#teqva
Explore tagged Tumblr posts
bilinmeyen-heqiqetler · 2 years ago
Photo
Tumblr media
I Quran əxlaqından uzaq yaşayan cəmiyyətdə insanların çox əhəmiyyət verdikləri və əldə edə bilmək üçün bütün həyatı boyu səy göstərdikləri bəzi dəyərlər vardır. Bu dəyərləri qiymətli edən şey cəmiyyətin bu yöndəki fikirləridir. Quran əxlaqını yaşamayan insanlar həyatını cəmiyyətin qoyduğu ölçülərə görə istiqamətləndirirlər. Bu ölçülər insanların öz ağıllarına görə düşündükləri mənfəətlərdən ibarətdir. İnsanların öz qoyduqları qaydalara uymanın yanlış olmasını Allah Quran ayəsində belə bildirir: Yoxsa onlar (İslamdan əvvəlki) cahiliyyə dövrünün hökmünümü istəyirlər? Yəqinliklə inanan bir qövm üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?! (Maidə surəsi, 50) Cahiliyyə inanclarına görə əsas məsələlərdən biri üstünlük anlayışıdır. Yalnız dünya həyatı üçün yaşayan insanlara görə üstünlük və imtiyaz qazandıran xüsusiyyətlər çox məhduddur. Kiminsə var-dövlət sahibi, etibarlı olması, müəyyən karyeraya sahib, şöhrətli, fiziki baxımdan daha cəlbedici olması bu düşüncədə olan insanlar üçün böyük əhəmiyyət daşıyır. Onlara görə bütün bunlar bir insanın bütün həyatı boyu əldə edə biləcəyi ən üstün xüsusiyyətlərdir. Əgər özləri bu insanlarda olan xüsusiyyətlərə sahib deyillərsə, onlara böyük hörmət edər və onlarla müqayisə etdiklərində özlərini daha dəyərsiz hesab edərlər. Bu dəyərlər baxımından gündəlik qarşılaşdıqları detallara da böyük əhəmiyyət verir və insanları bu ölçülərə görə qiymətləndirirlər. Məsələn, kiminsə yaşadığı yerin adresi, istifadə etdiyi avtomobilin köhnə və ya son model olması, atasının hansı işdə işləməsi, özünün hansı məktəbdə oxuması, peşəsi, geyim tərzi, qohumlarının mövqeyi bu insanlar üçün çox əhəmiyyətlidir. Yoldaş olacaqları, birlikdə vaxt keçirəcəkləri, evlənəcəkləri insanları seçərkən bu xüsusiyyətləri əvvəlcədən araşdırar və seçimlərini ona görə edərlər. Dünyanın bir çox ölkəsində bəzi insanlar digərlərinə dərisinin rəngi, danışdığı dil, mənsub olduğu millətə görə dəyər verir. Bu üstünlük meyarları bəzi cəmiyyətlərdə bir az fərqlənsə də, demək olar ki, eyni ölçüdədir. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #təqva #teqva #takva #üstünlük https://www.instagram.com/p/CljO2qXsCPJ/?igshid=NGJjMDIxMWI=
0 notes
aydanello · 1 year ago
Text
Psixoterapiya gündelikleri
“Psixiatrımın aylardır etdiyi tekidlere baxmayaraq gündeliklerimi yazmamaqda qeti qerarlı idim ama bugün yazmağa ve bunu onunla paylaşmağa cehd göstermeye başladım”
Bugün maşınımla qeza eledim. Özüme heçne olmadı düzdü ama fiziki olaraq olmadı. Menevi cehetden yerle yeksan oldum. Qeza elediyimi bilen atamın heç zeng etmemeyi, nece olduğumu heç maraqlanmamağı her zamankinden daha ferqli bir hiss yaratdı bu defe. Bu ikinci hadise idi ki atam men ölüm ayağında xestexanada olanda nece ki vecine almamışdısa indi de ele oldu. :) bu defe bu veziyeti beynim ferqli qavaryır. Atamın ölmeyimi istemeyini hiss etdim ilk defedi ki kiminse bunu istediyini düşündüm ve hiss etdim. Bu halı meğlubiyet kimi qebullanıram indi. O’nun ölmeyimden qorxmamağı ve sakitliyini bu cür qorumağı sebr, nefsi terbiye, güclü xarakterli olmağından ötrü deyil, heç bir teqva sahibinin sebri bele bu cür övlad hesretinin qarşsını ala bilmez axı! Men ne etsem de xoşbext ede bilmediyim atam artıq görürem ki, eger ölsem meni sever. Fikri bu olmasa bele, yanılıramsa bele, bildiyimiz bir heqiqet var ki “İnsan bir şeyin deyerini onu itirende anlar”. Axırıncı defe ne vaxt bu qeder ürekden istedim ölmeyi inan ki bilmirem. Hem de yaşamaq isteyerken bu qeder hevesle. Yox, başa düşmedin mence meni ) Yaşamaq isteyerken ölümü seçmek.. “niye?..“ çünki öhdesinden gele bilmediyim bu sevgi eksikliyine çare tapa bilmedim. Küçelerde, sintetik maddelerde, pullarda, Ana’mda, dostlarımda, sevgilimde, psixoterapiyalarda, antipsixotiklerde, olanzapin’de, seyahetlerde, filmlerde, musiqilerde… en azından cehd etmedim demerem. Men çox çalışdım ki, atam g��rsün artıq meni, varlığımın ferqinde olsun ve sevsin meni.. axı atam ki, dünyaya gelmeyimi isteyib. İndi ise eksini isteyir. neyse, heçkes pis olmasın, heyatımda en son etdiyim şey intihar olmayacaq elbette.. en son etdiyim şey “Atamın istediyini etmek, onun çiyninden bu nifret etdiyi yükü alıb, layiqli övlad olmaq olacaq”. Beli cefengiyyat kimi görünse de bu bir intihar deyil. İntihar edenler bu maddi dünyadan qaçanlardı. Men ise atasının sevgisini qazanmağa çalışan bir qız.
1 note · View note