#zərərli informasiya
Explore tagged Tumblr posts
Text
Elektron Təhlükəsizlik Xidmətinə yeni səlahiyyət verilib
Elektron Təhlükəsizlik Xidmətinə yeni səlahiyyət verilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2013-cü il 5 mart tarixli 833 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
“Report” xəbər verir ki, sənədə əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron…
View On WordPress
#Elektron Təhlükəsizlik Xidməti#Nəqliyyat Rabitə v�� Yüksək Texnologiyalar Nazirliyi#Prezident İlham Əliyev#zərərli informasiya
0 notes
Photo
Sosial şəbəkələrdə həyatın ən real təsviri aşağıdakı şəkildir. Sosial şəbəkələrə aludəçilik, insanı reallıqdan, reallıq hisslərindən uzaqlaşdırır! Sosial şəbəkələr, məlumat kirliliyinin artmasında bir başa rol oynayır, zərərli fikirə, təhqirə, qərəzli təbliğata, yanlış ictimai yönləndirməyə, manipulasiyaya şərait yaradır. Cəmiyyətin böyük hissəsinin öz vaxtının böyük hissəsini sosial şəbəkələrdə keçirdiyini düşünsək, kütləvi şüur zəhərlənməsindən, zəhərli informasiya şüalanmasından danışmaq mümkündür. Eyni zamanda, vaxt israfıyla yaranmış depressiv vəziyyət, özünü sübut cəhdi və digər kompleksiv hərəkətlər, fərdlərin enerjisini tükətir, real həyatdan və həqiqilikdən uzaqlaşdırır və yoxluq bataqlığına sürükləyir. Qarşılıqlı məlumat paylaşımı və interaktiv müzakirə platformunun fəaliyyətini təmin etmə və bundan faydalanmaq əvəzinə, sosial şəbəkələrin çoxtərəfli təbliğat alətinə çevrilməsi, gələcəkdə, yaşadığı ölkənin cəmiyyətindən və dəyərlərindən qopuq müxtəlif kütlələri formalaşdıracaq. https://www.instagram.com/p/CdaknmEDLYm/?igshid=NGJjMDIxMWI=
0 notes
Link
via Getdikcə bu HALA DÜŞƏCƏYİK: baş yekələcək, dəri və saç rəngi dəyişəcək, orqanlar... - FOTO http://ift.tt/eA8V8J İnsanın gələcək inkişafı ilə bağlı müxtəlif versiyalar mövcuddur. Alimlər bu mövzu üzərində müxtəlif istiqamətli araşdırma apararaq insanlığın haradan gəlib, hara getdiyini müəyyən etməyə çalışırlar. Bəziləri Darvin nəzəriyyəsini əsas götürərək inkişafın davam edəcəyini, bəziləri isə əksini düşünür. London Universitetinin professoru Stiv Consun fikrincə, artıq təkamül nəzəriyyəsi həyatımızda əhəmiyyətli rol oynamır. Onun sözlərinə görə, milyon illər əvvəl yaşamış insanlar arasında ən güclüləri sağ qalıb. Lakin bədənimizin inkişaf edəcəyi də bir ehtimaldır. Nəzəriyyəyə görə, heyvanlar təcrid edildikləri zaman daha sürətlə inkişaf edirlər. XXI əsrdə insanların təcrid olunması real deyil. Ancaq istisna da edilmir. Texnologiyanın inkişafı əslində insanları əvvəlkindən daha çox cəmiyyətdən uzaqlaşdırır. Dərinin rəngi dəyişəcək Yel Universitetinin professoru Stiven Sterns bildirir ki, gələcəkdə insanların dərisinin rəngi belə, dəyişəcək. Hətta çilli və mavi gözlü insanları tapmaq nadir bir şey olacaq. 2002-ci ildə aparılmış tədqiqatlara görə, ABŞ-da ağdərililərin 1/6-i yalnız mavi gözlü olub, 100 il əvvəl isə əhalinin yarısının göz rəngi mavi imiş. Proqnozlara görə, amerikalıların rəngi və saçı tündləşəcək. Lakin ağ dərili, sarışın insanlar da qalacaq. Planetdə ən çox dəyişiklik məhz ABŞ-da müşahidə ediləcək. Lakin bu o demək deyil ki, digər ölkələrdə insanlar olduğu kimi qalacaq. Alimlər bildirir ki, Yer kürəsi böyük bir qazana bənzəyir və tədricən biz hamımız braziliyalılara bənzəyəcəyik. Gələcəkdə insanlar dərilərini dəyişmək üçün süni üsullar əldə edəcəklər. Bu isə bir sıra üstünlüklər verəcək, ilk növbədə irqi ayrı-seçkilik aradan qalxacaq. Boy artımı İbtidai insanlar 160 sm boya malik idilər. Əsrlər keçdikcə insan boyunda artım qeydə alınır. Bu artım həm də insanların qidalanması, təbii amillərdən asılıdır. Əlbəttə, hazırda minerallar, vitaminlər və zülallarla qidalanmanın pis olduğu bölgələrdə bu trend müşahidə olunmur, amma dünya ölkələrinin əksəriyyətində insanlar artmağa davam edir. Məsələn, İtaliyanın hər beşinci sakininin boyu 180 santimetrdən çoxdur. İkinci dünya müharibəsindən sonra planetimizdə hündürboylu insanlar cəmi 6 faiz təşkil edirdi. Daha gözəl olacaq Araşdırmalar göstərir ki, cazibədar qadınların daha çox uşağı olur. Gözəl qadınların daha çox qızları olur. Beləliklə həmin qızlar böyüyür və yenidən gözəl qızlar dünyaya gətirirlər. Helsinki Universitetinin alimləri belə nəticəyə gəliblər ki, gözəl qadınların sayının artım tendensiyası daha da sürətlənir. Gələcəyin insanının indikindən daha gözəl olacağı ehtimal edilir. Gələcək insanın xüsusiyyətlərini bu gün insanlar öz tərəf müqabillərində axtarırlar. Onlar daha atletik bədən quruluşu və gözəl formaya sahib olacaq. Gələcəkdə insanlar aşağı və yuxarı sinif olmaqla iki yerə bölünəcək. Aşağı sinif bəstəboylar, yuxarı sinfi isə yüksək qamətli, cazibədar və ağıllı olanlar təşkil edəcək. London İqtisadiyyat məktəbinin təkamül nəzəriyyəçisi Oliver Karrinin irəli sürdüyü bu ideya yaxın zaman üçün real deyil. Alim bunun 100 min il sonra mümkün olacağını deyib. Böyük baş Əgər insanın inkişafı davam edəcəksə, o mürəkkəb və ağıllı varlığa çevriləcək. Onun beyni daha da böyük olacaq. Texnologiya inkişaf etdikcə biz digər orqanlarımıza nisbətən daha çox beynimizdən asılı olacağıq. Lakin Vaşinqtonun Universitetinin paleontoloqu Piter Siettle bu nəzəriyyə ilə razı deyil. Onun sözlərinə görə, böyük beyin doğuş prosesində problem yarada, ana ölümlərinin sayını artırar. Ona görə də təkamül bu istiqamətdə davam edə bilər. Köklük Kolumbiya və Oksford universitetlərinin alimlərinin bu yaxınlarda apardıqları tədqiqatının nəticələrinə görə, 2030-cu ilə ABŞ-ın əhalisinin yarısı piylənmədən əziyyət çəkəcək. Yəni əhalinin 65 milyonu artıq çəki problemi yaşayacaq. Əgər avropalıların daha qamətli və zərif olacağını düşünürsünüzsə, siz səhv edirsiniz. Paris İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı tərəfindən dərc edilmiş məruzəyə əsasən son 20 ildə piylənmənin göstəriciləri Avropa ittifaqının üzv dövlətlərinin əksəriyyətində iki dəfə artıb. Nəticədə orta hesabla avropalıların 15 %-i və hər yeddinci uşaqdan biri piylənmədən əzab çəkirlər. Əslində gələcəkdə kök olub-olmamaq insanların öz əlindədir. Yaxşı dieta və düzgün qidalanma ilə siyahıya düşməmək mümkündür. Bəşəriyyət nə vaxt ki, sağlam qidalanmağı anlayacaq o zaman ürək və şəkərli diabeti xəstələrinin sayı azalacaq. Saçlar Ağıllı insanın çılpaq meymun adlandırılması barədə fikirlər eşitmisiniz. Bütün məməlilər kimi insanda da saçlar daim inkişaf edir. Lakin saçların gələcək taleyi barədə konkret proqnoz yoxdur. Amma ehtimal edilir ki, gələcəkdə insanların saçı indikindən az olacaq. Texnologiyaların təsiri Kompüter texnologiyalarının gündəlik həyatımızdakı rolu danılmazdır. Şübhəsiz ki, bu, gələcəkdə insan orqanizminin formalaşmasına da təsir göstərəcək. Klaviaturaların və sensor ekranların daimi istifadəsi əllərimizin və barmaqlarımızın daha incə, uzun və cəld olmasına səbəb olacaq. Gələcəyin insanının ovcunda klaviaturanın olması, başı ilə “ok” düyməsini sıxması, barmaqları birləşdirərək gələn zənglərə cavab verməsi ideyaları mümkünsüz deyil. Yeni dünyada insan bədənində yüzlərlə kiçik tənzimləyicilərin yerləşdirilməsi istisna edilmir. Ağıl dişləri Rudiment (bioloji təkamül prosesində əsas funksiyasını itirmiş lakin saxlanılan orqanlar) orqanlardan olan ağıl dişləri bu gün heç bir funksiya yerinə yetirmir. Əcdadlarımız sərt qidalar yediyinə görə, onların çənəsi daha möhkəm, dişlərinin sayı isə daha çox idi. Lakin tədricən qida qəbulu qaydalarının dəyişməsi dişlərin çoxunun funksiyasız qalmasına səbəb olub. Araşdırmalara görə, ağıl dişlərinin 25 faizinin heç bir funksiyası yoxdur və onlar zamanla məhv olurlar. Getdikcə bu faiz artacaq. Gələcəkdə çənə və dişlərin tamamilə dayazlaşması, hətta dişlərə ehtiyac olmayacağı da ehtimal edilir. Pis yaddaş və aşağı intellekt Gələcəyin insanlarının daha yüksək intellektual qabiliyyətlərə malik olacaqları şübhəlidir. Kolumbiya universitetinin mütəxəssislərinin tədqiqatı göstərir ki, internet-axtarış sistemindən asılılığımız bizim yaddaşımıza güclü ziyan vurur. İnternet informasiyanı yadda saxlamağa bizim beynimizin qabiliyyətini əvəz edir. Çünki istədiyimiz məlumatı internetdə qısa zamanda tapa bilirik. Neyrofizioloq, Nobel mükafatının laureatı Erik Kandel apardığı tədqiqatda göstərir ki, internet insanları daha da axmaq edir. O fikirlərini belə əsaslandırır ki, internetdən həddindən artıq aktiv istifadə fikirləri nəyəsə fokuslanmağa imkan vermir. Fiziki zəiflik Gələcək insanın fiziki baxımdan indikindən daha zəif olacağı proqnozlaşdırılır. Buna səbəb isə texnologiyaların həddən artıq həyatımıza daxil olmasıdır. Gələcəyin rahat nəqliyyatı və ixtiraları bəşəriyyəti fiziki yüklənmədən azad edəcək. Tədqiqatlar göstərir ki, Biz əcdadlarımızla müqayisədə çox zəif olacağıq. Əzələlər zəifləyəcək, ayaqlar daha qısa olacaq. Stress Bu yaxınlarda aparılmış tədqiqata görə, Amerika Birləşmiş Ştatlarının əhalisinin daim stressdə olduğu açıqlanıb. Bu simptomlar 45- 65 yaş arası insanlar içərisində daha çox yayılıb. Bu yaşda insanların 43 %-i tez qıcıqlanır, 39 % -i isə tez-tez əsəb keçirirlər. Hətta stomatoloqlar çənələrdə ağrılarla və köhnəlmiş dişlərlə bağlı müraciətlərin 30 il qabaqla müqayisədə daha çoxdur. Çünki gərginlikdən insanlar çənələrini bərk sıxırlar və bu da diş, çənə problemlərinə səbəb olur. İmmunitet zəif olacaq Gələcəyin insanların immun sistemi zəif və ətrafdakı təsirlərə qarşı daha həssas olacaq. Tibbi texnologiyalar, antibiotiklər ümumi sağlamlıq vəziyyətini və uzun ömürlülüyü əhəmiyyətli dərəcədə artırıb. Lakin bunlar həm də immun sistemimizi zəiflədib. Biz daha çox dərmanlardan asılıyıq. Gələcəkdə insanlar tibbi texnologiyaların qulu olmağı da inkar edilmir. Səslər Artıq bəşəriyyət diqqəti daha konkret şeylərə yönəlib. Səs-küy arasında dəqiq məlumatı seçmək çətindir. Çünki insan qulağının hazırkı funksiyası buna imkan vermir. Lakin zaman keçdikdə qulağın bu funksiyası daha da inkişaf edəcək. Bu gün internet və medianın verdiyi imkanlarla biz informasiya ehtiyacımızı ödəyirik. Lakin gələcəyin insanı yalnız ona lazım olan məlumatları əldə edəcək. Bu da şübhəsiz daha az stressə səbəb olacaq. Bu da insan sağlamlığı üçün müsbət haldır. Gələcək insanın üzü Rəssam Nikolay Lamm və doktor Alan Kvan gələcək insanın necə görünəcəyi ilə bağlı öz spekulyativ baxışlarını təqdim ediblər. Tədqiqatçılar fikrincə, iqlim və texnologiya nailiyyətləri insan görünüşünə təsir edəcək. Onlar bildirir ki, ən böyük dəyişiklik alında baş verəcək. Gözlər daha böyük olacaq. Başqa planetləri müstəmləkələşdirmək cəhdləri, Yerə ozon qatından kənar zərərli ultrabənövşəyi şüanın təsirinin azalmasına görə dərinin rəngi daha tündləşəcək. Kvan həmçinin proqnozlaşdırır ki, insanlar aşağı qravitasiya şəraitinə daha qalın göz qapaqlarına və parlaq qaşüstü qövslərə malik olacaqlar. Süni insan Texnologiyaların inkişafıyla ənənəvi yolla istehsalın məhv olmasına səbəb ola bilər. Klonlaşdırma, süni uşaqlıqların yaradılması insanın təkrar istehsalı üçün potensialı artırır. Bunun da öz növbəsində kişi və qadın arasında sərhədləri qəti şəkildə siləcəyi proqnozlaşdırılır. Bu cəmiyyətdə yalnız gender bərabərliyinə təsir etməyəcək, həm də kişi və qadın münasibətlərini də dəyişəcək. Elastik skelet Daha çox balıqların skeletinin elastik olması barədə eşitmişik. Gələcəkdə insan skeletinin də daha elastik olması barədə fikirlər mövcuddur. Bunun travmaların azalması, rəqqasların sayının artması, eyni zamanda doğuş prosesinin daha asanlaşmasına təsiri olacağı güman edilir.
0 notes
Photo
Sosial şəbəkələr, məlumat kirliliyinin artmasında bir başa rol oynayır, zərərli fikirə, təhqirə, qərəzli təbliğata, yanlış ictimai yönləndirməyə, manipulasiyaya şərait yaradır. Cəmiyyətin böyük hissəsinin öz vaxtının böyük hissəsini sosial şəbəkələrdə keçirdiyini düşünsək, kütləvi şüur zəhərlənməsindən, zəhərli informasiya şüalanmasından danışmaq mümkündür. Eyni zamanda, vaxt israfıyla yaranmış depressiv vəziyyət, özünü sübut cəhdi və digər kompleksiv hərəkətlər, fərdlərin enerjisini tükətir, real həyatdan və həqiqilikdən uzaqlaşdırır və yoxluq bataqlığına sürükləyir. Qarşılıqlı məlumat paylaşımı və interaktiv müzakirə platformunun fəaliyyətini təmin etmə və bundan faydalanmaq əvəzinə, sosial şəbəkələrin çoxtərəfli təbliğat alətinə çevrilməsi, gələcəkdə, yaşadığı ölkənin cəmiyyətindən və dəyərlərindən qopuq müxtəlif kütlələri formalaşdıracaq. Bu kütlələr, müəyyən bir dövrdən sonra sosial təhlükəyə çevriləcək, zombi qruplar şəklində hərəkət edəcəklər. Sosial şəbəkələrin yayğın olduğu dünyanın istənilən ölkəsində bu prosesin baş verməsi labüddür. Reallıq hissini itirmiş, özünü yaşadığı cəmiyyətdən təcrid edərək fərqli onlayn dünyanın içində böyüyən, içində yaşadığı topluma yadlaşan bu qruplar arasında zamanla olacaq fiziki qarşıdurmalar, bir çox ölkənin stabilliyinə böyük zərbə vuracaq. Sosial şəbəkələr, bu gün artıq, böyük ictimai platformlar olaraq, qanuni məsuliyyət yaradacaq yerlərdir. İnkişaf etmiş qərbdə, internetə və sosial şəbəkələrə nəzarətlə bağlı yeni dövlət qurumlar təsis olunur, həmçinin bir çox dövlət nəzarətinin onlayn mexanizmi yaradılır, buna kiber polis xidmətini misal göstərmək olar. Kiber təhlükəsizlik, hər bir ölkənin milli təhlükəsizliyi üçün təmin edilməsi gərəkən ilk xidmətlərdən olmalıdır. Vaxtıdır, yubanmaq olmaz. https://www.instagram.com/p/CdQx9mvjlL1/?igshid=NGJjMDIxMWI=
0 notes
Text
“Raccoon” zərərli proqramı 100 mindən çox qurğunu yoluxdurub
“Raccoon” zərərli proqramı 100 mindən çox qurğunu yoluxdurub
İnformasiya oğurluğu üçün yaradılan “Racoon” adlı yeni zərərli proqram təminatı kibercinayətkarlar arasında sürətlə populyarlıq qazanır.
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “Cybereason Nocturnus” tədqiqatçılarının sözlərinə görə, virus bir neçə ay ərzində dünyada yüz minlərlə mobil qurğunu yoluxdurmaqla qurbanların kredit kartı və elektron poçt və s.…
View On WordPress
0 notes
Text
21 sentyabr 2019-ci il tarixində saat 10.30-da “ULDUZ” İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnternetin zərərli vərdişlərindən gənclərin qorunması məqsədilə veb resursun yaradılması” layihəsi çərçivəsində yaranmış safeonline.az saytının ictimaiyyətə təqdimetmə mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Samir Həsənov əvvəlcə qonaqları salamlamış və bu vacib layihənin həyata keçməsində yardımı olan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirmişdir. Layihə haqqında qısa məlumat verdikdən sonra söz layihə rəhbərinin köməkçisi Yusif Süleymanlıya verilmişdir. Yusif Süleymanlı tədbir iştirakçılarını saytın bölmələri ilə tanış etmiş və eləcədə internetdə olan zərərli informasiyalardan qorunma üsulları barədə geniş danışmış, informasiya təhlükəsizliyi haqqında qonaqlara məlumat vermişdir.
Tədbir vaxtı iştirakçıların sualları yerindəcə cavablandırılmışdır və onların böyük marağına səbəb olmuşdur.
#gallery-0-5 { margin: auto; } #gallery-0-5 .gallery-item { float: left; margin-top: 10px; text-align: center; width: 25%; } #gallery-0-5 img { border: 2px solid #cfcfcf; } #gallery-0-5 .gallery-caption { margin-left: 0; } /* see gallery_shortcode() in wp-includes/media.php */
“İnternetin zərərli vərdişlərindən gənclərin qorunması məqsədilə veb resursun yaradılması” layihəsinin təqdimat məarisimi keçirildi 21 sentyabr 2019-ci il tarixində saat 10.30-da “ULDUZ” İnformasiya - Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İnternetin zərərli vərdişlərindən gənclərin qorunması məqsədilə veb resursun yaradılması" layihəsi çərçivəsində yaranmış safeonline.az saytının ictimaiyyətə təqdimetmə mərasimi keçirilmişdir.
0 notes
Text
"Ulduz" İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi yeni layihə icrasına başlayıb
“Ulduz” İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi yeni layihə icrasına başlayıb
“ULDUZ” İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi “İnternetin zərərli vərdişlərindən gənclərin qorunması məqsədilə veb resursun yaradılması” layihəsinin icrasına başlamışdır.
Layihə çərçivəsində yaradılacaq veb resursda kibertəhdidlərin…
View On WordPress
#“ULDUZ” İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi#Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası#DDoS#fişinq#hack#Mavi balina#oyun#pedofil#pornoqrafik#pornoqrafiya#qumar#sosial mühəndislik#spam#zorakılıq
0 notes
Text
Medianın rolu
Bütün hakimiyyətlərin, iqtidarların və avtoriter liderlərin atdıqları müsbət və mənfi addımlar olur.
Nisbətlər hər ölkədə fərqli ola bilər ancaq ən əzazil, diktator adlandırdığınız liderin belə öz ölkəsi üçün etdiyi ciddi islahatları olur.
Yerli və beynəlxalq medianın bu hakimiyyətlərə bir mənalı yanaşması doğru və etik deyil. ( hər şey əladı və yaxud hər şey pisdi)
Əgər bir lokal media ölkəsindəki iqtidarın bütün icraatlarını tərifləyir və digər beynəlxalq media eyni ölkə hakimiyyətini davamlı pisləyirsə, ikisinə də inanmayın.
Çünki, nə qədər təzad və təəccüblü olsa da bu iki zidd və bir-birinə düşmən istiqamətdə duran medianı birləşdirən ortaq dəyərlər siyasi və maddi maraqlardır.
Hər iki media da səmimi deyil və sifariş əsasında işləyir.
Bu baxımdan, bütün ölkələrdə əhalinin böyük hissəsi bu medialara inanmır və onların ictəmaiyyətə təsir imkanları artıq əvvəlkinə görə daha zəifdir.
Qısacası, ikiüzlü medianın xalqın gözündə bir dəyəri yoxdur.
Media, halbuki sırf peşə prinsipləri ilə fəaliyyət göstərməlidir.
Media cəmiyyəti və hakimiyyəti və onun liderini müsbətə doğru dəyişdirməyə cəhd edirsə, mövcud olan problemləri göstərməklə yanaşı, ölkə daxilindəki ən kiçik islahatı, inkişafa doğru atılmış addımı da təqdir etməlidir.
Media müsbət hadisələri, islahatları, yenilikləri daha çox tirajlamalı və hakimiyyəti bu islahatları aparmağa daima cəlb etməli və həvəsləndərməlidir.
Daima problemin və şikayətin çoxluğunu göstərmək, topluma cəsarət və yaxud ümid aşılamır, əksinə cəmiyyətdə kütləvi depressiya və ümidsizlik yaradır.
Media bir növ aqil adam rolunu oynamalıdır, məsələlərə daha səbrlə, daha tərəfsiz yanaşmağı bacarmalı və bütün fikirlərə tribuna verməlidir.
Medianın kütləvi şəkildə hansısa siyasi, ictimai qrupu, ideologiyanı, və s. ələ salma və lağlağı obyektinə çevirməsi isə, olduqca zərərli tendensiyadır.
Bu baxımdan, xüsusilə lokal müstəqil media daha diqqətli olmalı, öz tərəfsizliyini beynəlxalq media orqanlarının təsirindən qorumalıdır.
Bu gün qardaş Türkiyədə beynəlxalq medianın böyük əkaəriyyəti tərəfindən avtoritar lider adlandırılan ölkə prezidenti Rəcəb Tayyib Erdoğan həbsdəki jurnalistləri azadlığa buraxırsa, Rusiyada Krım tatarlarının iki liderinin həbsdən çıxmasına nail olursa, keçmiş müxalifət lideri Deniz Baykalı xəstəxanada ziyarət edirsə, bütün bunlar təqdirəlayiq addımlardır.
Ətrafımdakılar, xaricdəki dostlarım nə deyər prinsipiylə bu cür atılan doğru addımları görməzdən gəlmək millilik deyil, sadəcə mənfəətpərəstlikdir.
Həmçinin on illər boyunca Səddam Hüseyini, Qəddafini, Bəşər Əsədi və digər 3-cü dünya ölkə liderlərini diktator adlandıran və bu yöndə təbliğat aparan media və onların arxasında duranlar, bu adamlar devrildikdən sonra həmin ölkələrin xalqlarına hansı inkişafı, xoşbəxrliyi bəxş etdilər?!
Bu xalqlara diktator adlandırdıqları şəxsdən daha azad, daha rifah gələcək bəxş edə bildilərmi?
Cavab xeyr.
Beynəlxalq media, qlobal imperialist maraqların əlindəki ən güclü silahdır, informasiya silahı.
Özünü müstəqil adlandırmaq, dolayı yollarla belə olsa, qlobal imperialist iqtisadi maraqlara xidmət etmək demək deyil.
Bu baxımdan, bizim sözün əsl və həqiqi mənasında nə hakimiyyət, nə də xarici qrant və büdcələrlə maliyyələşməyən, özünü bütün yerli və xarici təsirlərdən uzaq tutan, sırf milli maraqlar və professional iş və peşə prinsipləri əsasında çalışan mediaya və mətbuata ehtiyacımız var.
Varmı belə bir media?
Mediatik hörmətlə;
0 notes