#Kibertəhlükəsizlik həftəsi
Explore tagged Tumblr posts
Photo
II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək Kibertəhlükəsizlik sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin və maarifləndirmə səviyyəsinin artırılması, habelə ümummilli hazırlığın yüksəldilməsi, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması, dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərinin kibertəhlükəsizlik üzrə fəaliyyətlərinin əlaqələndirilməsi, kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində müvafiq texniki və metodiki vasitələrin yaradılması, tövsiyələrin hazırlanması və metodiki dəstəyin göstərilməsi, informasiya proseslərinin mühafizəsi və s.
0 notes
Text
Bakıda “Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri keçirilir
Bakıda “Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri keçirilir
II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, sahə üzrə yerli və beynəlxalq təşkilatların, eləcə də müvafiq sahədə lisenziya almış şirkətlərin tərəfdaşlığı ilə “Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri keçirilir.
“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə nazir müavini Elmir Vəlizadə açıb.
E.Vəliza…
View On WordPress
#fərdi məlumatlar#fərdi məlumatların mühafizəsi#GDPR#General Data Protection Regulation#Kibertəhlükəsizlik həftəsi#Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi#Rəqəmli hüquq
0 notes
Text
“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “Təhlükəsiz hökumət buludu” tədbiri keçirilib
“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “Təhlükəsiz hökumət buludu” tədbiri keçirilib
II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə “Təhlükəsiz hökumət buludu” mövzusunda tədbir keçirilib.
Məqsəd “Hökumət buludu” layihəsinin əhəmiyyəti və həyata keçirilən təhlükəsizlik tədbirlərinin ictimaiyyətə çatdırılmasıdır.
Tədbiri giriş nitqi ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Hökumət buludu…
View On WordPress
#"AzInTelecom" MMC#AzCloud#G-Cloud#Kibertəhlükəsizlik həftəsi#Kritik İnfrastrukturun və İnternetin Təhlükəsizliyi İdarəsi#Təhlükəsiz hökumət buludu#Xüsusi Dövlət Mühafizə Xidməti
0 notes
Text
“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “Hackathon” müsabiqəsinə start verildi
“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “Hackathon” müsabiqəsinə start verildi
“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Elektron Təhlükəsizlik Xidməti, Məlumat Hesablama Mərkəzi və Yüksək Texnologiyalar Parkı tərəfindən, Dövlət Radiotezliklər İdarəsinin tərəfdaşlığı ilə “Hackathon” müsabiqəsi təşkil olunub.
Bu gün Yüksək Texnologiyalar Parkında müsabiqəyə start verilib.
Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd…
View On WordPress
#Beynəlxalq Telekommunikasiya İttifaqı#C#Elektron Təhlükəsizlik Xidməti#Hackathon#java#Kibertəhlükəsizlik#Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi#Python
1 note
·
View note
Text
Ölkəmizdə ilk dəfə olaraq beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək
Ölkəmizdə ilk dəfə olaraq beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək
Kibertəhlükəsizlik sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin və maarifləndirmə səviyyəsinin artırılması, habelə ümummilli hazırlığın yüksəldilməsi üçün Azərbaycanda ilk dəfə olaraq 11 – 15 mart 2019-cu il tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.
“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində aidiyyəti…
View On WordPress
1 note
·
View note
Text
Cari ilin 2-6 mart tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil olunan II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi”nin ilk tədbiri – “Kibertəhlükəsizlik konfransı” öz işinə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, tədbir kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən əlaqəli fəaliyyətin davamı olaraq, dövlət-özəl əməkdaşlığı çərçivəsində sahə üzrə ümumilikdə 30-dan çox qurum, müəssisə və təşkilatın tərəfdaşlığı ilə keçirilir.
Konfransda çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da kibertəhlükəsizliyin təmin olunmasına dövlət səviyyəsində xüsusi diqqət ayrılır. O vurğulayıb ki, ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Bütün bunlar ölkəmizin kiberməkanının təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını şərtləndirir. Bu istiqamətdə müvafiq addımlar atılır. Nazir müavini Azərbaycanın 2008-ci ildə Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” Konvensiyasını imzaladığını diqqətə çatdırıb.
Elmir Vəlizadə kiberhücumların əsas hədəflərindən birinin də fərdi və digər konfidensial məlumatlar olduğunu vurğulayıb.
Nazir müavini bildirib ki, bu məsələlər aidiyyəti qurumlarla birlikdə hazırlanan “Azərbaycan Respublikasının 2020-2025-ci illər üçün informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə Milli Strategiyası”nın layihəsində öz əksini tapıb.
Daha sonra çıxış edən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) MDB üzrə regional direktoru Nataliya Moçu kibertəhlükəsizliyin təmin olunmasının BTİ-nin fəaliyyətində əsas istiqamətlərdən olduğunu bildirib. Ölkəmizin BTİ Şurasının üzvü olduğunu vurğulayan qurum rəsmisi deyib ki, Azərbaycan təşkilatın fəal tərəfdaşlarındandır.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti müasir dövrdə dünyada internetin getdikcə daha çox fəaliyyət sahələrinə nüfuz etdiyini söyləyib.
Qeyd edək ki, kibertəhlükəsizlik sahəsində yerli və beynəlxalq ekspertlər ilə təcrübə mübadiləsinin aparılması, müvafiq sahədə siyasəti müəyyən edən qurumlar və fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığın gücləndirilməsi, kibertəhlükəsizlik sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması “Kibertəhlükəsizlik konfransı”nın əsas məqsədidir.
“Kibertəhlükəsizlik konfransı” sual-cavab sessiyaları, ikitərəfli və çoxtərəfli görüşlər və müzakirələr, özəl-dövlət, dövlət-dövlət, özəl-özəl və s. üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün əvəzolunmaz platforma rolunda çıxış edir.
“Kibertəlükəsizlik konfransı”nda dövlət qurumlarının, özəl təşkilatların, akademik və ali təhsil müəssisələrinin, beynəlxalq təşkilatların, mobil operatorların, bankların, İKT şirkətlərinin, internet xidmət provayderlərinin və operatorlarının, diplomatik korpusların, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti və internet ictimaiyyətinin, ABŞ, Macarıstan, İsrail, Belarus, Rusiya, Hindistan və s. ölkələrin nümayəndələrindən ibarət ümumilikdə 250-dən çox səlahiyyətli şəxs və sahə üzrə mütəxəssis iştirak edir.
Konfransla paralel olaraq 15 yerli və beynəlxalq şirkətin kibertəhlükəsizlik üzrə həllərinin nümayiş etdirildiyi “Cyber Village” sərgisi keçirilir.
#gallery-0-5 { margin: auto; } #gallery-0-5 .gallery-item { float: left; margin-top: 10px; text-align: center; width: 33%; } #gallery-0-5 img { border: 2px solid #cfcfcf; } #gallery-0-5 .gallery-caption { margin-left: 0; } /* see gallery_shortcode() in wp-includes/media.php */
“Kibertəhlükəsizlik konfransı” öz işinə başlayıb Cari ilin 2-6 mart tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil olunan II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi”nin ilk tədbiri – “Kibertəhlükəsizlik konfransı” öz işinə başlayıb.
0 notes