#danışmaq
Explore tagged Tumblr posts
bilinmeyen-heqiqetler · 2 years ago
Photo
Tumblr media
I İnsanları tanımaqda mühüm rol oynayan cəhətlərdən biri də onların danışıq üslubudur. Düşüncə tərzi, inanclar, fikir və düşüncələr sözlərlə ifadə edilir. İnsan qəlbində hiss etdiklərini, düşüncələri, istəklərini, ideallarını və ya qorxularını istər-istəməz danışığında əks etdirir. Ona görə, bir insanın ağıllı və vicdanlı olub-olmadığı, əsasən, dediyi sözlərdən üzə çıxır. Dürüst, səmimi, etibarlı, doğru danışan, yoxsa saxtakar, pisniyyətli, yalan danışan adam olduğu da danışığından başa düşülür. Danışıq üslubunun insanları tanıdan cəhət olduğu el arasında da məlumdur. Bir çox məsələdə bir nəfər haqqında qərar verərkən, əvvəlcə, onun danışığı əsas götürülür. Bunu iş müsahibələrində görürük. İşə götürənlər iş üçün müraciət edənlərin yazılı məlumatlarından əlavə, bu insanlarla bir neçə dəfə üzbəüz görüşüb müxtəlif mövzular haqqında onlardan məlumat alırlar. Bu müsahibələr nəticəsində həmin şəxsin xarakterinə aid işə götürəndə təsəvvür formalaşır. Danışığın insanların xarakterini üzə çıxaran mühüm amillərdən olduğunu hər sahədə insanlara ən doğru məlumatı Quran bizə bildirir. Allah “Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir” (Məhəmməd surəsi, 30) ayəsi ilə danışıq üslubunun qeyri-səmimi insanları tanıdan mühüm xüsusiyyət olduğunu bildirmişdir. Danışıq tərzi mənfi xarakterli, bədniyyət, ikiüzlü insanları ifşa etdiyi kimi, gözəl əxlaqlı, xoşxasiyyət, inanclı insanların da tanınmasında mühüm ölçüdür. Qəlbində xalis iman olan insan təbii olaraq ancaq möminlərə xas üslubla, yəni müsəlman kimi danışır. Müsəlman kimi danışmaq insanın səmimiliyini, Allaha sevgisini, bağlılığını, hörmət dolu qorxusunu üzə çıxaran mühüm mömin əlamətlərindəndir. Ona görə, üslub fərqi inananlarla inkar edənləri bir-birindən fərqləndirən ən əsas xüsusiyyətlərdən biridir. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #danışmaq https://www.instagram.com/p/CnezK_ZMBOS/?igshid=NGJjMDIxMWI=
0 notes
shikhaliyevv · 3 months ago
Text
Öz-özünə danışmaq, öz-özünə gülmək.
74 notes · View notes
dadaszdkh · 4 months ago
Text
gözlərim çox şey görür, amma danışmaq istəmirəm.
60 notes · View notes
korressamm · 4 months ago
Text
Danışacaq söz olmadığı zaman boş-boş danışmaq yerinə susmaq daha yaxşıdır.
57 notes · View notes
fffloweeer · 16 days ago
Text
Bir adamla fərqli yerlərdə fərqli mövzuları eyni anda danışmaq 😮‍💨
24 notes · View notes
mmar1ia · 5 months ago
Text
Fikir verirəm ki, mənim üzərimdə ağır yüklər olduqda mən heçnə yazmıram hisslərim barəsində. Çünki bunun gec fərqinə varıram. Nə vaxt ki, anidən ağlamaq istəyəndə, vaxtsız gözlərim dolanda, daxilimdə böyüyən qaranlıqdan danışmaq istəyəndə anlayıram ki, uzun zamandır yaxşı deyiləm və “yaxşıyam” deyib, özümə də yalan danışıram. Uzun zamandır ruhən boşluqda, fiziki baxımdan isə taqətsizəm və çox yorğunam. Hər şeyə qarşı içimdə böyüyən bir səs-küy var. Yığılıb qalan çarəsizliyə, böyük çabalara, atılan addımlara, verilən vədlərə qarşı içimdə böyük bir səs-küy var. Danışsam yoruluram, sussam zəif olduğumu hiss edirəm. Bilmirəm, hərkəsdən yorulmuşam, hər hadisənin doğurduğu nəticələri tərəziyə qoyub tarazılaşdırmaq isə ədalətsiz sistem üçün boşuna yorulmaqdır…
35 notes · View notes
retromanblog · 1 month ago
Text
Çox danışmaq istəyib də danışa bilmədiyim mövzular var...
27 notes · View notes
papatya-guzeli · 9 months ago
Text
Tumblr media
✅ *Orucu pozan və pozmayan səbəblər* ✅
💦 *Orucu pozan səbəblər:*
👉🏻 Yemək-içmək,
👉🏻 Oruc vaxtı cinsi əlaqədə olmaq,
👉🏻 Qəsdən qusmaq,
👉🏻 Şəhvətlə qəsdən məni (sperma) ifraz etmək,
👉🏻 Qadınlarda heyz və nifas qanının gəlməsi,
👉🏻 Bədəni qüvvətləndirən və qidalandırıcı iynələr,
👉🏻 Siqaret çəkmək,
*Qeyd:* Hicamə etdirməyi çalışıb iftardan sonra etmək məsləhətdir. Çünki, bunda bədəni zəiflətmək və oruca taqətsizlik yaratma vardır.
💦 *Orucu pozmayan səbəblər:*
👉🏻 Çimmək (ağız, burun və qulaqdan su getməməsinə diqqət etmək şərtilə)
👉🏻 Ətirlənmək,
👉🏻 Sürmə çəkmək,
👉🏻 Xına və ya makyajdan istifadə etmək,
👉🏻 Ağız suyunu udmaq,
👉🏻 Boğaza astma əleyhinə (oksigen spreyi) sprey vurulması,
👉🏻 Suyu udmadan ağızı yaxalamaq və ya sərinləmək məqsədilə ağızı yaxalamaq, qarqara etmək,
👉🏻 Misvakdan istifadə etmək və ya dişləri fırçalamaq,
👉🏻 Analiz üçün qan vermək,
👉🏻 Yuxuda ikən ehtilam (ixtiyarı olmadan məni gəlməsi) olmaq,
👉🏻 Unudaraq yeyib içmək; kim unudub yeyib içərsə, xatırladığı zaman dərhal yeməyi-içməyi tərk edib orucuna davam etməlidir.
👉🏻 Öpmək,
👉🏻 Üzmək (bir şərtlə ki, daxilə su getməsin)
👉🏻 (Yemək bişirən şəxsin) Yeməyi udmadan dadına baxması,
👉🏻 Diş çıxartdırmaq, (qanı udmamaq şərtilə)
👉🏻 Göz, qulaq, burun damcıları, (burun damcısının istifadəsində boğaza getməməsinə diqqət etmək lazımdır, lakin, səhih olana görə qidalandırıcı olmadığı üçün orucu pozmur)
👉🏻 İynələrdən: keyləşdirici iynələr icazəlidir. (Uzun müddət keyləşdirici iynələrin isə başqa vaxt istifadə edilməsi məsləhətdir) Qidalandırıcı, qüvvətləndirici olmayan iynələr də icazəlidir. Həmçinin, pensilin, insulin və s. iynələr də icazəlidir.
👉🏻 Bəlğəm; özündən asılı olmadan udularsa, yəni, birbaşa mədəyə gedərsə.
👉🏻Mədədən analiz götürmək, müayinə üçün mədə boşluğuna cihaz daxil edilməsi,
👉🏻 Bədənə oksigen qazı verilməsi və s.
💦 *Orucun savabını azaldan əməllər:*
👉🏻Qeybət, nəmmamlıq, söyüş söymək, yalan danışmaq, yalan şahidlik və s. bir çox dildən edilən günahlar; bəzi alimlər demişlər ki, əgər insan bu əməllərə heç fikir verməz və çəkinməzsə, bu əməllər orucun savabını üstələyə də bil��r. Ona görə də insan bu mübarək ayda (sonra da) dilini və əzalarını günahlardan qorumağa çalışmalıdır.
#cennetiistiyorsak
54 notes · View notes
madinaa17 · 10 months ago
Text
Yenə məni bir müddətdir düşündürən məsələni danışmaq istəyirəm. Mövzu günümüzdəki sevgi anlayışıdır. Bir az qəlibləşmiş cümlə olacaq "Sovetin vaxtında belə deyildi". Günümüzdə sevgi sırf çıxarları uğruna, göstəriş, "sevgilim var" cümləsini işlədib fors edə bilmək, istədiklərini aldırdıqdan sonra 2-3 gün danışıb, bir kənara atanlar və s. üçündür. Hanı o kitablardakı heyran olduğumuz eşqlər, noldu o illərdir birliktə olan ilk günkü kimi hiss edən cütlüklər? Onların yerlərini 3-5 günlük "sevgilər"doldurub. Ha hələ flört məsələsi də var. Günümüzdə heç kimin dilindən düşməyən söz. Flörtün ola-ola 5-6 insanla birliktə danışanları demirəm hələ
O gün çox acınacaqlı hadisəyə şahid oldun. İki dost olan qız bir-birilə danışır. Birinci qızın sevgilisi var. İkinci qız ona deyir ki, sevgililər günü gəlib çatır, o vaxtadək əlində saxla, görək sənə nə alacaq sonra ayrılarsan əsas hədiyyədir. Bu hadisəni şərh edə biləcək söz tapa bilmirəm. Sözün əsl mənasında mən bu dövrün insanı deyiləm
60 notes · View notes
sanctasu · 4 months ago
Text
Bir həyat var onu yaşamaq lazımdır.
Bir söz var onu danışmaq lazımdır..
24 notes · View notes
gulchinus · 1 year ago
Text
Zənn edildiyi kimi sosyal biri deyiləm, həmçinin hər zaman gülərüz,pozitiv də ola bilmirəm.Bəzən heç kimlə görüşmərəm,evdən çölə belə çıxmaq insana yük kimi gələr. Bol bol özümə yüklənərəm, mesajlara cavab vermərəm,telefonla danışmaq belə həmin an çox çətin gəlir. Heç bir şey etməsəm də ,dünyanın ən yorğun insanı olaram.Amma hər zaman deyil, bəzən beləyəm :)
68 notes · View notes
dadaszdkh · 2 months ago
Text
Ürəyim dolu idi danışmaq istəyirdim lakin bacarmadım
23 notes · View notes
korressamm · 3 months ago
Text
Yazmaq istəyibdə sözləri cümlələrə sığışdıra bilməmək, danışmaq istəyib də söz tapmamaq bacarmadığım şeylərdən biridir.
50 notes · View notes
exactoes · 4 months ago
Text
ən çox da nəyə təəssüflənirəm bilirsiz? bu ölkədə millətin genel olaraq analiz etmə qabiliyyəti yoxdu. hansısa cahil ortaya bir söz atır, digərləri də deyiləni heç araşdırmadan, bu niyə belədi demədən və sübut etmədən başlayır onu virus kimi yaymağa. özündən də soruşanda ki niyə belə düşünürsən qayıdıb deyir ki, mən də bilmirəm, elə eşitmişəm. doğruluğundan əmin olmadığın bir şeyi danışmaq nə dərəcədə düzgündü? ağzı olan danışır ancaq. arada kənarda durub müşahidə etməyi də bacarmaq lazımdı məncə. kütlə psixologiyasının qurbanı olmaq özünü kimlərə təslim etməkdi, özünüz olmağı bacarın, öz şəxsi fikriniz olsun, hər deyiləni tutuquşu kimu təkrarlamıyın
30 notes · View notes
silveriistblog · 4 months ago
Text
Artıq heç nə paylaşmaq istəmirsən, heç kimlə görüşüb danışmaq istəmirsən, həyat maraqsız gəlir və beləcə də davam edir.
24 notes · View notes
orkhanivy · 3 days ago
Text
bir video gördüm bu haqda. agalar məncə bəzən çox abardırıq həqiqətən. zatən evdəkilərin nazı keçmir bizə, bir şey olanda parlayırıq mübahisə edirik, çoxluqla dostlarımızın da nazı keçmir. bi zəhmət həyatımızdaki insanın nazı keçsin də. yəni çox absurd bir yerdən trip yemək belə məncə normaldı, çünkü zatən biz o səbəbi anlamamalıyıq. yaradılışın qanunu budu aga, bunu bitməyən sonsuz döngüyə və ya savaşa çevirməyin yeri yoxdu. bi qız o an niyə iki gözün var belə deyirsə, üstünə getməmək lazım paşa paşa üzr istəyib könül alıb, sular durulandan sonra sakit şəkildə danışmaq doğrusu. şəxsi gözləmlərim bunlardı. statın sonu
18 notes · View notes