Tumgik
#əmircan
xuxanov · 6 months
Text
Günel Ravilova. “Qarpızyeyənlər kəndi”, mozaika, 21x32 sm. 2023
Tumblr media
0 notes
caviddivac · 1 year
Text
Corat qutabı, yoxsa Xilə qutabı?
Dünyada bir sıra kulinariya münaqişələri mövcuddur, kulinariya münaqişələri adətən regional, etnik səviyyədə olsa da, Azərbaycanda kulinariya münaqişələrindən daha lokalına dəvə qutabı nümunəsində rast gəlinir:
Corat qutabı, yoxsa Xilə qutabı?
Tumblr media
Ölkəmizdə coğrafi indikasiyalı kulinariya nümunəsi olan bu qutablar bir-birindən təxminən 30 km məsafadə yerləşən Abşerondaxili iki yaşayış məntəqəsini təmsil edir. Bu bu baxımdan maraq doğurur.
Xilə – Bakı kəndlərindən biri olan Əmircanın digər, daha qədim adıdır. Bu qədim kənd rəsmi olaraq Əmircan adlansa da, bu gün də alternativ olaraq Xilə adı ilə tanınır. Hazırda əksərən ticari məqsədlər üçün kəndin bu qədim adından istifadə edilir. Kənd Abşeron yarımadasının mərkəzində yerləşir.
Sözügedən qutab maraqlıdır ki, Əmircan adı ilə yox, məhz bu adla - Xilə adıyla tanınır. Kəndin adının Əmircan kimi adlanmasına XIV əsrdən etibarən başlanıldığı güman edilir. Qutabın xalq şüurunda Xilə adı ilə adlandırılması bu mənada bir neçə yüzillik tarixdən xəbər verə bilər.
Corat isə Abşeron yarımadasının şimal-qərbində Xəzərin sahilində yerləşən qədim kənddir. Keçmiş Bakı qəzasına daxil olan bu kənd hazırda Sumqayıt şəhəri tərkibindədir. Əminliklə demək olar ki, bu kəndin adını daşıyan qutab Xilə qutabından daha çox şan-şöhrət qazanmışdır.
Hər iki qutab orijinalda dəvə ətindən təndir, və yaxud sobada hazırlanmalıdır. Lakin buna baxmayaraq ölkədə dəvəçilik təsərrüfatlarının az inkişaf etməsi səbəbindən tələbi qarşılamayan dəvə əti yerinə əksərən mal ətindən istifadə edilir. Deyilənə görə bəzən mal ətini dəvə əti əvəzedicisi olması üçün maxinasiya məqsədi ilə mal ətinə şəkər tozu qatıldığından ölkədə çox adam dəvə ətinin şirin dadı olduğunu hesab edir. Bir sözlə hər şeyə rəğmən arasında ciddi bir fərq olmayan bu iki qutab, buna baxmayaraq kiçik kulinariya münaqişəsi yaradır.
Coratlılar hesab edir ki, Xilə qutabı Corat qutabının törəməsidir. Onlar Xiləyə gəlin köçən coratlının Corat qutabını bişirməsindən sonra Xilədə də bu qutabın yayılmağa başladığını iddia edirlər. Maraqlıdır ki, eyni iddianı əks istiqamətdə əmircanlılar da edir. Onlar isə hesab edir ki, xiləli gəlinin Corata gəlin köçməsi nəticəsində bu qutabın Coratda da bişirilməsinə başlanılmışdır. Bu şifahi xalq nəzəriyyəsi kulinariya nümunələrinin digər ərazidə yayılmasının səbəbini sadə bir dildə göstərməsi baxımından da maraq doğurur: Gəlin köçlərinin kulinariyaya təsirləri
Coratlı və xiləlilərin bir-birlərinə qarşı iddiaları bu videoda əksini tapmışdır
Bugün Corat qutabı turizmi Azərbaycan qastro-turizm nümunəsi kimi uzun illərdir Abşeronun şimal sahilləri, Sumqayıt rivierası boyunca yerləşən restoranların fəaliyyətinə müsbət təsirini göstərməkdədir. Xəzər dənizi sahili boyunca yerləşən kafe və restoranlar uzun illərdir menyularında Corat qutabını təqdim edərək, Bakıdan və digər yerlərdən özlərinə müştərilər cəlb edirlər. Corat qutabı Azərbaycan mətbəxi nümunəsi kimi ölkə kənarında Azərbaycan restoranlarının menyusunda da özünü göstərir.
Tumblr media Tumblr media
Xilə qutabı isə daha az tanınır və yalnız Əmircan qəsəbəsində yerləşən "Kafe Xilə" adlı kafedə müştərilərinə təqdim edilir.
Tumblr media
Kafe Xilədə Xilə qutabı (16.07.2023)
Tumblr media
Kafe Xilə. "Qutablar, Xilə qutabı"
0 notes
sacriabagsatelier · 2 years
Photo
Tumblr media
Baku Bag🌆 Regions of Azerbaijan Collection🇦🇿 Designed and made by Sacria Atelier✨ 🔸 Bu naxışlar Bakı xalçaçılıq məktəbinin Əmircan kəndində XVIII əsrdə toxunmuş maraqlı Xilə-Əfşan adlı xalçanın ilhamı ilə yaradılmışdır. “Əfşan” sözünün mənası “səpələnmə”, “çiləmə”, “rəngli”. Xilə sözü Əmircan kəndinin köhnə adıdır. Bu kompozisiyanın naxışları kifayət qədər mürəkkəb həndəsi quruluşa malikdir və “Nəlbəkigül”, “Balıq”, “Qaracadağ” kimi xalçaların kompozisiyalarına bənzəyir. Bu bölgəyə xas olan rəng palitrası əsasən Abşeron rayonunun flora və faunasının rənglərini - sarı, narıncı, qəhvəyi və mavi tonları əks etdirir. • 🔸 These patterns were created under the inspiration of a carpet with the interesting name Xila-Afshan, woven in the 18th century in the village of Amirjan, of the Baku carpet weaving school. The meaning of the word "afshan" is "scatter", "spray", "variegated", and in the countries of the Middle East. The word Khila is the old name of the village Amirjan. The patterns of this composition have a rather complex geometric structure and are similar to the compositions of such carpets as "Nalbekigul", "Balig", "Garajadag". The color palette inherent in this region mainly reflects the colors of the flora and fauna of the Absheron region - yellow, orange, brown and blue tones. • 🔸 Эти узоры были созданы под вдохновением ковра с интересным названием Xila-Afshan, сотканного в 18 веке в современном поселке Амирджан, Бакинской школы ковроткачества. Значение слова «афшан» — «рассыпать», «распылять», «пёстрый». Слово Хила - это старое название поселка Амирджан. Узоры этой композиции имеют довольно сложную геометрическую структуру и сходны с композициями таких ковров «Нальбекигюль», «Балыг», «Гараджадаг». Цветовая палитра присущая данному региону приемущественно отражает цветовую гамму флоры и фауны Абшеронского региона - желтые, оранжевые, коричневые и синие тона. • • • #baku #azerbaijan #bag #handbag #clutchbag #leatherbag #bagoftheday #bagaddict #bagslover #designerbags #fashiondesigner #ethnicstyle #orangeisthenewblack #sacriabags #sacriaatelier #luxurystyle (at Baku, Azerbaijan) https://www.instagram.com/p/ClOlZqXSsT3/?igshid=NGJjMDIxMWI=
0 notes
mnfva · 4 years
Text
Rəhim Xan acı-acı güldü.
- Onda Hüməyra və mən bütün dünyaya qarşı idik. Və sənə deyim ki, Əmircan: sonda həmişə dünya qalib gəlir. Dünyanın gərdişi belədir.....
39 notes · View notes
aiselibrahim · 4 years
Text
Bu gün, sabah deyə-deyə o qədər şeyi təxirə salmışam ki, indi - mövcud vəziyyətdə nə qədər istəsəm də edə bilmirəm. Xəyallarımda həmişə getməyi düşündüyüm Abşeron bağlarında gəzmişəm, Xəzərin sərt qayalara çırpılan dalğalarına toxunmuşam. Səttar Bəhlulzadənin məzarını ziyarət edib Əmircan insanını tanımışam. Saatlarla Qara Qarayevin evində oturub, İçərişəhərdə Bakı paxlavası ilə çay içmişəm. Ara-sıra ata yurduma baş çəkmişəm, Qarabağlar türbəsininin əzəmətinə tamaşa etmişəm, Əlincə qalası ilə Naxçıvanın quraq, yandıran istisində ən yüksəyə qalxmışam. Bəhruz Kəngərlinin rəsmlərinə baxıb keçmişə kiçik səfər etmişəm. Hər şeyi etmişəm, amma xəyallarımda.
Peşmanam, bütün bunları təxirə saldığım üçün çox peşmanam. 
27 notes · View notes
Video
SATILIR.görüntünü BƏYƏNİB KAYD Edərdiniz 🤗. BİLDİRÇİN BALALARI SATIŞI İSTƏNİLƏN GÜNLÜK. #binesaxvoz#8mikrorayon#xırdalan #xirdalanda#binekendi#zabrat #koroglu#binekendi#nefciler #xalqlardostlugu#ramanaqesebesi#bildircinyumurtasi#qaraçuxur#əmircan#qaraqarayev#nerimanov#genclikmall#28moll#baki#bakililar#bakikendleri#bakinin32kendi#ovquşlari#musviqabad #buzovna#ramana#suraxani#sabuncu#zig#zirə#buzovna#balaxani (Binç?, Bakı, Azerbaijan) https://www.instagram.com/p/CCN5K39HGI3/?igshid=19704jko8e1wj
0 notes
Photo
Tumblr media
8 may 1992-ci ildə yəhudi əsilli Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı Albert Aqarunovun şəhidlik zirvəsinə ucaldığı gündür. Allah bütün Qəhramanlarımıza rəhmət etsin inşallah. Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Çox erkən yaşlarından musiqilə maraqlanırdı. Musiqi məktəbində nəfəs aləti truba sinfini bitirmişdi. Qardaşı Rantik Aqarunovun xatirələrindən: " Onun yeganə sevmədiyi, hətta deyərdim ən nifrət etdiyi şey – aqressiya və özündən zəiflərə qarşı təhqiredici münasibət idi." Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib. Hərbi xidmətə gedənə qədər işləyib, ailəsinə kömək edirdi. 1987-ci ildə Aqarunov Gürcüstanda hərbi xidmətə çağırıldı və xidməti dövründə tank komandiri oldu 1989-cu ildə ordu sıralarından tərxis olunaraq Bakıya dönərək Suraxanıda maşınqayırma zavodunda işləyib. Şuşaya gedən yol. Albert Aqarunov Qaqik Avşaryanı tankla burda vurmuşdur. Qarabağ müharibəsi başlayarkən, Aqarunovun evə gəlib cəbhəyə könüllü yazılması xəbərini ailəsinə bildirməsi ailəsində ani çaşqınlıq yaratmışdı. Onun ailə üzvləri bu xəbəri birmənalı qarşılamadı. Onun ailəsi erkən yaşda Aqarunovun həyatını riskə atmasını istəmirdi və dolayısı yolla onu müharibəyə getmək fikirdən çəkindirməyə çalışsa da, Aqarunov cəbhəyə yollandı. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. 1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan "fəxri" erməni bayrağı verilmişdi.[5] Bu tankın komandiri erməni tankçısı olan Qaqik Avşaryan idi. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsində məhv edilir. Ermənilər Birinci Qarabağ müharibəsindən sonra Avşaryanın yanmış T-72 tankının bərpa edib, onu tünd yaşıl rəngə boyayıb, onun 442 nömrəsini ağ rənglə gövdəsində yazıb, təpənin https://www.instagram.com/p/COmMHgIB2s6/?igshid=ixg32p5uhm14
0 notes
yeniemlak · 4 years
Photo
Tumblr media
Satılır 67000 AZN Menzil / Köhnə tikili 3 otaq 60 m2 5 / 1 Mərtəbə Kupçalı Ev Suraxanı rayonun əmircan qəsəbəsində maşınqayırma zavodun arxasında yerləşir ! Ev daş ilə tikilən evdir ! Gazı və işığı daimi var! Təzə su sisteminə goşulub. Əlavə olaraq 4 tonluq su cəni var ! Evdə kombi sistemi quraşdırılıb 📌 Suraxanı rayonu Bülbülə qəs. metro. Koroğlu 📲 0514108661 (Ətraflı məlumat bu nömrə ilə əlaqə saxlayın) Elan no 197295 (Elanın linki üçün Directə yazın) Ətraflı ➡ https://yeniemlak.az/elan/197295 @yeniemlak.az #satilir #ev #menzil #bina #inşaat #tecili #yeni #dasinmaz #gayrimenkul #emlak #elan #reklam #bakı #azerbaycan #house #baku #azerbaijan #aztagram #instagram #realestate #forsale #sale #property #Недвижимость #realty #продажа #instahome #instagood #Азербайджан https://www.instagram.com/p/CAsjrGmF6DP/?igshid=1ie1elcam03ko
0 notes
todaysazerbaijan · 5 years
Text
Aeroport yolunda zəncirvari qəza: Beş avtomobil toqquşdu, tıxac yarandı - FOTO
Aeroport yolunda zəncirvari qəza: Beş avtomobil toqquşdu, tıxac yarandı – FOTO
Bakıda zəncirvari yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Ramana körpüsü, Hava limanı istiqamətində Bülbülə-Əmircan döngəsi yaxınlığında olub.
Hadisə nəticəsində beş avtomobil toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hadisədən sonra ərazidə tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Tumblr media Tumblr media
Todays.az
View On WordPress
0 notes
Text
Abbaskulu Ağa Bakıhanov
Abbasqulu ağa Bakıxanov' (tam adı: Bakıxanov Abbasqulu Mirzə Məhəmməd oğlu, Qüdsi; d. 21 iyun 1794, Əmircan, Bakı – ö.  1847, Məkkə) — Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçi.[1]
XIX əsr Azərbaycan maarifçilərindən biri olan Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur. "Qüdsi" təxəllüslü ilə Azərbaycan, ərəb və fars dillərində şeirlərin müəllifidir. Qubada "Gülüstan" adlı elmi-ədəbi məclisin (1835) təşkilatçılarından biri olmuşdur.
1820-1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Gülüstan (1813) və Türkmənçay müqavilələrinin (1828) imzalanmasında tərcüməçi kimi iştirak etmişdir.
Abbasqulu ağa Bakıxanov 1794-cı il iyun ayının 21-də Bakının Əmircan (Əmirhacıyan) (köhnə adı Xilə) kəndində varlı bir ailədə anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov səkkiz yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı kəndlərində keçirmişdir. 1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Əmsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək Qubada, Əmsar kəndində yaşamış, yarımçıq qalan təhsilini davam etdirmişdir. Burada o ərəb və fars dillərini mükəmməl öyrənmiş, bu dillərdə yazılmış xeyli ədəbiyyat oxumuşdur. Şərq dilləri ilə yanaşı ədəbiyyat, ilahiyyat və fəlsəfəni mükəmməl öyrənməyə səy göstərmişdir.[2]
General
İ.F.Paskeviçin
İran şahzadəsi
Abbas Mirzə
ilə görüşü.Deh-Harreqan,
1827-ci il
. A.Bakıxanov bu görüşdə tərcüməçi kimi iştirak etmişdir.
1819-cu ildə Bakıxanov o zamankı Qafqazın baş hakimi general A.Yermolovun dəvəti ilə Tiflisə gəlib Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri üzrə tərcüməçi vəzifəsinə qəbul olunmuş və 26 il bu vəzifədə çalışmışdır.[2] Tiflis mühiti, Avropa və rus şair və ziyalıları ilə görüş onun dünyagörüşündə dərin iz buraxmışdır. Həmçinin, burada o A.S.Qriboyedovla tanış olmuşdur; həttə sonuncu öz əsərlərinin ilkin variantını A.Bakıxanova oxumuşdur. Həmin dövrdə Tfilsdə yaşamış alman şairi Fridrix Bodenştedt özünün "Şərqdə min bir gün" adlı əsərində A.Bakıxanov yaradıcılığına yüksək qiymət verir.
A.Bakıxanov A.S.Qriboyedov, F.Bodenştedt, Fazil xan Şeyda, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə və başqaları ilə dostluq etmişdir. O, 1827-ci ildə Cənubi Azərbaycanda olmuş[2], 1833-1834-cü illərdə Varşavada və Peterburqda yaşamış, rus şairi A.S.Puşkinin ailəsi ilə tanış olmuşdur.[3] 1835-ci ildə Qubaya qayıdaraq elmi və ədəbi yaradıcılığını davam etdirməklə yanaşı "Gülüstan" adlı ədəbi məclis yaratmışdır.
Bir jurnalist kimi o, "Tiflisskiye vedomosti", "Zakavkazskiy vestnik", "Kavkaz" qəzetlərinin fəaliyyətində iştirak etmişdir.
Ömrünün sonlarında o, Yaxın Şərqi səyahətə çıxmışdır. 1847-ci ildə Abbasqulu ağa Bakıxanov Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəba xəstəliyinə tutulub vəfat etmiş və həmin yerdə dəfn olunmuşdur.
A.Bakıxanovun Varşavada olarkən yazdığı "Meraci-xəyal" ("Xəyalın uçuşu"),"Məclisi-firəng" ("Firəng məclisi") poemaları xüsusi əhəmiyyət kəsb edir. Fars dilində yazılmış bu poemalar avtobioqrafik səciyyə daşıyır. Onlar öz məzmununa, bədii strukturuna, dil və üslub xüsusiyyətlərinə görə klassik Şərq ədəbiyyatında geniş yayılmış "Şikayətnamə"ləri, "Ərzi-hal"ları xatırladır. Qüdsi bu poemalarında Varşavadakı həyat tərzini, məşğuliyyətini, mənəvi-əxlaqi düşüncə, axtarış və iztirablarını və nəhayət, Şərq və Qərb dünyası barədə görüşlərini təqdim etmişdir.[5]
Yaradıcılığının ilk illərində onun dünyagörüşü üçün dini sxolastika və mistika səciyyəvi idisə, bu əsərlərinə dini mistikadan çox uzaqlaşır.
A.Bakıxanov "Firəng məclisi" poemasında həyat təcrübəsi çox məhdud olan bir gənc zadəganın günlərini əyan məclislərində, eyş-işrətlə keçirən, sərbəst, mənasız həyat sürən ərli gözəl bir xanıma aşiq olması, onun uğursuz məhəbbət macəraları, keçirdiyi hiss və həyəcanları, mənəvi iztirabları romantik üslubda əks olunub. Poemalarından aydın görünür ki, o, Avropa zadəgan təbəqələrində hökm sürən sevgi, ailə münasibətlərini, əxlaq normalarını bəyənməmişdir. Lakin o, Avropa zadəgan təbəqələrinin məişətini və adət-ənənələrini təsvir edərkən tünd satirik boyalara müraciət etməmişdir. O, belə hesab edirdi ki, hər bir xalqın özünəməxsus həyat tərzi, adət-ənənələri, əxlaq normaları vardır və onlar həmin xalq üçün xoşdur, əzizdir.[5]
Şair "Firəng məclisi" poemasını mənalı, ibrətamiz bir sonluqla bitirir:
Həqiqət axtarana lazımdır möhkəm dəlil, Haqqı rədd ya qəbulla anlamaq mümkün deyil. Yaxşıya da pisədə bir pərdə çəkilmişdir Özgəyə ayıb tutmaq özü də ayıb işdir. Təsəvvürdə, təftişdə zənn etmə düz yoldasan, Təkcə sən öz əqlinə arxalanma heç zaman. Ağılla dərk edirik nöqsan cəhətləri biz, Nöqsanını dərk edən ağıllıdır şübhəsiz.
— "Firəng məclisi"
"Xəyalın uçuşu" poemasında isə şair Rusiyanı səyahət edərək Lehistana (Polşaya) getməsindən və bir neçə ay Varşavada yaşayaraq şəhərin ağıllı, savadlı, mötəbər dövlət nümayəndələri və alimləri ilə tanış olmasından, yüksək zadəgan məclislərində iştirak etməsindən bəhs edir. Polşanın baş hakimi vəzifəsində çalışan Paskeviçi yüksək ləyaqətə malik olan dövlət xadimi kimi tərifləyir, polyak zadəgan xanımlarının gözəlliyinə məftun olduğunu bildirir.[5]
Şair Varşavada maraqlı, mədəni bir mühitə düşməsinə baxmayaraq buradakı həyatından, taleyindən razı deyildir. O, burada mənəvi rahatlıq tapa bilməyib, ağır mənəvi iztirablar keçirir. A.Bakıxanov Varşavada keçirdiyi bu daxili mənəvi təlatümü, ruhi sıxıntıları əsərdə maraqlı bir şəkildə əks etdirmişdir.[6]
Poemada öz doğma diyarının, kəndinin parlaq, əlvan, romantik boyalarla təsvir və tərifini verən şair bu əsərini vətənpərvər misralarla bitirir:
Bir əhd etdim xəyalıma bu axşam, Bu səfərdən əgər mən sağ qayıtsam, O guşədə sakit qərar tutaraq, Yaşayaram qovğalardan mən uzaq. Qalan ömrü keçirərəm firavan Şükr edərəm Allahıma hər zaman. Qüdsi, xoşdur Əmsar adlı məskənin, Şəhərlərdən çox üstündür öz kəndin.
1 note · View note
xuxanov · 6 months
Text
Qəyyur Yunus. “Əmircan mənzərəsi” (Şəmsi Əsədullayev məscidi), kətan, yağlı boya. 2003
Tumblr media
1 note · View note
yenigence · 4 years
Link
Paylaşdı: Yeni Gəncə
0 notes
sacriabagsatelier · 2 years
Photo
Tumblr media
Baku Bag Regions of Azerbaijan 🇦🇿 collection Designed and made by Sacria Atelier✨ Vətənimiz - Sənətimizdir!💙❤️💚 Bu naxışlar Bakı xalçaçılıq məktəbinin Əmircan kəndində XVIII əsrdə toxunmuş maraqlı Xilə-Əfşan adlı xalçanın ilhamı ilə yaradılmışdır. “Əfşan” sözünün mənası “səpələnmə”, “çiləmə”, “rəngli”, Yaxın Şərq ölkələrində isə dekorativ sənətdə işlənən müstəqil ornamental kompozisiyanın adıdır. Divar və plafondların rənglənməsi, eləcə də xalçaçılıqda “Əfşan” kompozisiyası mürəkkəb konstruksiyaya malik spiralvari budaqlardan ibarətdir. Xilə sözü Əmircan kəndinin köhnə adıdır. Bu kompozisiyanın naxışları kifayət qədər mürəkkəb həndəsi quruluşa malikdir və “Nəlbəkigül”, “Balıq”, “Qaracadağ” kimi xalçaların kompozisiyalarına bənzəyir. Bu bölgəyə xas olan rəng palitrası əsasən Abşeron rayonunun flora və faunasının rənglərini - sarı, narıncı, qəhvəyi və mavi tonları əks etdirir. • Эти узоры были созданы под вдохновением ковра с интересным названием Xila-Afshan, сотканного в 18 веке в современном поселке Амирджан, Бакинской школы ковроткачества. Значение слова «афшан» — «рассыпать», «распылять», «пёстрый», а в странах Ближнего Востока так называется самостоятельная орнаментальная композиция, которая применяется в декоративном искусстве. В росписи стен и плафонов, а также в ковроделии композицию «Афшан» составляют ветки спиралевидной формы сложного строения. Слово Хила - это старое название поселка Амирджан. Узоры этой композиции имеют довольно сложную геометрическую структуру и сходны с композициями таких ковров «Нальбекигюль», «Балыг», «Гараджадаг». Цветовая палитра присущая данному региону приемущественно отражает цветовую гамму флоры и фауны Абшеронского региона - желтые, оранжевые, коричневые и синие тона. • • • #baku #azerbaycan #bag #designerbags #handbag #clutchbag #ethnicdesign #fashionart #bagaddict #bagslover #bagoftheday #fashionbag #trending #bagsofinstagram #bakubag #sacriabags #sacriaatelier (at Baku, Azerbaijan) https://www.instagram.com/p/CkFL6B3yC_d/?igshid=NGJjMDIxMWI=
0 notes
listeliyi · 8 years
Link
via ƏHALİNİN NƏZƏRİNƏ: Bayramda ucuz bazarlar bu ünvanda olacaq http://ift.tt/eA8V8J Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərində satış yarmarkaları təşkil ediləcək. Kənd Təsərrüfatı Nazirliyindən məlumata görə, 16-19 mart tarixlərində fasiləsiz olaraq 4 gün müddətində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub. Yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunacaq: Bakı şəhəri üzrə: Xətai rayonu: -Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı Nərimanov rayonu: -Keşlə bazarının ərazisi; Səbail rayonu: -Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası Suraxanı rayonu: -Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı Binəqədi rayonu : -Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı. Sumqayıt şəhəri üzrə (2 yerdə): -12-ci mikrorayon -köhnə avtovağzalın yanı Bildirək ki, yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.
0 notes
sacriabagsatelier · 2 years
Photo
Tumblr media
Baku Bag🌇 Regions of Azerbaijan Collection by Sacria Atelier 🔸Bu naxışlar Bakı xalçaçılıq məktəbinin Əmircan kəndində XVIII əsrdə toxunmuş maraqlı Xilə-Əfşan adlı xalçanın ilhamı ilə yaradılmışdır. “Əfşan” sözünün mənası “səpələnmə”, “çiləmə”, “rəngli”, Yaxın Şərq ölkələrində isə dekorativ sənətdə işlənən müstəqil ornamental kompozisiyanın adıdır. Divar və plafondların rənglənməsi, eləcə də xalçaçılıqda “Əfşan” kompozisiyası mürəkkəb konstruksiyaya malik spiralvari budaqlardan ibarətdir. Xilə sözü Əmircan kəndinin köhnə adıdır. Bu bölgəyə xas olan rəng palitrası əsasən Abşeron rayonunun flora və faunasının rənglərini - sarı, narıncı, qəhvəyi və mavi tonları əks etdirir. • • 🔸These patterns were created under the inspiration of a carpet with the interesting name Xila-Afshan, woven in the 18th century in the village of Amirjan, of the Baku carpet weaving school. The meaning of the word "afshan" is "scatter", "spray", "variegated", and in the countries of the Middle East, this is the name of an independent ornamental composition, which is used in decorative art. In the painting of walls and plafonds, as well as in carpet weaving, the composition "Afshan" is made up of spiral-shaped branches of a complex structure. The word Khila is the old name of the village Amirjan. The color palette inherent in this region mainly reflects the colors of the flora and fauna of the Absheron region - yellow, orange, brown and blue tones. • • 🔸Эти узоры были созданы под вдохновением ковра с интересным названием Xila-Afshan, сотканного в 18 веке в современном поселке Амирджан, Бакинской школы ковроткачества. Значение слова «афшан» — «рассыпать», «распылять», «пёстрый», а в странах Ближнего Востока так называется самостоятельная орнаментальная композиция, которая применяется в декоративном искусстве. Цветовая палитра присущая данному региону приемущественно отражает цветовую гамму флоры и фауны Абшеронского региона - желтые, оранжевые, коричневые и синие тона. • • • #SACRIAAtelier #luxurybag #bag #clutch #baku #fashion #designerbags #handbag #handmade #sacriabags #shoulderbag #instabaku #leatherbag (at Baku, Azerbaijan) https://www.instagram.com/p/CiAxZKkDmNn/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
EMİN VƏ MEHMANIN ANASI NƏ ÜÇÜN ERMƏNİ QƏBİRLƏRİ ARASINDA BASDIRILIB? BU, NƏYƏ İŞARƏDİR? AzNews.az portalının müxbiri adını dəyişdirmiş erməni mənşəli Firəngiz Hüseynova - Bədirzadənin, yəni Yevgeniya Qriqoryevna Ovanesovanın, yəni Emin və Mehman Hüseynovların anasının dəfn edildiyi qəbiristanlıqla maraqlanıb. Ovenesova 2018-ci ilin avqustunda Suraxanı rayonunun Əmircan qəsəbəsi yaxınlığında yerləşən və camaat arasında “Tatar qəbiristanlığı” adlanan məzarlıqda dəfn olunub. Aşkar edilib ki, sonradan “Firəngiz” adı götürmüş Yevgeniya Qriqoryevna Ovanesova “Tatar qəbiristanlığı” kimi tanınan məzarlığın ermənilər dəfn olunan hissəsində basdırılıb. Həmin məzarlıqda xeyli sayda və kompakt şəkildə erməni qəbirləri var, Ovanesovanın son mənzili də məhz həmin hissədədir. Qəbirdə diqqət çəkən bir neçə məqam var. Birincisi odur ki, mərhumənin adı Firəngiz deyil, “Frəngiz” kimi göstərilib. Bu isə öz növbəsində yayılan sənədlərin doğruluğunu təsdiq edir. Bundan əlavə, qəbir daşında göstərilən doğum tarixi də həmin sənədlərlə üst-üstə düşür. Ən düşündürücü məqam isə odur ki, başdaşına soyad həkk olunmayıb. İkincisi, qəbrin üstünə mərhumənin olduqca gənc şəkli vurulub. Bu isə yaşlandığı dövrdə simasında getdikcə daha çox özünü biruzə verən erməni cizgilərini gizlətməyə imkan verir. Nəhayət, “Frəngiz İbrahimqızı”, yəni Yevgeniyanın sinə daşına Azərbaycan bayrağı həkk olunub ki, bunu da iz azdırmağa daha bir cəhd hesab etmək olar. https://www.instagram.com/p/CCYIDt_hBLn/?igshid=rk2fanez2i0z
0 notes