#tamamlayıb
Explore tagged Tumblr posts
dadaszdkh · 2 months ago
Text
Əsl ağrı bilirsiz nə zaman olur? 21ni tamamlayıb 22li yaşlara keçəndə ruhən və cismən böyüdüyünü hiss etdiyin zaman.
26 notes · View notes
huseynmammad · 1 year ago
Text
Tumblr media Tumblr media
39 notes · View notes
metbuat · 2 years ago
Text
FOTOLAR
Çempionlar Liqasının pley-off mərhələsində sabah “Viktoriya”nı qəbul edəcək “Qarabağ” hazırlığını tamamlayıb. Metbuat.org xəbər verir ki, Ağdam təmsilçisi bu gün “Azərsun Arena”da Çexiya klubu ilə matç üçün son məşqinə çıxıb. Metbuat.org
Tumblr media
View On WordPress
0 notes
aiselibrahim · 2 years ago
Text
Bəlli bir yaşdan sonra ailə üzvləriylə eyni evdə yaşamaq necə bir dərddir. Özünə aid məşğuliyyət otağın yoxdur, evin dördbir tərəfində yüksək səslə sosial şəbəkədə postlara baxanların qarışıq səslərini dinləmək məcburiyyətindəsən, çünki otaqlar bir-birinə o qədər yaxındır ki, səsini alsalar da gəlir, səhərdən axşama işdə olursan deyə işdən evə gələndə səhərdən axşamacan yığılan bütün eşitmək istəməyəcəyin mövzular danışılır, suallar verilir. Nəyləsə məşğul olmaq istəsən səsdən fokuslana bilmirsən, təkrar-təkrar baxılan videoların, Tvnin səsinin miksini dinləyərək özünü bu cür rahatlığa “məcbur” edirsən. 3/4 saatlıq vaxt dilimin bu cür şeylərlə keçir və sənin başın şişir, yatmağa qərar verirsən. Özünə 1 saat belə vaxt ayıra bilmədən günü tamamlayıb sabahısı işə gedirsən.
20 notes · View notes
mahmudtofiq · 2 years ago
Text
۩Mərhəmətli, Rəhmli Allahın adı ilə۩
2.197: Həcc (mövsümü) məlum olan aylardır.
3.97: Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur.
2.200: Həcc mərasimini tamamlayıb qurtardıqda (keçmişdə) ata-babalarınızı yada saldığınız kimi, ondan da artıq Allahı yad edin!
Tumblr media
11 notes · View notes
1aytaj · 3 years ago
Text
Tumblr media
✨Jose Mauro de Vasconcelos✨
✨Şeker Portakalı✨
İlk öncə yazıçı haqqında danışacam. Jose Mauro de Vasconcelos 1920-ci ildə Brazilyada, çox yoxsul bir ailədə anadan olmuşdur. Anası hindu, atası portuqal olan Jose erkən yaşlarında təhsil üçün Natala, əmisinin yanına göndərilir. Burada üzməyi mükəmməl öyrənir, müxtəlif yarışlarda iştirak edir. Hətta xəyallarından biri üzgüçülük çempionu olmaq olur. Ümumiyyətlə, bir çox idman növüylə məşğul olmuşdur. Daha sonra tibb məktəbinə daxil olur, lakin təhsilini tamamlamır. Bir müddət boks müəllimi kimi işlədikdən sonra Rio de Janeyroya geri qayıdır. Rioda rəssamlar və heykəltaraşlar üçün modellik edir. Həyatı boyu müxtəlif işlərdə çalışıb. Müəllimlik və modelliklə yanaşı, balıqçılıq və fəhləliklə də məşğul olub. Bu, əsərlərini yazmaq baxımından, onun üçün böyük ��stünlük olub. Fərqli işlərdə işləmiş, fərqli insanlarla ünsiyyətdə olmuş və bir çox hadisələrə şahid olmuşdur. Bunun izlərinə romanlarında rast gəlmək olar. Yazıçı 1984-cü ildə vəfat edib. Romanlarında daha çox insanların kasıb həyat tərzini, ailə münasibətlərini , şiddəti və s. təsvir edib. Bugün isə demək olar hamının oxuyub sevdiyi “Şeker Portakalı” romanı haqqında danışacam. Müəllif bu əsərini 12 günə tamamlayıb. Avtobioqrafik əsərdir. 1968-ci ildə nəşr olunub. 16 dilə tərcümə olunub. 3 hissədən ibarətdir:
1. Şeker Portakalı
2. Güneşi uyandıralım
3. Delifişek
1-ci kitab azərbaycan dilində də var(Şirin Portağal ağacım). Amma digər iki kitabın bizim dildə nəşrinə rast gəlməmişəm. Uşaq romanı olsa da, 7-den 77-ye hamının sevdiyi romandır. Dram janrındadır. Oxuyarkən mənə “Küçük Prens”i xatırlatdı. Roman əsasında 2012-ci ildə film də çəkilmişdir(bu haqda da post olacaq). Kitab bir-birilə bağlı hissələr şəkllində yazılıb. Keçək məzmuna…
Hadisələr 1920-ci illərdə, Brazilyada 5 yaşlı Zezenin ətrafında cərəyan edir. Zeze yoxsul və çoxuşaqlı ailənin axrıncı uşaqlarından biridir. Balaca olmağına baxmayaraq, çox dərrakəli və geniş təsəvvürə malik uşaqdır. Bununla belə, Zeze çox dəcəldir və buna görə də hər dəfə bərk döyülür. Hətta bir dəfə atası onu elə döyür ki, Zeze ölmək istəyir. Evdə daha çox bacısını istəyir. Bacısı onun nazını çəkir, qayğısına qalır. Məktəbdə isə müəlliməsini çox istədiyi üçün heç dəcəllik etmir, hər gün müəlliməsinə gül aparır. Bir gün ailəsi yeni evə köçür. Yeni həyətlərində bir portağal ağacı olur və Zeze onu özünə dost seçir. Hər gün başına gələn hadisələrdən, xəyallarından bəhs edir, bir sözlə onunla dərdləşir. Adını da Minguinho qoyur. Bir gün Manuel Valadereslə(Portuga) tanış olur, bu tanışlıq xoş başlamasa da, sonra möhkəm dostluğa çevrilir. Zeze onu atası kimi görməyə başlayır. Bir gün Zeze məktəbdə olarkən, Portuganın qəza xəbəri gəlir və Zezenin həyatı kökündən dəyişir. Oxumayanlar üçün spoiler olmasın deyə məzmunu burada yekunlaşdırıb təhlilə keçirəm.Əsərin əsas mövzusu ailə, ailədaxili münasibətlər, ailəiçi şiddət, uşaq psixologiyası haqqındadır. Ümumiyyətlə, ailə mövzusu çox geniş mövzudur. Müasir cəmiyyətdə yaşamağımıza baxmayaraq, evlilik, dünyaya uşaq gətirmək hələ də nəsilartırma məqsədi güdür( Əlbəttə ki, bu 100% belə deyil). Əgər söhbət sağlam artımdan gedirsə, niyə də olmasın? İdeal ailə, ideal uşaq yoxdur. Çünki, ideal insan yoxdur. Necə ki, bizdən öncəkilər səhvlərə yol veriblər, biz də nələrisə səhv edəcəyik. Lakin bunun fərqinə varıb, minimuma endirmək ən doğru həll yoldur. İki yetişkin insan ailə qurub uşaq dünyaya gətirirsə, bunun məsuliyyətini dərk edib şüurlu şəkildə etməlidir. Ata ata olaraq, ana isə ana olaraq öz rolunu aparmalıdır. Çünki ikisinin də sevgisi fərqlidir. Bu yaxınlarda oxumuşdum ki, cütlüklər valideyn olmadan öncə testdən keçməli, psixoloji durumları, buna hazır olub olmadıqları yoxlanılmalıdır. Çox yaxşı təşəbbüs olardı. İkinci bir mövzu ailəiçi şiddətdir. Uşağın dəcəlliyinə görə döyülməsi heç vaxt həll yolu olmayıb, olmayacaq da. Bu o demək deyil ki, uşağı ərköyün böyütmək lazımdır. Bunlar fərqli şeylərdir. Kitabda bir hissə var, Zeze deyir: “Anam çox yaxşı insandır, o həyətdən ən nazik çubuqları yığır və sadəcə ayaqlarıma vurur.” Mənə görə romanın ən təsirli hissəsi idi. Uşağa tərbiyə vermək üçün müəyyən yaşı gözləmək, yəni hələ balacadır başa düşmür, nə istəsə etmək düzgün deyil. Belə olmasa, uşağı döyməyə də ehtiyac qalmaz deyə düşünürəm. Digər mövzu sevgidir. Sevgi ümumiyyətlə, geniş məhfumdur. Burada məhz ailə üzvləri arasındakı sevgidən söhbət gedir. Hər valideyn öz övladını sevir. Məncə, məsələ bunu nə dərəcədə hiss etdirməkdədir. Uşağın sağlam ruhda, sağlam psixologiyada, bir şəxsiyyət kimi formalaşmağında böyüdüyü mühitin əvəzsiz rolu var. Sevgisiz mühitdə böyüyən uşaqlar neçə yaşda olmaqlarına baxmayaraq heç vaxt özlərini tapa bilmirlər. Müəllif bunu Zezenin müəlliməsi və Portuga ilə olan münasibətində ifadə edib. “Zaman hər şeyə çarədir” ifadəsini yazarımız sevgi ilə əvəz edir və deyir “Sevginin sağalda bilməyəcəyi yara yoxdur!”. Mən də bununla razılaşıram, dünyanı gözəllik yox, məhz sevgi xilas edəcək! Kitabı şiddətlə tövsiyə edirəm.
6 notes · View notes
manhattanli · 4 years ago
Text
Son bir həftə. 19u tamamlayıram. Amma hələ ondan sonra “19 yaşım var” deməyə başlayacam. Nə əlaqə bax, nə əlaqə? Mən 19u tamamlayıb 20ci yaşıma başlayıram niyə 19 deyim? Beynim yandı
24 notes · View notes
ag-qara · 4 years ago
Text
Yaşarkən yaşayın. İnsan ömrünü tamamlayıb öldüyü zaman, ölüm, daşıdığı dəhşəti itirər. İnsan doğru zamanda yaşamazsa, əsla, doğru zamanda ölməz.
15 notes · View notes
melikeagha · 4 years ago
Text
Hər bir insanın həyatında bir dəfə belə olsun içdən güldüyü bir anda ağlına qəfil nə isə gəlib, təbəssümünün paramparça olduğu bir an olub. Sonra da ardını saxta təbəssümlə tamamlayıb ki, kimsə fərqinə varmasın. O boyda qırıqlıq kiçik bir təbəssümün arxasında gizlənib.
Bu mənəviyyat fizika qanunlarını məhv edir.
21 notes · View notes
nunuzynlva · 4 years ago
Text
Başımıza nə gəlirsə, gəlsin, həmişə ən pisindən qorunduğumuza inananlardanam.Əgər bir şey yaşanırsa, deməli, bizim ondan almağımız lazım olan bir dərs və ya qazanmağımız lazım olan bir təcrübə mütləq vardır. Əgər yaşanan bir şey, artıq yaşanmırsa, deməli, missiyasını tamamlayıb və artıq davam etməsinə ehtiyac yoxdur. Kiminsə varlığı, yoxluğu məni narahat etmədiyi kimi, itirdiyim, uduzduğum heç nə üçün də narahat deyiləm. Nə də olsa var olan hər şeyin mütləq bir sonu var.🌪🌹
35 notes · View notes
elmirtahmazov · 2 years ago
Photo
Tumblr media
Psixoterapevtin superviziyası və öz terapiyası nədir? Psixoanalitik teoriyaya görə psixoterapevt mütləq superviziya və terapiya almalıdır, koqnitiv-davranışçı teoriyada isə superviziya mütləqdir, terapiya azruolunandır. İlk öncə onu qeyd edim ki, superviziya təhsil prosesidir. Psixoterapevt hər hansı terapiya təhsilini tamamlayıb danışan görəndə mütləq superviziya almalıdır. Burda terapevtin əks-transferləri (countertransference-karşıaktarım) incələnir. Bundan əlavə supervizor üst səviyyəli peşəkar olmalıdır. Superviziyada həm terapevtin seansda etməməli olduqları həm də emosional yaşantıları həm psixoterapevtik çərçivə vəs. incələnməlidir. Nə etməməli olduqlarının içində çox şey var, məs; danışana təsəlli və ya məsləhət vermək. Uşaqlara görə döz, boş ver keçər və sairə. Əks-transfer’ə örnək; deyək ki, danışan ona təcavüz edənlə yenidən barışıb və biryerdə yaşayır. Psixoterapevt superviziyada, bu vəziyyətdə rahatlıqla nə hiss etdiyini deyə bilməlidir. Psixoterapevt; bunu eşidəndə az qaldı əsəbimdən partlayım, çox şiddətli qəzəb hiss etdim. Supervizor; Bəs seansda necə qarşıladın danışanın təcavüzcüsünə qayıtmasına? Psixoterapevtin öz terapiyasına analitik teoriyada analiz prosesi (süreci) deyirlər. Hətta Freyd özü-özünü analiz etmək barədə yazırdı. Terapiya isə təhsil prosesi deyil, psixoterapevtin, keçmiş yaşantılarını, öz daxili qarşıdurmalarını həll etmək üçün vacib olan bir prosesdir. Öz daxili qarşıdurmasını (içsel çatışma) həll etməyən, hüzurlu olmayan terapevt istər-istəməz öz həyat hekayəsini terapiyaya yansıdacaq və nəticədə prosesin uğursuzluqa bitməsi ehtimalı artacaq. Superviziya və terapiya almayan ruh sağlığı mütəxəssisləri artıqca, biz xəstələrinin mesajlarını fəxrlə paylaşan psixiatrlar, seansları videoya çəkən psixoloqlar, uşağa şiddət göstərən ruh sağlığı işçiləri görməyə davam edəcəyik. ya isə adətən fərdi olur 😊 #psixiatr #drelmirtahmazov #onlinepsixoterapiya #psixoterapevt #cinsiterapevt #superviziya #emdr #triplep #pozitiv #valideynlik #proqramı #təlimçi https://www.instagram.com/p/CiDLveTqpnQ/?igshid=NGJjMDIxMWI=
0 notes
embawoodmadeyra · 2 years ago
Photo
Tumblr media
LUNA dəhliz mebeli yenilikçi terzi ilə evinizin interyerini tamamlayıb funksionalliğı ila evin ən səliqəli küncünü yaradacaq. Dəsta daxildir: 🔺Ayaqqabi dolabı (1 siyirmə/1 dolab); 🔺Ayaqqabı dolabı (2 dolab); 🔺1 qapili dolab; 🔺Güzgü, 🔺Asılqan. (at Xırdalan) https://www.instagram.com/p/ChwmpBxgybZ/?igshid=NGJjMDIxMWI=
0 notes
istixeber-blog · 6 years ago
Text
Məşhur modeldən iddialı Yeni il pozları - Fotolar
Məşhur modeldən iddialı Yeni il pozları – Fotolar
Braziliyalı model Ana Braqa Yeni il üçün obyektiv qarşısına keçib. İstixəbər.info Axşam.az-a istinadən xəbər verir ki, o, şam ağacını bəzədiyi yerdə müxtəlif pozlarda fotosessiya etdirib.
Şəkillərdə diqqət çəkən məqam Ananın şam ağacını qırmızı bodidə bəzəməyi olub. O, obrazını uzunboğaz çəkmələrlə tamamlayıb.
Braqa çəkilişdən fotoları 163 minlik İnstaqrm səhifəsində yerləşdirib. Onun cəsur…
View On WordPress
0 notes
listeliyi · 8 years ago
Link
via BU BİR MÖCÜZƏ! BAŞ AĞRISI, POMATIZMA, ÖSKÜRƏK, İLTİHABLI YARALAR...ƏN GÜCLÜ ŞƏFA QAYNAĞI! FOTO http://ift.tt/eA8V8J Kəklik otu yağı faydaları, zərərləri... Kəklik otu, çox istiqamətli istifadə edilə bilən bir bitkidir. Çoxumuz mətbəximizdə yeməklərimizə ədviyyat olaraq istifadə edirik kəklik otunu. Kəklik otunun özü qədər, kəklik otu suyu, kəklik otu yağı da tez-tez istifadə edilən faydalı məhsullar arasındadər. İmmunitet sistemini qüvvətləndirməkdən tutmuş aybaşı tənzimləməyə qədər bir çox fayda verən kəklik otu yağının faydalarına nəzər salaq ; *Baş ağrısı *Romatizma * Bədəni qüvvətləndirər. * Həzmi asanlaşdırar. * İştahsızlığı aradan qaldırar. * Sinirləri qüvvətləndirər. * Ürək döyüntülərini stabilləşdirər. * Bağırsaq iltihabını yaxşılaşdırar. * İfrazatın nizamlı işini təmin edər. * Aybaşını qaydasına salar. * Sidik qovucudur. * Bağırsaq qurdlarının düşməsinə kömək edər. * Böyrəklərdə mikrobları öldürər. * Təzyiqi müvəqqəti yüksəldər. * Xəstəliklərə qarşı müqavimət göstərmə gücünü artırar. * Uşaqlarda görülən qansızlığı aradan qaldırar. * Qan dövranını nizamlar. * Xronik öskürək, asma, bronxit üçün faydalıdır. * Qrip, beyin soyuqdəyməsi və anqində şikayətlərin azalmasına köməkçidir. * Kəklik otu suyu ilə duş romatizm ağrılarını dayandırar. * Qandakı şəkər miqdarını azaldar. Kəklik otu yağının Zərərləri Hamilələr, xora xəstəliyi olanlar istifadə etməməlidir.Uşağın düşməsinə səbəb ola bilər. Kəklik otu yağı İstifadəsi Gündə 3 dəfə bir çay stəkanı suya və ya şəkərə 2-3 damla töküb qəbul etmək olar. Ya da1/4ü Kəklik suyu ilə doldurulmuş çay stəkanını su ilə tamamlayıb için. Xaricə istifadələrdə yaxşı bir antiseptik olduğu üçün yaralara, əzilmələrə, burxulmalara, zədələnilmələrə və parazit qaynaqlı dəri xəstəliklərinə qarşı müvəffəqiyyətli bir bitki mənşəli vasitədir. Xəbərdarlıqlar : Masaj tətbiq olunduğunda kəklikotu yağının zeytun yağı ilə qarışdırılaraq istifadə edilməsi lazımdır.
0 notes
listeliyi · 8 years ago
Link
via Kəmaləddin Heydərovun 14 oteli var http://ift.tt/eA8V8J Ölkənin nüfuzlu oliqarxlarından olan Heydərovlara məxsus “Gilan Holding” şirkətlər qrupu Azərbaycandakı mehmanxanalarını qruplaşdırmağı tamamlayıb Bakıda, Qəbələdə və Lənkəranda 14 otel sahibi, Lənkəranda daha bir belə obyekt inşa edən “Gilan Holding” otellərini qruplaşdırdı. Ölkənin nüfuzlu oliqarxlarından olan Heydərovlara məxsus “Gilan Holding” şirkətlər qrupu Azərbaycandakı mehmanxanalarını qruplaşdırmağı tamamlayıb. Azərbaycanda ən çox otel sahibi olan qrup onları ərazi yerləşməsinə görə çeşidləyib. Yeni şirkətlər, yeni strategiya Vergilər Nazirliyinin hazırladığı şirkətlər reyestrinə görə, “Gilan” şirkəti dekabrda “Gilan Hospitality-Qəbələ” MMC-ni, ötən həftə isə “Gilan Hospitality-Bakı” və “Gilan Hispitality-Lənkəran” MMC-ləri qurub. Bütün bu şirkətlərə bir nəfər – Elgün Məmməd oğlu Məmmədov rəhbərlik edir. O, həm də holdinqə daxil olan başqa bir neçə şirkətin (“Gilan Hospitality Group” MMC, “Nobel Hospitality” MMC, “Tvins” MMC – Pullman Badamdar Hotel) də yönəldicisidir. “Gilan Holding” bu yaxınlarda “Nohurgöl Hotel” MMC yaradıb. Bu şirkətin də rəhbəri Elgün Məmmədovdur. Yeni şirkət Qəbələdəki Chenot Palace Health Wellness Hotel-in idarəetməsi ilə məşğuldur. Müalicə və istirahət məqsədilə, əcnəbilərin iştirakıyla qurulan, 72 nömrə və 3 villadan ibarət bu otel Nohurgölün sahilində tikilib. Bakıda və Lənkərandakı çoxulduzlu otellər “Gilan Holding”in Bakıda 4 mehmanxanası (Qafqaz Baku City Hotel & Recidence, Qafqaz Park Hotel,Qafqaz Point Hotel, Pullman Badamdar Hotel) var. Onların toplam nömrə sayı 740-a çatır. 360 nömrəlik daha bir otel isə (Crescent Hotel) Xəzər sahilində tikilməkdədir. Onun ulduzlarının 6 olacağı deyilir. “Gilan Holding” Lənkəranda 42 nömrəlik ilk otelini (Qafqaz Sahil Hotel) 2008-ci ildə istifadəyə verib. Hazırda burada daha bir otelin tikintisi davam etdirir. Fins.az saytı Lənkəran Turizm İnformasiya Mərkəzinə istinadla xəbər verir ki, inşasına 2015-ci ildə başlanan beşulduzlu mehmanxananın qonaqlarının ixtiyarına regionun ən böyük akvaparkı da veriləcək. Heydərov Gilan Holdinqdə. Fotoqraf:: azertag Holdinqin ən böyük otel şəbəkəsi (Qəbələ Otel, Qafqaz Resort Otel, Qafqaz Riverside Resort Otel, Qafqaz Sport Otel, Qafqaz Yeddi Gözəl Otel, Gilan Otel, Yengicə İstisu Sağlamlıq Mərkəzi, Chenot Palace Health Wellness Hotel və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi) Qəbələ rayonundadır . Gilan-ın xaricdəki otelləri Holdinq Azərbaycanda istifadəyə verdiyi otellərə qoyduğu sərmayələr haqda bilgi verməsə də, ölkə xaricində sahibləndiyi və tikdiyi mehmanxanalara yatırımlarının məbləği bəllidir. Riqadakı “Hotel de Rome” mehmanxanasını 2013-cü ildə 13,1 milyon avroya holdinqin törəmə şirkəti olan “Benkons” MMC satın alıb. Latviyadakı mənbələr yazır ki, 2015-ci ildə bu otelin dövriyyəsi 1 milyon 286 min avro, mənfəəti isə 14 min 156 avro olub. Rusiyada isə iki otel tikintisi üzərində iş davam edir. Tuvanın paytaxtı Qızıl Orda şəhərində layihə dəyəri 50 milyon dollar olan 9 mərtəbəli 5 ulduzlu “Ene-Say” otelinin bu il istifadəyə veriləcəyi gözlənilir. Tatarıstanın paytaxtı Kazan şəhərində 21 mərtəbəli 4-ulduzlu otelin layihəsi təsdiqlənib. Yerli ekspertlərin dəyərləndirmələrinə görə, 2018-ci ildə istifadəyə veriləcək otel 20 milyon dollara başa gələcək. Hər iki otelin sərmayəçisi və tikintinin icraçısı “Benkons” MMC-nin Rusiya təmsilçiliyidir. Holdinqin ana şirkəti Gilan MMC-dir. Lakin vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsi 1400130241 olan bu şirkətin dövlət reyestr məlumatları ictimaiyyətdən gizli saxlanılır. Araşdırma AzadlıqRadiosu tərəfindən edilmişdir.
0 notes
listeliyi · 8 years ago
Link
via Baş gizir serjant tərəfindən cərimələndi - Sumqayıtda http://ift.tt/eA8V8J Sumqayıt şəhər yol polisi əməkdaşları keçmiş döyüşçü, ehtiyata buraxılmış baş gizir Bakir Məmmədova qarşı kobudluq və qanunsuzluq edib. B. Məmmədov bildirib ki, 20 Yanvar hüzn günündə Sumqayıt şəhər Yol Polisinin əməkdaşları ona qarşı hazsızlıq edib: "Bu gün səhər saat 10:50 radələrində idarə etdiyim KİA markalı 90-VA-414 nömrə nişanlı avtomobilimlə Sumqayıt Şəhidlər Xiyabanına ziyarətə gedərkən yol polisi tərəfindən saxlanıldım. Sülh Küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində dönməni qadağan edən nişanın olmadığı yerdə saxladılar. Sumqayıt şəhəri DYPŞ Yol patrul xidmətinin inspektoru polis serjantı Aslanov Şamil Aslanoğlu heç bir əsas olmadan məni cərimələdi. 327.2 maddəsinə əsasən mənə 60 manat cərimə və 3 bal cəza yazdı. Etirazımı bildirəndə isə mənə kobud cavab verdi. Onu da nəzərə çatdırım ki, 20 Yanvar hüzn günü olduğundan Şəhidlər Xiyabanına gedən istiqamət bağlanmışdı. Yəni, mənim hərəkət etdiyim istiqamətin əksinə heç bir hərəkət də yox idi. Bundan əlavə, məndən öncə 2 avtomobil də eyni yolu keçib. Əgər qayda pozuntusu var idisə, niyə yalnız mənə tətbiq olundu. Yol polisi əməkdaşı əvvəlcə həmin yerdən dönmənin qadağan olduğunu, daha sonra isə qırmızı işıqdan keçdiyimi söylədi. Halbuki protokolda başqa məqamlar göstərilib. Buradan görünür ki, yol polisi mənə qarşı qərəzli olub və qanunsuzluq edib". B. Məmmədov onu da qeyd edib ki, Bakı şəhərində yaşasa da, hər il şəhid olan əmisi oğlunun məzarını ziyarətə gəlir. "Ailəmlə hər il 20 yanvarda Sumqayıta gəlirik. Yol polisi əməkdaşına da ümumxalq hüzn günündə cərimə yazmamağı xahiş etdim. Amma o kobud şəkildə davrandı. Əsəbi və emosional olduğum üçün hansısa qayda pozmadığımı anlamamışdım, bu səbəbdən də yol polisinin yalan danışmadığını düşünüb protokola imza atdım. Ziyarətdən sonra həmin əraziyə gəldim. Orada xidmət aparan digər yol polislərindən vəziyyətlə bağlı maraqlandım. Məlum oldu ki, heç bir qaydanı pozmamışam. Sadəcə olaraq, həmin yol polisi mənə qarşı haqsızlıq edib. Mən özüm 25 il Azərbaycan ordusunda xidmət etmişəm. Ağdam, Cəbrayıl, Füzulidə gedən döyüşlərdə iştirak etmişəm. Hazırda nazirin əmri ilə ehtiyata göndərilmişəm. Təəssüf edirəm ki, ümumxalq hüzn günündə şəhid adına, döyüşçü adına hörmət edilmədi. Bu da polisimizin mənəvi dəyərlərə hörmət etməməsini göstərdi. Sizin vasitənizlə cənab general-polkovnik Ramil Usubova müraciət edirəm ki, mənəvi dəyərlərimizə hörmət etməyən, haqsız yerə cərimə yazan polis əməkdaşı barədə ölçü götürülməsi üçün göstəriş versin", - deyə B. Məmmədov fikrini tamamlayıb.
0 notes