#Şinski
Explore tagged Tumblr posts
xuxanov · 3 months ago
Text
Tumblr media
▫️
Sevdiyim Çəkmələrlə:
Bu özgörsəmim dəyil!
- Xu Xanov
Öz içimdən süvay heç bir yerdə yaşamadım. Nə bizdə, nədə halvaçı tükanında! Parisi istərdim gedəm görəm, görəcəyim biri olmadı orayada gedəmədim. Nədənsə ordakı sevgililər daha çox fotojenik olurlar deyərdi bizim göy qara saçlı Şinski Xanım. Parisə varmadan dedim elə dönüm öz Hacı Nazim dərbəndimizə* gedim girim içimdə uçan şəhərlə dalım.
-Dadalar ölüb getdilər bir mən qaldım!
Nə deyim? Bu dişlər məni dovşanladılar. Sizin gülməniz yapışır biləmə. Başınızdakı yapışqan ulduzlar yapışırlar biləmə. Bu balıq quyruqlu Kölgə ha belə. Modernçilərin evində mənim kimin birisinin az şəkərli türk qəhvəsinin içməsi yapışır biləmə!
Düdüdümün* tilfunnamasında gör kimin adı görünür; Rəhmətlik Abbasın*! Dönüb gedim Abbas gillərin küçələrində dolanım bir az bəlkə bu mızı darıxmaq püflənsin getsin. Getdim, getdimdə gəl gör ki Küçədə getmişdi göy��, evlərdə. Ayı bir tapdım məkə* kimin, pıttı pıttı suda pişmiş yeməli sarı. Hən birdə bu mor börklü ağ saqqallı kəman çalan uzaylını, cibimi ovcuna boşaltdım Dovşanların cazı başladı!
- Öyüncənə bu da bizim gecəmizin Lorı fantezisi!
▪️
Alt yazı:
* Dərbənd: Küçə, Sokak.
* Düdüd: Maşın, Araba, İng: Car, Automobile.
* Abbas Səffarı: Çağdaş İran Fars Şairi
* Məkə: Mısır, Qarğıdalı.
* Şairin Anası dilində: gəl gör ki, gəl bax.
—-
Art by : John Byrne (British, 1940-2023), Ceci n’est pas un auto-portrait [This is not a self-portrait], 2003. Oil and mixed media, 78 x 72 cm.
——-
0 notes