#göstəricidir
Explore tagged Tumblr posts
Text
Saytların Hazırlanması, Sayt Hazırlanması | Interactive Media.
Kodlaşdırma (saytın hazırlanması). Əsasən HTML və CSS-dən ibarət olan kodlaşdırma zamanı saytın əvvəlcədən hazırlanmış çertiyoju, asan naviqasiya olunması, sayt sahibinin sayta əlavə məlumatlar yükləyə bilməsi üçün backendin hazırlanmasını və s. əhatə edir. Saytların yaradılmasının kodlaşdırılması zamanı dizaynın responsiv olması mütləqdir. Bu həm mobildə, həm də komyuterdə saytlarin hazirlanmasindan sonra saytın rahat istifadəsinə imkan yaradır. Kodlaşdıma zamanı digər önəmli məsələ təhlükəsizlik sisteminin düzgün qurulmasıdır. Veb saytların hazırlanması üçün hazır köhnə kodların istifadəsi saytda boşluqlar yarada bilər. Saytın test edilməsi.Nəzərdə tutulmuş şəkildə sayt hazırlanmasından sonra veb saytda yuxarıda qeyd etdiyimiz kimi hansı boşluğun olub olmamasını yoxlamaq, hazırlanmış kod sistemlərinin düzgün işləməsindən əmin olmaq, veb saytın hər bir brauzerdə maneəsiz işləməsini test etmək üçün testing mərhələsi önəmlidir. Veb sayt bəzi brauzerlərdə işləyə bilər, digərlərində isə önəmli “usibility” problemləri ola bilər. Bu web saytlarin hazirlanmasinda kritik göstəricidir. Buna görə sayt hazırlanıb bitdikdən sonra hərtərəfli yoxlanış önəmlidir. Yoxlanılması ən vacib nüanslardan biri də o vaxt yaranır ki, veb sayt onlayn ödəniş qəbul edir. Burada sistem daha mürəkkıb olduğuna görə onlayn ödənişli veb saytları bir neçə həftə, hətta bir neçə ay nəzarətdə saxlamaq lazım gələ bilər. Visit : https://www.interactivemedia.az/ #vebsayt, #saytlarinhazirlanmasi, #saythazirlanmasi, #saytlarınhazırlanması, #saythazırlanması, #interactivemedia, #websaythazirlanmasi, #saytyaradanşirkətlər
0 notes
Photo
I Quranın 72-ci surəsi olan Cin surəsində Allah cinlərin də hz. Məhəmmədin təbliğini və Quranı dinlədiklərini və bəzilərinin müsəlman olaraq Peyğəmbərimizə tabe olduqlarını bildirir. Bu mövzu ilə bağlı ayələrdən bəziləri belədir: De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra (öz tayfalarına qayıdıb) dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik! O, doğru yola yönəldir. Biz ona inandıq və (bundan sonra) əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq” (Cin surəsi, 1-2) Allah yenə Cin surəsində müsəlman olan cinlərin belə dediklərini bildirmişdir: “Biz doğru yolu göstərən rəhbəri eşitdiyimiz zaman, ona iman gətirdik. Rəbbinə iman gətirən, nə savabının azalmasından, nə də haqsızlığa uğramaqdan qorxmaz. Sözsüz ki, bizlərdən müsəlmanlar da var, (doğru yoldan) çıxanlar da. Müsəlman olanlar doğru yol tutanlardır” (Cin surəsi, 13-14) Bu cinlər, onların, bəzilərinin Allaha qarşı yalan danışaraq, batil inanclara inandığını bildirirlər. Cinlərin daha əvvəl inandıqları bu batil dinin xüsusiyyəti Cin surəsində belə açıqlanır: “Doğrudan da, Rəbbimizin əzəməti çox yüksəkdir. O, nə zövcə, nə də övlad sahibi olmamışdır. Bizim səfehimiz (İblis) Allaha qarşı hədsiz (yalanlar) danışır. Biz zənnə qapılaraq düşünürdük ki, insanlar da, cinlər də Allaha iftira atmazlar” (Cin surəsi, 3-5) Bir başqa ayədə isə Peyğəmbərimiz ibadət üçün qalxanda, cinlərin ətrafında çoxalıb sıxlaşdıqları bildirilir. “Allahın qulu qalxıb Allaha dua etdikdə (cinlər) az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar” (Cin surəsi, 19) “Sən xatırlat! Çünki, xatırlatmaq möminlərə fayda verir. Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım” (Zəriyət surəsi, 55-56) Ayələrdən də göründüyü kimi, hz. Məhəmməd bütün insanlara və bütün cinlərə Peyğəmbər olaraq göndərilmişdir. Quran həm insanlar, həm də cinlər üçün yol göstəricidir. “Ey iman gətirənlər! (Peyğəmbər) sizi, həyat verəcək şeylərə (imana, haqqa) çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah, insanla onun qəlbi arasındadır və siz Onun hüzuruna toplanılacaqsınız” (Ənfal surəsi, 24) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #cin #hzməhəmməd https://www.instagram.com/p/ClOoa7-MK1I/?igshid=NGJjMDIxMWI=
0 notes
Text
Milan Fukal
Çexiya millisinin sabiq futbolçusu Milan Fukal “Viktoriya”nın səfərdə qolsuz heç-heçə etdiyi “Qarabağ”ı evdə üstələyərək (2:1) UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasından danışıb. Metbuat.org-ın məlumatına görə, veteran müdafiəçi fikirlərini yerli mətbuata bölüşüb: “Viktoriya”nın pley-offdakı rəqibini keçəcəyini gözləmirdim. Bu məqam qələbəni daha da gözəlləşdirir. Bu…
View On WordPress
#bacardılar#baxmayaraq#biləcək#Çempionlar#döyüş#düşəcəyinə#düşməsinə#əvvəlki#göstəricidir#gücləndirəcək#komandanı#komandanın#Liqasına#Liqasında#Liqasının#matçlar#matçlarına#nümayiş#qazandılar#uşaqlar#üzləşdi#vəsiqə#vəziyyətlə#Viktoriya#Viktoriyanın
0 notes
Text
Gələn il büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri açıqlanıb
Gələn il büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri açıqlanıb.
azerbaycanda son xeberler: APA-nın məlumatına görə, bu, Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Sənəddə qeyd edilib ki, növbəti il üçün nəzərdə tutulmuş büdcə kəsirinin məbləği son illər üzrə ən böyük göstəricidir. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 779,2 milyon manat məbləğində müəyyən edilib. Bu, 2018-ci ilin dövlət büdcəsinin faktiki kəsirindən 2 milyard 556,5 milyon manat və ya 12,5 dəfə çox, 2019-cu il dövlət büdcəsinin proqnozlaşdırılan kəsirindən isə 757,2 milyon manat və ya 37,4% çoxdur. Dövlət büdcəsinin proqnozlaşdırılmış kəsiri növbəti il üçün nəzərdə tutulmuş ÜDM-nə nisbətdə 3%-lik səviyyədən çoxdur. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2018-ci ildə 1,4% proqnozlaşdırılıb, ilin sonuna 0,3% təşkil edib. Bu göstəricinin 2019-cu ilin sonuna 2,6% olacağı gözlənilir. Növbəti il il üçün bu nisbətin cari ilin gözlənilən göstəricindən 0,7 faiz bəndi çox olmaqla 3,3% təşkil edəcəyi nəzərdə tutulub.
Rəydə nəzərə çatdırılır ki, növbəti ildə büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri dəyişdirilməyib, büdcə kəsirinin əsasən vahid xəzinə hesabının qalığı vasitəsilə bağlanılması nəzərdə tutulub. Qanun layihəsində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbəyi olaraq, 2019-cu ildə olduğu kimi, özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2020-cu ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) göstərilib. Növbəti ilin büdcə kəsirinin bağlanılmasına dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 62 milyon manat, daxili borclanmadan (ölkə daxilində qiymətli kağızların (dövlət istiqrazlarının) yerləşdirilməsindən) 100 milyon manat, 2020-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 1 mil yard 666,2 milyon manat, xaricdən cəlb edilmiş kreditlər üzrə 951 milyon manat vəsait yönəldiləcək: “Beləliklə də, proqnozlaşdırılmış büdcə kəsirinin təqribən 60%-nin vahid xəzinə hesabının qalığı vasitəsilə maliyyələşdiriləcəyini qeyd etmək olar”.
1 note
·
View note
Photo
Mənim çayımı tünd elə a, bala!... Belə bir anlayış var: normal - normal şərait, normal temperatur, normal vəziyyət, normal münasibət, normal səviyyə... Nə deməkdir normallıq? Əslində çox nisbi olan bir şey. “Normal” sözü hər hansı bir situasiyada ucdantutma hamının olmasa da, əksəriyyətin qəbul etdiyi bir göstəricidir: 1. bəzi adamlar bu göstərici ilə tamamilə qane olur, 2. bəziləri zahirən özlərini qane olurmuş kimi göstərir, 3. bəziləri qane olmasa da, bunu biruzə verməməyi lazım bilir, amma saxtakarlıq edə bilmədiklərinə görə qane olmadıqları onların hər halından hiss olunur, 4. bəziləri də qane olmur və qane olmadıqlarını da heç gizlətmir. Tutaq ki, çay nə çox tünd, nə də çox açıqdırsa, bu, normal sayılır, buna görə də adətən məclisdə hamıya çayı bu cür verirlər, əksəriyyət də, xüsusən 1-ci qrupa aid olanlar çayı bu cür qəbul edib içir. Fərz edək ki, onların içində bir neçəsi çayı çox tünd içməyi xoşlayır, həmin adamlardan: 2-ci qrupa aid olanlar heç bir etiraz əlaməti yaratmadan sakitcə çayını içəcəkdir; 3-cü qrupa aid olan üzündə nazik bir narazılıq pərdəsi nəzakətlə çaydan yalnız iki-üç qurtum alacaqdır; 4-cü qrupa aid olan isə heç bir sıxıntı çəkmədən uca səslə çay paylayanı haylayıb deyəcəkdir ki, “a bala, mən bu cür çay içmirəm, apar mənim çayımı tünd elə”. Deməli, hər bir normalın içində mütləq istisnalar var və həmin istisnaların ürəyinə yatan, könlüncə olan göstəricilər onların özləri üçün normaldır. Bəs digərləri üçün?!.. Bu sual bütün zamanların ən çətin suallarından biridir (bu anda adamın yadına nədənsə çirkin ördək balası düşür...). Hər kəs öz normalı ilə yaşamaq istəyində haqlıdırmı, haqsızdırmı? Bu sualın cavabı məlum deyil. Yalnız bir həqiqət danılmazdır: insan seçim etməkdə sərbəstdir, hansı normalarla yaşayır, yaşasın, amma bir kimsəyə ziyan verməsin - nə özünə, nə də başqalarına!.. https://www.instagram.com/p/Cdv_ipqrzZi/?igshid=NGJjMDIxMWI=
0 notes
Text
"Bu, Ermənistanın ruhu zəhərlənmiş bir toplum olduğunu bir daha ortalığa qoyur..."
“Ermənistan cəmiyyəti Azərbaycanla barışıq haqda düşünmür, əksinə buna pis baxırlar...”
“Əslində Ermənistan məxsus olduğu anti-insani keyfiyyətləri özünə daşımaqda davam edir. Əgər o normal bir dövlət olsaydı, həqiqətən Azərbaycanla xüsusi olaraq qonşuluq münasibətlərini normallaşdırmağa və gələcəkdə bu münasibətlərin inkişafında maraqlı olsaydı, elə özü hər hansı bir təzyiq olmadan mina xəritələrini Azərbaycana verməli idi. Görünən budur ki, Ermənistan həqiqətən faşist düşüncəli əməllərindən hələ də əl çəkməyib və heç ümid də etmirəm ki, gələcəkdə bu cür vəhşi və barbar kefiyyətlərindən onlar imtina etsinlər”
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı Ermənistanın Azərbaycana təqdim etdiyi saxta mina xəritələri haqda danışarkən deyib. F.Ağamali hələ də erməni cəmiyyətinin Azərbaycanla barışıq haqda düşünmədiyini bildirib:
“Mən hərdən BBC-nin həm erməni və həm də Azərbaycan redaksiyalarının Ermənistanda və Azərbaycanda keçirdiyi sorğularına qulaq asıram. Həmin sorğularda demək olar ki, ermənilərin bütün nəsillərindən olan insanları iştirak edir. Danışıqlarından belə məlum olur ki, onların heç biri Azərbaycanla barışıq haqqında düşünmür. Azərbaycanla münasibətlərin normallaşmasına zərrə qədər hazır deyillər, əksinə, buna pis baxırlar.
Ancaq Azərbaycanda keçirilən bu sorğularda bizim insanlarımız məsələyə tamamilə fərqli yanaşırlar. Gələcəkdə bu barışın mümkün olduğunu deyirlər. Yəni bu cür ritorikayla məsələyə normal münasibət göstərirlər. Bu isə çox vacib göstəricidir. Bu, Ermənistanın ruhu zəhərlənmiş bir toplum olduğunu bir daha ortalığa qoyur və özünün xislətini həm siyasi dairələrdə, həm də cəmiyyətin üst qatında ifadə edir.
Ona görə də beynəlxalq təşkilatlar həqiqətən də çağırışlar edirlər ki, minaların təmizlənməsində Ermənistan öz addımını atsın, mina xəritələrini verməlidir və verdiyi xəritələr saxta olmalı deyil. Bütün bunlara baxmayaraq onlar öz çirkin əməllərindən əl çəkmirlər. Mənə elə gəlir ki, artıq bununla bağlı təzyiq deyil, beynəlxalq təşkilatlarının xüsusi rəsmi sənədləri olmalıdır ki, bu sənədlər Ermənistanı məcbur etsin. Xüsusi olaraq bu baxımdan Birləşmiş Millətlər Təşkilatının qəbul edəcəyi qərarın mənə elə gəlir ki, hər halda ciddi təsiri ola bilər. Bu baxımdan həm də Avropa Şurası daha təsirli təzyiqlər göstərməlidir ki, Ermənistan ölüm saçan minaların həqiqi xəritəsini Azərbaycana verə bilsin”.
Qeyd edək ki, Brüssel görüşündən sonra Azərbaycan humanizm nümayiş etdirərək daha 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib. Əsirlərin qaytarılması müqabilində Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin dəqiqliyi isə 20 faizdən azdır.
“Moderator.az” saytı
Vasif Əlihüseyn
21 Dekabr 2021-ci il
0 notes
Text
Türkiyə və Azərbaycan Qərbin informasiya təzyiqinə tab gətirə biləcəkmi?
Son vaxtlar Türkiyə və Azərbaycan ABŞ və AB ölkələri tərəfindən müəyyən ideoloji təzyiqlərə məruz qaldı. Türkiyəyə qarşı informasiya və ideoloji hücumun əsas səbəbi, Prezident Ərdoğanın, İstanbul Konvensiyası olaraq da bilinən Avropa Şurası Qadına Şiddətin və Məişət Şiddətinin Qarşısının Alınması və Mübarizə Konvensiyasından çıxması barədə fərmanı idi. Türk səlahiyyətlilərinin nümayəndələri, konvensiyanın LGBT cəmiyyətini qanuniləşdirən əsas müddəalarını ört-basdır etdiklərini söylədilər. Bu konvensiyanın əvəzinə daxili bir Türk qanunu hazırlamaq və qəbul etmək niyyətindədirlər. Ankaranın qərarı Avropa Şurası, BMT və AB-də tənqid edildi. Sonra medianın növbəsi gəldi, buna görə İngilis BBC, Türk əhalisinin əksəriyyətinin iradəsini ifadə etmək üçün qurultaydan çəkilməsinə etiraz edən feministlərin və LGBT fəallarının səs-küylü hərəkətlərini yaymağa çalışdı. İstanbul Konvensiyasının jeopolitik bir ölçüsü var. Bu, yalnız Avropa Şurası tərəfindən deyil, həm də Avropa Birliyi tərəfindən zəruri bir beynəlxalq müqavilə hesab olunur. Buna görə də, buna münasibət Qərbdə, o cümlədən müsəlman ölkələri üçün müəyyən bir siyasi göstəricidir. Hər şeydən əvvəl bu, Azərbaycana aiddir. Türkiyədəki hakim Ədalət və İnkişaf Partiyası, AB-yə üzv olmaq fikrini çoxdan tərk etdi. Neo-Osmanlı və panislamizmlə ifadə olunan xarici siyasəti, Türkiyənin müstəqil bir siyasi oyunçu və İslam dünyasının liderinə çevrilməsini nəzərdə tutur. 24 Mart 2020-ci ildə George Soros'un media platforması Açıq Demokratiya, Sophie Lewis'in "Koronavirus böhranı ailənin sona çatma vaxtının gəldiyini göstərir" başlığı ilə "Pandemiya nüvə ailəsi və bizə nə deyir? Şəxsi ev? " Bu məqalənin əsas mesajı nüvə ailəsinin (valideynlər + övladlar) kapitalizm və özəl mülkiyyət ilə əlaqəli bir yadigar olaraq, kişilərin qadınlara, uşaqlara, qocalara və nümayəndələrə qarşı "məişət" zorakılığının olduğu bir yer olaraq ləğv edilməsidir. cinsi azlıqların yayılması - xüsusən karantin və özünütəcrid olması səbəbindən. Xarakterik olaraq, 2019-cu ildə Lewis "İndi tamamilə surroqatlıq: feminizm ailəyə qarşı" kitabını yazdı. Gördüyünüz kimi, türk feministlərin və LGBT-lərin söz ehtiyatı Soros tərəfdarlarının düşüncələri ilə eynidir. Türkiyənin İstanbul Konvensiyasından çəkilməsinə həsr olunmuş Qərb mediasındakı bir çox tənqidi nəşr əslində ənənəvi İslamın sol liberal cərəyanla uyğunlaşmadığı üçün ona qarşı yönəlmişdir. Qərbin Diyanət İşləri İdarəsinin rəhbəri, İslam mühafizəkarı Əli Erbaş kimi insanlara ehtiyacı yoxdur, lakin insanlar, məsələn, dəstək verən LGBT fəalı feminist Seyran Atəşi, Berlindəki İbn Rüşd Goethe məscidindən bir qadın imam kimi sevirlər. Fəthullah Gülen standartlarına belə çox pravoslavdır. Ankara son illərdə məktəblərdə tədris proqramının İslamlaşma, neo-Osmanlıçılıq, Pan-Türkçülük, Azərbaycanla ittifaq, İsrail və Ermənistanı tənqid etməsinə qarşı qərəzli olduğu üçün tənqid olunur. Təzahürlərindən biri olan filmlər və seriallar olan Türkiyənin "yumşaq gücü" tam olaraq Osmanlı keçmişinin vəsfinə, yəni ABŞ və Qərbi Avropa üçün ideoloji və siyasi cəhətdən qəbuledilməz bir dövrə əsaslanır. . Məclis Üzvü Necmettin Erbakan, ABŞ və Batı Avropanı Türkiyə üçün əsas təhdid olaraq görəndə haqlı idi. Diqqət çəkir ki, Erbakan bir vaxtlar Türkiyənin AEC və AB-yə üzvlüyünə qarşı çıxmış, eyni zamanda NATO-dan ayrılmaq və İslami bir hərbi-siyasi blok yaratmaq fikrini irəli sürmüşdür. Türkiyənin Şərqə qayıdışı da iqtisadi səviyyədədir. Məsələn, 2020 Noyabr ayının sonunda Türk Rifah Fondu və Qətər Suveren Fondu Konsorsiumu, Qətərin İstanbul Birjasında% 10 hissəsini aldığı bir müqavilə imzaladı. Beləliklə, əslində Türkiyə AB-dən iqtisadi asılılığını azaltmağa çalışır. Bu tendensiyalar qismən Almaniyada və Alman mediasında tənqid obyektinə çevrilmiş Azərbaycanla əlaqələndirilir. Səbəb hakim Xristian Demokrat İttifaqından olan Bundestaq deputatlarının Axel Fischer, Mark Hauptmann və Thomas Barais-in korrupsiya və Azərbaycanın maraqlarına lobbiçilik etmək ittihamları ilə əlaqəli qalmaqal idi. İnformasiya hücumu yalnız Prezident İlham Əliyevə qarşı avtoritarizm ittihamları ilə məhdudlaşmırdı. Alman mediası, Azərbaycan qadınlarının hüquqları problemini şişirtməyə başladı, bu da Azərbaycanda mənfi reaksiya yaratdı, xüsusən də ADR dövründə azərbaycanlı qadınların seçki hüququ aldığını nəzərə alaraq. Korrupsiya skandalı hakim Xristian Demokratları vurdu və sentyabr parlament seçkiləri ərəfəsində onların səviyyəsini aşağı saldı. CDU / CSU-nun əsas rəqibi qarşıdakı seçkilərdə yüksək şansı olan Soyuz / 90 / Yaşıllar partiyasıdır. Bildiyiniz kimi, Alman Yaşılları demokratiya üçün ən aqressiv "döyüşçülərdən" biridir. Bunlar nüvə enerjisindən, neftdən və qazdan imtina etməyi nəzərdə tutan yaşıl iqtisadiyyata və karbon neytrallığına fanatik inamla xarakterizə olunur. Son iki enerji daşıyıcısı Azərbaycan iqtisadiyyatının əsasını təşkil edir. Üstəlik, Alman yaşıllıqları feminizmin və LGBT hərəkatının fanatik tərəfdarlarıdır, yəni yaşıl enerji ilə yanaşı siyasi kursları ABŞ və Böyük Britaniyada populyar olan neo-Maltuzianizmin (uşaq doğmağı məhdudlaşdırması) həyata keçirilməsini nəzərdə tutur. Almaniya Yaşılları, ABŞ ilə transatlantik birliyin qəti dəstəkçiləridir; partiyanın özündə, Ərdoğanın Kıbrıs ve Şərq siyasətinə daxil olmaqla, Panislam və neo-Osmanlı kursunun əleyhdarları olan nəzərə çarpan sayda Türk mühaciri var. Aralıq dənizi. Ümumiyyətlə, Bundestaqa parlament seçkilərində Xristian Demokratların məğlubiyyəti, eyni zamanda Türkiyə və Azərbaycanın məğlubiyyəti olacaqdır. Bütün bu informasiya hücumları Qarabağ müharibəsindən sonra baş verdi. Beləliklə, Ankara və Bakı özlərini çox dəqiq bir anda Qərb mediasının informasiya zərbəsi altında tapdılar. Türkiyə məsələsində, səbəb beynəlxalq aləmdə müstəqil bir oyunçu olmaq istəyi və islamçılığa qayıtmasıdır. Buna görə də ABŞ və AB türk istiqamətində Ərdoğanı devirmək və kürd əleyhinə radikal sekularistləri hakimiyyətə gətirmək üçün mümkün olan bütün vasitələrdən istifadə etməyə çalışacaqlar. Eyni zamanda, beynəlxalq aləmdə Azərbaycanı zəiflətmək və bununla da Ərdoğan hökumətinin xarici siyasət fəaliyyətlərinə qeyd-şərtsiz dəstəyini dolayı şəkildə azaltmaq meyli var.
0 notes
Photo
🔸“Balaca Şahzadə” dünyada 250-dən çox dil və ləhcəyə tərcümə edilib ki, bu da fantastik bir göstəricidir. 🔸 Dünyada 4 müqəddəs dini kitab və Marksın “Kapital”ından sonra ən çox satılan kitablardan biri hesab edilir. Hər il təxminən 2 milyon ədəd satılır. Bu günə qədər təxminən 150 milyon civarında satıldığı bilinir. 🔸Kitabdakı bütün şəkillər Ekzüperi tərəfindən şəxsən çəkilib. 🔸 Kitab əvvəl 1000 səhifə olub, daha sonra Ekzüperi tərəfindən qısaldılaraq 70-80 səhifəlik bir hal alıb. Ekzüperi özü də deyir ki, mükəmməl yazı bir şey daha əlavə edilə bilməyəcək deyil, çıxarılacaq başqa bir hissəsi olmayan yazıdır. 🔸Düşünün ki, bu əsər və şəxsiyyət fransızlar üçün nə dərəcədə dəyərlidir ki, Ekzüperi və Balaca Şahzadənin şəkilləri Fransada 50 Franklıq əskinazların üzərindədir. (Asteróide B-612) https://www.instagram.com/p/B-lbcrtF6y9/?igshid=38p24ihadh6y
0 notes
Photo
Hazırda Cənubi Koreya Koronavirusa görə İtaliya və İranı da geri qoydu. Koreyada saatbasaat Koronavirus təhdidi hiss olunur. Bütün bunların fonunda Çində 40000 insanın artıq sağalması da ciddi göstəricidir.
0 notes
Photo
Möhtəşəm göstəricidir👌 @mancity 💪👏👍 https://www.instagram.com/p/BxKsZXKHs-r/?utm_source=ig_tumblr_share&igshid=1wao85mtq19xo
0 notes
Photo
Prezident İlham Əliyev: “Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir” Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir. İstixəbər.info
0 notes
Text
Saytların Hazırlanması, Sayt Hazırlanması | Interactive Media.
Kodlaşdırma (saytın hazırlanması). Əsasən HTML və CSS-dən ibarət olan kodlaşdırma zamanı saytın əvvəlcədən hazırlanmış çertiyoju, asan naviqasiya olunması, sayt sahibinin sayta əlavə məlumatlar yükləyə bilməsi üçün backendin hazırlanmasını və s. əhatə edir. Saytların yaradılmasının kodlaşdırılması zamanı dizaynın responsiv olması mütləqdir. Bu həm mobildə, həm də komyuterdə saytlarin hazirlanmasindan sonra saytın rahat istifadəsinə imkan yaradır. Kodlaşdıma zamanı digər önəmli məsələ təhlükəsizlik sisteminin düzgün qurulmasıdır. Veb saytların hazırlanması üçün hazır köhnə kodların istifadəsi saytda boşluqlar yarada bilər. Saytın test edilməsi.Nəzərdə tutulmuş şəkildə sayt hazırlanmasından sonra veb saytda yuxarıda qeyd etdiyimiz kimi hansı boşluğun olub olmamasını yoxlamaq, hazırlanmış kod sistemlərinin düzgün işləməsindən əmin olmaq, veb saytın hər bir brauzerdə maneəsiz işləməsini test etmək üçün testing mərhələsi önəmlidir. Veb sayt bəzi brauzerlərdə işləyə bilər, digərlərində isə önəmli “usibility” problemləri ola bilər. Bu web saytlarin hazirlanmasinda kritik göstəricidir. Buna görə sayt hazırlanıb bitdikdən sonra hərtərəfli yoxlanış önəmlidir. Yoxlanılması ən vacib nüanslardan biri də o vaxt yaranır ki, veb sayt onlayn ödəniş qəbul edir. Burada sistem daha mürəkkıb olduğuna görə onlayn ödənişli veb saytları bir neçə həftə, hətta bir neçə ay nəzarətdə saxlamaq lazım gələ bilər. Visit : https://www.interactivemedia.az/ #vebsayt, #saytlarinhazirlanmasi, #saythazirlanmasi, #saytlarınhazırlanması, #saythazırlanması, #interactivemedia, #websaythazirlanmasi, #saytyaradanşirkətlər
0 notes
Photo
I Allah bütün insanlara doğru olanı tapmaq, dəqiq məlumata və gözəl əxlaqa yiyələnmək üçün ilahi kitabları və onları çatdıran və açıqlayan elçilər göndərmişdir. Allahın insanlara yol göstərici olaraq endirdiyi son kitab isə Qurandır. Quranın qiyamətə qədər qüvvədə olduğunu və qorunacağını bilən möminlər bunun rahatlığını və etibarını yaşayırlar. Quran insanın hər hökmündən, hər əmrindən qəti əmin olduğu, vicdanının isə azad və rahat şəkildə tabe olduğu kitabdır. İnsanların bu cür yol göstəricisinin olması Allah qatından verilmiş böyük nemət və rəhmətdir. Allah Quranın möminlər üçün əhəmiyyətini bir ayəsində belə xəbər verir: …Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89) Quranı özünə rəhbər edən bir insan yaradılış məqsədini və sirlərini, Allahın razılığını, rəhmətini və Cənnətini qazanmağın yolunu, Cənnət və Cəhənnəmdə həyatın necə olacağını, ən gözəl əxlaqı və bir çox məlumatı ən doğru və ətraflı şəkildə öyrənir. Quranda hər şey açıqlanmışdır. Din haqqında hər sual Quranda cavablandırılmışdır. Allah bir ayəsində belə buyurur: Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, (ona cavab olaraq) Biz sənə haqqı və ən yaxşı izahını verməyək. (Furqan surəsi, 33) Quran ayələri ilə din haqqında hər şeyin məlumatı verilmişdir. Bununla bərabər, Allah Quranın endirilmə səbəblərindən birinin də insanların ixtilafa düşdükləri mövzuların açıqlanması olduğunu bildirmişdir. Ayədə belə buyurulur: Biz Kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixtilafda olduqları şeyləri bəyan edəsən və (bu) mömin camaat üçün doğru yol göstərən rəhbər və mərhəmət olsun. (Nəhl surəsi, 64) Ayədən göründüyü kimi, Quran Allaha iman gətirən saleh qullar üçün böyük rəhmət və hər mövzuda yol göstəricidir. Allah Quran vasitəsilə bizə bilmədiyimiz, yaradılış sirri olan mövzuları bildirir və bütün insanları bu məlumatlarla xəbərdar edir. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #asan #elçi https://www.instagram.com/p/Ci-YwcMsgNN/?igshid=NGJjMDIxMWI=
0 notes
Text
Pambıq bahalaşdı
Dünya bazarında pambığın qiyməti 30% artıb. Bu rəqəm son 10 ildə qeydə alınan rekord göstəricidir. Məlumata görə, bahalaşmaya quraqlıq və anomal istilər səbəb olub. 2011-ci ildən bəri belə qiymət artımı müşahidə olunmayıb. banker.az
View On WordPress
0 notes
Link
via Dollarla bağlı vacib qərar http://ift.tt/eA8V8J “1 dollar 2 manat 50 qəpik olacaq” Mərkəzi Bank 2015-ci il dekabrın 21-də “üzən məzənnə” siyasətinə keçidi elan etsə də, inzibati müdaxilələr hələ də davam edir. Rəsmilər hələ də manat��n həqiqi bazar qiymətini almadığını bildirirlər. Bəs manatın real bazar qiyməti neçədir? Proses hansı həddə qədər davam edəcək? Bu qəbildən olan suallarını iqtisadı Vüqar Bayramov cavablandırıb. “Qara bazar”da 1 dollar 1.92 manatdır V.Bayramov bildirib ki, hələlik manatın bazar dəyəri müəyyənləşməyib: “Ona görə müəyyənləşməyib ki, Mərkəzi Bank “üzən məzənnə”yə keçdiyini elan etsə də, mövcud siyasətin bazara təsir imkanları məhduddur. Yenə də rəsmi məzənnə var. Rəsmi məzənnə ilə bazar məzənnəsi arasında 4 faizlik marj tətbiq edilir. Belə olan təqdirdə bazarın məzənnəyə təsir imkanları məhdudlaşır. Bu isə “qara bazar”ın daha da genişlənməsinə gətirib çıxarır. Təəssüf ki, bu gün “qara bazar”da 1 dolları almaq üçün 1 manat 92 qəpik ödəmək lazım gəlir. Bu da ondan xəbər verir ki, əslində “qara bazar”da bankların təklif etdiyi, amma satmadığı məzənnə arasında kəskin fərq var”. Rusiya və Qazaxıstan pulu ən çox möhkəmlənən 5 valyuta sırasında Ekspert ölkəmizlə təxminən eyni aqibəti yaşayan ölkələrdə vəziyyətin stabilləşdiyini açıqlayıb: “2014-cü ilin sonu 2015-ci ilin əvvəllərində “üzən məzənnə”yə keçidin tərəfdarı olduğumuzu bildirmişdik. Həmin dövrdə Rusiya və Qazaxıstan “üzən məzənnə”yə keçdi. 2016-cı ilin yekununda hər iki ölkənin valyutası dünyada ən çox möhkəmlənən beş valyutadan ikisi oldu. Çünki hər iki ölkə vaxtında “üzən məzənnə” siyasətini tətbiq etdi və bazarda təklifi artıraraq əks dollarlaşma prosesinə başlaya bildi”. “Azərbaycanda dollarlaşma ən yüksək həddədir…” “Mərkəzi Bankın mövcud siyasəti əks dollarlaşmaya keçməyə imkan vermir. Çox təəssüf ki, bank bu siyasəti hələ də davam etdirir. Bu siyasət davam etdikcə, manatın bazar məzənnəsini müəyyən etmək xeyli çətinləşir. Çünki artıq Mərkəzi Bankın tənzimlənən siyasəti əks dollarlaşma siyasətinə keçməyə imkan vermir. Artıq dollarlaşma səviyyəsi 90 faizə qədər yüksəlib ki, bu da dünyada ən yüksək göstəricidir” “1 dollar 2.50 manata qədər bahalaşacaq” İqtisadçının sözlərinə görə, hazırda manatın real bazar dəyərini də müəyyənləşdirmək çox çətindir: “Nəzərə almaq lazımdır ki, hərraclarla bağlı məlumatlar qapalıdır, yalnız ayın yekununda açıqlanır. Məlumatlar ictimaiyyətə elan olunmadığı üçün yenə də bazar dəyərinin müəyyənləşdirilməsində çətinliklər var. Əslində Mərkəzi Bank hər bir hərracdakı məlumatları ictimaiyyətə şəffaf şəkildə elan etməlidir. Bizim qiymətləndirmələrimiz göstərir ki, liberal məzənnə siyasətinə keçid baş verərsə, 1 dollar 2 manat 20 qəpiklə 2 manat 50 qəpik arasında dəyişə bilər. Bu, Mərkəzi Bankın prosesə hansı səviyyədə hazırlaşmasından asılı olacaq. Mərkəzi Bank müxtəlif metodlardan istifadə edib bazar təklifi yaradaraq, əks dollarlaşma prosesinə start verəcəksə, o zaman manat nisbətən az dəyər itirəcək. Mövcud siyasət saxlanılmaqla birdən liberal məzənnə siyasətinə keçəcəksə, o zaman manat sıçrayışlı dəyər itirəcək. 2015-ci ildə Mərkəzi Bankın iki dəfə devalvasiyaya getməsi doğru addım deyildi. Nəticədə milli valyutaya olan inam tamamilə itirilib. Bu isə liberal məzənnə siyasətinə keçidlə bağlı ciddi problemlər yaradıb. Liberal məzənnə manatın bazar müəyyənləşdirilməsi deməkdir. Bu zaman bazar tarazlığı yaranır və kurs bazardakı tələb və təklifə uyğun olaraq müəyyənləşdirilir. Bu baxımdan hazırlıqsız olaraq liberal məzənnəyə keçid manatın yenidən böyük dəyər itirməsinə gətirib çıxaracaq”.
0 notes
Text
Saytların Hazırlanması, Sayt Hazırlanması | Interactive Media.
Kodlaşdırma (saytın hazırlanması). Əsasən HTML və CSS-dən ibarət olan kodlaşdırma zamanı saytın əvvəlcədən hazırlanmış çertiyoju, asan naviqasiya olunması, sayt sahibinin sayta əlavə məlumatlar yükləyə bilməsi üçün backendin hazırlanmasını və s. əhatə edir. Saytların yaradılmasının kodlaşdırılması zamanı dizaynın responsiv olması mütləqdir. Bu həm mobildə, həm də komyuterdə saytlarin hazirlanmasindan sonra saytın rahat istifadəsinə imkan yaradır. Kodlaşdıma zamanı digər önəmli məsələ təhlükəsizlik sisteminin düzgün qurulmasıdır. Veb saytların hazırlanması üçün hazır köhnə kodların istifadəsi saytda boşluqlar yarada bilər. Saytın test edilməsi.Nəzərdə tutulmuş şəkildə sayt hazırlanmasından sonra veb saytda yuxarıda qeyd etdiyimiz kimi hansı boşluğun olub olmamasını yoxlamaq, hazırlanmış kod sistemlərinin düzgün işləməsindən əmin olmaq, veb saytın hər bir brauzerdə maneəsiz işləməsini test etmək üçün testing mərhələsi önəmlidir. Veb sayt bəzi brauzerlərdə işləyə bilər, digərlərində isə önəmli “usibility” problemləri ola bilər. Bu web saytlarin hazirlanmasinda kritik göstəricidir. Buna görə sayt hazırlanıb bitdikdən sonra hərtərəfli yoxlanış önəmlidir. Yoxlanılması ən vacib nüanslardan biri də o vaxt yaranır ki, veb sayt onlayn ödəniş qəbul edir. Burada sistem daha mürəkkıb olduğuna görə onlayn ödənişli veb saytları bir neçə həftə, hətta bir neçə ay nəzarətdə saxlamaq lazım gələ bilər. Visit : https://www.interactivemedia.az/ #vebsayt, #saytlarinhazirlanmasi, #saythazirlanmasi, #saytlarınhazırlanması, #saythazırlanması, #interactivemedia, #websaythazirlanmasi, #saytyaradanşirkətlər
0 notes