz." demişdi. Əlbət önyarğılı bir şəkildə yanaşdığımızda burada niyə çobanın alçaldıldığını düşünə bilərik. Amma əslində yuxarıda bildirdiyim fikirləri göz önünə gətirdikdə haqlı olduğunu görürük. Amma o qadın bu ifadəsi üçün illərlə linç edildi. Halbuki haqlı olduğu məqamlar çoxdur.
Bundan əlavə eyni videoda siyasətə 50 yaş üstü, günümüzün qayda və tələbləri ilə ayaqlaşa bilməyən şəxslərin də buraxılması qadağan edilmişdir. Fikrimcə ölkəni tam olaraq bəlli bir yaşa çatmış təcrübə sahibi və eyni zamanda günümüzlə ayaqlaşa biləcək şəxslər idarə etməlidir ki, video da tam bunun üzərinə basırdı.(Paralel kainatı karikatura ilə başa salmağa çalışan əyləncə məqsədli bir video idi)
7 notes · View notes
lsultan · 3 years
Text
DSX helikopter qəzasında həlak olan və yaralanan hərbi qulluçuların siyahısını açıqlayıb:
1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
2. polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;
3. mayor Həsənov Elmir Mircəlil oğlu;
4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
5. mayor Mayılov Emil Şahid oğlu;
6. mayor Məmmədov Murad Yaşar oğlu;
7. mayor Əliyev Emil Elman oğlu;
8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
9. kapitan Bayramlı Cavid Əhliman oğlu;
10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;
11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;
12. leytenant Süleymanov Abdulla Telman oğlu;
13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
14. işçi Nəbiyev Elçin Fikrət oğlu.
Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.
Nə bəlalı başın var Vətən?!🥀🇦🇿 Doymadınmı igidlərdən ey, Vətən torpağı? Bəs deyilmi gözyaşları, bəs deyilmi dərd-kədər? Gücü çatmır axı Millətin!🥀
2 notes · View notes
xebernews · 3 years
Text
Ata dövlətdən oğurlayır, oğul “dövlətçiliyi” qoruyur?! – Azərbaycan reallığı…
Tumblr media
“Azərxalça”nın sabiq rəhbəri Vidadi Muradovun 22 milyon manata yaxın dövlət vəsaitini mənimsədiyinə dair Baş Prokurorluğun yaydığı məlumat bir daha Azərbaycanda hələ də mövcud olan və heç cür kökü kəsilməyən korrupsiyanın, talançılığın ağılasığmaz miqyasını göstərməklə yanaşı, bir sıra başqa mətləblərə də nəzər yetirməyə əsas verir.
Məsələ ondadır ki, 2016-cı ildə yaradılan “Azərxalça” öz miqyasına, “çəkisinə” görə dövriyyədəki büdcə vəsaitlərinin cəlb olunduğu dövlət qurumlarının siyahısında bəlkə də heç ilk 500 müəssisənin belə sırasında deyil. V.Muradov bu müəssisəyə cəmi 4 il rəhbərlik edib. Özü də bu illər heç də “neft bumu”na, “qara qızıl”ın 150 dollara olduğu, yəni büdcənin aşıb-daşdığı, korrupsiyanın, talançılığın sözü əsl mənasında fontan vurduğu vaxtlara təsadüf etmir. Ancaq buna baxmayaraq, Vidadi Muradov adlı xırda korrupsioner, “Azərxalça” kimi kiçik müəssisədən dördcə ilə 22 milyon(!) manat vəsait oğurlamağa nail olub. Burada bir məqam da maraqlıdır ki, talanan vəsait 22 milyon olduğu halda, V.Muradovun özünün və ailə üzvlərinin üzərinə həbs qoyulan əmlakının dəyəri 30 milyondur. Sual yaranır ki, bəs qalan 8 milyon necə və kim tərəfindən “qazanılıb”?
Həmçinin, əgər “Azərxalça” kimi müəssisədə milyonlar, on milyonlar havada uçuşubsa, görün iri müəssisələrdəki yeyinti rəqəmlərinin arxasında neçə sıfırlar olub və var…
Ancaq bu, bir tərəfdən ölkədəki talançılığın miqyasını göstərirsə, digər tərəfdən də “akulalar”la müqayisədə hər nə qədər “xırda balıq” hesab olunsa da, V.Muradovun şəxsi keyfiyyətlərini, “fitri korrupsiya istedadını”, bu dövlətə, büdcəyə, xalqın malına necə acgözlüklə, düşmənçiliklə qənim kəsildiyini ortaya qoyur. Çünki kiçik bir müəssisədən 22 milyon oğurlamaq bu qurumun “sıxıb suyunu çıxarmaq”, “dibinə qədər getmək” deməkdir. Və bu ölkəyə, dövlətə, onun sərvətinə qarşı nə dərəcədə amansız, yırtıcı, qəddar münasibətdə olmalısan ki, qısa müddətdə bu miqyasda talançılığa imza ata biləsən.
Təbii ki, V.Muradovdan qat-qat iri yırtıcılar da var. Və belələri Azərbaycanın işğal olunmuş ərazilərini çapıb-talayan, daşını, dəmirini də satanlardan mahiyyət etibarilə heç nəylə fərqlənmirlər. Onlardan daha betər düşməndilər. Bu, bütün talançı məmurlara aiddir – həbsdə olanına da, olmayanına da…
V.Muradov işinin timsalında daha bir düşündürücü məqam: Azərbaycandakı idarəetməni sərt, humanizmdən uzaq hesab edənlər həbsdəki məmurların müxtəlif vəzifələrdə oturan övladlarına nəzər yetirsələr, pis olmaz…
Məsələn, elə həmin V.Muradovun oğlu Cavid Muradov atası vəzifədə olub milyonların dalına keçərkən, Bakı Şəhər Səbail Rayon Polis İdarəsinin rəisi vəzifəsində “qanunçuluğun və dövlətçiliyin” keşiyində olub. Prokurorluğun V.Muradovun dəhşətli korrupsiya cinayətləri ilə bağlı bəyanatından cəmi 3 həftə əvvəl – avqustun 31-də isə daxili İşlər naziri onu Sabunçu rayonuna rəis göndərib. Yəqin ki, yenə də “dövlətçiliyin” keşiyində durmaq, cinayətkarlıqla “amansız mübarizə” aparmaq üçün.
Qısası, görünən budur ki, V.Muradovun külli miqdarda dövlət vəsaitini talaması faktı onun oğlunun karyerasına təsirsiz ötüşüb. Hüquqi nöqteyi-nəzərdən, əlbəttə ki, burada qeyri-adi bir şey yoxdur. Lakin kim deyə bilər ki, həmin polis rəisi öz atasının törətdiyi cinayət əməllərindən xəbərsiz olub? Əgər Cavid Muradov ən yaxınının, atasının əməlindən xəbərsiz olubsa (bu da mümkünsüz görünür-red.), belə qeyri-adekvat birinin hüquq-mühafizə orqanında nə işi var?! Yox, xəbəri olubsa, deməli mənəvi nöqteyi-nəzərdən bu cinayət əməllərinə ortaqlıq edib.
Əlbəttə, heç kim kimisə atasını qandallamağa məcbur etmir, ancaq bu adam doğmaca atasını cinayətdən çəkindirə bilməyibsə, ümumiyyətlə bunu edəcək qədər dövlətə, qanuna, ədalətə hörmət hissinə malik deyilsə, ölkə paytaxtının ən böyük rayonlarından birindəki saysız-hesabsız cinayətlər və cinayətkarlarla necə mübarizə apara bilər və buna nə dərəcədə mənəvi haqqı qalır?…
Eyni məsələ həbsdə olan və olmayan digər talançı məmurların övladlarına da aiddir. Məsələn, İmişlinin və Ağstafanın rüşvətə görə həbs olunan icra başçılarının hər ikisinin övladları prokurorluq orqanlarında çalışırlar – biri prokuror köməkçisi, digəri isə müstəntiqdir. Yaxud, dövlətdən taladığı milyonları ora-bura səpələyən, 3 milyonu MTN generallarında, iki milyonu sələmdə batan, amma yenə də “pula pul deməyən” Tağı Əhmədovun oğlu Nizami Rayon Məhkəməsinin hakimi rolunda “ədalət paylayır”.
Bəli, bəlkə də dünyada Azərbaycan qədər “oğul ataya görə cavabdeh deyil” prinsipinin işlədiyi ikinci ölkə yoxdur. Yəqin ki, hüquqi baxımdan belə də olmalıdır, çünki ötən əsrin 37-ci ilində yaşamırıq. Lakin məsələnin sırf hüquqi tərəfilə yanaşı mənəvi, hətta dövlətçilik maraqları tərəfi də var. Talançı məmur övladlarının hüquq-mühafizə orqanlarında vəzifə tutması xalqın həmin orqana, dolayısı ilə də dövlətə, dövlətçiliyə və idarəçiliyə inamını sarsıdır. Yasamalda sakinləri paltarsız evdən çıxaran, bununla da əhalidə dövlətə və polisə qarşı böyük narazılıq yaradan Ağcəbədinin icra başçısı Rafil Hüseynovun oğlu polis kapitanı Şəhriyar Hüseynovun harın, qudurğan, nə milli əxlaqımıza, nə də qanunlara sığmayan davranışı bu tip adamların hansı mühitdə böyüdüklərinin, tərbiyə aldıqlarının və hansı keyfiyyətlərə malik olduqlarının bariz nümunəsidir…
Təbii ki, bu adamlar bizneslə (zatən hamısının biznesi var), elmi fəaliyyətlə, incəsənətlə və istənilən digər işlə məşğul ola bilərlər. Lakin nə qədər sərt və subyektiv yanaşma kimi görünsə də, ölkənin bütün hüquq-mühafizə orqanları mümkün qədər yüksək vəzifəli məmurların, ən azından cinayət əməlləri ifşa olunmuşların övladlarından uzaq tutulsa yaxşıdır. Yaxınının cinayət əməlindən xəbərdar olan və bu əməllər nəticəsində qazanılan pullardan bəhrələnənlər kasıb-kusubun haqqını, dövlətin maraqlarını, hüququ, qanunu, ədaləti mühafizə edə, qoruya bilərlərmi?
1 note · View note
yellowhrt · 4 years
Text
Bir qadın olmalı həyatında..
Görməkdən bezmədiyin,
Dağılmış saçlarını toplamağa çəkinmədiyin,
Yanından keçərkən bir damın altında
Təsadüfi toxunuşdan diksinmədiyin,
Bir qadın olmalı həyatında..
İllər keçsə də,
Uşaqcıl ruhunu göstərməkdən qaçınmadığın,
Səhərlər ümidi olduğun,
Gündüzlər dayağı,
Gecələr həyatının bir anı olduğun,
Göz-gözə gələrkən, gözləriniz gülməli,
Baxışlarınla sevməli,
Gülüşünlə təzim eyləməli,
Bir qadın olmalı...
Elə bir qadın ki,
Sevişmədən,
Pillə-pillə, addım-addım,
Nəfəs-nəfəs kəşf etdiyin,
Sevişməyə tələsmədiyin,
Başını çiyninə qoyub ağlaya bilməli,
Çox böyük səbəbdən deyil,
Sadəcə yanında olmanın vermiş olduğu
Huzur damcıları olmalı...
O yaşlar qəlbinin közünü ovutmalı,
Arındırmalı, bütün kin-nifrətdən.
Məhəbbətlə doldurmalı..
Bir qadın olmalı...
Qəlbinə imza atmağa tələsməli, kağıza deyil.
Qəlbinə hökm etməli, həyatına deyil.
Sakit dalğa olmalı, fırtına deyil.
Tərkedilməz gəminin kapitanı kimi.
Limanda belə sakinin olmalı
İlk olması önəmli deyil,
Son sahibin olmalı... 💛
𝟭𝟯 𝗔𝘃𝗾𝘂𝘀𝘁🕊🖤
2 notes · View notes
Photo
Tumblr media
1 iyun Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi #Aqşin Ağayevin, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi #Anar Heydərovun, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi #Asif Mədədovun, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi #Aslan İsmayılovun, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, Vətən müharibəsi şəhidi #Elcan Namazovun, Azərbaycan Silahlı Qüvvələri.Birinci Qarabağ müharibəsi şəhidi #Faxrəddin Rüstəmovun, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi #Kənan Dadaşzadənin, polis leytenantı, Qarabağ müharibəsi şəhidi #Nürəddin Sadıqovun, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi #Rafiq Bəyverdiyevin, Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi #Seymur Allahverdiyevin, Azərbaycan hüquqşünası, Qarabağ müharibəsi şəhidi #Şahin Abbasovun, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi #Yaqub Yaqubovun doğum günüdür. Allah bütün şəhidlərimizə rəhmət etsin inşallah. https://www.instagram.com/p/CeQsJQvNN7y/?igshid=NGJjMDIxMWI=
0 notes
novellakitabevi · 4 years
Photo
Tumblr media
Napoleon Hill - UĞURUN QANUNU: On altı dərsdə Endirimlər mağazaya gəlib alarkən keçərlidir. Qiymət: 11.9 Endirimlə: 10.7 Tələbələrə: 10.1 Poçtla: 13.9 Təsviri “Uğurun qanunu” – həyatda müvəffəqiyyət qazanmaq haq­qında olduqca populyar kitablar müəllifi Napoleon Hillin əsas əsəridir. Müəl­lif bu kitabda Amerikanın çox vaxt sıfırdan başlamış, “taleyin zərbələri universitetləri”ndə təcrübə toplamış ən görkəmli biznesmenlərinin həyatını və qazandıqları nailiyyətləri təhlil edərək vurğulayır ki, “uğuru tutmaq olmaz”, ona “ümumdünya cazibə qanunu kimi dəyişməz olan qanunları mənimsəyərək və tətbiq edərək” çatırlar. “Həyat döyüşündə qalib gəlməyə kömək edən” qanunların öyrənilməsinə həsr olunan bu əsərdə oxucu uğurun bütöv fəlsəfəsini tapacaq. Bu fəlsəfənin əsasında “müvəffəqiyyətə gedən yolda əsas maneə olan şəxsi zəifliklərin öhdəsindən gəlmənin strategiyası” durur və müəllif öz-özünü tərbiyələndirmə ilə bağlı psixoloji sistemə uyğun ardıcıllıqla bir çox faydalı məsləhətlər verir. Hill “həyat dənizində məqsədsiz üzənlərin” “mürgüləyən imkanlarını” oyatmağa, öz talelərinin kapitanı olmağa çağırır, çünki “insanın nə istədiyini bilməsi müvəffəqiyyət qazanmaq uğrunda döyüşdə qələbənin tam yarısıdır”. Müəllif əyani misallar gətirir, öz başına gələn, son nəticədə ona “özünü kəşf etməyə”, qabiliyyətini tapmağa kömək edən hadisələrdən bəhs edir. Əlaqə vasitələri 📲070-200-71-33 (zəng və whatsapp) ☎ (012)-465-07-81 Ünvan: Gənclik metrosu, Caspian shopping və Elatus moda evinin yanı. Fətəli xan Xoyski 83 Səhifəni izləməyi unutmayın @novella.kitabevi #novellakitabevi #kitab #kitablar #romanlar #dedektiv #kitabevi #kitab_evi #novellakitabevi #kitabsatisi #kitabkirayesi #kirayekitablar #icarəkitablar #kitabci #telebe #kirayekitab #bestseller #povest #roman #klassikedebiyyat #klassikler #turkcekitablar #sexsiinkisaf #psixolojikitablar #marketinqkitablari #ugurunqanunu (at Novella kitab evi) https://www.instagram.com/p/CFQCsUVHNFV/?igshid=1bebx44p07jwp
0 notes
metbuat · 2 years
Text
Roy Kin:
“Mançester Yunayted”in əfsanəvi kapitanı Roy Kin ötən həftə baş tutan Mançester derbisindən sonra maraqlı açıqlaması ilə gündəmə gəlib. Metbuat.org xəbər verir ki, 20001 mövsümündə “Mançester Yunayted” və “Maneçster Siti” arasında keçirilmiş derbidə (3:0) “qırmızı şeytanlar”ın irlandiyalı mərkəz yarımmüdafiəçis Roy Kin Erlinq Holandın atası Alf-İnqenin dizinə sərt təpiklə müdaxilə etmişdi. Həmin…
Tumblr media
View On WordPress
0 notes
seymurhuseynn · 7 years
Quote
Bir qadın olmalı həyatınızda Görməkdən bezmədiyiniz. Dağılmış saçlarını toplamağa çəkinmədiyiniz Yanınızdan keçərkən bir damın altında Təsadüfi toxunuşundan diksinmədiyiniz. Bir qadın olmalı həyatınızda İllər keçsə də Uşaqcıl ruhunuzu göstərməkdən qaçınmadığınız. Səhərlər ümidi olduğunuz Gündüzlər dayağı, Gecələr həyatının bir anı olduğunuz ... Göz-gözə gələrkən gözləriniz gülməli Baxışlarınızla sevməli Gülüşünüzlə təzim eyləməli. Bir qadın olmalı. Elə bir qadın ki... Sevişmədən Pillə-pillə Addım-addım Nəfəs-nəfəs kəşf elədiyiniz Sevişməyə tələsmədiyiniz.... Başını çiyninizə qoyub ağlaya bilməli Çox böyük səbəbdən deyil Sadəcə yanınızda olmanın vermiş olduğu Hüzur damcıları olmalı O yaşlar qəlbinizin közünü ovutmalı. Arındırmalı bütün kin-nifrətdən Məhəbbətlə doldurmalı. Bir qadın olmalı. Qəlbinizə imza atmağa tələsməli, kağıza deyil Qəlbinizə hökm eləməli, həyatınıza deyil Sakit dalğa olmalı, fırtına deyil Tərkedilməz gəminin kapitanı kimi Təlatümlü dalğalarda tərk etməməli Limanda belə sakininiz olmalı İlk olması önəmli deyil Son sahibiniz olmalı
20 notes · View notes
feedlineworld · 5 years
Photo
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
(со страницы Masallıda ağır qəza: polis kapitanı öldü - FOTO - feedline.net)
0 notes
alvinmediahouse · 5 years
Photo
Tumblr media
SəninYerin 😋.. 🏝️ NyuYork-un adalarından biri (en: Roosevelt Island) - 1969-cu ildə NyuYork ştatı tərəfindən 99il müddətinə "Şəhər İnkişafı Korporasiyası"na arendaya verilib.. Çox kiçik adadır, sahəsi cəmi 0,59kv km (uzunluğu 3,2km, eni 240metr), əhalisi isə 12000-ə yaxındır, Queens və Manhattan adalarının arasında İst-River (East River) boğazında yerləşir. Ruzvelt adasına 3 yol var: Ruzvelt körpüsü (avtomobil), F train - metro və 🚡 manhattana keçmək üçün kanat xətti. 🚘 Adada avtomobildə hərəkət qadağandır, gəldinsə, parking-də saxlayıb, ya piyada, ya ictimai nəqliyyatla gəzməlisən. 🏣 Cəmi 4 yaşayış kompleksi, Subway, Starbucks, Wholefood, və iki başqa mağaza, təcili yardım xəstəxanası var, VəsSalam! 🗾1666-ildən ada ingilis kapitanı Menninq və onun ailəsinin olub. 1828 ildə NyuYork şəhəri 32000$ ödəyərək adanı alıb. 🌸Bizi isə bu kiçik dünyaya gətirən baharın gəlişi münasibəti ilə keçirilən yaponların ""Cherry Blossom" eventi idi. 🚇Baxmayaraq, adanın metrostansiyası insan axınından iflic olmuşdu, kifayət qədər pozitiv və insana müsbət enerji verən aurası var idi, insanlar hamısı bir-birinə gülümsəyir və mehriban idi... 😍😅💛 Gəlin bura, insanlara, heyvanlara və şəhərə aşiq olun... 💜😊 . * #SeninYerin #hug #selfie #project #YourPosition #YourPlace #твоёместо #iloveyou #happy #usa #rooseveltisland #roosevelt #metropolitan #newyork #islandgirls #cherryblossom #travel #queencity #tourtheplanet #travelblogger #aghastudio #manhattan #brooklyn #city #MuhammadAgha #directorOfPhotography #aghastudio #photographer #cometome #followme (at Roosevelt Island) https://www.instagram.com/p/Bwc7-C-gg9H/?utm_source=ig_tumblr_share&igshid=1vlegrzq2v0e8
0 notes
captainvuqarworld · 6 years
Text
Uzun müddət idi ki, heç nə yazmırdı kiçik adam. Öz dərdlərinin möhtəşəm ahənginə qapılıb sadəcə batırdı. Hislərini tərcümə edəcək heç bir söz də gəlmirdi dilinə. Sadəcə yaşayırdı. Harda səhf etmişəm deyə kədərli həyatına baxırdı. Həyatında hər kəs vardı. Sevdiyi və onu sevən həqiqi sevən hər kəs. Bəs nə çatmırdı? Bunu düşünürdü kiçik adam. Sevdiyi ilə dərdləşməyi seçdi. Dərdləşdidə. Birdən o möhtəşəm çümlənin sədaları qulaqlarını bürüdü - "Amma seninle bashe vermish, bash veren butun her sheyi ichinde bastirmisan ve seni bogan sebebi senden bashqa hech kim bilmir... ". Sükut kiçik adamı bürüdü sevdiyi haqlı idi. Sevdiyi hətta yenə haqlı çıxdı. Kiçik adam basdırmışdı - hər şeyi və hər kəsi. O onu doğurdanda haqlı çıxardacaq qədər sevirdi. Sadəcə onların qovuşacağı tək məkan göylər olacaqdı. Həyat kiçik adama heç də yaxşı davranmırdı. Xoşbəxt olmaq üçün həyat onu gəmi kapitanı təyin eləmişdi o isə özünü liman zənn edirdi....
#vugarhemid #mood
13 notes · View notes
todaysazerbaijan · 5 years
Text
Ronaldunun koronavirusla bağlı testinin nəticəsi açıqlandı
“Yuventus”un hücumçusu Kriştianu Ronaldu koronavirus epidemiyası ilə bağlı testdən keçib.
Oxu.Az xəbər verir ki, ölkəsi Portuqaliyada karantinə alınan 35 yaşlı forvardın testinin nəticəsi açıqlanıb.
Portuqaliya Səhiyyə Nazirliyi superulduzda koronavirus xəstəliyinin aşkarlanmadığını bəyan edib. Bununla belə, milli komandanın kapitanı klubuna qoşulmaq üçün hələlik İtaliyaya göndərilməyəcək.
View On WordPress
0 notes