Tumgik
#uşaqtərbiyəsi
elmirtahmazov · 2 years
Photo
Tumblr media
İntihar, mükəmməllik (perfeksionizm), imtahan stressi, uşaq tərbiyəsi və yaradıclıq təşviqi haqqında. Yaxın günlərdə bir abituriyent intihar etdi. Səbəb kimi imtahandan aşağı nəticə alması göstərildi. İlk öncə onu qeyd edim ki, intihar tək faktorlu bir məsələ deyil və adətən çox faktorlu olur. Burda mentalitetdən tut şəxsin huyuna (mizac), böyüdüyü ailədən ölkənin sosial-iqtisadi vəziyyətinə, yaşam hekayəsindən şəxsiyyət organizasiyansına kimi hər şeyin az-çox rolu var. Bizim mədəniyyətimizdə olduğu kimi bir çox mədəniyyətdə də mükəmməl insanlar həmişə toplum tərəfindən idealizasiya olunurlar. Bunu “çox təmizkar gəlin”, “həddindən artıq intizamlı ata” “işkolik mütəxəssis” kimi adlandırmalarda görə bilərsiniz. Düzdür mükəmməllik bir yerə qədər insanı uğurlu olmağa gətirir amma bir yerə qədər. İnsanoğlu şərtsiz sevgi görməlidir ancaq bu halda ətrafla normal münasibət qura bilər. Övladınız dərslərini yaxşı oxuduğu, idman yarışlarıda birincilik əldə etdiyi və digər uğurlu olduğu vəziyyətlər üçün yox sırf özü olduğu üçün sevilməlidir. Əks halda müvəffəqiyyət üzərindən sevilən uşaq, uğursuz nəticə göstərdiyində sevilmədiyini, heç kimə lazım olmadığını düşünür və bəzi hallarda nəticə çox pis ola bilir. İmtahan qayğısı ilə sizə gələn uşağınıza belə deyə bilərsiniz “sən mənim qızım-oğlum filankəsov filankəs olduğun üçün dəyərlisən, imtahan isə sənin gələcək həyatın üçün lazımdır və sənin məsuliyyətindədir”. Uğurlu, psixi dayanıqlı uşaq yetişdirmək üçün isə onlara hər şeydən əvvəl zaman ayırmaq lazımdır. Uşağa daha çox vaxt ayıraraq oyunlar oynamaq, ruh sağlığına yatırım edərək yaradıcılıq təşviqi etmək daha məqsədə uyğundur. Yaşamda yaradıcılıq, çətinliyi fürsətə çevirmək bacarığıdır. Yaradıcılıq təşviqi üçün isə ən əsas görəcəyiniz iş, uşağın yerinə düşünməmək və ona yaşına uyğun məsuliyyət (avtonomiya) verməkdir. Sən bu vəziyyətdə nəcə davranardın? tərzli suallar da verilə bilər. #psixiatr #drelmirtahmazov #psixoterapevt #onlinepsixoterapiya #triplep #pozitivvalideynliktəlimi #cinsiterapiya #intihar #uşaqtərbiyəsi https://www.instagram.com/p/CgcNuS9qMNx/?igshid=NGJjMDIxMWI=
0 notes