#yüksəldib
Explore tagged Tumblr posts
iamnightmare · 3 years ago
Text
Adamlığı yanlış anlamısız. Elə əli stola vurmaqla adamlıq olmur. Səsini yüksəldib ağzına gələni deməklə də adamlıq olmur. Danışığını bilməyib hər sözü deyən adama da hörmət qoyulmur. Özündən zəifə yumruq göstərməklə ancaq zəifliyinizi boynunuza alırsız. Baxırsan yaşı artır amma bir məntiqli hərəkəti, düşüncəsi yoxdu. Sanırlar əlinə pul keçməklə, qoluna əzələ yığmaqladı adamlıq. Ağlın, məntiqin olmayandan sonra o zənginlik də uçub gedər, gücünü də boşuna sərf etmiş olarsan. Adam kimi adamlar "mən başçıyam, mənim dediyim olmalıdı" sözlərinə heç gərək duymaz, elə bir güvən və inam qazanarlar ki, düşünərsən ki bu insan doğru insandı ondan sənə zərər gələn söz çıxmaz. Adamlıq tutduğu qız saylarını orda burda deyib hava atmaq deyil. İlk öncə anasına, sonra ailəsinə hörmət qoyan insana adam deyilir. Bir qadını sevib digər qadınlara kor olmaqdı. Adamlıq elə içki masalarında oturub mənasız gülüşmək deyil. Daşıdığı yükü elə marifətlə daşımalıdır ki, ətrafındakı hər kəsə güc versin. Məğrura, zəifə, gücsüzə əl tutmaqdı. Bəziləri də var ağıllıdı amma gəl gör ki özünü bir tərifləyir, deyirsən bundan yoxdu. Amma içi boşdu, bomboş.
Bəzi qadınlar var adamlığın kitabını yazar, bəzi kişilər də var o kitabın yanında belə ötmür.
24 notes · View notes
aliibrahimovofficial · 2 years ago
Photo
Tumblr media
Bu gün Gəncəmizin fəxri, dəyərli ziyalımız, sadə və səmimi insan, minlərlə insana elm, mədəniyyət bəxş etmiş böyük ürəkli müəllim, daim gənclərimizə örnək olan ağsaqqal, Dövlətini, Millətini sevən vətənpərvər şair, İlham Həsənovun doğum günüdür. İlham müəllimi səmimi qəlbdən təbrik edirəm, Uca Allahdan həyatın ən gözəl neməti olan can sağlığı, firavan həyat, ailə xoşbəxtliyi arzulayıram. Allah qorusun inşallah. İlham Həsənov adı mənim üçün şirin yazı üslubu qədər yaxın, böyük qəlbə və sərhəd tanımayan səmimiyyətə malik bir ağsaqqal qədər əzizdir. Dövlətçilik ruhu, milli vətənpərvərlik əzmi onun bütün ömrünün alovlu mayakı, yaradıcılığının məhək daşıdır. Qələmindən süzülmüş, kağızlara düzülmüş təfəkküründə ən ali insanlıq və vətəndaşlıq ideyaları üstünlük təşkil edir. Natiqlik və sərrast düşüncə qabiliyyəti onu həmişə başqalarından fərqli idarəçiyə, daha üstün mövqeyə yüksəldib. Onun barəsində çoxlu fikirlər və faktlar sadalamaq mümkündür, amma, məncə aşırı və uzun tərifə onun özünün də ehtiyacı yoxdur. Yazdıqlarım zatən tərif deyil, reallıqlardan qopan kiçik bir parçadır. Gəncə ictimaiyyəti onsuz da İlham Həsənov ismini, özünü çox yaxşı tanıyır, ona rəğbət bəsləyir. https://www.instagram.com/p/Cd2TdcjoJvE/?igshid=NGJjMDIxMWI=
0 notes
nothing-zero · 7 years ago
Text
Sevməyin də riyaziyyatı olmur. Nə ağlından çıxara bilirsən, nə özünü toplaya bilirsən. Qüvvətə yüksəldib sevirsən. Sonra da hər şey də kök altında qalır.
43 notes · View notes
anar-abasow · 7 years ago
Text
Axır ki
Nəhayət ki bu gün ilk yumruğumu yedim, həm də hara? Sol yanağıma. Məni özmə gətirmədi ama yaxşı oldu. Əcəmi metrosundan 20yanvara yuxarı qalxan yolun solunda güllər əkilmiş. Siqaret damağımda ikən beynimdə sən vardın. Gözümü qırpmadan səni düşünürdüm. Birdə gördüm qızın biri dayanmış, sevgilisi ona gül dərir. Mən yenə çənəmi saxlamadım və “gül dərilmədiyində gözəldi” dedim, qız eşitdi. Qız arxamca səsini yüksəldib dedi ki “nə deyirsən sən?”. Nə arxaya çöndüm nədə bişey. Sevgilisi qarşımı kəsdi dedi ki “qıza nə deyirdin qaqaş”. Dedim “qıza yox sənə deyirdim”. Əsəbləşib dedi “nə deyirdindəəə”. Həyatımda ilk dəfəydi cəsarətim içimdən aşıb daşırdı. Gözümü qırpmadan gözümü gözünə zilləmişdim, təbəssümlə dedim “gül dərilmədiyində gözəldi”. O an yumruğu yanağıma dəydi. Sonra o təbəssüm şeytani təbəssümə döndü, yenə gözünün içinə baxdım. “elə bu?başqa?qızın yanında gücünü göstər” dedim. Gic gülmək tutdu. Baxdı üzümə dedi “sən dəli olmusan”. Ona yenə dedim ki “gül dərilmədiyində gözəldi”. Çıxdı getdi. Yerə düşən gülü alıb qıza verdi. Əslində sözüm onu incitdi, atdığı yumruq deyil. O hələ də anlamadı ki gül dərilmədiyində gözəldi, gülü gül edən elə onun budağı, ağacı, koludu. Anlamadı. Mən də yol boyunca buna güldüm.
İndi düşünürəm də, insan anlamadığına diş qıcıdar, anlamadığını söyüb qovar, anlamadığına dəli deyər. Dəli - dar beyinlərə böyük gələn düşüncələr verilən 4 hərfli 2 hecalı addı.
Sən də anlamadın məni, bir başqası kimi yumruq atmadın ama səni anlamamaqla ölümü yaşatdın və işin qəribə tərəfi bunu da anlamadın.
İndi də 18 nömrəli marşurutdan bunu qeyd edirəm. Bakı vaxtıyla 18:02.
42 notes · View notes
euroasianews · 8 years ago
Text
Azərbaycanda dollar yenidən bahalaşdı
Azərbaycanda dollar yenidən bahalaşdı
Günorta saatlarında da banklarda Dolların bahalaşması davam edib. Məsələn, səhər saatlarında Dolları 1. 60 manatdan alan “Azərtürkbank”, günortadan başlayaraq məzənnəni 1.64 manata qaldırıb. Bu bank Dolların satış qiymətini isə 1.7450 manatdan 1.76 manata yüksəldib. Dolların alış qiymətini Bank of Baku 1.68 manatdan 1.70 manata, satış qiymətini isə 1.79 manatdan 1.80 manata qaldırıb. Bank BTB…
View On WordPress
0 notes
listeliyi · 8 years ago
Link
via Son dəqiqə! Banklar səhər saatlarından dolları kəskin bahalaşdırdı – SİYAHI http://ift.tt/eA8V8J Bu gün Azərbaycanın bir çox banklarında dolların satış və alış qiymətinin bahalaşması müşahidə olunur. Son dəqiqə! Banklar səhər saatlarından dolları kəskin bahalaşdırdı – SİYAHI Son dəqiqə! Banklar səhər saatlarından dolları kəskin bahalaşdırdı – SİYAHIBu gün Azərbaycanın bir çox banklarında dolların satış və alış qiymətinin bahalaşması müşahidə olunur. Ötən həftənin cümə günü "Turanbank" dolları 1,5800 manata alırdı, 1,7350 manata satırdı. Bu gün isə 1,6000 manata alıb, 1,7800 manata satır. "NBC Bank" alışı 1,6000 manatdan 1,7000 manatadək, satışı 1,7000 manatdan 1,7900 manatadək bahalaşdırıb. "Bank of Baku" da dolların alış və satış məzənnələrini yüksəldib. Fevralın 10-da alış 1,6000, satış 1,7400 manat idi. Bu gün isə dolların alışı 1,68, satışı 1,79 manatdır. Həftəsonu dolları 1,6000 manata alan "Atabank" bu gün səhər 1,6500 manata alır. Satış məzənnəsi isə 1,7700 manatdır. Həftəsonu isə bu məzənnə 1,7350 manat idi.
0 notes
aliibrahimovofficial · 3 years ago
Photo
Tumblr media
Bu gün Gəncəmizin fəxri, dəyərli ziyalımız, sadə və səmimi insan, minlərlə insana elm, mədəniyyət bəxş etmiş böyük ürəkli müəllim, daim gənclərimizə örnək olan ağsaqqal, Dövlətini, Millətini sevən vətənpərvər şair, İlham Həsənovun doğum günüdür. İlham müəllimi səmimi qəlbdən təbrik edirəm, Uca Allahdan həyatın ən gözəl neməti olan can sağlığı, firavan həyat, ailə xoşbəxtliyi arzulayıram. Allah qorusun inşallah. İlham Həsənov adı mənim üçün şirin yazı üslubu qədər yaxın, böyük qəlbə və sərhəd tanımayan səmimiyyətə malik bir ağsaqqal qədər əzizdir. Dövlətçilik ruhu, milli vətənpərvərlik əzmi onun b��tün ömrünün alovlu mayakı, yaradıcılığının məhək daşıdır. Qələmindən süzülmüş, kağızlara düzülmüş təfəkküründə ən ali insanlıq və vətəndaşlıq ideyaları üstünlük təşkil edir. Natiqlik və sərrast düşüncə qabiliyyəti onu həmişə başqalarından fərqli idarəçiyə, daha üstün mövqeyə yüksəldib. Onun barəsində çoxlu fikirlər və faktlar sadalamaq mümkündür, amma, məncə aşırı və uzun tərifə onun özünün də ehtiyacı yoxdur. Yazdıqlarım zatən tərif deyil, reallıqlardan qopan kiçik bir parçadır. Gəncə ictimaiyyəti onsuz da İlham Həsənov ismini, özünü çox yaxşı tanıyır, ona rəğbət bəsləyir. https://www.instagram.com/p/CPKsCT1hMct/?utm_medium=tumblr
0 notes