#Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə
Explore tagged Tumblr posts
Text
Ramin Quluzadə: “Əqli mülkiyyət hüquqlarının qorunması sahibkarlığın inkişaf etdirilməsinə əhəmiyyətli şəkildə təsir edir”
Ramin Quluzadə: “Əqli mülkiyyət hüquqlarının qorunması sahibkarlığın inkişaf etdirilməsinə əhəmiyyətli şəkildə təsir edir”
7 noyabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ABŞ-ın ölkəmizdəki səfirliyi və “Microsoft” şirkətinin təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik” mövzusunda seminar keçirilib.
Seminardan öncə nazir Ramin Quluzadə ilə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger arasında ikitərəfli görüş keçirilib. Görüşdə əqli mülkiyyət hüquqlarının qorunmasında…
View On WordPress
#AzCloud#AzİnTelecom#Kibertəhlükəsizlik#Lisenziya#microsoft#Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi#Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə
0 notes
Text
İlham Əliyev xanımı və qızları ilə sərgidə iştirak ediblər - FOTOLAR
İlham Əliyev xanımı və qızları ilə sərgidə iştirak ediblər – FOTOLAR
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2018” ilə tanış olublar.İstixəbər.info xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və xanımına sərgi barədə…
View On WordPress
0 notes
Link
via ŞOK! SON DƏQİQƏ! Ziya Məmmədov daha bir vəzifəsini itirdi http://ift.tt/eA8V8J Bir müddət əvvəl prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat nazirliyi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar nazirliyinə birləşdirildi. Sərəncamdan sonra Ziya Məmmədov nazir vəzifəsini itirmiş oldu. Bundan başqa, sabiq nazir Prezidentin 18 noyabr 2015-ci il tarixli IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında imzaladığı sərəncamla təşkilat komitəsinin üzvləri sırasında təmsil olunurdu. Ziya Məmmədov 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, sabiq nazir 2017-ci ildə Bakıda keçiriləcək Voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin və 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Təşkilat Komitəsinin üzvlüyündən də çıxarılıb. Beləliklə, Ziya Məmmədov nazir postundan getməklə daha üç vəzifəsini itirmiş oldu. Onu da nəzərə çatdıraq ki, Ziya Məmmədovu həmin vəzifələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə əvəzləyəcək.
0 notes
Text
"Sofiya” milli geyimdə çıxış etdi — FOTOLAR
“Sofiya” milli geyimdə çıxış etdi — FOTOLAR
Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində “Qlobal İnfluenser Günü”nə (Global İnfluencer Day) həsr olunmuş tədbir işə başlayıb. İstixəbər.info xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və digər bir sıra qonaqlar iştirak edib.
Təd…
View On WordPress
0 notes
Text
Ramin Quluzadə vətəndaşları qəbul edəcək
Ramin Quluzadə vətəndaşları qəbul edəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 31 avqust 2018-ci il tarixində saat 12:00-da Naftalan şəhərində Naftalan, Gəncə şəhərlərinin, Göygöl, Samux, Goranboy, Daşkəsən, Kəlbəcər və Xocalı rayonlarının sakinlərini qəbul edəcək.
İstixəbər.info xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
Onun…
View On WordPress
0 notes
Link
via “Mən kimi “qara siyahı”ya salıramsa, demək ki, nəsə bilirəm” - Hafiz Hacıyev http://ift.tt/eA8V8J Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Bu sərəncam iki nazirliyin əvəzində yeni bir nazirliyin yaradılmasını nəzərdə tutur. Ölkə başçısının bu gün imzaladığı digər sərəncamla Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Bu sərəncam faktiki olaraq Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin ləğv edilməsi deməkdir. Məsələ ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də danışıb. O bildirib ki, quldurların əksəriyyətinin axırına çıxılacaq. “Mən bu quldurların əksəriyyətinin axırına çıxacağam. Bir korrupsionerin aqibəti Ziya Məmmədov kimi olmalıdır. Mən kimin haqqında fikir bildirirəmsə, “qara siyahı”ya salıramsa, demək ki, nəsə bilirəm. Mən buradan bir çoxlarına mesaj göndərirəm. Korrupsioner məmurlar, növbə sizindir. Xalqı belə talan edən məmurlar çoxdur. Ziya Məmmədov haqqında hər gün danışan Hafiz Hacıyev bu gün üçün danışırdı”.
0 notes
Link
via İşdən çıxarılan Ziya Məmmədovdan ilk açıqlama: "Heç özüm də bilmirəm nə olacaq..." http://ift.tt/eA8V8J Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilməsinə Ziya Məmmədov münasibət bildirib. O, açıqlamasında deyib ki, bu mövzunu hələlik şərh etmək istəmir: "Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm. Açığı heç zöüm də bilmirəm ki, nolacaq, necə olacaq". Sabiq nazir "indən sonra hansı vəzifədə çalışacaqsınız, sizinlə bağlı təyinat olacaqmı" sualına belə cavab verib: "Bu barədə heç nə deyə bilmərəm. Öz başına deyiləm ki. Bu işlər mənim səlahiyyətimdə deyil". Xatırladaq ki, bu gün - fevralın 13-də Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncama əsasən Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyibirləşdirilərək onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılır. Yeni yaradılan nazirliyə Ramin Namiq oğlu Quluzadə rəhbərlik edəcək. R.Quluzadə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilib.
0 notes
Link
via Ziya Məmmədov işdən çıxarıldı, Nəqliyyat Nazirliyi ləğv edildi - YENİ SƏRƏNCAM http://ift.tt/eA8V8J Prezident İlham Əliyev Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilərək onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib
0 notes