#xəbərçi
Explore tagged Tumblr posts
Note
Daha öncədə bir etiraf səhifəsi vardı - xəbərçi. Onda bir bloga hissim 23 günlük idi. Indi 3-4 aylıq.
Blogu yaz anonimsən haha
2 notes
·
View notes
Photo
Ukraynada qadınlar hərbi qeydiyyata alınacaq #Ukraine #Ukrayna #Ukraynadaqadinlar #Ukraynaqizlari #Ukraynaqadınları #Ukraynaqızları #UkraynaOrdusu #Ukraynasilahlıqüvvələri #yalanlar #yalançı #xəbərlər #xəbərçi #xeberler #Ukraynadaqadınlar #Qadın #Qadınlar #Qızlar #Qız #Ukraynalı #YALANinfo YALAN.info (at Ukraine) https://www.instagram.com/p/CX9aFfdI1CD/?utm_medium=tumblr
#ukraine#ukrayna#ukraynadaqadinlar#ukraynaqizlari#ukraynaqadınları#ukraynaqızları#ukraynaordusu#ukraynasilahlıqüvvələri#yalanlar#yalançı#xəbərlər#xəbərçi#xeberler#ukraynadaqadınlar#qadın#qadınlar#qızlar#qız#ukraynalı#yalaninfo
2 notes
·
View notes
Photo
20 may 1481-ci ildə Osmanlı İmperiyasının 8. padşahı, Atası Fateh Sultan Mehmed, anası Sitti-Mükrimə Xatun, Taxta keçəndə 511.000 km²'i Asiyada, 1.703.000 km²'i Avropada olmaq üzrə cəmi 2.214.000 km² olan imperiya torpaqları, ölümündə təxminən 2.375.000 km² II Bəyazid Osmanlı İmperiyasının Sultanı olmuşdur. II. Bəyazidin doğum yeri bu gün Yunanıstan sərhədləri daxilində qalan, Osmanlılar zamanında isə Ədirnəyə bağlı bir qəza mərkəzi olan Dimetoka'dakı Dimetoka Sarayıdır. Atası Fateh Sultan Mehmed elmə qarşı böyük bir sevgi bəslədiyi üçün, oğlu Bəyazidə hər şeydən öncə güclü bir təhsil verdirmişdir. İstanbulun fəthindən sonra, 7 yaşında Xədim Əli Paşa rəhbərliyində Amasya hakimi olan Bəyazid, burada o dövrün ən məşhur alimlərindən dərslər aldı və padşah olacaq şəkildə yetişdirildi. O günlərdə Amasya şəhəri bir təhsil və mədəniyyət mərkəzi idi. Dövrün məşhur alimlərindən dərslər aldı, İslami elmlərin bir çoxunu öyrəndi. İslam elmi sahəsində dərs aldığı müəllimlərindən biri də Hünkar Şeyxi olaraq bilinən Bayrami təriqət şeyxi Muhyiddîn Mehmed-i İskilibî olmuşdur. İslami elmin yanında riyaziyyat və fəlsəfə təhsili də aldı. Bundan başqa Şeyx Hamdullah'dan da xətt dərsləri aldı. Ərəb və Farscanın habelə; Çağatay ləhcəsi və Uyğur əlifbasını də öyrəndi. Şahzadə Bəyazid Rumiye-i Sugra hakimi olaraq 27 il Amasyada yaşadı. Bu vəzifədə ikən 1473'də Otluqbeli müharibəsində sağ qol komandiri olaraq vəzifə aldı. Bundan başqa 1479'da İrandan gələn karvanlara hücum etməsi səbəbilə, Şahzadə Bəyazidin hakim olaraq göndərdiyi yerli əyalət hərbi gücləri Hacıəmiroğulları Bəyliyinə bağlı Torul və ətrafını Osmanlı torpaqlarına qatdı. Fateh Sultan Mehmedin 4 may 1481-ci ildə Qəbzə yaxınlığında gözlənilməz bir şəkildə vəfat etməsi üzərinə Sədrəzəm Qaramanlı Mehmed Paşa, Bəyazid və Bəyazidin qardaşı Cem Sultana qasidlər (xəbərçi) göndərdi. Ancaq Cem Sultan, ona göndərilən xəbərçi yolda, Anadolu Bəylərbəyi Sinan Paşa tərəfindən tutulduğu üçün atasının ölüm xəbərini gec öyrəndi. Bu vaxt Bəyazidin tərəfini tutan yeniçərilər İstanbulda üsyan edərək Cem Sultan tərəfdarı Qaramanlı Mehmed Paşanı 4 may 1481-ci ildə öldürdülər və Bəyazidin oğlu Şahzadə Qorqudu atasına vəkalətən taxta çıxardıla https://www.instagram.com/p/CPE_bb4BdRj/?utm_medium=tumblr
0 notes
Text
Yazıçı Azər Qismətin "Qadın taksi" adlı kitabının təqdimatı keçiriləcək
Yazıçı Azər Qismətin “Qadın taksi” adlı kitabının təqdimatı keçiriləcək
Yazıçı Azər Qismətin “Qadın taksi” adlı kitabının təqdimatı keçiriləcək
.Kitabda müəllifin son illərdə qələmə aldığı hekayə və novellaları toplanıb.
Bu, müəllifin oxucularla 3-cü gorüşüdür. Onun “Duman” kitabı, “Çuğullar” romanı işıq üzü görüb. Xatırladaq ki, Azər Qismət “Xəbərçi” verilişinin aparıcısı, eləcə də “İç xəbər” verilişinin redaktoru və aparıcısı kimi tanınıb.
Hazırda…
View On WordPress
0 notes
Link
via Əməkdar artist Xanım Qafarovanın kədərli həyat hekayəsini Unutmadıq! Haqqında bilmədikləriniz FOTOLAR Video http://ift.tt/eA8V8J Süd vəzisi xərçəngindən əziyyət çəkən Xanım Qafarova 11 iyul 2014-cü ildə Bakıda dünyasını dəyişmişdir. Xalq onun sənətini, insanlığını, övlad sevgisini sevmişdi. O əsl bir AZƏRBAYCAN xanımlarından biri idi. Bu gün isə biz sizə Xanım Qafarova ilə bağlı hərşeyi bölüşəcəyik. Xalqın sevimli olan Xanım Qafarovanı unutmadıq... Xanım Əbdülqafar qızı Qafarova 1967-ci ildə anadan olub. Xanım Qafarova teatr və musiqi sənətlərinə erkən yaşlarından maraqlanmış, uğurlu çıxışlar edərək 1-ci, 2-ci və 3-cü Ümumittifaq xalq yaradıcılığı festivallarının laureatı olmuşdur. Bir müddət xalq artisti Lütfi Məmmədbəyovun xalq teatrında məşğul olmuş, bu zaman "Bahar suları" əsərində Turac, "Mənim nəğməkar bibim"də Nəğməkar bibi, "Kişilər"də S��mayə, "Aydın"da Gültəkin, "Oqtay Eloğlu"nda Firəngiz, "Yad qızı"nda Nazan, "Mavi Mazurka"da Böyük Bibi və başqa tamaşalarda əsas rolları oynamışdır. Gözəl, güclü, məlahətli səsə malik olan Xanım Qafarova teatr fəaliyyəti ilə yanaşı müntəzəm olaraq böyük konsert salonlarında, cəbhə bölgələrində, dövlət tədbirlərində, televiziya verilişlərində və tamaşalarında çıxışlar edir, paralel olaraq müğənnilik fəaliyyəti ilə də məşğul olur. Özünəməxsus repertuarında 60-a qədər orijinal mahnı ifa edən aktirisa-müğənninin iki albomu, üç klipi tamaşaçılara təqdim olunub. 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. 1996-cı ildə Xanım Qafarova Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət almışdır. Geniş yaradıcılıq imkanları, məhsuldar işgüzarlıq mühiti olan bu sənət ocağında bu istedadlı aktrisa "O olmasın bu olsun"da Gülnaz, "On min dollarlıq keyf"də Bağdagül, "Nəğməli könül"də Könül, "Hərənin öz ulduzu"nda Məleykə, "Səhnədə məhəbbət"də Röya, "Bankir adaxlı"da Məleykə, "Məhəbbət oyunun"da Qəmər, "Dəli dünya"da , "Talelər qovuşanda" əsərində Sona, "Aldın payını, çağır dayını" tamaşasında xəbərçi Xədicə, "Şeytanın yubileyi"ndə Xəyalə kimi yaddaqalan obrazlar yaradaraq, özünə minlərlə pərəstişkar qazanmışdır. O, 1997-ci ildə "Teatr sahəsində Nəsibə Zeynalova adına mükafat"a layiq görülmüşdür. 2000-ci ildə sənət sahəsindəki mesanatlıq fəaliyyətinə görə Gənclər təşkilatının fəxri diplomuna layiq görülmüşdür. 2001-ci ilin yekunlarına görə XXI əsrin ilk uğurlu müsabiqəsinin 1-ci dərəcəli Diplomu ilə (İlin Aktrisası nominasiyası üzrə) təltif edilmişdir. Xərçəng yaşamaq həvəsi ilə çırpınan 47 yaşlı ananın canını aldı... Sizə ölümündən əvvəlki son müsahibəsinidə xatırladaq bildirirdiki: Səhhətinizlə bağlı sual verməyim düzgün olmazdı... - Düzgün vurğuladın. Hər dəfə deyirəm ki, yaxşıyam. Amma bu dəfə deyə bilməyəcəm. Səsimi, harayımı duysunlar, çox pisəm. Demək olar ki, hər gün ölümlə üz-üzə qalıram. Yemək yeyə bilmirəm. Ayaqlarım da şişib. - Müalicələriniz nəticə vermir? - Yox, hər gün daha da pisləşirəm. Bu gün də çox pisəm. Özünüz də görürsünüz ki, necə danışıram. Gərək Allah bu halımı sevənlərimə göstərməzdi. Axı mən həyatı sevirəm? Daim həyatla mübarizə aparmışam. Görünür, indi gücüm də tükənib. Allah heç kəsə mənim günümü göstərməsin. - Bəs ev şəraitində müalicə almağınız çətin deyil ki? - Çətindir. Daha bundan o tərəfi yoxdur. Həkimlər gəlib-gedirlər. Mənə qan köçürülür ki, qanım qalxsın, amma qalxmır. Yemək də yeyə bilmirəm. Yalnız su içirəm. Artıq nə edəcəyimi də unutmuşam. On beş, iyirmi gün olar ki, hamıyla telefon əlaqəni də kəsmişəm. Televiziyalar gəlib çəkirdilər, sağ olsunlar. Amma mənə kömək edən tapılmır. Azərbaycanda olunan müalicələrim yetərsizdir. Dərdimə əlac İsraildədir. Amma bunun üçün maddi dəstəyim yoxdur. Sizin vasitənizlə imkanı olan insanlara səslənirəm, mənə yardım etmək istəyirsinizsə, (050) 3581112 və 3270858 nömrələrlə əlaqə saxlayın. İnanırsınız, bu sözləri demək mənə nə qədər ağırdır. Xəcalət çəkirəm. Amma övladıma görə, bu müraciəti elədim. O, bu dünyada tək qalmasın. Hələ balacadır. Artıq hər an ölümü gözləyirəm. Yerimdən tərpənə bilmirəm. Qızımı da bağçaya qoymuşam ki, birdən öldüm, ölümü görüb, psixoloji travma almasın. - Sizi çox yormaq istəmirəm. Danışmağa çətinlik çəkirsiniz. Əlavə deyəcəyiniz varmı? - Yox, əlavə sözüm yoxdur. Amma bir arzum var. Allah elə etsin ki, həyatda son anlarımı övladım görməsin. Ölmək də istəmirəm. Bunu dilim deyir, amma...Nə isə artıq danışmayım. Əlacsız olan yerdə göz yaşlarım hər şeyi deyir. Xanım Qafarovadan bizə yadigar və əmanət qızı və Azərbaycan xalqına yaşatdığı sevgi qaldı... ALLAH Rəhmət eləsin ! Xanım Qafarovanın ANAsının dediyi sozləri eşitmək istəyənlər videonu izləyə bilərlər...
0 notes
Link
via Qanuni oğrular və “oğru qanunları” http://ift.tt/eA8V8J Qanuni oğru — dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu. Oğrular 1930-cu illərdə, ağır repressiya illərində meydana gəliblər. Bu dünyanın yaranmasını Stalinin adı ilə bağlayanlar çoxdur. Onların iddialarına görə, ağır siyasi ortamda və ondan sonrakı aclıq illərində adı cinayətkarlardan ibarət kollektivləşmə ilə müxalif düşüncəli insanlara nəzarət etmək üçün Stalinə “Oğru dünyası” çox lazım idi. Yaranan aləmdə, “oğrular” qanunları tanımamalı, heç bir zaman qulluq etməməli idilər. Böyük Vətən müharibəsi illərində bəzi “qanuni oğrular” Vətəni müdafiə etmək üçün müharibəyə yollanıblar. Bu addımları onların “qanunpərəstlər” tərəfindən xəbərçi mənası verən “qancıq” adlandırılmasın səbəb olub. Beləliklə, oğru dünyası 2 hissəyə ayrılır və aralarında uzun sürən savaş başlayır. Nəticədə hər iki tərəf ağır itki verir. 1979-cu ildə Kislovodsk şəhərində iki qruplaşmanın rəhbərləri görüşürlər. Bundan sonra qruplaşmalar arasında mübarizə nisbətən səngiyir, lakin “qanuni oğrular” öz ənənələrini qoruyub saxlaya bilirlər. Sonralar “oğru” olaraq adlandırılan şəxslərdən əsasən dövlətin qoyduğu qanunları tanımır, daha çox özlərinin tərtib etdikləri “yabanı” qanunlara istinad edir, onlara tapınırdılar. Bu ənənə sonralar daha da kəskinləşdi. Amma ilk yarandığı illərdə Stalin və o dövrün repressiv Rusiyası məhz bu siyasətlə qanunları inkar edən müxalif düşüncəli insanları kəşf edir, sonra isə onlar üçün türmədə daha “rahat” dünya yaradırdı. Həmin “dünya” bu gün də “Qara zon” adlanır. “Qara zon”lar “mujiklər”, brodyaqalar və “qanuni oğrular”dan ibarətdir. El arasında işgüzar adama bu gün də “mujik” deyirlər. Bu yanaşma “zon”larda da eyni qaydada işlədilir. “Mujiklər” demək olar ki, “zon”un bütün ağırlığını çiyinlərində daşıyırlar. Onlar təkliflər verir, söhbətlərdə iştirak edir, hətta hökm belə verirlər. Amma “qanuni oğru”ların məsələyə qarışması ilə onların “vəzifəsi” və sözləri bitir. qanuni oğrular“Brodyaqa”lar gələcəyin “oğruları” olmaq üçün çalışırlar. Hesab edirlər ki, “oğru” olmaq onların haqqıdır. Lakin bu bütün “brodyaqa”lara qismət olmur; bunun üçün gərək samballı və dillərə dastan həyat yolu keçəsən, bütün qayda-qanunlara əməl edəsən. Bunun ilk addımı cinayət törətməkdir. Bu cinayət həm də sanballı olmalıdır. Bundan əlavə, heç bir zaman sözün bütün mənalarında qulluq etməmək, partiyalılıq, təşkilat və başqa quruluşlarda olmamaq, ailə və övlad sahibi olmamaq, xarakter və xasiyyət baxımından şəxsiyyətə çevrilmək kimi ağır şərtlər mütləq yerinə yetirilməlidir. Onun üçün həyatı “oğru qanunları”ndan bütün ağır şərtlər altında bu “qanunları” diktə etməlidir. “Oğrular” ümumi xəzinəyə gələn pullara da nəzarət edir, bu barədə hesabat verməklə yanaşı, bütün “zon”a gələn pulların da haralara xərclənməsini öyrənmək səlahiyyətinə malikdir. Onlar “oğru” adına layiq olanları öz aralarına cəlb etmək, artıq özlərindən söz etdirmiş “brodyaqa”ları nəhəng “oğru” ailəsinə dəvət etmək hüququna da malikdirlər. Bundan başqa, onlar “oğru” adına ləkə gətirmiş şəxslər barəsində də layiqli hökm çıxara bilərlər. Bir həqiqət də ondan ibarətdir ki, vaxtı ilə oğru adını almış birisi üçün necə deyərlər geriyə yol yoxdur: oğrunun titulundan məhrum olunması ölümdən betərdir. Söhbət həm də ondan gedir ki, “qanuni oğru” “oğru qanunlarına” xəyanət etmiş şəxslərə qarşı amansızlıq nümayiş etdirərək onların həyatlarına ibarəli dildə desək, “krest” qoya bilərlər.
0 notes