#həvəssiz
Explore tagged Tumblr posts
Text
Nə məna var, nə də ki bir maraq. Rutin hallar, yorğun baxışlar və həvəssiz bir insan. Bütün hərşey solur, bəs hardadı rəngarəng xəyallar, sevinc dolu hisslər ?
20 notes
·
View notes
Text
Darıxanların sarı olar biraz rəngi Gücü olmaz qolunun,
uşaq da döyə bilər.. Evinin işığı solğun olar
Nə açılar qapısı Nə çalınar zəngi...
Darıxanların addımları Həvəssiz, yorğun olar,
Qəddini əyə bilər... Masada soyuyar isti çayı
Ömrüylə buxarlanar.. Yem olar bir xəyala
Yarım qalar yeməyi, Boğazında tıxanar...
Bozarar oturmaqdan eyni yerə Divanın sol tini
Danışar öz özünə "Necə yəni, bitdimi..?"
Darıxanlar dərdləşər göy üzüylə, Anlayanı olmaz ki,
Yoxdur darıxmaq dili.. Elə hər cıqqıltıya
Yoxlayar pəncərəni, Dost tutar özünə bala sərçəni,
Oxşayıb qanadını, dimdiyindən öpər Yemləyər... əslindəysə
əksik yanların örtər, Axtarar oğurlanan günəşi...
Darıxanların əllərini kəsər buz Yandırıb kül edər qəlbi hicran atəşi..
Bəlkə son nəfəsidir göydə hər sönən ulduz
Ölən darıxanların... Gedənləri gəlməzmi
Yollara baxanların? Mən dözmürəm, İlahi
Bir darıxan görəndə, Rəhimlisən, yardım et..
Eh..mən özüm hamıdan Lap betər darıxıram
Şahidimsən, nə deyim? Qəlbimi görürsən də...🌙
68 notes
·
View notes
Text
Birdə geri gəlməyəcək bu yaşlarımı üzülmüş, çökmüş, həvəssiz biri olaraq yaşayıram
25 notes
·
View notes
Text
Nə xoşbəxtəm nə də kədərli. Nə hiss edirəm bilmirəm. Bəlkə biraz yorğun və biraz həvəssiz.
36 notes
·
View notes
Text
Sevgi həvəssiz halda çiçək açan parnik çiçəyi deyil, yol kənarında gözlənilmədən çiçəkləyən alaq otudur.
12 notes
·
View notes
Note
Əvvəla onu deyimki ölmədən öncə oxundun (öz adıma danışıram). Bu qədər qaramsar, pessimist olmağın qəribə gəlmədi çünki, bu insanın təbiətindən gələn bir şeydi. Kimiləri üçün həyat gözəl, yaşamağa dəyərdir və bunun üçün çox böyük səbəblərə də ehtiyacları yoxdu. Yəni kiçik şeylərdən xoşbəxt olmağı bacarır, çətinliklər isə onlar üçün aşıla biləcək olur çünki, o ruh halına, potensiala sahibdirlər və yaşamaq üçün motivasıyaları hər zaman var. Bəzi insanların isə həyatın çətinlikləri ilə əlləşəcək psixologiyasi yoxdu və buna görə də onlar xoşbəxt olmağı istəsələr belə bacara bilmirlər. Tükənmişlik sindromu onları gedərək daha həvəssiz, daha bitgin, daha içinə dönük bir hala gətirir. Bununla baş etmək ya da bu gedişatı tərsinə çevirmək mənə görə imkansız deyə biləcəyim qədər çətindi ��gərki həyatını, fikirlərini, baxış perspektivini kökündən dəyişdirəcək bir möcüzə baş vermirsə. Səndə mənə maraqlı gələn şey isə o olduki sən doğrudan da o ikinci kategoriyanın insanısan yoxsa buranı sadəcə pessimist zamanlarında yazmaq üçün istifadə edirsən?
Sadəcə pessimist olduğum zamanlarda işlətmirəm. Hansı duyğum daha ağır basırsa o anlarda daha çox işlədirəm. Sevincimi də, kədərimi də burda paylaşmaq mənə rahatlıq verir
9 notes
·
View notes
Text
"Ölüm bir evə gələndə sağ qalanları da biraz öldürür " deyir Peyami Safa. Nə demək olduğunu ən sevdiyini tabutla evindən uğurlayanda anlayırsan. O ev artıq onun xatirələri,izlərilə doludu ama o özü yoxdu. Həyatın rəngini, mənasını da özüylə aparır sanki. Daha durğun olursan, daha səssiz, daha həvəssiz. İçdən gülümsəməyi unudursan,ama ən çox onu görə bilməmək, səsini eşidə bilməmək bax bu acını qəbul edəndə bir daha əvvəlki sən olmursan🥀
1 note
·
View note
Text
YEVLAXDAN SONRA TBİLİSİ...
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanmasılə bağlı cənab prezident İlham Əliyevin müəllifi olduğu format önə çıxmaqdadır.
Azərbaycanın Qranada və Brüssel görüşlərindən haqlı və maraqlarımızla tam üst-üstə düşən imtinası, Ermənistanla Rusiya arasında münasibətlərin kritik həddə çatması və bu arada prezident İlham Əliyevin Gürcüstana rəsmi, qısamüddətli səfəri zamanı söylədiyi üç Qafqaz Respublikasının regiona verəcəyi töhfələr, Gürcüstanın Baş Naziri İrakli Qaribaşvilinin isə Azərbaycan-Ermənistan barışında Tibilisi platformasının əhəmiyyəti haqqında anonsları gələcək proseslərin başlanğıcı kimi dəyərləndirilməlidir.
Bir neçə gün öncə Tbilisidə "İpək Yolu"nun 4-cü Beynəlxalq Forumunda Azəbaycan Respublikasının Baş Naziri Əli Əsədovun çıxışında Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunmasında Azərbaycanın prinsipial mövqeyi konkret faktlarla önə çəkildi. Gürcüstan Baş Nazirinin Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasında ev sahibliyinin edilməsinin mümkünlüyü haqqında niyyətinin təkrarlaması, Əli Əsədovla Nikol Paşinyan arasında baş tutan görüş münasibətlərin normallaşmasında yeni səhifə açmaqdadır.
Unutmaq olmaz ki, bir neçə müddət öncə Prezident İlham Əliyevin “regional problemləri regionla hər hansı bağlılığı olmayanlar deyil, regional dövlətlər məşğul olmalıdılar” kimi yeni çağrışı Ermənistanın həvəssiz mövqeyi istisna olmaqla, region dövlətləri olan Türkiyə, Rusiya və İran tərəfindən həssaslıqla qarşılandı. Artıq bu yolda nikbinlik yaradan daha bir addım atılmışdır.
Görünən odur ki, Azərbaycan erməni münasibətlərinin normallaşmasında Yevlaxdan sonra Tibilisi də tarixə xoşməramlı şəhər kimi daxil olacadır.
Fəzail Ağamalı,
Millət vəkili, Ana Vətən Partiyasının sədri
0 notes
Text
"Bəzən həqiqətən də möhtəşəm sevgilər olur, deyimmi sizə niyəsini? Çünki onu gözəl etməyə çalışanlar olur. Heçnə birdən birə gözəlləşməz gözəlliklər qurban tələb edər'i boşuna deməyiblər. Bəzən baxışlar, bəzən kiçik sürprizlər, bəzən bir neçə cümlə iki insanın arasında möhkəm zəncirə çevrilər. Odur ki, əgər hər zaman mükəmməl səvgiyə sahib olmaq istəyirsizsə, bəzən qurbanda verin bişeyləri. Bəzən yuxunuzdan kəsin, bəzən zamanınızdan, bəzən bir gül alıb ürəyinizdən keçdiyini bildirin. İnanın ki, bunlar insanı əvəz olunmayacaq qədər gözəl hisslərə boğur, xoşbəxtlik verir. Çünki əziyyət var, istək var, sevgi və ən əsası hörmət var. İstəksiz, hərəkətsiz, həvəssiz, əziyyətsiz olan heç bir şey gözəlləşməz, irəliləməz. Gün olar biraz gec yatarsan, gün olar biraz işə gecikərsən, hətta gün olar haqlı sən olsan belə üzr istəyərsən. Amma bilərsən ki mükəmməl bir sevgiyə sahibsən. Çünki gün gələcək mükəmməl ailəyə aparacaq həmin sevgi. Belə gözəlliklərə görə də bəzən nələrisə qurban vermək lazımdır."
0 notes
Text
Pike "Barsa"dan narazıdır
Pike “Barsa”dan narazıdır
“Barselona”nın futbolçusu Jerar Pike klubun düşərgəsində özünü xoşbəxt hiss etmir. Metbuat.org “Managing Barca”ya istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi komandadakı mövqeyindən narazıdır. O, buna görə də həvəssiz məşq edir. Qeyd edək ki, Pikenin “Barselona” ilə müqaviləsi 2024-cü ilin yayı başa çatır. O, bu mövsüm La Liqada 4 oyun keçirib. Metbuat.org
View On WordPress
#Barselona#Barselonanın#düşərgəsində#futbolçusu#həvəssiz#istinadən#keçirib#komandadakı#Managing#mövqeyindən#mövsüm#müdafiəçi#müqaviləsi#narazıdır#özünü#xoşbəxt
0 notes
Text
Kaş burdakı kimi pozitiv biri olsaydım.Burda yazdıqlarım sadəcə olmaq istədiyim Ayseldi.Real da isə soyuq,duyğusuz,stresli,həvəssiz və tez sıxılacağınız biri.....
25 notes
·
View notes
Text
hər yoldan keçən, ixtisası ingilis dili olmayanlar belə ingilis dili müəllimi olur deyə artıq bu peşənin dəyəri də günü-gündən düşür, baxırsan müəllimlik həvəssiz yanaşdığı bir ixtisasdı, amma sırf maddiyyat baxımından bu peşəyə maraq göstərib uşaqları bədbəxt edir
25 notes
·
View notes
Text
Əvvəlki kimi deyiləm…
Hər dəfə bunu deyəndə əvvəlki məndən bir addım uzaqlaşıram. Bunu ruhumun dərinlərində hiss edirəm. Bilmirəm bəlkə yaşla, bəlkə də yaşadıqlarımla, bəlkə də yaşaya bilmədiklərimlə bağlıdır. Tək bildiyim şey, bunun məni dərindən sarsıtdığıdır. Artıq o uşaq davranışlarımdan uzaqlaşıram, daha ciddi oluram, bəzən çox həvəssiz, bəzən də olduğumdan daha maraqlı birinə çevrilirəm. Bəlkə də bu bir keçid mərhələsidir ? Bəlkə də həqiqətən özümü tapmağa çalışıram, bəlkə də yeni bir şeylər kəşf edirəm daxili dünyamda ? Bilirəm, bilmədiyim cavablar var. Düşündürür…
27 notes
·
View notes
Text
Psixoloqları dinləyəndə və ya hansısa psixoloji kitabları oxuyarkən, mən bildiyim birşeydən söhbət gedirsə əsəbləşirəm. Əlbəttə ki, sırf məni yox ümumi toplumu nəzərə alaraq fikirlərini bölüşür lakin bu məni sıxır həvəssiz oxuyuram və ya videonu irəli çəkirəm. Ehtiyacım olan mövzular var hansı ki, onlayn olsa belə, səhər saat 7də olsa belə o vebinara qoşulacam və suallarımı verəcəm. Hele bi şablon mövzular olsunn yakcam çırağınızııı
31 notes
·
View notes
Text
deyəsən bu bayramda həvəssiz olan tək mənəm. kimə baxıram hamının üzərində bayram coşqusu var
14 notes
·
View notes