#işlənilib
Explore tagged Tumblr posts
metbuat · 2 years ago
Text
Dünya Kubokunun medalları hazırdır
Dünya Kubokunun medalları hazırdır
Noyabrın 5-6-da Azərbaycanda ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək. Metbuat.org xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunacaq yarışın yekununda ilk 3 yeri tutacaq komandalara medallar təqdim ediləcək.  Artıq Dünya Kuboku üçün sifariş edilmiş medallar hazırdır. Qızıl, gümüş və bürünc medalların ön tərəfində yarışın loqosu (loqonun fonunda Bakının rəmzlərindən sayılan Qız…
Tumblr media
View On WordPress
0 notes
gyu1ara · 4 years ago
Text
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
Üç super aktyoru bir araya gətirən The place beyond the pines filmi. Ryan Goslingə görə baxmaq istəmişəm neçə dəfə , alınmayıb. Bu günə qismətmish. İmdb : 7.3 Filmdə tək marağıma səbəb olan baş rol ifaçısının əllinci dəqiqələrdə ölümü oldu. Və əllinci dəqiqələrə kimi biz Bradley Cooperi görmürük . Belə baxanda asan başa düşülən ,sadə filmdir . Ata - oğul münasibətləri yaxşı işlənilib . Türklər də filmin adını " atadan oğula " deyə tərcümə ediblər . Ümumi iki saat 20 dəqiqədir ,vaxt itkisi deyil 🖤
#the place beyond the pines
28 notes · View notes
aeshale · 4 years ago
Text
Qırmızı, bir xatirədir. Zərərsiz və kiçik xatirə. Mavi, soyuq, isti, qaranlıq, yaşıl, dəniz, A’nın tələffüzü, qaçmaq və gülmək ən incə təfərrüatlarına qədər işlənilib yaddaşa yüzlərlə ya minlərlə neyron şəbəkəsi tərəfindən həkk olunmuş xatirələrdir. Bütün bu zərərsiz və kiçik təfərrüatlar birləşərək daha böyük, kompleks və bəzən zərərli xatirələr yaradırlar.
2 notes · View notes
politiciansstuff · 2 years ago
Text
Tumblr media
Yeni Laçın yolu: İrəvana, Göyçəyə doğru başlanğıc... - Müsahibə
Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fəzail müəllim, Vətən müharibəsindən sonra Azərbaycanın qarşıya qoyduğu bir sıra mühüm hədəflərin olduğu açıqlanmışdı. İndiki mərhələdə bu xətt üzrə gedən proseslərin inkişaf dinamikasını necə qiymətləndirmək olar?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın bu günü və gələcəyinə hədəflənən bir prosesə başlanıldı. Bu təkcə Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi ilə kifayətlənən bir nəticə deyil. Eyni zamanda tarixi torpaqlarımıza qayıdışın başlanğıcıdır. Vətən müharibəsindən sonrakı dinamikaya nəzər salsaq bunu aydın görmək olur. Bu addımların atılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə reallaşır. Prezident İlham Əliyev İsmayıllı rayonu Basqal qəsəbəsində Azərbaycan Televiziyasına vermiş olduğu müsahibəsində bir daha dövlətimizin bu məsələlərdəki qətiyyəti nümayiş olundu. Vurğulandı ki, qısa zamanda həyata keçirilən “Qisas” əməliyyatı ilə ermənilərin cəzalandırılması həyata keçirildi. Bundan da qarşı tərəf nəticə çıxarmalıdır. Azərbaycan öz şəhidinin qisasını aldı. Zərgər dəqiqliyi ilə işlənilib hazırlanan bu əməliyyat nəticəsində çox böyük uğurlarla yekunlaşdı. İlk növbədə Ermənistana növbəti dəfə dərs verildi. Ermənistan və Qarabağda hələ də qalmaqda olan separtçılar, onları himayə edənlər əmin oldular ki, Prezident İlham Əliyevin iradəsi və qətiyyəti hər zaman özünü ifadə edəcək. Ali Baş Komandanın atmış olduğu addımlara heç bir qüvvə maneə ola bilməyəcək. Dövlət başçısı da qeyd etdi ki, bizim məqsədlərə doğru atmış olduğumuz addımlara heç kəs buna maneə ola bilməz.
- “Qisas” əməliyyatından sonra Ermənistan öhdəliklərin icrası ilə bağlı real addımlar atmağa başlayıb. Sonrakı mərhələdə qarşı tərəfin davranışlarında hansı dəyişiklikləri izləmək mümkün ola bilər?
- Faktiki olaraq “Qisas” əməliyyatından sonra Ermənistan tərəfinin ərazimizdə qalan qoşunlarının qalıqları artıq sürətlə ərazimizi tərk etməyə başlayıb. Separatçılar da bundan nəticə çıxarmağa məcburdur. Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış ermənilər də bu ayın sona kimi ərazini tərk eməli olacaqlar. Məhz bir neçə saatlıq “Qisas” əməliyyatı özünün ciddi nəticələri ilə müşahidə edilir. Bununla yanaşı strateji əhəmiyyət kəsb edən yüksəkliklər Ordumuzun nəzarətinə keçdi. Böyük bir üstünlük qazanılıb və mühüm ərazilər Azərbaycanın müşahidəsinə keçib.
- Yeni Laçın yolu ilə bağlı fərqli fikirlər var idi. Artıq prosesin yekunlaşdığı açıqlanıb. Növbəti mərhələdə hansısa təxribat olacağı ehtimalını necə görürsünüz?
- Yeni Laçın yolu Qarabağda yaşayan ermənilərlə Ermənistan arasında bir vasitə kimi qiymətləndirilməli deyil. Əslində bu Böyük Zəfər yolunun təməl daşıdır. Bu Dərələyəzə, Vedibasara, İrəvana və Göyçəyə doğru gedən strateji bir yolun başlanğıcıdır. Məhz bu yolun əsası 44 günlük Zəfər müharibəsi ilə qoyulub. Artıq bu proses davam edir. Bir neçə müddət bundan öncə Azərbaycan Qaçqınlar Cəmiyyətinin əsasında Qərbi Azərbaycan İcmasının yaradılması da tarixi torpaqlarımıza qayıdışı təmin etmək üçün ictimai hərəkatın başlanması və genişlənməsini nəzərdə tutur. Nəticə etibarilə dövlət başçısı çox tarixi bir yolun əsasını qoyub. Əminik ki, bu yolun sona çatması ilə tarixi missiya uğurla yekunlaşacaq.
- Erməni tərəfi iddia edir ki, yeni Laçın yolu ilə Azərbaycan Laçın dəhlizi anlayışına da son qoydu. Bu nə dərəcədə məntiqli bir yanaşmadır?
- Laçın dəhlizi dəhliz anlayışına və mahiyyətinə uyğun deyil. Bu sadəcə olaraq Ermənistanla Azərbaycan ərazisində yaşayan erməni əsilli insanların əlaqəsini təmin etmək üçün bir yoldur. Ona görə də bu heç bir halda dəhliz deyil. Eyni zamanda bu məsələ ətrafında hər hansı bir mübahisəyə də yer qalmır. Sözsüz ki, bu dövlət başçısı tərəfindən 2020-ci ilin 10 noyabrında imzalanmış Bəyanata xüsusi bir bənd kimi salınıb. Əslində bu olduqca uzaqgörən bir strateji yol xəritəsi idi. Ali Baş Komandanın xüsusi tələbi ilə Üçtərəfli bəyanata bu bəndin salınmasına Azərbaycan Prezidenti ilə yanaşı Rusiya prezidenti və Ermənistanın baş naziri də imza atmış oldu. Faktiki olaraq strateji əhəmiyyət kəsb edən Laçın yolunun çəkilməsinin razılığı və reallaşması Rusiya və Ermənistan dövlət başçılarının imzası ilə təsdiq edilib. Bu baxımdan Laçın yolu ilə bağlı alternativ dəhlizdən və s söhbət gedə bilməz.
"Teleqraf.com" saytı
Tapdıq Qurbanlı
15 avqust 2022-ci il
https://teleqraf.com/news/siyaset/337415.html
0 notes
ulduzorg · 5 years ago
Text
Sosial media verilənlərində kiberhücumların aşkarlanması üçün Deep Learning üsulu işlənilib
Sosial media verilənlərində kiberhücumların aşkarlanması üçün Deep Learning üsulu işlənilib
AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının “Sosial media verilənlərində kiberhücumların aşkarlanması üçün “Deep Learning” üsulu (Deep Learning Method for Prediction of DDoS Attacks on Social Media) adlı məqaləsi “Advances in Data Science and Adaptive Analysis” jurnalında çap olunub.
TED.az xəbər verir ki, məqalənin müəllifləri AMEA-nın vitse-prezidenti, İnformasiya…
View On WordPress
0 notes
listeliyi · 8 years ago
Link
via Azərbaycanda cinsi gücü artıran dərmanların fırtınası – ARAŞDIRMA http://ift.tt/eA8V8J “Elə də effekti olmayıb”. Müğənni Azər Bülbülün cinsi gücü artıran dərmanlardan istifadə etdiyi üçün dünyasını dəyişdiyi hamıya məlumdur. Ümumiyyətlə, bu tip preparatlardan mütəmadi istifadə xoşagəlməz əks təsir göstərə bilər. Bunun nəticəsidir ki, həkimlər son vaxtlar açıqlamalarında bildirirlər ki, Azərbaycanda ürək-damar sistemi xəstəlikləri 10-15 il cavanlaşıb. İnfarkt kişilərdə daha çox 55-65, qadınlarda isə 60-70 yaş arasında baş verir. Kişilər arasında infarkt hallarının artmasına səbəb olan faktorlar sırasında siqaret və spirtli içkilərlə yanaşı cinsi aktivliyi artıran dərmanların da rolunun böyük olduğu bildirilir. Azərbaycanda da bu tipli preparatlardan istifadə edənlərin sayında artım qeydə alınıb. Söhbətləşdiyimiz əczaçılar qeyd edirlər ki, apteklərə müraciət edən kişilər arasında cinsi aktivliyi artıran dərmanlar istəyənlərin sayı artıb. Aptekdə çalışan kişi əczaçı Daşqın Əliyev “Viaqra” tipli dərmanların daha yaxşı satıldığını deyir. Əczaçı bildirir ki, “Viaqra”nın əvəzedicisi olan “Kamagra 100mg Sildenafil”in daha çox alınır. Bunan səbəb isə dörd ədəd “Kamaqra” 4 AZN olduğu halda, “Viaqra”-nın 1-i 9 manata satılır. “Hindistan istehsalı olan dərmanın orijinalı “Viaqra”dır. Ciddi əlavə təsirləri olmasa da, ürək xəstələrinə təhlükəlidir. Bu dərman həkim təyinatı ilə qəbul edilsə, daha məqsədəuyğun olar. İmpotensiya ilə əlaqədar olaraq ən çox yaşı 50-dən yuxarı olanlar alır. Ereksiya problemi olan gənclərdə bu dərmana üstünlük verir”. Digər bir xanım əczaçı məhz “Viaqra”nın deyil, bu sıradan digər dərmanların yaxşı satıldığını deyir. “Ən çox 35 yaşdan yuxarı olan insanlar alır. Gündəlik çox alınır. “Viaqra” digərlərinə baxanda az alınır. Yəqin ki, bu da qiymətinin baha olması ilə bağlı ola bilər”. Cinsi istəyi artıran dərmanların orqanizminə hansı müsbət və mənfi cəhətləri vardı? Uroloq-Androloq Ramiz Abdullayev Teleqraf.com-a açıqlamasında bildirib ki, “Viaqra” tipli dərmanlardan istifadə edənlərdə əsasən kardioloji tərəfdən problemlər yaranır. Androloqun sözlərinə görə, belə insanlarda ürəkdə narahatçılıqlar baş verir. “Belə dərmanlardan istifadə edənlər daha çox ürək döyüntülərinin artmasından və təzyiqin qalxmasından şikayət edirlər. İndiyə qədər cinsi tərəfdən hər hansı problem yaradacaq xəstə müraciət etməyib. Amma elə xəstələrdə olub ki, müraciətində deyib ki, bu tip preparatlardan istifadə etsə də, elədə effekti olmayıb. Bəzi hallarda bu dərmanların yan təsirləri ola bilər”- deyə R.Abdullayev vurğulayıb. Bəzi həkimlər isə bildirir ki, “Kamaqra” və ya “Viaqra” tipli dərmanlar cinsi istəyi artırmazlar, ancaq mövcud olan ereksiyanı uzadıb, keyfiyyətini artırırlar. Onlar psixoloji cinsi zəiflikdə çox vaxt, bu cür dərmanları tövsiyə edirlər, çünki onların təsiri sizin özünüzə olan güvəninizi artırır və cinsi əlaqənin keyfiyyətini artırır. Təbii ki, bu dərmanları 4-5 dəfə içmək tövsiyə edilir, hər zaman deyil. 50mg tabletin cinsi əlaqədən 1 saat əvvəl istifadə olunması məsləhət görülür. Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza şöbəsində bu barədə mətbuata verdiyi açıqlamalarda “Viaqra” və bu tipli başqa adlarda olan bir neçə dərmanın Azərbaycanda qeydiyyatdan keçdiyini deyib. Bu dərmanlar dövlət qeydiyyatında olduğu üçün Azərbaycanda satışına icazə verilir. Belə ki, ölkəyə idxal olunan bütün dərman preparatları dövlət qeydiyyatına alınır. Dövlət qeydiyyatına alındıqdan sonra, onların Azərbaycan Respublikası ərazisində istifadəsinə və idxalına icazə verilir. Xatırladaq ki, dünyada ən çox satılma üzrə rekord vuran “Viaqra”nı ilk vaxtlar tamamilə başqa məqsədlər üçün ixtira ediblər. Belə ki, bu dərman əslində ürək anginasının müalicəsi üçün işlənilib hazırlanırdı. Dərman ürəyə gedən damarları yumşaldaraq, qan təchizatını artırmalı idi. Lakin sınaqlar zamanı buna nail olunmurdu. Onun istehsalçısı olan “Pfizer” şirkəti az qala növbəti sınaqları dayandıracaqdı. Lakin bu zaman artıq sınaqlarda iştirak etmiş könüllülər şirkətə xəbər verdilər ki, dərmanın başqa, indi hamıya məlum olan effekti var. Dərman hətta impotent kişilərdə də müsbət təsirə malik idi.
0 notes
gyu1ara · 4 years ago
Text
Tumblr media Tumblr media Tumblr media Tumblr media
- bir filmdən daha artıq .
Diqqət ! Spoiler ola bilər :d
Bu günə qədər baxdığınız bütün filmləri unudun . Çünki ,bu çox başqadı. İmdb :8.1 Oskar mükafatını sonuna qədər haqq eləmiş bir istehsaldır. Filmdə əsas üç qəhrəman var. Anton - psixoanalitiklərə görə film tarixinin ən psycho "xarakteridir" . Xarakter deyəndəki - biz film boyu Antonun ( Javier Bardem ) nə bir yaxınını ,nə yemək yediyini , keçmişini,nə də başqa paltarda görürük . Məqsədi pul da deyil . Sadəcə prinsipləri var . Digər ,qəhrəman Llewelyn isə olduqca acgöz və qorxaqdır həm də axmaqdır ,yox da niyə axı günorta ölüm ayağında təhlükəli zonada səndən su istəyən birinə gecə yarısı yuxudan oyanıb bir bidon su aparasan ki ? 🤣
Bir də filmdə xəbərdaredici cihaz var. Bilmirəm,realda da var ya yox. Təqribən gps sistemli bir şey . Anton u bu cihaz vasitəsilə " tapır " . Film boyu Anton və heç uzləsmir. Bircə olduqları epizoda rast gələ bilmərik.
Digər qəhrəman isə şerifdir . Bu haqda danışmayacam . Filmin ən sirli hissəsi bəlkə elə bu xarakterdə cəmlənib. Film elə adını bu xarakterdən alıb . "Aramızda qocalara yer yoxdur " ...
Filmin kitabı da var ,yəni kitabdan filmə tətbiq edilib .
Filmdə boş,mənasız dialoqlara yer yoxdur. Ümumən,hər detal incəliklə işlənilib 🖤
Xoş izləmələr ^^
26 notes · View notes
politiciansstuff · 3 years ago
Text
Tumblr media
Ermənistana xəbərdarlıq: Zəngəzurla manipulyasiya etmə!
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.
- Fəzail müəllim, Azərbaycanın Ermənistana təklif etdiyi 5 bəndlik müddəalarla bağlı qarşı tərəfdən müsbət mesajlar var. Sizcə, bu müddəalar əsasında sülhə nail olmaq nə dərəcədə real görünür?
- Avropa İttifaqının prezidentinin təşəbbüsü ilə Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşdə əldə edilən nəticələr Azərbaycan diplomatiyasının ciddi uğuru kimi qiymətləndirilir. Yaranmış geopolitik durumda Prezident İlham Əliyevlə Avropa İttifaqının Prezidenti Şarl Mişellə olan səmimi ünsiyyət əsasında ciddi razılıqlar əldə olundu. Azərbaycan bundan öncə də Ermənistana və beynəlxalq ictimaiyyətə 5 maddədən ibarət prinsipial müddəalar təklif etdi. Ölkəmizin ortaya qoyduğu prinsiplər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına və Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edən konseptual bir yanaşmadır.
- Ermənistan üzdə bu təklifləri qəbul etdiyini açıqlayır, alt qatlarda isə fərqli mövqe müşahidə edilir. Bu paradoksal yanaşma prosesin irəliləməsində hansı çətinliklər yarada bilər?
- Bu prinsiplər çox böyük incəliklə işlənilib və hazırlanıb. Ermənistanın təqdim edilən şərtlərdən imtina imkanları yoxdur. Burada beynəlxalq hüquq normaları, müasir reallıqlar öz əksini tapıb. Həmçinin Ermənistanın da bu prinsiplərdə maraqları nəzərə alınıb. Artıq Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ilkin birbaşa təmas yaranıb. Bu ayın sonuna qədər iki ölkə arasında işçi qrupunun yaradılması haqqında razılıq əldə edilib. Ümidlər var ki, proses bundan sonra gözlənilən səviyyədə davam etsin.
- Ölkə başçısının Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi mesajların qarşı tərəf üçün sonrakı proseslərdə nə dərəcədə əhəmiyyətli olacağını düşünürsünüz?
- Prezident İlham Əliyevin aprelin 12-də hökumətin ilin ilk rübünə aid müşavirədə səsləndirdiyi fikirlər proseslərin gedişi və mahiyyəti barəsində aydın təsəvvürlər formalaşdırdı. Bu, Azərbaycan dövlətinin iradəsini və qətiyyətini ortaya qoyan açıqlamalar idi. Eyni zamanda Ermənistanın hazırda daha çox manipulyasiya etdiyi Zəngəzur dəhlizi ilə bağlı məsələyə də xüsusi olaraq toxunuldu. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, əgər Zəngəzur dəhlizinin açılmasında problem yaranarsa, Azərbaycan buna uyğun olaraq adekvat addımlar atacaq. Ermənistan və onu himayə edən ölkələr də Azərbaycan Prezidentinin sözü ilə əməli arasındakı vəhdətdən xəbərdardır. Onlar da bilirlər ki, dövlət başçısı dediyi hər bir sözün arxasında duraraq onu reallaşdıracaq gücə malikdir. Ona görə də, indi Ermənistana həm də xüsusi bir xəbərdarlıq edilir ki, Zəngəzur ətrafındakı manipulyasiyalardan imtina etsin. Bunun qarşılığı olacaq. Ermənistan tərəfi mütləq ki, bunu nəzərə alacaq.
“Teleqraf.com” saytı
Tapdıq Qurbanlı
14 aprel 2022-ci il
0 notes