#buludlar
Explore tagged Tumblr posts
Text
Bir də, uzaqda olan doğmalarımız var. Bəlkə heç üzlərini belə görmədiyimiz, içdən qucağlaya bilmədiyimiz amma həmişə o doğmalığı hiss etdiyimiz insanlar. Gülüşünə güldüyümüz, kədərinə hüzünləndiyimiz insanlar. Buludlar nə qədər uzaq olsa da, ən uzaq sevdiklərimizin olduğu yerdir. Uzaqdadır xoşbəxtlik. Əlimizin çatmadığı hər yer uzaqdı bizə. Əslində nə qədər uzaqda olsalar da, ruhumuza qədər gələ biliblərsə, bütüb məsafələr xəritədə olduğu kimi kiçilir. Bir cümləsi ilə toxunan, səsi ilə qucağlayan doğmalarımız uzaqda olsalar belə heçnə dəyişmir. Bəlkə bir gün təsadüfən yanımızdan keçərlər. Səsindən, ya da səssizliyindən tanıyarıq onları. Əllərindən tanıyarıq bəlkə də. yanağındakı xaldan, solğun saçlarından, yorğun baxışlarından, dərin yaralarından tanıyarıq onları. Bizə xəyanəti, yalanı, haqsızlığı, ədalətsizliyi daddıran yox, fərqli yeməkləri daddıran, marağlı filmlərə baxdıran, yaxşı musiqilər qulağ asdıran insanlar. Və bəlkə də daha əvvəl heç diqqətimizi çəkməyən bir rəngi sevdirən insanlar. Bizi həyatdan soyudan yox, həyatı sevdirən insanlar. Həmişə yanındayam deyib gedənlər yox, uzağlardan yanında olmağı bacaran insanlar.
42 notes
·
View notes
Text
Deyilənə görə bu gündən sonra Əqrəb bürclərinin başının üstündəki bu qara buludlar dağılacaqmış. 16 il davam etmə ehtimalı varmış. Normalda bu tip şeylərə çox da inanan biri deyiləm ama buna inanmaq istiyirəm. Yeter artıq bizdə bir gün üzü görək
11 notes
·
View notes
Text
Bəyaz quşlar uçardı, rəngarəng çiçəklərlə dolu tarlaların üzərindən. Meşə ağaclarının yarpaqları, xəfif küləklə bərabər meyvə ağaclarının çiçəkləri ilə rəqs edərdi səssizcə. Aşıb daşan çaylarda sakitləşərdi bu yerlərdə. Pislikdən, qaranlıqdan əlamət belə yox idi bu torpaqlarda. Buludlar belə ağlayanda səsi duyulmazdı, şimşəklər çaxmaz, uşaqlar qorxmazdı. Xoşbəxtliyin, sevginin, xeyirin dünyası idi bu dünya. Bir gün gecə ulduzlar və ay itdi. İldırımlar üsyan edərcəsinə gurladı, buludlar heç ağlamayıbmış kimi ağladı. Quşların qanadları qırıldı, çiçəklər soldu, yarpaqlar öz ağaclarının ayaqlarında can verdi. Uşaqlar gecədən qorxdu. Agrı və işgəncə çəkdi bütün xoşbəxtlər. Ruh özünü məhşərdə zənn etdi. İnanclar və inananlar həqiqətin qaranlığında kor oldu.
9 notes
·
View notes
Text
Buludlar həmişəki kimi çox gözəldi
10 notes
·
View notes
Text
Gəldin də, niçin pəmbə buludlar kimi axdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Sərpildi alev ruhuma süzgün baxışından,
Sarsıldı da həp bənliyim, ey afəti-devran.
Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban.
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
20 notes
·
View notes
Text
Küləyin bütün Bakını dağıtdığı bir anda səssizcə heç nə olmamış kimi səni düşünmək. Necədə ağır bir gün, Ölüləri ilə diriləri ilə can verir bu torpaq. Artıq dayana bilmir buludlar belə susa bilmir külək belə. Artıq Tanrı göz yuma bilmir bu boş hekayələrə. Küləyin üsyan etdiyi bir gündə sevgimi sətirlərə düzüb soyuqluqdan yazacam. Səndən yazacam məndən yazacam yaxınlıqdan uzaqlıqdan yazacam. Aramızda ki, bu aysberqdən yazacam. Yoxluqdan, dərinlikdən, boş hekayələrdən, qəlbə dəyən nağıllardan yazacam. Çünki bilirsən, bir şey Əgər yazılmazasa bir kənara, tez unudular. Çünki insan bütün varlıqlardan ən xainidir. Bu küləyə baxıb sənə sevgimi təsvir edəcəm yada bəlkə sənə Üsyanımı. Ürəyimdə ki, tufanı heç cür başa düşə bilməzsən dedik də ürəyim də baş verən qasırğa tam olaraq indi pəncərədən baxıb gördüyün hava kimi idi. İndi yazıram nədən niyə olduğunu bilmədən. Bu qədər xoşbəxt ikən bədbəxtəm. Yoxluqlar, əksikliklər, kimsəsizliklər. Bəlkədə heç biri ruhum sadəcə yanlızlığı seçmiş bu gün. Hər kəs birini düşünər nələrsə cızma qara etdiyin də. Mənimsə beynim donur, qəlbim donur. Sadəcə barmaqlarımı hiss edirəm yazdığımda. Onlar sadəcə aşağı yuxarı hərəkət edir. Və son nöqtədən sonra bütün həqiqətlər bitir. Sanki biri mənə "Bu qədər həqiqət kifayətdir öz dünyamıza geri dön" deyir. Sanki sən əllərimdən tutursan bütün bu yazılardan vaz keçib sənə qaçır. O yazılar ki, indi sən yoxsan amma onlar heç vaxt əllərimi buraxmadılar. İndi sənə havalar soyuqdu əynini qalın geyin filan kimi lazımsız cümlələr demək istərdim. Amma düşünürəm ki, artıq fərqi yoxdur. Yəni əynini qalın geyinib geyinməməyinin heç bir fərqi yoxdur mənim üçün. Çünki səndən öyrəndiyim bir şey var. İnsanın bədəninə soyuqluq dəyər xəstələnər, amma qəlbinə dəysə ölər.
27 notes
·
View notes
Text
Elə dərdlər, iztirablar var ki, onları yaşayarkən, sanırsan ki, bu acı şeylər heç keçməyəcək. Ancaq keçib gedir. Daimi olacağını düşündüyün xoşbəxtlik də puç olur. Nə aşırı sevinc, nə də tünd kədər - bunların heç biri daimi deyil. Hər ikisi uzun müddət qalsa da, ürəyimiz kimi hərdaim döyünmür. Sadəcə insan bunu unudur. Ona görə bəzən özünü yenidən sevməkdən, yeni həyati kəşflər etməkdən çəkindirir. Qorxur və gələcəyin qayğısını çəkir. Bir duyğunu yaşamamaq üçün irili-xırdalı onlarca hissləri yaşamağı qəbul edir. Halbuki, dadmağa çəkindiyimiz hisslər belə bizə mesaj verir və onlardan sonra mütləq bahar gəlir. Daha heç nə əvvəlki kimi olmur. Qara buludlar çəkilir. İnsan ən ağrılı, iztirablı duyğunun belə öhdəsindən gəlir. Hissləri yaşamaq ruh üçün sağlamlıqdır. Hisslərdən qorxmaq, onların təsiri altına düşməkdən çəkinmək, "heç keçməyəcək" sanmaq müdafiə sistemi ilə bərabər, cəsarətsizlik yaradır. Üzləşdiyimiz şeylər bizə yaşamağı öyrədir. Həyata elə öyrənmək üçün gəlməmişik?!
26 notes
·
View notes
Text
Günəşi görmək üçün gecə baxırsan göyə...
Hamı sənə kor deyir, necə baxırsan göyə?
Çox qarışıq adamsan.
Biz isə ağıllıyıq, hər şeyi "düz" bilirik
Ürəyin dünya boyda olsa da, biz bilirik
Bir qarışlıq adamsan.
Saçında ağ tellərin qaralarla yarışır
Belə də davam elə, sənə də bu yaraşır
Tam yarışlıq adamsan.
Gözlərindən axanlar gözünə bir də baxmır
Axı niyə baxanlar üzünə bir də baxmır?
Bir baxışlıq adamsan?
Ahın yerdən göylərə, heç çatmasın, əzizim
Səni qara buludlar aldatmasın, əzizim,
Bir yağışlıq adamsan.
7 notes
·
View notes
Text
Yaşadığımız beton yığını həyatı bəzəyən iki şey var: pişiklər və buludlar. Daha çox pişiklər...
51 notes
·
View notes
Text
O gecə dəhşət yağış yağırdı... Ya səma göz yaşımı gizlətmək istəyirdi ya da, buludlar onun üzünə tüfürürdü!..
5 notes
·
View notes
Text
Zülmə əyilməyən başı nizədə gəzdirər fələk,
Əyalını əsir edib, qətarə düzdürər fələk.
İstərəm üsyan eyləmək, çərxi fələk cəfasına,
Bəs necə göz yumum onun mən bu qədər xətasına ?
Zülm olunanda səbr edib, peyğəmbər əqrəbasına,
Şikayət ilə gəlmişəm bugün Hüseyn əzasına,
Zalım əliylə məsumu qoyar qapı arasına,
On bir İmam anasını gör necə əzdirər fələk,
Zülmə əyilməyən başı nizədə gəzdirər fələk.
Vəfası yox, cəfası var, cəfa verəndi dəmbədəm,
Kimsəyə qəmküsar deyil, qəm üstə artırandı qəm,
Haqqı əzib zəlil edər, batili isə möhtəşəm,
Əbəlfəzlin uzun qolun zülm ilə eyləyib qələm,
Saldılar atdan Abbası, olanda payimal ələm,
Yezidin, amma bayrağın səmada süzdürər fələk,
Zülmə əyilməyən başı nizədə gəzdirər fələk.
Görünməyən zülm idi bu, olundu ali-Heydərə,
Hansı üz ilə bəs çıxar o qövm ruzi-məhşərə ?
Ərşi də titrədib yəqin, dəştidə qəmli mənzərə,
Sanki buludlar ağladı, göydə Əliyyi-Əkbərə,
Çərx özü şahid olmayıb-dımı məgər peyğəmbərə?
Şibhi-peyəmbərin başın bədəndən üzdürər fələk,
Zülmə əyilməyən başı nizədə gəzdirər fələk.
Rəhm və mərhəmət nədir, o gün unutdu Kərbəla,
Türbəti ilə Həşrətək canlı sübutdu Kərbəla,
Xuni-Hüseynə suz idi, töküldü utdu Kərbəla,
Rubabın əşkini belə gözdə qurutdu Kərbəla,
Gözüylə şahid oldu həm, qulaq da tutdu Kərbəla,
Qundaq içində Əsğərə peykan əmizdirər fələk,
Zülmə əyilməyən başı nizədə gəzdirər fələk.
Ravi deyir gördüm Hüsey-ni dinlə bir məqalimi,
Çöldə gecə nə iş görür-sən, eylədim sualimi,
Dedi, aparsalar əsir kimi sabah əyalimi,
Təmizlərəm tikanları, bilərmisən xəyalimi?
Əziyyət eylər onlara, pərişan eylər halimi,
Təvəccüh eylə gör necə, ürəklər üzdürər fələk,
Zülmə əyilməyən başı nizədə gəzdirər fələk.
Dönəydi çərxin, ey fələk, sönəydi kaş afitab,
Hüseynin Əhli-Bəytinə tikanlı çöldü rəxti-xab,
Səkinə binəva edər zülfünü ruyinə hicab,
Çöldə kiçik Rüqəyyanı susuzluq eyləyib kabab,
Zeynəbi bikəs eyləsin, söylə nə cür bu zülmə tab?
Əlləri bağlı qul kimi Şamə gətizdirər fələk,
Zülmə əyilməyən başı nizədə gəzdirər fələk.
Hüseynin inqilabı bir, örnək idi bu ümmətə,
Bu gün də kulli aləmi zülm salıbdı dəhşətə,
Zühuru gözləyənlərin qalıb ümidi Höccətə,
Qisas onun üçün demək qalmayacaq qiyamətə,
Azər, edək dua gərək, sübhi-məsa o Həzrətə,
Gəlməsə, min cəfa ilə hamını bezdirər fələk,
Zülmə əyilməyən başı nizədə gəzdirər fələk.
Axund Azer Sani
2 notes
·
View notes
Text
Günəşi birdə görməyəcəyik. Yağış damlalarını buludlar tərk edib, küləkdə əsmək isdəmir artıq, küsüb və gedib . Rənglər də itib. Zaman dayanıb. Düşüncələr intihar edib hisslərinin qapısında. Şeytan belə tövbə edib. Çiçəklər birdə açmaz, onlarda küsüb və itib. Şairlər şeir yazmaz, dindarlar dua etməz . Çünki tanrı da, intihar edib .
12 notes
·
View notes
Text
Mən istəyirəm: buludlar ağlasın, uşaqlar ağlamasın, atalı ya atasız. Mən istəyirəm: güllər açılsın, güllələr açılmasın, amanlı ya amansız. Mən istəyirəm: qapılar qapansın, soyuq olanda hava. Gözlər qapanmasın, sözlər qapanmasın. Mən istəyirəm: yanğınlar sönsün, ümidlər sönməsin. Meyvələr dəysin öz fəslində. Ürəklərə söz dəyməsin. Bəhərdən budaqlar əyilsin. İnsan başını əyməsin, xəcalətdən ya gücsüzlükdən. Axsın bulaqlar göz yaşı kimi, torpağın üzərində. Göz yaşı bulaq kimi axmasın, dünyanın heç bir yerində. Hər şey insana baxsın. İnsan ələ baxmasın. Gecələr ulduzlar oyaq olsun. İnsanlar yatıb dincəlsin; qüvvət toplasın sabahın. xeyirli işlərinə. Açsın gözlərini, gələcəyin ümidli səhərinə.
2 notes
·
View notes