Tumgik
#Canıyev
metbuat · 2 years
Text
Birinci Divizion:
Bu gün futbol üzrə Azərbaycan I Divizionunda 1-ci tura yekun vurulub.  Metbuat.org xəbər verir ki, ikinci oyun günündə üç oyun keçirilib. Debütantlardan “Mingəçevir” “Neftçi-2”-ni evdə qəbul edib. Azər Həşimovun baş məşqçisi olduğu komanda bakılıları darmadağın edib. Meydan sahiblərinin heyətində Sahil Həsənov het-trik edib. “İmişli” isə səfərdə “Qəbələ-2” ilə bacarmayıb. Günün paytaxtda baş…
Tumblr media
View On WordPress
0 notes
ugisie77 · 3 years
Text
Sedat Peker bahsetmişti! Salifov cinayetinde 4 gözaltı
Sedat Peker bahsetmişti! Salifov cinayetinde 4 gözaltı
Organize suç örgütü lideri Sedat Peker’in videolarında Türkiye’de gözaltına alınıp, polis cinayetine karıştığı için deport edildiğini iddia ettiği Azeri suç örgütü elebaşı Lotu Quli lakaplı Nadir Salifov’un Antalya’da bir otelde öldürülmesiyle ilgili operasyon düzenlendi. 4 ŞÜPHELİ GÖZALTINDA Salifov’un öldürülmesinin talimatını verdiği tespit edilen Namık Canıyev ve onunla birlikte hareket…
View On WordPress
0 notes
istixeber-blog · 6 years
Text
Rövşən Lənkəranskinin qardaşı Şeyx Həmzətlə görüşdü — FOTO
Rövşən Lənkəranskinin qardaşı Şeyx Həmzətlə görüşdü — FOTO
2016-cı ildə qətlə yetirilmiş azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) qarşdaşı Namiq Canıyev çeçen əsilli kriminal avtoritet Şeyx Həmzət Qastemirovla görüşüb. İstixəbər.info oxu.Az-a istinadən xəbər verir ki, baş tutmuş görüşü əks etdirən foto sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Rövşən Lənkəranskinin qətlindən sonra Şeyx Həmzət onun qisasını alacağına söz vermiş və bu…
View On WordPress
0 notes
euroasianews · 7 years
Text
Istanbul polisi məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifova (Lotu Quli ləqəbi ilə məşhurdur) qarşı sui-qəsd cəhdinin qarşısını alıb. 
Noyabrın 2-də Türkiyənin hüquq-mühafizə orqanları N.Səlifova qarşı sui-qəsdin hazırlanması barədə operativ məlumat alıblar. Türkiyəyə N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan 11 nəfərdən ibarət killer qrupu gəlib. Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində bütün qrup İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıb.
Killer dəstəsinə öldürülmüş “qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Canıyev Namiq Rafiq oğlu başçılıq edib.
Qrupa həmçinin aşağıdakı şəxslər daxil olublar: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin.
Qeyd edək ki, Lənkəranskinin qardaşı Namiq Canıyev uzun illərdir ki, gömrük orqanlarında çalışır. Hazırda Keşlə Gömrük stansiyasının rəisidir, polkovnik rütbəsi daşıyır.
Kriminal dunyasının lideri Lotu Quliyə sui-qəsd cəhdi – Lənkərənskinin qardaşı tutuldu FOTO Istanbul polisi məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifova (Lotu Quli ləqəbi ilə məşhurdur) qarşı sui-qəsd cəhdinin qarşısını alıb. 
0 notes
listeliyi · 8 years
Link
via Rövşən Lənkəranskinin adamları onları satan biznesmenlərdən qisas alırlar http://ift.tt/eA8V8J Alicənablıqla İstintaq Təcridxanasından ev dustaqlığına buraxılan mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin (Rövşən Canıyev) quldur dəstəsinin üzvləri Nijni Tagildə yeni qüvvə ilə qarışıqlıq salmağa başlayıblar. 2016-cı ilin avqust ayında təcridxanaya göndərilən qruplaşma üzvləri 2017-ci il fevral ayının əvvəlində ev dustaqlığına buraxılıblar. Bu humanist addımın atılmasına səbəb dəstə üzvlərinin 5 epizod üzrə soyğunçuluqda təqsirlərini boyunlarına alaraq istintaqla sövdələşməyə getmələri olub. Digər mənbə isə dəstə üzvlərinin azadlığa çıxmalarının səbəbini prokurorluğun və Daxili İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşları arasında təsiredici himayəçilərinin olması ilə izah edir. Həmin mənbənin dəqiqləşdirdiyi məlumata görə, qruplaşmanın 9 üzvü - Telman Vəliyev, Orxan Muradov, İlkin Əbilov, Xıdır Hacıyev, Asim Abbasov, Vidak Maskal, Şəhriyar Əliyev, Eduard Traksel və Roman Lenkov - azadlığa çıxıb. Məhkəmə istintaq təcridxanasında yalnız İsa Əbilovu saxlayıb. Qeyd edək ki, bu dəstənin üzvlərinin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Onlar quldurluqda və iş adamlarından zorakılıqla pul almaqda təqsirkar bilinirlər. Onların Nijni Tagildə törətdikləri cinayətlər barədə elə zərərçəkənlər özləri ifadə veriblər. Dəmir barmaqlıqlar arxasından buraxılan Rövşən Lənkəranskinin adamları təkcə bir neçə işi axıra çatdırmaq yox, həm də satqınları cəzalandırmaq niyyətindədirlər. Belə ki, fevralın 5-də quldurlar qəzaya uğrayan avtomobili naməlum istiqamətdə aparmaq istəyəndə yenidən həbs ediliblər. Lakin onlar sonradan Nijni Tagilin Lenin polis şöbəsindən sərbəst buraxılıblar. "Lənkəranski"nin dəstəsindən zərər çəkən biznesmenlərdən biri quldurlarla əlaqəsinin tarixindən danışıb. Özbəkistandan olan Ukukbek Nazarovun Nijni Tagildə şəxsi stamatoloji klinikası olub. Klinika ona sabit gəlir gətirib və yerli quldurların diqqətini cəlb etməyə bilməzdi. Nazarova himayəçilik təklif olunub - iş adamı bir neçə il boyunca cinayətkarlara ayda 40 min rubl ödəyib. Klinika daha uğurlu fəaliyyət göstərəndə quldurlar "xidmətləri" əvəzində 150 min rubl tələb edirlər. Nazarovun hövsələsi tükənib və himayəçilərini söyüşlə daha uzağa göndərib. Buna görə də əvəzini ödəyib. Ötən il yanvarın sonunda quldurlar onu narkotiklə uyudaraq qaçırıblar. Nazarovu zirzəmiyə gətirib uzun müddət döyüblər və 25 dərəcə şaxtada üstünə quyudan su çıxarıb töküblər. Bundan sonra biznesini iki nəfərin - Oksana Menşovanın və Əhməd Gəlməsovun adına keçirməyə məcbur ediblər. Nazarov iki gün əsarətdə saxlanıldıqdan sonra Yekaterinburq şəhəri ətrafında sərbəst buraxılıb. 2016-cı ilin yayında Menşovanı və Gəlməsovu əməliyyatçılar saxlayıblar. Qeyd etmək lazımdır ki, Nazarovdan biznesini əlindən almaq mümkün olmayıb. Ona görə ki, klinikanın ərazisi stamatoloqa məxsus deyilmiş, bu səbəbdən onun imzaladığı sənədlərin heç bir qüvvəsi olmayıb. Quldurlar mübarizəni artıq bu ilin fevralında - təcridxanadan buraxılmalarından iki gün keçməmiş davam etdiriblər. Cinayətkarlar Nazarova onun ərazisində başqa stamatoloqun işləyəcəyini elan ediblər. İş adamı çölə atılıb. İş adamının fikrincə, baş verənlərin hamısında həmin Əhməd Gəlməsovun - 2016-cı ildə onun biznesini adına yazdırmaq istədikləri şəxsin əli olub. Nazarovun klinikası hazırda işləmir, biznesmen özü isə onu incidənlərin məsuliyyətə cəlb edilməsinə cəhd göstərir. O, Vladimir Kolokoltsevə, Yuri Çaykaya, Aleksandr Bastrıkinə, hətta Vladimir Putinə ərizə ilə müraciət edib. Nijni Tagildə vəziyyət həqiqətən dəhşətli və qorxuludur.
1 note · View note
metbuat · 2 years
Text
Birinci Divizion:
Futbol üzrə Azərbaycan I Divizionunda 2022023-cü illər mövsümünə start verilib.  Metbuat.org xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub. MOİK öz meydanında “Zaqatala”nı inamla yenib. “Turan Tovuz”la “Şamaxı”nın əvəzedicilərinin görüşündə tovuzlular minimal hesabla üstün olublar. “Zirə” və “Kəpəz”in əvəzedicilərinin oyununda dörd qol qeydə alınsa da, qalib müəyyənləşməyib. “Araz…
Tumblr media
View On WordPress
0 notes
listeliyi · 8 years
Link
via "Lənkəranskinin üzünü görmüşəm..." - Rövşəni dəfn edən axund/VİDEO http://ift.tt/eA8V8J "Rövşən Lənkəranskinin üzünü görməmiş ona cənazə namazı qılınmazdı". Rövşən Lənkəranskinin cənazə namazını qılan və onu dəfn edən QMİ sədrinin Cənub bölgəsi üzrə Səlahiyyətli nümayəndəsi, Böyük Bazar "Hüseyniyyə" məsçidinin və Lənkəranın baş axundu, tanınmış ilahiyyatçı Hacı Sədi (Qəni) Axundzadə bildirib. O vurğulayıb ki, bir sıra Kütləvi İnformasiya Vasitələrində Rövşən Lənkəranskinin ölməməsi ilə bağlı yayılan məlumatlar şoudur və heç bir əsası yoxdur: "Yayılan məlumatlar dezinformasiyadır. Boş-boş şou yaradırlar. Allah Rəhmət eləsin! Siz onun dəfnində insanların izdihamını da gördünüz. Hər halda biz cənazəni, mərhumun üzünü görmədən ona namaz qılmırıq. Belə bir "məlumatların" yayılmasına da ehtiyac yoxdur". Xatırladaq ki, Azərbaycanlı "qanuni oğru" Rövşən Canıyev ("Rövşən Lənkəranski") avqustun 18-də Türkiyədə öldürülüb. "Rövşən Lənkəranski" kimi məşhurlaşan R.Canıyev İstanbulun Beşiktaş bölgəsində qaldığı hoteldən çıxdıqdan sonra onun olduğu avtomobil pusquya düşüb. Hoteldən çıxan "Range Rover" markalı, Az 90 ND 011 dövlət nömrə nişanlı maşın 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qalıb. Çarpaz atəşə tutulan avtomobil dəlik-deşik edilib. Avtomobilin içərisində olan "Lənkəranski" və adı açıqlanmayan sürücüsü ağır yaralı olaraq təcili yardımla xəstəxanaya aparılıb.
0 notes
listeliyi · 8 years
Link
via “Qanuni oğru”lar polislə qarşılaşanda… – VİDEO http://ift.tt/eA8V8J “Qanuni oğru”ların polislərə olan münasibəti “Qanuni oğru”ların polislərə olan münasibəti və onlar arasında aparılan dialoqlar həmişə maraq obyekti olub. Qanuni oğrular polislə rastlaşanda nə edir? “Vor v zakone” olduğunu etiraf edirmi? Sözügedən şəxslərin Rusiya polisi ilə rastlaşarkən apardığı dialoqların toplusunu təqdim edir. Bu videoda avqust ayında dünyasını dəyişmiş məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranski (Canıyev) də yer alıb. Videoda Rövşən öz adını və ləqəbini deməsə də, polisə “qanuni oğru” olduğunu, Bakıda yaşadığını deyir. Özünü Natiq kimi qələmə verən Lənkəranski burda qohumlarıgilə gəldiyini və “vor” olduğunu deyir. Daha ətraflı videoda:
0 notes
listeliyi · 8 years
Link
via "RÖVŞƏN LƏNKƏRANSKİ" SAĞ-SALAMATDIR" http://ift.tt/eA8V8J Kütləvi informasiya vasitələrində tanınmış azərbaycanlı avtoritet "Rövşən Lənkəranski"nin öldürülməsi barədə məlumatlar yayılıb. "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyev Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının qohumudur. Bu səbəbdən avtoritetin ölüm xəbərini dəqiqləşdirmək üçün Fəazil Ağamalı ilə əlaqə saxladıq. O, "Rövşən Lənkəraski" ilə qohumluğunu təsdliqlədi. Partiya sədrinin sözlərinə görə, xəbərlər yayıldıqdan sonra Rövşən Canıyevin qardaşı (Fəzail Ağamalının qardaşı qızı onun həyat yoldaşıdır) ilə əlaqə saxlayıb: "Dəqiqləqdirdim ki, "Rövşən Lənkəranski" sağ-salamatdır. Düzdür, onun həyatı üçün təhlükə var. Amma sui-qəsd barədə məlumatlar yanlışdır".
0 notes