#bluevelvet
Explore tagged Tumblr posts
franziesworld · 6 days ago
Text
Tumblr media
È morto David Lynch...io piango da 2 ore come se fosse morto un vecchio zio...sarò scema, ma il mondo perde un grande Artista
20 notes · View notes
kylemaclachlanfanatic · 3 months ago
Text
Y’all Kyle MacLachlan did a hear me out cake omg!! He’s adorable 🤭💕
23 notes · View notes
slagduroc · 4 days ago
Text
"In the chaos of broken dreams, a silent truth screams beneath the surface." The Slag Duroc University film students did a David Lynch tribute in lieu of his passing.
8 notes · View notes
trissstesssa · 2 months ago
Text
Tumblr media Tumblr media Tumblr media
Leíste poesía resumida de Bolaño
bajo la noche triste
saliendo de tu boca rosa
verso y prosa de terciopelo azul
azul y redondo el timbre de tu voz
imitando el cuac cuac de los patos en el parque de los amantes nocturnos
que fotografían recuerdos que olvidarán al despertar
4 notes · View notes
movietitlescollection · 11 months ago
Text
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
7 notes · View notes
davewachter · 2 years ago
Photo
Tumblr media
Ben, played by Dean Stockwell, in his iconic scene from Blue Velvet. A commish for a friend from last year I neglected to post. #bluevelvet #bluevelvetben #deanstockwell #watercolor #inkwash #inks #originalart #davidlynch #davewachter #artistsoninstagram https://www.instagram.com/p/Cp2t2SAsVnF/?igshid=NGJjMDIxMWI=
15 notes · View notes
reelmuse · 2 years ago
Text
Tumblr media
13 notes · View notes
vintagecinemaart · 2 years ago
Photo
Tumblr media
Dune-An Original Vintage Movie Poster for David Lynch's Surreal Sci-Fi Epic with Kyle MacLachlan, Virginia Madsen, Sean Young, and Sting #dune #eraserhead #wildatheart #losthighway #bluevelvet #davidlynch #vintagecinemaart #movieposter #wallart https://etsy.me/3IUak8l https://www.instagram.com/p/Cpgffdvss_o/?igshid=NGJjMDIxMWI=
2 notes · View notes
gusein00 · 2 days ago
Text
Nizam və Xaos
David Lynch(1946-2025)-in 1986-cı il istehsalı olan Blue Velvet, Amerika kinosunun ən qalmaqallı və mübahisəli filmlərindən biridir. Suburbiyanın sakit və nizamlı bir dünyasında baş verən bu film, görünən harmoniya ilə gizli xaos arasındakı ziddiyyəti araşdırır. Suburbiya şəhər mərkəzlərindən uzaqda yerləşən, əsasən orta sinif ailələrinin yaşadığı nisbətən sakit və tənzimlənmiş məhəllələrdən ibarətdir. Bu bölgələr geniş həyətlər, ağaclarla örtülmüş küçələr və fərdi evlərdən ibarət olur. Suburbiyanın inkişafı avtomobillərin artması, şəhərlərin sıxlıq və təhlükələrindən uzaqda yaşamaq arzusunun yaranması ilə bağlı idi. David Lynch-in Blue Velvet filmində də suburbiya anlayışı bu mənada işlənir, səthi olaraq nizamlı və təmiz görünən bir dünya altında gizli xaos və zorakılıqla doludur. Filmdə, cəmiyyətin təmiz, ideal görüntüsünün altında gizlənən qorxulu reallıqlar açığa çıxır. Rejissor Lynch, bu dünyada şiddət, cinsiyyət və Əxlaqi Kollaps mövzularını təəccüblü dərəcədə açıq və qeyri-adi şəkildə təqdim edir. Kollaps termini çöküş və ya dəyişim mənasında işlədilir. Filmdə kollapsdan, nizamlı dünyadan xaosa keçid kimi istifadə edilib. Blue Velvet, həm vizual üslubu, həm də dərin fəlsəfi və psixoloji təhlilləri ilə kino tarixində özünəməxsus yer tutur.
Süjet və hekayənin gedişatı.
Blue Velvet filmi, Amerika suburbiyası olan Lumberton-da baş verir. Hekayə Jeffrey Beaumont adlı gəncin qəsəbəyə geri dönməsi ilə başlayır. Bir gün, Jeffrey qəsəbənin yaxınlığındakı meşənin kənarında kəsik bir qulaq tapır və bu, onun həyatını köklü şəkildə dəyişdirir. Qulağın tapılması, Jeffrey-ni qaranlıq və təhlükəli bir dünyaya aparır. Jeffrey, Dorothy Vallens adlı məşhur bir qadınla tanış olur və onun həyatına daxil olur. Dorothy, Frank Booth adlı bir cinayətkarın əlində seksual şiddət və zorakılıqlara məruz qalır. Jeffrey bu təhlükəli dünyada özünü tapmağa və həm də əxlaqi qərarlar verməyə çalışır. O, bu qaranlıq hadisələrin mərkəzindəki həqiqəti ortaya çıxarmağa və bir tərəfdən də şəxsi ehtiraslarını və şüuraltı arzularını üzə çıxarmağa çalışır. Film boyunca Jeffrey-nin həyatı və dünya haqqında gördüyü mənzərələr, cəmiyyətin təqdim etdiyi nizam və harmoniya ilə tamamilə ziddiyyət təşkil edir. Səthi nizamın altındakı xaos, onu əhatə edən hər kəsin daxili aləminə sirayət edir və nəticədə Jeffrey-nin təcrübəsi hər hansı bir şəxsi və cəmiyyəti dəyişdirəcək dərinliyə çatır.
Əsas Personajlar:
📍Jeffrey Beaumont (Kyle MacLachlan, eyni zamanda 1984-cü ildə Lynch tərəfindən lentə alınmış ilk Dune filmində Paul Atreides rolunu canlandırıb): Filmin əsas qəhrəmanı olan Jeffrey, hər şeyə aid suallar verən gənc bir adamdır. O, yaxşılıq və şər arasındakı sərhədləri kəşf edərkən öz daxili qaranlığını da üzə çıxarır.
📍Dorothy Vallens (Isabella Rossellini): Frank Booth-un qurbanı olan Dorothy, seksual və psixoloji zorakılığa məruz qalır. Jeffrey ilə münasibət quraraq, həm də öz gücünü bərpa etməyə çalışır.
📍Frank Booth (Dennis Hopper): Filmin antagonistidir və şiddət, seksual güc və repressiya ilə əlaqələndirilir. O, Jeffrey-nin yaşadığı dünyaya olan təhdidlərin təmsilçisidir. Antagonist, ədəbiyyatda və digər hekayə strukturunda əsas qəhrəmanın (protagonist) qarşısında duran və onun məqsədlərinə mane olan xarakter və ya qüvvədir.
Filmin mövzusu və dərin baxış.
Cinsi Ehtiraslar, Repressiya və Şəxsiyyətin Formalaşması
Filmdəki cəmiyyət əxlaqi qəliblər və repressiya baxımdan, Sigmund Freud(1856-1939)-un psixoanalitik nəzəriyyələri ilə dərin əlaqəlidir. Freud, insanın davranışlarının və arzularının çoxunun bilinçaltı psixikanın təsiri ilə yönləndirildiyini iddia edir. Freud’un “id, ego və superego” konsepsiyası, Blue Velvet-dəki əsas personajların münasibətlərini və qarşılıqlı əlaqələrini açıqlamaq üçün əhəmiyyətli bir çərçivə təqdim edir.
Freud-un id, ego və superego nəzəriyyəsi insan psixikasının üç əsas komponentini təsvir edir:
📍Id: Şüuraltı impulsları, instinktiv ehtiyac və arzuları idarə edən hissədir. Zövq prinsipinə əsaslanaraq dərhal məmnunluq axtarır. Məsələn, ac qalanda dərhal yemək istəmək.
📍Ego: Reallıq prinsipinə uyğun hərəkət edən, id-in istəklərini gerçəklik və sosial normalarla uzlaşdırmağa çalışan rasional hissədir. Ego id-in impulslarını tənzimləyir.
📍Superego: Cəmiyyətin və əxlaqi normaların daxili nümayəndəsidir. Vicdan və idealları təmsil edir, ego-ya düzgün davranmağı diktə edir.
Bu strukturlar arasında daim mübarizə gedir: id dərhal məmnun olmaq istəyir, superego əxlaqi qaydalara əməl etməyi tələb edir, ego isə hər ikisinin tələbləri arasında balans qurmağa çalışır.
Freud’un repressiya nəzəriyyəsi ilə yanaşı, film boyunca insanın id-nin necə təzahür etdiyini izləyə bilərik. Jeffrey-nin davranışları və hissləri, əslində onun idinin təsiri altındadır. Jeffrey, sərhədsiz bir şəkildə daxili istəyini izləyir, lakin cəmiyyətin ondan gözlədiyi əxlaqi normalarla qarşılaşır. Bu qarşıdurma yalnız onun öz kimliyini aydınlaşdırmağa deyil, eyni zamanda kənar dünya ilə əlaqəsini formalaşdırmağa kömək edir. Freud’un id, ego və superego arasında gedən mübarizə, cəmiyyətin repressiv qüvvələri ilə insanın daxili arzularının qarşıdurmasında təcəssüm tapır. Freud’a görə, cəmiyyət, insanların ən təbii və güclü istəklərini repressiya edir. Bu, xüsusilə cinsi istəklərə yönəlir. Blue Velvet-də Jeffrey və Dorothy arasındakı münasibətlər, həm repressiya edilən seksual ehtirasları, həm də cəmiyyətdən gizlədilən qorxulu reallıqları simvollaşdırır. Jeffrey-nin qorxusuzluğundan istifadə edərək cəmiyyətin tabu saydığı məsələlərə toxunması, Freud’un id, ego və superego arasında baş verən mübarizəni ortaya qoyur. Jeffrey-nin seksual arzuları ilə cəmiyyətin qəbul etdiyi etik davranışlar arasında gedən mübarizə, filmin əsas təməlini təşkil edir. Freud-un Oedipal Kompleks anlayışını tətbiq edərək, Frank Booth-un Dorothy üzərindəki şiddət və seksual hakimiyyətini dərinləşdirmək mümkündür. Frank, Jeffrey üçün şüuraltı qorxu və eyni zamanda qadağan olunmuş arzunun təcəssümüdür. Dorothy ilə əlaqəsi, Freud-un repressiya və cinsi arzularla bağlı fikirlərinə uyğun olaraq analiz edilə bilər. Jeffrey-nin Dorothy-yə duyduğu cəlbetmə, onun bilinçaltında həm ana fiquruna bağlılıq, həm də qadağan olunmuş seksual maraqlar arasında mübarizəni göstərir. Bu perspektiv, Frank və Jeffrey arasındakı dualizmi daha kompleks bir psixoanalitik baxışdan izah edir.
Oedipal kompleks, Sigmund Freud-un psixoanalitik nəzəriyyəsində bir mərhələdir. Bu nəzəriyyəyə görə, oğlan uşağı psixoseksual inkişafın fallik mərhələsində (3-6 yaş aralığı) anasına qarşı bilinçaltı cinsi meyil hiss edir və atasını rəqib olaraq görür. Bu kompleksin həlli, uşağın atasına aid olan qaydaları və sosial normaları qəbul edərək həmin arzularını sublimasiya etməsidir. Freud bu anlayışı Yunan mifologiyasındakı Oedipus personajından götürmüşdür, o, bilmədən atasını öldürərək anası ilə evlənmişdi. Freud-un nəzəriyyəsində, bu kompleksin uğurla həll olunması sağlam şəxsiyyətin inkişafına, həll olunmaması isə emosional problemlərə yol açır.
Film boyunca Jeffrey-nin keçirdiyi daxili dəyişiklik və mənəvi oyanış, Oedipal kompleksin psixoloji təsirlərini əks etdirir. Bu, onun şəxsiyyətinin həm qaranlıq istəklər, həm də əxlaqi normalar arasında tarazlıq taparaq yetkinliyə çatması ilə nəticələnir.
Lacan və Subyektin Formalaşması
Freud’un psixoseksual inkişaf nəzəriyyəsindən sonra, Jacques Lacan(1901-1981) daha mürəkkəb bir yanaşma təklif edir və insanların subyektiv təcrübələrini təhlil edir. Lacan’ın nəzəriyyələrinə görə, insan özünü başqalarından ayıraraq, digər insanlarla münasibətlər qurarkən özünü tanıyır. Onun, Ayna Mərhələsi konsepsiyası, şəxsin öz şəxsiyyətini başqalarından ayıraraq qurduğunu izah edir. Bu nəzəriyyə Blue Velvetdə, xüsusən də Dorothy-nin həyatında aydın görünür. Dorothy-nin yaşadığı seksual zorakılıq və repressiya, Lacan-ın subyektin özünü dərk etməsi və bu dərk etmə prosesinin şiddətli şəkildə pozulması ilə əlaqəlidir. Dorothy-nin psixoloji vəziyyəti, öz bədəninin və arzularının başqaları tərəfindən müəyyənləşdirildiyi bir vəziyyəti simvollaşdırır. Onun öz şəxsiyyətini kəşf etməsi və bu mübarizəni necə keçirməsi, Lacan-ın şərh etdiyi subyektin psixoloji və sosial transformasiyasını əks etdirir. Lacan-ın nəzəriyyələrini daha da dərinləşdirərək, filmin iki əsas personajı olan Jeffrey və Dorothy-nin öz şəxsiyyətlərini necə kəşf etdiklərini daha yaxşı anlamağa çalışa bilərik. Dorothy-nin yaşadığı seksual zorakılıq və qarşılıqlı əlaqələrindəki güc dinamikası, Lacan’ın “ayna mərhələsi”ni təmsil edir. O, Frank Booth tərəfindən əzildikcə, öz bədənini başqalarının gözündə necə göründüyünü və başqalarının gücündən necə təsirləndiyini anlamalıdır. Bu mübarizə, Lacan’ın “subyektin formalaşması” prosesini əks etdirir, burada güc və kimlik münasibətləri qarmaqarışıq bir şəkildə özünü göstərir.
Ayna Mərhələsi, Lacan tərəfindən inkişaf etdirilən və insanın öz şəxsiyyətini necə formalaşdırdığını izah edən bir anlayışdır. Bu mərhələ, təxminən 6-18 aylıq uşaqlıq dövrünə aiddir və uşağın özünü ilk dəfə bir aynada tanıması ilə əlaqəlidir. Lacan-a görə, uşaq aynada öz bədənin görüntüsünü görərkən özünü bir bütöv olaraq qəbul edir və bu an onun şəxsiyyətinin ilkin formalaşma nöqtəsi olur.
Ayna Mərhələsinin əsas ideyası, uşağın özünü başqalarından ayrılmış bir varlıq kimi qəbul etməsi və öz şəxsiyyətini başqalarının gözündə necə göründüyü ilə əlaqələndirməsidir. Bu mərhələ, həm də uşaqda Öz və Digər anlayışlarını ayırd etməyə başlama prosesini simvollaşdırır. Lacan bu mərhələni, insanın öz şəxsiyyətini tanıması və inkişaf etdirərkən, həm öz daxili dünyası, həm də xarici cəmiyyətlə əlaqə qurması baxımından vacib sayır.
Foucault və Sosial Normaların Formalaşması:
Michel Foucault(1926-1984) sosial güc və hakimiyyətin təbiəti ilə bağlı nəzəriyyələri ilə məşhurdur. Onun fikrincə, güc yalnız bir şəxsin digərini əzə biləcəyi bir şey deyil, həm də insanların gündəlik həyatlarında daim özlərini düzəldərək və dəyişərək özlərini formalaşdırdıqları bir prosesdir. Blue Velvetdə, Frank Booth-un seksual zorakılığı və güc istifadəsi, Foucault-un gücün necə işlədiyini və necə cəmiyyətin hər bir üzvünü davranışlarını yönləndirmək üçün istifadə etdiyini göstərir. Frank Booth-un güc və şiddəti, cəmiyyətin alt qatlarında gizlənən və normalar vasitəsilə tətbiq olunan təzyiqləri simvollaşdırır. Cəmiyyətdəki şiddət və zorakılıq yalnız fərdi instinktlərlə deyil, həm də cəmiyyətin normativ strukturları ilə əlaqəlidir. Cəmiyyət, gücü və zorakılığı yalnız fiziki deyil, həm də psixoloji və sosial strukturlar vasitəsilə tətbiq edir. Foucault-un gücün incə formaları haqqında dedikləri, Frank-in ətrafındakı dünyada yaşananların çoxunun da gizli şəkildə bu güc dinamikasından qaynaqlandığını göstərir.
Frank Booth-un gücünü göstərərkən, Foucault-un “panoptikon” nəzəriyyəsinə də toxunmaq mümkündür. Panoptikon nəzəriyyəsi, gücün cəmiyyətdə necə tətbiq olunduğuna dair bir analoji obrazdır. Bu anlayışda güc, cəmiyyətin hər bir fərdini özünün gözləyən və cəzalandıran bir göz kimi təsvir edilir. Bu cür güc strukturu, Blue Velvetdə Frank Booth tərəfindən əks olunur. Onun qurbanlarına etdiyi şiddət, gücün daha çox görsəl və hissi bir təsiri olaraq, cəmiyyətin digər üzvlərini əhatə edən sosial hakimiyyət strukturlarının bir formasıdır.
Varoluş, İnsan Azadlığı və Əxlaqi Qərarlar:
Jean-Paul Sartre(1905-1980)-ın varoluşçu fəlsəfəsi, insanın azadlığını və bu azadlıqdan doğan məsuliyyəti vurğulayır. Blue Velvetdə, Jeffrey-nin əxlaqi seçimləri, öz həyatını müəyyənləşdirərkən qarşılaşdığı problemlər və çətinliklər Sartre-ın varoluşçu anlayışları ilə əlaqəlidir. Jeffrey-nin yaşadığı dəyişikliklər, şəxsi azadlıq və qərar vermə prosesini əks etdirir. Onun gördüyü hərəkətlər, yalnız şəxsi təcrübələri deyil, həm də cəmiyyətin gözləntiləri ilə bağlıdır. Sartre-a görə, insan öz həyatını formalaşdırmaqda sərbəstdir, amma bu sərbəstlik, eyni zamanda, azadlıq və məsuliyyətin qarşılıqlı əlaqəsidir. Jeffrey-nin gizli dünyaya girməsi, şəxsi və sosial dünyası arasında keçirdiyi təzadların təzahürüdür.
Sartre-ın nəzəriyyəsi ilə əlaqədar olaraq, Jeffrey-nin etdiyi seçimlərin yalnız öz həyatını deyil, ətrafındakıları da necə dəyişdirdiyini düşünmək maraqlıdır. Sartre-ın dediyi kimi, insan yalnız öz qərarları ilə həyatını formalaşdırır, lakin bu qərarlar yalnız fərdi cəhətdən deyil, ətraf mühitə də təsir göstərir. Jeffrey-nin müəyyənləşdirdiyi qərarlar, yalnız onun öz həyatını deyil, həm də Dorothy-nin taleyini dəyişir.
Sartre-ın əxlaqi məsuliyyət anlayışı, bu seçimlərin ətraf mühit və cəmiyyət üzərindəki gücünü vurğulayır. Sartre-a görə, insanın varlığı onun öz seçimləri və hərəkətləri ilə təyin olunur və bu seçimlər heç bir xarici güc və ya cəmiyyətin təzyiqindən asılı olmayaraq həyata keçirilir. Bu, insanı öz varlığının və həyatının bütün məsuliyyətini daşımağa məcbur edir.
Sartre-ın həqiqət anlayışı ilə əlaqəli bir aspekt də filmdəki Jeffrey-nin daxili mübarizəsini işıqlandıra bilər. Sartre, həqiqəti yalnız fərdin öz varlığı ilə əlaqələndirir və onu üzə çıxarmaq, insanın öz əxlaqi və mövcudluq seçimlərindən doğan bir vəzifə olaraq təqdim edir. Jeffrey-nin qarşılaşdığı qorxulu və çətin həqiqətləri qəbul etmək, onun azadlıq və məsuliyyət anlayışlarını tam anlaması ilə bağlıdır. Əlavə olaraq, Sartre-ın Başqalarının Gözü mövzusuna da toxunmaq faydalı ola bilər. Sartre, insanın öz kimliyini yalnız başqaları ilə münasibətlərdə formalaşdırdığını vurğulayır. Jeffrey-nin Dorothy ilə münasibətində və Frank Booth ilə üzləşməsində, başqalarının varlığı onun öz varlığına təsir edir və seçimlərinin nəticələrini daha da kompleksləşdirir. Bu, onun öz şəxsiyyətini formalaşdırmağa çalışarkən qarşılaşdığı sosial və daxili qarşıdurmanı daha da dərinləşdirir.
Blue Velvet filmindəki sosial və psixoloji problemlər, yalnız fərdi təcrübə ilə bağlı deyil, həm də cəmiyyətin strukturlarını və psixoloji təsirlərini əhatə edir. Filmdəki gizli xaos, yalnız fərdi psixikanı deyil, həm də sosial münasibətləri əks etdirir. Lynch, nizamlı bir cəmiyyətin altındakı xaosu və əxlaqi çöküşü ortaya qoyarkən, fərdi psixologiyanın və sosial strukturların qarşılıqlı təsirini göstərir.
Nəticə etibarilə David Lynch-in Blue Velvet filmi, sosial psixologiya və fəlsəfi nəzəriyyələr baxımından zəngin bir filmdir. Freud, Lacan, Foucault və Sartre kimi məşhur psixoloqlar və filosofların perspektivindən filmə yanaşma etdiyimiz zaman, cəmiyyətin və fərdin qarşılıqlı təsirini daha yaxşı başa düşürük. Filmdəki gizli dünyalar, repressiya, şiddət və güc mübarizələri, cəmiyyətin strukturlarını və fərdi qərarların nəticələrini anlamağımıza imkan verir.
Filmin əsas mövzusuna uyğun gələ biləcəyini düşündüyüm bir neçə kitab bölüşmək istəyirəm:
📍Jean-Paul Sartre-Being and Nothingness (Varoluş və Heçlik)
📍Franz Kafka-The Trial (Məhkəmə/ türkçə Dava)
📍Erich Fromm-The Art of Loving (Sevmə Sənəti)
📍Sigmund Freud-The Interpretation of Dreams (Yuxuların Təfsiri)
📍Sigmund Freud-Totem and Taboo
📍Leo Tolstoy – Resurrection (Dirilmə/ türkçə Diriliş)
Blue Velvet (1986) IMDb: 8.0/10
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
0 notes
skippingtiles1 · 2 days ago
Text
1 note · View note
datenarche · 3 days ago
Link
0 notes
syedfarhan093 · 4 days ago
Text
youtube
0 notes
kylemaclachlanfanatic · 11 months ago
Text
Happy Birthday Kyle. ❤️ I’m very grateful for your presence in my life even though it is just through social media and television but you make me feel like a better person. When I see your face on my screen I feel at ease even when you’re playing a bad character haha, I just love watching your work and everything you’ve been in and created. And I actually love you as a person. I’ve watched a lot of your interviews and various videos you’ve been in and you’re very entertaining and If I had the power I’d give you all the awards. Haha 💘 Anyway I just wanted to say you’ve inspired me to become a better person with the way you’re so kind and charming to everyone you come across and you’re so kind and generous to all of your fans it makes me feel better. Thank you again for being such a beautiful role model to all the good people out there! You’re such a beautiful and loving person inside and out! So it’s so easy to love you! Happy Birthday again and I hope you’ve a great day. ❤️🥳🫂 Sending lots of love from Australia!! 🥳❤️❤️‍🩹
(watermark from my insta)💘
13 notes · View notes
slagduroc · 4 days ago
Text
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
"In the chaos of broken dreams, a silent truth screams beneath the surface." The Slag Duroc University film students did a David Lynch tribute in lieu of his passing.
7 notes · View notes
truthsandnews · 5 days ago
Text
David Lynch, the legendary filmmaker and creator of some of the most surreal, enigmatic works in modern storytelling. Known for iconic films like Blue Velvet, Mulholland Drive, and the groundbreaking TV series Twin Peaks, Lynch passed away at the age of 78.
0 notes
movietitlescollection · 1 year ago
Text
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
4 notes · View notes