#razıyam
Explore tagged Tumblr posts
gulchinus · 1 year ago
Text
Dedik,güldük əyləndik, artıq qış gəlsin mən donmağa razıyam
55 notes · View notes
dadaszdkh · 1 year ago
Text
Sənə görə bu dünyanın acısını çəkməyə razıyam.
47 notes · View notes
banuulandiya · 2 years ago
Text
"Çayı o qədər sevirəm ki, soyuq içməyə belə razıyam". Söhbətin çayla bir əlaqəsi olmadığını çox yaxşı bilirəm
64 notes · View notes
saboblame · 1 year ago
Text
Tumblr media Tumblr media
Kofenin soyumağına razıyam, əllərin əlimdədirsə. @menimdunyam ❤
49 notes · View notes
naaraasblog · 1 year ago
Text
Hər insan dəyişməsinə razıyam, hətda o elemez dediklerim deyişsədə bəlkə toxunmaz ama sənin ani deyişin məni incitdi bu qədəri gozləmirdim
33 notes · View notes
orkhanivy · 23 days ago
Text
kofeni o qədər çox sevirəm ki, soyuq içməyə belə razıyam. və burda söhbət kofedən getmir
4 notes · View notes
sanctasu · 1 year ago
Text
görən hansı duadasan?
əl açıb istəyim səni.
razıyam lap göz yaşımla,
suvarıb bəsləyim səni.
22 notes · View notes
yagubov · 1 year ago
Text
100 misralıq əruz şeiri.
Ey mənim gözlərimin nuru gözəllik safım
Səni vəsf etməyə həddim nədi, yetməz lafım
Sən mənim ömrümün ən parlaq olan güşəsisən
Təpədən dırnağa bu aşiqin əndişəsisən
Küsməyin aşiqi sevdada bitirmək kimidir
Ümid öldürmək uşaq qətlə yetirmək kimidir
Mənim ancaq ki, xəyalım sən, ümidim sənsən
Sən bu sevdada limandan görünən yelkənsən
Üz yaxınlaş mənə, at lövbəri dəryada batır
Nazına fırtına qopsun, məni səhrada batır
Görmə bu məzlum olan insana sevdasını çox
Mən sənin nazına dözdüm, ama sənsizliyə yox
Qır o köksündən asılmış qara daş parçasını
Parlat o yerdə qızıldan baha qaş parçasını
Adaşın var idi qaldırmadı Məcnun ahın
Ayrılıqla tapa bilməzdi səadət rahın
Anlamırsan ki ürək tab edə bilmir zülümə?
Sevdiyi yarını tərk eyləməz insan ölümə
Mən ki dərdindən əzizim ölürəm, yetmirmi?
Mən də can getdi, sənin qəlbidə kin getmirmi?
Mən 100 il ömr eləyib istəmirəm qəm daşıyım
Bircə il ömr eləyim, amma ki, sənnən yaşayım
Çünki bu getməyin eynən əcəlin gəlməsidir
Sevgi dərdin bəzək əşyasına çevrilməsidir
Mənə dərd ver ama dərmanı özündən gəlsin
Qovuşaq sonda sevinc yaşı gözündən gəlsin
Mən sənin şairinəm səhv qəzəlimdən sən tut
Məni dünya yıxa bilməz, bir əlimdən sən tut
Getmişəm mən hamıdan, təkcə sənə gəlmək üçün
Məndəki sevginin ey yar qədərin bilmək üçün
Gecə sahildə olan qumları bir bir sayasan
Eşqimin vahidin o sayla bərabər yayasan
Sən həmən qumları say, razıyam ayrılmağa da
Lap gəlim dinə, edim səcdə namaz qılmağa da
Sənə zəvvaram ölüncə, mənim imanım sən
Başımın tacı, ürək sirdaşı, cananım sən
Necə kafər qızı kafər, məni sən tutdun əsir
Səni görcək həyəcandan ürəyim tir tir əsir
Qan çıxır şah damarımdan ayağımdan yer axır
Titrəyişdən bədənimdən buza dönmüş tər axır
Baş əyib sevgiyə alçalmağı bilmirsən sən
Sevgisindən yuxusuz qalmağı bilmirsən sən
Siqaretnən siqaret sən axı yandırmamısan
Sən axı heç kimi sevdana inandırmamısan
Gecələr ölməmisən mən kimi sənsizlikdən
Bir şeirçün təzə söz çəkməmisən sözlükdən
Sən axı mən kimi eşq atəşinə yanmamısan
Sən axı bir dəfə sənsizliyə odlanmamısan
Sən axı çəkməmisən həsrəti Leyladan ötür
Dəlilik etməmisən bir dəli sevdadan ötür
Sən sevildikcə özəlləşmiş olan şəhzadə
Mən də sevdikcə kədərdən boğulan dəryadə
Mən sənin sevginə yalqız canavarlar kimi ac
Kədərindən ölürəm mən nə təbib var nə əlac
Sarı yarpaq kimi ömrüm bu xəzanlıqda itir
Bitirirsən məni, küskünlüyü sən bəsdi bitir
Birdən ölsəm deyəcəklər ki, qəzəlxan öldü
Sevgisiyçün oturub gün sayan oğlan öldü
Mən axı dönməmişm ölməyə layiq birinə
Keçiririrsən məni neyçün fələyin zəncirinə?
Ayrılıqla bu qırıb qəlbimə ox vurmusan ox
Səni qoy nəzmə çəkim mən, ama sənsizliyi yox
Olmasam mən sənə ağ gün gələcəydən gələcək?
Sənə peşmançılığın rəngi fələydən gələcək
Mənə sənlə bu həyat xoşdu gülüm, sənsiz yox
İstərəm mən sənin uğrunda ölüm, sənsiz yox
Barışaq qoy quru səhrada çiçəklər boy ata
Qızımızdır o çiçək sən anasan, mən də ata
Yoxdu dünyada qız övladı misalında gözəl
Validiyçün yaşamaq sevgisi, hər kəsdən özəl
Kipriyi səndən ola, göz də dəniz rəngində
Saçı oynardı həzin musiqi ahəngində
Gəl dünəndən yox əzizim gələcəkdən danışaq
Bu qızın xətrinə küskünlüyü ram et, barışaq
Barışaq ki, hamı sevda nə deməkdir görsün
Əsli Məcnun ilə Leyla nə deməkdir görsün
O Füzuliydi yazıb Məcnun ilə Leylanı
Ama yazmazdı onu, görsə bizim sevdanı
Hansı sevdalı bu sevdanı dadar tarixdə?
Bir gün ölsəm səni şeirim yaşadar tarixdə
Mənə bu sevgini bəxş eylə, bunu çox görmə
Səni şeiriylə ölümsüz edəni öldürmə
Sənə ancaq baxıram mən, mənə qibləm sənsən
Tək ziyarətçinəm ey yar, uca kəbəm sənsən
Hamını kəbəsi əfv etdi, günahımdan keç
Dünənimçün nə ədalətdi sabahımdan keç?
Dünəni sil, sabahım sənnən açılsın sənnən
And ola canına, xoşbəxt olacaqsan mənnən
Bir sözünlə bu bizim sevgiyə can verməlisən
Zaman ən yaxşı təbibdirsə zaman verməlisən
Hazıram mən sənin uğrunda hasarlar devirəm
Mən mükəmməl deyiləm, amma mükəmməl sevirəm
Yarına bir acı söz söyləməyən kəs göstər
Mənə dünyada xəta eyləməyən kəs göstər
Şiddət üçün sənə qalxarsa əlimdən qan axar
Sənə bir də acı davransa dilimdən qan axar
Ayrılıq dərdini sənsiz yaşayıb mən görürəm
Qeyrətimnən səni incitməməyə söz verirəm
Geydirən kəs mənə meydanı məhəbbətdə kəfən
O da sənsən, o da sənsən, o da sənsən, o da sən
"Kərim Abi"
8 notes · View notes
fffloweeer · 4 months ago
Note
Tək olanda ev işləri aşırı cazibədar gəlir
Razıyam
4 notes · View notes
deelaaraa · 1 year ago
Text
bircə ondan razıyam ki, özümdən narazıyam
9 notes · View notes
dragon-hsv · 1 year ago
Text
Yaralarını sarıya bilmərəm amma,səninlə birgə qanıya bilərəm. O yaraya bəlkədə məlhəm ola bilmərəm,amma virus kimi canında yaşamağa razıyam. Aramızda dağlar olsada ,mən o dağın ətəyində oturub yenədə səni izləməyə razıyam. Yetərki sənin işığın sönməsin. Daima parlayıb ətrafa işıq saçsın. Sənin kölgəni belə sevirəm. Kölgəni belə .. mən nə şairəm nə də ədəbiyyatçı... mən sənə aşiq olnuş bir xəstəyəm ;dərmanım isə səndədir... milyon dəfə gecən xeyrə )
15 notes · View notes
aysafhar · 2 years ago
Text
Yazıçı Fransua De Laroşfuko deyib: "İnsanlar əksər hallarda düşünülmüş şəkildə yox, xarakterlərinin zəifliyi ucbatından xəyanət edirlər". Fransua De Laroşfukonun bu fikri ilə razıyam. Bu, dosta qarşı da belədir, ailəyə qarşı da, torpağa da, vətənə də. Bəli, biz dil-boğaza qoymadan öz xəyanətimizə filosofanə səbəblər də gətirə bilərik, əslində isə bu, sadəcə bizim hansısa zəifliyimizdən doğulub.
Məşhur "Snayper" filmində belə bir məqam var: bir uşaq həmişə alman nişançısına Vasili Zayçevin harada mövqe seçəcəyi ilə bağlı informasiya ötürür. Alman zabiti də bunun qarşılığında həmişə ona şokolad verir. Nəhayət, bir gün həmin alman nişançısı xüsusi maraqla uşaqdan soruşur: "Dostum, sən niyə almanlara kömək edirsən?" Uşaq düşünür və öz aləmində, guya, ağıllı bir cavab verir: "Mən bilirəm ki, almanlar güclüdür, onlar qalib gələcəklər, mən qaliblərin yanında olmaq istəyirəm".
Alman zabiti uşağa baxır və istehza ilə deyir: - Yox, Vasya, mənə kələk gəlmə, sən sadəcə şokoladı sevirsən.
Düşünürəm ki, hər birimizin qəlbində hansısa bir "şokolad" sevgisi var və bizi zaman-zaman müxtəlif növ xəyanətlərə sürükləyən də məhz o "sevgi"dir! Əlbəttə, sadəcə "şokolad" larımız fərqli ola bilər. Adam var ki, onu pulla xəyanətə cəlb etmək olmaz, pula qarşı gözütoxdur, aldanmayacaq, amma bu o demək deyil ki, o heç zaman aldanmayacaq, sadəcə onun "şokolad"ı tapılmayıb.
23 notes · View notes
fakhriia · 2 years ago
Text
"olmamasına razıyam, olurmuş kimi olmasın bəs edər."
21 notes · View notes
sabiihva · 7 months ago
Text
Bu gün sənə elə ehtiyacım var ki, gəlib necəsən desən qarşında ağlayacaq qədər çox ehtiyacım var sənə. Sadəcə dinləsən məni, yanımda olduğunu hiss etdirsən əvvəlki kimi, yaşasam yenə əvvəlki səni, sən bilməsən də ağlasam telefonun digər başında, ona belə razıyam. Tək sənə danışa bildiyim məni dinləsən, mən səndən getmədim gəlsən burdayam desən.. bir dəfə məni həqiqətən danışdırıb dinləsən. Hərkəsə bağlayıb qulaqlarını çıxıb gəlsən son dəfə. Bu mənə buraxacağın ən gözəl xatirə olardı..
6 notes · View notes
aysiie · 1 year ago
Text
Sən məni sevmədin.Mən çox saf idim sadəcə görə bilmədim.Sevməyi keçdim nə demək olduğunu belə bilmirsən sən.Səni sevirəm deməklə həqiqətən sevmiş olmur insan, ağzı olan hər kəs deyir onsuz da, önəmli olan hiss etdirməkdir elə deyil mi? Mən hiss etmədim.Çox yalanlar dedim özümə,çox bəhanələr uydurdum sevir deyə.Xoşbəxt olmağa çalışdım öz özümə, mən özüm özümü xoşbəxt etməyə çalışdım anlaya bilirsən?Bu çarəsizliyi görə bilirsən?Bilməzsən təbii ki, çünkü mən səni öz özünü xoşbəxt etməyə çalışacaq qədər çarəsiz buraxmadım.Pis oldun yanında oldum, xəstə oldun yanında oldum, sən mesaj atmadan yatmadım, ağlım səndə qaldı.Xoşbəxt ol deyə mən üzgünkən belə yanında oldum.Yıxıldın qaldırdım, üzüldün məndə üzüldüm, ağladın məndə ağladım, güldün məndə güldüm, xəyallar qurdun o xəyalları məndə mənimsədim, səni ətrafıma qarşı qorudum, dedilər bu səni üzəcək diqqətli ol,dedim ondan gələcək hər şeyə razıyam və daha artıqları... Sonra gözüm açıldı mənim, uğruna bu qədər şey etdiyim insan mənə nə qədər dəyər verir? Sevirəm deyir, sevirsə niyə bu haldayam mən? deyə düşündüm.Sonra anladim ki sevən insan bunları etməz.Sevgi bu deyil.Sən sevməyi bilmirsən əzizim.Sevilməyi çox gözəl öyrətdim sənə ama özüm heç cür öyrənə bilmədim.Mənə sevmədiyini iliklərimə qədər hiss etdirdiyin üçün səni heç vaxt bağışlamıyacam...
9 notes · View notes
onsrablogg1 · 1 year ago
Text
Hər nəsildə bir dənə evlənmək İstəməyən adam olur, valideyinləri də deyir "ta iti də sevsə razıyam təki evlənsin"
7 notes · View notes