Tumgik
#cəzasını
metbuat · 2 years
Text
Mahmud Qurbanov
Misli Premyer Liqasının XII turunda “Səbail” səfərdə “Kəpəz”ə 0:3 hesabı ilə məğlub olub.  Metbuat.org xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında çıxış edən paytaxt klubunun baş məşqçisi Mahmud Qurbanov yenilgini belə şərh edib:  “Bura qələbə qazanmaq üçün gəlmişdik. Oyuna pis başlamadıq. Matçın qırılma nöqtəsi birinci hissənin ortalarında yaşandı. Mərkəz müdafiəçimizin…
Tumblr media
View On WordPress
0 notes
qasimov-a · 3 months
Text
Son vaxtlar psixologiyam çox pozulub hissedirəm artıq nələrinsə Həyatımnan çıxmağı mənə çox təsir edir təkliyin mənə bu qədər ağır gələcəyini bilməzdim halbu ki təklik Öz seçimim olub həmişə indiysə cəzasını çəkirəm və həqiqi gülüşlərimi yadırğamışam heç nəyin könlümcə olmaması isə məni bütün sevinclərdən uzağa salır
40 notes · View notes
deelaaraa · 4 months
Text
həqiqətən bilmirəm, nəyin cəzasını çəkdirirlər mənə
7 notes · View notes
esger1i · 8 months
Text
Bəzən eyni hadisələr o qədər çox başına gəlir ki, artıq bir nöqtədə ‘Bu ssenari mənə çox tanış gəlir.' -deyirsən. Yenə həmin səhvlərin təkrarlandığı bir səhnəcikdə görürsən özünü. Bütün öyrəndiklərin, aldığın dərslər yalan olur bir anda. Sonra anlayırsan əslində “təcrübə” adı altında öyrəndiklərindən hələ də dərs almadığını. Bəzən səhvlərin təkrarlanmaması üçün dəfələrlə cəzasını çəkməyimiz belə bəs etmir. Biz dəyişmədikcə nə bu ssenari, nə də nəticə dəyişmir. Fərqli başlıqlar altında eyni səhnələrin təkrarlandığı bir axına qoşulursan. Kimisi eyni insanlarla davam edir, kimisi isə hər dəfə başqa insanlara şans tanıyaraq. "Təbii ki, eyni insanlarla, eyni səhnəciyi dəfələrlə oynamaq daha acınası haldır." Beləcə davam edirik, günlər, aylar, hətta illər ötür. Və hər şeyin fərqində olduğunda nələrinsə dəyişməli olduğunu deyir içindən bir səs. Ya o səsi dinləyib cəhd edir və sujetin gedişatını dəyişdirirsən, ya da özündə nə bu oyunu oynamağa, nə də axının istiqamətini dəyişməyə taqət tapmayıb yavaş addımlarla səhnədən enərək tamaşaçılar arasında yerini alırsan. Hansı tamaşanı izləyəcəyinə isə sən qərar verirsən.
18 notes · View notes
psixologiyaze · 11 months
Text
#şablon2
Həyat başqalarının səhvlərini öz üzərinə götürmək üçün çox qısadır. Hər kəs öz həyatını yaşayır və öz əməllərinin cəzasını da özü çəkir. Amma təəssüf ki, bəzən insan bircə səhvə görə bütün ömrü boyu əzəb çəkməli olur.Tale insanla haqq-hesab apardıqda onun adını borc dəftərindən heç vaxt silmir.
14 notes · View notes
raya-00 · 1 year
Text
Bax mən də beləyəm. Duyğularımı görməzdən gəlib daha sonra cəzasını çəkərəm.
28 notes · View notes
mahmudtofiq · 1 year
Text
۩Mərhəmətli, Rəhmli Allahın adı ilə۩
14.42: Allahı zalımların etdikləri əməllərdən əsla qafil sanma! (Allah) onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözləri hədəqəsindən çıxar;
Tumblr media
5 notes · View notes
laviniaas · 2 years
Note
necəsiniz?
hər anlamda necəsiniz?
Təşəkkür edirəm, anonimcim, buranı çox sevməyimin səbəblərindən biri də ən ehtiyacım olan zamanlarda heç tanımadığım birindən bu tərz bir şeylər almağımdı. Bu mənə hədsiz çox yaxşı gəlir <3
Necəyəm? Bilmirəm ciddən. Bir tərəfdən Türkiyədə olanlar falan baxıram, çox yaxşıdı hər şey, yaxşı olmaqdan, şükür etməkdən başqa halda olmağa haqqım yoxdu. Ama bütün kənar təsirləri qırağa qoyub özümə odaklananda qəribəyəm. Həyatım həmişəki kimi çox sürətlə axıb gedir. Günlər necə keçir, yanvar necə keçdi, uje fevralın üçdə biri gedib. Bu qaçaqaçda həyatım da olduqca dəyişir. Bu dəyişikliyə öyrənməyə, eyni zamanda etməli olduğumu şeyləri də çatdırmağa çalışarkən həyat keçib gedir. Əslində həyatım həmişə belə olub, öyrəncəliyəm buna. Ama bir şeylər köklü dəyişəndə adaptasiya prosesi də çətin olur. Mən özümə nə qədər hər şey qaydasındadırı təlqin etməyə çalışsam da. Bu mənim həyatımdı, bunlar mənim seçimlərimdi, hər şeydən çoxca razıyam, ama bəzi şeylər də bizdən çox şey alıb aparır. Mən öz seçimlərimin nəticələrini sindirməyə çalışarkən kənar problemlər də sağ olsun, əlindən gələnin artığını edir yıxmaq üçün. Yaxınlarımın sağlıq problemləri, ailə problemləri, ümumi son baş verən problemlər. Eqoist olub ancaq özümü düşünməyə, öz həyatıma odaklanmağa çalışsam da, bunlar hamısı mənə də bir yerdə təsir edir. Bəzi şeylərə anlayış göstərəcəm derkən özümdən ödün verməkdən qorxuram, ki bu mənim qırmızı çizgimdi. Hər şeyini, hətta növbəti üç ilini belə indidən planlayan biri üçün belə spontan hadisələrin çıxması və həyatına əsaslı dərəcədə təsir göstərməsi az biraz çətindi. Bu aralar özümlə daha çox danışıram, çünki bəzi şeyləri dilə gətirmək çətindi, hər şeyi alt-üst edə bilər, üstəlik mənim üçün nə qədər çətin olsa da, birilərinin həyatına təsir edə bilər ona görə də hələki maksimum susmalıyam. Ki bunu heç bacarmıram, dilim sussa da, beynim heç dayanmır. Bu qədər anlayış çox gəlir uje mənə. Xüsusilə, belə sosial vəziyyətdəykən bu durumda qalmaq canımı sıxır. Ətrafımdakıların da əllərindən bir şey gəlmədiyini, nə qədər dilxor olduqlarını, çarəsiz qaldıqlarını görmək bir o qədər üzür. Çünki belə olan halda tələb edə biləcəyim hər hansı bir şey qalmır, ki buna haqqım da yoxdu. İki, hətta bir insanın ( ki bu insan məndən çox əlaqəsiz bir şəkildə uzaqdı, ama yenə bir o qədər əlaqəsiz şəkildə də həyatımın hər mərhələsində həyatımda olacaq) eqoistcəsinə etdiyi hərəkətlərin cəzasını hamımız çəkirik. O, təkcə özünü düşünür, ama biz pis vəziyyətdə qalırıq. O gecəni rahat-rahat yatır, ama biz necə olacaq deyə düşünməkdən gecəni səhər edirik. Ağıllı olub dərd çəkincə, dəli ol dərdini çəksinlər vakasındakı dəlinin əlində qalmışıq. Ehhh nə bilim, bu qədər humanist biri olaraq qarşımdakı insanın heç bir hərəkətinə hakk qazandırmamaq, həyatımızın içinə etməsini izləmək canımı sıxır. Arada durub saç baş girişmək də ağlımdan keçmir deyil, ama nəysə. Hər nə qədər bu məni bitirsə də, səbir, səbir, səbir.
Ehh anonim, salam verdin borclu çıxdın. Hələ yazdığım qədər də yazardım ama nəysə. Beləyəm yəni, hər şeydən birazam.
Kimsən, nəçisən, bu sualı niyə vermisən. Bəlkə də əksəriyyətə yazılmış standart bir sualdı, amaa buna ehtiyacım vardı. Çoox təşəkkür edirəm.
9 notes · View notes
azraasblog · 2 years
Text
Hərə öz etdiyinin cəzasını bir gün çəkir. Hamımız günahkarıq , qəbul etməsək də bəzən günahkarıq. Gözyaşlarımız da sadəcə özümüzədi. İnsan bu dünyada cəhənnəmi necə yaşayar? sualının canlı cavabıyıq. Bütün günü deyib gülürük, amma özümüzlə qalanda cəhənnəmimiz başlayır. Təəssüf..Belə olmamalı idi.
4 notes · View notes
minavenera · 4 months
Text
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
Kitabın axırları məni ağlattı. Nietzsche kimi ketum bir insanın belə öz qabığından çıxıb ən dərin hislərini belə ifadə edəbilməyi, insanın özünü azad etməsinin ən möhtəşəm nümunəsidir.
Əsl azadlıq içindəkiləri qorxusuzca olduğu kimi ifadə edəbilməktir. Xüsusən emosiyaları. Biz insanıq. biz 50 faiz düşüncə 50 faiz hislərdən ibarətik. Hislərə aid olan 50 faizi dərinlərə basdıranda bir tərəfimiz daim boş qalır. Ketum olmaq,qabığ bağlamaq,incinməktən qorxub daim hisləri bir qutuya həbs edib açarıda dənizə atmaq insanı narsizimə gəlib çıxarar bu da ölənə qədər əzab içində yaşamaq deməkdir. Narsist insanlar xoşbəxt insanlar deyil. Çünkü həm xəstə olduqlarını bilmirlər həm də ətrafdaki hərkəsə əziyyət edirlər,xüsusən onları sevən insanlara.
Resident evil daki virus kimi, bədənə yavaş yavaş yayılır həmən his sandığını buz bağlayır və yeriyən buz parçası olursuz. Soyuqluğunuzda sizə sevgi vermək istəyən,sizi istilətmək istəyən insanlarin istiliyini soyudur,yox edir.
Heç kimin buna hakkı yoxdur. Lou Salome nin qismən narsist bir qadın olduğunu düşünürəm. Elə bu hissiyatsızlığı, sandığa qoyduğu hisləri də Nietzsche nin həssas qəlbini incidib. Çünkü bir narsisti sevmək bir divarı sevmək kimidir. Ona görə də münasibəti bitirmək lou üçün siyasi bir akt olub. O heç bilməyib necə hiss etmək lazımdır çünkü həmən hislər sandığdadır.
Nietszche nin edəcəyi ən gözəl hərəkət o olardı ki, o hislərindən utanmayıb əksinə fəxr edərdi ki belə gözəl sevəbilmə gücünə malik bir kişidir. Baxmayaraq ki kişilər adətən kasıbdır bu hislərdən hətta çoxsu ölənə kimi heç vaxt bilmir həqiqi sevgini,eşqin içində üzəbilməyi.
Və, o Lou nu ondan istifadə etməklə günahlandırır, istifadə edilmişlik hissiylə lou ya nifrət bəsləyir bu da hislərini canlı saxlayır. Şəxsən istifadə edilmişlik hissini çox gözəl bilirəm. Amma daim, hardasa bir xeyirin gəlir ki razı olursan. Verdiyindən azını aldığın üçün istifadə edilmiş hiss edirsən. Nietszche öz zəkasının gücünü,öz dəyərini bilsəydi,anlasaydı bu hiss hissetməzdi. Çünkü istifadə edilmiş hissetmək özünü qurban roluna qoymaqdır. Mən bu hissi artıq hissetmirəm, çünkü məndən istifadə edəbiləcək gücdə bir zəkayla hələ ki tanış olmamışam. Nə etmişəmsə istəmişəm etmişəm olabilər çox verib az almışam amma bunu mən seçmişəm.
Bu o demək deyil ki daim səndən daha ağıllı biri səndən istifadə edəbilər. Xeyr. Vicdan sahibi olan hərkəs, hardasa vicdanının qurbanı olur. Amma ağıl ilə, harada vicdanlı harada ketum olabiləcəyini anlamaqdır. Bəlkə də çox insan tərəfindən, soyuq,buz kimi bir insan olaraq anılmağım bundandır. Hərkəsə yazığım gəlmir,vicdanım sızlamır. Bəzi insanların incinməsindən hətta həzz alıram bu da içimdə ki narsizmdən gəlir amma bunu rahatca etiraf etməyimdə vicdanımdan gəlir.
Nietzsche də bunu başadüşməliydi. Salome sırf ondan istifadə etməyə gələn bir caduqar,ovçu deyil idi. Salome də ov idi. Narsist bir ov. Başqa bir ovçu tərəfindən yaralanmış bir ov.
Sırf bir başqası onu yaraladığı üçündə onu sevən hərkəsə saldırırdı. Bu ədalətsizliktir. Ümumiyyətlə kimləsə müqayisə edilmək ağrı vericidir. Hələ ki, heç xəbərin yoxdursa qarşındaki beynində səni hansı qadınla,hansı kişiylə müqayisə etdiyini, bunu sadəcə əsla yalan danışmayan gözlərdən anlamaq olur. Ona verilən vicdan,sevgi,dəyər sənə verilmir. Tanımadığın birilərin etdiyi səhvin cəzasını sən çəkirsən. Salomenın nietzsche ə elədiyi ədalətsizlik buradadır. Amma heç bir insan bu rəftara layiq deyil.
Kiməsə bir başqasının cəzasını çəkdirmək ən böyük günahlardan biridir məncə.
Nietzsche kimi həssas qəlblər qabığ bağlayıb təkliyə dəfn edilməyə layiq deyil. Qəlbimi həmişə təmiz,təravətli saxlayıram ona görə. Digər mərhələdə qabağıma çıxan ruha ədalətsizlik etməmək üçün, ona öz etdiyi düzləriylə dəyər vermək və öz etdiyi səhvləriylə cəzalandırmaq üçün.
1 note · View note
to-be-ornot-to-be · 5 months
Text
Böyük uşaqlar mı ailələrinə ana-atalıq edərdi ya günahlarının cəzasını çəkərdi?
1 note · View note
nothing-zero · 5 months
Text
Bu günə qədər heç kimə pislik arzu etməmişəm, etdiklərini belə dilə gətirməmişəm. Sadəcə qəlbim qırılıb. Amma geriyə dönüb baxıram kainat hamısının cəzasını verib.
0 notes
politiciansstuff · 5 months
Text
Tumblr media
"Radikal müxalifət deyirdi ki, Rusiya sülhməramlıları burada əbədi qalacaq" - Fəzail Ağamalı
Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. 
Məlumata görə, Rusiya kontingenti ölkəmizi birdəfəlik və tam olaraq tərk edir. 
Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı dedi ki, bu xoş hisslər yardan bir informasiyadır:
"Etiraf edim ki, bilirdim ki, Rusiya sülhməramlıları zamanında və vaxtında, hətta ola bilsin ki, daha əvvəl Azərbaycanı tərk edəcək. Lakin bəzi ağzıgöycəklər, xüsusi olaraq radikal müxalifət və onun təmsilçiləri, eyni zamanda anti-Azərbaycan qüvvələri içərisində yer alan antimilli şəxslər Rusiya sülhməramlılarının Azərbaycana gəlişini, Azərbaycanın az qala rus qoşunları tərəfindən işğalı kimi dəyərləndirir və qiymətləndirirdilər. Cəmiyyətdə xoşagəlməz fikirlər formalaşdırmaq üçün söyləmiş olduqları ittihamlar, hətta ləyaqətsiz fikirlər təbii ki, cəmiyyət tərəfindən o qədər də müsbət qarşılanmırdı. Ancaq bəzi adamlar onların təsiri altına düşürdü. Elə güman edirlər ki, Rusiya sülhməramlıları burada əbədi qalacaq, ən müxtəlif bəhanlərlə Rusiya burada özünün hərbi bazasını yenidən bərpa edəcək və bu kimi fikirlər absurd idi, cəfəngiyat idi. Ən azı möhtərəm prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevi tanıyanlar, onun fəaliyyətini diqqətlə izləyib, onun fəaliyyətinə, şəxsi keyfiyyətlərinə obyektiv qiymət verən hər bir kəs bilirdi ki, bu, mümkün olmayacaq. Çünki ölkə prezidenti bir problemi həll edib, daha ikinci problemi Azərbaycan xalqı üçün qoymayacaq. Yəni erməni problemi həll olunursa, Azərbaycanda erməni işğalına tamamilə son qoyulursa, erməni separatizmi yerlə bir edilirsə, məhv edilirsə, onun bütün əlamətləri Azərbaycandan sıxışdırılıb çıxarılırsa, deməli, bu problem həll olunursa, heç bir halda Rusiyanın yenidən özünün hərbi qüvvələrinin Azərbaycanda yerləşməsinə cənab prezident imkan verməyəcək. Çünki bu, onun siyasətinə, xarakterinə, hədəflərinə qətiyyən uyğun deyil. Buna inanırdım və dəfələrlə Milli Məclisin iclasarında, jurnalistlərin suallarına cavab verəndə mən bunu diqqətə çəkirdim ki, vaxtından əvvəl də Rusiyanın sülhməramlı qüvvələrinin Azərbaycandan gedişinin şahidi olacağıq, onlarla üz-üzə gəlməyə, qarşıdurma yaratmağa ehtiyac yoxdur. Onlar sadəcə olaraq, hansısa məqamda, hansı vaxtlarda ermənilərin yanında olurdularsa, sepratizmlə bərabər olurdularsa, biz onların üstünə gedirdik, tənqid edirdik, ittiham edirdik. Onların komandirlərinin Azərbaycana qarşı xoşagəlməz, Azərbaycanın milli maraqlarına toxunan, suverenliyinə zərər verən hərəkətlərinin hər zaman üzərinə gedirdik. Bu da, Azərbaycanın dövlətçilik mövqeyində dayanan siyasətçilərin çox ciddi diqqət mərkəzində idi".
Millət vəkili dedi ki, eyni zamanda onların fəaliyyətinin məhdudlaşdırılması və özündən razı sülhməramlı komandirlərin öz yerinə oturdulmasında ekofəalların böyük fədakarlığı mühüm rol oynadı.
"Bu gün həbsxanada cəzasını çəkən, istintaq altında olan Vardanyan kimi vandalın hərəkətlərinə və Azərbaycana qarşı cinayətlərinə, təbii sərvətlərimizin daşınmasına qarşı dayanaraq, orada Rusiyanın sülhməramlı qüvvələrinin fəaliyyətinə hər hansı bir müdaxilə etmədən, öz fədakarlıqları ilə, qışda, qarda, boranda heç kəsdən çəkinməyərək sona qədər torpağımıza, suverenliyimizə sədaqət nümayiş etdirən igid övladlarımız Rusiya sülhməramlılarının da yumşaq güclə dərsini verdilər. Bunların hamısı ölkə Prezidentinin layihəsi içərisində yer alan yumşaq güclə, sərt gücü uzlaşdıraraq, bütün problemin həllinə yönəldilməsinin master-klası idi. İlham Əliyevi yaxından tanıyan, onu yaxından izləyən, obyektiv qiymət verənlərin hər biri bilirdi ki, dünya səviyyəli siyasəti, master-klası və korifey siyasətçi kimi bu gün dünya miqyasında özünü təsdiq edən İlham Əliyev heç bir halda suverenliyimizə xələl gətirən hər hansı bir addımın atılmasına imkan verməyəcək. Eyni zamanda Rusiyanın sülhməramlı qüvvələri də Azərbaycanı tərk edir, artıq biz onların son elementlərini görməkdəyik. Artıq Kəlbəcərdə Xudavəng monastrında oranı kimdən qoruduğunu bilmədiyim sülhməramlılar həmin yeri tərk edir. 2025-ci ilin noyabr ayına qədər onların zamanı var və mən tamamilə əminəm ki, sülhməramlı qüvvələr 2025-in noyabrına qədər Azərbaycanı tərk edəcəklər. Çünki  onların Azərbaycanda həyata keçirəcəyi hər hansı bir funksiya yoxdur. Ermənilər gedib, separatizm məhv edilib, işğala son qoymuşuq, Azərbaycanın içərisində azərbaycanlılara təxribat törədə biləcək təxribatlar yoxdur, bu yuva yerlə bir edilib. Deməli sülhməramlılara ehtiyac yoxdur, onlar ən geci, 2025-ci ilin noyabr ayında gedəcəklər", - deyə F.Ağamalı vurğuladı.
"Redaktor.az" saytı
Humay İsgəndərli
17 aprel 2024-cü il
0 notes
Text
Tumblr media
ELƏ SƏNİN ACIĞINA... ... Bir kəpənək olacam, Sinən üstə qonacam. Öpüb səni uçacam, Elə sənin acığına.... .. Çox çəkmə məni sınağa, Qon qəlbimdəki budağa. Gedəcəm lap uzaqlara, Elə sənin acığına... .. Çəkərsən eşq cəfasını, Görərsən yar cəzasını, Sevəcəm təkcə səni, Elə sənin acığına... .........22.04.2017..(İlhamə Abbas Yusifqızı...)
0 notes
shahinelected · 2 years
Photo
Tumblr media
🇦🇿 Kerubilərin mənə dediklərindən yadımda qalan: - Kim Bizim ilə qarşılaşmağı həvəslə gözləyərsə, Biz də o Kimsə ilə Qarşılaşacağımız günü həyəcan ilə gözləyərik?! - Sən Yuxuda gördüklərin üzərində düşünürsən və "Əzəmətli Yaradanım bu yuxu ilə mənə nəyi bildirmək İstəmişdir?" deyirsən. İnsanlardan əksəriyyəti isə "Bu yuxu sadəcə bir xəyaldır və həqiqət payı yoxdur!" deyirlər. Onlar öldükdən sonra, Ruhları "Yuxu" dediyiniz aləmə gedəcəkdir. - İnsanların "Əgər bir Tanrı varsa, gəlib bizimlə üzbəüz oturub danışsın, sözünü desin?! Niyə Elçi göndərir?!" dediyi zaman, Biz Mələklər təəccüblənirik! Bəzi İnsanlar isə həddi aşaraq"Tanrı gəlib mənim qarşımda diz çöküb bağışlanma diləməsə, onu bağışlayan deyiləm!" deyərkən, Biz heyrətlə bir-birimizə baxırıq. Halbuki onlar Əzəmətli Olanın Hüzuruna çıxarıldığı zaman, qorxudan danışa bilməyəcəklər! Biz belə, Onun Hüzuruna qalxarkən, Əzəmətli Hökmdar izn Verməmiş, Biz danışmırıq! Məgər onlar görmürlər ki, onların tanışları və sevdikləri ölüb gedirlər?! Əgər bir Tanrı yoxdursa, ölümü onların arasında kim təyin edib? O zaman onlar ölümü aradan qaldırsınlar və Ruhlarını bizə təhvil verməsinlər! Onlar öldükdən sonra, inanmadıqları Tanrıya tərəf qaytarılırlar, O da onların cəzasını Verir! - Sən "ALLAH bu maşından sənə də qismət Etsin" sözünə qarşılıq, "Mənə dünya malı maraqlı deyil, ALLAH mənim mükafatımı Axirətə Saxlasın və Öz Qatında olanlardan Qərar Versin" deyərkən, Əzəmətli Yaradan sənin sözünü Eşitdi və səndən Razı Qaldı. Sonra sənin barəndə Bizə çox gözəl sözlər Söylədi. Ardı var... #mələk #mələklər #allah #tanrı #rəbb #ilahi #ərş #ruh #ruhani #ruhlar #ruhlaraləmi #cənnət #cəhənnəm #yuxu #ölüm #həyat https://www.instagram.com/p/CnSH_ToqU-0/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I Quranda mömin qadınlara atılan böhtanlara diqqət yetirilir və möminlərin belə böhtanlara necə cavab verdikləri aydın şəkildə bildirilir: Həqiqətən, (Peyğəmbərin xanımına) iftira atanlar sizin içinizdən bir qrupdur. Bunu özünüz üçün pis bir şey hesab etməyin! Əksinə, o sizin üçün xeyirlidir. Onlardan hər biri qazandığı günahın cəzasını çəkəcəkdir. Onlardan günahın böyüyünü yüklənənə gəlincə, onun üçün böyük bir əzab vardır. (Nur surəsi, 11) Şübhəsiz ki, heç nədən xəbərsiz olan namuslu mömin xanımlara iftira yaxanlar dünyada və axirətdə lənətlənmişlər. Onlar üçün (axirətdə də) böyük bir əzab vardır. O gün dilləri, əlləri və ayaqları etdikləri əməllərə görə onların əleyhində şahidlik edəcəkdir. O gün Allah onlara layiq olduqları cəzanı verəcək və onlar Allahın açıq-aşkar haqq olduğunu biləcəklər. (Nur surəsi, 23-25) Allah möminlərə şər və böhtanla qarşılaşdıqları vaxt bu sözlərin böhtan olduğunu dilə gətirmələrini əmr etmişdir. İnsanların əksəriyyəti dedi-qodudan, yalan olduğunu bilə-bilə qalmaqal yaradan xəbərlərə qulaq asmaqdan və bu xəbərləri yaymaqdan şeytani həzz duyurlar. Allah bu insanlardan Quranda belə bəhs edir: Onlar (daim) yalana qulaq asır və haram yeyirlər. Əgər sənin yanına gəlsələr, istəsən aralarında hökm ver, istəsən də onlardan üz çevir! Onlardan üz çevirsən, sənə heç bir zərər verə bilməzlər. Aralarında hökm verdiyin təqdirdə, ədalətlə hökm ver! Şübhəsiz ki, Allah ədalətli olanları sevər. (Maidə surəsi, 42) (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #qadın #rəcm #böhtan #iftira #qız https://www.instagram.com/p/CnKOWsmsmWk/?igshid=NGJjMDIxMWI=
0 notes