#rəcm
Explore tagged Tumblr posts
Photo
I Quranda mömin qadınlara atılan böhtanlara diqqət yetirilir və möminlərin belə böhtanlara necə cavab verdikləri aydın şəkildə bildirilir: Həqiqətən, (Peyğəmbərin xanımına) iftira atanlar sizin içinizdən bir qrupdur. Bunu özünüz üçün pis bir şey hesab etməyin! Əksinə, o sizin üçün xeyirlidir. Onlardan hər biri qazandığı günahın cəzasını çəkəcəkdir. Onlardan günahın böyüyünü yüklənənə gəlincə, onun üçün böyük bir əzab vardır. (Nur surəsi, 11) Şübhəsiz ki, heç nədən xəbərsiz olan namuslu mömin xanımlara iftira yaxanlar dünyada və axirətdə lənətlənmişlər. Onlar üçün (axirətdə də) böyük bir əzab vardır. O gün dilləri, əlləri və ayaqları etdikləri əməllərə görə onların əleyhində şahidlik edəcəkdir. O gün Allah onlara layiq olduqları cəzanı verəcək və onlar Allahın açıq-aşkar haqq olduğunu biləcəklər. (Nur surəsi, 23-25) Allah möminlərə şər və böhtanla qarşılaşdıqları vaxt bu sözlərin böhtan olduğunu dilə gətirmələrini əmr etmişdir. İnsanların əksəriyyəti dedi-qodudan, yalan olduğunu bilə-bilə qalmaqal yaradan xəbərlərə qulaq asmaqdan və bu xəbərləri yaymaqdan şeytani həzz duyurlar. Allah bu insanlardan Quranda belə bəhs edir: Onlar (daim) yalana qulaq asır və haram yeyirlər. Əgər sənin yanına gəlsələr, istəsən aralarında hökm ver, istəsən də onlardan üz çevir! Onlardan üz çevirsən, sənə heç bir zərər verə bilməzlər. Aralarında hökm verdiyin təqdirdə, ədalətlə hökm ver! Şübhəsiz ki, Allah ədalətli olanları sevər. (Maidə surəsi, 42) (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #qadın #rəcm #böhtan #iftira #qız https://www.instagram.com/p/CnKOWsmsmWk/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
I Əsrlərdir islam dünyasında mübahisəli mövzuların ən öndə gələni rəcm (daşqalaq) cəzasıdır. Quranda bu cəzanın olmamasına baxmayaraq şəriətə bu caza daxil edilmişdir. Şəri qaydaya görə evli kişi və ya evli qadın zina edərsə onların cəzası daşqalaqdır. Zina edən kişi və ya qadını hamının toplaşdığı meydana çıxararaq daşlayıb öldürürlər. Əgər zina edən subay kişi və qadındırsa onlara 100 çubuq və 1 il sürgün cəzası tətbiq edilir. Uydurma rəvayətləri müdafiə edənlər israrla Məhəmməd Peyğəmbərin bu cəzanı tətbiq etdiyini iddia edirlər, hətta 2-ci xəlifə Ömər, 4-cü xəlifə Əlinin də bu cəzanı verdiyini deyirlər. Bəs görək bu rəcm cəzası haradan gəlir? Əlbəttə ki, yəhudi adətlərindən. Tövratda daşlama cəzası belə keçir: Təsniyə 22:23-24. Əgər bir adam şəhərdə başqa biri ilə nişanlı olan qızla yatarsa, ikisini də şəhərin qapısına götürüb daşlayaraq öldürəcəksiniz. Levililər 20:2. İsrail xalqına de ki: İsrail oğullarından ya da aranızda yaşayan xaricilərdən kim uşaqlarından birini Molekə aid edərsə, öldürüləcək. Ölkə xalqı onu daşlayacaq. Levililer 20:10. Biri başqa birinin arvadı ilə, yəni qonşusunun arvadı ilə yatarsa, həm özü, həm də zina etdiyi qadın mütləq öldürülməlidir. Levililər 20:27. Cindarlıq edən və ruh ça��ıran istər qadın olsun, istər kişi olsun öldürüləcək. Onları daşlayacaqsınız. Ölümlərinin günahı da özlərində olacaq. Levililər 24:16. Allahı söyən öldürüləcək. Bütün yığışanlar onu daşlayacaq. İstər yerli olsun, istər xarici Allahı söyən öldürülməlidir. Buradan görünür ki bu vəhşi adət yəhudilərdən hədislər vasitəsilə İslam dininə əlavə edilmişdir. İndi isə Quranda zinanın cəzasını müəyyən edək. Zina edən qadın və zina edən kişinin hər birinə yüz şallaq vurun! Əgər Allaha və axirət gününə inanırsınızsa, Allahın dinində (hökmlərini tətbiq edərkən) onlara qarşı ürəyiniz yumşalmasın! Möminlərdən bir qrup da onlara verilən cəzaya şahid olsun! (Nur surəsi, 2) (ardı rəydə) #rəcm #recm #zina #hokm #batil #bidat #haram #günah https://www.instagram.com/p/CfbL3MnMtiA/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
I Peyğəmbərimizdən nəql edildiyi iddia edilən sözlər (hədislər) Peyğəmbərimizin şəhadətindən bir neçə əsr sonra yazıya alınmışdır. Kutubi-sittəni yazanlardan Buxari hicri 256-cı ildə, Müslim 261-ci ildə, Tirmizi 279-cu ildə, Əbu Davud 275-ci ildə, Nəsai 303-cü ildə, İbni Macə 273-cü ildə vəfat etmişdir. Bundan başqa, Qulani hicri 329-cu ildə, Babuvay 381-ci ildə, Cəfər Muhəmməd Tusi 411-ci ildə, Əl-Mürtəza 436-cı ildə vəfat etmişdir. Tarixi qaynaqlardan və bizə çatan hədislərdən Peyğəmbərimizə və dörd xəlifə dövrünə aid heç bir yazılı hədisin olmadığı bilinir. Xəlifə Hişam, əz-Zöhri hədislərini ilk toplayan şəxs kimi qəbul edilir. Bu da Peyğəmbərimizin şəhadətindən 2-3 əsr sonraya təvafüq edir. Beləliklə, HƏDİS OLDUĞU İDDİA EDİLƏN QURANA ZİDD RƏVAYƏTLƏRİN QAYNAĞININ TÖVRAT olduğunu bir neçə nümunə ilə göstərək: Baş örtüyü Quranın əmri deyil. “Nur” surəsinin 31-ci ayəsində baş örtüyü kimi tərcümə edilən cümlənin orijinal ərəbcəsində “baş örtüyü” kəlməsi keçmir. Ancaq hədislərdə və təhrif olunmuş Tövratda vardır. Rəbəqa gözlərini qaldırıb İshaqı görüncə dəvədən endi və köləyə belə dedi: “Bizi qarşılamaq üçün tarlada yürüyən bu adam kimdir?” Kölə: “Ağamdır”, -dedi. Rəbəqa çadrasını götürüb örtündü. (Təqvin səfəri, 24-cü bab, 64-65-ci ayələr. İran yəhudilərinin dini lideri haham Orvell Davudi yəhudi şəriətində örtüyün fərz olduğunu bu ayələrə əsaslandırır) Rəcm (daşlayıb öldürmək) cəzası Quranda keçmir. Lakin hədislərdə vardır; eyni hökm Tövratda da mövcuddur. Əgər bir adam başqa birinin zövcəsi ilə yatanda tutularsa, həm qadınla yatan adam, həm də qadın öldürüləcək. İsraildən pisliyi çıxaracaqsınız. Əgər bir adam şəhərdə başqa birinə nişanlı olan qızla qarşılaşıb onunla yatarsa, hər ikisini şəhərin kənarına gətirib daşlayaraq öldürəcəksiniz. Çünki qız şəhərdə olduğu halda yardım üçün qışqırmadı; adam da qonşusunun zövcəsi ilə əlaqədə oldu. (Təsniyə, 22/22-24) Quranda heç bir yerdə dindən çıxanın öldürülməsinə dair ifadə keçmir. Amma hədislərdə və təhrif olunan Tövratda öldürülməsinə dair hökmlər mövcuddur. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #tövrat #hədis #buxari #xurafat https://www.instagram.com/p/Che53BBMety/?igshid=NGJjMDIxMWI=
0 notes