Tumgik
#planlaşdırır
metbuat · 2 years
Text
DÇ-2022:
Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşan Qətər yeni ideya həyata keçirməyə başlayıb.  Metbuat.org xəbər verir ki, təşkilatçılar muzdlu azarkeş yığır.   Bu barədə AP agentliyi məlumat yayıb. Qətər bir neçə ölkədən 1600 azarkeş “almağı” planlaşdırır. Niderland millisinin azarkeşlərinin nümayəndəsi Leon van der Vilk məlumatı təsdiqləyib: “Açılış matçı ilə bağlı planımız var. Bundan başqa,…
Tumblr media
View On WordPress
0 notes
ag-qara · 4 years
Text
Eşq nədir?
İnsanların demək olar ki, bütün səylərinin əsas məqsədidir. Ən vacib münasibətlərə mənfi təsir edə bilər, ən qətiyyətli işləri saatbaşı dayandırır və hətta bəzən ən ağıllı insanları belə bir müddət aldada bilər. Dövlət adamlarının danışıqlarını və ya alimlərin araşdırmalarını cəfəngiyatları ilə dayandırmaqdan çəkinmir.
Hər gün ən mürəkkəb və yaramaz münasibətləri çox məkrlə planlaşdırır, dəyərli münasibətləri məhv edir və ən güclü əlaqələri pozur. Bəzən həyat və sağlamlıq, bəzən sərvət, status və xoşbəxtliyin qurban verilməsini istəyir. Əvvəllər dürüst və etibarlı olanlardan bütün vicdanlarını alır, həmişə sadiq olanları xainlərə çevirir və istər-istəməz məqsədi yoldan çıxartmaq, qarışıqlıq yaratmaq və qarşısına çıxan hər şeyi məğlub etmək olan bir şeytan kimi görünür. Bütün bunları gördükdə sadəcə bunu söyləmək istərik; bu qədər şey nə üçün? Adına eşq dediyimiz o şey üçün?
44 notes · View notes
naizrin · 4 years
Text
Bu gün 21 dekabrdı. Camaat sevdiyi ilə danışmağı planlaşdırır. Məndə bu gecə çox yatacam deyib sevinirəm. Yaşasın saplıq)))
49 notes · View notes
Photo
Tumblr media
Azərbaycan öz müstəqilliyini əldə etdikdən cəmi iki ay sonra, İsrail yeni dövləti rəsmən tanıyan ilk dövlətlərdən biri olmuş və 1992-ci il 7 aprel tarixindən etibarən Azərbaycanla diplomatik əlaqələr qurmuşdur. Həmin dövrdən başlayaraq, ikitərəfli əlaqələr xüsusi olaraq təhlükəsizlik məsələləri, enerji ticarəti, eləcə də mədəniyyət və təhsil sahələrində sıx əməkdaşlıq fonunda daha da genişlənmişdir. Qarabağ ərazisində Ermənistan-Azərbaycan toqquşması ilə bağlı atəşin yatırılmasına çağıran beynəlxalq qurumların mövqeyinə baxmayaraq, İsrail Azərbaycanın silah və yüksək texnologiyalarla bağlı əsas təchizatçısına çevrilib. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan, Yaxın Şərqdəki müttəfiqindən indiyə qədər təxminən 5 milyard dollar dəyərində silah və hərbi texnika əldə edib. Azərbaycana belə razılaşma yalnız xeyir gətirib. Belə ki, dəyəri 5 milyard dollar olan müqavilədə İsrail istehsalı olan “intiharçı dron” tipli qurğuların təchizatı da nəzərdə tutulur. Sözügedən texnologiya, radio dalğalardan istifadə edərək, düşmənin mövqeyini təyin etmək və onu asanlıqla məhv etmək iqtidarına malikdir. Xatırladım ki, buna qədər, Azərbaycan hərbi qüvvələri belə texnologiyadan istifadə etməyib. Digər tərəfdən, Azərbaycan, öz tərəfdaşına onun istehsal edə bilmədiyi bir məhsul – neft təklif edir. İsrailin 40 milyon barel və ya 1,5 milyard dollar dəyərində illik neft idxalı (ümumi idxalın 40%-i) Azərbaycandan tədarük olunur. Bundan əlavə, İsrailin EAPC Boru Kəmərləri Şirkəti, Türkiyəyə nəql edilən Azərbaycan neftinin tankerlər vasitəsilə Türkiyədən Aşkelonaya, İsrailin Aralıq dənizindəki limanına göndərməyi planlaşdırır. İsrail, Azərbaycan ilə enerji sahəsində xüsusi əlaqələr qurmaqla, tankerlər vasitəsilə Şərqi Asiyanın xam neft daşıyıcısına çevrilmişdir. Bu bağlantıların təməli təkcə ticarət və təhlükəsizlik məsələlərində qarşılıqlı maraqlara deyil, həm də Yəhudi-Azərbaycan dostluğunun uzunillik ənənələrinə söykənir. https://www.instagram.com/p/CcCZkrmNx7n/?utm_medium=tumblr
0 notes
yenigence · 4 years
Link
Paylaşdı: Yeni Gəncə
0 notes
raperican · 4 years
Photo
Tumblr media
6ix9ine bir aydan az müddətdir azadlıqda olmasına baxmayaraq geri dönüşünü tezləşdirmək istəyir. Ev həbsi şərtiylə azadlığa buraxılan reper ötən günlərdə məhkəmədən evinin həyətinə çıxmaq üçün icazə istəmişdi. Əksər mənbələrə görə reper bu müddətdə klip çəkilişləri edib. Mənbələrə görə may ayının 8-i reperin kliplə birgə olan sinqlla geri dönməyi planlaşdırır. #raperican #rapericanxəbər #tekashi6ix9ine #may8th https://www.instagram.com/p/B_po6NBFhq2/?igshid=kjlenlwxvhax
0 notes
todaysazerbaijan · 5 years
Text
Bakı-Tehran reysi üzrə uçuşlar təxirə salınır? - Cahangir Əsgərovdan AÇIQLAMA
Bakı-Tehran reysi üzrə uçuşlar təxirə salınır? – Cahangir Əsgərovdan AÇIQLAMA
“Buta Airways” aviaşirkəti hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.
BakuPost-un məlumatına görə, bunu AZAL Prezidenti Cahangir Əsgərov deyib:
“Aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır.…
View On WordPress
0 notes
metbuat · 2 years
Text
Kanada illik miqrasiya kvotasını artıracaq
Kanada illik miqrasiya kvotasını artıracaq
Kanada hökuməti 2025-ci ildən etibarən hər il 500 min miqrant qəbul etməyi planlaşdırır. Bu barədə Kanada Miqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyinin çərşənbə axşamı yaydığı bəyanatda deyilir. “Keçən il Kanadaya 405 mindən çox yeni sakin gəlib. Bu, bütün zamanların ən böyük illik göstəricisidir”, – deyə bəyanatda bildirilib. 2023-cü ildə ölkə hakimiyyəti miqrantlar üçün ölkəyə giriş…
Tumblr media
View On WordPress
0 notes
Photo
Tumblr media
#Repost @azerbaijanairlines (@get_repost) ・・・ #PilotIsmayil bu gün, İsmayıllı rayonuna gəlib. O, Lahıca gedib, Cavanşir qalasını görməyi planlaşdırır. Aramızda İsmayıllıdan olan var? Varsa, ona daha haralara getməyi məsləhət görürsünüz? 😉 #flyAZAL #azerbaijanairlines #AZAL #teddypilot
0 notes
vugarzade · 7 years
Text
Ragnar bəy
Vikings serialında bir səhnə haqqında çox düşünürəm. Hər dəfə də düşünəndə, detalları özüm üçün analiz edəndə həmin səhnənin mükəmməliyi qarşısında sözsüz qalıram. Əgər Vikingsə baxmamısınız və baxmağı planlaşdırırsınızsa, ya da hələ indi-indi baxmağa başlamısızsa xəbərdarlıq edim ki, Spoiler var.
Hadisə serialın 4-cü sezonunun 11-ci bölümündə baş verir. İllər sonra inzivadan geri qayıdan Ragnar Lothbrok atının belində dar bir dağ çığırı ilə fikirli-fikirli gəlib bir ağacın yanına çatır. İpi budağa bağlayaraq, başını keçirir ipinin arasına. Özünü asır amma ölmür, budaq Ragnarın çiyninə qonan qarğanın ağırlığına tab gətirməyib, qopub yerə düşür.
 Həmin an Ragnar başa düşür ki, dünyanı fəth etmək üçün doğulan insan bir kəndirlə boğulub ölməməlidir. Bundan sonra ö öz ölümünü incə olmayan bir müharibə sənətinə çevirmək qərarına gəlir. Muzdlu, qoca və əldən düşmüş döyüşçülərlə İngiltərə hücum etmək planına qurur. beləliklə özünü İngiltərə kralına öldürtməklə oğullarının onun qisasını alması üçün imkan yaradır. Yenidən qayıdıb bu səhnəyə baxanda adama elə gəlir ki, Ragnar boynundakı kəndirlə o ağacın oturduğu müddətdə həmin andan ölümünə qədər ki, planınıı beynində çızır. Şahmatda 10 gediş sonra nə oyanayacağını bilən biri kimi ölümünə qədərki hər addımını ən xırda detalına qədər planlaşdırır. Bircə ölümündən başqa. Əminəm ki, o da canlı-canlı ilanlar tərəfindən sancılaraq ölmək istəməzdi. 
Filmdə və ya romanda qəhrəmanın ölümü onun şəxsiyyəti, həyat prinsipləri, xarakteri haqqında çox şey deyir. Qəhrəmanın necə ölməsi onun varlığının nə üçün var olduğunun izahıdır. Breaking Bad serialında Walterin məhz başqasını xilas etmək uğruna özünü qurban verməsi onun həyat amalının izahıdır. Bəlkə də Sopranos serilanın sonluğunun bu cür bitməsinə səbəb ssenaristin Toni üçün varlıq səbəbini müəyyən edə bilməməkdir. 
Necə deyərlər, kişi də gərək kişi kimi ölsün. 
1 note · View note
vhsoy · 7 years
Text
BƏHMƏN ASLANLI – İSMAYILLI DEYƏN KIMI AĞLIMA SEVGI GƏLIR
Tumblr media
Bəhmən Aslanlı (Dəli Yazar) 1992-ci il 24 fevralda İsmayıllı şəhərində anadan olub. Orta məktəbi Bakıda, 95 saylı məktəbdə 10-cu sinifə qədər oxuyub. 10-11-ci sinifləri isə İsmayıllı 1 saylı orta məktəbdə oxuyub başa vurub.
Azərbaycan Dillər Universitetinin Fransız dili fakultəsini bitirib. Hazırda Fransada Şarl dö Qoll universitetinde magistratura təhsili alır. 2015-2016-ci illərdə isə Turizm sahəsi üzrə Lyon şəhərində təhsilini davam etdirməyi planlaşdırır.
Əlavə fəaliyyətləriniz və əldə etdiyiniz nailiyyətlərdən danışardız.
Tərcüməçi vəzifəsində bir çox dövlət müəssisələrində xidmətim olub. Belə ki, “İnsan Hüquqları Fondu”, “Heydər Əliyev Fondu” və.s kimi yerlərdə tərcüməçi və təşkilatçı vəzifələrində çalışmışam. Bir çox xarici dövlətlərin deputat heyətinin xüsusi tərcüməçiliklərini etmişəm.
Uğurlu elmi fəaliyyətlə yanaşı, musiqi ilə də məşğulam. Reper və yazar kimi müəyyən bir kütlə tərəfindən tanınır və sevilirəm. 100-dən çox mahnı, 1 albom, 1 konsert 4 klip rep kariyeramın özəyini təşkil edir. Bundan başqa, 2 il ard-arda Türkiyənin İstanbul şəhərində keçirilən “Beynəlxalq Yazarlar və Musiqiçilər Festivalı”nın ən gənc yazar mükafatını almışam.
Necə oldu ki, musiqi ilə də məşğul olmağa qərar verdizʔ
Musiqi bir həyat tərzidir. Bunun üçün xüsusi qərar vermə şansımız olmur.  Allahın verdiyi ilham və ya yaradıcılıq üzə çıxmağa başladıqca, insan görür ki, artıq bu yoldadır.
İsmayıllı ilə bağlı xatirələrinizi bölüşərdiz.
Uşaqlığımın az hissəsi İsmayıllıda keçib. Ancaq gəncliyimin ən dəliqanlı çağlarını İsmayıllıda keçirmişəm. Nə yalan deyim, İsmayıllı deyən kimi ağlıma sevgi gəlir.  Ən doğma yer isə, bir Şahmat binası var idi, o binanın qarşısındakı çayın kenarı çox doğmadı. Silinməz izləri var.
Boş vaxtlarınız olanda daha çox nəylə məşğul olursuz, kitab oxumağa vaxt ayıra bilirsizmiʔ
Daha çox musiqi ilə məşğulam. Studiyamız var, orada səs rejissorluğu ilə da məşğul oluram. Kitab isə, əlbəttə!
Təşəkkürlər!
23 iyul 2015 © ismayilli.org
0 notes
yenigence · 4 years
Link
Paylaşdı: Yeni Gəncə
0 notes
euroasianews · 8 years
Text
SOCAR “Petkim”dəki son payını satır
SOCAR “Petkim”dəki son payını satır
SOCAR Turkey Enerji A.S.” Türkiyənin “Petkim” neft-kimya kompleksindəki payının daha bir hissəsini satmağı planlaşdırır. Bu barədə Fins.az Türkiyənin İctimaiyyəti Məlumatlandırma İdarəsinə istinadən məlumat verir. SOCAR-ın nəzarətində qalan 15,2 milyon ədəd səhmin bir hissəsinin satışı mart ayı ərzində baş tutacaq. Xatırladaq ki, “SOCAR Turkey Enerji” 2016-cı il oktyabrın sonunda hər birinin…
View On WordPress
0 notes
listeliyi · 8 years
Link
via 2025-ci ildə Dünya necə olacaq? - MARAQLI PROQNOZLAR http://ift.tt/eA8V8J Aviasiya mühəndisi Peter H. Diamandis, həm də kosmik turizm sahəsində Space Adventures adlı ilk səyahət şirkətinin qurucusudur. Bundan əlavə, onun kosmik sahədə onlarla innovativ layihələri mövcuddur. Bütün bu təcrübələrinə əsaslanaraq, Peter 9 il sonra, yəni 2025-ci ildə dünyanın necə olacağı barədə proqnozlar hazırlayıb. Həmin proqnozları təqdim edirik. Min dollara insan beyni Min dollara insan beyni2025-ci ildə saniyədə 10 min trilyon əməliyyat həyata keçirə bilən kompüter yaradılacaq. Bu sürət insan beyninin məlumatı işləmə sürətinə bərabərdir. Bu cür aparatların qiyməti isə cəmi 1000 dollar olacaq. Hər nöqtədə internet “Hər nöqtədə internet” qlobal iqtisadiyyatı yeni pilləyə qaldıracaq: coğrafi sərhədlər əhəmiyyətini itirəcək və dünyanın müxtəlif hissələrindən olan insanlar reallıqda olduğu qədər virtualda da məhsuldar iş görə biləcəklər. “Hər nöqtədə internet” layihəsi çərçivəsində dünyada 100 milyard cihaz məlumatları toplamaqla məşğul olacaq. Mükəmməl biliklər Mükəmməl biliklərMəlumat bazalarının müxtəlif çeşidli və çox sayda olması nəticəsində biz istədiyimiz yerdə istədiyimiz şeyi öyrənə biləcəyik. Dünya mükəmməl biliklərə çatmaq yolunda irəliləyir. Sıx əlaqədə olan 8 milyard insan Sıx əlaqədə olan 8 milyard insanFacebook (Internet.org), SpaceX, Google (Loon layihəsi), Qualcomm və Virgin (OneWeb) dünyadakı hər insana qlobal bağlantı verməyi planlaşdırır ki, bu bağlantının da bir saniyəsi bir meqabiti keçəcək qədər güclü olmalıdır. 8 milyard insan ən son texnologiyalar vasitəsilə sıx əlaqədə olacaq. Tibb sahəsinin yenilənməsi Tibb sahəsinin yenilənməsiMövcud tibb müəssisələri məhvə doğru gedəcək və onlardan tamamilə fərqli və qat-qat daha effektiv yeni müəssisələr yaradılacaq. Minlərlə “start-up”lar, həmçinin də məlumat nəhəngləri (Google, Apple, Microsoft, SAP, IBM və s.) yeni və daha gəlirli (3.8 trln dollar) biznes modellərə keçid edəcəklər. Bu isə bürokratik klinika və xəstəxanaların sonu deməkdir. Biometrik zondlama hər birimizi öz sağlamlığımızın sahibinə çevirəcək. Gen mühəndisliyində olacaq inqilabi dəyişiklik və yeni aparatlar sayəsində biz xərçəng xəstəliyinin, ürək və neyrogenerativ xəstəliklərin öhdəsindən gələ biləcəyik. Robotlaşdırılmış cərrahlar cərrahiyyə əməliyyatları həyata keçirəcək. Bu isə daha dəqiq və ucuz başa gələcək. Hər birimiz ürək, ciyər və digər bizə lazım olan şeyləri “yetişdirə” biləcəyik və ölənə qədər donor gözləməli olmayacağıq. Artırılmış virtual reallıq Facebook (Oculus), Google (Leap), Microsoft (Hololens), Sony, Qualcomm, HTC və digər nəhənglər tərəfindən edilən milyonlarla sərmayələr boş yerə sərf edilməyəcək. Öyrəşdiyimiz smartfon, kompüter və televizor ekranları yox olacaq – onları eynəklər əvəz edəcək. Eynilə Google Glass kimi olmasa da, buna bənzər bir şey olacağı güman edilir. Robotlaşma RobotlaşmaBəşər övladı süni intellekti inkişaf etdirməyə davam edəcək. Əgər siz Siri kimi bir xidmətdən daha üstün bir şeyin olmayacağını düşünürsünüzsə, yanılırsınız. 10 il sonra daha mükəmməl sistemlərlə qarşılaşacağıq. IBM Watson, DeepMind və Vicarious çox güclü köməkçilərin yaradılması üzərində işləyir. Bu köməkçilər bizim biometrik məlumatlarımızı nüsxələyə, elektron poçtumuzu oxuya və danışıqlarımıza nəzarət edə biləcək.
0 notes
todaysazerbaijan · 5 years
Text
ABŞ yeddi ölkənin vətəndaşlarına Birləşmiş Ştatlara girişi qadağan etmək istəyir
ABŞ yeddi ölkənin vətəndaşlarına Birləşmiş Ştatlara girişi qadağan etmək istəyir
ABŞ rəhbərliyi, yeddi ölkənin vətəndaşlarına Birləşmiş Ştatlara girişi qadağan etməyi planlaşdırır.
İnterAz RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Wall Street Journal”ı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Belarus, Qırğızıstan, Myanma, Nigeriya, Sudan və Tanzaniya vətəndaşlarına qarşı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub. Ancaq qeyd olunub ki, bu…
View On WordPress
0 notes
metbuat · 2 years
Text
Kanada illik miqrasiya kvotasını artıracaq
Kanada illik miqrasiya kvotasını artıracaq
Kanada hökuməti 2025-ci ildən etibarən hər il 500 min miqrant qəbul etməyi planlaşdırır. Bu barədə Kanada Miqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyinin çərşənbə axşamı yaydığı bəyanatda deyilir. “Keçən il Kanadaya 405 mindən çox yeni sakin gəlib. Bu, bütün zamanların ən böyük illik göstəricisidir”, – deyə bəyanatda bildirilib. 2023-cü ildə ölkə hakimiyyəti miqrantlar üçün ölkəyə giriş…
Tumblr media
View On WordPress
0 notes