Tumgik
#Səadət
metbuat · 2 years
Text
VİDEO
ATV kanalında yayımlanan Azərbaycanın Əməkdar jurnalisti Səadət Məmmədovanın müəllifi olduğu “Ağdam və mən” verilişinin budəfəki buraxılışı “Qarabağ” futbol komandasına həsr olunub. Metbuat.org xəbər verir ki, üç hissədən ibarət veriliş işğaldan azad edilən Ağdam şəhərinin “İmarət” stadionunda çəkilib. Bu arenada oynamış komandanın sabiq futbolçuları və məşqçiləri, eləcə də klubun fəaliyyətində…
Tumblr media
View On WordPress
0 notes
huseynmammad · 7 months
Text
Doğrudan da, sevinc və səadət insanı nə qədər gözəlləşdirir! Ürək necə də dərin bir məhəbbətlə çırpınır! Öz ürəyini mütləq başqa bir ürəklə birləşdirmək, hər şeyin şən və üzügülər olmağını istəyirsən. Bu sevinc nə qədər də yoluxucudur!♡
19 notes · View notes
philosadness · 11 months
Text
"Axı heç bir təyyarə, heç bir gəmi, heç bir nəqliyyat vasitəsi insanın özünü özündən uzaqlaşdıra bilmir, keçmişindən ayıra bilmir və"səadət axtarmaq ifadəsi" o demək deyil ki, səadəti axtarıb tapmaq üçün düzə - dünyaya düşməlisən...Xoşbəxtlik, ya bədbəxtlik insanın öz içindədir, onları yük kimi özünlə daşıyırsan belədən-belə, hara gedirsən get, lap dünyanın o başına; bu etibarlı yükdür - hara gedirsən get - nə itəcək, nə batacaq, nə azalacaq, nə artacaq..."
42 notes · View notes
esger1i · 4 months
Text
Həyatın şirinliyindən doyan olubmu görən? Təəssüf ki, bu sualın cavabını hələ heç kim tapmayıb. Gənclik-arzu, inam, igidliyə həvəs deməkdir. Gənclik-lirika və romantikadır, bu gələcək üçün tükənməz arzulardır. Bütün yaxşı əməllərin başlanğıcıdır. Həyat-isə ötən günlər yox, yadda qalan günlərdir. Həyat-nə tamaşa, nə də bayramdır. Həyat-çətin dərsdir və o, məzmununa görə qiymətləndirilir. Hamı çox yaşamaq istəyir amma heç kim qocalmaq istəmir. Təki insanın ruhu qocalmasın! Həyat qəribə və mürəkkəbdir, həyat yolu hamar deyil, yəqinki buda bir sınaqdır ki, hamımız bu yoldan keçməliyik. Bəli ömrün çətin və əzablı yolları var. Lakin insan şərəfli bir ömür yolu keçmək üçün Tanrının ona bəxş etdiyi qısa zaman çərçivəsində mübarizə aparır, arzuların qanadında çox şeylərə nail olmağa cəhd göstərir. Həyat yollarında səadət də var, qəm-qüssə də, çətinliklər də, maneələr də. Sadəcə həyatı sevmək və onun gözəlliyini duymaq lazımdır. Həyat bizə yaşamaq üçün verilib, biz isə çalışaq ki, onu mənalı yaşayaq.
13 notes · View notes
esmiramst · 1 year
Text
Hər şeyə öyrəşir adam, bir az sonra hər şeyə.
Atılmağa, satılmağa, hətta unudulmağa
Dizlərini qucaqlayıb, bir künc tapıb girməyə.
Ən sevdiyin o adamı bir başqasıyla görməyə.
Ağrılara, acılara, dərmanlara öyrəşir
Tənə vuran, böhtan atan insanlara öyrəşir.
Yay günündə dağda qara, qışda günə öyrəşir
Öz içində əsarətə və sürgünə öyrəşir.
Güvəndiyi o dağların toz olub uçmasına
Dostun sənin sirlərini dostuna açmasına
Evdə anasız olmağa, çöldə atasızlığa
Göy qurşağını bürüyən o möhtəşəm bozluğa.
Bir-bir, az-az, asta-asta, yavaş-yavaş öyrəşir
Zorla, güclə, müsibətlə, dava-dalaşla öyrəşir
Öyrəşir ki, başqa evin işığına yatılmaz
Səadət sənin deyilsə ha uzansan çatılmaz
Kimdən əl çəkəmmirsənsə səndən əlini çəkər
Gələr göz yaşını silər, gedər gözünü tökər.
Kimdisə ən zəif yerin, hər kimdisə gedəcək
Nədən desən mərcə girək, kim gəldisə gedəcək
Hər şeyə öyrəşir adam ölüm də adiləşir
Növbə-növbə ağrılar da, zülüm də adiləşir.
Sonra başlayır qəhqəhə, sonra sərxoş olursan
Boşluqlara düşə-düşə, özün bomboş olursan
Daha darıxmaq da keçir, müqəddəs hisslər bitir
Bir gün bütün gedənlərin itir gözündən itir.
Öyrəşdikcə dəyişirsən it hürür karvan keçir
Bu dünyaya öyrəşənlər o dünyaya tez köçür.
Hər şeyə öyrəşir adam daha heç vaxt qəm yemir
Daha heç vaxt öz-özünə
"Hər şey düzələr" demir...
36 notes · View notes
rahimovaa · 29 days
Text
Ərbəin ziyarətnaməsi:
Salam olsun Allahın nümayəndəsi və onun həbibinə! Salam olsun Allahın sevdiyi və seçilmiş bəndəsinə! Salam olsun Allahın seçilmiş bəndəsi və onun seçilmiş övladına! Salam olsun məzlum və şəhid Hüseynə (ə)! Salam olsun qəm-qüssələrə düçar olan və göz yaşlarının şəhidinə! İlahi, şəhadət verirəm ki, o, Sənin nümayəndən və nümayəndənin övladı, sənin seçdiyin və seçdiyin şəxsin övladıdır! Sənin lütf və mərhəmətinlə nicat tapanlardan oldu. Sən onu şəhadət feyzi ilə əziz tutaraq xüsusu səadət məqamına çatdırdın və nəsil paklığı ilə seçərək onu ağaların ağası, öndərlərin öndəri, haqqı müdafiə edənlərin hamisi etdin. Ona peyğəmbərlərin mirasını əta edərək onların canişini və məxluqata höccət təyin etdin. O, höccəti tamamladı və ümmət üçün bəhanə yeri qalmadı. O, ümməti nəsihət etməkdə mehribanlıq edərək onlarla yumşaq davrandı və azğın, nadan, təkəbbürlü, axirət mənfəətini heç bir dəyərə malik olmayan dünya malına satmış, zülmkar və nəfslərinə itaət etməklə həlakətə düçar olmuş, Səni və Peyğəmbərini qəzəbləndirmiş bəndələrinə nicat vermək üçün pak qanı axıdıldı. Səninlə düşmən, nifaq əhli, Sənə asi və böyük günahlarla yüklənərək cəhənnəm oduna layiq olanlara itaət edən zülmkar bəndələrinlə Sənin yolunda cihad edərək kamil ixlasla səbir etdi. Sənə itaət yolunda pak qanı axıdılanadək çoxlu çətinlik və məşəqqətlərə sinə gərdi. Əhli-beytinin hörmətinin aradan aparılmasını xoş qarşıladı. İlahi, Sən o zalım və sitəmkar qövmə lənət et, onları ən şiddətli əzabınla cəzalandır! Salam olsun sənə, ey Peyğəmbərin övladı! Salam olsun sənə, ey övliyaların sərvərinin övladı! Şəhadət verirəm ki, sən Allahın vəhyinə və haqqa əmanətdar olanın övladısan. Ömrünü səadətlə yaşayaraq Haqqın tərifi ilə başa vurdun və dünyadan köçərək haqq yolunda məzlum və şəhid oldun.
2 notes · View notes
arcieree · 9 months
Text
Gözəl olan hər şey yarım qalır, filimlər belə ən gözəl yerində bitir. Çox xoşbəxtəm dediyin yerdə hüzün özünü xatırladır. Körpəlik heç yaşanmamışlıqdır,uşaqlıq qısadır, gənclik azdır.Vəfa azdır, səadət məhduddur, verilən sözlərin ömrü qısadır. Çox sevərsən çox tez bitər eynilə yuxuların ən gözəl yerində bitdiyi kimi.Gözəl olan nə varsa, sevdiyin musiqi kimi tez bitər. Bitməyən şey sadəcə ölümün gerçəkliyidi.
18 notes · View notes
yagubov · 10 months
Text
100 misralıq əruz şeiri.
Ey mənim gözlərimin nuru gözəllik safım
Səni vəsf etməyə həddim nədi, yetməz lafım
Sən mənim ömrümün ən parlaq olan güşəsisən
Təpədən dırnağa bu aşiqin əndişəsisən
Küsməyin aşiqi sevdada bitirmək kimidir
Ümid öldürmək uşaq qətlə yetirmək kimidir
Mənim ancaq ki, xəyalım sən, ümidim sənsən
Sən bu sevdada limandan görünən yelkənsən
Üz yaxınlaş mənə, at lövbəri dəryada batır
Nazına fırtına qopsun, məni səhrada batır
Görmə bu məzlum olan insana sevdasını çox
Mən sənin nazına dözdüm, ama sənsizliyə yox
Qır o köksündən asılmış qara daş parçasını
Parlat o yerdə qızıldan baha qaş parçasını
Adaşın var idi qaldırmadı Məcnun ahın
Ayrılıqla tapa bilməzdi səadət rahın
Anlamırsan ki ürək tab edə bilmir zülümə?
Sevdiyi yarını tərk eyləməz insan ölümə
Mən ki dərdindən əzizim ölürəm, yetmirmi?
Mən də can getdi, sənin qəlbidə kin getmirmi?
Mən 100 il ömr eləyib istəmirəm qəm daşıyım
Bircə il ömr eləyim, amma ki, sənnən yaşayım
Çünki bu getməyin eynən əcəlin gəlməsidir
Sevgi dərdin bəzək əşyasına çevrilməsidir
Mənə dərd ver ama dərmanı özündən gəlsin
Qovuşaq sonda sevinc yaşı gözündən gəlsin
Mən sənin şairinəm səhv qəzəlimdən sən tut
Məni dünya yıxa bilməz, bir əlimdən sən tut
Getmişəm mən hamıdan, təkcə sənə gəlmək üçün
Məndəki sevginin ey yar qədərin bilmək üçün
Gecə sahildə olan qumları bir bir sayasan
Eşqimin vahidin o sayla bərabər yayasan
Sən həmən qumları say, razıyam ayrılmağa da
Lap gəlim dinə, edim səcdə namaz qılmağa da
Sənə zəvvaram ölüncə, mənim imanım sən
Başımın tacı, ürək sirdaşı, cananım sən
Necə kafər qızı kafər, məni sən tutdun əsir
Səni görcək həyəcandan ürəyim tir tir əsir
Qan çıxır şah damarımdan ayağımdan yer axır
Titrəyişdən bədənimdən buza dönmüş tər axır
Baş əyib sevgiyə alçalmağı bilmirsən sən
Sevgisindən yuxusuz qalmağı bilmirsən sən
Siqaretnən siqaret sən axı yandırmamısan
Sən axı heç kimi sevdana inandırmamısan
Gecələr ölməmisən mən kimi sənsizlikdən
Bir şeirçün təzə söz çəkməmisən sözlükdən
Sən axı mən kimi eşq atəşinə yanmamısan
Sən axı bir dəfə sənsizliyə odlanmamısan
Sən axı çəkməmisən həsrəti Leyladan ötür
Dəlilik etməmisən bir dəli sevdadan ötür
Sən sevildikcə özəlləşmiş olan şəhzadə
Mən də sevdikcə kədərdən boğulan dəryadə
Mən sənin sevginə yalqız canavarlar kimi ac
Kədərindən ölürəm mən nə təbib var nə əlac
Sarı yarpaq kimi ömrüm bu xəzanlıqda itir
Bitirirsən məni, küskünlüyü sən bəsdi bitir
Birdən ölsəm deyəcəklər ki, qəzəlxan öldü
Sevgisiyçün oturub gün sayan oğlan öldü
Mən axı dönməmişm ölməyə layiq birinə
Keçiririrsən məni neyçün fələyin zəncirinə?
Ayrılıqla bu qırıb qəlbimə ox vurmusan ox
Səni qoy nəzmə çəkim mən, ama sənsizliyi yox
Olmasam mən sənə ağ gün gələcəydən gələcək?
Sənə peşmançılığın rəngi fələydən gələcək
Mənə sənlə bu həyat xoşdu gülüm, sənsiz yox
İstərəm mən sənin uğrunda ölüm, sənsiz yox
Barışaq qoy quru səhrada çiçəklər boy ata
Qızımızdır o çiçək sən anasan, mən də ata
Yoxdu dünyada qız övladı misalında gözəl
Validiyçün yaşamaq sevgisi, hər kəsdən özəl
Kipriyi səndən ola, göz də dəniz rəngində
Saçı oynardı həzin musiqi ahəngində
Gəl dünəndən yox əzizim gələcəkdən danışaq
Bu qızın xətrinə küskünlüyü ram et, barışaq
Barışaq ki, hamı sevda nə deməkdir görsün
Əsli Məcnun ilə Leyla nə deməkdir görsün
O Füzuliydi yazıb Məcnun ilə Leylanı
Ama yazmazdı onu, görsə bizim sevdanı
Hansı sevdalı bu sevdanı dadar tarixdə?
Bir gün ölsəm səni şeirim yaşadar tarixdə
Mənə bu sevgini bəxş eylə, bunu çox görmə
Səni şeiriylə ölümsüz edəni öldürmə
Sənə ancaq baxıram mən, mənə qibləm sənsən
Tək ziyarətçinəm ey yar, uca kəbəm sənsən
Hamını kəbəsi əfv etdi, günahımdan keç
Dünənimçün nə ədalətdi sabahımdan keç?
Dünəni sil, sabahım sənnən açılsın sənnən
And ola canına, xoşbəxt olacaqsan mənnən
Bir sözünlə bu bizim sevgiyə can verməlisən
Zaman ən yaxşı təbibdirsə zaman verməlisən
Hazıram mən sənin uğrunda hasarlar devirəm
Mən mükəmməl deyiləm, amma mükəmməl sevirəm
Yarına bir acı söz söyləməyən kəs göstər
Mənə dünyada xəta eyləməyən kəs göstər
Şiddət üçün sənə qalxarsa əlimdən qan axar
Sənə bir də acı davransa dilimdən qan axar
Ayrılıq dərdini sənsiz yaşayıb mən görürəm
Qeyrətimnən səni incitməməyə söz verirəm
Geydirən kəs mənə meydanı məhəbbətdə kəfən
O da sənsən, o da sənsən, o da sənsən, o da sən
"Kərim Abi"
8 notes · View notes
gulchinus · 2 years
Text
Gözəl olan hər şey yarım qalır, filmlər belə ən gözəl yerində bitir.Çox xoşbəxtəm dediyin yerdə hüzün özünü xatırladır. Körpəlik heç yaşanmamışlıqdır, uşaqlıq qısadır, gənclik azdır. Vəfa azdır, səadət məhduddur,verilən sözlərin ömrü qısadır.Çox sevərsən çox tez bitər eynilə yuxuların ən gözəl yerində bitdiyi kimi.Gözəl olan nə varsa, sevdiyin musiqi kimi tez bitər. Bitməyən şey sadəcə ölümün gerçəkliyidi.
41 notes · View notes
nesirov · 2 years
Text
“ Bir-birimizə rastlamamışdan əvvəl ki həyatımız, həqiqətən də axtarmaqdan başqa bir şey deyilmiş. Nə axtardığımızı bilmədən axtarmaq özü də. Amma indi içim rahatdır. Axtardığını tapan və başqa bir şey istəməyən biri kimi sükunət içindəyəm. Dünyada bundan daha böyük bir səadət ola bilərmi? ”
© Sabahattin Ali - İçimizdəki Şeytan 📚
49 notes · View notes
khannvaa · 1 year
Text
Bu, gərgin,təhlükəli və mürəkkəb həyat idi. Bu həyatda dinclik yox idi,çünki xəyanətdə dinclik və səadət olmur.
16 notes · View notes
huseynmammad · 3 months
Text
Gecəyə səsləniş. Bir də özümü istəyirəm
Bu gecə Səndən...Həyatdır, dərddir, sevincdir,
qəflətdir deyib elə hər döngədə bir az-bir az
itirdiyim, xərclədiyim özümü. Bir azım
günahlarda, bir azım səhv qərarlarımda, bir azım
təkəbbürümdə, bir azım insanlarda, bir azım da
elə-orda burda heyif olub gedib. Yalnız Sən məni qaytararsan,
bir yerə cəm edərsən, səadət əhlindən edərsən...
Mən müvəffəq olmasam da, Səninəm qıyma mənə.🌾
18 notes · View notes
Text
Gözümə bax gözəlim gözlerini yad edirəm
Qoxunu içmə çəkib yad olani yad edirəm
Mən sənə can deyərək könlünü ehkam edirəm
Eşqdən dilərsən xoş səadət olmasa ondan əsər
Qalmaz əlamətdən əsər canıma ağlar deyirəm
Cənnəti üzünə çekib nuruna təzim edirəm
Səhəri sənlə açıb hər anını an edirəm .
4 notes · View notes
aysafhar · 1 year
Text
Öldürmək üçün mütləq silah olmalıdırmı? Saçlar kəndir, gözlər silah, gülüş güllə ola bilməzmi? Ağlamaq üçün gözdən yaş axmalıdırmı? Dodaqlar gülərkən gözlər ağlaya bilməzmi? Hərçənd, bəzi gözlər də var, dünyanın ən doğru hissi sanarsan, məgər ki ən yalançı gözlərmiş...
Bəs oğurluq?, ancaq pul, mülkmü oğurlamaqdan ibarətdir? Səadət oğurlamaq, oğurluq sayılmazmı?
Solmaq üçün gərək qopardılasan? Yeni açmış qönçə gül heç zoğundan solmazmı?
#ViktorHüqo
12 notes · View notes
raya-00 · 2 years
Text
Ağlamaq üçün gözdən yaşmı axmalı, Dodaqları gülərkən insan ağlamazmı?
Oğurluq-pul,dövlət,malmı oğurlamaqdır, Səadət oğurlamaq oğurluq sayılmazmı?
20 notes · View notes
mizantroplimist · 2 years
Text
"Nə üçün bizim taleyimizdə səadət bəzən bir meteor kimi parlayıb qeyb olur..
İlyas Əfəndiyev, Söyüdlü Arx
10 notes · View notes