#rejissor
Explore tagged Tumblr posts
Text
Dəstək olun zəhmət olmasa.
0 notes
gusein00 · 3 days ago
Text
Nizam və Xaos
David Lynch(1946-2025)-in 1986-cı il istehsalı olan Blue Velvet, Amerika kinosunun ən qalmaqallı və mübahisəli filmlərindən biridir. Suburbiyanın sakit və nizamlı bir dünyasında baş verən bu film, görünən harmoniya ilə gizli xaos arasındakı ziddiyyəti araşdırır. Suburbiya şəhər mərkəzlərindən uzaqda yerləşən, əsasən orta sinif ailələrinin yaşadığı nisbətən sakit və tənzimlənmiş məhəllələrdən ibarətdir. Bu bölgələr geniş həyətlər, ağaclarla örtülmüş küçələr və fərdi evlərdən ibarət olur. Suburbiyanın inkişafı avtomobillərin artması, şəhərlərin sıxlıq və təhlükələrindən uzaqda yaşamaq arzusunun yaranması ilə bağlı idi. David Lynch-in Blue Velvet filmində də suburbiya anlayışı bu mənada işlənir, səthi olaraq nizamlı və təmiz görünən bir dünya altında gizli xaos və zorakılıqla doludur. Filmdə, cəmiyyətin təmiz, ideal görüntüsünün altında gizlənən qorxulu reallıqlar açığa çıxır. Rejissor Lynch, bu dünyada şiddət, cinsiyyət və Əxlaqi Kollaps mövzularını təəccüblü dərəcədə açıq və qeyri-adi şəkildə təqdim edir. Kollaps termini çöküş və ya dəyişim mənasında işlədilir. Filmdə kollapsdan, nizamlı dünyadan xaosa keçid kimi istifadə edilib. Blue Velvet, həm vizual üslubu, həm də dərin fəlsəfi və psixoloji təhlilləri ilə kino tarixində özünəməxsus yer tutur.
Süjet və hekayənin gedişatı.
Blue Velvet filmi, Amerika suburbiyası olan Lumberton-da baş verir. Hekayə Jeffrey Beaumont adlı gəncin qəsəbəyə geri dönməsi ilə başlayır. Bir gün, Jeffrey qəsəbənin yaxınlığındakı meşənin kənarında kəsik bir qulaq tapır və bu, onun həyatını köklü şəkildə dəyişdirir. Qulağın tapılması, Jeffrey-ni qaranlıq və təhlükəli bir dünyaya aparır. Jeffrey, Dorothy Vallens adlı məşhur bir qadınla tanış olur və onun həyatına daxil olur. Dorothy, Frank Booth adlı bir cinayətkarın əlində seksual şiddət və zorakılıqlara məruz qalır. Jeffrey bu təhlükəli dünyada özünü tapmağa və həm də əxlaqi qərarlar verməyə çalışır. O, bu qaranlıq hadisələrin mərkəzindəki həqiqəti ortaya çıxarmağa və bir tərəfdən də şəxsi ehtiraslarını və şüuraltı arzularını üzə çıxarmağa çalışır. Film boyunca Jeffrey-nin həyatı və dünya haqqında gördüyü mənzərələr, cəmiyyətin təqdim etdiyi nizam və harmoniya ilə tamamilə ziddiyyət təşkil edir. Səthi nizamın altındakı xaos, onu əhatə edən hər kəsin daxili aləminə sirayət edir və nəticədə Jeffrey-nin təcrübəsi hər hansı bir şəxsi və cəmiyyəti dəyişdirəcək dərinliyə çatır.
Əsas Personajlar:
📍Jeffrey Beaumont (Kyle MacLachlan, eyni zamanda 1984-cü ildə Lynch tərəfindən lentə alınmış ilk Dune filmində Paul Atreides rolunu canlandırıb): Filmin əsas qəhrəmanı olan Jeffrey, hər şeyə aid suallar verən gənc bir adamdır. O, yaxşılıq və şər arasındakı sərhədləri kəşf edərkən öz daxili qaranlığını da üzə çıxarır.
📍Dorothy Vallens (Isabella Rossellini): Frank Booth-un qurbanı olan Dorothy, seksual və psixoloji zorakılığa məruz qalır. Jeffrey ilə münasibət quraraq, həm də öz gücünü bərpa etməyə çalışır.
📍Frank Booth (Dennis Hopper): Filmin antagonistidir və şiddət, seksual güc və repressiya ilə əlaqələndirilir. O, Jeffrey-nin yaşadığı dünyaya olan təhdidlərin təmsilçisidir. Antagonist, ədəbiyyatda və digər hekayə strukturunda əsas qəhrəmanın (protagonist) qarşısında duran və onun məqsədlərinə mane olan xarakter və ya qüvvədir.
Filmin mövzusu və dərin baxış.
Cinsi Ehtiraslar, Repressiya və Şəxsiyyətin Formalaşması
Filmdəki cəmiyyət əxlaqi qəliblər və repressiya baxımdan, Sigmund Freud(1856-1939)-un psixoanalitik nəzəriyyələri ilə dərin əlaqəlidir. Freud, insanın davranışlarının və arzularının çoxunun bilinçaltı psixikanın təsiri ilə yönləndirildiyini iddia edir. Freud’un “id, ego və superego” konsepsiyası, Blue Velvet-dəki əsas personajların münasibətlərini və qarşılıqlı əlaqələrini açıqlamaq üçün əhəmiyyətli bir çərçivə təqdim edir.
Freud-un id, ego və superego nəzəriyyəsi insan psixikasının üç əsas komponentini təsvir edir:
📍Id: Şüuraltı impulsları, instinktiv ehtiyac və arzuları idarə edən hissədir. Zövq prinsipinə əsaslanaraq dərhal məmnunluq axtarır. Məsələn, ac qalanda dərhal yemək istəmək.
📍Ego: Reallıq prinsipinə uyğun hərəkət edən, id-in istəklərini gerçəklik və sosial normalarla uzlaşdırmağa çalışan rasional hissədir. Ego id-in impulslarını tənzimləyir.
📍Superego: Cəmiyyətin və əxlaqi normaların daxili nümayəndəsidir. Vicdan və idealları təmsil edir, ego-ya düzgün davranmağı diktə edir.
Bu strukturlar arasında daim mübarizə gedir: id dərhal məmnun olmaq istəyir, superego əxlaqi qaydalara əməl etməyi tələb edir, ego isə hər ikisinin tələbləri arasında balans qurmağa çalışır.
Freud’un repressiya nəzəriyyəsi ilə yanaşı, film boyunca insanın id-nin necə təzahür etdiyini izləyə bilərik. Jeffrey-nin davranışları və hissləri, əslində onun idinin təsiri altındadır. Jeffrey, sərhədsiz bir şəkildə daxili istəyini izləyir, lakin cəmiyyətin ondan gözlədiyi əxlaqi normalarla qarşılaşır. Bu qarşıdurma yalnız onun öz kimliyini aydınlaşdırmağa deyil, eyni zamanda kənar dünya ilə əlaqəsini formalaşdırmağa kömək edir. Freud’un id, ego və superego arasında gedən mübarizə, cəmiyyətin repressiv qüvvələri ilə insanın daxili arzularının qarşıdurmasında təcəssüm tapır. Freud’a görə, cəmiyyət, insanların ən təbii və güclü istəklərini repressiya edir. Bu, xüsusilə cinsi istəklərə yönəlir. Blue Velvet-də Jeffrey və Dorothy arasındakı münasibətlər, həm repressiya edilən seksual ehtirasları, həm də cəmiyyətdən gizlədilən qorxulu reallıqları simvollaşdırır. Jeffrey-nin qorxusuzluğundan istifadə edərək cəmiyyətin tabu saydığı məsələlərə toxunması, Freud’un id, ego və superego arasında baş verən mübarizəni ortaya qoyur. Jeffrey-nin seksual arzuları ilə cəmiyyətin qəbul etdiyi etik davranışlar arasında gedən mübarizə, filmin əsas təməlini təşkil edir. Freud-un Oedipal Kompleks anlayışını tətbiq edərək, Frank Booth-un Dorothy üzərindəki şiddət və seksual hakimiyyətini dərinləşdirmək mümkündür. Frank, Jeffrey üçün şüuraltı qorxu və eyni zamanda qadağan olunmuş arzunun təcəssümüdür. Dorothy ilə əlaqəsi, Freud-un repressiya və cinsi arzularla bağlı fikirlərinə uyğun olaraq analiz edilə bilər. Jeffrey-nin Dorothy-yə duyduğu cəlbetmə, onun bilinçaltında həm ana fiquruna bağlılıq, həm də qadağan olunmuş seksual maraqlar arasında mübarizəni göstərir. Bu perspektiv, Frank və Jeffrey arasındakı dualizmi daha kompleks bir psixoanalitik baxışdan izah edir.
Oedipal kompleks, Sigmund Freud-un psixoanalitik nəzəriyyəsində bir mərhələdir. Bu nəzəriyyəyə görə, oğlan uşağı psixoseksual inkişafın fallik mərhələsində (3-6 yaş aralığı) anasına qarşı bilinçaltı cinsi meyil hiss edir və atasını rəqib olaraq görür. Bu kompleksin həlli, uşağın atasına aid olan qaydaları və sosial normaları qəbul edərək həmin arzularını sublimasiya etməsidir. Freud bu anlayışı Yunan mifologiyasındakı Oedipus personajından götürmüşdür, o, bilmədən atasını öldürərək anası ilə evlənmişdi. Freud-un nəzəriyyəsində, bu kompleksin uğurla həll olunması sağlam şəxsiyyətin inkişafına, həll olunmaması isə emosional problemlərə yol açır.
Film boyunca Jeffrey-nin keçirdiyi daxili dəyişiklik və mənəvi oyanış, Oedipal kompleksin psixoloji təsirlərini əks etdirir. Bu, onun şəxsiyyətinin həm qaranlıq istəklər, həm də əxlaqi normalar arasında tarazlıq taparaq yetkinliyə çatması ilə nəticələnir.
Lacan və Subyektin Formalaşması
Freud’un psixoseksual inkişaf nəzəriyyəsindən sonra, Jacques Lacan(1901-1981) daha mürəkkəb bir yanaşma təklif edir və insanların subyektiv təcrübələrini təhlil edir. Lacan’ın nəzəriyyələrinə görə, insan özünü başqalarından ayıraraq, digər insanlarla münasibətlər qurarkən özünü tanıyır. Onun, Ayna Mərhələsi konsepsiyası, şəxsin öz şəxsiyyətini başqalarından ayıraraq qurduğunu izah edir. Bu nəzəriyyə Blue Velvetdə, xüsusən də Dorothy-nin həyatında aydın görünür. Dorothy-nin yaşadığı seksual zorakılıq və repressiya, Lacan-ın subyektin özünü dərk etməsi və bu dərk etmə prosesinin şiddətli şəkildə pozulması ilə əlaqəlidir. Dorothy-nin psixoloji vəziyyəti, öz bədəninin və arzularının başqaları tərəfindən müəyyənləşdirildiyi bir vəziyyəti simvollaşdırır. Onun öz şəxsiyyətini kəşf etməsi və bu mübarizəni necə keçirməsi, Lacan-ın şərh etdiyi subyektin psixoloji və sosial transformasiyasını əks etdirir. Lacan-ın nəzəriyyələrini daha da dərinləşdirərək, filmin iki əsas personajı olan Jeffrey və Dorothy-nin öz şəxsiyyətlərini necə kəşf etdiklərini daha yaxşı anlamağa çalışa bilərik. Dorothy-nin yaşadığı seksual zorakılıq və qarşılıqlı əlaqələrindəki güc dinamikası, Lacan’ın “ayna mərhələsi”ni təmsil edir. O, Frank Booth tərəfindən əzildikcə, öz bədənini başqalarının gözündə necə göründüyünü və başqalarının gücündən necə təsirləndiyini anlamalıdır. Bu mübarizə, Lacan’ın “subyektin formalaşması” prosesini əks etdirir, burada güc və kimlik münasibətləri qarmaqarışıq bir şəkildə özünü göstərir.
Ayna Mərhələsi, Lacan tərəfindən inkişaf etdirilən və insanın öz şəxsiyyətini necə formalaşdırdığını izah edən bir anlayışdır. Bu mərhələ, təxminən 6-18 aylıq uşaqlıq dövrünə aiddir və uşağın özünü ilk dəfə bir aynada tanıması ilə əlaqəlidir. Lacan-a görə, uşaq aynada öz bədənin görüntüsünü görərkən özünü bir bütöv olaraq qəbul edir və bu an onun şəxsiyyətinin ilkin formalaşma nöqtəsi olur.
Ayna Mərhələsinin əsas ideyası, uşağın özünü başqalarından ayrılmış bir varlıq kimi qəbul etməsi və öz şəxsiyyətini başqalarının gözündə necə göründüyü ilə əlaqələndirməsidir. Bu mərhələ, həm də uşaqda Öz və Digər anlayışlarını ayırd etməyə başlama prosesini simvollaşdırır. Lacan bu mərhələni, insanın öz şəxsiyyətini tanıması və inkişaf etdirərkən, həm öz daxili dünyası, həm də xarici cəmiyyətlə əlaqə qurması baxımından vacib sayır.
Foucault və Sosial Normaların Formalaşması:
Michel Foucault(1926-1984) sosial güc və hakimiyyətin təbiəti ilə bağlı nəzəriyyələri ilə məşhurdur. Onun fikrincə, güc yalnız bir şəxsin digərini əzə biləcəyi bir şey deyil, həm də insanların gündəlik həyatlarında daim özlərini düzəldərək və dəyişərək özlərini formalaşdırdıqları bir prosesdir. Blue Velvetdə, Frank Booth-un seksual zorakılığı və güc istifadəsi, Foucault-un gücün necə işlədiyini və necə cəmiyyətin hər bir üzvünü davranışlarını yönləndirmək üçün istifadə etdiyini göstərir. Frank Booth-un güc və şiddəti, cəmiyyətin alt qatlarında gizlənən və normalar vasitəsilə tətbiq olunan təzyiqləri simvollaşdırır. Cəmiyyətdəki şiddət və zorakılıq yalnız fərdi instinktlərlə deyil, həm də cəmiyyətin normativ strukturları ilə əlaqəlidir. Cəmiyyət, gücü və zorakılığı yalnız fiziki deyil, həm də psixoloji və sosial strukturlar vasitəsilə tətbiq edir. Foucault-un gücün incə formaları haqqında dedikləri, Frank-in ətrafındakı dünyada yaşananların çoxunun da gizli şəkildə bu güc dinamikasından qaynaqlandığını göstərir.
Frank Booth-un gücünü göstərərkən, Foucault-un “panoptikon” nəzəriyyəsinə də toxunmaq mümkündür. Panoptikon nəzəriyyəsi, gücün cəmiyyətdə necə tətbiq olunduğuna dair bir analoji obrazdır. Bu anlayışda güc, cəmiyyətin hər bir fərdini özünün gözləyən və cəzalandıran bir göz kimi təsvir edilir. Bu cür güc strukturu, Blue Velvetdə Frank Booth tərəfindən əks olunur. Onun qurbanlarına etdiyi şiddət, gücün daha çox görsəl və hissi bir təsiri olaraq, cəmiyyətin digər üzvlərini əhatə edən sosial hakimiyyət strukturlarının bir formasıdır.
Varoluş, İnsan Azadlığı və Əxlaqi Qərarlar:
Jean-Paul Sartre(1905-1980)-ın varoluşçu fəlsəfəsi, insanın azadlığını və bu azadlıqdan doğan məsuliyyəti vurğulayır. Blue Velvetdə, Jeffrey-nin əxlaqi seçimləri, öz həyatını müəyyənləşdirərkən qarşılaşdığı problemlər və çətinliklər Sartre-ın varoluşçu anlayışları ilə əlaqəlidir. Jeffrey-nin yaşadığı dəyişikliklər, şəxsi azadlıq və qərar vermə prosesini əks etdirir. Onun gördüyü hərəkətlər, yalnız şəxsi təcrübələri deyil, həm də cəmiyyətin gözləntiləri ilə bağlıdır. Sartre-a görə, insan öz həyatını formalaşdırmaqda sərbəstdir, amma bu sərbəstlik, eyni zamanda, azadlıq və məsuliyyətin qarşılıqlı əlaqəsidir. Jeffrey-nin gizli dünyaya girməsi, şəxsi və sosial dünyası arasında keçirdiyi təzadların təzahürüdür.
Sartre-ın nəzəriyyəsi ilə əlaqədar olaraq, Jeffrey-nin etdiyi seçimlərin yalnız öz həyatını deyil, ətrafındakıları da necə dəyişdirdiyini düşünmək maraqlıdır. Sartre-ın dediyi kimi, insan yalnız öz qərarları ilə həyatını formalaşdırır, lakin bu qərarlar yalnız fərdi cəhətdən deyil, ətraf mühitə də təsir göstərir. Jeffrey-nin müəyyənləşdirdiyi qərarlar, yalnız onun öz həyatını deyil, həm də Dorothy-nin taleyini dəyişir.
Sartre-ın əxlaqi məsuliyyət anlayışı, bu seçimlərin ətraf mühit və cəmiyyət üzərindəki gücünü vurğulayır. Sartre-a görə, insanın varlığı onun öz seçimləri və hərəkətləri ilə təyin olunur və bu seçimlər heç bir xarici güc və ya cəmiyyətin təzyiqindən asılı olmayaraq həyata keçirilir. Bu, insanı öz varlığının və həyatının bütün məsuliyyətini daşımağa məcbur edir.
Sartre-ın həqiqət anlayışı ilə əlaqəli bir aspekt də filmdəki Jeffrey-nin daxili mübarizəsini işıqlandıra bilər. Sartre, həqiqəti yalnız fərdin öz varlığı ilə əlaqələndirir və onu üzə çıxarmaq, insanın öz əxlaqi və mövcudluq seçimlərindən doğan bir vəzifə olaraq təqdim edir. Jeffrey-nin qarşılaşdığı qorxulu və çətin həqiqətləri qəbul etmək, onun azadlıq və məsuliyyət anlayışlarını tam anlaması ilə bağlıdır. Əlavə olaraq, Sartre-ın Başqalarının Gözü mövzusuna da toxunmaq faydalı ola bilər. Sartre, insanın öz kimliyini yalnız başqaları ilə münasibətlərdə formalaşdırdığını vurğulayır. Jeffrey-nin Dorothy ilə münasibətində və Frank Booth ilə üzləşməsində, başqalarının varlığı onun öz varlığına təsir edir və seçimlərinin nəticələrini daha da kompleksləşdirir. Bu, onun öz şəxsiyyətini formalaşdırmağa çalışarkən qarşılaşdığı sosial və daxili qarşıdurmanı daha da dərinləşdirir.
Blue Velvet filmindəki sosial və psixoloji problemlər, yalnız fərdi təcrübə ilə bağlı deyil, həm də cəmiyyətin strukturlarını və psixoloji təsirlərini əhatə edir. Filmdəki gizli xaos, yalnız fərdi psixikanı deyil, həm də sosial münasibətləri əks etdirir. Lynch, nizamlı bir cəmiyyətin altındakı xaosu və əxlaqi çöküşü ortaya qoyarkən, fərdi psixologiyanın və sosial strukturların qarşılıqlı təsirini göstərir.
Nəticə etibarilə David Lynch-in Blue Velvet filmi, sosial psixologiya və fəlsəfi nəzəriyyələr baxımından zəngin bir filmdir. Freud, Lacan, Foucault və Sartre kimi məşhur psixoloqlar və filosofların perspektivindən filmə yanaşma etdiyimiz zaman, cəmiyyətin və fərdin qarşılıqlı təsirini daha yaxşı başa düşürük. Filmdəki gizli dünyalar, repressiya, şiddət və güc mübarizələri, cəmiyyətin strukturlarını və fərdi qərarların nəticələrini anlamağımıza imkan verir.
Filmin əsas mövzusuna uyğun gələ biləcəyini düşündüyüm bir neçə kitab bölüşmək istəyirəm:
📍Jean-Paul Sartre-Being and Nothingness (Varoluş və Heçlik)
📍Franz Kafka-The Trial (Məhkəmə/ türkçə Dava)
📍Erich Fromm-The Art of Loving (Sevmə Sənəti)
📍Sigmund Freud-The Interpretation of Dreams (Yuxuların Təfsiri)
📍Sigmund Freud-Totem and Taboo
📍Leo Tolstoy – Resurrection (Dirilmə/ türkçə Diriliş)
Blue Velvet (1986) IMDb: 8.0/10
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
0 notes
aykutiltertr · 8 months ago
Video
youtube
Seni Seviyorum Dinle - Adil Karaca ✩ Ritim Karaoke Orijinal Trafik (Niha...  ⭐ Video'yu beğenmeyi ve Abone olmayı unutmayın  👍 Zile basarak bildirimleri açabilirsiniz 🔔 ✩ KATIL'dan Ritim Karaoke Ekibine Destek Olun (Join this channel to enjoy privileges.) ✩ ╰┈➤ https://www.youtube.com/channel/UCqm-5vmc2L6oFZ1vo2Fz3JQ/join ✩ ORİJİNAL VERSİYONU Linkten Dinleyip Canlı Enstrüman Çalıp Söyleyerek Çalışabilirsiniz. ⭐ 🎧 ╰┈➤ https://youtu.be/w_7SzPsvinE ✩ (MAKE A LIVE INSTRUMENT ACCOMPANIMENT ON RHYTHM IN EVERY TONE) ✩ Aykut ilter Ritim Karaoke Ekibini Sosyal Medya Kanallarından Takip Edebilirsiniz. ✩ İNSTAGRAM https://www.instagram.com/rhythmkaraoke/ ✩ TİK TOK https://www.tiktok.com/@rhythmkaraoke ✩ DAILYMOTION https://www.dailymotion.com/RhythmKaraoke ⭐ Seni Seviyorum İşte Söylüyorum Dinle - Adil Karaca ✩ Ritim Karaoke Orijinal Trafik (Nihavend Minör Disko Fantezi) Söz:              Hammali, Oktay ÜlküGüler Musiqi:         Kadir Tapucu Aranjiman:   Hatem Tutkus Rejissor:       Yusufcan Özbilen Sözlər: Тебя я так люблю Бога благодарю За красоту твоей улыбки! Лишь об одном прошу - Дай сохранить любовь Оставим в прошлом все ошибки Seni seviyorum seni istiyorum İşte söylüyorum dinle Sana ağlyorum her an yanıyorum Sana söylüyorum dinle Geçen zaman acımasız, yıllar geçti hatırasız Bir ateşim ben dumansız dinle Bir ışık yak bekliyorum karanlığa esir miyim Artık isyan ediyorum dinle Тебя я так люблю Бога благодарю За красоту твоей улыбки! Лишь об одном прошу - Дай сохранить любовь Оставим в прошлом все ошибки Тебя я так люблю Бога благодарю За красоту твоей улыбки! Лишь об одном прошу - Дай сохранить любовь Оставим в прошлом все ошибки Yokluğun ateş gibi, yakıyor yüregimi Kalbimin sesini dinle Sensizlik çok zor inan, geçmek bilmiyor zaman Kulak ver sesimi dinle Geçen zaman acımasız, yıllar geçti hatırasız Bir ateşim ben dumansız dinle Bir ışık yak bekliyorum karanlığa esir miyim Artık isyan ediyorum dinle Seni seviyorum seni istiyorum İşte söylüyorum dinle Sana ağlyorum her an yanıyorum Sana söylüyorum dinle Seni seviyorum seni istiyorum İşte söylüyorum dinle Sana ağlyorum her an yanıyorum Sana söylüyorum dinle Тебя я так люблю Бога благодарю За красоту твоей улыбки! Лишь об одном прошу - Дай сохранить любовь Оставим в прошлом все ошибки Тебя я так люблю Бога благодарю За красоту твоей улыбки! Лишь об одном прошу - Дай сохранить любовь Оставим в прошлом все ошибки Adil Karaca tərəfindən ifa olunan “Seni Seviyorum” parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları “mikpro” MMC tərəfindən qorunur. © 2023 Adil Karaca Bio and Facts Adil Karaca is a well-known Turkish artist/band. Find biography and interesting facts of Adil Karaca's career and personal life. Discover detailed information about Adil Karaca's height, real name, wife, girlfriend & kids. Adil Karaca Wiki, Facebook, Instagram, and socials. Adil Karaca Height, Age, Bio, and Real Name. Adil Karaca Biography Facts Adil Karaca has been appeared in channels as follow: netd müzik, ALOV MUSIC. Adil Karaca Wiki Adil Karaca Personal Life Real Name/Birth NameAdil KaracaBirthday-Age-Zodiac sign-Born Country / Born inTurkeyNationalityTurkishFamous asMusician/SingerEthnicityTurkishCitizenshipTurkishHeight- cm / - inches tallMarital StatusSingle/MarriedAdil Karaca Career Total Music Videos2Music Labelsnetd müzik, ALOV MUSICPopular SongsO Kadin , Senle Açamam
0 notes
azeriamerica · 1 year ago
Text
ABŞ-nin Nyu-York şəhərində azərbaycanlı rejissor Azim Sadıqovun 20 Yanvar hadisələrini əks etdirən “Bloody Carnations” (“Qanlı Qərənfillər”) sənədli filmi nümayiş olunub
Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin, diaspor təşkilatlarının, türk icmasının təmsilçiləri, Nyu-York, o cümlədən ətraf şəhər və ştatlarda yaşayan həmvətənlərimiz iştirak ediblər. Öncə Azərbaycanın və ABŞ-nin Dövlət himnləri səsləndirilib və 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla…
Tumblr media
View On WordPress
0 notes
hafizakhmedov · 1 year ago
Text
1 note · View note
hafiztimes-com · 1 year ago
Text
1 note · View note
cinaraslan · 2 years ago
Text
🎬Gelsin hayat bildiği gibi dizisinde rol aldığım 2 ayrı bölümler ve rollerim:
23.Bölüm koruma ve hasta bakıcı
38.Bölüm sivil polis
Gelsin hayat bildiği gibi ekibi ve yönetmeni gerçekten çok iyi her gittiğim zaman memnun kalmıştım ayrıca çalışma şekilleri de gayet iyidi...projeyi tadında bitirdiler ama bu dizi unutulmayacak. Gelsin hayat bildiği gibi ekibine sonsuz teşekkürler ✌🏻 @ghbgdizi @ertansabannofficial
#gelsinhayatbildiğigibi #devrimözkan #kaanuluca #atillaolgaç #oyuncu #dizi #dizitv #yönetmen #istanbul #dizifilmreplikleri #komedi #sad #polisiye #aksiyon #yedikule #çekimyeri #dizilerdensahneler #sahne #ti̇yatro #sanatçı #sanatetkinligi #devrim #tbtphoto #keșfet #keşfetbeniöneçıkar #ertansaban #reji #rejissor #sezenaksu #tv
0 notes
ilhameabbasyusifqizi · 2 years ago
Text
ƏYƏR REJİSSOR OLSAYDIM...
Tumblr media
ƏYƏR REJİSSOR OLSAYDIM... ... Əyər rejissor olsaydım,belə bir film çəkərdim..."Təbii fəlakət qarşısında, bütün şəhərin əhalisi, öz canını xilas etmək üçün qaçır"....kasıbların işi yüngüldür,on illərlə xalqı soyub, yüz kilolarla+tonlarla pul+qızıl_brilyant+antikvar əşyalar, topdağıtmaz imarətlər quran, qorxusundan onlarla cangüdən saxlayan, varlı təbəqə "ölüm ilə" üz-üzədir....onlar heç kimi köməyə çağıra bilmir...bilirlər ki, on illərlə zülm etdiyi insanlar, fəlakətdən daha qorxuludur................................onlar kasıblar qaçan tərəfə də qaçmağa qorxurlar, çünki, on illər ərzində onlarla heç bir ünsiyyətdə olmayıblar, həmişə qapalı yaşayıblar............................................ölüm kabusu hər şeyi ayaqlayıb, dəqiqəbə dəqiqə onlara yaxınlaşır...və zaman keçir, hər şey sakitləşir...insanlar çoxlu itki veriblər, sağ qalan insanlar, üç bir+beş bir gizləndikləri kahalardan, yarğanlardan çıxırlar...burada illərlə bir-birini arzulayan insanlar üz-üzə gəlirlər...əsil kuliminasiya burada başlayır............................................və sonda....???????????????????????  .. Günahımız böyükdü, çəksək güc yetməz, Savaba qaçmağa, nəfs imkan verməz, Yaxşının "öyüdün", qulaq dinləməz, Ölən adam artıq, geriyə dönməz.................30.06.2020..(ilhamə Abbas Yusifqızı...)
0 notes
ruslanagayev · 3 years ago
Text
Ruslan Ağayev
Ruslan Ağayev — Azərbaycanlı aparıcı, jurnalist və rejissor.
Ruslan Ağayev — Azerbaycanlı televizyoncu, gazeteci, sunucu ve yönetmen.
Ruslan Agayev — Azerbaijani tv presenter, journalist and director.
0 notes
iambayramli · 2 years ago
Text
Dünya sənin anan kimi deyil; gün ərzində anana qəzəblənib üstünə qışqırsan da, günün sonunda o səni yeməyə çağırır, dünya isə səni acından öldürər.
“Empire of the Sun” filmindən (1987)
rejissor: Stiven Spilberq
7 notes · View notes
zaurgasimliofficiallamekan · 4 months ago
Text
Hacı Zeynalabdin Tağıyev #Film #kinoteatr #rejissor @rejisor @zaurqasimli @actor @zaurgasimliofficiallamekan #socialmedia @socialmediadesk @socialjusticeinamerica @tumblr @instagram @facebookmeat @youtube @tiktok @twitterstatus @ok @pinterest-
0 notes
gusein00 · 15 days ago
Text
11:1-lik hesabdan geridönüş edən adam.
12 Əsəbi Adam(12 Angry Men) hüquq və ədalət mövzusunda çəkilmiş ən möhtəşəm filmlərdən biridir. Rejissor Sidney Lumet, ssenari müəllifi isə Reginald Rose olan bu əsər sadə, lakin dərin fəlsəfi və etik məsələləri əhatə edən süjet xətti ilə bütün dünyada ədalət və hüquq fəlsəfəsinin simvollarından birinə çevrilmişdir. Film, demokratik cəmiyyətin ədalət sistemi və fərdlərin qərəzlərinin ədalət üzərində necə təsir göstərə biləcəyinə dair güclü mesajlar verir.
Hadisələr demək olar ki, tamamilə bir otaqda baş verir. Burada bir qrup kişi münsif (12 nəfər) bir məhkəmə işinə dair hökm çıxarmaq üçün bir araya gəlir. Məsələ gənc bir oğlanın atasını öldürməkdə ittiham edilməsidir. Əgər münsiflər yekdilliklə “günahkar” hökmü versələr, oğlan ölüm cəzasına məhkum ediləcək. İşin başlanğıcında, 11 münsif oğlanın günahkar olduğuna inanır, lakin yalnız biri, 8 nömrəli Jüri şübhə edir. O, oğlanın günahsız olub-olmadığını bilmədiyini, amma sübutların daha diqqətlə araşdırılmalı olduğunu israr edir. Beləliklə, tək bir adamın mübarizəsi ilə başlayan bu proses, kollektiv düşüncə, ədalət və qərəzlərin müzakirəsinə çevrilir.
Ədalət. Məsuliyyət. Qərəz. Şübhə. Düşüncə azadlığı. Demokratiya.
Hadisələrin gedişatı ehtimallar üzərindən formalaşmış kimi görünsə də əslində önyarqılardan qurtulma və kütlə psixologiyası adına bizə çox şey izah edir.
Filmin ən mühim mövzusu, ədalətin nə qədər həssas bir məsələ olduğunu vurğulamaqdır. Münsiflərin vəzifəsi bir insanın həyat və ölüm qərarını verməkdir. 8 nömrəli jürinin mövqeyi göstərir ki, heç bir sübut tam olaraq aydın olmadıqda, ölüm hökmü vermək məsuliyyətsizlik olar. Onun səbirli və diqqətli yanaşması, hər bir fərdin ictimai məsuliyyət hissinə sahib olmasının nə qədər vacib olduğunu ortaya qoyur.
Film boyunca bəzi münsiflərin şəxsi qərəzləri onların qərarlarına necə təsir edir, aydın şəkildə görünür. Məsələn 10 nömrəli jüri, təqsirləndirilən şəxsin sosial mənşəyinə görə onu avtomatik olaraq günahkar hesab edir və bu, irqi ayrı-seçkilikdən irəli gəlir. Bu, ədalət sistemində qərəzlərin böyük təhlükəsini vurğulayır.
AĞLABATAN ŞÜBHƏ anlayışı hüquq sisteminin əsas prinsiplərindən biridir(Fəlsəfi baxımdan, ağlabatan şübhə insanın bilməyin və qəti qərar verməyin məhdudiyyətlərini qəbul etməsi anlamına gəlir. Bu, yanlış mühakimələrdən və ədalətsizlikdən qorumaq üçün ideal mexanizmdir. Ağlabatan şübhə hüquqi sistemdə ədalətin qorunması üçün bir qalxan rolu daşıyır. Belə ki, o, yalnız şübhəsiz dəlillərlə hökm çıxarılmasını təmin edir və insanların hüquq qarşısında ədalətli mühakimə olunmasını təmin edən əsas mexanizmlərdən biridir). 8 nömrəli jüri sübutları şübhə altına almağın vacibliyini müdafiə edir. Bu isə filmə fəlsəfi bir qat əlavə edir: yalnız tam əmin olmadığımız hallarda mühakimə yürütməliyik.
Düşüncə azadlığı və təhlil qabiliyyəti olmadan ədalət sistemi ədalətsizliyə çevrilə bilər. Film eyni zamanda demokratik proseslərin necə işləməli olduğunu göstərir. İlk başda, çoxluğun fikri tək bir fərdin şübhəsini boğur. Lakin tədricən, bir nəfərin möhkəm duruşu hamını dərin düşünməyə və müzakirə etməyə məcbur edir. Bu, sağlam bir demokratiyada hər səsin vacib olduğunu və düzgün qərarın yalnız açıq dialoq və fikir mübadiləsi nəticəsində əldə edilə biləcəyini göstərir.
Filmdə qrup qərarlarının nə qədər dəyişkən və təsir altında olduğunu müşahidə edirik. Müzakirələr irəlilədikcə, digər münsiflər də şübhə etməyə başlayır və ilk baxışdan inandırıcı görünən sübutlar getdikcə zəifləyir. Bu, dialoqun və açıq fikirli müzakirənin vacibliyini nümayiş etdirir. Sonda film, yalnız müzakirə və rasional düşüncə yolu ilə həqiqətə nail olunacağını göstərir.
Filmdə münsiflərin (jürilərin) hər biri müxtəlif xarakterləri və cəmiyyətin müxtəlif qruplarını təmsil edir. Bu münsiflərin hər biri fərqli şəxsiyyətləri, qərəzləri və baxışları ilə qərarvermə prosesinə təsir göstərir. Onların davranışları vasitəsilə film insan psixologiyası, qərəzlər, ədalət hissi və demokratik proseslərin mahiyyətini təhlil edir. Ön planda olan bəzi jürilər üzərindən dəyərləndirmə:
📍8 nömrəli jüri(Henry Fonda)
Əsərin mənəvi mərkəzi olan bu personaj prinsipial və düşüncəli bir insandır. O, heç bir zaman oğlanın günahsız olduğunu iddia etmir, amma yalnız düşünülmədən verilmiş qərarın təhlükələrinə diqqət çəkir. Onun davranışları əxlaqi cəsarəti, səbri və ədalətə bağlılığı simvollaşdırır.
📍3 nömrəli jüri(Lee J. Cobb)
O, oğlunu itirməsi ilə bağlı şəxsi travmalarını mühakimə prosesinə daşıyan və oğlanın günahkar olduğunu israrla müdafiə edən biridir. Onun emosional reaksiyaları, qərəzlərin və şəxsi hisslərin rasional qərarverməyə necə mane ola biləcəyini nümayiş etdirir.
📍10 nömrəli jüri(Ed Begley)
Bu personaj rasist və sosial qərəzlərdən əziyyət çəkən biridir. Onun irqi ayrı-seçkilik üzərində qurulan fikirləri, hüquq və ədalətin ən böyük düşmənlərindən biri olan stereotiplərin təhlükəsini simvolizə edir.
📍4 nömrəli jüri(E.G. Marshall)
Soyuqqanlı və obyektiv düşüncəlidir, yalnız məntiq və sübutlara əsaslanır. Emosiyalardan təsirlənmədən müzakirə aparır, lakin ağlabatan şübhənin tədricən ortaya çıxması onun fikrini dəyişməyə vadar edir. Onun rasional mövqeyi, ədalət prosesində düşüncə və sübutun üstünlüyünü göstərir.
📍9 nömrəli jüri(Joseph Sweeney)
Yaşlı və müdrikdir, müşahidə qabiliyyəti güclüdür. Onun diqqətli yanaşması müzakirələrə yeni perspektivlər gətirir və digər münsiflərin nəzərdən qaçırdığı detalları üzə çıxarır. Həyat təcrübəsi və dərin anlayışı ilə insani zəiflikləri və davranış motivlərini dəqiq şəkildə təhlil edir.
📍7 nömrəli jüri(Jack Warden)
Laqeyd və maraqsız, yalnız müzakirələrin tez bitməsini və şəxsi işlərinə qayıtmağı düşünür. Hüquqi məsuliyyətdən qaçmağa çalışan bu obraz, məhkəmə proseslərinə biganə yanaşmanın nəticələrinin təhlükəsini göstərir.
12 Əsəbi Adam filminin texniki tərəfləri, məhdud bir məkanda cərəyan etməsinə baxmayaraq, tamaşaçını dramatik gərginlik və emosional sıxıntı ilə bürüyən incə detallarla zəngindir.
• Filmin əvvəlində kamera daha geniş bucaqdan çəkir və münsiflər otağını geniş təsvir edir. Bu, prosesin başlanğıcındakı açıq və obyektiv müzakirələri simvollaşdırır.
• Hadisələr irəlilədikcə kamera daha çox yaxın planlara keçid edir. Bu tədrici daralma tamaşaçıya münsiflərin artan emosional sıxıntısını və gərginliyini hiss etdirir.
• Filmin əvvəlində otaq parlaq və işıqlıdır, müzakirələr isə nisbətən sakitdir.
• Gərginlik artdıqca işıq daha qaranlıq və kölgəli olur. Bu, xüsusilə təzyiqin dərinliyini əks etdirmək üçün istifadə olunur.
• Təxminən filmin ortasında pəncərədən gələn işığın azalması ilə otaqda isti və basdırıcı bir mühit yaranır.
• Masa ətrafında oturan münsiflər arasındakı mövqelər və hərəkətlər onların münasibətlərindəki dəyişiklikləri göstərir.
• Otağın dar və basdırıcı atmosferi hüquqi prosesin yükünü və bir insanın həyatının taleyini həll etməyin məsuliyyətini hiss etdirir.
• Səssizliklər və nəfəs kəsici anlar filmin dramatik gərginliyini artırır, xarici mühit səsləri bəzən diqqəti yayındırır, məhkəmə zalının xaricindəki real dünyanın varlığını hiss etdirir və personajların zehni mübarizələrini gücləndirir.
Nəticə etibarilə 12 Angry Men filmi texniki baxımdan məharətlə işlənmiş minimalizm nümunəsidir.
Filmdə ədalət proseslərinin yalnız qanunla deyil, həm də insanın vicdanı, sosial qərəzləri, psixoloji vəziyyəti və əxlaq prinsipləri ilə formalaşdığı vurğulanır. Bu, ədalət və mühakimə sisteminin mürəkkəbliyini anlamağa kömək edir və tamaşaçını düşündürür ki, hər bir qərar qanuna uyğun olmaqla yanaşı, həm də insanlığa uyğun olmalıdır. Xoş izləmələr.
12 Angry Men (1957)
IMDb: 9/10
Tumblr media
0 notes
azeriamerica · 1 year ago
Text
Azərbaycanlı rejissorun 20 Yanvar faciəsinə həsr etdiyi film ABŞ-ın “Telly Awards” mükafatını qazanıb
ABŞ-da yaşayan Azərbaycan icmasının fəal üzvü, rejissor Azim Sadıxovun müəllifi olduğu “Bloody Carnations” (“Qanlı Qərənfillər”) qısametrajlı sənədli filmi “Telly Awards – 2023” mükafatına layiq görülüb. 1979-cu ildə təsis olunmuş “Telly Awards” mükafatı video və televiziya sahəsində ən yaxşı işlərə görə təqdim edilir. Azim Sadıxov bildirib ki, 20 Yanvar faciəsinə həsr etdiyi ekran əsəri…
Tumblr media
View On WordPress
0 notes
psixologiyaze · 4 years ago
Text
Kəpənək (xaos) effekti;
"Kəpənək effekti" riyazi bir termin olub, hesablamalar zamanı rəqəmlərdən birində edilən cüzi dəyişiklik, böyük fərqlərə səbəb ola bilər anlayışıdır. Başlanğıcda hava proqnozu üçün istifadə edilən bu nəzəriyyə daha sonra elm daxilində və ondan kənarda istifadə edilən bir məcaza çevrildi.
Bəzən Xaos nəzəriyyəsi və ya onun tərkib hissəsi hesab edilən kəpənək effekti nəzəriyyəsinə əsasən, hər hansı qeyri-xətti sistemdəki kiçik bir dəyişiklik sonrakı mərhələdə böyük fərqliliklərə səbəb ola bilər. Əsl meteoroloq kimi Lorens belə bir təklif irəli sürdü ki : “Amazon meşələrində bir kəpənəyin qanad çırpması ABŞ-da fırtına baş verməsinə səbəb ola bilər.” Kəpənək qasırğaya güc vermir və ya birbaşa qasırğa yaratmır, ancaq bu termin kəpənəyin qanadlarını çırpmasının qasırğaya səbəb ola biləcəyi mənasına gəlir.
Kəpənək effekti konsepsiyası qısaca olaraq, həyatımızda baş verən kiçik bir dəyişikliyin böyük nəticələrə səbəb olacağı ehtimalın əsas özəyini təşkil edir. Bu modeldəki sistemlərin gələcəkdə yalnız müəyyən bir nöqtəyə qədər proqnozlaşdırıla biləcəyini və bunun xaricində ilkin şərtlərdə səhvin azaldılmasının proqnozlaşdırıla biləcəyini artırmayacağını (səhv sıfır olmadığı müddətcə) sübut edir. "Kəpənək effekti" tez-tez Lorensin 1963-cü ildə yazdığı məqaləsində (və əvvəllər Poincaré tərəfindən müşahidə edildiyi) izah etdiyi növün ilkin şərtlərinə həssas asılılığın sinonimi kimi izah edilsə də, kəpənək metaforası ilk olaraq Lorensin öz iş prosesində tətbiq edilmişdir. Fikri bir addım daha irəli aparan Lorens, atmosferdəki kiçik hərəkətlərin daha geniş sistemlərə təsir göstərməsinin böyüdülməsi üçün riyazi bir model təklif etdi.
Bu günə qədər də alimlər Lorensin kəşfini dialektik simbiozun ən tutarlı sübutu kimi qiymətləndirir: dünyanın qanunauyğunluqları və onların nəticələrinin proqnoz edilməsinin tamamilə qeyri-mümkün olduğunu bildirirlər. Onu da qeyd edək ki, 2004-cü ildə «Kəpənək effekti» filmi işıq üzü görəndən sonra əksər insanların şüurunda bu termin kifayət qədər populyarlıq qazanmış və dolaşıq hadisələr sayəsində yeni məna kəsb etmişdir. Axı hər şey tamamı ilə başqa cür də ola bilərdi. Əgər rejissor Bress və Qruber filmi izləyicilərə elə onun ilkin versiyadakı adı ilə təqdim etsəydilər, yəqin ki hadisələr başqa formada davam edəri, bu səbəblə film çəkiliş mərhələsində “Xaos nəzəriyyəsi” adlanırdı.
64 notes · View notes
arisatrbl · 3 years ago
Note
Salam,
Necəsən?'
Kitab önərisi yerinə bu dəfə serial önərəcəm sənə. Adı Anne With An E'di roman dadında serialdı. Daha 1. sezonundayam amma mənə çox maraqlı gəldi. Film seriallarda daha çox rənglərə bir də rejissor işinə diqqət eləyirəm senaridən sonra, serialın rəngləri və əsas obrazın dialoqları özənlə seçilmiş kimi gəldi mənə, gözəldi.'
Mahnılar da qoyacam bura dinləyərsən. Toxun və toxun '
Hələlik'
Salam
Baxaram, fikirlərimi deyerəm.
Dinlədim, bəyəndim. Bu aralar mahnılar axtarıram elə yerinə düşür. Hələlik
6 notes · View notes
cinaraslan · 2 years ago
Text
🎬Gelsin hayat bildiği gibi dizisinde rol aldığım 2 ayrı bölümler ve rollerim:
23.Bölüm koruma ve hasta bakıcı
38.Bölüm sivil polis
Gelsin hayat bildiği gibi ekibi ve yönetmeni gerçekten çok iyi her gittiğim zaman memnun kalmıştım ayrıca çalışma şekilleri de gayet iyidi...projeyi tadında bitirdiler ama bu dizi unutulmayacak. Gelsin hayat bildiği gibi ekibine sonsuz teşekkürler ✌🏻 @ghbgdizi @ertansabannofficial
#gelsinhayatbildiğigibi #devrimözkan #kaanuluca #atillaolgaç #oyuncu #dizi #dizitv #yönetmen #istanbul #dizifilmreplikleri #komedi #sad #polisiye #aksiyon #yedikule #çekimyeri #dizilerdensahneler #sahne #ti̇yatro #sanatçı #sanatetkinligi #devrim #tbtphoto #keșfet #keşfetbeniöneçıkar #ertansaban #reji #rejissor #sezenaksu #tv
1 note · View note