#Nəqliyyat  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Explore tagged Tumblr posts
ulduzorg · 6 years ago
Text
“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “Hackathon” müsabiqəsinə start verildi
“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “Hackathon” müsabiqəsinə start verildi
“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Elektron Təhlükəsizlik Xidməti, Məlumat Hesablama Mərkəzi və Yüksək Texnologiyalar Parkı tərəfindən, Dövlət Radiotezliklər İdarəsinin tərəfdaşlığı ilə  “Hackathon” müsabiqəsi təşkil olunub.
Bu gün Yüksək Texnologiyalar Parkında müsabiqəyə start verilib.
Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd…
View On WordPress
1 note · View note
aliibrahimovofficial · 4 years ago
Photo
Tumblr media
Ölkəyə dron gətirmək üçün kimlərdən icazə alınmalıdır? Müasir dövrün unikal kəşflərindən biri də pilotsuz uçan aparatlar - dronlardır. Çoxfunksiyalı olan bu alət hərbi kəşfiyyat, izləmə, çertyoj tətbiqi, film və toy çəkilişləri kimi işlərdə istifadə edilir. Ancaq bu aparatlar şəhərlərimizin səmasında elə də gözə dəymir. Səbəb isə pilotsuz uçan aparatların Azərbaycana gətirilməsi və istifadəsini tənzimləyən Qanun və normativ hüquqi aktlardır. Belə ki, ölkəyə dron gətirilməsi üçün hazırda 6 dövlət qurumunun icazəsi tələb olunur. Qanunvericiliyə görə, mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların siyahısına dronlar da aid edilib. İndiyədək mövcud olan qaydaya görə, dron gətirmək istəyənlər Nəqliyyat Rabitə Yüksək Texnologiyalar Nazirliyinə müraciət etməli və əlavə olaraq 4 qurumun - Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyinin də icazəsini təqdim etməli idi. Eyni zamanda Daxili İşlər Nazirliyi dronların gətirilməsinə icazə verilməsi vətəndaşlarımızın şəxsi həyat toxunulmaz hüququnun məqsədli şəkildə pozulmasının qarşısının alınması üçün səlahiyyətlər verilməsi zərurəti yarandığından ölkə Prezidentinin fərmanı ilə DİN-ə də belə bir səlahiyyət verilib. Beləliklə, dron gətirilməsi üçün hazırda 6 dövlət qurumunun icazəsi tələb olunur. Fikrimcə, bu cür yanaşma doğru və zəruridir. https://www.instagram.com/p/CMbhWG1BRW-/?igshid=66v2qajgbino
0 notes
novellakitabevi · 4 years ago
Photo
Tumblr media
​​Xəbərdarlıq: vətəndaşlarımıza mesaj vasitəsilə saxta çağırışlar edilir Ermənistan tərəfi təxribat xarakterli məlumatlar və dezinformasiya yaymaqda davam edir. Belə ki, bu dəfə saxta xarici nömrələrdən vətəndaşlarımıza mesaj göndərilərək onlara raket hücumu təhlükəsi olduğundan yaşadığı əraziləri tərk etmələri barədə saxta çağırışlar edilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, məqsədi əhali arasında qorxu və təşviş yaratmaq olan bu məlumatlar həqiqəti əks etdirmir. #novellakitabevi (at Novella kitab evi) https://www.instagram.com/p/CGhyXMeH6Pc/?igshid=1fi9iwststz51
0 notes
narimanzada · 7 years ago
Photo
Tumblr media
#untitled #vscocam #vscobaku #aztagram #baku #ushaqolarsan #ushaglaruchun #azerbaijan #symmetryphoto #shotoniphone #architecture #building #photooftheday #shotoniphone #shotoniphone5s #archidaily #architecture #architecturelovers #55grid #fiftyfive #fiftyfivegrid (at Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi)
2 notes · View notes
kenanragimoffus · 5 years ago
Photo
Tumblr media
“Liderlik və İdarəetmə” təlimində - İKTLB və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərləri ilə Liderlik potensialını aşkar edib inkişaf etdirməsi düsturu açıqlandı. Təlimçi: Kənan Rəhimov. 🤗👍 #iktlab #ragimoff #leadership #management (at Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) https://www.instagram.com/p/Bzye1ZYn_QL/?igshid=684d2u7x8syv
0 notes
listeliyi · 8 years ago
Link
via Telefon pulu da gəldi, nəqliyyat və rabitə nazirindən “terror”: “Cənab prezident, axı...” - Araşdırma http://ift.tt/eA8V8J Nəqliyyat Nazirliyi ləğv olunaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilsə də, bu qurum da vətəndaşları narazı salan qərarlar qəbul etməkdədir İnternet xidməti haqqının hər ayın 6-dək məcburi qaydada ödənilməsi qərarının ardınca stasionar telefon rabitəsi xidməti pulu da öncədən ödəniş tələb olunacaq. 2017-ci il martın 1-dən etibarən Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi stasionar telefon rabitəsi xidmətləri üçün öncədən ödəniş sistemini tətbiq edəcək. Bu barədə İstehsalat Birliyindən məlumat verilib. Məlumata əsasən, telefon rabitəsi üçün abunə haqqını hər ayın 5-dək ödəmək lazımdır. Ödəniş gecikdirilərsə, ayın 6-da telefon xətti birtərəfli qaydada, ayın sonunda isə ikitərəfli qaydada bağlanacaq. Aylıq abunə haqqı əhali üçün 2,5 manat, korporativ istifadəçilər üçün isə 7 manat təşkil edir.Xatırladaq ki, bundan əvvəl (2016-cı il sentyabrın 1-dən) dövlət operatoru internet və IP-TV xidmətlərinə görə də öncədən ödəniş sistemini tətbiq edib. NRYT rəhbəri Ramin Quluzadəyə prezident tərəfindən böyük etimad göstərilib və nəqliyyat sahəsi də nazirə həvalə olunub. Lakin gənc nazir abunəçilərin əleyhinə ard-arda qərarlar verməkdə davam edir. Nazirlik əhalini məcbur edir ki, hər ayın 5-dək ödənişlər olunsun, əks halda xətlər bağlanacaq. Bu, birbaşa sabotaj siyasətidir və əhalinin gəlirlərinin azalmasını, maaşların gecikməsini, əmək haqlarının yarıbayarı endirilməsini, ixtisarların getməsini nəzər almadan atılan addımdır. Prezident göstəriş verməyib ki, abunəçilərdən hər ayın 5-dək pul alınsın?! İnsanların maddi vəziyyəti çətinləşib və bunu nazir də müşahidə edir. Belə bir radikal siyasət yürüdülməsi və bir gün gecikən kimi xəttin kəsilməsi aqressiv hərəkətdir. Əmək haqları gecikən və çörək pulunu güclə çatdıran ailə başçıları var. Onlar ayın ortasında yaxud 15-dən sonrakı günlərdə ödəniş etmək imkanı yaranır. Nazir R.Quluzadə isə açıq şəkildə demək istəyir ki, 5-dək ödəniş etməsən xətt bağlanacaq. Hətta insafən, Əli Abbasov bu cür qərarlar qəbul etməyib. Ay ərzində istənilən vaxt ödəniş etmək olar. Necə ki, işıq, qaz və su pulu ayın müxtəlif günlərində ödənilir. Nazirliyin məqsədi isə abunəçiləri sıxışdırmaqdır. Telefonu xətti kəsilən ailə nə etməlidir? Kiminin mobil telefonu olmaya bilər. Söhbət aztəminatlı ailələrdən gedir. Kimisi təcili yardıma, yanğınsöndürənə, polisə dərhal zəng etmək istəsə necə olacaq? Nazirin qərarlarına dair şikayət və etirazlar gəlməkdədir. Prezident İlham Əliyevə müraciətlər var. Nəzərə almaq lazımdır ki ölkədə iqtisadi böhran getdikcə dərinləşir və əhalinin vəziyyəti ağırlaşır. Prezidentə qarşı bunu provokasiya adlandırmaq da olar. Keçmiş rəhbərliyin dövründə telefona və internetə xidmət haqqının ödənilməsinə hər ayın 20-dək abonentə vaxt verilirdi. Bundan başqa abonentə ödəniş vaxtına 3 gün qalmış xəbərdarlıq edilirdi.İndisə xəbərdarlıqsız ayın 5-i olmamış xidmət dayandırılır. İnternetin sürətindən isə heç danışmağa dəyməz. İnternet xidməti haqqının ayın ilk 6 günü ərzində ödənilməsi barədə qanunsuz tələbin ardınca poçt, aylıq telefon abunəsi, internet və mobil telefon tariflərinin məbləğində dəyişiklik ediləcək. Nazirlik Tarif Şurasına müraciətində bu xidmətlər üzrə bahalaşmaya gedilməsini istəyir. Hazırda rabitə tariflərinə yenidən baxılması prosesi gedir. Bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. Vətəndaşlar qaz, su, işıq və digər kommunal borcları ay ərzində istədiyi gün ödəniş edə bilir. Əgər vətəndaş gecikdirirsə, o halda kommunikasiya kəsilə bilər. Ramin Quluzadə və “Bakinternet” rəhbəri isə heç bir əsası olmadan vətəndaşlara ayın 6-dək möhlət qoyur. Prezidentə mətbuat vasitəsi ilə müraciət edən vətəndaşlar yazırlar: “Bu biabırçılıqdır və qanunsuzluq, dərəbəylikdir. Hansı əsasla vətəndaşın internet xətti 6-dən sonrakı tarixdə kəsilir? Abunəçi ay ərzində istədiyi zaman ödəniş etmək hüququna malikdir. Necə ki dünənə qədər belə olub. Ramin Quluzadəyə etimad göstərilir, o isə xalqa qarşı qərarlar qəbul edir, əhalini sıxışdırır. Axı əvəl belə deyildi?!”.
0 notes
ulduzorg · 4 years ago
Text
Elektron Təhlükəsizlik Xidmətindən növbəti “fişinq” hücumları barədə xəbərdarlıq!
Elektron Təhlükəsizlik Xidmətindən növbəti “fişinq” hücumları barədə xəbərdarlıq!
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları son günlərdə bankları hədəf alan “fişinq” hücumları barədə xəbərdar edir. Kiberdələduzlar “Kapital Bank”, “Unibank” və digər bankların texniki dəstək xidmətinin adından sui-istifadə edərək vətəndaşların bank məlumatlarını və digər fərdi məlumatlarını ələ keçirməyə çalışırlar. Belə ki, həyata…
Tumblr media
View On WordPress
0 notes
ulduzorg · 4 years ago
Text
“Together for safer Internet” adlı vebinar keçirilib
“Together for safer Internet” adlı vebinar keçirilib
Ölkəmizdə hər il Beynəlxalq Təhlükəsiz İnternet Günü qeyd edilir. Bu gün ilə əlaqədar ənənəvi olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “İKT LAB” İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi və “Eurodesign” şirkətinin təşkilatçılığı ilə “Together for safer Internet” adlı vebinar keçirilib. Vebinarda əsas məqsəd qlobal şəbəkədə mövcud təhdidlərlə…
Tumblr media
View On WordPress
0 notes
ulduzorg · 4 years ago
Text
Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar vebinar keçiriləcək
Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar vebinar keçiriləcək
Fevralın 9-da “Virtual məktəb”də Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar şagirdlər üçün vebinar keçiriləcək. Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, V-XI sinif şagirdləri üçün nəzərdə tutulan vebinarın məqsədi onları qlobal şəbəkədə mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaq, uşaq və yeniyetmələr arasında onlayn texnologiyalardan daha təhlükəsiz və…
Tumblr media
View On WordPress
0 notes
ulduzorg · 4 years ago
Text
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kiberhücumlarla bağlı xəbərdarlıq etdi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kiberhücumlarla bağlı xəbərdarlıq etdi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə daxil olan məlumata əsasən ölkəmizin sosial şəbəkə istifadəçilərinin hesablarına kütləvi kiberhücumlar baş verir.
Məlumata görə, hücum metodlarından birində kibercinayətkarlar “Şifrəmi unutmuşam” bildirişindən istifadə edərək istifadəçilərin mobil nömrələrinə parolu bərpa et linkləri göndərir və onların…
View On WordPress
0 notes
ulduzorg · 5 years ago
Text
Bakıda “Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri keçirilir
Bakıda “Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri keçirilir
II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, sahə üzrə yerli və beynəlxalq təşkilatların, eləcə də müvafiq sahədə lisenziya almış şirkətlərin tərəfdaşlığı ilə “Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri keçirilir.
“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə nazir müavini Elmir Vəlizadə açıb.
E.Vəliza…
View On WordPress
0 notes
ulduzorg · 5 years ago
Text
Elektron Təhlükəsizlik Xidmətinə yeni səlahiyyət verilib
Elektron Təhlükəsizlik Xidmətinə yeni səlahiyyət verilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2013-cü il 5 mart tarixli 833 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
“Report” xəbər verir ki, sənədə əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron…
View On WordPress
0 notes
ulduzorg · 5 years ago
Text
Elektron Təhlükəsizlik Xidmətinin müraciəti əsasında gizlilik qaydalarını pozan tətbiq “Google Play Store” və “App Store”dan silinib
Elektron Təhlükəsizlik Xidmətinin müraciəti əsasında gizlilik qaydalarını pozan tətbiq “Google Play Store” və “App Store”dan silinib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “Ghosty” tətbiqi ilə bağlı “Facebook” komandasına birbaşa müraciət edib.
Müraciət əsasında son günlər ölkəmizdə, eləcə də xaricdə “Instagram” sosial şəbəkəsinin istifadəçilərinin böyük narahatlığına səbəb olan, istifadəçilərin məxfilik hüquqlarını və “İnstagram”ın gizlilik qaydalarını pozan “Ghosty”…
View On WordPress
0 notes
ulduzorg · 5 years ago
Text
Ramin Quluzadə: “Əqli mülkiyyət hüquqlarının qorunması sahibkarlığın inkişaf etdirilməsinə əhəmiyyətli şəkildə təsir edir”
Ramin Quluzadə: “Əqli mülkiyyət hüquqlarının qorunması sahibkarlığın inkişaf etdirilməsinə əhəmiyyətli şəkildə təsir edir”
7 noyabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,  ABŞ-ın ölkəmizdəki səfirliyi və “Microsoft” şirkətinin təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik” mövzusunda seminar keçirilib.
Seminardan öncə nazir Ramin Quluzadə ilə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger arasında ikitərəfli görüş keçirilib. Görüşdə əqli mülkiyyət hüquqlarının qorunmasında…
View On WordPress
0 notes
ulduzorg · 5 years ago
Text
Orta məktəblərdə “Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusu müzakirə olunur
Orta məktəblərdə “Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusu müzakirə olunur
Kompüter texnologiyalarının sürətli inkişafı və internet şəbəkəsinin əhatə dairəsinin genişlənməsi ünsiyyət, inkişaf, insan həyatının asanlaşdırılması və yaşam keyfiyyətinin yüksəldilməsi istiqamətində böyük imkanlar açır. Lakin internet yalnız imkanlar toplusu deyil, həm də təhlükə mənbəyidir. Bu gün yüz milyonlarla insan internet istifadəçisidir ki, onların da böyük qismi ümumdünya “hörümçək…
View On WordPress
0 notes
ulduzorg · 5 years ago
Text
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin və “IS3S” (Information Security Solutions) şirkətinin birgə təşkilatçılığı ilə dövlət qurumlarının, bankların və özəl təşkilatların rəhbər şəxsləri və menecerləri üçün İT təhlükəsizliyin əsasları sahəsi üzrə “Kibertəhlükəsizlik: kritik risklər” adlı təlim…
View On WordPress
0 notes