#tanımayıb
Explore tagged Tumblr posts
dadaszdkh · 6 months ago
Text
Artıq unudulub bilirəm, darıxmaq hissi əvvəllər olduğu kimi deyil, ağlanılmır əvvəlki kimi. İndi xatırlanılmır, əvvəldə olduğu kimi blirəm. Yadımdadı zəng vurub susulardı qarşındakının səsini eşitmək üçün, danışılmazdı amma sakit durulardı, hər dəfə başqa nömrələrdən yığılardı, tanımayıb cavab verilsin deyə. Daha zənglər gəlmir, indi heç kim susmur, səhv düşmür, üzr istəmir. İndi heç kim darıxmır deyəsən, əvvəllər olduğu kimi
27 notes · View notes
lyamsworld · 1 year ago
Text
Bayaq bir tanışım bir status paylaşmışdı. Deyir ki, ac olanda tələsik marketə girirsən, aclığını yatışdırmaq üçün hər nə gəldi alırsan. Bircə ehtiyacın olandan başqa. Özünü tənha hiss etdiyin zaman da tələsib boşluğu doldurmaq üçün kimə gəldi sığınırsan.
Həqiqət də elə budur. Məsələn, kiminsə münasibəti yenicə bitib və tələsik başqa bir münasibətə yelkən açır. Halbuki, yelkən açdığı bu yeni gəmini hansı okeana sürəcək, bilmir. Çünki tanımayıb, görməyib, hiss etməyib. Özünə zaman vermək lazımdır. Sənin nəyə və ya kimə ehtiyacın varsa, bunu sadəcə sən özün təyin edə bilərsən.
Dilinin vidalaşdığı insanla qəlbin vidalaşmırsa, boşuna nə özünü aldat, nə də başqasını.
8 notes · View notes
metbuat · 2 years ago
Text
DÇ: 
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir. Metbuat.org xəbər verir ki, yarışın 5-ci günündə 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub. Tofiq Əliyev (57 kq) debütdə türkiyəli Ahmet Dumana müqavimət göstərə bilməyib – 0:10. Rəqib finala yüksəldiyi üçün Tofiq sabah ukraynalı Kamil Kərimovla təsəlliverici görüşdə qarşılaşacaq. Kənan Heybətov (70 kq) fransalı Əhməd…
Tumblr media
View On WordPress
0 notes
nigrummblog · 4 years ago
Text
dash'da postlara baxıramdır və heç kəsi tanımayıb vazgeçirəmdir, mutlu son
9 notes · View notes
yagubov · 4 years ago
Text
Bəzən yad insanlar səni daha yaxşı tanıyar, çünki, illərlə birlikdə olduğun insanlara hər şeyi deməzsən. Necə olsa özləri başa düşərlər deyə fikirləşirsən. Ancaq yad insanlar səni tanımağa çalışar və hətta alınarda. Onlar elə anda elə söz deyə bilərlər ki, bu vaxta qədər səni daha yaxşı heç kəs tanımayıb kimi gələr sənə. Qəribədir. Bəlkə də yad deyillər o insanlar.
©
36 notes · View notes
yusfiman · 6 years ago
Text
Paul Walker, Xxxtentacion , Stan Lee
Kimi şəxsləri tanımayıb öldükdən sonra paylaşıb, fanı olan insanlar çox itici gəlir.
21 notes · View notes
aliibrahimovofficial · 4 years ago
Photo
Tumblr media
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASINDAN 98 İL ÖTÜR Hüquqşünas: Əli İbrahomov Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha ehtiramla xatırlayır, onun nurlu və doğma siması göz önündə canlanır. Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən biridir. Biz dünyanın məşhur simalarının bu dahi şəxsiyyət haqqında necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir. Heydər Əliyev zəkası məkan və zaman anlayışı tanımayıb. Naxçıvanda sadə bir ailədə dünyaya gələn bu böyük insanın siyasət olimpinə yolu təlatümlərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçib. Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir. Ulu Öndərin doğum günündə onun keçdiyi ömür yolu kitab kimi vərəqlənir, xatirələr dilə gəlir. Bu dahi şəxsiyyətin xalqı qarşısında daha bir müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsi, özündən sonra layiqli varis qoymasıdır. Yeni əsrin lideri olan Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, praqmatik siyasəti ilə ölkəmizi irəli aparır. Xalq dövlətin sükanının etibarlı əllərdə olduğuna əmindir, öz Prezidentinə inanır və onun arxasınca inamla gedir. Yaşlı nəslin yadında olar: Heydər Əliyevə qədər respublikanın birinci şəxsi, eləcə də digər vəzifə sahibləri kabinetdən kənara nadir hallarda çıxırdılar. Onlardan fərqli olaraq, Heydər Əliyev bölgələrə tez-tez səfərlər edir, insanlarla bilavasitə ünsiyyət qurur, onların problem və qayğıları ilə şəxsən maraqlanırdı. Onun alimlər, yazıçılar, mədəniyyət xadimləri ilə görüşləri ənənəyə çevrilmişdi. Heydər Əliyevin həyatının Moskva və Naxçıvan dövrü Heydər Əliyev Siyasi Büronun üzvü seçiləndə, bir qədər sonra Moskvaya vəzifəyə gedəndə Azərbaycanda insanlar çox sevinir, bir-birini təbrik edirdilər. Bu, iki amillə izah olunurdu. Birincisi, azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe və vəzifə tutması həqiqətən qürurv https://www.instagram.com/p/COpglllhYbb/?igshid=1qqzbydk7gzyp
0 notes
dadaszdkh · 1 year ago
Text
Artıq unudulub bilirəm, darıxmaq hissi əvvəllər olduğu kimi deyil, ağlanılmır əvvəlki kimi. İndi xatırlanılmır, əvvəldə olduğu kimi blirəm. Yadımdadı zəng vurub susulardı qarşındakının səsini eşitmək üçün, danışılmazdı amma sakit durulardı, hər dəfə başqa nömrələrdən yığılardı, tanımayıb cavab verilsin deyə. Daha zənglər gəlmir, indi heç kim susmur, səhv düşmür, üzr İstəmir. İndi heç kim darıxmır deyəsən. Əvvəllər olduğu kimi.
34 notes · View notes
jafarmammad · 8 years ago
Text
Bəzən yad insanlar səni daha yaxşı tanıyar, çünki, illərlə birlikdə olduğun insanlara hər şeyi danışmazsan. Necə olsa özləri başa düşərlər deyə fikirləşərsən. Ancaq, yad insanlar səni tanımağa çalışar və hətta alınar da. Onlar elə anda elə söz deyə bilərlər ki, o vaxta qədər səni daha yaxşı heç kəs tanımayıb kimi gələr sənə. Qəribədir. Bəlkə də heç yad deyillər o insanlar.
69 notes · View notes
todaysazerbaijan · 5 years ago
Text
+18 videosu yayılan Ayşənurun son halı TƏƏCCÜBLƏNDİRDİ - FOTO
+18 videosu yayılan Ayşənurun son halı TƏƏCCÜBLƏNDİRDİ – FOTO
Acun İlıcalının “TV8” kanlında yayımlanan moda yarışmasında qalib olan Ayşənur Balcı yeni imiciylə hər kəsi təəccübləndirib.
Milli.Az Haberler-ə istainadən xəbər verir ki, “Bu Tarz Benim”in +18 videolarıyla səs-küyə səbəb olan Ayşənur Balcının son halını görənlər tanımayıb.
Periscope sosial şəbəkəsində canlı yayım edərək soyunub sinəsini kişilərə əllətdirdiyi +18 videosuyla qalmaqala səbəb…
View On WordPress
0 notes
istixeber-blog · 6 years ago
Photo
Tumblr media
Sosial şəbəkələrdə yayılan video ilə bağlı Komitədən AÇIQLAMA Dövlət Gömrük Komitəsi gömrük əməkdaşının xüsusi geyim formasını tanımayıb gömrük əməkdaşını ləkələməyə çalışanlara müraciət edib.
0 notes
gunelfarkhad · 7 years ago
Text
Yadlaşma...
Yadlaşma…
Bir gün qapımı döyəcəksən. Açacağam. Səni tanımayıb, soruşacağam ki, “Salam, bağışlayın, kimdir, kim lazımdır?”. Özünü təqdim edəcəksən. Deyəcəyəm, “Səhv ünvana gəlmisiniz, sizi tanımıram”. Ürəyim döyünəcək, əllərim titrəyəcək. Gözünə baxıb yalan deyəcəyəm. Amma zaman bizi yadlaşdıracaq bir-birimizə… Zəng edəcəksən. Nömrəni baxıb, tanısam belə, 4-cü çağırışında cavab verəcəyəm. Səsini guya ki,…
View On WordPress
0 notes
listeliyi · 8 years ago
Link
via AYGÜN KAZIMOVANIN QIZI GÖRƏNLƏRİ HEYRAN ETDİ - FOTO http://ift.tt/eA8V8J Kökəlib əndazəni aşan İlqarəni görənlər ŞOKDA: Arıqlayıb bir dəri bir sümük oldu Son günlər həddindən artıq kökəlməsi ilə diqqət çəkən gənc müğənni İlqarə Kazımovanı görənlər tanımayıb. Kökəldiyinə görə tənqid atəşinə tutulan İlqarə bir ay müddətində bir xeyli arıqlayıb. İstifadəçilər İlqarənin paylaşdığı fotoya onun mükəmməl dərəcədə arıqladığını söyləsələr də, onun bu fotosunun köhnə olduğunu deyənlər də az olmayıb. İlqarənin fotosunu təqdim edirik:
0 notes
aliibrahimovofficial · 4 years ago
Photo
Tumblr media
Putinin son dəqiqə müsahibəsindən ən vacib başlıqlar. 1) Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub 2) Heç Ermənistanın özü də Dağlıq Qarabağ Respublikasını tanımayıb 3) Ermənistanın Qarabağla bağlı hazırkı razılaşmadan imtina etməsi ölkə üçün intihar olar 4) Bəli, Türkiyə həmişə Azərbaycanı dəstəkləyib. Azərbaycanın öz müttəfiqini seçmək hüququ var. Kim buna nə deyə bilər ki?.. 5) Türkiyəni beynəlxalq hüququ pozmaqda günahlandırmaq olmaz 6) Ortaq monitorinq mərkəzinin harada yerləşəcəyinə yalnız Azərbaycan özü qərar verə bilər Məncə artıq hər şey aydındır. Kimsə özündən heçnə uydurmasın. Real vəziyyət budur və biz VƏTƏN müharibəsinin qalibiyik. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! https://www.instagram.com/p/CHvXOScBiOo/?igshid=o1da1rzplhew
0 notes
listeliyi · 8 years ago
Link
via Seks videosu yayılan qadının internet faciəsi - 18 + - ŞOK FOTOLAR http://ift.tt/eA8V8J Tiziana Cantone üçün hadisələrin intihar səviyyəsinə gələcək başlanğıcı, yəqin ki, cəmi bir neçə saniyə çəkib. Neapolun kənarında yerləşən Mugnano-dan olan 31 yaşlı Tiziana, bir neçə seks videosunu Whatsapp mesajlaşma proqramı vasitəsilə beş dostuna yollayır. Bunların içində, münasibəti qarışıq olan sevgilisi Sergio Di Palo da olub. Videolar onun, bir neçə kişi ilə seksual hərəkətlərini göstərir. "O, gözəl və həssas idi," 15 illik rəfiqəsi Teresa Petrosino deyir. "O, yanlış zamanda yanlış insanlara olub." Videolar tezliklə paylaşılır və bir neçə internet səhifəsinə yüklənir. Fiziki hərəktlərdənsə, Tiziana Cantone-in bir cümləsi daha çox yaddaşlara həkk olur: "Video çəkirsən?" o, kameranı tutan kişidən soruşur. "Bravo!" Sözlər, sərbəst gənc qadının seks zamanı videoya çəkilməkdən həzz aldığını göstərir. Təsadüfən ifadə, insanlara videonu izləyə bilmək lisenziyası təqdim edir: əgər o, videoya çəkilməsinə etiraz etməyibsə, baxmaqda heç bir qəbahət yoxdur. Lakin italyanlar təkcə baxmaqla kifayətlənmirlər. İstifadəçilər tezliklə onun ifadəsini mimlərə çevirirlər. Tiziana-nın şəkili gödəkcə və parodiya səhifələrində yer alır. Heç kəs, onun nə hiss etdiyini düşünmək istəmirdi, çünki hamı Tiziana-nın bundan razı qaldığına inanırdı. Lakin, bu yanlış anlaşılıb. "İnsanlar, sərbəst bir adam ilə internetdə yayılmanı səhv salırlar," sosial şərhçi Selvaggia Lucarelli deyir. "Video hazırlayıb, insanlarla paylaşa bilərsən, amma, bundan daha artıq paylaşmaq üçün bir razılıq olmalıdır." Qanuni savaş Həssas Tiziana Cantone, bundan dəhşətə g��lir. "Biz onunla heç vaxt videonun detalları haqqında danışmamışdıq," rəfiqəsi Teresa söyləyir. "Heç vaxt onları görməmişdim və görmək belə istəmirəm. Onun bundan əzab çəkdiyini görürdüm. Lakin, çox güclü idi." Xanım Cantone mübarizə aparmaq qərarına gəlir. Lakin, videoların dərhal silinməsi üçün bir yol yox idi. O, məhkəməyə müraciət edir və videoların icazəsi olmadan internet səhifələrinə yerləşdirildiyini iddia edir. "İnsanlar onu tanıyacaq dəyə küçəyə çıxmaq istəmirdi. O, virtual dünya ilə real dünyanın eyni olduğunu anlamışdı," Teresa izah edir. "O, vəziyyətin dəyişməyəcəyini başa düşmüşdü. Yəni, potensial həyat yoldaşı, potensial övladları nə zamansa videonu görə bilərdilər, heç zaman videolardan yaxasını qurtara bilməyəcəkdi." Tiziana-nın anası qalan ömrünü qızını müdafiəyə həsr edəcək Anası Maria Teresa Giglio, yalnız həftələr sonra qızı haqqında məlumat vermək cəsarəti toplayıb. "Qızım çox yaxşı qız idi, həm də çox həssas idi," o, BBC-ə deyib. "Doğulandan ata qayğısı görməyib. Heç zaman atasını tanımayıb. Bu, onun bütün həyatına təsir etmişdi." Ana ilə qızı bir yerdə yaşayırmışlar. Xoşbəxt vaxtlarında Tiziana italiyalı müğənnilərə qulaq asar, əsərlər oxuyar və pianoda ifa edərmiş. İntim videolar yayıldıqdan sonra, o, hər şeydən əlini ��zür. "Onun həyatı, hər kəsin gözü önündə məhv oldu," anası söyləyir. "İnsanlar ona lağ edir, təqlidləri pornoqrafik səhifələrə yerləşdirilirdi. Ona tərbiyəsiz adlarla müraciət edilirdi." Sentyabr ayında Neapol məhkəməsi intim videoların bəzi internet səhifələri və axtarış proqramlarında silinməsi qərarını verir. Lakin məhkəmə həmçinin, qanuni xərclər üçün Tiziana-dan 20.000 avro pul istəyir. Hər şey üst-üstə gəlirdi. 2016-cı il sentyabrın 13-ü Maria Teresa Giglio şəhərdəki işinə gedir. Qızı evdə qalır. Xanım Giglio-ya işdə telefon zəngi gəlir. "Qardaşımın arvadı mənə zəng vurdu və sakit səslə evə gəlməyimi istədi. Evə çatdıqda polis və təcili tibbi yardım maşınlarını gördüm və hər şeyi başa düşdüm," o ağlayaraq deyir. "Qardaşım arvadı onu xilas etməyə çalışır. Qonşularım məni, maşınımdan çıxmağa qoymadılar. Az qala ürəyim gedəcəkdi. Mənim evə girməyimi istəmirdilər. Son dəfə ona baxa bilmədim." "O, ölən gün mənim həyatım bitdi."Tiziana Cantone Neapolun kənarında yerləşən işçi sinfin yaşadığı Mugnano-dakı ailə evində qalırdı. İtalyanlar Tiziana-nın ölümündən təsirləniblər və dəfni İtaliya mediasına geniş yayımlanıb Bir gün sonra, Maria Teresa Giglio qızını ağ tabutda torpağa tapşırır. Dəfn mərasimində belə bir qeyd asılmışdı: "şirin, gözəl, həssas mələk!" Videoları kim paylaşıb? Tiziana Cantone-nin ölümündə bir kədərli paradoks gizlənib. Həyatına qəsd etməklə o, bütün bunların unudulacağına ümid etsə də, əksi baş verib. Anası da məcbur şəkildə video yazıları izləyib. "Bunun nə demək olduğunu təsəvvür edə bilməzsiniz. Mən həqiqəti anlamaq üçün detalları görmək istəyirdim. Bu mənim Tizianam deyildi," deyən Maria Teresa, qızının narkotik maddə təsirində olduğuna inanır. O, videoların təsadüfən lentə alınmadığına da inanır. "Sanki bu, qabaqcan düşünülmüş kriminal plan idi. Onlar sadəcə bu yazıq qızın üzünü göstərərək internetə yaymaq istəyiblər." Xüsusilə də, Xanım Giglio, qızının keçmiş sevgilisi Cənab Di Palo-un bu iş ilə bir əlaqəsi olub-olmamasını bilmək istəyir. "O, qızımı xilas etməyim üçün mənə kömək etmədi. Bəlkə həqiqəti tapmaqda mənə kömək olar." 2016-cı ilin noyabrında prokurorlar Cənab Di Palo-nu 10 saat dindiriblər. Onlar, Tiziana-nın intiharında kiminsə əlinin olub-olmamasını öyrənmək istəyirdilər. Cənab Di Palo bizim müsahibə təklifimizi rədd etdi. "Biz, ictimai münasibətdən əziyyət çəkən Tiziana-ya hörmətimizdən şərh verməkdən boyun qaçırırıq," Cənab Di Palo-nun vəkili Bruno Larosa deyib. "Biz məhkəməyə etibar edirik və nəzərinizə çatdırım ki, mənim müştərim ittiham olunmur." Tiziana-nın ölümündən qalanlar Tiziana Cantone-nin intihar etdiyi gün, İtaliyanın pornoqrafiya və şəxsilik haqqında müzakirə tonu dəyişir. "Düşünürəm ki, hadisə, fərq yaratdı, həm də italiyalı jurnalistlərin pornoqrafiya ilə bənzəri münasibətində kəskin bir fərq," sosial şərhçi Selvaggia Lucarelli deyir. "Onlar qayğısız yanaşmaya öyrəşmişdilər və Tiziana-nın ölümü bunu dəyişdi. Bu cür başqa hallarda, tərəflərdən biri tanınmış şəxs olarsa, medianın münasibəti daha tədbirli olur." Həmçinin, intim görüntülərini internetdə yaymaq istəyənlər üçün də ibrətamiz bir dərs oldu. "İnsanlar, virtual həyatları ilə real həyatlarını paralel reallıq kimi görürlər," Xanım Lucarelli xəbərdarlıq edir. "Amma belə deyil. Onlar üst-üstə düşürlər. İnternet, bizim həyatımızdır. Real həyatda etmədiyiniz şeyləri internetdə də etməməliyik." Tiziana-nın anası, onun ölümünün başqa qadınlara gələcəkdə kömək etməsini istəyir Tiziana-nın videoları əsas axtarış sistemlərində tapılmasa da, hələ də mövcuddurlar. Onun anası İtaliya və Avropanın qalan hissələrinin şəxsi materialların internetdən silinməsi üçün daha sürətli bir yol tapmasını və böyük internet şirkətlərinin məsuliyyətlə davranmasını istəyir. "Mən, özüm kimi əziyyət çəkən bütün anaların adından danışıram," o deyir. İtaliyanın şəxsi məlumatların qorunması üzrə sədri Antonello Sorro, dəyişikliklərə ehtiyacla razılaşsa da, hökumətin nə edəcəyi haqqında söz açmır. "Bizim, müxtəlif internet platformaları üzrə daha sürətli cavab mexanizminə ehtiyacımız var, lakin, internetdə hörməti artırmaq da vacibdir," o çıxışında bildirib. "Yeni internet dünyası üçün adekvat olan mədəniyyət və həssaslıqla bağlı rəqəmsal təhsil üçün, güclü investisiyaya ehtiyac duyuruq." Tiziana-nın anası üçün isə artıq həyat, qızının adını müdafiə etmək və başqalarının eyni taleyi yaşamaması üçün mübarizə aparmaqdan ibarətdir. "Ümid edirəm ki, Tiziana Cantone-nin adı istehza kimi yox, digər qadınların xilas olması üçün dilə gətiriləcək. Bunun baş verməsini istəyirəm. Başqa insanları xilas etmək üçün."
0 notes
listeliyi · 8 years ago
Link
via "Anamın yatağında oğlan gördüm..." - Əri Rusiyada olan qadına təcavüzün TƏFƏRRÜATI http://ift.tt/eA8V8J Əri Rusiyada olan qadına təcavüz edən Cəlilabad rayon sakini, 1995-ci il təvəllüdlü Emin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Emin Quliyev 18 mart 2015-ci il tarixdə, gecə saat 02.30-da Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsindəki evlərdən birinin yaxınlığına gəlib. Emin Quliyev orada əvvəllər heç bir münasibətinin olmadığı, əri Rusiyada yaşayan və azyaşlı uşaqları ilə tək qalan Səidə Məmmədovanın (zərərçəkmişin və ailə üzvlərinin adları şərtidir) evinə daxil olub. O, Səidənin azyaşlı uşaqları ilə birlikdə yatdığı otağa girib və cinsi əlaqəyə girmək üçün əynində olan paltarlarını soyundurmağa başlayıb. Bu zaman yuxudan ayılan Səidə Məmmədova buna imkan verməyərək, ona müqavimət göstərib. Emin Quliyev müqavimət göstərərək əli ilə Səidənin ağzından tutub və cinsi əlaqədə olmaq istəyib. Bu zaman Səidənin 11 yaşlı qızı Vəfa yuxudan oyanıb və otağın işığını yandırıb. Vəziyyətin belə yarandığını görən Emin Quliyev oradan qaçıb. "Kiminsə mənə toxunduğunu hiss etdim" Emin Quliyev Cinayət Məcəlləsinin 29.149.1-ci (zorlamaya cəhd) və 157.1-ci (mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham edilib. Onun barəsində olan cinayət işi araşdırılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Emin Quliyev ümumiyyətlə bu cinayətlə əlaqəsi olmadığını deyib. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Səidə Məmmədova bildirib ki, həyat yoldaşı Adil 7 ildir Rusiyada yaşayır: "Bu səbəbdən tanışımız Samirin Göytəpə şəhərində yerləşən evində 11 yaşlı qızım Vəfa və 10 yaşlı oğlum Sadiq ilə birlikdə yaşayıram. 2015-ci ilin mart ayının 17-dən 18-nə keçən gecə, saat 02:30 radələrində yatarkən kiminsə mənə toxunduğunu hiss etdim. Əvvəlcə düşündüm ki, oğlumdur, yanımda yatmaq istəyir. Gözümü açanda üstümdə kişi gördüm. O, məni öpür və paltarlarımı çıxarmaq istəyirdi". Səidə Məmmədovanın sözlərinə görə, həmin şəxs sağ əli ilə onun alt paltarını çıxarmaq istəyib: "Əlimlə paltarımı tutaraq qışqırdım. Səsim çıxmasın deyə digər əli ilə ağzımdan tutdu. Nəticədə sol üst dişim qırıldı və ağzım qanadı. İki əlimlə qulaqlarından tutub üstümdən atdım və var gücümlə qışqırdım. Səsimə qızım Vəfa oyandı. Qızıma dedim ki, işığı yandır. İşıq yananda tanımadığım, orta boylu, təxminən 20 yaşlarında, kürən bir oğlanı üstümdə gördüm. Sonradan bildim ki, bu Emin Quliyevdir. Yenidən qışqırdım. Qızım da yad oğlanı görən kimi qışqırdı. Oğlan üstümdən qalxaraq otaqdan çıxdı.Onun ardınca eyvana çıxdım və ondan kim olduğunu soruşdum. Heç nə demədən bir cüt qara rəngli uzunboğaz ayaqqabıları və qara gödəkçəsini əlinə alaraq qapıya yaxınlaşdı. "Səhərin açılmasını gözlədim" Zərərçəkmiş qeyd edib ki, Emin Quliyev eyvanın qapısını açaraq çölə çıxmaq istəyib: "Bu zaman Emin qapının içəridən bağlı olduğunu gördü və məndən qapını açmağı tələb etdi. Mən də qorxumdan qapını açdım. Sonra Emin Quliyev həyətə düşüb, küçə qapısına yaxınlaşdı. Qapı açarla bağlı olduğu üçün hasardan tullanıb getdi. Sonradan bildim ki, o, arxa otağın pəncərəsindən evə daxil olub. Emin Quliyev pilləkəndəki lampanı da açmışdı ki, işığı yandıran olsa onu görə bilməsin. İşığı yandırıb ətrafa baxdım. Pilləkəndə Emin Quliyevin adına olan bir ədəd hərbi bilet, bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd Bakcell operatoruna məxsus sim kart, bir neçə ədəd qırmızı rəngli Bakcell balans kartları və iki ədəd hərbiyə aid sənədlər aşkar etdim. Telefonunda kontur olmadığı üçün heç kimə zəng edə bilmədim. Ona görə səhərin açılmasını gözlədim". Səidə Məmmədova bildirib ki, səhər açılanda baş verənlərlə bağlı evin sahibinə məlumat verib: "Ev sahibi bu barədə Göytəpə polis bölməsinin əməkdaşı Mehman Quliyevə məlumat verdi və axırıncı digər polis əməkdaşları ilə birgə evə gəldi. Polislər evə baxarkən Emin Quliyevin sənədlərini onlara təqdim etdim. Öncə utandığımdan polis əməkdaşlarına Emin Quliyevin məni zorlamağa cəhd etməsini dəqiq bildirmədim. Lakin sonradan bu barədə həm polisə, həm də rayon prokurorluğuna ərizə ilə müraciət etdim". "Anamın yatağında oğlan gördüm" Cinayət işi üzrə şahid qismində ifadə verən Vəfa bildirib ki, 2015-ci ilin mart ayının 17-dən 18-nə keçən gecə anası və kiçik qardaşı ilə birlikdə yaşadığı Göytəpə şəhərindəki evdə, bir otaqda gecələyib: "Həmin gecə, saat təxminən 2 radələrində anamın qışqırıq səsinə yuxudan oyandım. Anam həyacan içində işığı yandırmağımı bildirdi. İşığı yandırdıqda anamın yatağında hündür boylu oğlan gördüm. Sanki oğlan anamın ağzından tutub onu boğmaq istəyirdi. Qorxumdan qışqırmağa başladım, anam da qışqırdı. Həmin oğlan məni görəndən sonra eyvana çıxdı. Səsimizə qardaşım da oyandı. Anam ilə həmin oğlanın arxasınca eyvana çıxdıq. Oğlanın evdən getdiyini gördük". 5 il 6 ay cəza Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Quliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Emin Quliyevin müdafiəçisi Rövşən Qasımov apelyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Qeyd edib ki, cinayət işinin araşdırılması zamanı Emin Quliyev hadisə yerinə aparılmayıb, hadisə yerində olan izlər, o cümlədən ayaq izləri götürülməyib. Vəkilin şikayətinə görə, birinci instansiya məhkəməsində məhkəmə lifli ekspertizası keçirilməsi barədə vəsatət versə də, təmin edilməyib. İş üzrə tanıma istintaq hərəkəti aparılmasında iştirak etmiş şəxslər məhkəməyə çağırılaraq əlavə şahid kimi dindirilməyib: "Ümumiyyətlə tanıma zamanı zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi tanımayıb. İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyləri işdəki digər sübutlarla sübuta yetirilmir". Vəkilin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İsmayıl Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Qərara görə, Emin Quliyevin vəkilinin şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
0 notes